Düşüncə Jurnalı

header photo

Bir Neçə Sözdən İbarət Hekayələr....

Çox maraqlı romanlar və hekayələr müəllifi olan dünya şöhrətli yazıçı Ernest Heminquey bir dəfə belə bir mübahisə edir ki, o, bir neçə sözdən ibarət elə bir hekayə yaza bilər ki, hər bir oxucunun qəlbini göynədər.


O, bir neçə sözdən ibarət : “ Uşaq çəkmələri satılır. Geyinilməmişdir” ( “For sale: baby shoes, never worn”) tərcümədən asılı olaraq, 1 söz artıq və ya əskik ola bilər. Ən qısa bir hekayə yazmaqla, mübahisəni udur.

O vaxtdan indiyədək dünya şöhrətli yazıçının bu təcrübəsindən bir çoxları yararlanmış və onun kimi 6 sözdən ibarət qəlblərə toxunan qısa hekayələr yazmağa cəhd etmişlər. Bu hekayələrin ən qısa və oxucuları daha çox təsirləndirən 18-ini sizə təqdim edirik:

1. Paraşüt satılır, heç vaxt açılmayıb, bir az ləkəsi var.

2. “Siz nömrəni səhv salmısız” – tanış səs cavab verir.

3. Sərnişinlər, indi sizinlə danışan kapitan deyil.

4. Üzümü qırxmağı anam mənə öyrədib.

5. Mən doğma qəlb gördüm – O isə məni görmədi...

6. Mənim əksim indicə mənə göz vurdu.

7. Yadlar. Dostlar. Yaxşı dostlar. Aşnalar. Yadlar.

8. Bu bizim qızıl toyumuzdur, amma süfrə bir nəfərlikdir.

9. Bu gün mən yenidən özümü anama təqdim elədim.

10. Səyyah hələ də siqnal verirdi. Yerdir – yox...

11. Mən evə qızılgül gətirmişdim. Amma açarlarım uygun gəlmədi.

12. Sınıq pəncərənin üzərində yazılmışdı: “Yeni evlənənlər”

13. Yataq otağımızdan iki nəfərin səsi gəlir. Mən qapını döyürəm...

14. Özümü yaşa dolmuş təsəvvür edirdim. Yaşa doldum. Təsəvvürüm itdi.

15. Mən aşağı atıldım. Sonra fikrimi dəyişdim.

16. Əsgər, biz çəkmələri cüt satırıq...

17. O, arvadının qatilinə butulka ilə süd verirdi.

18. Cərrah pasientin həyatını xilas edir. Pasient Allahına dua edir.

Go Back

Comment