Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Bürclər"

Günün qoroskopu-13 yanvar

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik
Qoç - asan qələbələrə bel bağlamayın. Nəzərdə tutduğunuz işləri çətinliklə həyata keçirəcəksiniz. Nəticələr isə sizi sevindirəcək. Çalışdığınız kollektivdə mövqelərinizi möhkəmlədirə bilrsiniz.
Texniki fəaliyyətlə məşğul olanlar üçün münasib zamandır.
Günün ikinci yarısında sevdiyiniz insanın tələblərini və irandaları nəzərə alın. Heç bir səbəb olmadan münaqişəyə başlamayın.
Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz.
 
Buğa - aktiv olun, başladığınız işlərdə süstlük nümayiş etdirməyin. Əvvəllər potensial və ya bilik çatışmazlığına görə çəkindiyiniz problemi həll edə bilərsiniz. Yaşam enerjinizin səviyyəsi saatlar sonra aşağı düşəcək.
Planların reallaşması çətinləşəcək.
Günün ikinci yarısında riskli addımlar atmayın.
Axşam saatlarında yaxınlarınız və dostlarla ünsiyyətdə olun. Münasibətlərə bir qədər romantika qatın. Dəyər verdiyiniz insanın qədrini bilin.
 
Əkizlər - yeni ideyaları reallaşdırmağa tələsməyin. Layihələrin gerçəkləşdirilməsində tələsikliyə yol vermək olmaz. Yaxşı düşünüb-daşının, həmfikir və müttəfiqlərin yardımlarından bəhrələnin.
Günün ikinci yarısında adi günlərdən fərqli olaraq mövqelərinizi müdafiə etmək daha çətindir. Opponentlərlə ünsiyyət və mübahisələr sizi yoracaq. Yaxınlarınız, dostlarınız və ya işgüzar tərəfdaşlarınız qəribə davranacaqlar. Onların hərəkətlərində müəyyən müəmmaların olduğunu düşünəcəksiniz.
 
Xərçəng - vurnuxma, tələskənlik və qaçaqaçın olacağı gündür. Peşəkar fəaliyyət sahəsində düşünülməmiş addımlar atmayın. İşgüzar tərəfdaşlarla təmaslarda münaqişələr yaratmayın. Həmkarlarla sərvaxt davranın.
Mübahisədə haqlı olduğunuzu göstərmək üçün bütün vasitələrdən istifadə etməyə çalışmayın. Kollektivdə sayıqlığı əldən verməyin.
Axşam saatlarına yaxın şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri artacaq. Xoş emosiyalar istisna deyil. Kiçik problemlərin həllində təmkinli olun.
 
Şir - sərtiliyi bir kənara atın. Problemləri qeyri-trivial yollarla həll etməyə çalışsanız səyləriniz uğurla başa çataxaq. Sürətlə çalışın, tez qərarlar qəbul edin. İntuisiyanıza güvənin. Yaradıcılıq enerjiniz çoxdur.
Günün ikinci yarısında nikbin olun. Məqsədə doğru aparan yolda qarşınızı kəsə biləcək yeganə məqam heç bir ehtiyac duyulmadığı təqdirdə nüansları mürəkkəbləşdirməyin.
Həddən artıq emosionallıq əhvalınıza mənfi təsir edəcək. Axşam saatlarında hər hansı formada aktiv fəaliyyətlə məşğul olmayın. Səs-küylü əyləncələrə qatılmayın.
Ailəvi istirahətə üstünlük verin.
 
Qız - xüsusilə mühüm saydığınız məqsədə günün ilk yarısında çata bilərsiniz. Prioritetləri, hədəfləri dürüst müəyyənləşdirin. İkinci dərəcəli, önəmsiz problemlərin həllini ertələyin. Yaxın ətrafınızdakı insanların xahiş və müraciətlərinin hamısını yerinə yetirmək məcburiyyətində deyilsiniz. Bunu bilin və öz maraqlarınızı təmin edin.Günün ikinci yarısında etimadınızdan sui-istifadə etməyə çalışan insanlarla sərt danışın. Onlarla razılaşmaq, əslində, geri çəkilməkdir. Yaxınlarınızdan biri sizə yardım edəcək. Sevdiyiniz insanı anlamağa çalışın. Axşam saatlarında əyləncədən qalmayın.
 
Tərəzi - romantik münasibətlər baxımından əlverişli zaman olsa da, bütün diqqəti işə yönəldin. Məqsədə doğru aparan yolda fikriniz dağılmasın. Huşyar və sərvaxt olun. İntuisiyanız sizi aldatmayacaq. Kiminlə əməkdaşlıq etməyin gərəkdiyini, kimdən də uzaq durmağa zərurət duyulduğunu hiss edin.
Günün ikinci yarısında situasiya ağırlaşacaq. Əsas məsələnin çözümünü unudaraq ikinci dərəcəli problemləri qabartmayın. Adi günlərdən fərqli olaraq sizi daha çox tənqid edirlər. Deyilənlər sizi bədbinləşdirməsin. Yumor hissini yada salın.
Belədə yaşamınız daha gözəl və rahat olacaq.
 
Əqrəb - səliqəsizlik, diqqətsizlik nəticəsində yaranan səhvlər maliyyə problemləri gətirəcək. Uzaqgörən olsanız da, hər şeyi əvvəlcədən hesablamaq çətindir. Situasiyaya nəzarət etsəniz və başqalarının sizi aldatmasına imkan verməsəniz, problemlərin sayı az olacaq.
Günün ikinci yarısında ailənizdə nüfuzunuzu və qətiyyətinizi nümayiş etdirin. Amma ehtiyatlı, eyni zamanda alicənab olun ki, yaxınlarınız sizdən inciməsinlər. Səhhətinizlə rasionunuza fikir versəniz, səhhətinizdə heç bir problem yaranmayacaq.
 
Oxatan - vurnuxma, tələskənlik, əsəblərin tarıma çəkilməsini vəd edən gündür. Uğursuz situasiya problemlərin sayını artıracaq. Buna rəğmən, əhvalınızı pozmayın. Nikbin olun. Yaradıcılıq enerjisi və aktivlik bir sıra çətinlikləri həll etməyə, maneələri keçməyə imkan verəcək.
Günün ikinci yarısında yaxınlarınızla ünsiyyətdə diqqətli olun. Qəfil sözlər kiminsə xətrinə dəyə bilər. Ürək qırmayın. Axşam saatlarını istirahətə həsr edin.
 
Oğlaq - reallaşdırılması çətin, məsuliyyətli işə başlayanda yüz ölçün, bir biçin. Yaşam enerjisi və qüvvəniz, sadəcə, kasad ola bilər. Mübahisələrə qatılmayın. Münaqişələrdə tərəf olmayın. Rəqib və bədxahlardan ehtiyatlanın. Onlar sizə zərər vurmağa çalışacaqlar.
Günün ikinci yarısında yaxınlarınızdan birinin problemləri sizi maraqlarınızı unutmağa vadar edəcək. Ailə üzvlərinizin üzləşdikləri çətinliyi araşdırın, ən qısa müddətdə həll edin. Dostlardan birinin sirrini öyrənəcəksiniz.
Axşam saatlarında gəzintiyə çıxın.
 
Dolça - adi, gündəlik qayğıların çözümü və rutin işlərin görülməsi üçün əlverişli zamandır. Uğurunuz fatumdan yox, bilik və bacarıqlarınızdan asılıdır. Riskli anlaşmalar, sövdələşmələr məsləhət deyil. İşgüzar tərəfdaşlardan və ya inandığınız insanlardan biri maraqlarınıza zidd hərəkət edəcək. Təəssüflənməyin.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərinizdə sərinlik yaratmayın. Səhhətinizə fikir verin. Yarımçıq qalmış işi başa vurun.
Ehtiyatı əldən verməyin.
 
Balıqlar - mənasız işlərlə məşğul olaraq önəmli nüansı diqqətdən qaçırmayın. Qərarlarınız düşünülmüş, planlarınız real olmalıdır. Səhv və yanlışlıq riskini minimuma endirin. Yad təsir altına düşməyin.
Günün ikinci yarısında sirlərinizi yaxşı bələd olmadığınız insanla bölüşməyin. Sevdiyiniz şəxslə kobud danışmayın.
Maliyyə məsələlərində sayıq olun ki, bədxərcliyə yol verməyəsiniz.
Axşam saatlarında uzaq yola çıxmayın.
bizimyol.info

Go Back

Günün qoroskopu-11 yanvar

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik

Qoç - yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə qaba və yalnız özünü düşünən insan təsiri bağışlamayın. Fikir ayrılıqları və ixtilaflar həllini tələb edən məsələnin ertələnməsinə səbəb olmamalıdır. Görəcəyiniz işlə bağlı ilkin təəssürat sizi aldatmasın. Sifarişi və ya tapşırığı yaxşıca araşdırın.
Günün ikinci yarısında səhvlərdən yayınmaq və sürətli işləmək üçün yaxşı imkanlar yaranacaq.
Ailə münasibətlərini möhkəmləndirə bilərsiniz. Sevdiyiniz insanla bağlı durum sizdə narahatlıq yaratmamalıdır. Problemlərin çözümü zəhmət və vaxt tələb edir. Tanışlarınız arasında sonradan yaşamınıza təsir edə biləcək insan var.
 
Buğa - kommunikativ bacarıqlarınız və məharətiniz yüksək səviyyədə olmalıdır. Ehtiyac duyduğunuz məlumatı almaq və informasiyadan hali olmaq üçün fəndgir, hiyləgər olun. Sizdən nələrisə gizlətməyə çalışan insanı diqqətlə müşahidə edin. Bu adama hansı problemlərin təsir etdiyini, onun nəyi aktual saydığını araşdırın.
Günün ikinci yarısında yaxınlarınızla təmaslarda, sevdiyiniz insanla münasibətlərdə alicənab, qayğıkeş olun. Ailə məsələləri ilə bağlı dürüst qərar qəbul etmək asanlaşacaq. İnandığınız insanlarla məsləhətləşin.
 
Əkizlər - situasiya dayanıqlı deyil. Qeyri-stabillik sizi narahat etməsin, təbdən çıxarmasın. Başladığınız işi mütləq şəkildə başa vurun. İşlərinizdə dəstək almaq üçün peşəkar əlaqələrinizi yada salın.
Günün ikinci yarısında tərəfdaşlar və müttəfiqlərlə vəziyyəti müzakirə edin.
Adi günlərlə müqayisədə şəxsi münasibətlərdə normallaşma müşahidə olunacaq. Qarşılıqlı anlaşmaya nail olmaq mümkündür. Xroniki xəstəliyiniz varsa, ağrılarınız yaranacaq. Axşam saatlarında səhhətinizdə problemlər istisna deyil.
 
Xərçəng - karyeranız və peşəkar inkişafınızın asılı olduğu insanlarla açıq danışın. Dediklərinizə onların anlayışla yanaşmaları ehtimalı az deyil. Dəstək və ya yardım ala bilərsiniz. İşgüzar danışıqlar pis keçməyəcək.
Uzun zamandan bəri tanıdığınız tərəfdaşlarla danışıqlar günün ikinci yarısında pis keçməyəcək.
Şəxsi həyat və münasibətlərlə bağlı məsələləri nəzərdən keçirəndə diqqətli olun. Sevdiyiniz insanla açıq söhbət ünsiyyətin normallaşmasına xidmət edəcək.
 
Şir - inandığınız insanlarla tərəfdaşlığı və əməkdaşlığı bərpa etmək üçün əlverişli gündür. Belə əlaqələr peşəkar fəaliyyət prosesindəki situasiyanın yaxlaşdırılması, müsbət təmayüllərdən yararlanma və habelə uzunmüddətli planların inkişafı baxımından zəruridir.
Günün ikinci yarısında avantüralara qapılmayın, düşünülməmiş addımlar atmayın. Kimisə aldatmağa çalışmayın.
Yaxınlarınızla təmaslarla yanaşı, yeni tanışlıqlar üçün də yaxşı zamandır. Axşam saatlarına yaxın yaşam arealında qayda yaradın. Şəxsi sənədlərinizlə bağlı situasiyanı çözün.
 
Qız - yaranan problemlər arasında ən təxirəsalınmaz həll tələb edəni müəyyənləşdirin və onu çözməyə başlayın. Yaxşı hazırlaşın. Həll prosesi yüngül olmayacaq. Biliklərinizi sistemləşdirin, xeyli əvvəl öyrəndiyiniz məsələləri yada salın. Daha təcrübəli insana yardım üçün müraciət edə bilərsiniz.
Günün ikinci yarısında münasibətlərdə səmimiyyət, rahatlıq müşahidə olunacaq. Yeni tanışlıqlar istisna deyil. Ümumi maraqlarınızın olduğu insanla və ya xoş xatirələrinizin bağlı olduğu adamla qarşılaşa bilərsiniz.
Stressə əsir olmayın.
 
Tərəzi - özünüzdən bədgüman olmasanız, başladığınız işi uğurla bitirə bilərsiniz. Fəaliyyətinizin mənasız və ya sonucsuz olacağını düşünməyin. Sədlərlə maneələr yaransa belə, layihəni yarımçıq qoymayın. Problemlərin əksəriyyəti kiçikdir. Onları böyütməyin.
Günün ikinci yarısında yeni tanışlıq istəyirsinizsə, dəvət aldığınız məkana yollanın. Yaxın ətrafınızdakı insanlarla yanaşı, sizi tanımayan insanda da özünüzlə bağlı xoş təəssürat yarada bilərsiniz.
Axşam saatlarını sevdiyiniz insana həsr edin.
 
Əqrəb - yaşanan situasiya, ilk növbədə, öz problemlərinizin həllini tələb edir. Eqoizmin sağlam səviyyəsi sizinlə yanaşı, yaxın ətrafınızdakı insanlar üçün də xeyirlidir. Çətinlikləri aradan qaldırandan sonra dəyər verdiyiniz insanlara yardım edə bilərsiniz.
Günün ikinci yarısında maksimal fəallıq göstərin.
İzafi emosiyalar sevdiyiniz insanla münasibətlərin korlanmasına, hətta qarşıdurma və ya münaqişəyə səbəb ola bilər. Situasiya yetərincə gərgindir. Ən sadə məsələlərlə bağlı yaxınlarınızla dil tapmaq çətinləşir.
Axşam saatlarında gəzintiyə çıxmağı unutmayın.
 
Oxatan - banal və cansıxıcı məsələlərin həlli sizdə narazılıq yaratmasın. Rutin işlərin öhdəsindən gələrək yeni layihənin icrasına başlayın. Etibarsız metodlar seçməyin. İşlərə yetərincə diqqət ayırmasanız, kobud səhvlər istisna deyil.
Günün ikinci yarısında bir zamanlar tərəfdaş və ya müttəfiq olduğunuz insanla qarşılaşacaqsınız. Yaxınlarınızla münasibətlərinizdə mübahisəli vəziyyət yaranacaq. Ailə üzvlərinizə təzyiq göstərməyin, öz fikrinizi zorla qəbul etdirməyə can atın. Haqlısınız, amma insanlara pressinq tətbiq etməyin.
Axşam saatlarında normal istirahət edin.
 
Oğlaq - günün ilk yarısından etibarən cari məsələlər və rutin qayğılar vaxtınızı alacaq. Çoxdan bəri hazırladığınız planı reallaşdırmaq üçün aktiv olun. Şansları dəyərləndirin, imkanlardan istifadə edin. Sınanmış tərəfdaş və ya etibarlı həmkarın yardımlarından istifadə edin. Onlarla birlikdə çalışaraq yarımçıq işləri bitirin.
Köhnə münasibətləri bərpa etmək üçün günün ikinci yarısı münasibdir. Axşam saatlarında dostlarla görüşmək, xatirələrə dalmaq olar. Bununla yanaşı, ötən problemlərdən biri yada düşəcək. Səhhətinizə fikir verin.
 
Dolça - işlərinizdə yalnız uğura və ya bəxtə bel bağlamayın. Situasiya qəlizləşdiyindən perspektiv layihələri təxirə salaraq rutin, banal məsələlərlə məşğul olmaq zərurəti yaranır. Sənədləşdirmədə yanlışlıqlar və səhvlər olarsa, əlavə çalışmalı olacaqsınız. Nikbin olun, depressiyaya düşməyin.
Günün ikinci yarısında yaxınlarınız və ailə üzvlərinizlə dil tapmaq çətindir.
Məişət məsələləri və ən xırda məqamlar ailə üzvləri ilə münasibətlərinizə mənfi təsir etməməlidir. Narahat olmayın, problemi həll etmək mümkündür. Axşam saatlarında vəziyyət normallaşacaq.
 
Balıqlar - adi günlərlə müqayisədə daha passiv mövqe tutmayın. Süstlük və tənbəllik etməyin. Peşəkar fəaliyyət sahəsində irəliləyişlər üçün məsləhətə və ya göstərişə ehtiyacınız var. Yaxın ətrafınızdakı insanlardan biri sizə yardım etməyə hazırdır.
Günün ikinci yarısında iş maraqlı olarsa, gəlir və ya mənfəət belə, sizi az maraqlandıracaq.
Axşam saatları romantik münasibətlər üçün əlverişlidir. İlk dəfə qarşılaşdığınız insanla bağlı təəssüratlarınızda yanılmayın. Bu tanışlığı davam etdirməyə dəyib-dəymədiyini düşünün.
milli.az

Go Back

Bürclər-10 yanvar

Qoç - səmimi, nikbin və gülərüz olmağa çalışın. Yaxın ətrafınızdakı insanlar bunu sezəcəklər. Maraqlı tanışlıqlar və yeni əlaqələr zamandır. Sizi usandıran, mənfi emosiyaların yaranmasına səbəb olan insanla təmasları kəsin.
Günün ikinci yarısında ötən həftədən yarımçıq qalan işi başa vurun. Dəvət aldığınız tədbirə qatılın. Emosiyalarınıza nəzarət edin.
Axşam saatlarını xoş hisslər əldə etmək üçün dəyər verdiyiniz insanlarla keçirin.
 
Buğa - əlverişli və yaxşı gündür. Peşəkar fəaliyyət müstəvisində uğur əldə edə bilərsiniz. Ən yaxşı məziyyətlərinizi göstərin, bacarıqlarınızı nümayiş etdirin. Yaradıcılıqla məşğul olmaq mümkündür. Təxəyyülünüzdən bəhrələnin.
Günün ikinci yarısında məşğul olacağınız iş uğurla müvəffəqiyyətlə yanaşı, müsbət emosiyalar da vəd edir. Maraq və mövqeyinizi bölüşən insanlarla tanışlıq istisna deyil.
 
Əkizlər - fikir və mövqelərinizi aqressiv şəkildə açıqlamağa tələsməyin. Situasiyanı sonadək araşdırın. Yaxın ətrafınızdakı insanlar radikal mövqeyinizi bölüşməyəcəklər. Səhhətinizə fikir verin.
Günün ikinci yarısında problemlərin öhdəsindən gələ biləcəksiniz. Əhvalınız pis deyil.
Yaxınlarınızın haqsız iradları ilə razılaşmaq çox çətindir. Ailədəki ab-havaya fikir verin, aqressiv olmayın. Güzəşt gərəkdirsə, sərtliyə lüzum yoxdur.
 
Xərçəng - günün ilk yarısında mühüm məqamlardan birini nəzərdən qaçırmayın. Uzunmüddətli planlar üçün o qədər də əlverişli zaman deyil. Davranşınıza nəzər salın. Fəaliyyət modelini situasiyaya uyğun olaraq dəyişməlisiniz.
Günün ikinci yarısında olayları dəqiq qiymətləndirməyi bacarın.
Yaxınlarınızla çoxsaylı fikir ayrılıqları və təmas problemləri yaratmayın. Vəziyyətdən çıxış yolu əlinizdədir. Acığınızı çıxmağa adam aramayın.
 
Şir - qəfil xəbər, mühüm informasiya planlarınızda dəyişikliklərə səbəb olacaq. Qeyri-adi insanla görüş istisna deyil. Səfərə yollanarkən yaxşı hazırlaşın. Fürsətləri dəyərləndirin.
Hüquqlarınız tapdanırsa, kimsənin qarşısından geri çəkilməyin.
Günün ikinci yarısında sevdiyiniz insanın qəlbini qırmayın. Sakit, rəvan tərzdə danışın. Yeni ünsiyyət stili pis deyil. Axşam saatlarını ən yaxın insanlarla keçirin.
 
Qız - yeni texnologiyalar və vasitələrin öyrənilməsi, təcrübənin əxz edilməsi xeyirlidir. Mənfəət əldə edərək əlavə gəlir mənbəyinə yiyələnə bilərsiniz.
Yaxın ətrafınızdakı insanlarla ünsiyyətdəki kiçik problemlərdə paradoksal olsa da, xeyir var. Çünki maneələrlə sədləri dəf edərkən strategiyanı dəyişə bilərsiniz.
Əhvalınızın yaxşılaşdırılması və qüvvənizin bərpası üçün normal qidalanın. Rasionunuza fikir verin. Yaxınlarınızın qeydinə qalın. Adi günlərdən fərqli olaraq indi bunun üçün daha çox səbəb var.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
 
Tərəzi - təxirəsalınmaz həll tələb edən maliyyə məsələlərini çözün. Problemlərin mənşəyini, səbəblərini anlamadan nə öz vəsaitinizlə, nə də başqasının pulları ilə rasional davrana bilməyəcəksiniz. Nikbin olsanız daha çox iş görə bilərsiniz.
Axmaq insanların iradlarına fikir verməyin.
Günün ikinci yarısında mənəvi prinsiplərinizi madiyyata qurban verməyin. Şərəfli, amma yoxsul həyat ləyaqətsiz, lakin "normal" yaşamdan qat-qat üstündür. Pulu elə qazanın ki, sizi tanıyanlar tanışlığa peşman olmasınlar.
Axşam saatlarında istirahət edin.
 
Əqrəb - yaxınlarınızdan birinin istəyi və tələbi təəccüb doğurur. Sağlam məntinq və arqumentlər problemin həlli üçün kompromis tapmağa imkan verəcək. Texniki avadanlıqla, məişət əşyaları ilə ehtiyatlı olun.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan birinin bədxah münasibəti stress vəziyyəti yaranacaq. Yaxşı bələd olmadığınız mövzularda dartışmaya qatılmayın, mübahisələr etməyin. Axşam saatlarına yaxın mənfi təmayüllərin təsiri azalacaq.
Açıq havada gəzintiyə çıxın.
 
Oxatan - günün ilk yarısında yaxın ətrafınızdakı insanlardan biri ilə münasibətlərinizi aydınlaşdırmağa çalışmayın. Populyar olmaq üçün naqis addım atmayın. Birmənalı dəyərləndirilə bilməyəcək sözlər söyləməyin. Yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin.
Günün ikinci yarısında yaxınlarınızın ehtiyac və tələbatlarını unudaraq istəklərinizi yerinə yetirməyə çalışmayın. Hadisələr maliyyə durumunuza, büdcənizə təsir edə bilər.
Axşam saatlarında əhvalınız korlana bilər.
 
Oğlaq - günün ilk yarısında aktivliyinizi bir qədər azaldın. Maraqlandığınız işlərlə məşğul olun. Maliyyə çətinlikləri yaranarsa, planlaşdırılmış alış-verişdən imtina edə bilərsiniz.
Hüquqlarınızı qoruyun.
Günün ikinci yarısında yaxınlarınız sizdən dəstək istəyəcəklər. Vaxtınızı və maraqlarınızı başqalarının mənafelərinə qurban verməyin. Axşam saatlarına yaxın həddən artıq ehtiyatlı olun.
Travma riski istisna deyil.
 
Dolça - təxəyyülünüzü işə salın, problemlərin həllinə yaradıcı yanaşın. Vaxtınızı fövtə verməyin. Diqqətli olun. Səhvlərinizin fəsadları çox ağır ola bilər. Sözlərinizə fikir verin. Düşünülməmiş addımlar atmayın.
Günün ikinci yarısında kiçik detallara fikir verin. Tələblərinizin irreal təəssürat yaratmasına imkan verməyin.
Yaxınlarınızla ünsiyyətdə bəzi problemlər yarana bilər. Aqressiv və sərt davranışınız münaqişəyə səbəb olmasın. Axşam saatlarında enerji potensialınız yüksək olsun. Emosional durum yuxusuzluq yarada bilər.
 
Balıqlar - aldığınız hər xəbərə, eşitdiyiniz hər məlumata inanmayın. Xəbərlərin əksəriyyəti yanlış ola bilər. Üstəlik, bəzi informasiyalar inandırıcı deyil.
Tamamilə yad, tanımadığınız insanların əməllərinə görə məsuliyyət daşımayın.
Günün ikinci yarısında işlərdə dönüş yaratmağa çalışın. Planlarda zəruri dəyişikliklər qaçılmazdır. Dəyər verdiyiniz insanların ehtiyaclarını nəzərə alaraq proseslərə müdaxilə edin.
Elektrik avadanlığı ilə ehtiyatlı olun. 
bizimyol.info

Go Back

Bürclər-8 yanvar

Qoç - asan olmayan, amma çox maraqlı gündür. Dəf etmək məcburiyyətində qaldığınız sədlər yanlış insanlara inamınız, dəyərsiz insanlara etibarınızın nəticəsidir. Uzaq durmağınız gərəkən insanlara sirlərinizi verdiyiniz üçün indi problemlərlə qarşılaşıbsınız.
Günün ikinci yarısında maliyyə çətinlikləri istisna deyil. Ruhdan düşməyin. Axşam saatlarında dostların yanında olun. Pozitiv emosiyalar alacaqsınız.
Alış-verişə çıxa bilərsiniz.
 
Buğa - daha tez, daha çox gəlir əldə etmək istəyirsinizsə, uğurlu gündür. Aktiv kommersiya fəaliyyəti yaxşı gəlir verəcək. Müttəfiqlərinizi diqqətlə seçin. Yanılmayın, ciddi səhvlər etməyin.
Günün ikinci yarısı aqressiv olmayın, güzəştlərə hazır olun. Az sonra rəhbərliyi altında çalışacağınız insanla münasibətləri rəvan edin. Sevdiyiniz insana hədiyyə edin. Kiçik problemlər sizi narahat etməsin.
Axşam saatlarında normal istirahət edin.
 
Əkizlər - günün ilk yarısında başladığınız işlərdə uğur qazanacaqsınız. Peşəkar fəaliyyət müstəvisində uğur qazanmaq üçün sərfəli zamandır. Karyeranızda yaxşı dəyişikliklər ola bilər.
Günün ikinci yarısında həmkarlarınızla aranızdakı çoxdankı anlaşılmazlığı aradan qaldıra bilərsiniz. Rəqiblərinizdən biri müttəfiqiniz olacaq. Romantik illüziyalara qapılmayın.
Gəlirlər olacaq. Amma sərfəli sərmayə, uzun müddətdən bəri arzuladığınız bahalı əşyanı almaq şansları olmayacaq.
 
Xərçəng - çoxdan bəri nəzərdə tutduğunuz məsələni indi gerçəkləşdirmək olar. Uzun müddət görmədiyiniz insanla qarşılaşacaqsınız. İntuisiyanızın səsini dinləyin. O səs sizi aldatmayacaq, bir çox problemlərin həllində yardım edəcək.
Alış-veriş etmək olar. Simiclik etməyin.
Axşam saatlarını ailəvi istirahətə həsr edin. Qonaqlar sizdə pozitiv əhval-ruhiyyə yaradacaqlar.
 
Şir - günün ilk yarısı tərəfdaşlıq və əməkdaşlıq üçün əlverişlidir. Ünsiyyət pis olmayacaq. Mürəkkəb sayılmayacaq işə başlayın. Ciddi, ağır layihə və ya sifarişin reallaşmasını bir qədər ertələyin. Bu gün sizə maneələr yaradacaq çox məqamlar var.
Günün ikinci yarısında yaşam potensialınızın səviyyəsi aşağı düşəcək. Özünüzü qoruyun. Ağır fiziki iş, yorucu məşğuliyyət məsləhət deyil. Yeməyinizə fikir verin.
Axşam saatlarında gəzintiyə çıxın.
 
Qız - günün ilk yarısında əhvalınız işlərin gedişatından asılıdır. Bədbin olsanız, fəallığınız azalacaq, diqqətsiz davranacaqsınız. Baş verən hadisələrə emosional münasibət bəsləməyin. Özünüzü ələ alın, hisslərinizi cilovlayın.
Günün ikinci yarısında səbrli və təmkinli olun. Ailə üzvləri ilə münasibətlərdə aqressiv olmayın. Yaxınlarınızın sizə yetərincə diqqət göstərmədiklərini düşünməyin. Problemlərdən uzaqlaşmağa, işləri yarımçıq saxlamağa çalışmayın.
Axşam saatlarında stressdən qurtulmağın yollarını arayın.
 
Tərəzi - günün ilk yarısında bütün işləri çox böyük sürətlə həll etmək mümkün deyil. Yardıma və yaxşı məsləhətə ehtiyacınız var. Yaxın ətrafınızdakı insanlar arasında ümumi maraq və ya birgə məqsəd zəminində tərəfdaş tapa bilərsiniz.
Günün ikinci yarısında həmfikirlərlə əməkdaşlığın perspektivlərini müzakirə edin. Sevdiyiniz insanla təmaslarda hisslər barədə danışmaq asan deyil. Sizi donuq baxışlı, buz qəlbli insan saymamalıdırlar.
Yaxınlarınızın istəklərindən hali olun. Süst qalmayın.
 
Əqrəb - fəaliyyət göstərdiyiniz sahədəki durum günün ilk yarısında ürəkaçan deyil. Çətin problemləri həll etmək üçün iradəli və qətiyyətli olmalısınız. Bəzi işlərin sonuclarının maddi izharı istədiyiniz kimi deyil. Buna rəğmən, daxili mizanı pozmayın, qabalıq və kobudluq etməyin.
Günün ikinci yarısında müsbət təmayüllərin hadisələrə təsiri artacaq. Vəziyyət normallaşmağa başlayacaq.
Möhkəm, dayanıqlı təmasları uzunmüddətli əlaqəyə və ya işbirliyinə çevirmək olar. Sevdiyiniz insanla qayğıkeş, alicənab davranın. Əhvalınız yaxşıdır.
Sükan arxasında diqqəti və ehtiyatı əldən verməyin.
 
Oxatan - çalışdığınız işdə maddi durumunuzdan və ya rəhbərlikdən narazısınızsa, vəziyyətinizi yaxşılaşdırmaq üçün konkret addımlar ata bilərsiniz. Əlavə gəlir imkanları yaranacaq. Bilik və bacarıqlarınızı artırmaq, təcrübənizi genişləndirməyin yollarını arayın.
Günün ikinci yarısında işlər çox olsa da, yaxınlarınızla laqeyd davranmayın. Onların istək və arzularını qulaqardına vurmayın.
Sevdiyiniz insan hisslərinizin təmənnasızlığına, səmimiliyinə əmin olmalıdır.
 
Oğlaq - bilik və bacarıqlarınızı nümayiş etmək üçün effektiv, eyni zamanda optimal variantları tapın. Təcrübənizdən yararlanın. Başladığınız işləri yarımçıq qoymayın, mühüm məsələləri ertələməyin. Yenilikliklərə diqqət yetirin.
Günün ikinci yarısında konkret ideyalar var. Amma onları həyata keçirmək asan deyil. Ailə üzvləri ilə münasibətlərdə diqqətli olun. İstənilən problemi səmimi söhbət əsnasında həll etmək olar.
Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz.
 
Dolça - günün ilk yarısı maddi problemləri həll etmək üçün əlverişli zamandır. Dalana dirənmiş işdə irəliləyişə nail olmaq üçün iradəli, qətiyyətli olun. Planlarınızı həyata keçirmək üçün mənasız ambisiyalar və işə eqoist yanaşmadan uzaq olun.
Günün ikinci yarısında şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri artacaq. Narazılıq, hətta pərişanlıq və təəssüf hissləri dayanıqlı, uzunmüddətli əlaqələrə belə zərbə vura bilər.
Axşam saatlarında normal istirahət edin.
 
Balıqlar - birgə layihəyə başlamaq niyyətiniz varsa, fikrinizi daha əlverişli günədək təxirə salın. Tərəfdaş və müttəfiqlərlə münasibətlərdə yaranmış problemləri həll etmək, anlaşılmazlığı aradan qaldırmaq üçün durumu müzakirə edin. Emosiyalarınıza nəzarət edin.
Günün ikinci yarısında arzularınız istəklərinizlə ziddiyyət təşkil etməsin.
Sevdiyiniz insanla münasibətlərdə soyuqqanlı və məntiqli olun. İllüziyalara aldanaraq düşünülməmiş addımlar atmayın. Niyyətinizi müəyyənləşdirmək üçün situasiyanı obyektiv dəyərləndirin. Ani xəyalları gerçək tələbat saymayın.
bizimyol.info

Go Back

Günün qoroskopu-07.01.2015

Qoç - müstəqil çalışmaq çətindir, amma geri çəkilməyin. Yardıma və ya sadəcə, dəstəyə ehtiyacınız var. Mürəkkəb problemlər və maneələr yaranacaq. Onları çözmək üçün ənənəvi fəaliyyət sxemlərinə riayət edin. Təlimatları və qaydaları qulaqardına vurmayın.
Günün ikinci yarısında alış-veriş etmək olar. Texnika alarkən ehtiyatlı olun.
Şəxsi münasibətlərdə irəliləyişə nail olmaq üçün yaxşı gündür. Mövqelərinizi möhkəmləndirin. Yaxınlarınızı yeni uğurlara ruhlandırın. Əl-ələ versəniz, bütün çətinliklərin öhdəsindən gələcəksiniz.
 
Buğa - enerjili, aktiv olun. Təşkilatçılıq bacarıqlarınızı nümayiş etdirməyə hazır olun. Psixoloji durumunuzu yaxşılaşdıracaq məqamlardan yararlanın. Alış-veriş üçün günün ilk yarısı daha əlverişlidir.
Günün ikinci yarısında yaxınlarınızın dəstəyi, sevdiyiniz insanla ünsiyyət ailə problemlərinin həllində təkana çevriləcək. Bununla belə, ailə üzvlərindən birinin əhvalının pisləşəcəyi istisna deyil.
Axşam saatlarında gəzintiyə çıxın. Səhhətinizə və rasionunuza fikir verin.
 
Əkizlər - günün ilk yarısında başladığınız işlərin axarı istədiyiniz kimi olmayacaq. İşlər çoxdur, nəfəs dərməyə imkan yoxdur. Situasiyanın ağırlaşması, durumun dəyişməsi sizi nevroz insana çevirməməlidir.
Günün ikinci yarısında adi günlərlə müqayisədə daha çox çalışmaq məcburiyyətində qalacaqsınız. Axşam saatlarına yaxın yaşam potensialınızın səviyyəsi aşağı düşəcək. Aktivliyi azaldın. Yaxınlarınızla münasibətləri saf-çürük etməyin zamanı deyil.
Axşam saatlarında normal istirahət edin.
 
Xərçəng - yaxın ətrafınızdakı insanlarla passiv təmaslarda olmayın. Onların istəklərini və maraqlarını nəzərə alın. Səfərə çıxanda yaxşı hazırlaşın. Kiçik detalları nəzərdən qaçırmayın. Səhiyyə, kommunikasiya və ya kommersiya sahələrindən birində fəaliyyət göstərirsinizsə, işləriniz uğurlu olacaq.
Günün ikinci yarısında şəxsi münasibətlərdə ciddi dəyişikliklər olmayacaq. Dəyər verdiyiniz insanlar sizi anlayacaq, dəyər verəcəklər. Fiziki təmrinlərlə məşğul olun, güc və çevikliyinizi artırın.
 
Şir - günün ilk yarısı maliyyə əməliyyatları üçün əlverişlidir. Yaxşı gəlir əldə etmək, uzun müddətdən gözlədiyiniz ödənişin reallaşdırılması istisna deyil. Borcları qaytarmaq, hesabları bağlamaq olar.
Alış-verişdə simiclik etməyin.
Günün ikinci yarısında məişət problemləri sizinlə bahəm, yaxınlarınız və ailə üzvlərinizin də başlarını ağrıdacaq. Birgə qərarlar problemlərin həllinə imkan verəcək, çətinliklərin aradan qaldırılması prosesini asanlaşdıracaq.
Axşam saatlarında izafi sentimentallığa qapılmayın.
 
Qız - ən çətin situasiyalarda aqressiv, qaba və kobud olun. Soyuqqanlı, təmkinli davranın. İnadkarlıq, məqsədə aparan yolda bütün vasitələrdən istifadə etmək istəyi yalnız işlərə ziyan vura bilər. Həmkarlarınızla, gərəkli insanlarla münasibətləri korlamayın.
Günün ikinci yarısında sədləri enerjili şəkildə, aktiv dəf edin. Xaotik davranış problemlərin həll yolu deyil. Eyni vaxtda bir neçə işə başlasanız, uğursuzluğa düçar olacaqsınız. Sevdiyiniz insanla münasibətlər ciddi, önəmli müzakirə tələb edir.
 
Tərəzi - mühüm saydığınız işlərin gedişatını bir neçə dəfə yoxlamaqdan çəkinməyin. Fəaliyyətinizdə ən kiçik detalları nəzərdən qaçırmayın. Çoxdan başladığınız, hazırda məşğul olduğunuz məsələ ilə bağlı situasiyaya dəyişikliklər etmək, yenilikləri reallaşdırmaq mümkündür.
Təfərrüatlı, ciddi şəkildə, amma sürətlə çalışmaq gərəkdir.
Dəyər verdiyiniz insanlarla təmaslarda günün ikinci yarısında qıcıqlı, hirsli olmayın. Sizi laqeyd insan kimi də tanımamalıdırlar. Əhvalınızı yaxşılaşdırmaq üçün vəziyyətdən istifadə edin.
Axşam saatlarında gəzintiyə çıxın.
 
Əqrəb - günün əsas məsələsi görüləsi işləri dəqiq müəyyənləşdirmək, sonra da planı ciddi şəkildə, aramla həyata keçirməkdir. İkinci dərəcəli işlərə diqqəti yayındırmayın. İdeyalarınızı praktikada yoxlayın. Eksperimentlər zəif yerlərinizi, mövqelərinizdəki boşluqları aşkarlamağa imkan verəcək.
Günün ikinci yarısında zəruri informasiyanı əldə edin. Məlumat mübadiləsində xeyir var.
Axşam saatlarını yaxınlarınızla keçirin. Açıq söhbət sevdiyiniz insanı daha yaxşı anlamağa təkan olacaq.
 
Oxatan - günün ilk yarısında işgüzar aktivlik səviyyəsinin aşağı düşməsinə imkan verməyin. Başladığınız işləri bitirin. Nəticələr kiçik olsa da, gözədəyəndir. İşdə rəhbərliklə münaqişə yaratmayın. Karyeranıza təsir edə biləcək insanlarda özünüzə qarşı kəskin antipatiya yaratmayın.
Günün ikinci yarısında maraqlı tanışlıqlar, romantik görüş istisna deyil. Hərdəmxəyal, emosional olmayın. Axşam saatlarına yaxın ciddi münasibətlər formalaşa bilər. Yeni tanışlarınızdan biri yaşamınızda önəmli rol oynaya bilər.
 
Oğlaq - günün ilk yarısı çətinliklərdən xali deyil. Amma prioritetləri dürüst müəyyələşdirsəniz, etibar edə biləcəyiniz müttəfiqləri tapa bilsəniz, uğur əldə edə bilərsiniz. Müstəqil fəaliyyət göstərmək fikrinə düşsəniz, çətin olacaq. Sədləri növbə ilə dəf edin.
Günün ikinci yarısında yorula bilərsiniz.
Dəyər verdiyiniz insanlarla ünsiyyət üçün pis gün deyil. Axşam saatlarında sevdiyiniz şəxs və ya köhnə dostla görüş, ailəvi tədbir üçün əlverişlidir.
Qəfil hədiyyələr ola bilər.
 
Dolça - günün ilk yarısında süst, apatik olmayın. Öhdənizə düşən işləri vaxtında görün, heç nəyi yarımçıq qoymayın. Çətin problemlərin çözülməsi üçün xüsusi biliklər və bacarıqlar gərəkdir. Fəaliyyət planını yeniləyin. Yeni müttəfiqlər arayın. Önəmli məsələləri unutmayın.
Günün ikinci yarısında peşəkar fəaliyyət sahənizdən uzaq olan insanlara sirrlərinizi açmayın. Elə məqamlar var ki, onları ən yaxın insanlara da demək məsləhət deyil. Əhvalınızın korlanmaması, səhhətinizdə fəsadların yaranmaması üçün rejimə və rasiona fikir verin.
Axşam saatlarını evdən kənarda keçirin.
 
Balıqlar - əhəmiyyətli irəliləyiş istəyirsinizsə, əvvəlcədən hazırlanmış fəaliyyət planınız olmalıdır. Situasiyadakı dəyişikliklərə rəğmən bu plandan bir addım da geri çəkilməyin.
Sizi yoldan çıxarmaq istəyənlər az olmayacaq. Onların arasında indiyədək sizə təmənnasız yardım edən, dəstək olan insanlar da yer alacaqlar.
Günün ikinci yarısında tənqidə həddən artıq həssas olmayın. Hər irada adi günlərlə müqayisədə aqressiv reaksiya verməyin. Ən kiçik zarafatdan inciməyin.
Aqressiv, qıcıqlı davranmayın.

milli.az

Go Back

Günün qoroskopu

Qoç - günün ilk yarısı informasiya əldə etmək və bilikləri artırmaq üçün əlverişli zamandır. Məlumatlar ilk baxışda önəmsiz təsir bağışlaya bilər - amma ilkin təəssüratlara aldanmayın.
Özünüzə əmin deyilsinizsə, bədgümanlığınız varsa, yeni işə və ya layihəyə başlamayın.
Günün ikinci yarısında məsuliyyətli davranın, diqqətli və sayıq olun. İşlərinizdə uğur qazanmaq üçün qətiyyətli, iradəli davranın.
Münasibətlərdə problemlərin yaranmaması üçün qaba və kobud insan təsiri bağışlamayın. Yaxınlarınızın ən elementar məsələləri anlamaqdan imtina etmələri sizi təəccübləndirə bilər.
 
Buğa - yalnız işlərə ciddi yanaşma olarsa, uğur əldə edəcəksiniz. Məsuliyyəti üzərinizə götürməkdən çəkinməyin. Gərəkli informasiyanı əldə edin. Situasiyanın istənilən formada dəyişməsinə hazır olun. Az sonra gərəyiniz olacaq biliklərə yiyələnin, təcrübə əxz edin.
Günün ikinci yarısında məqsədə doğru maksimal dərəcədə irəliləməyə çalışın.
Şəxsi münasibətlərdə hər şey istədiyiniz kimi deyil. Yaxınlarınızdan biri ilə münaqişə istisna deyil. Dəyər verdiyiniz insanla münasibətlərə sərinlik gətirəcək addımlar atmayın.
 
Əkizlər - səhər saatlarından etibarən peşəkar fəaliyyət müstəvisində arzuolunmaz situasiya yaranacaq. İşgüzar danışıqlar zamanı problemlər yarana bilər. Maliyyə məsələləri ilə bağlı anlaşılmazlıqları çözün.
Maliyyə durumunuzdan yararlanmaq istəyən insanlar var.
Günün ikinci yarısında səfərdə ehtiyatlı olun. Saatlar keçdikcə situasiya normallaşacaq. Rahat şəraitdə çalışa biləcəksiniz. Yaxınlarınızla mübahisə etməyin. Sevdiyiniz insanla təmaslarda həssas və qayğıkeş olun.
 
Xərçəng - günün ilk yarısı informasiya və məlumatların alınması üçün əlverişlidir. İşinizdə səlis, dəqiq olun, kobud səhvlərə yol verməyin. Alış-veriş zamanı pulunuzu gərəksiz əşyalara sərf etməyin. Yalnız lazım olanları alın.
Tələsik alınan əşyalarda sonradan üzə çıxaracağınız defektlər və ya qüsurlar ola bilər.
Diqqətli davranın.
Günün ikinci yarısında işləri tamamlayın. Tələsik davransanız, kiçik travmalar və qüsurlar ola bilər. Gələcək işlərinizdə sizə yardım edə biləcək maraqlı insanlarla qarşılaşacaqsınız.
 
Şir - günün ilk yarısı çətin və mürəkkəb olacaq. Buna rəğmən işləri yarımçıq qoymayın, problemlərin öhdəsindən gəlməyə çalışın. Yaxın ətrafınızdakı insanların sizi qeyd-şərtsiz dəstəkləyəcəklərini düşünməyin. Tərifdən çox tənqid eşidəcəksiniz.
Tənqidlərə sərt reaksiya verməyin.
Günün ikinci yarısında obyektiv reallıqla barışın.
Şəxsi münasibətlərdəki situasiyanı məntiqlə izah etmək asan deyil. Köhnə səhvlərə, yeni yanlışlıqlara görə "hədəf"ə çevrilə bilərsiniz. Natamamlıq kompleksinə qapılmayın.
 
Qız - yaxın ətrafınızdakı insanlardan birinə yardım edin. Yeni ideyalar formalaşacaq. Yaradıcı potensialınızın səviyyəsini artırın. İşgüzar fəallığınız hiperaktivliyə çevrilməməlidir.
Önəmli layihəyə başlamaq, mühüm sövdələşmələri müzakirə etmək üçün əlverişli zaman deyil.
Alış-verişi ertələyin.
Günün ikinci yarısında dostların və yaxınların tənqidlərinə həddən artıq sərt reaksiya verməyin. Bəzi iradlardan faydalana bilərsiniz. Ötənlərdəki hadisələrdən biri ilə bağlı xoş olmayan xatirələr gündəmə gələcək.
 
Tərəzi - mühüm işləri günün ilk yarısında başa vurmağa çalışın. Saatlar keçdikcə anlaşmalar, müqavilələr, alış-veriş üçün əlverişsiz situasiya formalaşacaq. Dəvət aldığınız tədbirə qatılın.
Sənədləşdirməyə başlamayın.
Günün ikinci yarısında şəxsi münasibətlərdə yeniliklər olacaq. Maraqlı və müxtəlif olaylar yaşanacaq. Bəzi məqamlara baxış bucağını dəyişmək zamanıdır.
Axşam saatlarını ailəvi istirahətə həsr edin.
 
Əqrəb - səhər saatlarında sakit və rəvan şərait vurnuxma, qəfil situasiyalarla əvəzlənə bilər. Ən adi, rutin işlər sizi yoracaq. Qəbul etdiyiniz qərarlar irrasional olmasın. Söhbət əsnasında qarşı tərəfin xətrinə dəyəcək sözlər söyləməyin.
Günün ikinci yarısı məktub və ya rezümə yollamaq üçün əlverişli deyil.
Köhnə incikliklərdən biri gündəmə gələcək. Sevdiyiniz insanla kobud davranaraq sonradan peşmançılıq hissinə səbəb olacaq addımlar atmayın.
 
Oxatan - işlərinizdə yaranan sədlərlə maneələr görünən, habelə ilk baxışdan nəzərə çarpmayan ola bilər. Xəyanətlə, sizə qarşı yönəlmiş məkrli planlarla qarşılaşa bilərsiniz. Çox yəqin ki, ötənlərdə baş vermiş hadisələrdən birinə görə sizdən qisas almaq istəyənlər var.
Günün ikinci yarısında şəxsi münasibətlər stabil olmayacaq. Unutmayın ki, ən stabil və mehriban ailələrdə belə problemlər yaşanır. Kompromisə meylli olun, çətinliyin güzəştli yolunu seçin.
Ailə üzvləri ilə təmaslarda həssas olun.
 
Oğlaq - yaxın ətrafınızdakı insanlarla təmasların intensivliyini bir qədər azaldın. Qarşılıqlı təkliflər və fəaliyyət cəhdləri gözlənilən effekti verməyəcək. Sizi səmimi-qəlbdən dəstəkləmək istəyən dostlar belə ən xırda məsələlərə görə səbrsiz ola bilərlər.
Vədləri unutmayın, anlaşmalara əməl edin.
Günün ikinci yarısında əzizlərinizdən biri barənizdə sərt danışacaq. Tənqidə sərt reaksiya verməyin, inciməyin, əhvalınızı pozmayın. Baş verənlərə sakit münasibət bəsləyin. Məntinqli və soyuqqanlı olmasanız, depressiyaya qapıla bilərsiniz.
 
Dolça - günün ilk yarısında peşəkar fəaliyyət müstəvisində problemlər yarana bilər. Situasiyadakı çətinliklər sizi bədbin hala salmasın. Ən yaxşı bildiyiniz sahədə belə, tələskən davranaraq acı fəsadları ola biləcək səhvlərə yol verməyin. Diqqətli və sayıq olun.
Günün ikinci yarısında problemlərin həllində sərvaxt davranın.
Şəxsi münasibətlər üçün ağır dönəmdir. Harmoniyanı qorumağa çalışın. Düşünülməmiş, spontan qərarlar verməyin.
Axşam saatlarını sevdiyiniz insanla keçirin.
 
Balıqlar - günün ilk yarısında yaxşı strateq olmağa çalışın. Olduqca çətin situasiyadan baş çıxarmağa can atın. İllərin sınağından çıxmış metodlardan və ya başqalarının təcrübələrindən yararlanmaq əvəzinə problemlərin həllində alternativ yollardan, fərqli variantlardan istifadə edə bilərsiniz.
Günün ikinci yarısında yardıma ehtiyacınız olarsa, kimsədən dəstək diləməyin. Əksinə, gərəkli adamı sizə yardıma sövq edin.
Axşam saatlarında tələsiklikdən, vurnuxmadan kənar duraraq sevdiyiniz insanla istirahət etməyə çalışın. Fiziki və mənəvi potensialınızın bərpaya ehtiyacı var.
 
milli.az

Go Back

Bürclər-4 yanvar

Qoç - günün ilk yarısınla bilik və bacarıqlarınızı tam miqyasda nümayiş etdirin. Məziyyətlərinizdən rəqibləri üstələmək üçün yararlanın. İşdə rəhbərlikdə özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın. Bəzi ideyalarınız dəstəklənə bilər.
Günün ikinci yarısında qaba və kobud olmayın, aqressivlik etməyin.
Yaşam arealında yeniliklər, yaxınlarınızla münasibətlərin normallaşdırılması üçün əlverişli zamandır. Ailə üzvlərinizin işləri ilə maraqlansanız, qarşılıqlı anlaşmaya nail olacaqsınız. Sevdiyiniz insanın qədrini bilin.
 
Buğa - uzun müddətdən bəri görmədiyiniz tanışınız bu gün ən əlverişli işgüzar tərəfdaşa çevrilə bilər. Onun sizinlə həmfikir olmamasının böyük önəmi yoxdur. Danışıq və müzakirələrdəki qəfil dönüşdə xeyir var. Həddən artıq aktiv ünsiyyət, başqalarının tənqidi məsləhət deyil.
Günün ikinci yarısında yeni tanışlıqlar istisna deyil. Belə tanışlıqlardan biri ciddi münasibətə çevrilə bilər. Çoxdan bəri qarşılaşmaq istədiyiniz insanla görüş olacaq. Xatirələr yada düşəcək.
 
Əkizlər - günün ilk yarısında təmasları bir qədər azaldın. Mövcud problemlər sizdə heç bir halda ruh düşkünlüyü və bədbinlik yaratmamalıdır. Yaxın ətrafınızdakı insanlara xırda məsələlərə görə irad tutmayın. Ən ağır işdən belə, çəkinməyin.
Günün ikinci yarısında gündəlik, rutin işlərlə məşğul olun. Uğurlarınız, gəlirlərinizlə qürrələnməyin. Belə olarsa, sizi yanlış anlayacaqlar. Axşam saatlarına yaxın yarımçıq işləri tamamlayın. Maraqlandığınız işlərlə məşğul olun.
Məişət qayğıları və ailə problemlərinin həlli üçün münasib zaman deyil.
 
Xərçəng - mənasız risk etməyin. Problemləri həll etməyə çalışın. İşgüzar prosesdə ənənəvi, öyrəşdiyiniz metodlarla çalışın. Yeni yollar ilk-əvvəl asan görünsə də, sonradan narahatlıq və çətinliklər vəd edir. Yaxın ətrafınızdakı insanlar arasında sizə məsləhət verənlər az olmayacaq.
Günün ikinci yarısında məsləhətlər və məşvərətləri təhlil edin, onların arasında işəyarayanları seçin.
Yaxınlarınızı problemlərinizlə yükləməyin. Axşam saatlarında söhbət zamanı dostların və ya tanışların yaşamları ilə bağlı qəfil təfərrüat aşkarlana bilər.
 
Şir - peşəkar fəaliyyət müstəvisində irəliləyişlər istisna deyil. Çalışdığınız yerdə fəaliyyətin təşkilatı ilə bağlı qaydalarla yaxşı tanış olun. Məqsədə doğru irəliləyişin sürətini artırmaq üçün davranış modelinizdə yeniliklər etmək zamanıdır. Aldığınız məlumat əsasında dəyişikliklərə başlayın.
Günün ikinci yarısında yaxınlarınızla təmaslarda səmimi və qayğıkeş olun. Subaysınızsa, qarşı cins mənsubları ilə ünsiyyətdə taktikanı dəyişməyin. Emosiyalara qapılmayın.
Axşam saatlarında normal istirahət edin.
 
Qız - planları sürətlə dəyişməyin, hər şeyi sıfırdan başlamaq fikrinə düşməyin. Adətlər və vərdişlərə yenidən baxmaq, iş stilini təftiş etmək üçün münasib zamandır.
Yaşamınızda yeniliklərə başlayın.
Günün ikinci yarısında yaxınlarınızdan birinin sizə iradları olacaq. Həmin adamı diqqətlə dinləyin, aqressiv olmayın. Emosiyalarınızı nəzarətdə saxlaya bilsirisnizsə, alovlanmağa başlayan münaqişədən kənarlaşın. Axşam saatlarına yaxın peyda olan yorğunluq hissi yuxusuzluq vəd edir.
 
Tərəzi - nüfuzlu insanlarla təmaslarda qarşılıqlı fəaliyyətdə uğura nail olmaq şanslarınız var. Asılı olduğunuz şəxslərlə təmaslarda diqqətli olun.
Problemin müzakirəsini irad mübadiləsinə çevirməyin. Mübahisələrə qatılmayın.
Günün ikinci yarısında əlverişli şəraitdən yararlanaraq münasibətlərdə irəliləyişə can atın. Olaylarda yaxşı dönüş ola bilər.
Sevdiyiniz insanla fikir ayrılıqlarını çözmək zamanıdır.
Axşam saatlarında birgə istirahət edin.
 
Əqrəb - işüzar fəaliyyət üçün əlverişli zamandır. Zəhmətinizin və cəhdlərinizin bəhrəsini görəcəksiniz. Yeni, genişmiqyaslı işə başlamayın. Əlavə sifariş qəbulunu ertələyin. Sənədləşdirmə və hüquqi məsələlərin çözümü üçün münasib zaman deyil.
Günün ikinci yarısında əvvəlcədən hazırlanmış plan çərçivəsində hərəkət edin. Dəyər verdiyiniz insanla nöqsanlar barədə açıq söhbəti daha əlverişli vaxtadək təxirə salın. Sirlərinizi bölüşməyin, çünki əks təqdirdə bir sıra məqamlar faş olacaq.
 
Oxatan - maliyyə məsələlərinə görə fikir ayrılıqları və anlaşılmazlıqlar istisna deyil. Heç gözləmədiyiniz halda və zamanda çətinliklərlə üzləşə bilərsiniz. Fəqət bütün problemlərə rəğmən fəalliyyətinizin məhsuldar olmasına can atın.
Paxıllıq və həsəd obyekti ola bilərsiniz.
Günün ikinci yarısı şəxsi münasibətlər üçün əlverişli deyil. Heç bir səbəbi olmayan şübhələrə qapılmayın. Sevdiyiniz insanla bağlı qısqanclıq hissi yaranmasın. Emosiyalar girdabına yuvarlanmayın.
Soyuqqanlı və təmkinli olun.
 
Oğlaq - günün ilk yarısı ciddi problemlər vəd etmir. Xoş sürprizlər ola bilər. Nikbinlik üçün səbəb var. Çoxdan bəri həll etməyə çalışdığınız işi yarımçıq qoymayın. Müşkülü aradan qaldırmağın yollarını arayın.
İş axtarışındasınızsa, günün ikinci yarısında maraqlı təklif alacaqsınız. Qərar verməyə tələsməyin. Düşünüb-daşının, təklifin detallarını nəzərdən keçirin.
Ailə üzvləri və yaxınlarınızla dil tapmağa çalışın. Heç bir səbəb olmadan problemlər yaratmayın. Dəyər verdiyiniz insanlara qarşı iradlar səsləndirməyin. Sizin belə davranışınızı anlamağa çətinlik çəkəcəklər.
Axşam saatlarında passiv olmayın. Gəzintidə xeyir var.
 
Dolça - qəfil xəbər və ya gözlənilməz dəyişiklik emosiyalarınızı tarıma çəkməsin. Sənədləşdirmədə, məmurlarla ünsiyyətdə çətinliklər yarana bilər. Önəm verdiyiniz insandan əhəmiyyətli məlumat alacaqsınız.
Günün ikinci yarısında köməyə ehtiyacı olan insana yardım edin. Vədlərinizi unutmayın.
Ailə məsələlərinin həllinə yadları qatmayın. Evdəki çətinlik barədə qohumlara danışmayın. Fikir və mövqelərinizi yaxınlarınızla bölüşmək məcburiyyətində deyilsiniz. Bədbin olmayın.
 
Balıqlar - kəmhövsələ olmayın, düşünülməmiş qərarlar qəbul etməyin. Peşəkar fəaliyyət müstəvisində yaranan problemləri vaxtında, gecikmələrə və təxirəsalmalara yol vermədən həll edin. Əməllərinizin çox qısa zamanda maddi sonuclar verəcəyini düşünməyin.
Xidmətlərinizi və əməyinizi dəyərləndirəcəklər.
Günün ikinci yarısında ailə qayğıları və ya məişət problemlərini aradan qaldıranda yaxınlarınızın yardımlarından istifadə edin. Sevdiyiniz insanla münasibətləri normallaşdırın. Subaysınızsa, axşam saatları romantik keçəcək.
Gəzintiyə çıxın, əylənməyə çalışın.
milli.az

Go Back

Bürclər-3 yanvar

Qoç - günün ilk yarısından etibarən ciddi işlərə başlamayın. Mürəkkəb hesablamalar, sənədləşdirmə və ya digər formada intellektual fəaliyyətdə tələskənliyə yol verməyin. Aramla hərəkət edin, ciddi təhlil olmadan qərar qəbul etməyin. Yanlışlıqlar və səhvlərin sayını artırmayın.
Günün ikinci yarısında ünsiyyətdə səmimi, qayğıkeş olun. Dostlar və tanışların məclisində diqqəti cəlb edə bilərsiniz. Sizinlə maraqlanan insanın ümidlərini doğrultmağa çalışın. Alış-verişə axşam saatlarında yollana bilərsiniz.
Normal istirahət etməyə çalışın.
 
Buğa - yaxşı tanımadığınız insanlarla ünsiyyətdə maksimal dərəcədə ehtiyatlı olun. Yad təsirlərə, bədxahların şirin dillərinə aldanmayın. Xüsusi maraq oyatmayan işləri görmək məcburiyyətində qalacaqsınız. Münaqişəli situasiya yaranıb. Qarşıdurmaya səbəbkar olmayın.
Günün ikinci yarısında seçim etmək çətindir. Qətiyyətli və iradəli olun. Alış-verişdə çox pul xərcləməyin. Axşam saatlarını ailənizə ayırın.
 
Əkizlər - diqqətinizi mənasız işlərə ayırmayın. Sizi işdən ayıra biləcək səbəblər sürəkli olaraq artır. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə məntiqli olun. Yığılan problemlər sizdən təxirəsalınmaz həll tələb edir. Aktiv olun, işləri yarımçıq qoymayın.
Günün ikinci yarısında iddialarınız ifrata varmasın. Hamının xoşuna gəlmək asan deyil. Buna cəhd göstərməyin. Axşam saatlarına yaxın əhvalınızda problemlər yarana bilər. İstirahəti unutmayın.
 
Xərçəng - səhər saatlarında işiniz və ya biznesinizlə bağlı xoşagəlməz xəbərlər alacaqsınız. Böyük ümidlər bəslədiyiniz sifariş, yaxud da layihədə çətin situasiya yaranıb. Hər məqamla maraqlansanız, fəaliyyət prosesində ləngimələr müşahidə olunacaq.
Günün ikinci yarısında aldığınız məlumatdan faydalanın. Köhnə dostlardan biri ilə qarşılaşa bilərsiniz. Sevdiyiniz insanla təmaslarda diqqətli olun. Məişət qayğıları və ailə problemlərini sakit şəraitdə müzakirə edin. Qarşılıqlı anlaşmaya nail olun.
 
Şir - dünyagörüşü, bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün münasib zaman günün ilk yarısıdır. Aldığınız son məlumatı dostlarla paylaşın. Sirlərinizi etiraf etməyə tələsməyin. Ümumi işdə yaranmış qəfil situasiyanı müzakirə edin.
Günün ikinci yarısında əhvalınızdakı dəyişikliklər şəxsi münasibətlərinizə mənfi təsir etməməlidir. Yaxınlarınızın irad və tənqidlərini normal qəbul edin. Əməkdaşlığa başlasanız, qarşı tərəfi anlamağa çalışsanız, situasiyada yenilənməyə nail ola bilərsiniz.
 
Qız - səhər saatlarından etibarən özünüzü əzgin, pərişan hiss etməyin. Ailə qayğıları ilə iş arasında optimal balansa nail olun. Yaxınlarınızın qarşısındakı öhdəlikləri yerinə yetirmək zamandır. Eyni zamanda, fəaliyyət planını da unutmayın. Hamının xoşuna gəlməyə çalışmayın.
Günün ikinci yarısında bütün diqqəti mühüm işlərə yönəldin.
Şəxsi münasibətlərdə tələsik, düşünülməmiş addımlar atmayın. Seçim zamanı uzun-uzadı tərəddüd etməyin.
 
Tərəzi - situasiyanın çətinliklərindən şikayətlənmək əvəzinə şəraitə uyğunlaşmağa çalışın. Toplantı, çıxış və görüş pis alınmayacaq. Yeni layihəyə başlamayın. İşinizdə səlist, dürüst olun. Qarşınıza qoyduğunuz məqsədə çatmağa çalışın.
Günün ikinci yarısında yaxşı bələd olmadığınız insanlardan birini əməkdaşlığa cəlb edin. Maraqlı ideyalardan birindən yararlanmağa çalışın.
Əhvalınızın korlanmaması, səhhətinizdə problemlərin yaranmaması üçün hiperaktivlik etməyin. Axşam saatlarında romantik görüş normal keçəcək.
Yaxınlarınız sizi diqqətlə dinləyəcəklər. Zənniniz sizi aldatmayacaq.
 
Əqrəb - şərait fərqli yanaşma tələb edəndə vasvasılıq etməyin. Tərəddüdlər yalnız geriləmə vəd edir. Mövqelərinizdə səbatlı olun və qalib gəlməyə çalışın. Amma bunun üçün mütəhərrik davranış, çeviklik tələb olunur.
Günün ikinci yarısında aktiv ünsiyyət tələb olunur. Çətinliklərin öhdəsindən təkbaşına gəlin. Kimsədən yardım istəməyin.
Şəxsi münasibətlərdə problemlər istisna deyil. Yaxınlarınızla fikir ayrılıqları ola bilər. Ailə üzvləri ilə söhbət zamanı problemlərin müzakirəsindən yayınmayın. Sizi narahat edən, tədbən çıxaran məsələlərin həllini arayın.
 
Oxatan - ən dəqiq, ağır və mürəkkəb işi görmək üçün səhər saatları əlverişlidir. Vaxt keçdikcə situasiya ağırlaşacaq. Başqalarının problemlərini həll etməyə can ataraq öz işinizə barmaqarası baxmayın. Gəlir, mənfəət əldə edə biləcəyiniz ünsürləri kimsəyə həvalə etməyin.
Günün ikinci yarısında yaxınlarınızın tələbləri artacaq. Onların iradlarını sakit dinləyin. Ehtiyaclarınızın ödənməsinə çox pul xərcləməyin. Plana uyğun hərəkət edin. Axşam saatlarını ailə üzvləri ilə ünsiyyətə, qohumlarla söhbətlərə həsr edin.
 
Oğlaq - yaxşı tanıdığınızı düşündüyünüz insanın bu gün tamamən fərqli məziyyətlərini görəcəksiniz. Bəzi adamlarınsa xain olduğunu anlayacaqsınız. Fəqət peşəkar fəaliyyətiniz sizdən belə adamlarla zahirən normal münasibətlər qurmağı tələb edir.
Günün ikinci yarısında yeni işlərə başlamayın, eksperimentlərin yeri yoxdur.
Şəxsi münasibətlərdə çox kövrək situasiya yaranıb. Yaranmış problemləri ailəniz üçün ənənəvi yollarla həll etməyə çalışın.
Axşam saatlarında romantik hisslər vəd edən görüş olacaq.
 
Dolça - genişmiqyaslı layihəyə başlamaq üçün əlverişli zaman deyil. Rutin öhdəlikləri unutmayın, cari işləri və tapşırıqları yerinə yetirin. İşdə rəhbərliklə danışığı təxirə salın. Asılı olduğunuz insanlarla münasibətləri korlamayın.
Gününi ikinci yarısında problemləri ənənəvi yolla həll etməyə çalışmayın. Qeyri-adi, orijinal variantı seçin.
Axşam saatlarını ailəvi istirahətə həsr edin.
 
Balıqlar - sözlərinizdə ehtiyatlı olun. Yaxın ətrafınızdakı insanları çox tənqid etməyin. Ehtiyatsız, düşünülməmiş deyilən kəlmə rəqiblərinizin sayını artıra bilər. Özünüzə düşmən qazanmayın.
Günün ikinci yarısında əhvalınız dəyişəcək. Hər şeyə rəğmən özünüzdən bədgüman olmayın. Şərtləri nəzərə alın, situasiyanı dəyərləndirin.
Zövq və ya seçimlə bağlı uzun-uzadı mübahisələrə başlamayın. Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz.
milli.az

Go Back

2015-ci il bizə nə vəd edir?

2015-ci ilə az qalıb. İndi insanları maraqlandıran əsas məsələlərdən biri yeni ildə ulduz falıdır. Tanınmış parapsixoloq, ekstrasens va astroloq Həsan Həsrətli 2015-ci ilin astroloji proqnozunu açıqlayıb. 

Qoç Bürcü (21.03-19.04)
2015-ci ildə bir çox yeniliklərlə qarşılaşacaq. Subaylara yeni qismətlər çıxacaq. Qoç bürcü altında doğulanlar digər illərə nisbətən yeni ildə əminliklə qərarlar verə bilcəklər. 2015-ci il qoçlar üçün yaxşı keçəcək. Sevgi məsələlərində də uğurlar qazanacaqlar. Lakin qərarları təcili deyil, sakit və dostlarla məsləhətləşərək vermək lazımdır.
Bir çox mövzularda dostlarınız da eyni şəkildə qərarlarını sizinlə paylaşacaklar. Qoçlar 2015-ci ilin ən şanslı bürclərindən biridir.

Buğa bürcü (20.04-20.05)
2015-ci ildə yenə pul dalınca qaçacaqsınız. Bir çox adamlar üçün əhəmiyyətli hadisələr baş verəcək. Yeni ildə Buğa bürcü altında doğulanları daha əhəmiyyətli görüşlər gözləyir. Bu bürc altında doğulanlar özlərini başqalarından fərqləndirə biləcəklər.
Buğa bürcü altında doğulan qadın 2015-ci ildə özünü daha çox xoşbəxt hiss edəcək. Bu bürcün kişiləri də ön planda dayanmağa çalışacaqlar.

Əkizlər bürcü (21.05-21.06)
Bu il əkizlər bürc altında doğulanlar maddi çətinliklərlə qarşılaşacaqlar. Bu sizi qətiyyən ruhdan salmamalıdır. İlin ilk aylarında çətinliklərin çoxunu dəf etmək mümkün olacaq.
İlin əvvəli sıxıcı olsa da, sonrakı aylar daha yaxşı keçəcək. Bu il bir az daha çox fədakar olmalısınız.

Xərçəng bürcü (22.06-22.07)
2015-ci ildə də hər il olduğu kimi bir çox vacib qərarlar hisslərə qapılaraq veriləcək. Bu il xərçəng bürcü altında doğulanlar üçün şanslı olacaq. Evi olmayan kəslər bu il ev sahibi ola bilərlər. Qərarlarınızda qətiyyətli və əmin olmalısınız. 

Şir bürcü (23.07-22.08)
Bu bürcdən olan şəxslər 2015-ci ili çətinliklərlə qarşılayacaqlar. Yaxınlarınızın qəbul etdiyi qərarlar sizin üçün xoş olmaya bilər. Bu qərarlar sizi nə qədər üzsə də, qətiyyən ruhdan düşməyin. İstənilən problemlərin həll olunmasında sakit bir şəkildə hərəkət etməlisiniz.
Şir bürcü üçün 2015-ci ilin sonlarında xoş surprizlər olacaq. Xoşbəxtlik anları gec olsa da, əmin olun ki, gözləməyə dəyəcək.

Qız bürcü (23.08-22.09)
2015-ci ildə heç bir dəyişiklik yoxdur. İşlərinizdə bəzi problemlər yarana bilər. Bu da sizin daha da yetkinləşmənizə səbəb olacaq. İlin sonlarında problemlərinizi asan bir şəkildə həll edə bilcəksiniz.
Pul mövzusunda heç bir çətinlik yaşamayacaqsınız. Sevgi ilə bağlı isə bir az sıxıntılarınız olacaq.

Tərəzi bürcü (23.09-22.10)
2015-ci ildə eşq həyatında bir çox yeni şəxslərlə tanış olacaqsınız. Bu il böyük sürprizlər olacaq. Verəcəyiniz qərarları ən yaxın və ən sevdiyiniz dostlarınızla paylaşsanız daha yaxşı olar. Həyatınızında dönüş yarada bilicək insanlarla tanış olacaqsınız.

Əqrəb bürcü (23.10- 21.11)
Yeni ildə bir çox fərqliliklər olacaq. İş həyatı hər zaman olduğu kimi keşməkeşli olacaq. Əqrəblərin sevgi həyatı 2015-ci ildə durğun keçəcək. Bu bürc altında doğulanlar tərəddüd içində olacaqlar. Ailə məsələlərində cütlər arasında yenə problemlər yaranacaq.

Oxatan bürcü (22.11-21.12)
Oxatanların həyatında isə bir çox dəyişikliklər olacaq. Sərt davranış və romantiklikdən uzaq olan oxatanlar 2015-ci ildə yeni eşq macaraları yaşayacaqlar. Bu da onların həyatına rəng qata bilər. Ətrafınızda olanlar sizləri qınayacaqlar. Onların söylədikləri sizin davranışınızı dəyişdirməsin. Çalışın insanlara güvənin.

Oğlaq bürcü (22.12-19.01)
Bir çox fərqli səbəblərdən həyatlarına yeniliklər qatmaq məcburiyyətində qalacaqlar. Ailəvi problemlərlə qarşılaşacaqlar. Oğlaq bürcü altında doğulanları gələn ildə stresli günlər keçirəcəklər. Maddi baxımdan da böyük problemlər yaşanacaq. 
Bir sözlə 2015-ci il bu bürclər üçün çox pis keçəcək. Çətinlikləri dəf etmək üçün problemlərə aniden reaksiya verməyin. Problemləri ağıllı şəkildə həll etmək lazımdır. Bu da sizin problemlədən üzüağ çıxmağınıza şərait yaradacaq.

Dolça bürcü (20.01-18.02)
Yeni ildə bir çox iş təklifləri alacaqsınız. Bu təkliflərə dərhal cavab vermək yerinə, düşünərək hərəkət etmək lazımdır. Bu sizin müvəffəqiyyət qazanmanıza kömək edər.
Uğurlarınızın davam etməsini istəyirsinizsə 2015-ci ildə sevgi məsələlərinə az yer verin. 2015-ci ildə bu bürclər üçün çox da uğurlu görünmür.

Balıq bürcü (19.02-20.03)
2015-ci il bir xeyli durğun keçəcək. Bu durğunluğu məhəbbət münasibətləri qurmaqla dəf edə bilərsiniz. İş adamları üçün çox dəyişiklik olmayacaq. Maddi baxımdan isə vəziyyət pis olmayacaq. Uğur qazanmaq istəyənlər ciddi qərarlar verməsə yaxşıdır.

anspress

 

Go Back

Günün qoroskopu-25.12.2014

Qoç - Bütün səylərinizə rəğmən günün ilk yarısında problemlərin sayı az olmayacaq. Çətinlikləri aradan qaldırmağa başlayın. Önəmli məsələlərlə bağlı qərarı təxirə salmayın.
İşgüzar tərəfdaşlar və müttəfiqlərlə cari məsələləri müzakirə edərkən emosional olmayın.
Sifarişi yerinə yetirin, vədləri qulaqardına vurmayın.
Günün ikinci yarısında peşəkar fəaliyyət müstəvisində uğurlar əldə etmək üçün rəqibləri üstələməlisiniz.
Dəyər verdiyiniz insanla münasibətlərdə passivlik nümayiş etdirməyin. İradəli və qətiyyətli olun. Çoxdan bəri planlaşdırdığınız işə başlayın. Gəlirlər çox deyil, amma pullar karınıza gələcək.
Alış-verişdə mənasız simiclik etməyin.
 
Buğa - Günün ilk yarısı xoş keçəcək. Komfort ritmə riayət edərək harasa gecikməyəcəyinizi, hansısa işi görməyə ehtiyac yaranmayacağını düşünməyin. Aktiv olun, bu günün işini sabaha saxlamayın. Maraqlı görüşlər istisna deyil. Bundan sonrakı yaşamınıza təsir edə biləcək insanla qarşılaşa bilərsiniz.
Dəvət aldığınız yerə günün ikinci yarısında yollanın.
Axşam saatları dəyər verdiyiniz insanlarla, uzaqdan gəlmiş qonaqlarla ünsiyyət üçün əlverişlidir.
 
Əkizlər - Məkrli insanların şirin dilinə aldanmayın. Tələyə düşməyin, boş söhbətlərə qatılmayın. Təmkinli olun, qərarları düşünüb verin.
Yaşanacaq olaylar ziddiyyətlidir və situasiyanın dəqiq qiymətləndirilməsi zərurəti yaranıb.
Günün ikinci yarısında peşəkar fəaliyyət müstəvisində yeni insanlarla qarşılaşacaqsınız. İşdə rəhbərliklə danışıqlarda emosiyalara qapılmayın.
Çuğulçu və xəbərçi adamların davranışlarını izləyin. Belə müşahidələrdə xeyir var.
Axşam saatlarında yola çıxmalı olacaqsınız.
 
Xərçəng - Diqqətli olun ki, günün ilk yarısındakı problemlər qulaqardına vurulmasın. Maraqlarınızı heçə sayanların qarşısını alın və ümumiyyətlə, belə adamlara heç nəyi etibar etməyin.
Maliyyə problemləri yarana bilər. Yardım üçün yaxınlarınız və ya dostlarınızdan birinə müraciət edə bilərsiniz. Alış-veriş və ya investisiyalarla bağlı qərarları müstəqil şəkildə qəbul edin. Təcrübəli insanların məsləhətlərinə qulaq asın.
Günün ikinci yarısında yeni əlaqələr qura bilərsiniz. Pozulmuş münasibətləri normallaşdırın. Yaxınlarınız sizə həyan olacaqlar. Tərbiyəsiz, mədəniyyətsiz adamlarla əsla tərəfdaşlıq etməyin.
 
Şir - Sizə məxsus olan nəsnəyə yiyələnmək istəyən insan qanun çərçivəsidə cəcazalanmalıdır. Beləsi problemi məhkəməyədək barışıqla həll etməyə çalışsa da, ona inanmayın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq asan olmasa da, bunu bacaracaqsınız. Dəstək vəd etmiş insanlara bel bağlamayın. Problemləri özünüz həll edin. Müstəqil çalışın. İradəli və qətiyyətli olsanız, niyyətinizi gerçəkləşdirə bilərsiniz.
Günün ikinci yarısında kiçik gəlirlər olacaq. Maddi durumunuzu sürətlə yaxşılaşdırmağa can atmayın. Aramlı irəliləyiş düşünülməmiş qaçışdan daha məntiqidir.
Axşam saatlarında yaxınlarınıza yardım etmək üçün bəzi işlərdən imtina etmək zərurəti yaranacaq. Heyfsilənməyin. Şəfqət və mərhəmət unudulmur.
 
Qız - Əlverişli zamandır, çünki günün ilk yarısında müsbət təmayüllərin təsiri artacaq. Çətinliklər və sədlərə rəğmən niyyətinizə çatacaqsınız. Prosesi sadələşdirmək və asanlaşdırmaq üçün hiyləgərlik etməli olacaqsınız. Durum sizi narahat etməsin. Yaxın ətrafınızdakı insanlara zərər verməyin.
Günün ikinci yarısında işdə problemlərin müzakirəsi, rəhbərliklə görüşə can atmaq əsla məsləhət deyil. Subordinasiyanı kobud şəkildə pozaraq olmayan münasibətləri inkişaf etdirməyə çalışmayın. Özünü "qlamur" və ya "trenddəki insan" hiss edən insanların batininin puç olduğunu anlayın.
Axşam saatlarında səhhətinizlə rasionunuza fikir verin.
 
Tərəzi - Əfsuslar olsun ki, narahat, gərgin zamandır. Situasiya əhvalınıza təsir edəcək. Aqressiv davranaraq özünüzü və ətrafınızdakı insanları usandırmayın. Yeni tanışlıqlar üçün əlverişli zaman deyil. Aradığınız informasiyanı əldə edə bilərsiniz.
Günün ikinci yarısında anlaşma, müqavilə və sənədləşdirmə ilə məşğul olun. Kommersiya fəaliyyətinizdə yeni çərçivələri təhlil edin.
Maliyyə itkiləri ola bilər. Çağırıldığınız yerə gecikməyin.
Axşam saatlarında ailənizlə birlikdə istirahət edin.
 
Əqrəb - Səmimiyyət, qayğıkeşlik və ünsiyyətdə rahatlıq sizə yeni dostlar, müttəfiqlər tapmağa imkan verəcək. Yeni münasibətlərə çox bel bağlamayın. Belə ünsiyyətlərin perspektivləri azdır.
Günün ikinci yarısında danışıqlarda ötkəm, qətiyyətli və iradəli olun. Düşünülməmiş addım, tələsik qərar sonradan pərişanlıq hissləri yarada bilər.
Risklərdən çəkinməyin, yeni müstəvidə və istiqamətdə qüvvələrinizi sınayın. Seçimdə tərəddüd etməyin. Bələd olmadığınız insana inansanız, manipulyasiyaların qurbanı olacaqsınız.
Axşam saatlarınızı açıq havada keçirin.
 
Oxatan - Yaxşı, əlverişli, rəvan zamandır. Ciddi ehtiyac duyulmursa, fəaliyyət istiqamətlərində köklü dəyişikliklərə başlamayın. Bəzi işlər maraqlı təsir bağışlaya bilər. Ancaq onlar sərf ediləcək səylərə dəyməz. Köhnə dostlardan, etibarlı müttəfiqlərdən biri vədinə əməl etməyəcək. Bel bağladığınız insan öhdəliklərini unudacaq.
Günün ikinci yarısında anormal istiqamətdə cərəyan edəcək hadisələrə müdaxilə edin.
Aktiv olun, yaşam potensialınızın səviyyəsi yüksəkdir. Əhvalınız pis olmayacaq. Yorğunluq riski çox azdır. Qəfil gəlir, hədiyyə və ya sürpriz ola bilər. Şəxsi münasibətlərdə təşəbbüskar olun.
 
Oğlaq - Günün ilk yarısında kommersiya və maliyyə işlərində uğurlar əldə edə bilərsiniz. Yeni sifariş və ya tapşırığı vaxtında yerinə yetirmək üçün ləng tərpənməyin. Tərəfdaşlar, müttəfiq və şəriklərlə danışıqlar pis keçməyəcək. Nüfuzlu insanlarla söhbətlərdə diqqətli olun.
Yeni tanışlar sizi zahiri görkəminizə görə dəyərləndirəcəklər.
Günün ikinci yarısında məntiqsiz, ekstravaqant addımlar atmayın. Yaxın adamınız sizi qəfil xəbərlə sevindirəcək. Planlarınızda dəyişikliklər labüddür. Qıcıqlanmayın, aqressiv davranmayın.
Axşam saatları etiraflar üçün münasibdir.
 
Dolça - Hər şey göründüyü kimi deyil. Günün ilk yarısında qəfil uğur, gözlənilməz nailiyyət ola bilər. Qarşınızda maraqlı imkanlar yaranır. Şəraitin əlverişli axarından yararlanmağa çalışın. Cəsur və qətiyyətli olun. Öz qüvvənizdən bədgüman olmayın, zəif düşməyin.
Unutmayın ki, röyaları gerçəkləşdirməyin ən yaxşı yolu oyanmaqdır.
Günün ikinci yarısında yaxınlarınız sizə yaxşı məsləhətlər verəcəklər. Onlar sizin ideyalarınızı dəstəkləyəcəklər, maddi kömək edəcəklər. Dəyərli hədiyyələr ala bilərsiniz.
Axşam saatlarını ailə üzvləri ilə ünsiyyətə həsr edin. Gəzintiyə də çıxa bilərsiniz.
 
Balıqlar - Yaxşı dostunuz varsa, güzgüyə qətiyyən ehtiyacınız yoxdur. Dostun dəyərini bilin.
Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün iradəli, qətiyyətli olun. İzafi səylərə, həddən artıq çalışmağa ehtiyac yoxdur. Özünüzü yormayın. Kənardan yardımlara və dəstəyə bel bağlamayın. Ağır işlərin öhdəsindən təkbaşına gəlməli olacaqsınız. Nəticə sizi pərişan etməyəcək.
Susaraq qazandığınız dəyəri çox danışaraq itirməyin.
Günün ikinci yarısında təmaslarda sərvaxt, ehtiyatlı olun. Sizi aldatmağa, yanıltmağa çalışacaqlar. Kimlərsə bunu bilərəkdən, kimlərsə də doğru yol saydığı üçün edir. Sabiq həmkar və ya köhnə tanışla görüş ola bilər.
İşgüzar əlaqələriniz olduğu insanla sürəkli əlaqə saxlamağı unutmayın.
Axşam saatlarında normal istirahət edin.
milli.az

Go Back

Günün qoroskopu-24.12.2014

Qoç - çox çətin gündür. Çalışdığınız kollektivdə əks cins mənsubu ilə münasibətləriniz gəriləcək. Rəqiblər fəallaşıblar. Ehtiyatlı olun. Sərvaxt davranın, ətrafınızda baş verən hadisələri diqqətlə izləyin.
Günün ikinci yarısında sizdən sui-istifadə etməyə can atanlar olacaq. Yaxşı bələd olmadığınız insana etibar etməyin. Yeni tanışlarla ünsiyyətdə sayıq olun.
Niyyət və istəklərinizi dəqiqləşdirin. Yaxın gələcəklə bağlı planlarınızı müəyyənləşdirin. Gərəksiz hisslər və mənasız əlaqələrdən qurtulun. Əlaqələr sizi qayğılandırmamalıdır.
 
Buğa - günün ilk yarısında işlər pis olmayacaq. Önəmli məsələnin həllinə başlayın və onu vaxtında tamamlayın. Pullarınızı məntiqlə xərcləyin. Çoxdan başladığınız, amma yarımçıq qalmış layihəni başa vurmağa çalışın.
İşdə aktiv olun, işgüzar insan olun.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla təmaslarda aktiv olun. Axşam saatları romantik hisslər vəd edir. Sevdiyiniz insanla incə davranın. Könül qırmayın.
 
Əkizlər - birgə fəaliyyətdə rolunuzu və öhdənizə düşən işləri dəqiq planlaşdırın. Belədə nüfuzunuz daha da artar. Nəzərdə tutulmamış gəlir istisna deyil. Yaradıcı insanlar üçün uğurlu zamandır. Məharətinizi nümayiş etdirə bilərsiniz. Uzunmüddətli səfər planlaşdırmayın.
Günün ikinci yarısında enerji potensialınızın səviyyəsi aşağı düşəcək. Aktiv işlər planlaşdırmayın. Axşam saatlarını ailə üzvləri ilə keçirin. Qayğı və məhəbbətə ehtiyac duyacaqsınız. Diqqətli, qayğıkeş olun.
 
Xərçəng - peşəkar fəaliyyət müstəvisində irəliləyiş üçün münasib zamandır. Tərəfdaş və şəriklərinizi yeni ideyanızla tanış edin. Məntiqli danışın, laübəli fikirlər söyləyin. Şəxsi əmlakla bağlı məsələlərdə sayıq davranın.
Günün ikinci yarısında yadlar əmlakınıza və maraq arealınıza müdaxilə etmək istəyəcəklər. Müqavimətiniz sərt, ciddi olmalıdır.
Ailə qayğılarına vaxt ayırın. Köhnə əşyalarla yanaşı, mənasını itirmiş əlaqələrdən qurtulmaq zamanıdır. Sevdiyiniz insanla təmaslarda qayğıkeş, həssas olun. Kobudluq etməyin. Güclü emosiyalar yalnız zərər vura bilər.
 
Şir - ən çətin işlərin öhdəsindən asanlıqla gələ bilərsiniz. Karyera müstəvisində irəliləməyə can atın. İşdə rəhbərliyə müraciət etmək, danışıqlar aparmaq mümkündür. Nüfuzunuzu artırmaq üçün aktiv çalışın.
Praqmat olun. Maliyyə məsələlərində diqqətli davranın.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan biri sizə olan hisslərini açıqlayacaq. Əlaqələri intensivləşdirin. Təmaslarda narahatlıq olarsa, soyuqqanlı olun. Axşam saatları romantik görüşlər üçün yaxşıdır. Fəqət, qeyri-adi nə isə gözləməyin.
Normal istirahət etməyə çalışın.
 
Qız - günün ilk yarısından effektiv hesab etməyə çalışın. Ən müxtəlif sahələrdə fəaliyyət üçün əlverişli zamandır. Ən yaxşı məziyyətlərinizi nümayiş etdirin. Bilik və bacarıqlarınızı göstərin. Yaxın ətrafınızdakı insanlar mənəvi dəstək və maddi yardım istəyi ilə sizə müraciət edəcəklər.
Günün ikinci yarısında qarşı tərəfdə özünüzlə bağlı xoş təəssürat yaratmaq üçün izafi çalışmağa ehtiyac yoxdur. Təbii davranmaq yetər. Maraqlandığınız insanı axşam saatlarında şam yeməyinə dəvət edə bilərsiniz.
 
Tərəzi - sağlam praqmatizmdən kənarlaşmasanız, işlərin öhdəsindən gələcəksiniz. Özünüzdən bədgüman olmayın. Xüsusi diqqət tələb edən çətin işlərə başlaya bilərsiniz. Təşəbbüskar olmaqdan çəkinməyin. Bununla belə, reallığı dürüst qiymətləndirin.
Günün ikinci yarısında həddən artıq ağır işə başlayaraq özünüzü yormayın. Səhhətinizin qeydinə qalın.
Sakit davranın, aramla çalışın. Dostlarla görüş, habelə ailə işlərinin həlli üçün yaxşı zamandır. Uzunmüddətli münasibətlər arzulayırsınızsa, tələsin. Sevdiyiniz insan və ya dəyər verdiyiniz şəxs sizdən fəallıq gözləyirlər.
 
Əqrəb - işgüzar sahədəki maneələri sürətlə dəfə edə bilərsiniz. Maddi durumunuzu yaxşılaşdırmağa can atın. Yardıcılıq potensialınız yüksəkdir. Maraqlı ideyalarınızı həyata keçirməyə çalışın. Planlaşdırılmamış səfərlərdən biri effektiv və mühüm ola bilər.
Günün ikinci yarısında tərəfdaş və ya şəriklərlə əməkdaşlıqda önəmli nüansları unutmayın. İlk baxışdan kiçik, xırda detal təsiri bağışlayan nüanslara fikir verin. Yanınızdakı insanların davranışlarına fikir verin.
Axşam saatlarında ünsiyyət həm faydalı, həm də xoş ola bilər.
 
Oxatan - günün ilk yarısındakı əlverişli şərtləri dəyərləndirin. Sürətli nəticə əldə etməyə can atmayın. Enerjinizi konkret əməllərə və fəaliyyətə yönəldin. Peşəkarcasına işləyin, aldığınız sifarişləri unutmayın. Vədləri qulaqardına vurmayın. Maliyyə məsələlərində gərginlik yaranacaq.
Günün ikinci yarısında soyuqqanlı olun, əsassız iradlar səsləndirməyin. Düşünülməmiş kəlmələrin fəsadları ağır ola bilər. Axşam saatlarındakı romantik təmaslar məmnunluq hissi yaradacaq. Evdən kənarda, sakit məkanda istirahət edin.
 
Oğlaq - yaradıcılıq fəaliyyəti üçün əlverişli zamandır. Qeyri-standart məsələlərin öhdəsindən gəlin. Dürüst qərarlar qəbul edin. İnformasiya az olsa da, çətinliklərin həllində ənənəvi olmayan vasitələrdən istifadə edə bilərsiniz.
Rutin işləri qulaqardına vurmayın. Xırdalıqlara və detallara fikir verin.
Günün ikinci yarısında işlərdə qəfil dəyişikliklər ola bilər. Kiçik olaylar planlaşdırılmış işləri başa vurmağa maneələr yaradacaq. Evdə hər şey normaldır.
Axşam saatlarında ailə üzvləri ilə ünsiyyət əhvalınızı yaxşılaşdıracaq.
 
Dolça - işgüzar müstəvidə sizə gərəkli ola biləcək, yardım edəcək insanları öz tərəfinizə cəlb edin. Belədə daha ciddi nəticələrə nail olmaq, resurslarınızdan effektiv yararlanmaq imkanlarınız artacaq. Hisslərinizin əsiri olmayın, illüziyalara qapılmayın. Yanlış qərar verməyin.
Günün ikinci yarısı rəqiblərdən biri ilə münasibətləri normallaşdırmaq üçün sərfəli zamandır. Sizdən incimiş insanın könlünü alın.
Çoxdan bəri görmək istədiyiniz, darıxdığınız şəxslə axşam saatlarında bir araya gələ bilərsiniz.
Normal istirahət etməyə çalışın.
 
Balıqlar - günün ilk yarısı münasib və əlverişli zamandır. Kommersiya fəaliyyəti ilə məşğul olmaq mümkündür. Maliyyə məsələlərini həll edin. Pulla bağlı məqamlarda diqqətli olun. Alış-verişdə sayıq davranın. Sərmayələr gəlir gətirəcək.

Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə fikir ayrılıqları yarana bilər. Axşam saatlarına qədər təmaslarda harmoniyanın bərpa olmasına çalışın. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq.
Yorğunluq hiss etməyəcəksiniz.
 
milli.az

Go Back

Hansı bürc necə qocalır?

Qoç – yaşına fikir verməməyə çalışır. Onlar yalnız bir anla yaşayır və sabah nələrin baş verəcəyi haqda düşünmürlər. Qoçların gümrah ruhu gənclik yaşından qocalanadək davam edir. 60 yaşlı Qoç müasir saç düzümündə gəzməsə belə, bu, o demək deyil ki, onun motosiklə olan marağı da azalacaq. Əksinə, Qoç motosikli əvvəlki illərdəki həvəs və dəliqanlı enerji ilə idarə edəcək.

Buğa – bu bürcün nümayəndələri yeməyi çox sevirlər. Bununla belə, Buğalar illər keçdikcə kökəlməyə meylli olmur. İllər keçdikcə tərs Buğa daha zirək varlığa çevrilir. Bu, həm psixoloji, həm də fiziki mənada belədir.  Bundan əlavə, Buğalar dözümlü olduqlarından xəstəliyə əhəmiyyət vermir, elə buna görə də, çox vaxt uzun ömür yaşayırlar.

Əkizlər – gənc yaşlarından qarşılarına məqsəd qoyur və illərlə sürətlərini azaltmadan hədəfə doğru gedirlər. Əkizlər bürcünə məxsus olan insanın işdən evə tez gəlməsini gözləməyin. Hətta onları yaşlı vaxtlarında da evdə dincələn, sobanın yanında qızınan görə bilməzsiniz. Onlar təqaüdə çıxana kimi karyeralarına davam edirlər. Hələ imkanları olsa, Əkizlər təqaüd yaşında da işləyərlər.

Xərçəng – bu bürcün nümayəndələri 2 cür olur: heç zaman qocalmayanlar və qocalanda Tereza ana kimi ətrafında olan insanların qayğısına qalmağı sevənlər. Şirlər kimi, Xərçəng bürcünün nümayəndələri də ətrafdakı insanların onların “ağ saçlarına” hörmət etməsini istəyirlər. Xərçənglərdən bir çox nəvələrin arzuladığı əla “klassik” nənə və babalar çıxır.

Şir – təbiətən təkəbbürlü və təmkinlidir. Bu xüsusiyyətlər illər keçdikcə daha da güclənir. Onlar qocalıqda daha sakit, qəddar və vüqarlı olurlar. Şirlər qocaldıqca nüfuzları artır və onlar hamıdan hörmət tələb edirlər.

Qız – bu bürcün nümayəndələrinin yaşı artdıqca ətrafdakı dünyanı neqativ qarşılayırlar. Onlar yaxşı formada qalmağı və sağlam düşüncədə olmağı xoşlayırlar. Qızlar daim beyin fəaliyyətini təkmilləşdirməklə məşğuldurlar. Ona görə də, qocalıqda bir qədər sərt, lakin ağıllı və olurlar.

Tərəzi – hər zaman xarici görkəminin qeydinə qalır. Ona görə də, artıq kiloqram və üzdəki qırışlardan azad olmaq üçün bütün vasitələrə əl atır. Adətən bu, onlarda alınır. Hətta Tərəzinin 80 yaşı olanda belə o, ətrafdakı insanları özünün 40 yaşında olmasına inandırmağa çalışır.

Əqrəb – qocaldıqca daha da əzəmətli olur. Bu bürcün təmsilçiləri özlərini illər boyu müdrikləşən filosof olduqlarını düşünürlər. Əslində, elə belədir ki, var. Lakin təəssüf ki, yaşlı Əqrəblər çox zaman şəxsi məqsəd və etiqadlarına əsir olurlar. Onlar hətta “qırsaqqız” olacaq qədər bağlana bilirlər.

Oxatan – Qoçlar kimi, Oxatanlar da qocalıq haqda düşünməyi sevmirlər. Onlar hətta öz yaşları haqda ətrafdakı insanlara sual verməklə canını boğazına yığır və onlardan öz yaşları ilə bağlı 2-3 kompliment almağa  çalışırlar. Sözün düzü, Oxatanlara deyilən komplimentlər özünü doğruldur. Çünki onlar özlərinə qulluq göstərməsələr də, ta qocalıb əldən düşənə qədər seksuallıqlarını və cazibədarlıqlarını qoruyub saxlaya bilirlər.

Oğlaq – bu bürcün nümayəndələrini Saturn planeti idarə edir. Saturn isə zaman və vaxt amilinə cavabdehdir. Maraqlısı isə odur ki, vaxt və zaman Oğlağın əksinə işləyir. Oğlaqlar “körpə qoca” kimi doğulur. Yaşı artdıqca onların xarakterində şıltaqlıq, dəlilik meylləri də artır. Yaşlı oğlaqlar, demək olar ki, uşaq kimi olurlar.

Dolça – Saturn planeti bu bürcə təsir etdiyi üçün onlar da uşaqlıqda Oğlaq kimi ciddi olur. İllərlə Dolçalarda ekssentriklik artır. Bu bürcün nümayəndələri ətrafdakı insanların onlar haqda nə danışdığına fikir verməməyə başlayırlar. Ona görə də, 80 yaşında onlar özlərini istədikləri kimi aparırlar.

Balıqlar – bu bürcün nümayəndələri qocalıqdan çox qorxurlar. Onlar kifayət qədər yaşamadıqları, görmədikləri şeylərə və yerinə yetirmədikləri işlərə görə həyəcan keçirirlər. Bunu nəzərə alan Balıqlar həyatında balans yaratmağa çalışırlar. Lakin onları daha çox xoşbəxt və uzun yaşamaq kimi fikirlər narahat edir. Ümumiyyətlə desək, Balıqlar həyatı boyu narahatdırlar.

publika.az

Go Back

Bürclər-17 dekabr

Qoç - işinizi optimallaşdırmağın yollarını düşünün. Gündəlik fəaliyyətinizdə, adət etdiyiniz işlərdə nöqsanlar və çatışmazlıqlar var. Layihələr, yeni sifarişlər varsa, tələsməyin. Vurnuxmaya yol verməyin.
Günün ikinci yarısında yad müstəvidə uğurlar qazanmağa çalışacaqsınız. Danışıqlar və görüş üçün münasib zamandır. Şəxsi münasibətlərdə müvazinəti pozmayın. Qısqanclıq üçün heç bir səbəb yoxdur. Maliyyə problemi sizi qorxutmasın.
Axşam saatlarında normal istirahət etməyə can atın.
 
Buğa - prioritet məqsədi müəyyənləşdirin, ona doğru irəliləməyə çalışın. Ofisdəki iş cansıxıcı olsa da, tapşırıqları vaxtında və səhih yerinə yetirin. Təcili işlərdə ləng davranmayın. Yaxın ətrafınızdakı insanlar arasında sizə yardım edəcək insan var.
Günün ikinci yarısında mövqelərinizi qorumaqla yanaşı, ailənizin mənafeyini ani hissə qurban verməyin. Yaxşı tanımadığınız insanlarla aqressiv davranmayın. Eviniz qalanızdır - unutmayın. İzafi emosionallıqda zərər var.
 
Əkizlər - kiçik problemlər ciddi neqativ emosiyalar yarada bilər. Sadəcə, öhdəliklərinizi yerinə yetirin. Sizi sınağa çəkmək istəyənlər var. Günün olaylarını diqqətlə müşahidə edin.
Günün ikinci yarısında işdə rəhbərliklə danışıqlarda gərəkli informasiyalardan yararlanın. İstənilən an yeni işə hazır olun.
Axşam saatlarına yaxın enerji potensialınızın səviyyəsi aşağı düşəcək. Romantik təmasları ertələyin. Sevdiyiniz insanla ünsiyyətdə qarşılıqlı anlaşma ilə bağlı problemlər yarana bilər.
 
Xərçəng - problemlərin öhdəsindən qeyri-trivial şəkildə gələ bilərsiniz. İntuisiyanıza, "altıncı hiss"inizə güvənin. Aktiv fəaliyyəti təxirə salaraq bir qədər dincəlmək və ya maraqlandığınız işlə məşğul olmaq istəkləriniz yersizdir.
Dəyər verdiyiniz insanları günün ikinci yarısında sevindirməyə çalışın. Ailə üzvlərinin irad və tələblərini nəzərə alın. Sevdiyiniz adamın sözlərinə diqqətlə qulaq asın.
 
Şir - yaşam sakit və rəvan olsa da, temperamentinizi nümayiş etdirməyə səbəb tapacaqsınız. Situasiyadan asılı olmayaraq təmkinli davranın. Yaxın ətrafınızdakı insanların istəklərini nəzərə alın.
Günün ikinci yarısında kimlərsə dediklərinizi nəzərə almırsa, aqressivləşməyin. Hadisələrin soyuqqanlı təhlili bir sıra səhvlərin qarşısını alar.
Dəyər verdiyiniz insanların qəlbini qırmayın.
İfrat emosionallıq, hisslərin nəzarətdən çıxması münasibətləri korlaya bilər. Maraqlandığınız insanla romantik anlar yaşamağa can atın.
 
Qız - yaxın ətrafınızdakı insanların qərarlarınıza kobud təsirinə və müdaxiləsinə imkan verməyin. Adi, yeknəsək yaşamı dəyişmək istəyi yaranıbsa, qətiyyətli olun. Qarşınıza qoyduğunuz məqsədlərə çatmağa çalışın.
Günün ikinci yarısında mənasız riskə yol verməyin. Fəsadları ağır olacaq səhvlərə yol verməmək üçün enerjinizi yaradıcı istiqamətə yönəldin.
Dəyişikliklər istəyi sizi axşam saatlarında düşünülməmiş addımlar atmağa vadar edə bilər. Orijinal görünmək üçün absurd görünməyin.
Hisslərinizin köləsinə dönməyin, amma soyuqqanlılığı absolyuta da yüksəltməyin.
 
Tərəzi - yaranmış situasiyanı, sadəcə, inad və ya əzmlə dəyişmək mümkün deyil. Buna rəğmən, ruhdan düşməyin. Saatlar keçdikcə müsbət təmayüllərin təsiri artacaq. Maliyyə məsələlərində risk etməyin. Xərclərinizə nəzarət edin.
Günün ikinci yarısında ailə həyatında və ya sevdiyiniz insanlarla təmaslarda mürəkkəb anlar, sərinləşmələr yarana bilər. Yaxınlarınız sizi anlamağa çalışırlar. Amma situasiya mürəkkəb olduğundan mübahisələrə başlamayın, mənfi emosiyalarınızı izhar etməyin. Axşam saatlarını sakit şəraitdə keçirin.
 
Əqrəb - aktiv olun, yaşam proseslərinə nəzarət rıçaqlarını əldən verməmək üçün fəal çalışın. Səlahiyyətlərinizi başqasına həvalə etməyin. İşdən imtina etsəniz, itkilər qazancdan daha çox olacaq. Əməyinizin bəhrəsini mənimsəmək və ya öz adına çıxarmaq istəyənlər tapılacaq.
Günün ikinci yarısında dostlardan birinə təcili kömək gərəkdir. Tələsin, vaxt itirməyin.
Yaxınlarınızla təmaslarda impulsiv davranmayın. Əhval dəyişiklikləri və emosiyalarınız davranışınızın imperativinə çevrilməməlidir. Axşam saatlarında enerji potensialınızın səviyyəsi aşağı düşəcək. Yuxusuzluq istisna deyil.
 
Oxatan - enerjili və fəal davranaraq məqsədə çatmaq üçün bütün vasitələri sınayın. Emosional yenilənməyə zərurət var. Belə anlarda dəyişikliklər yanğısı ilə çılğınlıqdan qurtulmaq gərəkdir. Yeniliklər və islahatlar nədənsə vaz keçməyi tələb edir. Usanmayın. Yeni imkanlar qurbansız olmur.
Dəyər verdiyiniz insanla münasibətləri günün ikinci yarısında təftiş edin. Aparılan yox, aparan olun. Yeni təcrübədən yararlanmaq pis deyil.
Tanışlıqda önəmli insanı itirməyin.
 
Oğlaq - təmaslarda ehtiyatlı, ünsiyyətdə səlis olun. Düşünülməmiş deyilən söz opponenti rəqibə çevirə bilər. Özünüzə nəzarət edin. İşgüzar əlaqələr və biznesi təhlükəyə atmayın.
Kredit götürmək, borc almaq məsləhət deyil.
Günün ikinci yarısında illüziyalara qapılmayın. Arzularınız və istəkləriniz hər şeydən mühüm nəsnələr deyil. Ailə üzvləri ilə təmaslarda qayğıkeş, səmimi olun.
Səhhətinizə fikir verin. Ümumi halsızlıq, mədə ağrıları, ürəkbulanma istisna deyil. Zökəmə yoluxa da bilərsiniz.
 
Dolça - qəti qərar verərək sözdən işə keçməzdən əvvəl ən optimal və mümkün qədər effektiv yol tutduğunuza əmin olun. Mübahisə də ola bilər. Fikirləri ilə mövqeləri sizdən tam fərqlənən insanla mükalimədə haqlı olduğunuzu hər vəchlə sübut etməyə can atmayın.
Günün ikinci yarısında maraqlar münaqişəsi və ya toqquşmalar təmasları korlaya bilər. Axşam saatlarına romantik görüş və ya təmaslar planlaşdırmayın. Əhvalınız pisləşərsə, yuxusuzluq qaçılmazdır.
 
Balıqlar - uzun müddətdən bəri hazırladığınız planı mükəmməl etməyə çalışın. Problemlərin özbaşına, avtomatik həllini tapacağını ağlınıza belə, gətirməyin. İdeyalarınızı reallaşdırmaq üçün etibar etdiyiniz insanların yardımlarına ehtiyacınız var.
Günün ikinci yarısında peşəkarlarla çalışın. Ailə həyatında hər şey normaldır. Yaxınlarınıza yardım edin, məsləhətlərinizi əsirgəməyin.
Axşam saatları xoş görüşlər, yaxşı tanışlıqlar vəd edir. 
milli.az

Go Back

Bürclər cizgi film qəhrəmanı kimi

Qoç - Maşa və ayı cizgi filmindəki Maşa. Maşanın xarakteri bütün qoçların xarakteri ilə üst-üstə düşür-tərs və sərbəst.Buna görə o nə istəsə əldə edə bilər. Hətta ayı ilə əla dost ola bilər.

Buğa - Bu bürc altında doğulanlar öz evini sevir,evcanlıdır. Sakitlik və rahatlıq axtaran Şrek tam uyğun gəlir. Nə olsun ki Şrek bəzən kobud olur, naturaca hədsiz xeyirxah biridir.

Əkizlər - Bu balaca dəcəl Jerry-dir. Jerry tipik əkizlərdir. Axı bu bürcün nümayəndələri də çox hərəkətli və hər şeylə maraqlanandırlar. Və onlar bizim dünyamıza hədsiz pozitivlik qatırlar.

Xərçəng - Tipik xərçəng sədaqətli,emosional və evdardır. Bu bürcə köhnə xeyirxah bir cizgi filminin qəhrəmanı Kuzya uyğun gəlir.

Şir - Kaprizli və müstəqil Nyuşa bu bürcü təmsil edəcək. Cazibədar qəhrəmanımız bütün kişi cinsinin nümayəndələrini özünə tabe etməyi xoşlayır. Həmişə hər vəziyyətdən qalib çıxmağı bacarır.

Qız - Su pərisi filmindəki gözəl Ariel şahzadəyə aşiq olur və onun xatirinə doğma dənizi də tərk etməyə hazırdır. Qız bürcünün nümayəndələri öz məqsədlərinə çatmaq üçün hər şeyə hazırdırlar. Xoşbəxtlik axtarışında getdikləri yol onları hara aparsa da ardınca gedəcəklər.

Tərəzi - Tərəzilər adətən xeyirxah və hamıya kömək əlini uzatmağa hazır olurlar. Bu Ağbənizdir-gənc xanım həmişə hər kəsə kömək edir,ona uzanan əli boş qaytarmır. Onun ən yaxın dostları bu diqqəti və qayğını qiymətləndirir. Tərəzilərdə də belədir-hər zaman yanlarında sadiq və əsl dostları var.

Əqrəb - Ördək hekayələri cizgi filmindəki Scrooge McDuck – hər şeyə işğüzar yanaşma,öz ailəsini sevən və qayğısına qalan biridir. Amma həmişə öz mənfəətini gözləyəcək, kommersiya işlərinə qarşı güclü hissiyatı ilə məşhur olacaqlar. Scrooge əqrəblərin simasıdır.

Oxatan - Prostokvaşino cizgi filmindəki sadəlövh Şarik-əsl optimist, heç vaxt ruhdan düşməyən oxatanların bariz nümunəsidir. Həmçinin Şarik narazı Matroskinə heç vaxt hirslənmir,həmişə konfliktli hallardan yayınmağa çalışır. Çünki xeyirxah qəlbi var. Düzgünlüyü,açıqfikirliyi və həyatsevərliyi heyranedicidir.

Oğlaq - Ən çətin vəziyyətlərdə də dözüm və özünü idarə etməyi bacaran kapitan Vrungel həm də özünə inamı və cəsarəti ilə seçilir. Bu bürc həm də praktik və işğüzarlıq vəd edir.

Dolça - Onlar açıqfikirli və dostcanlıdırlar. Özgə dərdini yaxşı başa düşür və əllərindən gələni edirlər ki dara düşən dostlarına kömək olsunlar. Ona görə də onların cizgi filmindəki qəhrəmanı timsah Genadır. Tənhalığa nifrət edən Gena bundan qaçmaq üçün elə orijinal hərəkətlər edə bilər ki... Məsələn bir dəfə o bütün şəhərə dost axtarmağı haqda elan da yapışdırmışdı.

Balıq - Kədərli və xəyalpərvər İa-nı hansınız xatırlamırsınız? Vinni Pux cizgi filmindən tanışdır sizə. Bu personaj açıq aşkar balıqları təmsil edir. Axı balıqlar melanxolokdirlər,onlar fəlsəfi fikirlərə meyl edirlər. Güclü təsəvvür qabiliyyəti,ətraf aləmi idealizə etmək onlara məxsus haldır. İa heç vaxt qonaq getmir, onun sevimli yeri göl qırağıdır. Burda düşüncələrə dalmaq onun çox xoşuna gəlir.

Go Back

Tanışlıq günü və proqnozlar

Həftənin hansı günündə tanış olmağınız sonrakı münasibətlərin səviyyəsini və keyfiyyətini müəyyən edir. Buyurun baxın, görün ki, ahəngdarlığınız, uyarlığınız necədir?..

Bazar ertəsi - Ay günü

Əgər ilk tanışlıq bazar ertəsi baş tutubsa, ruhən yaxınlığın yaranacağına tam əmin ola bilərsiz. Həyati dəyərlər, maraqlar üst-üstə düşəcək, mənəvi uyarlıq təmin ediləcək.
Bu adamlar imkanı daxilində bir-birinə dayaq duracaqlar. Məişət işlərində əl-ələ verib çalışacaqlar. Məqsədə çatmaq üçün hər iki tərəf ən xırda detalları da müzakirə edib öz öhdələrinə düşən yükü məmnuniyyətlə çəkəcəklər. 
Kənardan bu münasibətlər başqalarının həsədinə tuş gələcək. Belə təəssürat yaranacaq ki, münasibətlər uzunömürlüdür. Onlar bilməlidir ki, əldə etdikləri uğurlarla qətiyyən kifayətlənmək olmaz.
Münasibətlərin inkişaf etməsi və uzunömürlü olmasından ötrü onlar bir-birinə yeni-yeni təəssüratlar bəxş etməlidirlər. Biri digərindən heç nəyi gizləməməlidir. Əksinə, ürəyini açıb şübhələrini onunla bölüşməlidir. Onların həyəcan və sevincləri bir yerdə olmalıdır.

Çərşənbə axşamı — Mərrix günü

Tanışlığın çərşənbə axşamı baş verməsi onu göstərir ki, Mərrix səyyarəsi nəyi varsa, fədakarlıq və səxavətlə sizə bəxş edəcək. Onun nəyi var? — sualına cavabda deyə bilərik: «təşəbbüs, özünə inam, qətiyyət, işgüzarlıq, ciddi-cəhd, tükənməz enerji!» Bu azdır məgər?!
Yeni tanış olduğunuz adam ünsiyyətlər boyu sizi əmək və sevgi cəbhəsində qəhrəmanlığa səsləyəcək, özünü qiymətləndirmə meyarlarınızın səviyyəsini qaldıracaq, təzə başladığınız işlərdə köməkçiniz olacaq.
Çərşənbə axşamı tanış olanlarda əks bir keyfiyyət də müşahidə olunmaqdadır. Bu ünsiyyətlərdə həddən artıq qətiyyət, tələbkarlıq, ürəyə toxunan söz söyləmək, qıcıqlandıran hərəkət etmək halları da olur.
Hiss eləmək o qədər də çətin deyil ki, sizi iradələrinə tabe etməyə çalışırlar. Sizi kiçiltmək istəməklə imkanlarınızdan öz xeyirlərinə yararlanacaqlar. Bütün bu yaramazlıqları görüb hərif yerində qalmayacaq, açıq fəaliyyətə başlayacaqsız. Bu halda münasibətlərin süqutu qaçılmazdır. Çərşənbə axşamı tanış olanlar çox tez dalaşmağa, hətta bir-birinə təhqiramiz söz deməyə belə, cəsarət edirlər. Onları tənqid edəndə bir ehtiyatsız söz işlətmək barıt çəlləyinə od vurmağa bənzəyir. Gözlənilən qorxu baş veribsə, belə vəziyyətdə nə etməli? Onda, ümumi maraq kəsb edən bir işdən yapışmaq lazımdır. Məsələn, birgə biznes, teatr tamaşaları qoymaq, müştərək nəsə yazmaq, çəkmək, nə bilim, lap birgə kələm yetişdirmək… Bu işlərin hamısı işə yarayır.
Həmfikir olmasanız da, yeni işlər sizi birləşdirər.

Çərşənbə — Ütarid günü

Ütarid səyyarəsi Günəşə ən yaxın kiçik, yüngül, cəld hərəkətdə olan planetdir. Bu gün uğur qazanmaq üçün hər bir imkan var.
Çərşənbə günü tanış olanlar zirək, ürəyiaçıq, zarafatcıl və yumoru anlayanlardır. İlk baxışdan qaradinməz görünsələr də, söhbətə ayaq qoyan kimi vaxtın necə keçdiyini heç biriniz hiss etməyəcəksiniz. Necə deyərlər. xoşbəxtlər saata baxmır. Bir-birinizə o qədər təzə xəbərlər söyləyəcəksiz ki, lap bu informasiya dəryasında batmaq olar. Eşitdikləriniz mütləq nə vaxtsa karınıza gələcək.
Yeni tanışınız sizi bədbinliyə qapılmaqdan xilas edəcək. Öhdəsindən gəlmədiyiniz işlərdə yardımçınız olacaq.
Əgər araya münaqişə düşsə, bu adamlar birdəfəlik hərə bir yerə çıxıb gedəcək, ayrılacaqlar. Onları daha heç kim və heç nə birləşdirə bilməz.

Cümə axşamı — Müştəri günü

Bu gün tanış olanlar bir-birinə gərəkli adamlardır. Müştəri səyyarəsi fəaliyyət dairəsini genişləndirməyə xidmət edir. Qarşınızda geniş üfüqlər açılacaq, xoşbəxt sonluqla bitən əməllərə rəvac verəcəksiz.
Daha yüksək mövqeyə çatmağa uğurlu cəhdlər edəcəksiz. Sizin tanışınız haminizə çevriləcək. İşgüzar iş adamı kimi o, həmişə yanınızda olacaq.
Geniş, əhatəli biliyi olan bir adam kimi ondan çox şey öyrənəcəksiz. Dünyagörüşünüzü təkmilləşdirmək yönündən onun zəhmətləri çox olacaq.
Kiçicik uyğunsuzluqlar böyük diqqət ayrılsa, araya nıübahisə və münaqişələr düşə bilər. Bu vaxt bir-birinə qarşılıqlı ittihamlar və anlaşılmazlıq yönündən yanaşacaqsız.
Ünsiyyətləri, xeyirli münasibətləri qorumaq üçün. əlaqələri uzunmuddətli etməkdən ötrü yaranmış anlaşılmazlığın yerindəcə həllinə çalışmaq lazımdır. Nə qədər açıq danışılsa, bir o qədər səmimi münasibət möhkəm olar.

Cümə — Zöhrə günü

Cümə günü tanış olan adamların ünsiyyətləri arzuolunandır. Zöhrə səyyarəsi həm də həzlərə, ləzzətlərə cavabdehdir. Bu ünsiyyətlər hər vaxt, hər yerdə xoşdur, fərəhəfzadır. Tanışlar bir-birinin tələbatını ödəyə bilir, həyatlarını uğurlu, zəngin etməyi bacarırlar.
İstəklərini təmin etmək bu adamlar üçün ən vacib şərtdir. Maddi durumu yaxşılaşdırmaq üçün ən münasib variantı axtarıb tapmaq da onların missiyasına daxildir.
Ünsiyyətlər təmiz əsasda gözəldir. Burada bir-birindən bəhrələnmək məsələsini ortaya qoymaq düzgün deyil. Əgər kimsə inam və etibardan möhtəkirliklə istifadə etsə, yoldaşına xeyir vermək istəməzsə, xidmətində durmağa ərinərsə, bu halda münasibətlər qəlizləşər və tezliklə pozular.
Münasibətləri uzun müddət qorumaq üçün fədakarlıqla və səxavətlə ünsiyyət saxlamaq lazımdır.

Şənbə — Zühəl günü

Bu gün tanış olan adamların ünsiyyətləri bir-birinə əksdir. Zühəl səyyarəsi vəzifəcə böyüməyə xüsusi diqqəti və himayəsi olandır. Ona görə də, tanışlar bir-birindən bəhrələnmək məqsədini güdürlər. Onların öz hisslərinə meydan verməyə nə həvəsləri var, nə də vaxtları. Az vaxt ərzində bir-birindən böyük mənfəət qazanmaq istəyirlər.
Onlar bir-birinə ona görə kömək edirlər ki, öz mənhus planlarını həyata keçirə bilsinlər. Hiss-həyəcanlarından çox, cari və perspektiv işlər haqqında danışmağı xoşlayırlar. Vəzifə borcunu yerinə yetirmək və işdə irəliləmək üçün bu adamlar bir-birinə lazımdır.
Qara rəngli Zühəl səyyarəsi «bədlik gətirir» — deyirlər, hər iki tərəf iddialı olduğundan, tez-tez bir-birinə qarşılıqlı ittihamda bulunurlar.
Əgər onlardan biri güzəştə getməsə, xırda incikliyin üstündən keçməsə, münaqişələr qaçılmazdır. Başqasının çatışmayan cəhətlərinə qarşı dözümlü olsalar, ünsiyyətlərin ömrünü uzadarlar.
Bu gün tanış olanların dözümünü elə bil ki, imtahana, sınağa çəkirlər. Zühəl həm də tale səyyarəsi olduğu üçün, çox vaxt şənbə günü tanış olanlar ömüıiük ünsiyyət qura bilirlər. Bu adamların təvəllüdü də şənbə gününə düşərsə, münasibətlərin ömrü uzun ola bilir.

Bazar – Günəş günü

Günəş də Mərrix kimi od səyyarəsi olduğu üçün, bu gün tanış olanlar ilhamlı, enerji ilə dolu olur. Onlardan biri digərini bilvasitə və ya bilavasitə ilhamlı yaradıcılığa səsləyəcək. Yoldaşının imkan və qabiliyyətlərini aşkara çıxarıb genişləndirmək üçün onlar sinov gedirlər. Siz də ona borclu qalmayacaqsız. Ona ruh verib gücünü çoxaltmaqla, özünüz də rahatlanacaqsız.
Əgər pafoslu danışsaq, biriniz o biriniz üçün sıcaq günəş olub hərarət və şəfəqlərinizlə onun istedad və qabiliyyətlərinə istilik və işıq salacaqsız.
Yaradıcılıq mübahisələri böyüyüb anlaşılmazlığa və münaqişəyə də çevrilə bilər. Tənqidə dözümsüzlük bu gündə tanış olanlar üçün xarakterik cəhətdir. Bacardıqca tərif və komplimentlərdən çox istifadə etsəniz yaxşıdır. Tərifli söz sevgi qapılarının kilidinə düşən açardır. Qapının dalında qalmaq istəmirsizsə, açarınızı çıxarıb içəri daxil olun və açarınızı heç vaxt itirməyin.

Mənbə: Filologiya elmləri namizədi, münəccim Firudin Əliağa oğlu Qurbansoyun "Sevgilini tanıyırsanmı?" kitabı

Go Back

Bürclər-10 dekabr

QOÇ - Ağır fiziki işlərə bir qədər ara verməyiniz tələb olunur. Əks təqdirdə səhhətinizdə mənfi fəsadlar baş qaldıra bilər. Nahardan sonra şəxsi büdcənizi artırmaq üçün imkanlar qazanacaqsınız.
BUĞA - Əksər sahələrdə sevindirici hadisələrlə rastlaşma ehtimalınız var. Lakin bu yönümdə maliyyə məsələləri istisna təşkil edəcək. Hər halda ovqatınıza mənfi təsir göstərən amil olmayacaq.
ƏKİZLƏR - İxtiyarınızda olan bu təqvim sizin üçün o qədər də rəngarəng keçməyəcək. Yaxın olduğunuz şəxslərlə münaqişəniz gözlənilir. Fəaliyyətinizlə bağlı xoşagəlməzliklər də mümkündür.
XƏRÇƏNG - Hər mənada əhəmiyyətli gündür. Bir tərəfdən çoxdan görmədiyiniz adamlarla rastlaşmağınız, digər tərəfdənsə qarşılıqlı münasibətlərdə rəvan davranışlar sizə rahatlıq bəxş edəcək.
ŞİR - Qarşınızda böyük perspektivlər durur. Hansı addım atacağınızdan asılı olan gələcək situasiyalar məsuliyyət hissinizi də artırmalıdır. Ağlınız kəsməyən işlərə ciddi yanaşmayın.
QIZ - Astroloji göstəricilər saat 18-ə qədər uğurlu məqamlar yaşayacağınızı bəyan edir. Sonrakı müddəti isə neytral şəkildə başa vurun. Bu gün varlanma ehtimalınız böyükdür.
TƏRƏZİ - Əsas enerjinizi sevgi münasibətlərinə yönəldin. Çünki yeganə uğurunuz bu sahə ilə bağlı olacaq. Fəaliyyət zəminində isə hansısa irəliləyişi gözləməyə dəyməz. Yalan danışmayın. 
ƏQRƏB - Bu gün sizə mütləq kimsə kənardan dəstək verməlidir. Yoxsa passivliyiniz aradan qalxmayacaq. Pulla bağlı problemlərinizin həllinə çalışın. İctimai yerlərdə çox görünməyin.
OXATAN - Ciddi sınaqlarla baş-başa qaldığınızı nəzərə alan ulduzlar hər hansı riskin yolverilməz olduğunu vurğulayır. Qərar çıxararkən mövcud vəziyyəti və imkanlarınızı göz önünə gətirin. 
OĞLAQ - İstirahət haqqında düşünməyin. Çünki indiki məqamda bütün perspektivləriniz aktivliyinizdən asılıdır. Qarşıdakı həftədə görəcəyiniz işləri indidən planlaşdırın. Maraqlı görüşlər də labüddür.
SUTÖKƏN - Bəzi cəhdləriniz uğursuzluqla nəticələnsə də, buna görə qəmlənməyə dəyməz. Çünki Göy qübbəsi nahardan sonra sizə gözlənilməz sevinc bəxş edəcək. İşdə uğurlarınız mümkündür.
BALIQLAR - Yaxşı olar ki, ağır fiziki işlərə ara verəsiniz. Əsas gücünüzü diplomatik görüşlərə həsr edin. Axşam saat 18:07-yə qədər mənfi enerjili Ay bürcünüzə daxil olduğu üçün səhhətinizi qorumalı, səfərə çıxmamalısınız.
musavat.com

Go Back

Bürclər-09.12.2014

Qoç - günün ilk yarısında maliyyə məsələləri ön plana çıxacaq. Bir qədər əvvəl xərcləriniz çox olduğundan gəlirləri artırmaq zamanıdır. İndi yeni işlərə başlamaq üçün ən yaxşı zaman olmasa da, əlavə gəlir mənbəyi arayın.
 
Günün ikinci yarısında ideyalarınızı reallaşdırmaq üçün əlverişli imkanlar arayın.
Situasiyanı nəzərə alın. Belədə ailə üzvlərinizin yaxın gələcəklə bağlı nigaranlıqları yaranmaz. Axşam saatlarını sevdiyiniz insanla gəzintiyə həsr edin.
 
Buğa - yaşanan situasiyaya diqqət yetirin. Naqolay vəziyyətə düşməmək üçün sayıq və sərvaxt davranın. Gördüyünüz işi diqqətlə yoxlayın. Dəqiq hesablamalar və mühüm sənədlərlə çalışanda diqqətiniz mənasız nəsnələrə yayınmasın. Əks təqdirdə ağır fəsadlı səhvlər istisna deyil.
Günün ikinci yarısında yaxınlarınızdan biri ilə bağlı narahatlığınız əsassız deyil. Ailə üzvlərinizdən biri problemlərindən danışmağa çəkinir. Aşkar danışsanız, ailədəki ab-hava yaxşılaşar.
 
Əkizlər - günün ilk yarısında tərəfdaş və ya şəriklə iş böyük məsuliyyət tələb edir. Yardım üçün təcrübəli, bacarıqlı insanlara müraciət edin. İşlərinizi uğurlu məcraya salmağa çalışın. Yeni işlərə başlamayın.
Günün ikinci yarısında fərqli layihəyə başlamaq üçün görüş təyin etməyin.
Qohumlarla təmaslar sahəsində qərarların qəbulunda müstəqillik istəyiniz münasibətlərdə çətinliklər yaradacaq. Üstəlik, lider mövqeyini laxlatmaq istəyəcəklər.
 
Xərçəng - daha aktiv işləmək bəzi məsələlərə yenidən baxmaq və müəyyən işləri yenidən görmək istəyi yaratsa da, təmkinli olun. Bütün işlərə vaxt, enerji və ya imkan çatdıra bilməzsiniz. Şərait ilk baxışdan uğurlu təsir bağışlasa da, genişmiqyaslı layihəni ertələyin.
Günün ikinci yarısında ifrat yorğunluq hissi yaranmasın deyə emosional olmayın, bütün hədəflərə çatmağa can atmayın. Bütün diqqəti bir işə yönəldin.
Problemləri səmimi müzakirə ilə çözmək mümkündür. Ailə üzvlərinizə danışmağa, fikirlərini bildirməyə imkan yaradın. Ən yüksək maneəni də dəf etmək olar. Bu minvalla mövqelərinizi daha da möhkəmləndirə bilərsiniz.
 
Şir - fərdiyyətçilik heç də ən effektiv metod deyil. Mövqelərinizi möhkəmləndirmək istəyirsinizsə, iradəli və qətiyyətli olun. Kənardan yardımlar olmadan, kimdənsə dəstək almadan məqsədə çata bilərsiniz. Bunun sonucu isə yorğunluq, ətrafınızdakı insanların qəzəbi və kəskin sözləri olacaq.
Günün ikinci yarısında yeni işlərə aktiv şəkildə başlamağa dəyməz. İnanmadığınız insanın yardım təkliflərini qəbul etməyin.
Yaxınlarınızla münasibətlərdəki problemlər həll olunmursa və sayı daha da artırsa, təmkinli davranın. Bezdirici münasibətlərə son qoymaq zamanıdır.
Əks halda ünsiyyətlərdə fəlakət yaşanacaq.
 
Qız - nüfuzlu və hadisələrə təsir imkanına malik insanların olaylara müdaxiləsi yolveriləndir. Yaranmış problemlərin öhdəsindən bu minvalla gələ bilərsiniz. Yaxın ətrafınızdakı insanları sərt tənqid etməyin. Amma tənqidlə iradlara kəskin ehtiyac yaranarsa, bunun üçün diplomatik ifadələr seçin.
Günün ikinci yarısında yeni layihə və ya işə başlamayın, bu prosesi daha əlverişli vaxtadək təxirə salın.
Az sonra müsbət təmayüllərin təsiri artacaq.
Axşam saatlarında xırda məsələlərə görə yaxınlarınızla mübahisə etməyin. Ən adi sözlər qıcığa, incikliyə səbəb ola bilər. Yorğunluq hiss edəcəksiniz.
 
Tərəzi - öhdəliklərinizi fasiləsiz, metodik şəkildə yerinə yetirin. Ağır fəsadlara səbəb olacaq səhvlərə yol verməyin. Yaxın ətrafınızdakı insanlarla emosional təmaslarda ola bilərsiniz. Yaxın gələcəyinizin asılı olduğu, bundan sonra sizə dəstək verə biləcək insanlarla aktiv ünsiyyətdə olun.
Günün ikinci yarısında ailədə stabil situasiya peşəkar fəaliyyətinizə müsbət təsir edə bilər. Qarşılıqlı əlaqələr möhkəmlənəcək, hisslər daha stabil olacaq. Axşam saatlarında gəzintiyə yollanmaq mümkündür.
 
Əqrəb - günün ilk yarısında qüvvə və imkanlarınızdan bədgümanlıq gördüyünüz işin nəticəsindən narazılıq hissi yarada bilər. Etibar etdiyiniz insanın dəstəyini almağa çalışın. Tərəfdaş və ya şəriklə söhbətdə situasiyanın təfərrüatlarını müzakirə edin.
Günün ikinci yarısında səhhətinizə fikir verin. Daha yaxşı mövqelərə layiq olduğunuzu, sürəkli ədalətsizliklə qarşılaşdığınızı düşünürsünüzsə, radikal addım atmaqdan çəkinməyin. Qətiyyətli olun. Emosiyalarınızı gizlətməyin. Amma başqalarının acığını sevdiklərinizdən çıxmayın.
Ailə üzvlərinin qəlbini qırmayın.
 
Oxatan - fəaliyyət sahəsini genişləndirmək, yeni sifarişlər almaq istəyirsinizsə, addımlarınızı və qərarlarınızı planlaşdırın. Yeni işə, layihəyə başlamağa dəyməz.
Yaxın ətrafınızdakı insanlardan birinin fikirləri sizdə qıcıq yarada bilər. Sakit, soyuqqanlı olun. Mübahisələrdə arqumentləri qulaqardına vurmayın.
Günün ikinci yarısında dəyər verdiyiniz insanlardan biri qərarlarınıza qəflətən etiraz etməyə başlayacaq. O, bunu açıq-aşkar yox, gizlicə edəcək. Sevdiyiniz insanla açıq söhbətə başlaya bilərsiniz.
Dəyər verdiyiniz insanın diqqətini cəlb etmək üçün ekstravaqant addımlar atmayın. 
 
Oğlaq - günün ilk yarısında işləri qaydaya salın. Proseslərin adət etdiyiniz məcrada olmasına çalışın. Narahat olmayın, situasiyanın kəskin dəyişə biləcəyini düşünməyin. Kənar amillərdən və ya başqasının tələbatından asılısızsa, durum ağırlaşacaq.
Sükan arxasında ehtiyatlı davranın. Cərimə riski var.
Günün ikinci yarısında dəyər verdiyiniz insanla münasibətləri sərinləşdirməyin. Şərtləri dəyərləndirin, situasiyadan maksimal dərəcədə yararlanmağa çalışın.
Axşam saatlarında görüşə yollana bilərsiniz.
 
Dolça - günün ilk yarısı mürəkkəb, qarışıq zamandır. İstəklər və niyyətlər gərginlik yarada bilər. İntiqam hissi və ya opponentin yalan danışdığını aşkarlamaq istəyi işlərin gedişatına çox pis təsir edə bilər.
Enerjiniz yalnız bir istiqamətdə olmamalıdır.
Günün ikinci yarısı yeni layihələr və ya işlər üçün sərfəli deyil.
Əks cins mənsubu sizinlə maraqlana bilər. Axşam saatlarını ailə üzvləri ilə keçirin. Normal istirahət etməyə çalışın.
 
Balıqlar - fəaliyyətinizdən həzz alırsınızsa, həttə ən rutin, gündəlik işlərə də yaradıcı yanaşma tələb olunur. Qayğılar bu gün maksimum vaxt alacaq. İşlərin öhdəsindən gəlmək istəyirsinizsə, təcrübəli insanların məsləhətlərinə qulaq asın.
İradlar və tənqidlər sizi təbdən çıxarmasın. Emosiyalarınıza nəzarət edin.
Günün ikinci yarısında yaxınlarınızla müzakirələr və ya mübahisəni təxirə salın. Belədə təmaslarda rəvanlıq yaranacaq. Axşam saatları romantik görüş üçün münasibdir.
bizimyol.info

Go Back

Bürclər-07.12.2014

Qoç - başladığınız işlərdə qazana biləcəyiniz uğurlar yaxın ətrafınızdakı insanlara təsir səviyyəsindən asılıdır. Dostlarla tanışların dəstəyini alsanız, bütün sədləri asanlıqla dəf edə biləcəksiniz. Həmfikirlər tapın. Seçdiyiniz yolun səhihliyinə onları inandırın.
Günün ikinci yarısında işlərə görə məsuliyyət daşımalısınız. Münasibətlərdə eqoizmə yol verməyin.
Axşam saatlarını qonaq qəbuluna, dostlarla görüşə həsr edin. Şayiələrdən, yaxınlarınızı tənqid etməkdən uzaq olun. Subaysınızsa, taleyinizdə yeniliklər ola bilər.
 
Buğa - gündəlik yaşamınızda yeniliklər və dəyişikliklər barədə düşünün. Şəraitin formasına nəzər salın. Yeni işə başlamaq olar. Amma potensial və imkanlarınızı dəyərləndirəndə səhvə yol verməyin. Həddən artıq ağır iş və ya genişmiqyaslı layihə sizdə ifrat yorğunluq yarada bilər.
Günün ikinci yarısında yaxınlarınız sizə dürüst məsləhətlər verəcək, mənasız və absurd ideyaların illüzorr olduğunu göstərməyə çalışacaqlar. Axşam saatlarını əzizlərinizlə ünsiyyətə həsr edin.
 
Əkizlər - ətrafınızdakı insanlarla təmaslarda intuisiyaya güvənin. Daxili səsiniz sizə konkret insanla davranışın yollarından xəbər verəcək. Yeni biliklər və məlumatların alınması, təcrübənin əxz olunması prosesində maneələr yarana bilər.
Günün ikinci yarısında mühüm məqamı nəzərdən qaçırmayın. Fiziki təmrinlərdə xeyir var.
Axşam saatlarında yaxşı bələd olmadığınız insanların məclisinə qatılmayın. Sevdiyiniz insanla münasibətlərdə səmimilik bədbinlikdən qurtara bilər.
 
Xərçəng - çox qərarları müstəqil qəbul etməlisiniz. Məsləhət almağa vaxt qalmır. Situasiya sizi təlaşlandırmasın. Belədə müstəqil və effektiv davranmağı öyrənəcəksiniz. Mövqelərinizi möhkəmləndirin.
Günün ikinci yarısında fikrinizi bildirməzdən əvvəl deyəcəyiniz sözlərə diqqət edin. Sirr saxladığınız məqam faş olacaq.
Axşam saatlarında yaxınlarınız və dostlarınızla birlikdə olun. Məişət məqamlarını nəzarətdə saxlayın. Unutqanlığınız ailə üzvlərinizi qıcıqlandıra bilər.
 
Şir - aktiv və enerjili olun. Yeni işlərə başlamaqla yanaşı, yarımçıq qalmış işləri də bitirin. Bu yaxınlarda yol verdiyiniz səhvin fəsadlarını aradan qaldırmaq gərəkdir. Situasiya çətin deyil. Sadəcə, seçdiyiniz metodun düzgün olduğunu yəqinləşdirin.
Günün ikinci yarısında bütün sirlərinizi faş edərək uğurlarınızla qürrələnməyin. Nailiyyətləriniz heç də hamını sevindirmir.
Axşam saatlarını gəzintiyə, yaxud da yaxınlarınızla birgə istirahətə sərf edin.
Görüş üçün əlverişli zaman deyil.
 
Qız - bütün işləri qısa zamanda həll etmək istəyi məntiq və situasiyanın şərtlərinə zidd olmaqla yanaşı, çox qeyri-effektiv qərar ola bilər. Bununla yanaşı, rasional davranışınız və qənaətcilliyinizi bəziləri bəyənməyə bilər. Qıcıqlanan insanlara fikir verməyin.
Günün ikinci yarısında vəziyyətdən faydalanmaq imkanlarınız var. Ətrafınızdakı insanların bəziləri inciyə bilər.
Axşam saatlarında bəzi şəxslər sizə xoş olmayan mövzuda söhbətə başlayacaqlar. Enerji səviyyənizin aşağı olması aktiv hərəkətlərə imkan vermir.
 
Tərəzi - qayğaları unutmasanız da, onların bəzisinin çözümünü ertələyin. Həllini tələb edən işlə məşğul olun və diqqəti əsas məsələyə yönəldin. İnkişaf edin, sosial yaşamdakı mövqelərinizi gücləndirin. Yardım gözləyən insana kömək edin.
Yolda ehtiyatlı olun.
Günün ikinci yarısında inadkarlıq, mövqelərdən zərrə qədər geri çəkilməmək, dəyişməməkdə israrlı olmaq sevdiyiniz insanla münasibətlərinizə zərbə vura bilər.
Anlayın ki, adi, ənənəvi davranış modeli problemlərin həlli deyil.
 
Əqrəb - cari problemləri həll etmək üçün imkanlar, əlaqələr və təmaslardan yararlanın. Şübhələrə qapılmayın, qərarları vaxtında və sürətlə qəbul edin.
Belədə istənilən ağır situsiyadan uğurla çıxa bilərsiniz.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan bəziləri sizə aşkar şəkildə paxıllıq edəcəklər. Saatlar keçdikcə günün olayları sizi yoracaq.
Yaxınlarınızdan biri mübahisəsində hakimlik etmək üçün sizə müraciət edəcək, anlaşılmazlığın həllində yardım istəyəcək. Pis məqam deyil, amma təşəxxüsə qapılmayın. Üstəlik, qərarlarınıza görə məsuliyyətə hazırlaşın.
 
Oxatan - tərəfdaş və şəriklərlə normal münasibətlər işlərin görülməsində karınıza gələcək. Yaxınlarınız mövqelərinizi dəstəkləyəcək, öz üzərilərinə əlavə öhdəliklər götürərək yardım edəcəklər. Situasiya spontan inkişaf edəcək.
Günün ikinci yarısında planlarda dəyişikliklər, mühüm qərarların ertələnməsi zərurəti yaranacaq.
Astagəllik və hər məqamı ən kiçik xırdalıqlara, təfərrüatlaradək götür-qoy etmək istəyi yaxınlarınızı qıcıqlandıra bilər. Emosiyalara uymayın, hər sözə inanmayın. Məntiqli, soyuqqanlı olun.
 
Oğlaq - yaxınlarınızın diqqət mərkəzində olmağınız pis deyil. Amma mövqeyinizdən narazı qalan və sizə paxıllıq edən insanlar situasiyanı gərginləşdirə bilərlər. Kompromislərə hazır olun. Əks təqdirdə düşmənlərlə rəqiblərin sayını artıra bilərsiniz.
Günün ikinci yarısında vəziyyətdən baş açmaq, ətrafınızdakı insanların hərəkətlərini anlamaq çətinləşir. Onların barəsində tələsik nə isə deməkdənsə ilk əvvəl hadisələri müşahidə edin.
Məişət problemləri və ailə qayğıları dəyər verdiyiniz insanlarla sərt danışığa səbəb olmamalıdır.
 
Dolça - emosionallıq və tələsik qərarlar günün ilk yarısında işlərin gedişatına ciddi maneələr yarada bilər. Uğurlar sərfəli imkanlardan formalaşmaqla yanaşı, bu imkanlardan yararlanmağın üsul və vasitələrindən asılıdır. Nəyin fayda, nəyin zərər verəcəyini əvvəlcədən müəyyənləşdirmək asan deyil.
Günün ikinci yarısında rəqabət güclənəcək.
Axşam saatlarında mühüm işləri ertələyin, yaxınlarınızla birlikdə istirahət edin. Çalışmağa davam etsəniz, yorulacaq, stress yaşayacaqsınız.
 
Balıqlar - maliyyə məsələləri və bank əməliyyatlarında mənasız risklər etməyin. Kredit kartları, hesablar, elektron avadanlıqla problemlər yarana bilər. Yaxın ətrafınızdakı insanlardan biri sizi açıq söhbətə təşviq etmək istəyir. Sayıq olun, sirlərinizi faş etməyin.
Günün ikinci yarısında dəyər verdiyiniz insanlardan biri məişət probleminin həllində və ya mübahisəli vəziyyətin çözülməsində yardım istəyəcək. Tələsməyin. Soyuqqanlı və məntiqi qərar verin.
milli.az

Go Back

Bürclər-06.12.2014

Qoç - fəaliyyətinizi yaxın ətrafınızdakı insanların maraqlarını və ehtiyaclarını nəzərə alaraq korrektə edə bilərsiniz. Situasiyaya uyğunlaşın, problemlərin həllini ertələməyin. Aqressiv olmayın.
Günün ikinci yarısında mənfi təmayüllərin təsiri zəifləyəcək. Özünüzü durumun sahibi kimi hiss edə bilərsiniz.
Yaxınlarınızla təmaslarda xatirələr və hisslər ön plana çıxacaq. Ailə üzvləri ilə ünsiyyətdə sadə olun, illüziyalara qapılmayın. Vəziyyəti mozaik qaydada görməyin.
 
Buğa - dürüst seçimə can atın. Qərarların qəbulu zamanı tələskənliyə yol verməyin. Tənbəllik etməyin. Əyləncə və istirahətlə bağlı fikirləri ertələyin. Yaxın gələcəklə bağlı xof, sabahkı günə inamsızlıq sizi sarsıtmasın.
Günün ikinci yarısında özünüzü aldatmayın. Belədə anlayacaqsınız ki, ciddi narahatlıq üçün heç bir səbəb yoxdur.
Axşam saatlarına yaxın şəxsi münasibətlər arxa plana keçəcək. Ailə üzvləriniz halınızı izafi sorğu-sual olmadan anlayacaqlar. Ailə qayğıları və məişət problemlərini görməməzliyə vurmayın. Problemlər yuxusuzluq yarada bilər.
 
Əkizlər - mövcud situasiya ilə bağlı mövqeləriniz və fikirlərinizi yaxşı tanımadığınız insanlara açıqlamayın. Başqasının fikirləri sizi narahat edirsə, aqressiv olmayın, qıcıqlanmayın.
Günün ikinci yarısında maliyyə məsələlərinin həllinə qaçaraq başlamayın. Genişmiqyaslı layihələr üçün əlverişli zaman deyil.
Qida rasionunuza fikir verin. Tamahkarlığa qapılmayın.
Yaxınlarınız sözlərinizin səmimiliyinə şübhə etməməlidir. Dəyər verdiyiniz insanların sözlərini və əməllərini şərh etməkdən, pisləməzdən əvvəl yaxşı düşünün. Siz də naqolay situasiyaya düşə bilərsiniz.
 
Xərçəng - kommunikasiya ilə bağlı problemlər işlərə sürəkli maneələr yaradacaq. Sözlərinizi və hərəkətlərinizi diqqətlə seçin. Başqasının xətinə dəyməmək şərtilə mövqelərinizi qoruyun.
Gələcəkdə karyeranızın inkişafına təkan verə biləcək qərarlar qəbul edə bilərsiniz.
Günün ikinci yarısında həddən artıq sentimental olmayın. Axşam saatlarını sevdiyiniz insanla keçirin.
Subaysınızsa, hissləriniz və emosiyalarınız sizə aradınığınız insanı tapmağa yardım edəcək.
 
Şir - adi günlərdən fərqli olaraq problemlərin həlli asanlaşacaq. Peşəkar fəaliyyət sahəsində yaxşı nəticələrə nail ola bilərsiniz. Planlarda dəyişiklik, qəfil səfər və ya təklif istisna deyil.
Günün ikinci yarısında vurnuxmanın iştirakçısı olmayın. Çox gəzməyin.
Axşam saatlarına yaxın əlverişli situasiya formalaşacaq. Görüş və ya birgə şam yeməyi pis alınmayacaq. Romantik macəra da istisna deyil.
 
Qız - bir çox işlərə başlamaq üçün əlverişli gündür. Layihələrə start vermək, maliyyə problemlərini həll etmək olar. Köhnə borcların qaytarılması, əlavə mənbədən gəlir də istisna deyil. Heç bir halda kredit götürməyin.
Günün ikinci yarısında şərik və ya tərəfdaş aktual suallara birbaşa cavabdan yayınmağa çalışacaq. Aradığınız, maraqlandığınız faktların araşdırılmasına çox vaxt sərf edəcəksiniz. Belə davranış axşam saatlarına yaxın məntiqi sonuc verəcək.
Dəyər verdiyiniz insanın xətrinə dəyməyin.
 
Tərəzi - alışdığınız, rutinləşmiş şəraitdən bəzən qurtulmaq gərəkdir. Gündəlik işlər və qayğılar isə yaşam ritmini radikal şəkildə dəyişməyə imkan vermir. Situasiyanın öhdəsindən gəlmək üçün yeknasəkliyə nələrisə əlavə edin.
Günün ikinci yarısında fəaliyyət arealını qaydaya salın. Diplomatiya və fəndgirliyi unutmayın.
Axşam saatlarını sevdiyiniz insanla keçirin.
 
Əqrəb - günün ilk yarısında problemlərin həllindən və işlərdən diqqətinizi yayındıranlar olacaq. Şayiələrə inanaraq əhvalınızı korlamayın. Səyahət və ya səfərə yollanacaqsınızsa, diqqətlə hazırlaşın.
Günün ikinci yarısı çox ağır işlər və ya mürəkkəb layihələr üçün əlverişli deyil.
Duruma süni təkan verməyin. Şəxsi münasibətlərdə stabilləşmə mühahidə olunacaq. Düşünülmüş şəkildə seçilən arqumentlər yaxınlarınızın prioritet seçiminə təsir edəcək. Mövqelərinizin səbatlı olduğunu sübut edin.
 
Oxatan - tədqiqat və ya axtarışlarla məşğul olanlar üçün əlverişli zamandır. Təkbaşına, sakit şəraitdə çalışın.
Günün ilk yarısı adi qaydada olacaq.
Daha sonra orijinal ideyalar yaranacaq, fəaliyyətiniz daha məhsuldar olacaq.
Axşam saatlarına yaxın məişətdə yaranan xırda problemlərə fikir verin. Yaxınlarınız yanlış addımlarınız və tənbəlliyinizdən sinirlənə bilər. Bir qədər tək qalın.
 
Oğlaq - yaxın ətrafınızdakı insanlar sükutunuzu nəyisə bilib deməmək istəyi kimi anlaya bilərlər. Əslində isə diqqətinizi bir ideya büsbütün cəlb edib. Cəhdlərinizə rəğmən potensialınızı tam nümayiş etdirə bilməyəcəksiniz.
Günün ikinci yarısında mühüm işi planlaşdırın, zəruri təməl hazırlayın.
Ailə problemləri və ya məişətdəki çətinliklərlə bağlı ailə üzvləriniz sizə iradlarınızı bildirəcəklər. Vəziyyətin incəliklərini onlara anladın. Axşam saatlarında ünsiyyəti minimallaşdırın. Enerjinizi artırın.
 
Dolça - hisslərinizin və emosiyalarınızın əsiri olmayın. Düşünülməmiş qərar qəbul etməyin, adekvat davranın. Mühüm layihə, tədbiri ertələyin. Ciddi səylər və ağır zəhmət tələb edən işə hazırlıqsız başlamayın.
Köhnə borcun qaytarılması, mükafat və ya ödəniş alınması istisna deyil.
Günün ikinci yarısında qida rasionunuza fikir verin. Əhvalınızı yaxşılaşdırmaq üçün daha çox su içmək gərəkdir.
Yaxınlarınız qıcıqlıdır. Ünvanınıza heç bir əsası olmayan iradlar səslənir. Belə sözlərə fikir verməyin, emosiyalarınıza hakim olun. Münaqişə səbəbkarı olmayın.
 
Balıqlar - əsas işlə məşğul olmaq çətinliklər yaratsa da, qətiyyətli və inadkar davranın. Gündəlik rejimlə, adi qayğılarla bağlı olmayan iş tapın. İdeal iş prosesini bəlirləmək üçün vəziyyəti təhlil edin.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla olan təmaslarınızı nəzərdən keçirin. Dəyər verdiyiniz insanla qarşılıqlı anlaşmaya nail olun. Qəfil etiraf istisna deyil.
Axşam saatları romantika vəd edir.
milli.az

Go Back

Bürclər-05.12.2014

Qoç - hadisələrin mərkəzində olun. Mühüm məsələlərin həllində iştirak edin, informasiya kanallarını genişləndirin. Məşğul olduğunuz layihəni və ya işi inkişaf etdirin. Cari məsələni həll etmək üçün əlavə əlaqələr və resursları cəlb edin.
Günün ikinci yarısı maddi baxımdan əlverişlidir. Gözlədiyiniz sonuc tezliklə əldə olunmasa da, gələcəkdəki uğurun əsasını qoyursunuz.
Önəm verdiyiniz insanların sözlərinə qulaq asın. Ehtiyac yaranarsa, təklif edilən yardımdan istifadə edin. Sizi sonradan dəyişikliklərə səbəb ola biləcək xoş sürprizlər gözləyir.
Axşam saatlarında istirahət edin, əylənin. İntuisiyanız sizə dərhal nəyisə etməyin gərəkdiyini deyirsə, imkanı əldən verməyin.
 
Buğa - başladığınız işlərdə uğur və irəliləyişlər vəd edən gündür. Qətiyyət və intizam çətinlikləri dəf etməkdə yardımçınız olacaq. Tənbəllik etməyin, mühüm işləri başqalarına həvalə etməyin. Aktual məsələlərin həllini təxirə salmayın.
Bütün bunlar bədxahlarda paxıllıq yaradacaq nəticələr əldə etməyə imkan verəcək. Gərəksiz riskə varmayın. Sınanmış metodlardan istifadə etsəniz, itki verməyəcəksiniz.
Günün ikinci yarısı yaxınlarınızla səmimi söhbətlər, sizi narahat edən problemlər, mübahisəli məsələlərin müzakirəsi üçün yaxşıdır. Kompromis əldə ediləcək.
Axşam saatlarında aktiv istirahəti seçin.
 
Əkizlər - günün ilk yarısında çətinlik çəkəcəksiniz. Formalaşmış situasiyanı dəyərləndirmək, yaxın ətrafınızdakı insanların davranış və motivasiyalarını anlamaq asan deyil.
Yaranan perspektivlər cazibədar təsir bağışlasalar da, sizi narahat edən məqamlar var. Sonradan yol verilən səhvlərin pərişanlıq yaratmaması üçün intuisiyanızın sizə verdiyi işarələrə fikir verin.
Tənbəllik etməyin, ətalətli davranmayın. Məqsədə çatmağınız bu gün əzm və qətiyyətinizdən, işgüzarlığınızdan asılıdır.
Zərərli vərdişlərdən birini unudun.
Günün ikinci yarısı xeyli yaxşı keçəcək. Konstruktiv olun, əvvəllər çəkindiyiniz sədləri dəf etməyə çalışın. Yaşamınızda əhəmiyyətli rol oynayan insanla görüş yaxşı keçəcək.
İşgüzar və şəxsi münasibətlərdə irəliləyişlər olacaq.
 
Xərçəng - görüş, toplantı, danışıqlar üçün yaxşı vaxtdır. Maliyyə məsələlərinə xüsusi diqqət ayırın. Anlaşma və sövdələşmə, xərclərlə gəlirlərin planlaşdırılması üçün əlverişli zamandır.
Həvəssiz işləməyin.
Status-kvonu qorumaq üçün kimisə öz fəaliyyət planınıza riayətə vadar etməyin.
Evdə təmir işlərinə başlamaq olar.
Ailə üzvləriniz və yaxınlarınızın qeydinə qalın. Onlar sizdən diqqət gözləyirlər
 
Şir - yaxın ətrafınızdakı insanlarla ədalətli və şəffaf münasibətlərə nail olmaq istəyirsinizsə, aqressiv davranmayın. Psixoloji təsir və inandırmağa cəhdlər daha effektivdir. Kimsəni nəyəsə məcbur etməyin.
Günün ikinci yarısı yeni işə başlamaq üçün münasib zamandır.
Ailə üzvlərinə yardım edin, onların işlərinin bir qismini görün. Belə qayğıkeşliyin müqabilində xoş sözlər eşidəcəksiniz.
Axşam saatları romantik hisslər vəd edir.
 
Qız - dostlardan birinin davranışı və sözləri sizi təəccübləndirəcək. Bu adam sizdən faydalanmaq, vəziyyətdən sui-istifadə etmək istəyir.
İşdə həmkarlarınızla normal davranın. Situasiyaya total nəzarət xülyalarını unudun.
Günün ikinci yarısı kollektiv fəaliyyət üçün münasibdir. Liderlik iddiasına düşməsəniz, hər şey yaxşı olacaq.
Axşam saatlarına yaxın yaxınlarınız sizə yardım etməyə çalışacaqlar. Onlara azad seçim imkanları yaradın. Yorğunluq, işgüzar aktivliyin azalması hissləri olacaq. Bir qədər dincəlin.
 
Tərəzi - işdə rəhbərliyin yanında özünüzü həddən ziyadə ağıllı göstərməyə çalışmayın. Çox danışmayın, gəvəzəlik etməyin. Anlaşma, müqavilə, müzakirələr üçün əlverişli deyil. Maliyyə əməliyyatlarını təxirə salın, yeni layihəyə başlamayın.
Günün ikinci yarısında yaxşı tanımadığınız insanlara bel bağlamayın. Səfərdə ənənəvi marşrutu seçin. Hansısa problemin həlli prosesində əleyhinizə olan qərar verilə bilər.
Axşam saatlarına yaxın ailə üzvlərindən biri ilə bağlı əndişə yarana bilər. Önəm verdiyiniz insanların yanında olun.
 
Əqrəb - konkret layihədəki zəhmət və səylərinizdən asılı olaraq uğuru proqnozlaşdıra bilərsiniz. Bu gün ən böyük rəqib və düşməniniz tənbəllikdir. Qərarları qəbul edəndə cəsarətli olun. Yaşam mövqeyinizi aktivləşdirin.
Günün ikinci yarısında rəsmi tədbirə qatılmaya da bilərsiniz. Səfərdə yeni marşrut seçin.
Səbrli və soyuqqanlı olsanız, yaxınlarınızla münasibətlər rəvanlıq çərçivəsindən çıxmayacaq. Axşam saatlarını ailə üzvləri ilə keçirin.
 
Oxatan - günün ilk yarısı yeni layihələrə başlamaq üçün əlverişli deyil. Yarımçıq işləri başa vurun. Diqqətli olun. Sonradan ağır fəsadlara səbəb olacaq səhvlərə yol verməyin. Pozitiv olun, istənilən situasiyadan yararlanmağa can atın.
Günün ikinci yarısında ertələnmiş işlər barədə düşünməyə dəyər. Romantik hisslərə qapılmayın. Evdə və işdə olmağınız önəmli deyil - əsas məsələ təfərrüatları nəzərdən qaçırmamaqdır. Axşam saatlarını dəyər verdiyiniz insana həsr edin.
 
Oğlaq - yaxın ətrafınızdakı insanlarla münasibətləri normallaşdırmaq üçün əla zamandır. Yeni kollektivdə çalışmağa başlamaq, iş yeri və ya fəaliyyət istiqamətini dəyişmək barədə düşünmək olar. Adaptasiya, uyğunlaşma və yeni biliklər əxz etmək üçün əlverişli zamandır.
Günün ikinci yarısında münasibətləri ciddi şəkildə saf-çürük etməyin. Sevdiyiniz insanın emosional davranışı sizi olayları məntiqlə dəyərləndirmək imkanlarından məhrum etməməlidir.
Təmaslara dəyər verin. Axşam saatları romantik görüş üçün düşərlidir.
 
Dolça - günün ilk yarısında gərəkli zamanda gərəkli yerdə olmağı bacarın. Situasiya ümumən pozitiv olsa da, gecikmə və ya huşsuzluq önəmli məsələnin həllində problemlər yarada bilər. Başlıca məsələ təlaşa qapılmamaq, natamamlıq kompleksinə tutulmamaqdır.
Günün ikinci yarısında peşəkar fəaliyyət sahəsində yeni zirvələr fəth etməyə çalışın.
Ailədəki vəziyyət həddən ziyadə gərginləşərsə, duruma nəzarət edin. Ayrılma ilə bitə biləcək münaqişənin qarşısını alın. Münasibətləri normallaşdırın. Sevdiyiniz insanın kiçik nöqsanlarını şişirtməyin.
 
Balıqlar - kollektiv fəaliyyət üçün əlverişli zamandır. Müxtəlif tədbirlərin hazırlanması, yeni planların əsasının qoyulması üçün yaranmış şanslardan istifadə edin.
Cari məsələlərin həllində əhəmiyyətli irəliləyişə nail olmaq üçün yeni ideyalar faydalı ola bilər.
Eyni vaxtda bir neçə işlə məşğul olmaq mümkündür.
Günün ikinci yarısı yeni əlaqələr və faydalı tanışlıqlar dövrüdür. Ünsiyyət, danışıqlar və yazışmanın xüsusi əhəmiyyəti var. Dostlarınızla tanışlarınız sizi yeni məlumatlarla təmin edəcəklər.
Axşam saatları dostlarla təmaslar və birgə istirahət üçün əlverişlidir.
bizimyol.info

Go Back

20 nəticə göstərilir