Düşüncə Jurnalı

header photo

Blog posts : "Bürclər"

Mart ayı 2015-ci il üçün bürclər nə vəd edir?

Qoç
Ayın birinci yarısı:
Yeni əlaqələr yaratmaq, sədaqətli dostlar əldə etmək üçün bu ərəfə kifayət qədər uğurlu olacaq. Həmkarlarınızla xırda soyuqluğu da başınızdan çıxarmağa çalışın. Martın 3-dən 11-nə qədər təmasda olduğunuz şəxslər ovqatınızın yüksəlməsinə xidmət edəcəklər. Amma təşəbbüskarlığı da əldən verməyin. Martın ilk həftəsində fəaliyyət zəminində müəyyən passivliklə rastlaşsanız da, bu, ciddi gərginliyə səbəb olmayacaq. Təxminən ayın 7-dən başlayaraq işlə bağlı nəzərdə tutduğunuz planların əksəriyyəti reallığa yaxınlaşacaq. Yeni təklifləri qulaqardına vurmayın. Əks təqdirdə bəzi müttəfiqlərinizlə aranızda soyuqluq yarana bilər.
 
Ayın ikinci yarısı:
Digər insanlarla məxfi ünsiyyətiniz sizi sevənlərdə ikrah, bəzi hallarda isə qısqanclıq hissi yarada bilər. Bunun gələcəkdə təhlükəli sonluqla nəticələnməməsi üçün hərəkət və davranışlarınızı kontrolda saxlayın. Ailə-sevgi münasibətlərinizdə olan qüsurları başqalarına danışmayın. Dostlarınıza yalan vəd verməyin. Astroloji təyinatlar bu yarım ay ərzində təmasda olduğunuz köhnə tərəfdaşlarınızın sizə əhəmiyyətli dərəcədə kömək edə bilməyəcəyini göstərir. Odur ki, ümumi vəziyyətinizi yaxşılaşdırmaq üçün yeni tərəfdaşlar tapmalı və ya bütün çətinlikləri təkbaşına dəf etməlisiniz. Martın 27-dən sonra pulla bağlı sıxıntılarınız tədricən səngiyəcək.
 
Buğa
Ayın birinci yarısı:
Yaxşı olar ki, ixtiyarınızda olan martın ilk həftəsini dinc şəkildə yola salasınız. Əsəblərinizin tarıma .çəkilməsi ünsiyyətdə olduğunuz bir neçə yaxın şəxslə münaqişənizə rəvac verə bilər. Ayın 9-dan sonra isə nüfuzlu, eyni zamanda səmimi insanlarla rastlaşma ehtimalınız var. Dostlarınıza kələk gəlməyin. Ümumiyyətlə, bir neçə məsələdə ciddi seçim qarşısında qaldığınız üçün martın ilk günləri sizin üçün çətin keçəcək. Bəzi yeni cəhdlərinizin baş tutmaması, həmçinin əməyinizin düzgün qiymətləndirilməməsi kefinizi pozmamalıdır. Əksinə, gərgin məqamlarla üzləşdikdə vaxtınızı istirahətdə keçirin. 11-14 mart aralığında fəaliyyətinizdə müsbət qabarmalar hiss olunacaq.
Ayın ikinci yarısı:
Novruza qədərki müddəti bir təhər başa vursanız, sonrakı ərəfədə heç bir narahatçılığınız olmayacaq. Sevgiyə olan böyük ehtiyacınız məhz indi ödənəcək. Qarşılıqlı münasibətlərdə bütün imkanlarınızı səfərbər edin. Ayın 22-dən sonra isə sevgisiz "buğalar yeni məhəbbət ümmanına mehman olacaqlar. Bayram ərəfəsində doğmalarınıza baş çəkməyi unutmayın. Onu da qeyd edək ki, martın 20-nə qədər və 29-dan sonra böyük bizneslə məşğul olmağınız məsləhət görülmür. Odur ki, yalnız adi işlərlə başınızı qatmalı, gündəlik tələbatınızı təmin edə biləcək gəlirlə kifayətlənməlisiniz. Qalan müddətdə isə ən ciddi planlarınızı reallaşdıra biləcəksiniz. Ulduzlar varlanmağınıza da təkan verəcək.
 
Əkizlər
Ayın birinci yarısı:
Nədən və necə başlamalı? Sizi narahat edən bu suala bu 15 gündə cavab tapmağa səy göstərməlisiniz. Hətta təkbaşına bacarmadığınız təqdirdə etibarlı müttəfiqlərinizdən də kömək umun. Əgər ilk ongünlükdə Göy qübbəsinin bu tövsiyələrinə əməl edib işlərinizi relsə salsanız, uzun müddət heç bir nigarançılığınız olmayacaq. Zehni əməyə çox da aludə olmayın. Martın bu arakəsməsində qarşılıqlı münasibətlər zəminində hansısa ciddi problemlə rastlaşmayacaqsınız. Əksinə, ürəyinizə yaxın olan simsarlarınızla müntəzəm əlaqə saxlamaqla xeyli rahatlıq tapacaqsınız. Bu arada daha çox qohumlarınızın yanında olmağı məsləhət görən ulduzlar çoxsaylı qonaqlıqda iştirakınızı da təmin edəcək.
 
Ayın ikinci yarısı:
Təxminən martın 19-na qədər ailə-sevgi münasibətlərində cərəyan edən proseslər zövqünüzlə uyğunluq təşkil edəcək. Sonrakı ongünlükdə isə səhhətinizlə bağlı problemləri həll etsəniz, gözlənilən bütün xoşagəlməzlikləri dəf edə biləcəksiniz. Uzaq yola çıxmazdan qabaq yaxşı-yaxşı götür-qoy edin. Martın birinci yarısında fəaliyyətlə bağlı işlərinizin ləng getməsi sizi süstləşdirməməlidir. Çünki qarşıdan gələn bahar təravətli ərəfədə paralel olaraq bir neçə istiqamətdə fəaliyyət göstərməyiniz şəxsi büdcənizə də birbaşa təsir göstərəcək. Amma bu müddətdə kiməsə ciddi məbləğdə borc vermək və ya almaq fikrinə də düşməməlisiniz.
 
Xərçəng
Ayın birinci yarısı:
Yeni dostlar tapsanız da, sizə həmişə sadiq qalan adamlarla əlaqələri dərinləşdirməlisiniz. Göstərdiyimiz ərəfədə barışdırıcı mövqedə durmaq başlıca vəzifəniz olmalıdır. Uğur qazanan yaxınlarınıza paxıllıq etməyin. Gec-tez növbə sizə də çatacaq. Martın 8-də uzaqda yaşayan qohumlarınıza mütləq baş çəkin. Bəri başdan əmin ola bilərsiniz ki, ötən aydaki passivliyiniz martda qətiyyən qabarmayacaq. Havaların qeyri-sabit olmasına baxmayaraq məhsuldarlığınız yüksələcək. Ulduzların düzümü Qadınlar bayramına qədər yeni təkliflərdən imtina etməyinizi məsləhət görür. Sonrakı ərəfədə isə peşənizlə bağlı uğurlarınız kifayət qədər artacaq.
 
Ayın ikinci yarısı:
İfrat hövsələsizliyiniz qarşı tərəfin sizinlə daha mehriban davranmasına mane olur. Bir qədər mülayim və səmimi olun. Bir də çalışın ki, hisslərinizi gizli saxlamayasınız. Onu da unutmayın ki, sevgi duyğularına layiq olan adamlara onu olduğu kimi çatdırmaq lazımdır. Yazın elə ilk günündən münasibətlər zəminində hər şey ürəyinizcə olacaq. Astroloji göstəricilərə nəzər salsaq, bu arada ən varlı zodiak işarəsinin məhz "xərçənglər olduğunu təyin edə bilərik. Ən azı ona görə ki, eyni elementə mənsub olduğunuz Balıqlar bürcü bitənə qədər (20 mart) minimum üç dəfə şəxsi büdcənizdə artım olacaq. Ayın üçüncü dekadasında isə boş məsrəflərə pul xərcləməkdən vaz keçin.
 
Şir
Ayın birinci yarısı:
Martın 7-nə qədər yeni və riskli işlərə baş qoşmayın. Ulduzlar bu kimi halların müsbət nəticə verməyəcəyini bəyan edir. Yaxşı olar ki, həmin ərəfədə adi işlərlə məşğul olasınız. 9-13 mart arası şəxsi fəaliyyətinizdə əsaslı dönüş yaratmaq üçün şansınız olacaq. Təcrübəli adamlarla işbirliyi yaratmaq üçün bütün mümkün variantlardan istifadə edin. Bir çox sahələrdə olduğu kimi bu arada qarşılıqlı münasibətlərdə də passiv dövran yaşayacaqsınız. Ciddi münaqişələr gözlənilməsə də, hansısa perspektivli əlaqələr və ya dostluq istiqamətində ideal irəliləyişin şahidi olmayacaqsınız. Yalnız martın 12-dən sonra bəzi uğurlar mümkündür.
 
Ayın ikinci yarısı:
Mart ayı bürcünüz üçün bir qayda olaraq məhsuldar keçir. Bu səbəbdən də adətən qarşılıqlı münasibətlər arxa plana keçir. Amma ötən yarım ayda olduğu kimi bu müddətdə də sevgi hisslərinizi daha qabarıq şəkildə büruzə verməlisiniz. Dostluq-yoldaşlıq ünsiyyətini isə müvəqqəti olaraq arxa plana keçirin. Belə ərəfədə sevgilinizi özünüzdən incik salmayın. Adətən vəzifəpərəst olduğunuzdan sizlərdə xoşagəlməz bir cəhət var ki, o da tabe olmamaqdır. Əgər bu prinsipdən əl çəksəniz, bu aralıqda heç bir maneəyə rast gəlməyəcəksiniz. "Xərçəng”lərdə olduğu kimi sizin də təxminən üç dəfə qazanacağınızı bildirən ulduzlar ciddi məbləğdə borc verməyi məsləhət görmür. Əks təqdirdə müflisləşə bilərsiniz. Martın son günü bütün pul sövdələşmələriniz uğurla nəticələnəcək.
 
Qız
Ayın birinci yarısı:
Ayın bu ilk yarısı qismən passiv ərəfə olsa da, bu, sizin üçün ciddi problem yaratmayacaq. Astroloji göstəricilər nəzərdə tutduğunuz işlərdə məxfiliyi saxlamağı tövsiyə edir. Axı nə iş görəcəyinizi kənardakılar, xüsusən də xoşunuza gəlməyən adamlar niyə bilməlidir? Bu tövsiyələrimizə qulaq assanız, fəaliyyətinizdə yüksəliş nəzərə çarr pşcaq. Martın 11-nə qədər istər qohumluq münasibətlərində, istərsə də dostluq əlaqələrində saysız uğurlara yiyələnəcəyinizə şübhə etməyin. Göy qübbəsi hər kəsə mülayim davranış göstərməklə sevindirici məqamlar yaşayacağınızı bəyan edir. Həmin ərəfədə kənd havası udmağınız məsləhətdir. Ayın "nəhs” günündə isə ehtiyatlı olun.
 
Ayın ikinci yarısı:
Bizneslə bağlı böyük işlərə yalnız martın 26-dan sonra başlamağınız məsləhətdir. Yalnız bu halda şəxsi işlərinizdə müəyyən dönüş yaratmağa müvəffəq ola bilərsiniz. Əvvəlki günlərdə isə planınızda olan müştərək fəaliyyətlə bağlı konkret addımları təxirə salmalısınız. Ümumiyyətlə, həmin ərəfədə riskli pul sövdələşmələrinə müdaxilə etməməlisiniz. Martın ötən yarısı taleyinizdə gərginliklə yadda qalsa da, bu amil romantikcəsinə yanaşdığınız sevginizə ciddi zərər yetirməyəcək. Belə halların labüdlüyünə nail olmaq üçün özünüz də canfəşanlıq etməlisiniz. Kənar problemlərinizi ailə-sevgi məkanına qatmayın. Bir sözlə, bu arada ünsiyyətdə olduğunuz adamlara birbaşa aidiyyəti olmayan məsələlərdən onları agah etməyin.
 
Tərəzi
Ayın birinci yarısı:
Bəri başdan sevinməyinizə əsas var. Belə ki, bütün astroloji göstəricilər martın bu ərəfəsindən daha çox mehribançılıq görəcəyinizi proqnozlaşdırır. Bu 15 günlük müddətdə yalnız 2, 5 və 9 mart tarixlərində mübahisələrə cəlb olunma ehtimalınız yaranacaq. Bunun qarşısını alsanız, tam razı qalacaqsınız. Fevralla müqayisədə bu ay fəaliyyətinizdə bir qədər zəiflik nəzərə çarpacaq. Bu isə əsasən təbii proseslərdən irəli gələcək. Çünki havaların dəyişkənliyi və mühüm şəxslərin yanınızda olmaması əzmkarlığınızı azaldacaq. Buna baxmayaraq qarşıya qoyduğunuz öhdəliklərə məsuliyyətlə yanaşmalısınız. Martın 4-dən 7-nə qədər az da olsa, bir neçə zirvəni fəth edə biləcəksiniz.
 
Ayın ikinci yarısı:
Əvvəlcədən bildirək ki, ixtiyarınızda olan bu zaman kəsiyi biznes fəaliyyətiniz üçün bir qədər təzadlı ərəfədir. Hansısa riskli sövdələşmələr, ağlabatmayan müqavilələr zərərinizə ola bilər. Amma paralel olaraq bu istiqamətdə çoxsaylı sürprizlərlə də rastlaşa bilərsiniz. Odur ki, bacarıq və qabiliyyətinizdən maksimum istifadə etməyə səy göstərin. Astroloji göstəricilər bahar nəfəsli bu ayda güc və enerjinizi boş şeylərə itirəcəyinizdən xəbər verir. Məhəbbət laləzarından zövq almağınız məhz bu səbəbdən təxirə düşə bilər. Deməli, bu tövsiyələrimizdən nəticə çıxarıb bütün səylərinizi birləşdirməli, əsəbi situasiyalardan uzaqlaşmalı və ürəyinizdə olan şəxsə qarşı daha səmimi davranmalısınız.
 
Əqrəb
Ayın birinci yarısı:
Fevralla müqayisədə bu ay əsəbləriniz kifayət qədər sakit olacaq. Fikir və baxışları ilə razılaşmadığınız adamlarla ümumi dil tapmaqda heç bir problemiiniz olmayacaq. Ayın 7-dən 13-nə qədər ağlınıza gətirmədiyiniz insanlardan xeyirxahlıq və mərhəmət görəcəyiniz də labüddür. Ümumiyyətlə, bu yarım ayda diqqət mərkəzində olmağı bacaracaqsınız. Bunun üçün əsas vaxtınızı istirahət və səfərlərdə keçirməyiniz məsləhətdir. Hava şəraiti və ümumi fəaliyyətdə geriliyin yaranması da buna səbəb olacaq. Ayın 9-na qədər yaxşıca dincəldiyiniz təqdirdə sonrakı günləri uğurla başa vura bilərsiniz. 11, 13 və 15 mart tarixlərində şəxsi işlərinizdə əsaslı dönüş olacaq. Bundan istifadə edin.
 
Ayın ikinci yarısı:
Dəyişkən mart ayının üç günü (20, 24 və 30) istisna olunmaqla qalan müddətdə maliyyə məsələləri ilə bağlı qarşınıza çoxsaylı şanslar çıxacaq. Gələcək perspektivlərinizi reallaşdırmaq üçün müəyyən məbləğdə xərc də çəkə bilərsiniz. Əmin olun ki, qoyduğunuz pulların bəhrəsini yaxın aylarda mütləq görəcəksiniz. Sadəcə, daxili sabitliyinizi qorumalısınız. Nağıllar aləmindən ayrılmısınızsa, Göy qübbəsi sizi ürəyinizə uyğun sevgiyə nəsib edəcək. Bir amili də yadda saxlayın ki, Novruzu hansı ovqatla qarşılasanız, növbəti ilədək əhvalınız həmin vəziyyətdə qalacaq. Martın 23-də və 30-da daimi təmasda olduğunuz şəxslərlə aranızı vura bilərlər. Odur ki, hər sözə əhəmiyyət verməyin.
 
Oxatan
Ayın birinci yarısı:
Fəaliyyət göstərdiyiniz sahələrdə müəyyən problemləriniz baş qaldırsa da, özünüzü işə həsr etməklə bu kimi qanqaraçılıqları dəf edə biləcəksiniz. Astroloji göstəricilər Qadınlar Bayramına qədər işlə bağlı əksər cəhdlərinizin baş tutacağına işarə edir. Ötən aydan yarımçıq qalmış işlərinizi başa çatdırmaqda ciddi problemləriniz olmayacaq. Ayın ilk həftəsində müntəzəm surətdə əlaqədə olduğunuz adamlarla aranızda bəzi anlaşılmazlıqlar mümkündür. Bu kimi gərginliyi dinc yolla həll etməyə çalışın. Çünki indiki ərəfədə hansısa zorakı üsullar sizə yalnız zərər yetirə bilər. Martın 8-dənsə ünsiyyət məsələlərində uğurlarınız olacaq. Ayın 14-də müəyyən qədər aldanma ehtimalınız var. Odur ki, tədbirli olun.
 
Ayın ikinci yarısı:
Təəssüf ki, martın ötən yarısı bürcünüzün sevgi amili mənfi müstəvidə bərqərar olub. Gəlin etiraf edək ki, bunun başlıca səbəbkarı özünüz olmusunuz. Ona görə də giley-güzarı, kobudluğu və səbrsizliyi bir kənara atmalı, Yeni ilə – Novruza yeni duyğularla qədəm basmalısınız. Amma ruslann bir məsəlini də bu arada qulağınızda sırğa edin: "Dostluq-dostluqdur, iş-işdir”. Əks təqdirdə uzun müddət münasibətlərinizə aydınlıq gəlməyəcək. Əvvəlki bürclərin əksəriyyəti ilə müqayisədə martın bu hissəsi sizin üçün daha perspektivli olacaq. Yeni təkliflər, iş üslubunda nəzərəçarpacaq irəliləyişlər ovqatınızı, o cümlədən şəxsi büdcənizi kifayət qədər yüksəldə bilər. Ayın 19-da, 23-də və 29-da isə riskli sövdələşmələrdən uzaq olmalısınız.
 
Oğlaq
Ayın birinci yarısı:
Yalnız fəaliyyət göstərdiyiniz sahələrdə münaqişələrə məruz qala bilərsiniz. Bu səbəbdən də həmkarlarınızla, ələlxüsus da rəhbər işçilərlə ümumi dil tapmağa səy göstərin. Əgər martın istirahət günlərini qonaqlıqda və ya səfərlərdə keçirsəniz, qarşılıqlı münasibətlər zəminində cüzi də olsa, probleminiz olmayacaq. Qadınlar Bayramından sonra məxfi görüşlər keçirmək üçün şanslarınız olacaq. Martın 11-nə qədər yeni işlərə başlamaq fikrindən daşınsanız, qalan günlərdə heç bir problemlə rastlaşmayacaqsınız. Əməyinizə qiymət verməyənlər də məhz bu ərəfədə kifayət qədər mülayim mövqe nümayiş etdirəcəklər. Ayın ikinci dekadasından ağlınıza gətirmədiyiniz adamlar fəaliyyət istiqamətində sizə böyük dəstək verəcəklər.
 
Ayın ikinci yarısı:
Yaşamalı olduğunuz bu 16 günlük müddətdə işgüzar sövdələşmələr üçün uğurlu anlarınız çox olacaq. Ələlxüsus da martın 25-nə qədər ikitərəfli əməkdaşlıq zəminində nailiyyətləriniz arta bilər. Danışıqlarda qarşı tərəfin təkliflərinə ciddi şəkildə yanaşın. Ulduzların düzümünə inansaq, martın 26-da və 28-də tədbirli olsanız, qalan müddətdə heç bir maliyyə probleminiz olmayacaq. Yersiz qısqanclıq, çığır-bağır, bir sözlə, rahatlığı pozan hər bir cəhdiniz yalnız sizi gözdən sala bilər. Kənardan deyilmiş söz-söhbətlərə görə qarşılıqlı münasibətlərinizi korlamayın. Çünki ulduzların düzümü təxminən martın 23-nə qədər sevgiyə böyük ehtiyac duyduğunuzu ehtimal edir. Ayın son həftəsində isə ayıq-sayıqlığınızı birə-beş artırmalısınız.
 
Dolça
Ayın birinci yarısı:
Qadınlar Bayramına qədər peşəkar siyasətçilər kimi müdriklik nümayiş etdirməlisiniz. Hətta günahkar qarşı tərəf olsa belə, emosiyalara uymamalı, çılğınlıqdan uzaq olmalısınız. Yalnız bu halda gözlənilən gərginliyi dəf edə bilərsiniz. Ayın 9-dan şonra isə hər kəsdən, xüsusən də əks cins tərəfdən mehriban münasibət görəcəksiniz. Kollektiv gəzinti və qonaqlıqlar sizə qarşı münasibətlərə müsbət çalarlar gətirəcək. Astroloji göstəricilər 12 marta qədər aktiv fəaliyyətdən uzaq olacağınızı bildirir. Həmin ərəfədə kənardan kömək və ya perspektivli təkliflər olmasa, təkbaşına nəyəsə nail ola bilməyəcəksiniz. Martın sonrakı günlərində isə gözləmədiyiniz uğurlar sizi qoynuna alacaq. Az qala hər gün işlə bağlı bir müjdəyə yetişəcəksiniz.
 
Ayın ikinci yarısı:
Şəxsi büdcənizi artırmaq istəyirsinizsə, qətiyyən səyyar biznes fəaliyyətinə həvəs göstərməməlisiniz. Ən azı ona görə ki, siz daha çox oturaq işlərdə müvəffəqiyyətə yetişə bilirsiniz. Astroloji göstəricilər bu arada ciddi məbləğdə xərcinizin çıxacağını bəyan edir. Amma narahatlığa əsas yoxdur. Çünki bu xərc xeyirxah məqsədlərə xidmət edəcək və Tanrı ən lazımlı məqamda onu özünüzə yetirəcək. Məhəbbət məsələlərində ötən yarım ayda üzləşdiyiniz problemlər böyük ehtimalla təkrarlanmayacaq. Məhəbbət bəslədiyiniz səxsin hiss və duyğularını dinləməyə kifayət qədər vaxtınız olacaq. Düzdür, ara-sıra başınız dost-tanışa da qarışacaq, lakin birgə səfər etməklə gərgin görüntülü çöhrənizə sevinc bəxş edə bilərsiniz. Qoç bürcü yetişənə qədər (21 mart) deyilənlərə əməl edin.
 
Balıqlar
Ayın birinci yarısı:
Fərdi iş prinsipini sürətləndirmək üçün bürcünüzün hakim olduğu bu ərəfə, kifayət qədər məhsuldar dövrdür. Ulduzların düzümü ayın ilk həftəsində fəaliyyətlə bağlı bir neçə sürprizlə rastlaşacağınızdan xəbər verir. Çoxdan gözlədiyiniz təklifləri də ala bilərsiniz. Amma yeni dostların səxavətini görüb köhnələri unutmayın. Ayın 14-də və 15-də isə yeni və ya riskli işlərə başlamamalısınız. Onu da unutmayın ki, qarşılıqlı təmas üçün bürcünüzə uğur vəd edən dövr məhz martdır. Odur ki, şəxsi problemləriniz olan hər kəslə kompromisə getmək haqqında düşünün. Martın 10-dan sonra ulduzlar dostlarınızın artacağını da bəyan edir. Qohumlarınızla zəif münasibətləri möhkəmləndirməyə çalışın. Özünüzə qarşı rəğbət oyatmaq üçün pul amilindən də istifadə edin.
 
Ayın ikinci yarısı:
Təəssüf ki, bu arada digər işlərinizin çoxluğu məhəbbət amilinə diqqətlə yanaşmağınızın qarşısına alacaq. Nə qədər ki öz bürcünüz hakimiyyətdədir (16-20 mart), heç olmasa həmin ərəfədə səhvlərə yol verməyin. "Hər şeydə yalnız özüm haqlıyam” kimi dəhşətli fikirləri başınızdan çıxarın. Qarşı tərəfə mümkün qədər güzəştə getməyə çalışın. Əgər bu tövsiyələrə əməl etsəniz, ayın 25-nə qədər qarşılıqlı münasibətləri qaydasına sala biləcəksiniz. Göy qübbəsi martın ikinci yarısında iqtisadi maraqlarınızda hansısa risk etməyin lüzumsuz olduğunu bəyan edir. Əks təqdirdə ciddi problemlərə mübtəla ola bilərsiniz. Mart ayının 16-dan 20-nə və 28-dən 30-na qədər şəxsi büdcənizin azalmasına imkan verməyin. Yaxından bələd olmadığınız adamlarla pul sövdələşmələri aparmayın.

joy.az

Go Back

blog post

Qoç - münasibətləri aydınlaşdırmaq üçün düşərli zaman deyil. Karyeranız, işiniz və ya kommersiya fəaliyyətinizin hansısa formada asılı olduğu insanlarla ehtiyatlı davranın. Elektron hesablaşmada, yazışmada ehtiyatlı olun. Səhvlərə yol verməyin.
Günün ikinci yarısında maliyyə problemini ailə üzvləri ilə müzakirə etməyin. Pulla bağlı dartışma münaqişə yaratmamalıdır. Axşam saatlarında yeni münasibətlərə başlamayın. Hadisələrə süni təkanlar verməyin.
 
Buğa - diqqətli və sayıq olun. Rasional addımlar atın. Yüz ölçün, bir biçin. İrəliyə doğru tələsmədən hərəkət edin. Heç nədə ifrata varmayın. Estetik səciyyəli məsələlər sizi çox narahat etməməlidir.
Günün ikinci yarısında rasionunuza fikir versəniz, əhvalınız yaxşı olacaq. Allergiya, mədə pozuntusu, intoksikasiya riski var. Axşam saatlarını özünüzə həsr edin.
 
Əkizlər - ötənlərdəki uğursuzluqlar və şəxsi münasibətlərdəki problemlər əhvalınızı korlamasın. Özünüzü uğursuz insan saymayın. Ruhdan düşməyin, bədbinliyə qapılmayın. Səhvlərinizi etiraf edin.
Yanlışlıqların fəsadlarını aradan qaldırmaq üçün günün ikinci yarısında yetərincə vaxtınız olacaq.
Axşam saatlarında yeni tanışlıq istisna deyil. Amma bu təmasların ömrü uzun olmayacaq. Ötənlərdə sizdə mənfi təəssürat yaratmış insanla görüş ola bilər.
Təmkinli davranın.
 
Xərçəng - aqressiv, sərt olmayın. Yaxın ətrafınızdakı insanlar qarşısında ifrat tələblər qoymayın. Təriflənmək, təqdir olunmaq istəyirsiniz. Belə hisslərə qapılmayın. Diqqət mərkəzində olmağa can atmayın.
Günün ikinci yarısında həddən artıq enerji və zəhmət tələb edən işə başlamayın. Belə cəhdlərdə məna və fayda yoxdur. Dəvət aldığınız yerə axşam saatlarında yollanın. Özünüzü naqolay hiss etməyin.
Axşam saatlarında istirahət etməyə çalışın. 
 
Şir - hadisələrə təsir imkanlarına malik insanların fikri ideallarınızın əksi ola bilər. Xoşagəlməz məqamlar və mübahisələr var. Fəqət, heç bir halda seçdiyiniz yola şübhə etməyin. İndiyədək gərgin, qarışıq münasibətlərdə olduğunuz insanlardan biri yardım üçün müraciət edəcək. Aldanmayın.
Günün ikinci yarısında qonşular və dostlarla mübahisələr yarana bilər. Ailə üzvləri ilə sərt danışmayın. Heç bir halda ətrafınızdakı insanlara sərt təzyiq göstərməyə çalışmayın. Belədə işləri daha da korlaya bilərsiniz.
 
Qız - çoxdan başladığınız işləri bitirmək üçün uğurlu zamandır. Ötənlərdəki addımlarınızı təhlil edin, yeni həll variantları və irəliləyiş vasitələrini nəzərdən keçirin. Maliyyə fonu yaxşı deyil. Sayıq olun.
Yaxşı tanımadığınız insanlara günün ikinci yarısında güvənməyin. Sizi aldatmağa çalışacaqlar.
Şəxsi münasibətlərdə xatirələr durumu dəyişə bilər. Ötənlərdə var olmuş bir ünsürün çatışmazlığını hiss edəcəksiniz. İllüziyalara qapılmayın, məntiqlə hərəkət edin.
 
Tərəzi - ağır, ciddi işlər planlaşdırmayın. Uzaq yola çıxmayın. Bütün planları həyata keçirmək mümkün deyil. Mənasız cəhdlər, sadəcə, ifrat yorğunluq vəd edir. Bütün diqqəti cari işlərə yönəldin, qarşınıza kiçik məqsədlər qoyun. Başladığınız layihəni qüsursuz yerinə yetirməyə çalışın.
Günün ikinci yarısında əlavə gəlir mənbəyini aşkarlaya bilərsiniz. Zahiri görünüşünüzün qayğısına qalın. İmicinizi düşünün. Yarımçıq məsələləri bitirmək üçün axşam saatları sərfəlidir.
Gəzintiyə çıxa bilərsiniz.
 
Əqrəb - baş verənlərə fərqli aspektdən baxmağa çalışın. Hadisələr arasında ilk baxışdan sezilməyən əlaqə və ya bağlılığı sezə bilərsiniz. Ciddi olun, həllini tələb edən problemlərə barmaqarası baxmayın. Diqqəti əsas məsələyə yönəldin.
Öz maraqlarınızı unudub bütün vaxtınızı başqalarının çətinliklərinin həllinə sərf etməyin. Şəxsi münasibətlər kamillikdən uzaqdır. Problemləri həll etməyə başlamasanız, münasibətlər korlana bilər. Axşam saatlarında normal istirahət edin.
 
Oxatan - qayğıların, problemlərin, müşküllərin çox olduğu gündür. Yaddan çıxardığınız və ya təxirə saldığınız məsələləri həll etməli olacaqsınız. İkinci dərəcəli məsələləri aktual hesab etməyin. Gümrah olun. Qətiyyətli və iradəli davranın.
Günün ikinci yarısında xatirələrə qapılmayın. İfrat özünütənqid, ən kiçik səhvlərin böyüdülərək faciəvi yanlışlıq həddinə çatdırılması əhvalınızı korlaya bilər. Özünüzü bütün məqamlara görə suçlamayın. Uğurlarla bahəm, yanlışlıqlar da gərəkli yaşam təcrübəsidir.
 
Oğlaq - görüldən işlərdən narazılıq hissi yarana bilər. Yeni yüksəkliklər fəth etmək istəyirsinizsə, sizə mane olan sədləri aşın. İşlərdə optimal nəticəyə nail olmaq istəyirsinizsə, kənar təsir altında olmayın. Ruhdan düşməyin. Durumu real dəyərləndirin, perfeksionizmə qapılmayın. Vasvasılıq ziyandır.
Günün ikinci yarısında tələsməyin, problemləri tədricən həll edin. Kiçik detallar, xırdalıqlar sizi sinirləndirməsin.
Axşam saatlarını səmimi ortamda keçirin. Yaxınlarınızla təmaslarda soyuqqanlı və laqeyd olmayın. Əks təqdirdə cavab reaksiyası ilə qarşılaşacaqsınız.
 
Dolça - çoxdan bəri həllini tələb edən problemlərdən biri yenidən gündəmə gələcək. Sədlərlə maneələri sürətlə aradan qaldırmaq cəhdləri heç bir nəticə verməyəcək. Durumdan çıxış yolu tapmağa çalışın. Çətinliklər sizi qorxutmasın.
Günün ikinci yarısında romantik əhval-ruhiyyədə olmayın. Sevdiyiniz insandan uzaqda olsanız da, onu unutmayın. Nikbin olun, bədbinliyə qapılmayın.
Axşam saatlarını ailə üzvlərinizə həsr edin.
 
Balıqlar - günün ilk yarısından etibarən situasiya gərgin olacaq. Əsla nəzərdə tutulmamış hadisələr baş verə bilər. Dəstəyə, maddi və mənəvi yardıma ehtiyacınız var. Kimin əsl dost, kimin də sizdən sui-istifadə etməyə çalışan insan olduğunu araşdırın. Dostlarla tanışları ayırd edin.
Günün ikinci yarıında alış-veriş zamanı bədxərclik etməyin. Sərfiyyata fikir verin. Yaşam potensialınızın yüksək olduğu dövrdür. Bir sıra məsələləri həll etmək olar.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
 
bizimyol.info

Go Back

Bürclər - 25 fevral

Qoç - daşınmaz əmlak, ailə büdcəsi ilə bağlı məsələləri həll edin. Aktiv olun. Kimsədən yardım gözləməyin. Karyera müstəvisində irəliləyiş ola bilər. Planlarınızı tədricən həyata keçirin.
Dediyiniz sözlərə fikir verin. Emosiyalarınızın tarıma çəkildiyi zaman söylədiyiniz kəlmələr nüfuzunuza zərbə vura bilər.
Günün ikinci yarısında gərginlik daha da artacaq. Ona görə də axşam saatlarını yaxınlarınızla keçirin. Buna imkan yoxdursa, bir müddət tək qalın. Qohumlardan birinizin yardıma ehtiyacı var. O şəxslə diqqətli olun, şəfqətli davranış nümayiş etdirin.
 
Buğa - ticarət və ya təhsil sahələrindən birində çalışırsınızsa, təmkinli olun. Sizinlə aqressiv danışan insana elə həmin cür cavab verməyin. Səbr yaxşı nəticələr vəd edir. Gün gərgin keçəcək.
Davakar insanlardan uzaq durun. Dövlət qurumlarından biri ilə bağlı məsələnin həllini uzatmayın.
Günün ikinci yarısında travma riski var. Diqqətli və ehtiyatlı olun.
Axşam saatlarında hətta ən sakit söhbət münaqişəyə çevrilə bilər. Buna yol verməmək üçün danışığınıza fikir verin. Ən yaxşısı isə ünsiyyəti minimuma endirin. Dostlar və ya uzaqda yaşayan qohumlardan biri qonaq gələ bilər.
 
Əkizlər - maliyyə məsələlərinin həlli üçün yaxşı vaxt deyil. Yeni işə və ya layihəyə başlamayın. Aldığınız təkliflər ilk baxışdan cazibədar və şirnikləndirici təsir bağışlasa da, əslində zərərlidir. Risklərə aldanmayın. İntuisiyanıza güvənin.
Günün ikinci yarısında şəxsi münasibətlərdə inciklik, qalmaqal, müzakirələr istisna deyil. Köhnə əlaqələrdən birini qırmağa tələsməyin. Məntiqli olun, status-kvonu qoruyun.
 
Xərçəng - ünsiyyət, habelə yarımçıq işlərin başa çatdırılması üçün yaxşı zamandır. Alicənab, qayğıkeş olun. Belədə yaxın ətrafınızdakı insanların nəzərində nüfuzunuz artar. Yeni layihəyə başlamaq fikriniz varsa, vaxtınızı boş işlərə sərf etməyin.
Günün ikinci yarısında texnika ilə bağlı problemlər yarana bilər. Uzaq səfərə çıxmayın, təmirə başlamayın. Yaxınlarınızın qayğısına qalın.
Əks cinslə ünsiyyət üçün axşam saatları münasibdir.
 
Şir - yaşananlara rəğmən bədbinliyə qapılmayın. Situasiyadakı qəfil dəyişikliklər sizi təbdən çıxarmasın. Həyatın acılı, şirinli olduğunu unutmayın. Təhsil və kommersiya ilə məşğulsunuzsa, ciddi uğur istisna deyil. Səhhətinizin qeydinə qalın. Fiziki təmrinlərə vaxt ayırın.
Günün ikinci yarısında sükan arxasında ehtiyatlı, sayıq olun. Cərimə riski var.
Yaşam ortamını qaydaya salın, prosesləri nizamlayın. Zahiri görünüşünüzə fikir verin.
Axşam saatlarında alış-veriş sizi sevindirə bilər.
 
Qız - günün ilk yarısından etibarən fəal, enerjili olun. Emosional yüksəliş istisna deyil. Problemlərin həllinə yaradıcı münasibət sərgiləyin. Yaşam tonusunuzun səviyyəsi yüksək olacaq. İntuisiyanıza güvənin.
Avantüralara qatılmayın, amma bir qədər risk də pis olmaz.
Günün ikinci yarısı yaxınlarınız və ailə üzvlərinizdən birinin problemlərini həll etmək olar. Sevdiyiniz insana hədiyyə verin. Axşam saatlarında istirahətə, əyləncəyə yollanmaq olar. Nə yediyinizə fikir verin. Yağlı, duzlu təamlardan uzaq durun.
Normal istirahət etməyə çalışın.
 
Tərəzi - emosional davranış işlərinizə ağır zərbə vura bilər. Ev işlərinə laqeyd yanaşmayın. Sıradan çıxmış avadanlığı təmir edin, sınmış aləti və ya əşyanı əvəzləyin.
Yola çıxmaq zərurəti yaranarsa, yaxşı hazırlaşın. Təfərrüatlar və detalları nəzərdən qaçırmayın. Daşınmaz əmlakla bağlı məsələlərlə məşğul olmayın. Mübahisələrdə ədalətli qərar verin, yalana uymayın. Sərt davranaraq yaxınlarınızın qəlbini qırmayın. Dəyər verdiyiniz insanlara qayğı ilə yanaşın.
 
Əqrəb - çoxdan yığılıb qalmış problemlərin həlli və yarımçıq işlərin başa çatdırılması üçün münasib zamandır. Dəf olunmaz sayılan səddi qısa müddətdə keçə bilərsiniz. İşgüzar yazışmada diqqətli olun. Qısamüddətli səfərə çıxmaq mümkündür.
Günün ikinci yarısında ünsiyyətə həddən ziyadə vaxt ayırmayın. Boş söhbətlərə qatılmayın. Yeni tanışlıqlarda ehtiyatlı olun, çünki pis insanı yaxşı adam saya bilərsiniz.
Axşam saatlarında gəzintiyə çıxmaqda fayda var.
 
Oxatan - daşınmaz əmlak və maliyyə məsələləri ilə məşğul olmaq üçün yaxşı zamandır. Alış-verişə yollanmaq olar. Lakin bədxərclik etməyin. Pulunuzun qədrini bilin. Şayiələrə, dedi-qodulara fikir verməyin.
Söhbət zamanı hisslərinizə nəzarət edin. Müstəqil fəaliyyətə alışsanız belə, kollektiv işin faydalarını anlayın və situasiyadan bəhrələnin. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün zəruri addımları atın.
Axşam saatlarında aktiv olun.
 
Oğlaq - yeni layihələrlə məşğul olmağa dəyməz. Maliyyə məsələlərində ehtiyatlı olun. Sənədləşdirməni təxirə salın. Mədəniyyət və incəsənətlə məşğulsunuzsa, aktiv olun. Yaradıcılıq potensialınızdan bəhrələnin. Gələcək uğurların əsasını indi qoya bilərsiniz.
Günün ikinci yarısında emosional durum stabil olmayacaq. Ətrafınızdakı insanların iradlarına və tənqidlərinə sərt reaksiya verməyin. Qıcıqlanmayın, hisslərinizə nəzarət edin.
Axşam saatlanında idmanla məşğul olmaq mümkündür. Tamahkarlıq etməyin.
 
Dolça - günün ilk yarısından etibarən atacağınız addımları diqqətlə planlaşdırın. Mümkün riskləri hesablayın. Bəxtə güvənməyin. Emosional durumunuz stabil deyil. İtkilər ola bilər.
Atdığınız addımları təhlil edin. Özünütənqiddə ifrata varmayın.
Günün ikinci yarısında yaxınlarınızla təmaslarda səsinizi qaldırmayın. Səbrli, təmkinli olun. Axşam saatlarını təklikdə keçirin. Sakit ortama ehtiyacınız var. Rasionunuza fikir verin. İntoksikasiya riski var.
 
Balıqlar - yaradıcılıq, çıxışlar, kommunikasiyalar üçün yaxşı zamandır. İşgüzar fəaliyyət müstəvisində canlanma ola bilər. Müzakirələr aparmaq, müqavilələr və anlaşmalar imzalamaq, planlaşdırma üçün pis vaxt deyil. Yaxın ətrafınızdakı insanlar dediklərinizə qulaq asacaqlar.
Günün ikinci yarısında dostlar və yaxınlarınızla ünsiyyətdə eqoizmə yol verməyin. Belə davranış münasibətləri korlaya bilər. Axşam saatlarındakı yeni tanışlığın perspektivi yoxdur.
Gəzintiyə çıxmaq imkanlarını əldən verməyin.
 
bizimyol.info

Go Back

Hansı bürclər üzr istəyə bilir?

Üzr istəmək çətin prosesdir. Bəzi insanlar peşmanlıqlarını elə gözəl ifadə edirlər ki, az qalır ki, siz onlardan üzr istəyəsiniz. Bəzilərindən isə gözləsəniz də, bir dənə üzr nədir ki, onu eşitməzsiniz. Bir də var bürclərinə görə, dəyişən insanlar və üzrlər...

QOÇ: Bütün qoçlar dünyanın ən şirin insanı olduqlarını düşünürlər. Üzr istəmələri zəruri olsa da, onlara elə gəlir ki, haqlı olan özləridir. Ona görə dizləri üzərinə çökmək yerinə sadəcə “üzr istəyirəm” deyirlər.

BUĞA: Səhv etdikləri insanın üzünə baxmağa çəkinirlər. Onsuz da olan olub. Ona görə buğaların üzr istəmədikləri üçün itirdiyi çox dostları var.

ƏKİZLƏR: Əkizlər bürcünün kişiləri ne etsələr də, mütləq özlərini haqlı çıxarırlar. Buna görə əkizlərdən üzr istəmələrini gözləməyin. Onsuz da haqsız tərəf siz olacaqsınız.

XƏRÇƏNG: Xərçənglərin üzr istəməsini gözləməklə vaxt itirməyin. Hər mövzunu öz xeyrinə həll edən ikinci belə bürc yoxdur. Axırda görəcəksiniz ki, yalvarıb-yaxaran sizsiniz.

ŞİR: Şirlər səhvlərini düzəltmək üçün əllərindən gələni edirlər. Sizə güllər alar, evinizin qarşısındakı divara böyük hərflərlə “MƏNİ BAĞIŞLA!” yazar, ayaqlarınıza yıxılıb yalvararlar. Siz onu bağışlayanda isə bic-bic gülməyi də unutmurlar. Onları incitmək qeyri-mümkündür.

QIZ: Onlar üzr istəməkdən çəkinmir. Amma bunu nə vaxt edəcəyini özü planlaşdırır. Onların fikrincə, iş-işdən keçmiş olsa da, əsas odur ki, üzr istəyiblər.

TƏRƏZİ: Səhv edəndə bunu etiraf etməkdən çəkinmirlər. O qədər səmimidirlər ki, üzr istəməsələr belə siz onları bağışlayarsınız.

ƏQRƏB: Üzr istəmək onlar üçün rəsmiyyətdir. Ona görə də zəng etmək yerinə mesaj yolu ilə bu problem həll edirlər.

OXATAN: Oxatanların həyat fəlsəfəsində peşmançılıq, üzr yoxdur. Başqaları onlara qarşı səhv edəndə də dəyişmirlər. Yəni İngilis bayrağı deyillər.

OĞLAQ: Onlardan sadə bir “üzr istəyirəm”lə xilas ola bilməzsiniz. Gərək onlara uzuuuuun açıqlama verəsiniz. 7 səhifəlik müdafiə hazırlayıb sonda onu təmin etmisinizsə, siz dahisiniz.

DOLÇA: Dünyanın ən şirin insanlarıdır. Səhv etdiklərini bilən kimi münasibəti düzəltmək üçün nə isə düşünürlər. Ən əsası isə bacarırlar.

BALIQ: Elə də çox üzr istəmirlər. Onların fikrincə, hər kəs fərqlidir. Balıq və üzr istəmək? Bu qədər özünüzə güvənməyin.

mixeber.com
Daha ətraflı:http://atvxeber.az/news/interesting/15712-hansi-burcler-uzr-isteye-bilir
Atvxeber.az saytında yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi vacibidir.
Daha ətraflı:http://atvxeber.az/news/interesting/15712-hansi-burcler-uzr-isteye-bilir
Atvxeber.az saytında yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi vacibidir.

Go Back

Bürclər haqqında

Bürcünü bilsən, onu asanlıqla idarə edə bilərsən

QOÇ

Qoçlar getdiyi hər yerdə, hər vaxt maraq mərkəzi olmaq istəyərlər və bunun üçün əllərindən gələni edərlər. Bu səbəblə bir çox yoldaşı vardır və yoldaşları arasında olduqca məşhurlardır. Qərarlı şəxsiyyətləri olmasının yanında, özlərinə olduqca güvənərlər. Qoçları baxışlarından və özlərindən əmin duruşlarıyla anlaya bilmək mümkündür. Çoxu Qoçun qaşları qalın quruluşdadır.

BUĞA

Rahatlarına olduqca düşkündürlər, əyləncəni, gecə gəzmələrini çox sevərlər. Hər şeyin ən yaxşısına sahib olmaq istədikləri üçün iş həyatlarında çox çalışarlar. Ev yaşından çox xoşlanarlar. Dostları və güvəndiyi yoldaşları üçün edə bilməyəcəyi fədakarlıq yoxdur. Buğaların ayırt ediləcək ən əhəmiyyətli xüsusiyyəti də dediyim dedik və inadçı olmalarıdır. Dalğalı saçları və qalın boyunları vardır.

ƏKİZLƏR

İnsanlarla bir araya gələrək uzun söhbətlər etməyi, dostlarıyla birlikdə vaxt keçirməyi çox sevərlər. Maraq sahələri çox genişdir və bir çox şeylə eyni zamanda məşğul olduqlarından bəzən yoldaşlarına vaxt ayıra bilməzlər. Nə vaxt nə edəcəklərini əvvəldən düşünmək olduqca çətindir. Bir an ağızından bal damlayaraq sizinlə söhbət edərkən, gözlənilməz bir anda sinirdən köpürə bilərlər. Əkizlər əksəriyyətlə incə və uzun tiplərdir.

XƏRÇƏNG

Xərçənglər tamamilə sürprizlərlə doludur. Bir an utancaq; bir an olduqca tənbəl ola bilərlər. İlk tanış olduğunuzda sizə dərhal istilənə bilməsələr də qısa bir müddət sonra neçə illik dostunuzmuş kimi sizinlə vaxt keçirə bilərlər. Xərçəngləri həll etmək heç də asan deyil, ən yaxınındakı belə onların içində gizli qalanları anlaya bilməz. Xərçənglərin ən gözəl xüsusiyyətlərindən biri də çox incə düşüncəli olmalarıdır, kiçik hədiyyələrlə sürprizlər etməyi sevərlər. Yoldaşlarına çox bağlıdırlar və hər şeylərini onlarla paylaşmağa hazırdırlar. Çöldə gecə gəzmələrindən çox evdə divanında oturmağı seçər.

ŞİR

Bütün Şirlər üçün ortaq olan bir nöqtə; başlarını qoyduqlarını gerçəyə çevirmək üçün ölənə mübarizə edə biləcək olmalarıdır. Bunun yanında spot işıqlarının öz üzərində olmalarından xoşlanarlar. Aslanlar ətrafındakılardan hər vaxt daha çox maraq görmək istədikləri üçün paltarları, hərəkətləri və danışmalarıyla maraq üzərlərinə toplamanı bacararlar. İdarə etməyi və lider olmağı sevdiklərindən ümumiyyətlə yüksək mövqelərdə çalışarlar. Gur saçları və insanlara təpədən baxışlarıyla özlərini dərhal müəyyən edərlər.

QIZ

Tünd rəng dərin baxışları və ağ bədənləriylə dərhal diqqət çəkərlər. Hər vaxt qəşəng və tərz sahibidirlər. Bir yoldaş birliyində Qızları davamlı ətrafını gözlərkən tapa bilərsiniz. Başaqların instinktləri və insanları təhlil edə bilmə qabiliyyətləri olduqca çoxdur. Başaqların digər bir xüsusiyyətidirsə başqalarını davamlı tənqid edərkən özlərinə gələn tənqidlərə qarşı xoş görülü olmamalarıdır. Qızlar asan asan kimsəyə inanmazlar və buna görə ümumiyyətlə təkdirlər.

TƏRƏZİ

Tərəzilər lüks anlayışıyla əlaqədar hər şeydən çox xoşlanarlar. Bu bürcün qadınları və kişiləri cazibələri və karizmalarıyla ətrafındakıları dərhal təsirlərlər. Tərəzi kişiləri qadınlara necə davranılması lazım olduğunu olduqca yaxşı bilərlərkən qadınlarıdırsa cazibədar görünüşləri və cazibələriylə kişilərin başını çevirərlər. Anlayışlı və uyğun strukturları sayəsində insanlarla müsbət əlaqələr qurarlar.

ƏQRƏB

Əqrəb bürcləri cəsur hərəkətləri və hər kəsə meydan oxuyan baxışlarıyla özündən əmin bir görünüş sərgilərlər. Başlarına qoyduğu hər şeyə nə olursa olsun çatarlar və mübarizəçi şəxsiyyətləriylə bəzən çox ürək qıra bilərlər. Ancaq əqrəblər əksəriyyətlə təmiz ürəkli və dürüstdürlər. Sevdiklərinə həddindən artıq bağlı olmalarının yanında onlar üçün hər cür fədakarlığı edərlər. Danışma və özlərini ifadə edə bilmə qabiliyyətləri sayəsində ətrafında bir çox insan vardır.

OXATAN

Azadlıqlarına düşkün və macəraçı ruhludurlar; buna görə bir Oxatanla qarşılaşdığınızda onu başından keçən maraqlı macəraları və tətil hekayələrini bəzilərinə izah edərkən görə bilərsiniz. İdman fəaliyyətlərindən böyük zövq alarlar və enerjiləri heç bitməz, davamlı bir yerdən baxa bir yerə qaçdırarlar, yeniliklərə açıqdırlar. İşlərinə bağlı və əzmli olmaları sayəsində iş həyatlarında yaxşı mövqedə olarlar. Oxatanlar uzun və atladıq bir quruluşa sahibdirlər.

DOLÇA

Dolçalarla əlaqədar ilk təəssüratınız onların nə qədər özünü bəyənmiş və çatılmaz olduğudur. Ancaq onlar tanışdan sonra heç də göründükləri kimi olmadığını anlarsınız.Dolçalar əslində yumşaq təbiətli və yoldaş canlısıdır. Müstəqilliklərinə çox düşkündürlər və ona limitlər qoyulacaq olunsa qarşısındakından uzaqlaşarlar. İçlərindən gəldiyi kimi yaşamaqdan xoşlandıqları kimi məntiqlərindən çox ürəklərinin səsini dinləməyi seçərlər

BALIQ​

Bir balıqla danışdığınızda onun əslində sizin yanınızda deyil də başqa bir dünyada olduğunu düşünərsiniz. Balıqlar öz dünyalarında, öz yuxularını görərlər; başqalarının dediyini əhəmiyyət verməzlər, yalnız öz doğruları ona həyatında istiqamət verər. Buna görə bir Balığı sözlərinizlə istiqamətləndirmək qeyri-mümkündür. Balıqlar tapıldıqları mühitə çox asan uyğunlaşma təmin edərlər, harada necə davranılması lazım olduğunu çox yaxşı bilərlər.

legend.az

Go Back

Bürclərin sevgidə qısqanclıq halları

Qoç bürcü - həmişə ön planda olmağı sevən qoçlar, arxa planda olduğu zaman öz mövqeyi artıqlaması isə göstərəcək. Özünə güvənən bir tip olduğu üçün ikinci planda qaldığı zaman qısqanclıq hissi onu rahat buraxmır. Qısqanclığı hiss olduğu zaman qarşıdakı insanı istəmədən də incidə bilər. Münasibətlərdə qısqanc və hər zaman hücum mövqeyindədir. Özünə rəqib gördüyü zaman hirsli və əsəbi olur. Eyni zamanda qarşı tərəfin diqqətini həmişə öz üzərində hiss etmək istəyir. Qoçlar dürüst olduğu üçün hər şeyi həyat yoldaşları ilə paylaşmaqdan zövq alır. 

Buğa bürcü — üçün qısqanmaq təbii duyğulardan biridir. Buğalar əldə etmədiyi hər şeyə qarşı aqressiv və qısqanclıq hiss edir. Bu duyğu onları daha yüksək işlərə motivasiya edə bilər. Lakin qısqanclıq hissinə hakim olmadıqları zaman insanları sıxa bilərlər. Rahatlığına düşkün olan buğalar, qısqanclıqları ilə həm özünü, həm də insanları narahat edir. Sevgidə isə qısqanclıq onlar üçün sevginin əsas göstəricisidir. İki buğanın birlikdə sevgi yaşaması olduqca çətin olur. 

Əkizlər bürcü - şəxsi həyatlarında əkizlərin başqa bir insana o qədər də ehtiyac olmur. İlk baxışda qısqanclıq nəzərə çarpmır. Əkizlər çox pozitiv bürc olduğu üçün qısqanclıq və xoşagəlməz duyğuları açıq şəkildə göstərmək yerinə, gizlədir. Hər zaman şən və pozitivlikdən yana olduğu qısqanclıq duyğuları hiss olunmur. Qəlbi qırılmadığı müddətdə qısqanclıq duyğularını qətiyyən göstərmir, əksinə vecinə olmadığını nümayiş etdirir. Əkizləri sevindirmək çox çətin məsələdir. Əkizlərlə sevgi yaşamaq istəyənlər hər şeydən əvvəl səmimi, mehriban və dürüst olmalıdır. 

Xərçəng bürcü — aşırı duyğusal olan xərçəng bürcü qısqanclıq mövzusunda geri qalmır. Qısqanclıq hisslərinin əsiri olduğu zaman xərçənglər, çevrəsindəki hər kəslə qəddar davranır. Gərgin və narahat halı ilə hər kəsdə qıcıq yaradır. Qısqanclıqların ən yüksək həddi olanda isə ətrafındakı insanları incidə və təzyiq göstərə bilərlər. Yalan danışdığınızı o dəqiqə hiss edirlər. Güvəni sarsıldığı zaman onu bərpa etmək üçün uzun vaxt lazım olur. 

Şir bürcü - ərköyün olduğu üçün diqqət gözləyir. Lider ruhlu olduqları üçün hər zaman irəli getməyə öyrəşirlər və sevgi ilə təmin olmaqlarını gözləyirlər. Başqasının yüksək pilləyə qalxmasını həzm edə bilmədiyi üçün qısqanclıq duyğuları açıq şəkildə hiss olunur. Bundan isə stressə düşürlər. Qısqanc olduqları zaman ətrafında olan hər kəsi günahlandıra və pis rəftar edə bilərlər. Onların inamını qazandığınız zaman sarsıtmaq asan deyil. Yəni, səhvlərinizi bağışlaya bilirlər. 

Qız bürcü - sakit, soyuqqanlı və məntiqli davranır. Bu baxımdan qız bürcü qısqanclıqdan uzaq durur. Lakin hər insanın olduğu kimi qızların da zəif nöqtələri var. Qısqanclığa qapıldığı zaman depressiyaya düşür və küsəyən olur. Ətrafındakı insanları sərt şəkildə tənqid edir. Qızlar qısqanc duyğusunu yaşamır və yaşatmazlar lakin onları qısqanclığa sürükləyən davranışlardan uzaq durun. Çünki bu pis nəticələrə gətirib çıxara bilər. 

Tərəzi bürcü - son dərəcə şən həyat sürən tərəzilər üçün qısqanclıq duyğusu bəlli edilməyən duyğudur. Lakin hərdən diqqətləri üzərinə çəkə bilmədikləri üçün qısqanclığa qapıla bilərlər. Qısqanclıq səhnəsi göstərdikdən sonra kin saxlamırlar. Çox qürurlu olduqları üçün əsasən qısqanclıqları göstərməməyə çalışırlar. 

Əqrəb bürcü - qısqanclıq əqrəb bürcünün yaşam tərzidir. Digər bürclərin uzaq durduğu şeyləri də əqrəblər qısqanır. Özünü idarə etmə arzusuna nail ola bilmirlər. Hadisələrin gedişatı zamanı idarəni itirsələr, fırtına qopa və dəhşətli hadisələr baş verə bilər. İnsanlarla münasibətlərdə siyası davranışlar sərgiləsələr də, sevgidə qətiyyən belə deyillər. Qısqanc olsalar da, güzəştə getməyi bacarırlar. Qısqanc davranışlar göstərsələr də, xeyirxah və ürəyitəmiz olurlar.

Oxatan bürcü- adətən bu bürclər qısqanc deyil. Dəyişkən xarakterə malik olduğu üçün qısqanclıq hissləri baş qaldırdığı zaman nə cür hərəkət edəcəklərini bilmirlər. Qısqanclıq hislərini ciddi cəhdlə gizlətməyə çalışsalar da, bacarmırlar. Qısqanc oxatan bürcünü sakitləşdirməyin ən yaxşı yolu onu anlamaqdır. 

Oğlaq bürcü - məntiqli düşünüb hər zaman yüksəlməyi düşünür və çevrəsindəki insanların onları geridə qoyduğunu gördüyü zaman qısqanc olurlar. İnsanlarla münasibətlərdə öz mənfəətlərini güdürlər. Qarşıdakı insandan heç bir mənfəət əldə etmədikdə isə qısqanclıqdan ağlagəlməz hərəkətlər edə bilər. Sədaqətinizə güvənməyən oğlaq bürcü ilə birlikdə xoşbəxt olmaq çox çətindir. 

Dolça bürcü - hər bir insan kimi dolçalarda hərdən qısqanclıq hisslərinin əsiri olur. Lakin digər bürclərlə müqayisədə dolçalar demək olar ki, qısqanclıq hiss etmirlər. Onlar qısqanclıq səhnələrinə sərf edilən vaxtı başqa məşğuliyyətlərlə əvəz etməyin tərəfdarıdır. Özləri qısqanc olmadığı üçün başqalarının qısqanclıq hisslərini başa düşmür və mənasız hesab edirlər. Onlara qarşı qısqanc olmadığınız müddətdə münasibətləriniz normal və qaydasında gedəcək.

Balıq bürcü - qısqanclıq balıq bürcləri üçün ən zərərli duyğulardan biridir. Qısqanclıq hiss etdiyi zaman ürəyinin yağını yeyib dərin kədərə bürünürlər. Sevdiyi insanlara hər zaman sahib çıxdıqları üçün qısqanclıq onları rahat buraxmır. Bir yandan da başqalarının onları qısqanmağından xoşları gəlmir çünki azadlıqları düşkün insanlar olur. Özlərini güvəndə hiss etdikləri müddətdə qısqanclıq böhranına girmirlər.

​joy.az

Go Back

Bürclərin xüsusiyyətləri

Bürclər və onların əsas xüsusiyyətləri

Qoç – hər zaman öndə olmağı sevən qoçlar doğuşdan öndər xüsusiyyətlərini daşıyır. Qoç bürcündə olanlar çox güclü olur, bitmək bilməyən mübarizə və arzu hissi ilə coşurlar. 
Bu insanlar başqalarının əmri ilə işləməkdən nifrət edir və olduqları mühitdə rəhbər vəzifəsinə yüksəlmək üçün əllərindən gələni edirlər. Çox az hallarda istəklərinə nail ola bilımirlər. Bu zaman isə tək başına iş qurmağı düşünülər.

Buğa – bu bürcün sahibləri olduqca səbrli, qərarlı və güvənli insanlardır. Həyatda müəyyən məqsəd və hədəfləri var. Onlara nail olmaq üçün böyük səbr və inadla çalışırlar. Eyni zamnda həyatdan zövq almağı da bacarırlar. 
Başa düşən və xoş niyyətli biridir. Tənbəllik etməsələr, başladığı işi tez bitirirlər. Bu bürcün insanları digərlərindən fərqli oalraq, çox gözləməyi bilir. 
Bəzən sırf səbrli olduğu üçün böyük uğur əldə edə bilər. Ani dəyişiklik və təəccübləndirici yeniliklərdən xoşlanmır. Xüsusən də maddi vəziyyətlərdən risklərdən özünü qorumağı bacarır.

Əkizlər  — əkizlər bürcü ağıl və düşüncəni təmsil edən bürcdür. Son dərəcə güclü və aktiv beyni var. Hər şeyə marağı olduğu üçün hamısını birdən öyrənmək istəyir. Əldə etdiyi məlumatı başqalarına ötürməyə həvəslidir. Buna görə də yaxşı yazma və çox danışma qabiliyyətinə malikdir. 
Bir yerdə uzun müddət qalıb vaxt itirmək istəmirlər. Uzun və səbrli işlər onlarlıq deyil. Çox tələsən və narahat xarakterləri var, həmçinin çox bacarıqlı insanlardır.

Xərçəng – xərçəng bürcü doğrunu deməkdən çəkinmir. Daxili dünyası olduqca zəngindir. Öz şüur altındakı fikirləri kəşf edərək ehtiyacı olan güvən duyğusunu inkişaf etdirə bilər. Beləcə qabığından çıxaraq dünya ilə arasındakı bağlantını gücləndirə bilər. Bunu bacardığı zaman sevdiklərinə də dəstək olur. 
Onlar üçün yuva və ailə məhfumları olduqca əhəmiyyətlidir. Onları hər şeydən üstün tutur və uğrunda hər cür fədakarlığı etməyə hazırdırlar. Əslində, bu hiss onların sahib olduğu hər mövzuda keçərlidir. Əldə etdiyini itirmək qorxusu yaşadığı üçün daima  mübarizə aparır. Yüksək müşahidə qabiliyyətinə sahib olduğu üçün nə vaxt, nə etmək lazım olduğunu yaxşı bilir.

Şir  – şir bürcü özünü xarici dünyaya ifadə etmək üçün yaşayır. Bu öz ifadəsini yardıcılığa da əks etdirir. Yaratdıqları şirlərin daxili dünyansının inikasıdır. O hər zaman səhnədə olmalı və insanlara özünü göstərməlidir. Özünü nə cür ifadə etməyindən asılı olmayaraq, həmişə alqış arxasınca qaçır. İdarə etmək onların təbiətində var. Bacarıqlı bir rəhbər, eyni zamnda yaxşı idarəçidir.

Qız – qız bürcləri son dərəcə tədbirli və mükəmməl işçidir. Həmişə uzun planlar qurur. Hədsiz məsuliyyəti olduğu üçün hər hər şeyi ən kiçik detalına qədər təhlil edir. Ən yaxşısını edə bilmək üçün sistem hazırlayır. 
Bütün bunları başqalarına ən yaxşı xidməti göstərmək məqsədilə edir. Bütün işlərində son dərəcə məsuliyyətlidir. Onların bu hərəkəti başqalarına bəzən çox mənasız gəlsə də, işlərini eyni qayda ilə davam etdirirlər. Xidmət sahəsindəki hər iş və araşdırma tipli sahələr qızlar üçün uyğundur. 

Tərəzi – bu bürcün sahibləri tək öz məqsədini qurur və  balanslaya bilir. Azadlıqları məhdudlaşdırıldığı zaman işdə balansı saxlamğa çalışır. Diplomatiyası və bacarılqları çox inkişaf edib. Öz istək və düçüncələrini ifadə edərək  daxili dünyada sülh və huzuru təmin edir. 
Xarici mühitdə ahəngi tapdığı zaman bu hal onların daxili dünyasına təsir edir. Buna görə də onlar incəsənət sahələri ilə yaxından maraqlanır. Onlar üçün gözəllik hər şeydən öndə gəlir. Bu bürcün insanlarından çoxlu sənətçi olur. 

Əqrəb  — əqrəb bürcü olduqca güclü və dərin duyğulara sahibdir. Buna görə də mübarizə aparmaqdan heç vaxt imtina etmir. Özünə zərər verdiyini bilsə belə, məqsədlərindən vaz keçmir. Kompleksli insandır. Özünə qapılmağı və gizli qalmağı sevir. Ona edilənləri heç vaxt unutmur və bir gün fürsət düşən kimi mütləq intiqam alır. 
Intuisiyaları çox güclü inkişaf etdiyi üçün başqalarının görə bilmədiyini hiss edir. Maraqlandığı sahələrdə dərin mməlumata sahib olur. Əqrəblərin 6-cı hissləri güclü inkişaf etdiyi üçün insanları çox yaxşı başa düşür və tanıyır. Bu qabiliyyətini hansı mqsədlərdə istifadə etməsi isə onun özünə məlumdur. 

Oxatan  —  oxatan bürcü hər şeyi öz təcrübələri əsasında öyrənir. Beləcə öz həyat fəlsəfəsini özü inkişaf etdirir. Həyatın mənasını dərk edənə qədər həyatı bir məcara kimi görər. Onlar xoşxasiyyətli və şən olur. Həmişə uzaqlaşmaq və çox uzaq ölkələrə getməyi planlayır. Azadlığına və sərbəstliyinə son dərəcə düşükndür. Yüksək idealları olan inanclı insanlardır.

Oğlaq – oğlaq bürcü üçün hədəflər çox vacibdir. Buna görə də hərəkət etməzdən əvvəl yaxşı plan qurur, şərtləri diqqətlə gözdən keçirir və bundan sonra işə başlayır. Hədəfinə çatmaq üçün onu yolundan azdırmaq çox çətindir. İntizamlı, əzimli və səbrli şəkildə işləyərək yoluna davam edir. 
Oğlaqlar hər zaman hər şeyin ən yaxşısnı seçir. Buna görə də hədəflərinə nail olan zaman bir çox maenə ilə üzləşir. Amma bu maeələr onu əngəlləyə bilmir. Daha çox çalışır və onları yolundan atmağa nail olur. Onlar cəmiyyətdə yer tutmağa çalışır və onu itirməmək üçün əllərindən gələni edir. Buna görə də çox zaman əxlaqi dəyərlərə sayğısızlıq etmir. 

Dolça – dolça bürcü insanlıq adına ən ideal bürcdür. Azadlıq, insanlar arasında bərabərlik, qardaşlıq kimi anlayışlar onun idealında həyat tərzidir. Daha əvvəl heç kimin düşünmədiyini düşünə  və reallaşdıra bilər. Hamıdan fərqlənir və orijinal insanlardır.
İstədiyini əldə etmək üçün heç kimin dəstəyinə ehtiyac duymadan hər kəsə meydan oxuyar. Beləcə yeniliklərə əməl edir. Yenilik və yaradıcılıq, dünyanı dəyişdirən hər cür mövzu onun maraq dairəsinə daxildir.

Balıqlar – balıq bürcü olduğu mühitdən başqa bir həqiqət olduğunu düşünür. Bu həqiqətə çatmaq üçün özünü tapmalı, eqodan və onun sərhədlərindən xilas olmalıdır. Beləcə xəyalını qurduğu gözəlliklər bütünləşə bilər. 
Həssas xarakteri və mühaşidə qabiliyyəti nəticəsində qarşısındakı insanı anlamasını asanlaşdırır.  Bu özəlliyi sayəsində qarşısındakı insanla bütünləşib tək ola bilir. Yəni, insanları yaxşı anlaya bilir və onlara lazımi və ehtiyac duyduqları mənəvi köməyi göstərə bilir.  

kayzen.az

Go Back

Bürclər haqqında

Bürclərin xasiyyəti, onların əlamətləri haqqında ən lazımlı məlumatları bilmək üçün 12 bürc haqqında qısa bilgiləri öyrənmək faydalıdır.Siz də bunları bilməlisiniz.

Qoç bürcü (latınca Aries)
• 21 mart – 20 aprel 
• Ünsürü – od 
• Rəmzi – qoyun 
• Rəngi – qırmızı 
• Himayəçi planeti – Mars 
• Aparıcı motivi – birincilik uğrunda mübarizə 
• Rəmzi görkəmi ilə insan başına uyğun gəlir. 
• Müsbət xüsusiyyətləri – enerjili, mətin, müstəqil, qabaqda gedən, güclüdür. 
• Mənfi xüsusiyyətləri – çılğın, tərs, özbaşına, özünəvurğun, nəyin bahasına olursa-olsun birinciliyə can atan və kobuddur. 
 
Buğa (latınca adı Taurus)
• 22 aprel – 20 may 
• Ünsürü – torpaq 
• Rəmzi – öküz 
• Rəngi – mavi və al 
• Himayəçi planeti – Zöhrə (Venera) 
• Aparıcı motivi – qurmaq və qorumaq 
• Rəmzi görkəmi ilə insanın boyun–boğazını təsəvvürə gətirir. 
• Müsbət xüsusiyyətləri – mətin, şən, dəyişməz, sədaqətli, musiqi və incəsənət pərəstişkarı, düşüncəli, əməksevər, müstəqil və təmkinlidir. 
• Mənfi xüsusiyyətləri – zənginlik düşkünü və kef-damaq hərisi, inadcıl və ətalətlidir.
 
Əkizlər (latınca adı Gemini)
• 21 may – 21 iyun 
• Ünsürü – hava 
• Rəmzi – əkizlər 
• Rəngi – sarı 
• Himayəçi planeti – Merkuri 
• Aparıcı motivi – ixtiraçılıq və ünsiyyətdə olmaq. 
• Rəmzi görkəmi ilə insanın çiyinlərini, əllərini və ciyərlərini təsəvvürə gətirir. 
• Müsbət xüsusiyyətləri – dərrakəlidir, istedadlıdır, deyiləni tez anlayır və əlbəəl reaksiya verir, eyni vaxtda bir neçə işlə məşğul ola bilir, ürəyiaçıqdır. 
• Mənfi xüsusiyyətləri – özbaşına, narahat və əsəbidir, eyni vaxtda başladığı bir neçə işin hamısını ata bilər.
 
Xərçəng (latınca adı Cancer)
• 22 iyun — 22 iyul 
• Ünsürü — su 
• Hakimiyyət müddəti- 31 gün 
• Rəmzi — xərçəng,ürək 
• Rəngi — bənövşəyi 
• Himayəçi planeti — Ay 
• Aparıcı motivi — qabaqcadan xəbər vermə və tərbiyə işi 
• Rəmzi görkəmi — insan dişlərini və sinəsini təsəvvürə gətirir. 
• Müsbət xüsusiyyətləri — məsuliyyətli, ailəcanlı, müstəqil, qayğıkeş, diqqətli, ehtiyatlı, təvazökar və nəzakətlidir. 
• Mənfi xüsusiyyətləri — şöhrətpərəst, şəkkak, tənha, xəsis, qorxaq, acıdil və küsəyəndir. 
• Ugurlu rəngi- Ag, açıq- mavi,göy, yaşıl 
• Ugursuz rəngi- Boz 
• Metalı- Gümüş 
• Ugurlu daşı- Rubin, zümrüd, ay daşı 
• Enerji veən çiçəyi- Jasmin, bütün ag çiçəklər 
• Talismanı- Ürək 
• Müxalif bürcü- Oglaq
 
Şir (latınca adı Leo)
• 23 iyul – 22 avqust 
• Ünsürü – od 
• Rəmzi – şir 
• Rəngi – sarı, narıncı 
• Himayəçi planeti – Günəş 
• Uğurlu rəqəmi — 5 
• Uğurlu günü — bazar 
• Uğurlu daşı — sarı sapfir 
• Uğurlu metal — Qızıl 
• Aparıcı motivi – hökmranlıq və yenilməzlik 
• Rəmzi görünüşü insan qəlbinə uyğun gəlir 
• Müsbət xüsusiyyətləri – məğrur, ləyaqətli, qəlbiaçıq, xeyirxah, əliaçıq, qonaqpərvər, məsuliyyətli və ciddidir. 
• Mənfi xüsusiyyətləri – şöhrətpərəst, yeri gəldi-gəlmədi özünə qarşı ehtiram tələb edən, şıltaq, xırdaçı, xudbin, israfçı və səthidir.
 
Qız (latınca adı Virgo)
• 23 avqust – 22 sentyabr 
• Ünsürü – torpaq 
• Rəmzi – qız 
• Rəngi – boz, yaxud dəniz dalğası rəngdə 
• Himayəçi planeti – Merkuri 
• Aparıcı motivi – kamilləşmə 
• Rəmzi görkəmi ilə insan bağırsaqlarını və günəş şüalarını təsəvvürə gətirir. 
• Müsbət xüsusiyyətləri – mülayim, həssas, işğüzar, fədakar, məsuliyyətli və ağıllıdır. 
• Mənfi xüsusiyyətləri – məhdud, xırdaçı, vasvası və narahatdır
 
Tərəzi (latınca adı Libra)
• 23 sentyabr – 22 oktyabr 
• Ünsürü – hava 
• Rəmzi – tərəzi 
• Rəngi – bənövşəyi 
• Himayəçi planeti – Zöhrə (Venera) 
• Aparıcı motivi – ədalətli mühakimə yürütmək və kamilləşmək. 
• Rəmzi görkəmi ilə böyrəkləri və kürəyi təsəvvürə gətirir. 
• Müsbət xüsusiyyətləri – suyuşirin, zərif, gözəl zövqlü, qəlbiaçıq, nəzakətli və səbrlidir. 
• Mənfi xüsusiyyətləri – cəsarətsizdir, nəyəsə üstünlük verməkdə əziyyət çəkir, tənhalığa tab gətirə bilmir, öyüd-nəsihət verməyi sevir, əhval-ruhiyyəsi gözlənilmədən dəyişir.
 
Əqrəb (latınca adı Scorpio)
• 23 oktyabr — 21 noyabr 
• Ünsürü — su 
• Rəmzi — əqrəb 
• Rəngi — tünd qırmızı 
• Himayəçi planeti — Pluton 
• Aparıcı motivi — idarəetmə və nəzarət 
• Rəmzi görkəmi — insanın sidik kisəsini təsəvvürə gətirir. 
• Müsbət xüsusiyyətləri — təmkinli və ehtiraslı, müstəqil, mübariz və dərin intuisiyalıdır, mistikaya meyllidir, amma hər hansı hadisədən baş çıxara bilir, məsuliyyətli, dözümlü, cəsarətli və rəhmdildir. 
• Mənfi xüsusiyyətləri — xudbindir, hökmranlığa meyllidir, özbaşına, amansız və qapalıdır.
 
Oxatan (latınca adı Saggittarius)
• 22 noyabr — 21 dekabr 
• Ünsürü – od 
• Rəmzi – kentavr 
• Rəngi – mavi 
• Himayəçi planeti – Yupiter 
• Aparıcı motivi – məsləhət və rəhbərlik 
• Rəmzi görkəmi ilə insanın qanını təsəvvürə gətirir. 
• Müsbət xüsusiyyətləri – fəal, sərbəst, səmimi, şən, qəlbitəmiz, dostcanlı və ədalətlidir. 
• Mənfi xüsusiyyətləri – səbrsiz, sözü bir başa deyən, hər şeyə burnunu soxan, hay-küy salan, düşüncəsiz hərəkət edən, yeri gəldi-gəlmədi əmr və sərəncamlar verməyi sevəndir
 
Oğlaq (latınca adı Capricorn)
• 22 dekabrdan 20 yanvaradək
• Ünsürü – torpaq
• Rəmzi – dağ keçisi
• Rəngi – yaşıl
• Himayəçi planeti – Saturn
• Aparıcı motivi – Hər şeyi bilmə arzusu
• Müsbət xüsusiyyətləri — Humanist, azad və başqalarının düşüncələrinə əhəmiyyət verməsiylə bilinən, intizamli,mesuliyyetli ve praktikdirler
• Mənfi xüsusiyyətləri — lovğadırlar, çoxdanışqanlıq və qərarsızlıqdır 
• Oğlaq bürcü altında doğulmuş insanlar etibarlı, əməksevər, dərrakəli, ciddi və məsuliyyətlidirlər.
 
Dolça (latınca adı Aquarius)
• 21 yanvar — 19 fevral
• Ünsürü — hava 
• Rəmzi — dolça
• Rəngi — mavinin müxtəlif çalarları
• Himayəçi planeti — Uran (Saturn) 
• Aparıcı motivi — həqiqəti axtarmaq
• Rəmzi görkəmi — Ayaq və baldırları təsəvvürə gətirir. 
• Müsbət xüsusiyyətləri — Humanist, azad, istiqanlı, iradəli, yaradıcı, sədaqətli və idealistdir. 
• Mənfi xüsusiyyətləri — Anlaşılmaz, dikbaş, inad və ənənələrə qarşıdır.
 
Balıqlar (latınca adı Pisces)
• 19 fevral — 20 mart
• Ünsürü — su 
• Rəmzi — bir-birnə qarşı üzən iki balıq
• Rəngi — dəniz dalğasının rəngi
• Himayəçi planeti — Neptun
• Aparıcı motivi — ədalətli mühakime yürütmək ve kamilləşmək
• Müsbət xüsusiyyətləri — dərrakəlidir, istedadlıdır, deyilən tez anlayır və əlbəəl reaksiya verir
• Mənfi xüsusiyyətləri — xudbin, nəzakətsiz, boşboğaz, mütərəddid və məsuliyyətsizdir.
 
mix.az

Go Back

Bürclər-30 yanvar

Qoç - çalışdığınız kollektiv, şirkət və ya qurumun daxili qaydalarını pozmayın. Başqalarından fərqlənmək cəhdləri rəhbərliklə yanaşı, həmkarlarınız tərəfindən xoş qarşılanmayacaq. Daha rasional, ənənəvi qaydada fəaliyyət göstərsəniz, bir çox problemlərin öhdəsindən nisbətən sürətlə gələ bilərsiniz.
Günün ikinci yarısı dostlarla görüş və potensial sifarişçi ilə danışıqlar üçün münasibdir. Fiziki işdə xeyir var. Amma özünüzü çox yormayın. Axşam saatlarını sakit ortamda keçirsəniz, qüvvənizi bərpa edərsiniz.
 
Buğa - yaxşı, harmonik gündür. Sədlərlə maneələri dəf edə bilərsiniz. Bəyəndiyiniz, sizə maraqlı təsir bağışlayan işə başlayın. Nəyə qadir olduğunuzu yanınızdakı insanlara göstərin. Gərəkli zamanda lazımi yerdə olmağı bacarın.
Günün ikinci yarısında yeni tərəfdaşlarla əsaslı danışıqlar aparılarsa, münasibətləriniz uzunmüddətli ola bilər.
Ailə həyatında situasiya sakit olmasa da, pis deyil. Stabillik arayın. Sevdiyiniz insanla mübahisə etməyin. Müxtəlif məsələlərlə bağlı fikirlərin səsləndiyi zaman səbrli olun.
Axşam saatlarında gəzintiyə çıxın.
 
Əkizlər - hissiyyatlarınıza toxunmaq asandır. İstənilən situasiyada təmkinli olun. Emosiyalara qapılmayın, təxribatlara uymayın. Qıcıqlı olsanız, yaxın ətrafınızdakı insanlarla aranızda motivi olmayan dartışmalar yarana bilər. İşlərdə uğur qazanmaq istəyirsinizsə, planlı hərəkət edin.
Günün ikinci yarısında yaşam arealınızda zəruri yeniliklər və dəyişikliklərə başlayın. Alış-verişdə bədxərclik etməyin, büdcə çərçivəsindən kənara çıxmayın.
Yaxınlarınızla təmaslarda ağrılı mövzulara toxunmayın. Əks təqdirdə münaqişə yarana bilər.
 
Xərçəng - uğurlu, yaxşı zamandır. Hadisələrin axarına azacıq da olsa, təsir imkanlarınız var. İşlərinizi yaxşı planlaşdırın, boşuna vaxt itirməyin. Yaxşı nəticələrə nail olmaq üçün səy göstərmək gərəkdir.
İnadınız və iradəniz sonucsuz qalmayacaq.
Günün ikinci yarısında yaxınlarınızla təmaslarda daha diqqətli olun. Ünsiyyətinizin harmoniyaya ehtiyacı var. Ailə üzvləriniz və yaxınlarınızla səmimi olun. Məişət qayğılarının əhəmiyyətli hissəsinin çözümünü öz üzərinizə götürün.
 
Şir - liderlik məziyyətlərinizi göstərin. Uğur əldə etmək istəyirsinizsə, yaradıcılıq potensialınızdan bəhrələnin. Zəhmətkeş olun, diqqətinizi konkret işə cəmləyin. Praqmat, soyuqqanlı olun. Ən xırda təfərrüatları diqqətdən qaçırmayın.
Günün ikinci yarısında maddi durumunuz pis olmayacaq. Əlavə gəlir mənbələri var. Münasibətlərin inkişafını istəyirsinizsə, emosional olmaq, qarşı tərəfin hisslərini anlamaq vacibdir. Axşam saatları aktiv istirahət üçündür.
 
Qız - bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün yaxşı zamandır. İmkanlarınızdan praktiki mənfəət əldə etməyə, dəyərli təcrübə əldə etməyə çalışın. Yardım təkliflərindən imtina etməyin.
Günün ikinci yarısında çətin vəziyyətə düşmüş yaxınınza və ya dostunuza kömək göstərin. Şəxsi münasibətlərdə anlaşılmazlıq, ünsiyyətdə çətinliklərlə qarşılaşa bilərsiniz. Səhhətinizə fikir verin.
Axşam saatlarına yaxın fəaliyyət tempini bir qədər aşağı salın.
 
Tərəzi - günün ilk yarısında fəaliyyətinizə mane olmağa çalışanlar peyda olarsa, dəstək üçün yaxın ətrafınızdakı insanlara müraciət edə bilərsiniz. Eqoizm və təşəxxüsdə ittihamlardan qorxmayaraq vaxtınızın çoxunu öz problemlərinizin həllinə ayırın. Belədə fəaliyyətiniz uğurlu olacaq.
Günün ikinci yarısında dostlar və yaxınlarla təmaslarda sərinlik yaradılmasına imkan verməyin. Yaxşı tanımadığınız insanlara inanmayın. Axşam saatlarında görüş üçün neytral ərazi seçin.
 
Əqrəb - işlərinizdə uğurlar qazanmaq üçün yetərincə şanslarınız var. Daha çevik, manevrli, dinamik olun. Ən çətin işlərin öhdəsindən gəlməyə meylli davranın. Yalnız öz maraqlarınızın təminatına aludə olmayın. Müxtəlif layihələrə başlayaraq onları yarımçıq qoymayın. Bir işi başa vurun, məntiqli nəticə əldə edin.
Günün ikinci yarısında ətrafınızda baş verənlərə diqqətlə yanaşın. Etibar etdiyiniz adamlardan dəstək və ya yardım ala bilərsiniz. Sevdiyiniz insanla təmaslarınızda sirr olmamalıdır.
Axşam saatlarını birgə istirahətə həsr edin.
 
Oxatan - günün ilk yarısında öz layihənizə başlaya bilərsiniz. İfrat nikbinliyə səbəb yoxdur. Çox böyük uğurlar əldə etmək mümkün deyil. Planları həyata keçirmək üçün ciddi çalışmalı, zəhmətkeş olmalısınız. Azla kifayətlənin, tamahkarlıq etməyin.
Günün ikinci yarısında işinizdə və karyeranızda yeni perspektivlər görünəcək.
Qarşılıqlı iradların sayının artması sizi təbdən çıxaracaq.
İdman və məşq emosiyalarınızın səbatlaşmasında yardımçınız ola bilər.
 
Oğlaq - adi günlərdən fərqli olaraq problemləri çözmək asan deyil. Ən kiçik uğursuzluq əhvalınızı korlaya bilər. Səbrli və təmkinli olun. Həyata praktik nəzər salın. Potensial tərəfdaşlarla danışıqlarda yaxın gələcəklə bağlı planları müzakirə etməyə dəyər.
Birgə fəaliyyət ən ağır problemin həllini mümkün edir.
Günün ikinci yarısında şəxsi münasibətlərdə durum yaxşı olacaq. Yaxınlarınız və dostlarınızla ünsiyyət faydalı, həm də xoş olacaq.
Axşam saatlarında qəfil görüş ola bilər.
 
Dolça - çətinliklər və problemlər sizi qorxutmasın. İşlərinizdə uğur qazanmaq istəyirsinizsə, qətiyyətli olmalısınız. Dürüst yoldasınız, narahat olmayın. Nikbin olun, yaxın ətrafınızdakı insanlara müsbət təsir edin.
Yeni, yaxşı yardımçılar və həmfikirlər tapa bilərsiniz.
Günün ikinci yarısında sevdiyiniz insana yardım edəndə özünüzü də yaxşı hiss edəcəksiniz. Emosiyalarınızı gizlətməyə heç bir lüzum yoxdur. Romantik anların qədrini bilin.
Axşam saatlarını ailə üzvləriniz və ya yaxınlarınızla keçirə bilərsiniz.
 
Balıqlar - işgüzar tərəfdaşlarla ünsiyyətdə çətinliklər yarana bilər. Detallara və təfərrüatlara fikir verin. Maraqlarınızı təmin etməyə çalışanda yaxın ətrafınızdakı insanların istəklərini qulaqardına vurmayın.
Başqalarının problemləri sizin peşəkar fəaliyyətlə bağlı planlarınızın reallaşmasına maneələr yaratmamalıdır.
Günün ikinci yarısında dəyər verdiyiniz insanlarla qayğıkeş davranın. Münaqişə yaratmayın. Əsəblərinizi gərməyin, hisslərinizin qurbanı olmayın.
Subaysınızsa, görüşə yollana bilərsiniz.
 
bizimyol.info

Go Back

Bürclər-30 yanvar

Qoç - çalışdığınız kollektiv, şirkət və ya qurumun daxili qaydalarını pozmayın. Başqalarından fərqlənmək cəhdləri rəhbərliklə yanaşı, həmkarlarınız tərəfindən xoş qarşılanmayacaq. Daha rasional, ənənəvi qaydada fəaliyyət göstərsəniz, bir çox problemlərin öhdəsindən nisbətən sürətlə gələ bilərsiniz.
Günün ikinci yarısı dostlarla görüş və potensial sifarişçi ilə danışıqlar üçün münasibdir. Fiziki işdə xeyir var. Amma özünüzü çox yormayın. Axşam saatlarını sakit ortamda keçirsəniz, qüvvənizi bərpa edərsiniz.
 
Buğa - yaxşı, harmonik gündür. Sədlərlə maneələri dəf edə bilərsiniz. Bəyəndiyiniz, sizə maraqlı təsir bağışlayan işə başlayın. Nəyə qadir olduğunuzu yanınızdakı insanlara göstərin. Gərəkli zamanda lazımi yerdə olmağı bacarın.
Günün ikinci yarısında yeni tərəfdaşlarla əsaslı danışıqlar aparılarsa, münasibətləriniz uzunmüddətli ola bilər.
Ailə həyatında situasiya sakit olmasa da, pis deyil. Stabillik arayın. Sevdiyiniz insanla mübahisə etməyin. Müxtəlif məsələlərlə bağlı fikirlərin səsləndiyi zaman səbrli olun.
Axşam saatlarında gəzintiyə çıxın.
 
Əkizlər - hissiyyatlarınıza toxunmaq asandır. İstənilən situasiyada təmkinli olun. Emosiyalara qapılmayın, təxribatlara uymayın. Qıcıqlı olsanız, yaxın ətrafınızdakı insanlarla aranızda motivi olmayan dartışmalar yarana bilər. İşlərdə uğur qazanmaq istəyirsinizsə, planlı hərəkət edin.
Günün ikinci yarısında yaşam arealınızda zəruri yeniliklər və dəyişikliklərə başlayın. Alış-verişdə bədxərclik etməyin, büdcə çərçivəsindən kənara çıxmayın.
Yaxınlarınızla təmaslarda ağrılı mövzulara toxunmayın. Əks təqdirdə münaqişə yarana bilər.
 
Xərçəng - uğurlu, yaxşı zamandır. Hadisələrin axarına azacıq da olsa, təsir imkanlarınız var. İşlərinizi yaxşı planlaşdırın, boşuna vaxt itirməyin. Yaxşı nəticələrə nail olmaq üçün səy göstərmək gərəkdir.
İnadınız və iradəniz sonucsuz qalmayacaq.
Günün ikinci yarısında yaxınlarınızla təmaslarda daha diqqətli olun. Ünsiyyətinizin harmoniyaya ehtiyacı var. Ailə üzvləriniz və yaxınlarınızla səmimi olun. Məişət qayğılarının əhəmiyyətli hissəsinin çözümünü öz üzərinizə götürün.
 
Şir - liderlik məziyyətlərinizi göstərin. Uğur əldə etmək istəyirsinizsə, yaradıcılıq potensialınızdan bəhrələnin. Zəhmətkeş olun, diqqətinizi konkret işə cəmləyin. Praqmat, soyuqqanlı olun. Ən xırda təfərrüatları diqqətdən qaçırmayın.
Günün ikinci yarısında maddi durumunuz pis olmayacaq. Əlavə gəlir mənbələri var. Münasibətlərin inkişafını istəyirsinizsə, emosional olmaq, qarşı tərəfin hisslərini anlamaq vacibdir. Axşam saatları aktiv istirahət üçündür.
 
Qız - bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün yaxşı zamandır. İmkanlarınızdan praktiki mənfəət əldə etməyə, dəyərli təcrübə əldə etməyə çalışın. Yardım təkliflərindən imtina etməyin.
Günün ikinci yarısında çətin vəziyyətə düşmüş yaxınınza və ya dostunuza kömək göstərin. Şəxsi münasibətlərdə anlaşılmazlıq, ünsiyyətdə çətinliklərlə qarşılaşa bilərsiniz. Səhhətinizə fikir verin.
Axşam saatlarına yaxın fəaliyyət tempini bir qədər aşağı salın.
 
Tərəzi - günün ilk yarısında fəaliyyətinizə mane olmağa çalışanlar peyda olarsa, dəstək üçün yaxın ətrafınızdakı insanlara müraciət edə bilərsiniz. Eqoizm və təşəxxüsdə ittihamlardan qorxmayaraq vaxtınızın çoxunu öz problemlərinizin həllinə ayırın. Belədə fəaliyyətiniz uğurlu olacaq.
Günün ikinci yarısında dostlar və yaxınlarla təmaslarda sərinlik yaradılmasına imkan verməyin. Yaxşı tanımadığınız insanlara inanmayın. Axşam saatlarında görüş üçün neytral ərazi seçin.
 
Əqrəb - işlərinizdə uğurlar qazanmaq üçün yetərincə şanslarınız var. Daha çevik, manevrli, dinamik olun. Ən çətin işlərin öhdəsindən gəlməyə meylli davranın. Yalnız öz maraqlarınızın təminatına aludə olmayın. Müxtəlif layihələrə başlayaraq onları yarımçıq qoymayın. Bir işi başa vurun, məntiqli nəticə əldə edin.
Günün ikinci yarısında ətrafınızda baş verənlərə diqqətlə yanaşın. Etibar etdiyiniz adamlardan dəstək və ya yardım ala bilərsiniz. Sevdiyiniz insanla təmaslarınızda sirr olmamalıdır.
Axşam saatlarını birgə istirahətə həsr edin.
 
Oxatan - günün ilk yarısında öz layihənizə başlaya bilərsiniz. İfrat nikbinliyə səbəb yoxdur. Çox böyük uğurlar əldə etmək mümkün deyil. Planları həyata keçirmək üçün ciddi çalışmalı, zəhmətkeş olmalısınız. Azla kifayətlənin, tamahkarlıq etməyin.
Günün ikinci yarısında işinizdə və karyeranızda yeni perspektivlər görünəcək.
Qarşılıqlı iradların sayının artması sizi təbdən çıxaracaq.
İdman və məşq emosiyalarınızın səbatlaşmasında yardımçınız ola bilər.
 
Oğlaq - adi günlərdən fərqli olaraq problemləri çözmək asan deyil. Ən kiçik uğursuzluq əhvalınızı korlaya bilər. Səbrli və təmkinli olun. Həyata praktik nəzər salın. Potensial tərəfdaşlarla danışıqlarda yaxın gələcəklə bağlı planları müzakirə etməyə dəyər.
Birgə fəaliyyət ən ağır problemin həllini mümkün edir.
Günün ikinci yarısında şəxsi münasibətlərdə durum yaxşı olacaq. Yaxınlarınız və dostlarınızla ünsiyyət faydalı, həm də xoş olacaq.
Axşam saatlarında qəfil görüş ola bilər.
 
Dolça - çətinliklər və problemlər sizi qorxutmasın. İşlərinizdə uğur qazanmaq istəyirsinizsə, qətiyyətli olmalısınız. Dürüst yoldasınız, narahat olmayın. Nikbin olun, yaxın ətrafınızdakı insanlara müsbət təsir edin.
Yeni, yaxşı yardımçılar və həmfikirlər tapa bilərsiniz.
Günün ikinci yarısında sevdiyiniz insana yardım edəndə özünüzü də yaxşı hiss edəcəksiniz. Emosiyalarınızı gizlətməyə heç bir lüzum yoxdur. Romantik anların qədrini bilin.
Axşam saatlarını ailə üzvləriniz və ya yaxınlarınızla keçirə bilərsiniz.
 
Balıqlar - işgüzar tərəfdaşlarla ünsiyyətdə çətinliklər yarana bilər. Detallara və təfərrüatlara fikir verin. Maraqlarınızı təmin etməyə çalışanda yaxın ətrafınızdakı insanların istəklərini qulaqardına vurmayın.
Başqalarının problemləri sizin peşəkar fəaliyyətlə bağlı planlarınızın reallaşmasına maneələr yaratmamalıdır.
Günün ikinci yarısında dəyər verdiyiniz insanlarla qayğıkeş davranın. Münaqişə yaratmayın. Əsəblərinizi gərməyin, hisslərinizin qurbanı olmayın.
Subaysınızsa, görüşə yollana bilərsiniz.
 
bizimyol.info

Go Back

Bürclər-29 yanvar

Qoç - müxtəlif profilli məsələləri həll etmək iqtidarındasınız. İstənilən şəraitə və ya iş ritminə uyğunlaşmaq potensialınız var. Fəqət, daha yaxşı bələd olduğunuz fəaliyyət növünə üstünlük verin.
Günün ikinci yarısında daşınmaz əmlakla bağlı məsələlərdə yaxşı gəlir əldə edə bilərsiniz. Vergilər, hüquqi problemlər və s. təki çətinliklərin çözümünü ertələməyin.
Yaxınlarınızla münasibətlər qarşılıqlı etibar və etimada əsaslanmalıdır. Ailə üzvləri ilə ünsiyyətdə səbrli olun. Əks təqdirdə mübahisə istisna deyil.
 
Buğa - niyyətlərinizə uyğun olaraq gün keçirməyə can atmayın. Əlverişli situasiyadan faydalanın və səylərinizi, enerjinizi, qüvvənizi bacardığınız işlərə yönəldin.
Boş söhbətlərə vaxt sərf etməyin. Tənbəl davranmayın.
Günün ikinci yarısında yeni informasiyalar əldə etməyə çalışın. Dostlarla münasibətləri korlaya biləcək addımlar atmayın. Hisslərinizin əsiri olmayın.
Axşam saatlarını özünüzə həsr edin.
 
Əkizlər - süst olmayın. Maddi rifah səviyyənizi yüksəldə bilərsiniz. Tərəfdaş və ya şəriklə münasibətlərdə kiçik sərinlik yaranacaq. İşgüzar fəaliyyət müstəvisində vəziyyətin stabilliyi pozulacaq. Hər şeyə rəğmən nikbin olun.
Günün ikinci yarısında problemlərin həllinin maraqlı və yeni yolları görünəcək.
Ailə üzvləri ilə dartışmayın. Məsuliyyətdən yayınmağa, vədinizi unutduğunuzu göstərməyə çalşımayın. Fiziki təmrinlər üçün vaxt tapın.
Səhhətinizin qayğısına qalın.
 
Xərçəng - işgüzar səfər və ya ezamiyyət üçün fəna sayılmayacaq gündür. İndiyədək sizi narahat edən problemlərdən birini asanlıqla həll edə bilərsiniz. Çoxdankı münaqişə və ya mübahisəni sülh yolu ilə çözün. Fəaliyyətinizi diqqətlə müşahidə edirlər.
Huşyar, sərvaxt olun.
Günün ikinci yarısında şəxsi münasibətlərinizdə problemlər formalaşa bilər. Ağır olacaq. Yaxınlarınız sizi tənqid edəcək, pisləyəcəklər. Onları anlamağa çalışın. Emosiyaların əsiri olmayın.
Axşam saatlarında bir müddət tək qalın.
 
Şir - daşınmaz əmlak və alqı-satqı əməliyyatları gəlir vəd edir. Məişət texnikası alanda məsləhətləşin. Mövqeyinizi sürətlə dəyişməyin. Yaxın ətrafınızdakı insanların təsiri altına düşməyin. Problemlərin həllinə yaradıcı yanaşma nümayiş etdirin.
Günün ikinci yarısında dəyər verdiyiniz insanlardan birinin laqeyd, soyuqqanlı davranışı ilə üzləşəcəksiniz. Qəbul olunmuş oyun qaydalarını pozmayın.
Axşam saatlarında passivləşməyin. Səhhətinizin qeydinə qalın.
 
Qız - işgüzar sahədə aktivliyi artırın. Yeni strategiyaları araşdırın, taktikanı fərqli edin. Anlaşmalar, müzakirələr, danışıqlar üçün pis zaman deyil. Bacarıq və imkanlarınızı, potensialınızı nümayiş etdirin.
Sərmayə barədə düşünürsünüzsə, maliyyə imkanlarınızı dürüst qiymətləndirin. Əsla tələsməyin.
Günün ikinci yarısında ailə problemləri və məişət qayğılarının sayı artacaq. Subaysınızsa, ünsiyyət dairənizdə yeniliklər edin. Obrazınızın islahatlara ehtiyacı var.
Axşam saatlarında evdən kənarda əylənə bilərsiniz.
 
Tərəzi - fəaliyyətinizin məhsuldar olmasını istəyirsinizsə, pozitiv insan təsiri bağışlayın. Yeni biliklər və təcrübənin əxz olunması peşəkar müstəvidə irəliləyişinizə təkan verəcək. Durum sizi başqalarının problemləri ilə məşğul olmağa vadar edə bilər. Texnika almaq üçün pis gün deyil. Bu gün alacağınız əşyalardan uzun müddət istifadə edə bilərsiniz.
Günün ikinci yarısında yaxınlarınızla və ya sevdiyiniz insanla münasibətləri ayırd etməyə çalışmayın. Tənqidlə iradları ifrata çatdırmayın.
Axşam saatlarında uzaq səfərə çıxmayın.
 
Əqrəb - məqsədə doğru düşünülmüş şəkildə irəliləsəniz, niyyətinizə çatacaqsınız. Kiçik maneələr və xırda sədlər sizi ləngitməməlidir. Təşəbbüskar olun, amma praqmat davranın. Situasiyadan tam yararlanın. Alış-veriş üçün münasib zamandır.
Etibar etdiyiniz insandan borc ala bilərsiniz.
Günün ikinci yarısında yaxınlarınızla, dəyər verdiyiniz insanla kobud danışmayın. Əhvalınızı korlayacaq sözlər deyən insandan uzaq durun. Axşam saatlarında idmanla məşğul ola bilərsiniz.
 
Oxatan - yaxın gələcəkdə sizə gəlir gətirə biləcək planları həyata keçirməyə başlayın. Şansı əldən verməyin, situasiyadan yararlanın. Maraqlı perspektivləri ayırd edin. Önəmli layihədə irəliləyişə nail olmaq üçün yollarla vasitələri arayın. Karyeranızı inkişaf etdirmək fikriniz varsa, ən yaxşı məziyyətlərinizi göstərin.
Günün ikinci yarısında yaxınlarınızda təmaslarda hisslərinizə nəzarət edin. Ailədə anlaşılmazlıq və münaqişənin alovlanmasının səbəbkarı olmayın. Çoxdankı olayla bağlı xatirələr sizə ağrı-acı bəxş edəcək. Bədbinliyə qapılmayın.
Axşam saatlarında gəzintiyə yollanın.
 
Oğlaq - nəzərdə tutduğunuz layihələrin əksəriyyətini bu gün uğurla reallaşdıra bilərsiniz. Yeni biliklər və məlumatlar əldə etməyə çalışın. Yaradıcılıqla məşğul olmaq mümkündür. İşdə rəhbərliyin tapşırıqlarını vaxtında yerinə yetirin. Uzaqdan gəlmiş adamları diqqətlə dinləyin.
Günün ikinci yarısı hərbçilər və səhiyyə sahəsində çalışanlar üçün daha münasib olacaq. Yaxınlarla səmimi ünsiyyət üçün pis zaman deyil. Həddən artıq inadkar və qətiyyətli olmayın. Ailə üzvlərini anlamağa can atın.
Axşam saatları romantik anlar vəd edir.
 
Dolça - adi, gündəlik, rutin işləri yarımçıq qoymayın. Ötənlərdə yol verdiyiniz səhvləri təhlil edin. Əsas məqsədə doğru sürətli irəliləyişə nələrin mane olduğunu araşdırın. Bilik və bacarıqlarınızı nümayiş etdirməkdən çəkinməyin.
Sınaq zamanıdır.
Günün ikinci yarısında inadkarlığınız və ya qabalığınız ailədə münaqişəyə səbəb ola bilər. Güzəştə meylli davranın, problem yaratmayın.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
 
Balıqlar - öhdənizə düşən işləri vaxtında başa çatdırın. Rəqiblər passiv deyillər. Onlar istənilən səhvlərinizdən öz xeyirləri üçün istifadə edəcəklər.
Sizə meydan da oxuna bilər. Bədxahların və ya rəqiblərin təşəbbüsü ələ almalarına imkan verməyin. Mübarizəyə hazır olun.
Sevdiyiniz insan günün ikinci yarısında sizi qısqana bilər. Duruma heç bir səbəb olmadığı üçün yaşananlar sizinçün xoşagəlməz sürprizə çevrilə bilər. Axşam saatlarında aktiv istirahəti seçin. 
  
bizimyol.info

Go Back

Bürclər-29 yanvar

Qoç - müxtəlif profilli məsələləri həll etmək iqtidarındasınız. İstənilən şəraitə və ya iş ritminə uyğunlaşmaq potensialınız var. Fəqət, daha yaxşı bələd olduğunuz fəaliyyət növünə üstünlük verin.
Günün ikinci yarısında daşınmaz əmlakla bağlı məsələlərdə yaxşı gəlir əldə edə bilərsiniz. Vergilər, hüquqi problemlər və s. təki çətinliklərin çözümünü ertələməyin.
Yaxınlarınızla münasibətlər qarşılıqlı etibar və etimada əsaslanmalıdır. Ailə üzvləri ilə ünsiyyətdə səbrli olun. Əks təqdirdə mübahisə istisna deyil.
 
Buğa - niyyətlərinizə uyğun olaraq gün keçirməyə can atmayın. Əlverişli situasiyadan faydalanın və səylərinizi, enerjinizi, qüvvənizi bacardığınız işlərə yönəldin.
Boş söhbətlərə vaxt sərf etməyin. Tənbəl davranmayın.
Günün ikinci yarısında yeni informasiyalar əldə etməyə çalışın. Dostlarla münasibətləri korlaya biləcək addımlar atmayın. Hisslərinizin əsiri olmayın.
Axşam saatlarını özünüzə həsr edin.
 
Əkizlər - süst olmayın. Maddi rifah səviyyənizi yüksəldə bilərsiniz. Tərəfdaş və ya şəriklə münasibətlərdə kiçik sərinlik yaranacaq. İşgüzar fəaliyyət müstəvisində vəziyyətin stabilliyi pozulacaq. Hər şeyə rəğmən nikbin olun.
Günün ikinci yarısında problemlərin həllinin maraqlı və yeni yolları görünəcək.
Ailə üzvləri ilə dartışmayın. Məsuliyyətdən yayınmağa, vədinizi unutduğunuzu göstərməyə çalşımayın. Fiziki təmrinlər üçün vaxt tapın.
Səhhətinizin qayğısına qalın.
 
Xərçəng - işgüzar səfər və ya ezamiyyət üçün fəna sayılmayacaq gündür. İndiyədək sizi narahat edən problemlərdən birini asanlıqla həll edə bilərsiniz. Çoxdankı münaqişə və ya mübahisəni sülh yolu ilə çözün. Fəaliyyətinizi diqqətlə müşahidə edirlər.
Huşyar, sərvaxt olun.
Günün ikinci yarısında şəxsi münasibətlərinizdə problemlər formalaşa bilər. Ağır olacaq. Yaxınlarınız sizi tənqid edəcək, pisləyəcəklər. Onları anlamağa çalışın. Emosiyaların əsiri olmayın.
Axşam saatlarında bir müddət tək qalın.
 
Şir - daşınmaz əmlak və alqı-satqı əməliyyatları gəlir vəd edir. Məişət texnikası alanda məsləhətləşin. Mövqeyinizi sürətlə dəyişməyin. Yaxın ətrafınızdakı insanların təsiri altına düşməyin. Problemlərin həllinə yaradıcı yanaşma nümayiş etdirin.
Günün ikinci yarısında dəyər verdiyiniz insanlardan birinin laqeyd, soyuqqanlı davranışı ilə üzləşəcəksiniz. Qəbul olunmuş oyun qaydalarını pozmayın.
Axşam saatlarında passivləşməyin. Səhhətinizin qeydinə qalın.
 
Qız - işgüzar sahədə aktivliyi artırın. Yeni strategiyaları araşdırın, taktikanı fərqli edin. Anlaşmalar, müzakirələr, danışıqlar üçün pis zaman deyil. Bacarıq və imkanlarınızı, potensialınızı nümayiş etdirin.
Sərmayə barədə düşünürsünüzsə, maliyyə imkanlarınızı dürüst qiymətləndirin. Əsla tələsməyin.
Günün ikinci yarısında ailə problemləri və məişət qayğılarının sayı artacaq. Subaysınızsa, ünsiyyət dairənizdə yeniliklər edin. Obrazınızın islahatlara ehtiyacı var.
Axşam saatlarında evdən kənarda əylənə bilərsiniz.
 
Tərəzi - fəaliyyətinizin məhsuldar olmasını istəyirsinizsə, pozitiv insan təsiri bağışlayın. Yeni biliklər və təcrübənin əxz olunması peşəkar müstəvidə irəliləyişinizə təkan verəcək. Durum sizi başqalarının problemləri ilə məşğul olmağa vadar edə bilər. Texnika almaq üçün pis gün deyil. Bu gün alacağınız əşyalardan uzun müddət istifadə edə bilərsiniz.
Günün ikinci yarısında yaxınlarınızla və ya sevdiyiniz insanla münasibətləri ayırd etməyə çalışmayın. Tənqidlə iradları ifrata çatdırmayın.
Axşam saatlarında uzaq səfərə çıxmayın.
 
Əqrəb - məqsədə doğru düşünülmüş şəkildə irəliləsəniz, niyyətinizə çatacaqsınız. Kiçik maneələr və xırda sədlər sizi ləngitməməlidir. Təşəbbüskar olun, amma praqmat davranın. Situasiyadan tam yararlanın. Alış-veriş üçün münasib zamandır.
Etibar etdiyiniz insandan borc ala bilərsiniz.
Günün ikinci yarısında yaxınlarınızla, dəyər verdiyiniz insanla kobud danışmayın. Əhvalınızı korlayacaq sözlər deyən insandan uzaq durun. Axşam saatlarında idmanla məşğul ola bilərsiniz.
 
Oxatan - yaxın gələcəkdə sizə gəlir gətirə biləcək planları həyata keçirməyə başlayın. Şansı əldən verməyin, situasiyadan yararlanın. Maraqlı perspektivləri ayırd edin. Önəmli layihədə irəliləyişə nail olmaq üçün yollarla vasitələri arayın. Karyeranızı inkişaf etdirmək fikriniz varsa, ən yaxşı məziyyətlərinizi göstərin.
Günün ikinci yarısında yaxınlarınızda təmaslarda hisslərinizə nəzarət edin. Ailədə anlaşılmazlıq və münaqişənin alovlanmasının səbəbkarı olmayın. Çoxdankı olayla bağlı xatirələr sizə ağrı-acı bəxş edəcək. Bədbinliyə qapılmayın.
Axşam saatlarında gəzintiyə yollanın.
 
Oğlaq - nəzərdə tutduğunuz layihələrin əksəriyyətini bu gün uğurla reallaşdıra bilərsiniz. Yeni biliklər və məlumatlar əldə etməyə çalışın. Yaradıcılıqla məşğul olmaq mümkündür. İşdə rəhbərliyin tapşırıqlarını vaxtında yerinə yetirin. Uzaqdan gəlmiş adamları diqqətlə dinləyin.
Günün ikinci yarısı hərbçilər və səhiyyə sahəsində çalışanlar üçün daha münasib olacaq. Yaxınlarla səmimi ünsiyyət üçün pis zaman deyil. Həddən artıq inadkar və qətiyyətli olmayın. Ailə üzvlərini anlamağa can atın.
Axşam saatları romantik anlar vəd edir.
 
Dolça - adi, gündəlik, rutin işləri yarımçıq qoymayın. Ötənlərdə yol verdiyiniz səhvləri təhlil edin. Əsas məqsədə doğru sürətli irəliləyişə nələrin mane olduğunu araşdırın. Bilik və bacarıqlarınızı nümayiş etdirməkdən çəkinməyin.
Sınaq zamanıdır.
Günün ikinci yarısında inadkarlığınız və ya qabalığınız ailədə münaqişəyə səbəb ola bilər. Güzəştə meylli davranın, problem yaratmayın.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
 
Balıqlar - öhdənizə düşən işləri vaxtında başa çatdırın. Rəqiblər passiv deyillər. Onlar istənilən səhvlərinizdən öz xeyirləri üçün istifadə edəcəklər.
Sizə meydan da oxuna bilər. Bədxahların və ya rəqiblərin təşəbbüsü ələ almalarına imkan verməyin. Mübarizəyə hazır olun.
Sevdiyiniz insan günün ikinci yarısında sizi qısqana bilər. Duruma heç bir səbəb olmadığı üçün yaşananlar sizinçün xoşagəlməz sürprizə çevrilə bilər. Axşam saatlarında aktiv istirahəti seçin. 
bizimyol.info

Go Back

Hansı bürcdən olanlar hansı sahələrdə uğur qazana bilər

Bürclərin hansı işlərdə uğur qazanacağı ehtimalını əks etdirən qrafiki təqdim edirik:

Qoç
Bu bürcünün nümayəndələri əsasən liderliyə meyilli olduğundan daha çox tək başına qərar qəbul etməyə üstünlük verirlər. Onlarda tələbkarlıq komponenti daha çoxdur. Xarakterində rəhbərlik kultu olan bu bürcün nümayəndələri daha çox hərbi, inzibati idarəetmə və fərdi biznesdə uğur qazana bilir. 

Buğa
Bu bürcə aid olan insanlarda sənətə meyililik daha yüksəkdir. Deyilənə görə, sənətin ayrı-ayrı sahələrində uğur qazananlar buğa bürcünün nümayəndəsidir. Buğa bürcünün nümayəndələri üçün heykəltaraşlıq, memarlıq, musiqi sənəti, rəssamlıq və s. bu qəbildən olan işlər daha məqbul sayılır. 

Əkizlər 
Bu bürcün nümayəndələri sakit həyat tərzi tələb edən sahələrdə, masaüstü işlərdə çox da uğur qazanmazlar. Əkizlər daha çox hərəkət, dinamika tələb edən işlərdə uğuru əldə edir. Araşdırmalara, praktiki vərdişlərə söykənən işlər əkizlərin boyuna biçilib. Jurnalist, arxeoloq, yazıçılıq, reklamçılıq və digər sahələrdə uğur qazanan olur. 

Xərçəng

Bu bürcə aid olan insanlarda mərhəmət hissi daha güclüdür. Odur ki, onlar həkimlik, müəllimlik, dayəlik, işlərində daha çox uğur qazanırlar. 

Şir 
Bu bürcün insanları ictimai, insan sıxlığı olan yerlərdə qəti uğur qazana bilmir. Onlardan yaxşı iş tələb etmək üçün onlara sərbəstliyin verməsi kifayətdir. Bu bürcün nümayəndələrindən çox yaxşı fotoqraf, rejissor, moda mütəxəssisi, stilist, ümumiyyətlə, hökm tələb etməyən işlərdə uğur qazana bilirlər. 

Qız 
Qız bürcü altında anadan olan insanlarda riyazi analitik təfəkkür çox yüksək inkişaf edir. Odur ki, bu yöndən olan işlər onlar üçün daha qənaətbəxşdir. Biznes, sığorta, bank sektoru qız bürcünün nümayəmndələri üçün daha uyğundur. 

Tərəzi 
Tərəzi bürcü altında doğulan insanlarda ədalət və sevgi kompanentləri daha yaxşı inkişaf edib. Odur ki, onların hüquq, eləcə də inzibati dövlət işlərində uğur qazanmaları daha təbiidir. Tərəzilərdən yaxşı vəkil, hakim,diplomat, politoloq kimi yetişmələri daha realdır. 

Əqrəb 
Əqrəb bürcünə aid olan insanlar tərkibində məxfilik, sirr, gizlilik olan işlərə, belə deyək, qaranlıq aləmin işlərinə daha vurğun olurlar. Dedektiv, polis, “KQB” formatlı işlərdə daha çox əqrəblər uğur qazanırlar. 

Oxatan 
Oxatan bürcünə aid olan insanlar elmə çox önəm verirlər. Daha çox öyrənməyə və öyrətməyə üstünlük verirlər. müəllim, alim, filosof, din xadimi, araşdırmaçı, analitik, jurnalist oxatanların sayı çoxluq təşkiol edir. 

Oğlaq 
Bu bürcə aid olan insanlar daim yenilik axtarırlar. Xüsusəmn də texnoloji yeniliklər oğlaqları daha çox cəlb edir. İT sektoru bu bürcün nümayəndələri üçün çox uğurludur. Kompüter proqramçılığı və mühəndisliyində çalışan oğlaqlar uğur qazanırlar. 

Dolça 
Dolça bürcündə olan adamlar da araşdırmaçılğa meyillidirlər. Amma bu araşdırma elmi səciyyə daşıyır. Belə ki, dünyanın tanınan elm adamlarından çxou dolça bürücünün nümayəndələridirlər. 

Balıqlar 
Balıq bürcünün nümayəndələrində xəyal güclü üstünlük təşkil etdiyindən o adamlar daha çox estetik istiqamətə yön alırlar. Gözəllik və incə sahələrin ən uğurlu adamları məhz onlardır. Bundan əlavə dizayn və dekorasiya işlərində də uğur qazanırlar.

modern.az

Go Back

Bürclərin daxili dünyası

Bürclər qadınların xarakteri və daxili dünyaları haqqında vacib açardır. Bürclər qadınların səhvlərini və qüsurlarını görüb kəşf etməyə yardım edə bilər.

Qoç bürcü: Bu bürcün qadınları dürüst, davakar, enerjili və müstəqilliynə düşkündürlər. Ailəsi haqqında daima yüksək fikirlər söyləməyi sevir. Ən böyük qüsuru qısqanc və kinli olmasıdır. Həyat yoldaşından onu tərfləməsini gözləyir, başqasının tərif olunmasına isə qısqanclıqla yanaşır. Yaxşı ev xanımıdır, həyat yoldaşını idarə etməyi bacarır. Bu bürcün qadınları aqressiv, çox romantik və ona dəlicəsinə heyran olanları daha çox xoşlayırlar. 
Buğa bürcü: Buğa qadınlar yumşaq təbiətli, ərinin sözünə canla-başla qulaq asan və açıq danşmağı sevəndirlər. Bu tip insanlar incəsənətlə bağlı sahələrdə qabiliyyətli olur. Evini bəzəyib-düzməkdən həzz alır. Ümumiyyətlə, evinin təmizliyi Buğalar üçün olduqca vacibdir. Sevgidə həmişə dürüst olur və ailəsinə istilik bəxş edir. Çox yaxşı həyat yoldaşı və ana olur. Ərindən şübhələnsə, belə duyğularını gizli saxlayır. 
Əkizlər bürcü: Bu qadınlar tez bir zamanda dostluq münasibətləri qura bilirlər. Dəyişiklikdən xoşlanırlar və bunun müsbət tərəfə dorğu gedəcəyindən əmin olurlar. Gəzmək və səfərə çıxmaq onların ən böyük arzusudur. Həyat yoldaşlarının savadlı olmasından böyük zövq duyurlar. Evlilik həyatı çox zaman uğurlu olur. Düşündüklərini sərt və kobud şəkildə ifadə edirlər. Evlərinin dekorasiyasını tez-tez dəyişməyi sevirlər. Gizli eşq məcəraları onları cəlb edir. 
Xərçəng bürcü: Bu bürcünün qadınları sevgidə səmimi və sevdiyi insanın hər bir işinə canıyananlıqla yanaşırlar. Bu qadınlar çoxlarına düşkün olur, ittifaqdan zövq alan, dürüst, kübar və nazik, savadlı, asan dəyişməyən fikrə sahib olurlar. Onlar mükəmməl anadır. Səbrli, bağışlayan və işinə məsuliyyətlə yanaşan insan olurlar. Həyat yoldaşına dost ola bilir. Onların həyatında sevgi olmadığı müddətdə monotonlaşır. Sevgidə sadiq olduqları kimi həm də fədakardırlar. İnadkar və əzmli xarakterə malikdirlər. 
Şir bürcü: Bu qadın geniş qəbli, əliaçıq və xeyirxah olur. Mübahisə və müzakirə etməyi sevirlər. Başqalarına yardım etməyi sevir və düşündüklərini həmin anda deyə bilirlər. Evini çox gözəl idarə edə bilir. Onun qoyduğu qaydalara əməl edilməsindən heyranlıq duyur. Sevgisi uğrunda özünü fəda edir. Eyni zamanda həyatında olan insanı daim nəzarət altında saxlamaq istəyir. İdeal və dərin sevgi axtarışında olur… Yüksək səviyyəyə və vəzifəyə gəlmək üçün daim mübarizə aparır. 
Qız bürcü: Bu bürcün qadınının gözlərində dürüstlük və sevgi hiss olunur. Təmiz ürəyə malikdir, insanlara kömək etməyi sevir və bundan qürur duyur. Utancaq və qürurlu olduğu üçün sevgisini həyat yoldaşından gizlədir. Çox bədxərcdir, hətta həyat yoldaşını soymaq dərəcəsinə çatır… Qaydalara riayət etməyi xoşlayır və məsuliyyətlidir. Hər bir şeydə seçilməyi sevirlər. Bu istək isə onları səhv addımlar atmağa sövq edir.
Tərəzi bürcü: Hər zaman hər bir şeyin müsbət tərəflərini düşünür. Həyata daha pozitiv baxır. Erkən yaşlarda ailə həyatı qurur. Ağıllı, anlayışlı biridir və uğur axtarışında olur. Özünü və həyatını çox sevir. Sevgidə isə mütəxəssisdir… Parfümlərə düşkünlük, bədənlərinə xüsusi qulluq göstərmələri Tərəzilərin əsas özəllikləridir. Əylənməyi, rahatlığı və bahalı həyatı çox sevirlər. Çox dərindən vurulurlar, lakin həyat yoldaşı eyni diqqəti göstərməsə, boşanmağı ağıllarından belə keçirmirlər. 
Əqrəb bürcü: Bu bürcün qadınları hər kəsə eyni münasibəti göstərdikləri üçün  qarşılığını da gözləyir. Lakin eyni münasibəti görmədikdə həmin insandan uzaqlaşırlar. Həyat yoldaşı da Əqrəb bürcü olsa, bəxtəvər sayılır. Günahlarını gizlədir, lakin üzə çıxdığı zaman hər şeyi etiraf edir və üzr istəməkdən utanmır. Hünərli və qərarlıdır. Böyüklərə hörmət edir və çox səbrlidir. Lakin səbri daşdığı zaman çox dəhşətli hadisələr olar bilər, hətta cinayət də törədə bilər. İstədiyini əldə etmək üçün çox çalışır. Onları idarə edən şəxslərə nifrət edirlər. Qarşı tərəfdən də eyni nəzakəti gözləyir. Hər xırda bir şeydən sevinib xoşbəxt ola bilir. 
Oxatan bürcü: Bu qadın ona əmr verilməsindən xoşu gəlmir. Bir yerdə dayanmasını sevməyən və davamlı həyəcan axtaran tiplərdir. Yaxın qohumlarını sevmirlər. Qarşı cinslə dostluq münasibətləri qurmağı bacarırlar. Yardımsevər, yaxşı evdar qadın və anadır. Güzəştə getməyi bildiyi üçün həyat yoldaşının hər sözünü dinləyir. Başqalarının işinə burnunu soxmurlar. Sakit, ağıllı və kübar düşüncəli insandır. Açıq qəlbli insanlardan xoşu gəlir. Bağışlamağı bacarır. 
Oğlaq bürcü: Onlar əngəllərə və çətinliklərə baxmayaraq, əmin addımlarla irəliləyirlər. Çalışqan və bacarıqlıdır. Nüfüzlu olmağı, etibar qazanmağı, şöhrət və çoxlu pul qazanmağı arzu edir. Pulu həssaslıqla qoruyub saxlayır, çox xəsis insandır. Vəzifəsinə bağlıdır, hər yerdə prestij axtarır. Müdrik insandır, lakin çox geniş dost çervəsi yoxdur. Onlar duyğusal deyillər və qarşı cinslə kobud davrana bilərlər. Həyat yoldaşı seçməkdə çətinlik çəkirlər. Çünki onlara heç nəyi bəyəndirmək olmur. 
Dolça bürcü: Bu qadınlar adətən eqoist olurlar. Həyat yoldaşı ona ayaq uydurmasa, onu dəyişdirməyə can atırlar. Çox mehriban, kübar və yardımsevərdilər. Xəstəliklərdən çox tez təsirlənirlər. Bu qadınlar çox sosial əhatə dairəsi olur, ən yaxşı evlərdə yaşamağa üstünlük verirlər. Ətrafdakıların etirazlarına baxmayaraq, öz istədiyini yerinə yetirirlər. Evlilikdə mübahisə və gərginlik olmasına baxmayaraq, anlayışlı davrana bilirlər.
Balıq bürcü: Bu qadınlar həyat yoldaşında gözəllik və ağıl axtarır. Şübhəli və hədsiz qısqancdır. Onun sözünü dinləyir. Şübhəli olması sevgidə gərginlik yaradır. Bəzən istəksiz və könülsüz olsa da, özünü sevgisinə həsr edən biridir. Romantik və duyğusaldır. Yaxşı anadır, xoşbəxt ailə mühiti yaratmaq üçün əlindən gələni edir. Mükəmməl evdar qadındır. Ətrafında çoxlu dostları var və insanların diqqətini özünə çəkməyi bacarır. Gözəl qonaq qarşılamağı bacarırlar.
azadqadin.az

Go Back

Günün qoroskopu-21 yanvar

Qoç - böyük işlərə başlamaq, məsuliyyətli layihəni gerçəkləşdirmək olar. Pərişanlıq, bədbinlik üçün heç bir səbəb yoxdur. İşlərinizi intensivləşdirin. Daşınmaz əmlakla bağlı məsələlərdə kiçik də olsa, irəliləyişə nail olmaq mümkündür.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan biri sizdə cüzi təəssüf hissi yarada bilər. Sevdiyiniz insana qıcıqlanmayın.
Axşam saatlarını sakit keçirin.
 
Buğa - boş söhbətlərə, mənasız dartışmalara qatılmayın. Çox ciddi qüvvə, böyük vəsait və vaxt tələb edən işə başlamaq niyyətiniz varsa, yaxşı düşünün. Fəaliyyət prosesini elə qurun ki, kimsə işlərinizə mane olmasın. Praqmat olun, situasiyanı nəzərə alın.
Günün ikinci yarısında ailə məsələlərində maddi ünsürlərlə bağlı kiçik narahatlıq yarana bilər. Qənaət üçün yollar və variantlar arayın. Axşam saatlarında fiziki işlə məşğul olmayın. Biliklərinizi artırın. 
 
Əkizlər - təcili həllini tələb edən məsələ üçün maliyyə vəsaiti gərəkdir. Aktiv olun, problemin həll yollarını arayın. Sizə yardım edəcək insanı tapa bilərsiniz. Daha təcrübəli və bilikli insanların məsləhətlərinə qulaq asın.
Günün ikinci yarısında ailə üzvləri ilə münasibətlər rəvan və harmonik olmalıdır. Yaxınlarınız sizdən kömək istəyəcəklər. Axşam saatlarını sevdiyiniz insanla keçirin.
 
Xərçəng - yaşam enerjinizin səviyyəsi yüksək olacaq. Özünüzü mütəxəssis və ya başqalarına rəhbərlik etməyi bacaran insan kimi tanıdın. Yaxın ətrafınızdakı insanların tənqidinə adekvat reaksiya verin. Diqqətə və etirafa ehtiyacınız var.
Günün ikinci yarısında ailə üzvlərinizdən və ya yaxınlarınızdan birinə kimsə təzyiq göstərməyə çalışarsa, mütləq şəkildə bunun qarşısını alın. Hissiyata qapılmayın, sentimental olmayın.
Axşam saatlarında iştahınız artsa da, çox yeməyin.
 
Şir - yeni biliklər və məlumatlar əldə etmək üçün münasib zamandır. Nikbin olun. Təcrübənizi artırın. Maliyyə məsələlərinin çözülməsində ehtiyatlı olun. Gərəkli informasiyanın olmaması itkilər və ya zərərə səbəb ola bilər.
Avantüralara qatılmayın.
Günün ikinci yarısında şəxsi münasibətlərdə maraqlarınızı nəyin bahasına olursa-olsun, təmin etməyə çalışmayın. Axşam saatlarını istirahətə, sevdiyiniz insanla ünsiyyətə həsr edin. Rasionunuza fikir verin.
 
Qız - yaxın ətrafınızdakı insanlarla ünsiyyət xeyli emosiya və qüvvə tələb edəcək. İctimai həyat da vaxt alacaq. Daşınmaz əmlak anlaşmaları və ya maliyyə məsələləri ilə bağlı hüquqi prosedur gəlir vəd edir.
Günün ikinci yarısında populyarlığınız artacaq.
Ailə həyatında təmaslarda soyuqqanlılığı ifrata çatdırmayın. Emosiyalarınıza nəzarət edin, amma laqeyd insan təsiri bağışlamayın. Çağırış və ya istək yoxdursa, yardıma qaçmayın.
Axşam saatlarında stressdən qurtulun.
 
Tərəzi - irəliləyişdə fasilələrə yol verməyin. Ötkəm, mübariz olun. İnkişaf üçün qarşınızdakı sədləri və maneələri sürətlə dəf edin. Amma ətrafınızdakı insanların maraqlarını da unutmayın. Mənasız mübahisələrə və boş söhbətlərə qatılmayın.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə qəfil problemlər yaranacaq. Səbəb ağlınıza belə, gətirmədiyiniz məsələlərdir. Ailədə bütün işlərə rəhbərlik etmək istəyiniz münaqişə yaradacaq.
 
Əqrəb - şəxsi münasibətləri həllini tələb edən məsələlərdən üstün tutmayın. Sakit və soyuqqanlı olun. Yaradıcılıq enerjiniz çoxdur. Uzaq yola çıxmaq olar. Kommersiya fəaliyyəti ilə məşğulsunuzsa, yeni sifarişi qəbul edin.
Günün ikinci yarısı köhnə tanışlar və bir zamanlar tərəfdaşlıq etdiyiniz insanlarla əlaqələri bərpa etmək vaxtıdır. Təmaslara bir daha nəzər salın. Axşam saatlarında səhhətinizin qeydinə qalın.
Axşam saatlarında normal istirahət edin.
 
Oxatan - genişmiqyaslı və önəmli işlərə başlamaq üçün əlverişli zamandır. Riskli, düşünülməmiş addımlar atmayın. Maliyyə məsələlərində tələsikliyə yol verməyin. Yaradıcı enerjinizin səviyyəsi yüksəkdir. Maraqlı macəralar sizi gözləyir.
Günün ikinci yarısında sevdiyiniz insanla təmaslarda alicənab olun. Münasibətləri ideallaşdırmağa çalşımayın. Yaxın ətrafınızdakı insanlardan biri azadlıq və müstəqillik istəyəcək. Mükəmməl insanın olmadığını anlayın.
Axşam saatlarında istirahət edin.
 
Oğlaq - bu gün özünü hamıdan üstün tutan insanla qarşılaşacaqsınız. Nailiyyətləri ilə qürrələnən, təşəxxüslü davranan insanlarla təmaslarda ehtiyatlı olun. Onların təsiri altına düşməyin. Belələri sizi qıcıqlandırsa da, sərvaxt davranın.
Günün ikinci yarısında sevdiyiniz insanla təmaslarda sentimentallıq olacaq. Nəzərdə tutulmamış səfər olacaq. Hadisələrin axarı qərarlarınıza təsir edəcək, əvvəlcədən planlaşdırdığınız işlərdə dəyişiklikləri gündəmə gətirəcək.
Axşam saatlarında evdən kənarda istirahət etsəniz, pis deyil.
 
Dolça - yaxın ətrafınızdakı insanlarla birgə fəaliyyət üçün əlverişli zamandır. Problemlərlə qarşılaşmış şəxsə yardım edin. Daha təcrübəli tərəfdaşın məsləhətlərini qulaqardına vurmayın.
Günün ikinci yarısında dəyər verdiyiniz insanın nöqsanlarına dözümlü yanaşın. Kəskin iradlar və sərt tənqidlər münasibətləri korlaya bilər. Qarşılıqlı anlaşmaya ciddi zərurət var.
Axşam saatlarında gəzintiyə çıxın.
 
Balıqlar - günün ilk yarısında etibarən istirahət və ya əyləncə fikrinə düşməyin. Alış-veriş zamanı da deyil. Əlavə xərclərə əsla lüzum yoxdur. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün real addımlar atın, hədəfləri müəyyənləşdirin.
Günün ikinci yarısında əhvalınızdakı durum şəxsi münasibətlərə də təsir edəcək.
Yaxınlarınızın nazını çəkin, onlarla qayğıkeşcəsinə davranın. Axşam saatlarını sevdiyiniz insana həsr edin. Rasionda ehtiyatlı olun. Yağlı və zərərli təamlara üstünlük verməyin.
bizimyol.info

Go Back

Günün qoroskopu

Qoç - niyyətlərinizin yanlış anlaşılmasına səbəb ola biləcək addımlar atmayın. Bəzi planları həyata keçirmək çətindir. Hiyləgərlik etməyin, saxtakarlığa əl atmayın. Yaşam enerjinizin səviyyəsi yüksəkdir. Daşınmaz əmlak və ya maliyyə məsələləri ilə məşğul ola bilərsiniz.
Günün ikinci yarısında mövcud problemləri yaxınlarınızla müzakirə edin. Saatlar keçdikcə situasiya gərginləşəcək. Qarşılıqlı anlaşmaya nail olmaq asan deyil.
Səbrli olun.
 
Buğa - ən çətin problemləri çözmək mümkündür. Yaradıcı ideyalarınız az olmasa da, onların əksəriyyəti praktik deyil. Xəyallara aldanmayın, illüziyalara qapılmayın. Reallıq hissini itirməyin.
Günün ikinci yarısında məqsədləri konkretləşdirin, irəliyə hərəkətə can atın. Potensial tərəfdaşlarınıza yeni təklifinizi anladın.
Axşam saatlarını ailənizlə birlikdə keçirin.
 
Əkizlər - günün ilk yarısında emosional baxımdan səbatsız davranmayın. İstək və arzularınızdan asılı olmayaraq rutin işləri başa vurun. Bəzi planlara yenidən baxmaq, peşəkar fəaliyyət prosesinə dəyişikliklər etmək gərəkdir. Çətinliklərin həllində qeyri-standart yanaşma nümayiş etdirin.
Günün ikinci yarısında alış-veriş pis alınmayacaq. Aldığınız əşyaların uzunmüddətli istifadə üçün olmasına fikir verin. Məişət texnikası almaq fikrindən vaz keçin.
Axşam saatlarına yaxın səhhətinizə fikir verin. Normal istirahət edin.
 
Xərçəng - bütün problemləri ən qısa zamanda həll etməyə çalışmayın. Yaşananları ürəyinizə salmayın. Qərarlarınız səbatlı, emosiyasız olmalıdır. Yaşam enerjinizə qənaət edin. İşgüzar tərəfdaşlar və həmkarlarla münasibətlərdə kompromisə meylli olun.
Günün ikinci yarısında dəyərləndirdiyiniz insanı sevindirin. Şəxsi münasibətlərdəki bəzi nüanslar təşviş doğura bilər. Narahat olmayın, problemlər müvəqqətidir.
Axşam saatlarına yaxın müsbət təmayüllərin təsiri güclənəcək.
 
Şir - gün ərzində aktiv olun. Fərdiliyinizi nümayiş etdirin, bilik və bacarıqlarınızı göstərin. Problemlərin həllində ordinar yolları seçməyin. Bəzi hadisələr mövqelərinizi zəiflədə bilər. Son vaxtlara qədər sidq-ürəkdən inandığınız məqama etibarınız azala bilər.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə rəvan olun. Hadisələrin gedişatından narazılıq varsa, aqressiv və kobud davranmayın. Sevdiyiniz insanla münasibətlərdə ideal səviyyəni arzulayırsınızsa, dəyişikliklərə özünüzdən başlayın.
Ötənlərlə bağlı xatirələr qəlbinizdə ilıq hisslər yaradacaq.
 
Qız - ilk baxışdan çətin, həlli mümkün olmayan təsir bağışlayan problemləri çözmək mümkündür. Aldığınız tapşırıq və ya sifarişdən imtina etməyin. Başqasının maraqlarını öz mənafeyinizdən üstün tutmayın. Cəsarətli olun, məqsədə çatmaq üçün gərəkli vasitələrdən yararlanın.
Günün ikinci yarısında sevdiyiniz insanla təmaslar ruhi müvazinətinizin bərpasına kömək edəcək. Yaxınlarınız üçün xoş işlər görməyə çalışın. İşdə həmkarlar və ya rəhbərliklə bilavasitə danışıqlar mənasız şübhələrdən qurtulmağa yardım edəcək.
Axşam saatlarını əzizlərinizə həsr edin.
 
Tərəzi - günün ilk yarısından etibarən rutin işlər və gündəlik qayğılar xeyli vaxt alacaq. Yeni işə başlamaq və ya orijinal layihəyə start vermək çox çətindir. Ünsiyyəti bir qədər azaldın. Ətrafınızdakı insanlara sizə işlərinizdə mane olmağa imkan verməyin.
Günün ikinci yarısında yaşanacaq hadisələr əsəblərinizi tarıma çəkəcək, əhvalınızı korlayacaq. Situasiyaya sərt reaksiya verməyin. Adi günlərlə müqayisədə impulsiv olmayın. Yaxınlarınızdan biri sizə yardım etməyə çalışaraq yeni problemlər yarada bilər.
Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz
 
Əqrəb - günün ilk yarısında vaxtınızı dürüst qiymətləndirin. Şərtlər elədir ki, bir sıra problemləri düşündüyünüzdən də sürətlə həll etmək olar. Saatlar keçdikcə durum qəlizləşəcək. Qəfil hadisə yarımçıq qoyduğunuz işin başa çatdırılmasını tələb edir.
Günün ikinci yarısında ailə üzvlərinizdən birinin təcrübə və biliklərinizə ehtiyacı var. Yardım edin, məsləhət verin. Ən adi məişət qayğıları axşam saatlarında ailə üzvlərinizlə təmaslarda sərinlik yaratmamalıdır.
 
Oxatan - günün ilk yarısında aktiv fəaliyyətə başlamaq çətindir. İşlərə başlayanda bir sıra məqamlar fikrinizi yayındıra bilər. Məlumatları əldə etmək istəyirisinizsə, diqqətli olun. İşdə həmkarlarla müzakirələr aparmaq gərəkdir.
Özünüzü ələ alın, emosional olmayın. Səbrli davransanız, çox problemlərin öhdəsindən gələcəksiniz.
Günün ikinci yarısında önəmsiz, rutin təsir bağışlayan işləri yarımçıq qoymayın. Darıxdırıcı təsir bağışlayan əməliyyatı bitirin.
Saatlar keçdikcə şəxsi münasibətlərdə problemlər yaranacaq. Müstəqillik istəyiniz yaxın ətrafınızdakı insanlar tərəfindən anlayışla qarşılanmayacaq. Ötənlərdəki azadlıqla bağlı nisgil öhdəliklərdən yayınmağınız gərəkir. Ailə işlərini təkbaşına həll etmək istəyi dəyər verdiyiniz insanlarla əlaqələri korlaya bilər.
 
Oğlaq - davranışınızda ideala can atırsınızsa, qüvvə və vaxtınız boşuna xərclənə bilər. Emosional qeyri-stabillik işlərinizə mane olmamalıdır. Sonradan sizi peşman edə biləcək, təəssüf hissi yaradacaq addımlar atmayın.
Sayıq və diqqətli olun.
Günün ikinci yarısında nəzərdə tutulmamış olay və ya situasiyanın qəflətən ağırlaşması stressə səbəb olacaq. Əsəblərinizi qoruyun.
Yaxınlarınızla, sevdiyiniz insanla təmaslarda çətinliklərin formalaşmasına imkan verməyin. Hisslərinizə nəzarət edin. Əsla gözləmədiyiniz halda bəzi təfərrüatlar üzə çıxacaq. Ötənlərdəki hadisələrdən birinin müzakirəsi dartışma yaradacaq.
 
Dolça - sakitləşin, kənar qıcıqlandırıcıların təsirinə düşməyin. Gerçəkdən də, maraqlı işlə məşğul ola bilərsiniz. Yaşam mövqeyinizdə passivliyə yol verməyin. Bəzi işləri inandığınız insanlara etibar edə bilərsiniz.
Günün ikinci yarısında hadisələrin axarında köklü dəyişiklik istisna deyil.
İntriqanın mərkəzində olacaqsınız. Avantüra və ya macəra aramayın. Axşam saatlarında romantik əhval sizi düşünülməmiş addımlar atmağa vadar etməməlidir.
 
Balıqlar - günün ilk yarısında hadisələrin aram axarı sürətlə dəyişəcək. Təxəyyülünüzdəki prosesin real olduğunu düşünməyin. Yeni təəssüratlar arayırsınızsa, fəndgirlik edin. Çox ekstravaqant qərarlar verməyin.
Tənzimlənmiş çözüm yoluna üstünlük verin.
Günün ikinci yarısında iradların hamısını qəbul etməyin. Rüşvət tələbini rədd edin, hüquqlarınızın pozulması ilə barışmayın. Dostlar və ya qohumlardan biri məişət problemlərinin həllində yardım istəyə bilər. 
milli.az

Go Back

Günün qoroskopu-19 yanvar

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik.

Qoç - bilik və məlumatlarınızı artırın. Sizi qarşıda gözləyən problemləri həll etmək üçün hazırlıqlı olmalısınız. Çoxdan bəri cavab axtardığınız sualların bundan sonra da narahat etməsinə imkan verməyin. Uzunmüddətli öhdəliklər və genişmiqyaslı anlaşmalarla bağlı olmayan proseslər yaxşı alınacaq.
Günün ikinci yarısında şəxsi münasibətlərdə öz maraqlarınızı sürəkli olaraq başqalarının mənafelərindən üstün tutmayın. Bütün iradlar və tənqidlərə nəzarət etmək mümkün deyil.
Sevdiyiniz insanın belə, dediklərinizə şübhə ilə yanaşmasına təəccüblənməyin. Axşam saatlarında kəskin başağrısı ola bilər.
 
Buğa - çalışdığınız və ya oxuduğunuz kollektiv üçün xas problemlər sizi də narahat edəcək. Yaşanan olaylardan kənar qalmağa çalşısanız da, bu mümkün deyil. Gərgin, emosional situasiyaya rəğmən təmkinli davranın.
Günün ikinci yarısında hadisələrə süni təkan verməyə lüzum yoxdur. İşlər rəvan şəkildə davam edəcək.
Yaxınlarınızla münasibətlərinizdə diqqətli, məsuliyyətli olun. Şəxsi təmaslarda önəmli qərar qəbul etmək olar. Vədlərinizə əməl edin. Yorulsanız da, sözlərinizin sahibi olun.
 
Əkizlər - peşəkar fəaliyyət müstəvisindəki qeyri-müəyyənlik nigaranlıq yaradacaq. Günün ilk yarısı önəmli qərarların qəbulu, anlaşmalar üçün əlverişli deyil. Daşınmaz əmlakla bağlı müzakirələri və əməliyyatları ertələyin.
Günün ikinci yarısında verdiyiniz borcun qaytarılması və ya ödəniş istisna deyil. Eşitdiyiniz iradlarla tənqidləri yaxın ətrafınızdakı insanların azadlığınıza müdaxiləsi, işlərinizə qarışmaları kimi qəbul etməyin. Aqressiv reaksiya nümayiş etdirməyin. Olub-keçənlərin yeganə suçlusu sizsiniz.
 
Xərçəng - həssas və bir qədər də dalğın olmağınıza rəğmən gün sakit olacaq. Peşəkar fəaliyyət sahənizdə qəfil irəliləyişlər gözləməyin. Bununla belə, geriləmələr də olmayacaq. Yaxın ətrafınızdakı insanların məsləhətlərinə kor-koranə əməl etməyin.
Günün ikinci yarısında kobud səhvə yol verməmək üçün həssas davranın. Yanlışlığın fəsadları acı ola bilər. Şəxsi münasibətlərdə mövqelərinizi möhkəmləndirmək, nüfuzunuzu artırmaq şansları var. Valideynlərinizə, yaşlı qohumlarınıza qayğı bəsləyin.
Sevdiyiniz insan özünü tənha hiss edir.
 
Şir - uzunmüddətli layihələr və önəmli danışıqlar üçün sərfəli gün deyil. Adi, rutin işlər daha məhsuldar olacaq. Daşınmaz əmlak, vərəsəlik, hüquqi məqamlar və vergilərlə bağlı məsələlərdə sayıqlığı əldən verməyin.
Günün ikinci yarısında ifrat qürurlu və təşəxxüslü davranış ailə üzvləri ilə problemlər yarada bilər. Sizə ən adi, normal təsir bağışlayan yaxınlarınızın qəlbinə dəyə bilər. Enerjinizi axşam saatlarında məişət problemlərinin həllinə yönəldin.
 
Qız - günün ilk yarısından etibarən hərəkətləriniz, əməlləriniz və qərarlarınız düşünülmüş olmalıdır. Ən kiçik, önəmsiz məsələlərə görə yaxın ətrafınızdakı insanlarla sərt mübahisə etməyin. Qıcıqlı, aqressiv olmayın.
Bir müddət kölgədə qalaraq məsləhətlərə qulaq assanız, məqsədə doğru daha sürətlə irəliləyə bilərsiniz.
Günün ikinci yarısında ailə üzvləri ilə dartışmalarda sözlərinizin mütləq həqiqət olduğunu göstərməyə çalışmayın. Həlim, qayğıkeş olsanız, bir çox problemlərin yaranmasını əngəlləyəcəksiniz.
 
Tərəzi - çətin işlər, mürəkkəb xasiyyətli insanlarla qarşılaşanda soyuqqanlı olun. Az sonra atacağınız addımları planlaşdırın. Ölçüb-biçəndən sonra qərar verin. Məntiqlə davransanız, əlavə gəlir əldə edə bilərsiniz.
Təcrübəni zənginləşdirmək, yeni məlumatlar əldə etmək üçün pis zaman deyil.
Günün ikinci yarısında dəyər verdiyiniz insanlarla müzakirədə yeni situasiyanı nəzərdən keçirin. Qarşı tərəf emosional danışarsa, səbrli, hövsələli olun.
Axşam saatlarında səhhətinizin qayğısına qalın.
 
Əqrəb - günün ilk yarısında işlərə aktiv başlayın. İradəli olun, yad təsirə uymayın. Yaxın ətrafınızdakı insanlara təzyiqlər göstərərək mövqeyinizin dürüstlüyünə onları inandırmağa çalışmayın.
Dəyərləndirdiyiniz insanlardan sözsüz itaət tələb etməyin.
Günün ikinci yarısında enerjinizi mənasız işlərə sərf etməyin. Gərəksiz söhbətlər və dedi-qodulara qatılmayın.
Məişət durumunuzun yaxşılaşdırılması üçün zəruri əşya və ya avadanlıq ala bilərsiniz. Yaxınlarınızla münasibətlərdə diqqətli olun. Tənqidlərə sərt reaksiya verməyin.
 
Oxatan - mühüm qərarlar qəbul etməzdən əvvəl vəziyyəti götür-qoy edin. Emosional, aqressiv olmayın. Hisslərə qapılsanız, çox kobud, fəsadları acı səhvlərə yol verə bilərsiniz. Məramlarınızı yaxın ətrafınızdakı insanlara anladın.
Günün ikinci yarısında ailə üzvlərinin maraqlarını nəzərə alın. Problemlərinizi təkbaşına həll etməyə çalışın. Səhhətinizə fikir verin. Rasionunuzda ciddi dəyişikliklər etməyin.
Axşam saatlarında normal istirahət edin. Gəzintiyə çıxa bilərsiniz.
 
Oğlaq - ədalətsizlik və haqsızlıqla qarşılaşmağa hazır olun. Adi günlərdən fərqli olaraq hissiyyatlı davranış incikliklər yarana bilər. Tənbəllik etməyin, hər şeyi atıb getmək hisslərindən uzaq olun.
Praqmat olun. Emosiyalara əsir düşməyin.
Günün ikinci yarısında yaxınlarınızla birlikdə çalışmaqda xeyir var. İnsanların gur olduğu tədbirə qatılmayın. Müstəqil fəaliyyət daha məhsuldar olacaq.
Yaşlı qohumlarınıza diqqət ayırın.
Axşam saatlarında həssaslığı unutmayın.
 
Dolça - günün ilk yarısında bir-birinə zidd olan öhdəliklər götürməyin. Vədlərinizi unutmayın, laqeydlik etməyin. Qərarlar qəbul etməzdən və vədlər verməzdən əvvəl işləri görməyin yollarını düşünün. Maliyyə durumu stabil deyil.
Hansısa məsələlərdə uğur qazanmaq, hansısa sahələrdə isə geriləmək ehtimalı var.
Günün ikinci yarısında avantüralara qatılmayın. Pullarınızı itirə bilərsiniz.
Axşam saatlarına yaxın yaxınlarınızdan yardım və dəstək ala bilərsiniz. İstəklərinizlə arzularınız diqqətsiz qalmayacaq. Sevdiyiniz insanla qarşılıqlı anlaşmaya can atın.
 
Balıqlar - bu gün qeyri-standart düşünməyə çalışın. Problemlərin həllində bacarıq, istedad və yaradıcılıq potensialınızı nümayiş etdirin. Ətrafınızdakı insanlara ideya və fikirlərinizdən danışın. Yeni tərəfdaşlar, müttəfiqlər cəlb etməyə can atın.
Günün ikinci yarısında nailiyyətlər, irəliləyişlər uzunmüddətli olmayacaq.
Sevdiyiniz insana hisslərinizi etiraf edin. Axşam saatlarında romantik hisslərə qapıla bilərsiniz. Subaysınızsa, tale sizi sevindirəcək.
milli.az

Go Back

Gündəlik bürclər

Günün qoroskopu - 18 yanvar

Qoç - Emosional durumlar gərgin vəziyyətinizdən çıxışa təkan verə bilər. Narahat olmayın, situasiyadan çəkinməyin. Sonuclar müsbət olacaq. Durumu təhlil edin. İşlərdə və şəxsi münasibətlərdə daha praktik olun.
Günün ikinci yarısında özünüzü sentimental hiss edə bilərsiniz. Ötənlərdəki hadisələrdən biri ilə bağlı hissləriniz təlatümə gələcək. Yaşamınızın bəzi məqamlarına yenidən nəzər salın. Yanlış qərarlar verməyin.
 
Buğa - Sərt və kobud olmayın. Hissiyyata qapılsanız, ciddi səhvlər olacaq. Vəziyyəti təhlil edərək sərfəli nüansları aşkarlamağa can atın. Kiminsə sizdən sui-istifadə etməsinə, təzyiq göstərməsinə imkan verməyin. Qətiyyətli, iradəli olun.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə diqqətli olun. Şəxsi münasibətlərdəki problemin həlli, dəyər verdiyiniz insanla ünsiyyətin normaya salınması üçün yaxşı zamandır.
Köhnə dostlardan biri ilə qarşılaşa bilərsiniz.
 
Əkizlər - Günün ilk yarısında məhsuldar ritmdə çalışın. Ən müxtəlif məsələlərin öhdəsindən gələ bilərsiniz. Emosional fon stabilləşəcək. Duruma daha adekvat nəzər salın. Yaxın gələcəklə bağlı mühüm işləri dəqiq planlaşdırın. Hədəf və məqsədləri yenidən bəlirləyin.
Günün ikinci yarısında şəxsi münasibətlərə fikir ayrılığı kölgə sala bilər. Səbirli, eyni zamanda mövqelərinizdə səbatlı olsanız, anlaşmaya nail olacaqsınız. Səfər və ya ezamiyyət uğurlu alınacaq. Avantüralara aldanaraq vədlərə şirniklənməyin.
 
Xərçəng - Günün ilk yarısında yaşam potensialınızın səviyyəsi yüksək olacaq. Uğur əldə edəcəksiniz. Ruh yüksəkliyi pis deyil, amma praqmatik olun. Qarşınıza qoyduğunuz məqsədlər irreal təsir bağışlamamalıdır.
Günün ikinci yarısında şəxsi münasibətlərinizdə ciddi irəliləyişlər olacaq. Əks cins mənsubu ilə söhbətlərdə həssas davranın. Romantik əhval müəyyən problemlər yarada bilər. Sayıq olun.
 
Şir - Yaxın ətrafınızdakı insanlardan dəstək və yardım almaq istəyirsinizsə, aqressiya nümayişi heç də effektiv metod deyil. Ünsiyyət, həmsöhbətin problemlərinə səmimi maraq yeni həmfikirlər tapmağa, işgüzar tərəfdaşların sayını artırmağa imkan verəcək.
Günün ikinci yarısı maliyyə məsələlərinin müzakirəsi, ağır vəziyyətə düşmüş insana yardım üçün əlverişlidir.
Yaxınlarınızla təmaslarda alicənab, həssas olun. Ailə üzvlərinin qarşılaşdıqları maneəni aradan qaldırın. Fiziki sağlamlıq üçün problem olmayacaq. Səhhətinizə fikir verin.
 
Qız - Yaşadığınız durumu qiymətləndirəndə hisslərin əsiri olmayın. Laqeydləşərək özünüzü kənar və soyuqqanlı müşahidəçi sansanız, problemlərin sayı artacaq. Ümumi probemlərdən yaxanızı kənara çəkməyin. Yaxınlarınızın dərdindən hali olun.
Günün ikinci yarısında şəxsi münasibətlərdə harmoniyanı qorumaq asan olmasa da, buna çalışın. Ailə məsələlərinin həllində eqoist olmayın.
Axşam saatlarında sevdiyiniz insanla danışın. Evdən uzaqda əyləncəyə qatılmayın.
 
Tərəzi - Günün ilk yarısında bütün işləri əvvəlcədən planlaşdırmağa can atmayın. Hadisələrin gedişatından asılı olaraq planlara dəyişikliklər edilməlidir. İntuisiyanıza güvənin, rutinlik və cansıxıcılığın hədlərindən kənara çıxın. Pozitiv olun.
Günün ikinci yarısında yorğunluq hiss edə bilərsiniz. Yaxınlarınızla münasibətlərdə sərinliyə yol verməyin. Tənha qalmaq istəyəcəksiniz. İstəyinizi reallaşdırın. Şəxsi arealda qalmaq qüvvələrinizi bərpa etməyə imkan verəcək.
 
Əqrəb - Yaradıcılıq potensialınızın səviyyəsi artacaq. Sizə xas fərdiyyətçiliyi nümayiş etdirməyə imkan verəcək maraqlı ideyalar yaranacaq. Psixologiya və fəlsəfəyə maraq artacaq. Sakit, soyuqqanlı olun. Yaxın ətrafınızdakı insanlarla münaqişəli vəziyyət yaratmayın.
Günün ikinci yarısında ehtiyaclarınızı təmin etməyə, tələblərinizi realaşdırmağa can atın. Fərdiyyətçilik və tənha qalmağa istək artacaq. Şəxsi münasibətlərdə irəliləyişlər olacaq.
Axşam saatlarında normal istirahət edin.
 
Oxatan - Ünsiyyət üçün yaxşı zamandır. Sizə birmənalı yanaşmayan insanla belə, əlaqələrdə soyuq yellərin əsməyinə imkan verməyin. Danışıqlar aparmaq, dil tapmaq, güzəştli varianta nail olmaq mümkündür.
Günün ikinci yarısında həmsöhbətinizin dediklərinə sayğı bəsləyin, onun mövqeyini qulaqardına vurmayın. İşə yanaşmada ənənəvi hal almış metodları bilmərrə unutmayın.
Kiçik, xırda məsələlərə görə yaxınlarınızla kəskin mübahisələr etməyin. İlk baxışdan tam normal müzakirələr ciddi incikliyə səbəb ola bilər. Axşam saatlarına yaxın emosional gərginlik artacaq.
 
Oğlaq - Günün ilk yarısında səmimi, həlim olun. Təmkin və səbri unutmayın. Yeni müştərilər, sifarişçilər və ya işgüzar tərəfdaşlar qazana bilərsiniz. Çevik olun, situasiyadakı dəyişiklikləri nəzərə alın.
Günün ikinci yarısında yeniliklərdən faydalanın. İnnovativ olun, islahatlardan çəkinməyin. Güzəştə meylli olsanız, işlərinizdə irəliləyişlərə nail olacaqsınız. Ailə həyatındakı uğurlu durum sevdiyiniz insanla münasibətlərin normallaşmasına səbəb olacaq. Romantik, zərif hisslər zamanıdır. Qarşılıqlı sayğının səviyyəsini artırın.
Axşam saatlarını aktiv istirahətə həsr edin.
 
Dolça - Məhsuldar və maraqlı iş günüdür. Qarşınızda duran məsələlər asan deyil. Amma onların öhdəsindən sürətlə gələcəksiniz. Təxəyyülünüzə həsəd aparmaq olar. Məqsədə çatmağın yeni yollarını arayın. Problemlərin həllində orijinal olun.
Günün ikinci yarısında maliyyə fonu pis deyil. Emosiyalarınıza hakim olun. Axşam saatlarında dostlarınızla görüşün, problemi onlarla müzakirə edin.
Sevdiyiniz insanın istəklərini qulaqardına vurmayın.
 
Balıqlar - Sizdən təcrübəli və nüfuzlu insanlarla toqquşmalardan yayının. Belə situasiyadan asanlıqla çıxmaq müşkül işdir. Üstəlik, münasibətlərdəki gərginlik əhvalınıza çox pis təsir edəcək.
Müstəqil fəaliyyət göstərməyə çalışın.
Günün ikinci yarısında görüş yaxşı nəticə verəcək. Çoxdan bəri maraqlandığınız insanda özünüzlə bağlı müsbət rəy formalaşdırın. Diqqət yetirilməyə layiq insanı kütlədən ayırmağı bacarın.
bizimyol.info

Go Back

Günün qoroskopu

Bürclər - 16 yanvar

Qoç - günün ilk yarısı peşəkar fəaliyyət üçün uğurlu zamandır. Ətrafınızdakı insanlarla bağlı gözləntiləriniz böyük olmasın. Onları olduğu kimi, müsbət və mənfi cəhətləri ilə qəbul edin. Yaşamın rəvan axarına süni müdaxilə etməyin.
Günün ikinci yarısında mümkün qədər praktik olun. Əldə etdiyiniz maliyyə vəsaitini effektiv şəkildə sərf edin. Axşam saatlarında normal istirahət etməyə çalışın. Sadiq dostlardan biri ilə əlaqə saxlamaq olar.
Axşam saatlarında gəzintiyə çıxın.
 
Buğa - bütün problemləri eyni vaxtda və qısa zamanda həll etməyə çalışırsınızsa, yanlış yol seçibsiniz. İşlər yarımçıq qalacaq. Situasiyanın belə xoşagəlməz istiqamət almaması üçün planlı hərəkət edin. Aramlı fəaliyyət problemlərin tədricən həllinə imkan verəcək.
Gördüyünüz işlərin praktik xeyrə malik olub-olmadığını araşdırın. Sonradan təssüf hissi yarada biləcək qərarlar verməyin.
Axşam saatları yeni tanışlarla ünsiyyət və sizə dəstək verə biləcək insanlarla təmaslar üçün pis deyil. Yaxınlarınızla mübahisə etməyin, münaqişəli situasiya yaratmayın. Sevdiyiniz işlə məşğul olun.
 
Əkizlər - son vaxtlar yol verdiyiniz səhvlər arzuolunmaz insanların diqqətini cəlb edəcək. İşlərinizin rəvanlığına kimin və ya nəyin mane olduğunu müəyyənləşdirin.
Problemlərə rəğmən yolunuz yanlış deyil.
Günün ikinci yarısında sevdiyiniz insanla xoşagəlməz söhbət ola bilər. Ailə işləri, məişət qayğıları, kiçik təmir üçün münasib zamandır. Axşam saatlarında görüşə yollana bilərsiniz. Normal istirahət etməyə çalışın.
 
Xərçəng - günün ilk yarısında çətin, yerinə yetirilməsi ağır zəhmət tələb edən işdən çəkinməyin. Söhbətlər, müzakirə, aktiv ünsiyyəti başqa zamana saxlayın. Bir qədər əvvəlki hərəkətlərinizi təhlil edin. Müşkül vəziyyətdən çıxış yolu var.
Uğursuzluq sizdə rüh düşkünlüyü yaratmasın.
Günün ikinci yarısında həddən artıq emosional davranmayın. Yaxınlarınızdan birinin qarşılaşdığı problemin həllində ona yardım edin. Qəfil tanışlıq səbatlı və uzunmüddətli münasibətlər vəd etmir.
Birgə istirahət xoş təəssüratlar və emosiyalar vəd edir.
 
Şir - günün ilk yarısında məişət problemləri və ailə qayğılarının intensivliyi artsa da, onları çözmək imkanları var. Düşünülmüş qərarlar qəbul edin, təmkinli olun. Emosiyaların təsiri altında yox, məntiqlə davranın. Hisslərə qapılmayın.
Günün ikinci yarısında maksimal dərəcədə diqqətli və səliqəli olun.
Bəzi məsələlərin həllində yaxınlarınız sizə yardım edəcəklər. Təmir, səyahət və köç üçün yaxşı zamandır. Birgə planları müzakirə edin.
Axşam saatlarında həssas və qayğıkeş olun.
Dostlar, tanışlarla xoş vaxt keçirmək olar.
 
Qız - bütün istəklərinizi qısa müddətdə həyata keçirmək, sadəcə, mümkün deyil. Fəaliyyətinizdə ardıcıllıq və məntiq olmalıdır. Öz işinizi başqalarına həvalə etməyin. Emosional ağırlıq, pərişanlıq yarana bilər.
Günün ikinci yarısında maliyyə məsələlərində həssaslığı əldən verməyin. Əlavə xərclər yolverilməzdir. Yaxınlarınızla mübahisə etməyin. Haqlı olduğunuzu sübut etmək üçün normal danışın, aqressivliyə yol verməyin. Ailə rifahınızı təhdid edən problemin çözümünü ertələməyin.
Rasiona fikir verin. Səhhətinizi qoruyun.
Tərəzi - adi günlərdən fərqli olaraq rutin işlər, gündəlik məsələlər daha çox vaxt alacaq. Sakit və rəvan həyat üçün gərəkli məqamları aydınlaşdırmağa çalışın. Ən xırda nüans belə, nəzərinizdən qaçmamalıdır. Az öncə yaşanmış hadisələri müzakirə edin.
Günün ikinci yarısında yaşam potensialının səviyyəsi aşağı düşəcək.
Sevdiyiniz insanla ünsiyyət sizə xoş hisslər bəxş etməlidir. Azyaşlı qohumlarla təmaslarda alicənab və qayğıkeş olun. Axşam saatlarında taleyinizi sınağa çəkməyin. Romantik hisslərə qapıla bilərsiniz.
 
Əqrəb - maraqlı insanlarla təmaslar, bilik və təhsil səviyyəsinin artırılması, məsləhətləşmələr üçün yaxşı zamandır. Çətinliklərin öhdəsindən gəlmək istəyirsinizsə, qətiyyətli olun. İradənizi nümayiş etdirin.
Nə zaman susmaq gərəkdiyini, nə zaman da danışmağa zərurət yarandığını anlayın. Ağır fiziki işə qatlananda tənbəllik etməyin.
Günün ikinci yarısında aramla çalışın. Səbrli, təmkinli olun.
Yaxınlarınızın davranışı əhvalınızdan asılıdır. Qərar və sözlərinizə onların reaksiyalarını müzakirə edin. Tənqid və iradları ifrata çatdırmayın.
Dəyər verdiyiniz insanlar deyinməyinizdən, məsləhətlərinizdən bezə bilərlər.
 
Oxatan - bədxərclik etməyin. İzafi "səxavət" maddi durumunuza ağır zərbə vura bilər. Bununla belə, ifrat dərəcədə qənaətcil olmayın. Əks təqdirdə sizi simiclikdə suçlayacaqlar. Fikrinizi zərurət duyulmadığı təqdirdə açıqlamayın. Başqalarının nöqsanlarını və çatışmazlıqlarını aşkar müzakirə etməyin.
Günün ikinci yarısında ehtiyatlı, fəndgir olun. Ailə işlərinə və məişət qayğılarına daha çox diqqət ayırın. Güzəştlərə meylli insan təsiri bağışlayın.
Sevdiyiniz insan xoş rəftar və qayğıkeşliklə sevindirin.
 
Oğlaq - yaxın ətrafınızdakı insanlarla bağlı fikir söyləməyə tələsməyin. Dedi-qodulara qatılmayın. Səhhətinizə fikir verin ki, ağrı əhvalınızı pisləşdirib sizi apatik və ya aqressiv insana çevirməsin. Mənasız işlərə qatılmayın.
Günün ikinci yarısı ağır fiziki iş üçün münasib deyil. Adət etdiyiniz ortamda və ya şəraitdə çalışın. Yaxınlarınız sizdə qayğı, diqqətli münasibət gözləyirlər.
Narahatlıq mənbəyi olan məsələni qulaqardına vurmayın.
Axşam saatlarında romantik hisslər sizi çuğlaya bilər.
 
Dolça - günün ilk yarısında heç bir zərurət olmadan risk etməyin. Planlaşdırdığınız işlər yalnız ilk baxışdan asan, bəsit təsir bağışlayır. Əslində isə onları başa vurmaq üçün çoxsaylı maneələrlə üzləşəcəksiniz. Pessimist olmayın. İrəliyə doğru qətiyyətlə addımlayın.
Günün ikinci yarısında yaxın ətrafınızdakı təcrübəli insanlardan biri sizə yardım edəcək. Eşitdiyiniz məsləhətləri saf-çürük edin. Əsla tələsməyin.
Axşam saatlarında romantik hisslər güclənə bilər. Sevdiyiniz insanla görüşün.
 
Balıqlar - bilin ki, qarşınızda böyük perspektivlər var. Başqalarının görə bilmədikləri və imtina etdikləri işi yerinə yetirərək başa vura bilərsiniz. Yeni layihəni, alınan sifarişi və ya tapşırığı təhlil edin. Gərəkli avadanlığı alın, ya da hazırlayın.
Ehtiyac yaranarsa, məsləhət üçün təcrübəli insanlara müraciət edin.
Günün ikinci yarısında alış-verişdə dürüst seçim edin, qənaətli davranın.
Axşam saatlarında gəzintidə xeyir var. Yaxşı istirahət edin. 
milli.az

Go Back

Günün qoroskopu

Gündəlik bürclər - 15 yanvar

Qoç - iş yerinin dəyişdirilməsi, karyeranızda irəliləyiş və ya peşəkar məsələlərin həlli ilə bağlı yaranmış situasiyada problemlərin həllinə təkan verəcək addımlar atılacaq. Məqsədlərin dəqiqləşdirilməsi, hədəflərin müəyyənləşdirilməsi zamanıdır. Bir qədər əvvəl başladığınız işi sonuclandırın.
Günün ikinci yarısında sərvaxt olun, qərəzli qərar qəbul etməyin. Ailədəki problemlərin əksəriyyətini yaşlı qohumların məsləhəti ilə həll etmək olar. Rasionunuzda dəyişikliklər edin.
 
Buğa - önəmli məsələləri və mühüm nüansları diqqətdən yayındırmayın. Unutqanlıq nəzərdə tutduğunuz işə dağıdıcı təsir göstərə bilər. İşgüzar münasibətlərdəki gərginlik birgə layihədə effektiv fəaliyyətə maneələr yaradacaq. Bədbinliyə qapılmayın. Yaradıcı potensialınızın səviyyəsi yüksəkdir.
Günün ikinci yarısında yaxşı nəticələr əldə edə bilərsiniz.
Şəxsi münasibətlərdə hisslərlə yanaşı, məntiqə də xitab edin. Əks cinsin mənsubu sizinlə maraqlanacaq. Potensial sifarişçini bacarıq və təcrübənizlə cəlb edə bilərsiniz.
 
Əkizlər - maliyyə problemləri istisna deyil. Yaşanan situasiyada proseslərə nəzarət imkanlarını əldən verməyin. Ödənişlər, borclar, kredit və ya vergilərlə bağlı xoşagəlməz situasiyanın yaranmasına imkan verməyin.
Maliyyə ilə bağlı məsələlərdə sayıq olun.
Günün ikinci yarısında şəxsi münasibətlərdə seçim edə bilərsiniz. Yeni tərəfdaşı müəyyənləşdirəndə emosiyalara qapılmayın. Üstünlük verdiyiniz model yaxın gələcəkdəki situasiyanın əsas vektorlarını müəyyənləşdirəcək.
Ailədəki mühitin rəvan və normal olmasına çalışın.
 
Xərçəng - iş axtarırsınızsa, günün ilk yarısı əlverişlidir. Ünsiyyət və təmaslar zamanı həmsöhbətinizdə özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın. Məsləhətləşmələr, müzakirələr, potensial işgüzar tərəfdaşlarla danışıqlar uğurlu alınacaq. Məhsuldar fəaliyyətə can atın.
Günün ikinci yarısında aktiv olsanız, qarşınıza qoyduğunuz məqsədə doğru əhəmiyyətli irəliləyiş müşahidə olunacaq.
Sevdiyiniz insan və yaxınlarınızla söhbətlər üçün axşam saatları yaxşı zamandır. Dəyər verdiyiniz insana inanın. Hisslərinizə şübhə etməyin. Situasiyanı yalnız mənasız qısqanclıq və şübhələr korlaya bilər.
 
Şir - günün ilk yarısında çətin situasiya yaranacaq. Mövqelərinizi qorumaq, irəliləyişə nail olmaq istəyirsinizsə, intizamlı və sərvaxt olun. Yeni iş, layihə ehtimalı azdır. Rutin işlər, o qədər də bəyənmədiyiniz fəaliyyət zamanıdır.
Günün ikinci yarısında məişət məsələlərinin həllində praktik addımlar atın. Emosiyalara uymayın. Qətiyyətli və iradəli qərarlarızı yaxınlarınız dəstəkləyəcəklər. Çətin işlərin öhdəsindən gəlmək üçün yaxşı düşünülmüş plana ehtiyac duyulur. Axşam saatlarında nikbin olun, mühüm məsələnin həllini ertələməyin.
Ağır işlərə başlamayın. Onların yarımçıq qalma ehtimalı var.
 
Qız - günün ilk yarısı işlərinizdə irəliləyişlər vəd edir. Mürəkkəb problemlərin öhdəsindən gələcəksiniz. Vurnuxmaya qapılmayın, geriləməyin. Bəzi məsələləri danışıqlarda həll etmək olar. Maliyyə məsələlərində qayda yaradın. Hesabları ödəyin. Borc və ya kredit almayın.
Günün ikinci yarısında yaxınlarınızdan biri maddi yardım və ya mənəvi dəstək istəyə bilər. Çətin vəziyyətə düşmüş, yaxşı tanımadığınız insana da kömək etmək gərəkdir.
 
Tərəzi - günün ilk yarısında fəaliyyətinizi planlaşdırmağa can atın. Buna rəğmən, hadisələrin rəvan axarına ciddi təsir edəcək şərtlər və hadisələr olacaq. Maliyyə məsələlərində xüsusilə ehtiyatlı olun.
Gəlir vəd edən sifarişlərdə sürətlə davranın.
Günün ikinci yarısında əməkdaşlığın sərfəli, tərəfdaşlıq mənfəətli olacaq. Pul və maliyyə məsələlərində diqqətli, sayıq insan olun. İşlərin gedişatına fərqli baxış daha çox gəlir əldə etməyə imkan verəcək.
Axşam saatlarında yaxınlarınızla təmasların xoş olmasına çalışın. Birgə istirahətlə bağlı planları müzakirə edin. Pozitiv əhvalınız ətrafınızdakı insanlara müsbət təsir edəcək.
 
Əqrəb - işgüzar ünsiyyət, anlaşma və müzakirələr üçün əlverişli zamandır. Köhnə əlaqələrin bəzilərini bərpa edə bilərsiniz. Hadisələrin axarına təsir imkanlarına malik nüfuzlu insanlardan birinin dəstəyini alacaqsınız. İş axtarırsınızsa, uğur qazanacaqsınız. Tələsik qərar verməyin.
Günün ikinci yarısında hadisələrin axarı pis olmayacaq. Müsbət təmayüllərin təsiri artacaq.
Sevdiyiniz insanla, dostlarla ünsiyyətdə səimimi olun. Emosional yüksəliş hiss edəcəksiniz. Ağır iş günündən sonra normal istirahət edin.
 
Oxatan - günün ilk yarısında işgüzar aktivlik səviyyəniz aşağı düşməsin. Gündəlik qayğılar və rutin işlər darıxdırıcı təsir bağışlasa da, onların öhdəsindən gəlmək məcburiyyətindəsiniz. Başladığınız layihədə diqqətli olun.
Günün ikinci yarısında maliyyə məsələlərində diqqətli olun. Müəyyən məqamda situasiya nəzarətdən çıxa bilər.
Axşam saatları ev işləri, yaxınlarla ünsiyyət üçün əlverişlidir. Subaysınızsa, taleyinizlə qarşılaşa bilərsiniz.
 
Oğlaq - hadisələrin axarına təəccüblənməyin. Yaxın ətrafınızdakı insanların tələblərini, ehtiyaclarını öyrənməyə çalışın. Mühüm məsələnin həllində yardımla bağlı sizə üz tutacaqlar. Stressli vəziyyətlər istisna deyil. Təmkinli və səbrli olun. Belə durumlarda emosiyalara qapılmayın.
Günün ikinci yarısında yaxınlarınızla ünsiyyətdə qayğıkeş və alicənab olun. Boş, mənasız nüanslara görə mübahisələrə qatılmayın. Axşam saatlarında qarşılaşacağınız insanla uzunmüddətli əlaqələr qura bilərsiniz.
 
Dolça - qəfil olaylar və sürprizlər ola bilər. Qarşınıza qoyduğunuz məqsədə çatmaq o qədər də asan deyil. Gün ərzində yaşanan olaylardan bəzilərinin səbəb və motivlərini anlamaqda çətinliklərin yaranması istisna deyil. Hadisələrin axarında, işlərin görülməsində müəyyən problemlər var.
Günün ikinci yarısında yaşam təcrübənizi zənginləşdirə bilərsiniz. Yeni biliklər və informasiya əldə etməyə can atın. Yaxınlarınızdan biri ilə söhbətdə mühüm məsələni nəzərdən keçirin. Sevdiyiniz insanı mənsız qısqanclıqla incitməyin. Axşam saatlarını sakit keçirin, qüvvələrinizi bərpa edin.
 
Balıqlar- yaşamınızda nəyisə dəyişmək üçün əlverişli zamandır. Fəaliyyət sahəsinin yenilənməsi və ya karyera inkişafının alternativ yolları barədə düşünün. Qərarlarınızın ardıcıl, məntiqi olmasına çalışın. Ruhdan düşməyin. Neqativ vəziyyətdə belə, xeyir əldə edə bilərsiniz.
Günün ikinci yarısında sevdiyiniz insanla münasibətlərdə çətinləşmələr ola bilər. Hər şey istədiyiniz kimi olmayacaq. Nigaran qalmayın. Sonuclar arzuladığınız təkidir. Dostlarla ünsiyyət üçün əlverişli zaman axşam saatlarıdır. Onlar sizə arxa olacaqlar. 
bizimyol.info

Go Back

20 blog posts