Düşüncə Jurnalı

header photo

Tələbə Psixoloqların I Ümumrespublika Konfransı. 23.12.2018

23 dekabr 2018-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Azərbaycanda ilk dəfə olaraq keçirilən “Tələbə Psixoloqların I Ümumrespublika Konfransı” baş tutdu.

İnstitutun sədri, psixoloq Elnur Rüstəmovun açılış nitqindən sonra  konfransın rəsmi hissəsinə keçid alındı. Əvvəlcə fəxri qonaqlar - hazırda Azərbaycan Respublikası Təhsil İnstitutunda "Psixologiya və Yaş Fiziologiyası" şöbəsinin müdiri, psixologiya elmləri doktoru Elxan Bəylərov və psixologiya elmləri üzrə fəlsəfə doktoru Müşviq Mustafayev konfransla bağlı fikirlərini səsləndirdilər. Ardınca təlimlərə başlanıldı. 

Aşağıdakı ardıcıllıqla 5 nəfər spikerin təqdimatında təlimlər keçirildi:

  • Xəzər Universiteti Psixologiya Departamentinin koordinatoru, Xəzər Psixoloji Xidmət Mərkəzinin direktoru, psixoloq Mələk Kərimova - "Düşüncələr bizimlə necə oynayır?" 
  • Respublikanın Baş Narkoloqu, psixiatr, tibb elmləri üzrə fəlsəfə doktoru, dosent Araz Manuçöhri - "Asılılığın insan psixologiyasına təsiri"
  • "Gənc Psixoloqlar " İctimai Birliyinin sədri Orxan Oruc – “"Stressiz həyat mümkündürmü?" 
  • Narınc Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmova "NLP-də xarakter tipləri" – workshop
  • Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Ümumi Psixologiya” kafedrasının müəllimi  Gülər Məmmədova – “Özgüvən və motivasiya” (workshop)

Maraqlı müzakirələr ,təlimlərlə, həmçinin canlı musiqi fasiləsiylə  yadda qalan konfransın sonunda hər bir iştirakçıya 2 sertifikat təqdim olundu. Konfrans ən xoş təəssüratlarla yaddaşımıza yazıldı. Başda Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov olmaqla, həyata keçirilən bu böyük konfransın təşkilində əməyi olan hər kəsə təşəkkür edirik. Qatılan bütün iştirakçılara isə uğurlar! 

 

 

 

Go Back

Comment