Düşüncə Jurnalı

header photo

TAT və CAT tematik qavrama testinin tətbiqi və izahı - 04.10.2015

TAT tematik qavrama testi  1930 cu ildə  D. Morgan və H. Murray tərəfindən inkişaf etdirilərək tətbiq olunmağa başlamışdır. Test  üzərində müxtəlif şəkillər təsvir olunmuş və 1 ədəd boş buraxılmış 31 ədəd kartdan ibarətdir.  Bu test 14-40 yaş arası insanlara fərdi olaraq tətbiq olunur. Testin məqsədi  insanların şüuraltında yatan , bastırılmış fikir və duyğuları, daxili konfliktləri, maraq və bacarıqları ortaya çıxarıb koorreksiya etməklə bərabər, öz həqiqi “mən”ini tanımaqda  kömək etməkdir!

Dünyada ən çox istifadə olunan TAT tematik qavrama testi artıq 1 ildən çox müddətdir ki, Narınc Uşaq Psixologiy Mərkəzində də uğurlu bir şəkildə tətbiq olunur!

Bu seminarda, psixoloq Nərmin Qələndərovanın təqdimatında TAT və CAT testinin bütün sirlərini və incəliklərini, tətbiq sahələrini, hansı vəziyətlərdə istifadə olunması gərəkdiyini və şəkillərin izahını ətraflı şəkildə öyrənəcəksiniz!!!!!

Tarix: 04.10.2015

Saat: 11:00 ( 2 saat)

Ödəniş: 5 azn

Ünvan: Narınc Uşaq Psixologiya Mərkəzi

Məhəmməd Hadi küç. 27 (Xalqlar Dostluğu metrosunun yaxınlığında Music Gallerynin yanı); Əlaqə nömrələri: Tel: (012) 480 47 81; Mob: 055 258 27

Go Back

Sorğu göndər