Düşüncə Jurnalı

header photo

Uşaqlarda həyəcan-təşviş pozuntusunun səbəbləri

               

   Uşaqlarda həyəcan  yaradan səbəblərin qaynağı bəzən çox təxmin oluna bilir,bəzən isə heç gözlənilməz bir şey ola bilir. Ana-atalar uşaqlarında həyəcanın  səbəblərini və nələr edə biləcəyini bildikləri təqdirdə uşaqlarına çox daha yaxşı dəstək ola bilərlər. Əgər problem təşviş pozuntusuna gedirsə o dövrü daha yaxşı idarə edib,doğru zamanda psixoloji yardım ala bilərlər.

    Uşaqlarda təşviş pozuntusunun əsas səbəbləri.

1.Ana-ata arasındakı mübahisəyə bağlı həyəcanlar:

Xüsusi ilə kicik uşaqlar valideynləri mübahisə etdiyi vaxt məntiqli olmasada evin içindəki gərginliyin səbəbi olaraq özünü görür və özünü günahkar sayır. Bu günahkarlıq hissi onda həyəcan yaradır. Bundan başqa uşaqlar bu mübahisədə tərəfsizdə ola bilməzlər. Ana və ya atalarının yanında yer aldıqlarında isə xarakter formalaşması zərər görə bilər.

2.İtkilərə görə yaşadıqları həyəcanlar:

Uşaqlar böyüklər kimi ölümü anlaya bilməz. Təsəvvür edin, çox sevdiyi böyüklərindən biri ya da evdə saxladığı heyvanı birdənbirə ortalıqdan itmişdir. Bu vəziyyətdə özünü gücsüz və narahat hiss edərlər. O an onun rahat olması üçün hisslərini onu dinləyən və anlayan birinə söyləməsi önəmlidir.Uşaqlara qısa bir müddətdə ölən heyvanının yenisini almaq və onun üzülməsinə imkan  verməmək,sevdiyi birinin itkisinin acısını azad şəkildə yaşaya bilməməsi deməkdir. Uşaqlar da  üzülmə və yas tutma haqqından məhrum edilməməlidir.

Sevdiyi birinin ölümü qarşısında fikirlərinizlə ona hissləri ilə maraqlandığınızı göstərə bilər,qorxularını paylaşması üçün cəsarətləndirmiş olarsınız.

 

"Bilirəm, Onu cox istəyirdin"

"O da səni cox istəyirdi"

"Əlbəttə,öldüyünə inanmaq çox çətindi"

"Ürəyində  kaş o həyatda olsaydı deyirsən"

Bunları sadəcə sözlə ifadə etmək bəs etməyəcək. Bütün önəmli hadisələrdə davranışlar sözlərdən daha təsirli olur.

3.Tərk edilmə qorxusuna bağlı həyəcanlar:

Uşaqlar hec bir vəziyyətdə:əsəbi olsaq belə təhdid edilməməlidir.Marketdə belə deyən valideynlər eşitmiş ola bilərsiniz:  "Ağlamağı kəs və sakit ol, Yoxsa səni burada qoyub gedərəm". Bəzən həyat şərtləri, iş səyahətləri,xəstəlik kimi səbəblər  bizi uşaqlarımızdan qısa müddət də olsa ayrılmaq məcburiyyətində buraxır.Bəzi ana-atalar bu vəziyyəti uşaqlarına başa salmaqda çətinlik çəkir və gizlincə uşaqlar yatarkən gedirlər.

Bunun yerinə səyahət və ya xəstəxanaya getməzdən əvvəl uşaqları bu müddətə hazırlamaq lazımdır.Bunun üçün oyuncaqlarla oyun üsulundan istifadə etmək olar.Məsələn,oyuncaqlarla evdən uzaqda olma və sonra təkrar evə qayıtma senarisi üzrə bərabər bir neçə dəfə oynamaq olar. Evdə bərabər çəkilmiş şəkillərinizi onun rahatlıqla görə biləcəyi bir yerə qoymaq kimi hazırlıqlar bu ayrılıq müddətinə uşaqlarınızı hazırlayar.

4.Fiziki fəaliyyətlərə  müdaxilə edilməsinə bağlı həyəcanlar:

Evlərdə bəzən yer darlığı, baxça olmaması, bəzən də evimizdəki dəyərli əşyaları qoruma istəyimiz uşaqlarımıza qaçma, tullanma mövzusunda qadağalar yaradır.Bu şəkildə hərəkət sərbəstliyi qadağan olan uşaqlarda gərginlik yaranır. Balaca uşaqlar sıxıntılarını,içlərindəki enerjini hərəkət edərək atmaq istəyirlər, bunu etməsələr bu gərginlik həyəcana və ya təşvişə çevrilir. Rahat hərəkət edə biləcəkləri yer və oyuncaqlar olarsa bu həyəcan rahatlıqla ortadan qalxar.

5.Müstəqilliyə müdaxilə olunmasına bağlı həyəcanlar:

Uşaqlarlarınıza olduqları inkişaf dövründə edə bildikləri fəaliyyətlər mövzusunda  məsuliyyət verməsəniz bu onlarda əsəb və küskünlük hissinə yol açar. Bu əsəb sizdən intiqam almaq xəyallarına dönəcək, sonradan uşağınız bu qurduğu xəyallara görə günahkarlıq hiss edəcəkdir. Sonu yenə həyəcan-təşviş pozuntusu problemidir.

6.Günahkarlıq hissinə bağlı həyəcanlar:

Uşaqların bir qaydanı pozduğunda günahkarlıq hissini yaşaması normaldır,ancaq uşaqın hər mənfi hiss və düşüncəsinə müdaxilə olunması, gərəkdiyindən daha cox günahkarlıq və həyəcanlanmasına səbəb olacaqdır.

Həyəcanın Dozası Artdıqda: Ümumi Təşviş Pozuntusu

Həyəcan əslində uşaqların və böyüklərin təbii parçasıdır və uşaqlar müəyyən bir vaxtda həyəcan kecirə bilirlər." Ümumi təşviş pozuntusu" günlük həyatda olan şeylərlə bağlı daim gərəksiz yerə həyəcanlanmaqdır. Ortada həyəcan yaradan hec bir səbəb olmasa da sağlamlıq, dərs qiymətləri,dostluqlar və buna oxşar bəzi mövzularda ən pis nəticəni gözləmək ,daha balaca uşaqlarda tez-tez qarın ağrısı  və yuxu problemləri bunun bir əlaməti ola bilər. Təşviş pozuntusu olan uşaqların yaşadığı qorxu onların bəzi fəaliyyət və yerlərdən qaçmağına səbəb ola bilər.

Uşaqlarınızda Təşviş pozuntusu olduğunu düşünürsünüzsə bir psixoloqdan yardım almaq faydalı olacaqdır.Bununla birlikdə uşağınıza dəstək ola bilmək üçün edə biləcəyiniz şeylər var.

* Həyəcan yaşamanın rastlanan bir şey olduğunu başa salmaq:

Uşaöınızın bu vəziyyətdə yalnız olmadığını bilməsi onəmlidir.Bir çoxunun həyəcan problemi var.

*Dinləmək:

Uşağınızın duyğu və düşüncələrini dinləmək üçün zaman ayırın.

*Örnək olun:

Siz özünüz qorxularınızla necə baş etdiyinizi onlara başa sala bilərsiniz.

*Birlikdə strategiya formalaşdırın:

Həyəcanlandığınızda tez-tez nəfəs aldığımızı, ya da qorxduğumuzda nəfəsimizi tutduğumuzu başa sala bilər,yavaş və dərin nəfəslər aldığımızda sakitləşdiyimizi uşaqınızla bərabər yoxlaya bilərsiniz.Həyəcanlandığınızda ona yaxşı təsir edəcək şeylər haqqında düşünməsini başa sala bilərsiniz.

Müəllif: Yasəmin Balcı

Mənbə: Psikolojiistanbul.com

Tərcümə etdi: FİDAN BAYRAMLI

Baki Qızlar Universiteti  Sosial Psixologiya fakultəsinin tələbəsi 

MƏQALƏDƏN İSTİFADƏ ZAMANI SAYTA VƏ MÜƏLLİFƏ İSTİNAD MÜTLƏQDİR!

 

Go Back

Sorğu göndər