Düşüncə Jurnalı

header photo

BAĞLANMAQDAN QORXANLAR ÜÇÜN

   

Bağlanma, etibarlı bağlanma, narahat bağlanma, qeydsiz bağlanma və qorxulu bağlanma olmaq üzrə 4 növə bölünür. Ümumiyyətlə, isti və sevgi dolu bir ailə mühitində böyümüş kəslər, irəlidə də partnyorları ilə etibarlı bağlanma yaradırlar. Bu kəslər əlaqələrində yaxınlıq və müstəqilliyi balanslı şəkildə yaşaya bilir.

Narahat bağlanma: bu bağlanma növü olan insanlar partnyorlarla romantik mənada yaxınlıq qurmaq istəyirlər və ümumiyyətlə digərlərinin, onların bu hədsiz yaxınlıq istəyi qarşısında istəksiz olmalarından şikayətlənirlər. Zaman-zaman həddindən artıq yaxınlıq istəyi onların partnyorlarından asılı olmalarına gətirib çıxarır.

Yaxşı nədir bu bağlanma faktı?

“Bağlanma” termini İngilis psixiatrı John Bowlby tərəfindən ortaya atılmışdır. Bowlby uzun illər ərzində körpələrin, valideynlərinə və ya onlara baxan insanlara olan bağlanma formalarını araşdırmış və “bağlanma nəzəriyyəsi” nin təməllərini bu müşahidələrin üzərində qurmuşdur. Bu müşahidələr 6 ay və 2 yaş arası körpələrin stressli vəziyyətlərdə, onlara baxan insanlarla necə ünsiyyət qurduqlarını araşdırmışdır. Körpələr doğulduqlarında müdafiəsiz olduqları üçün müdafiə mexanizmi olaraq onları xarici dünyadakı təhlükələrdən qoruyacaq, nəzarətdə saxlayacaq və sakitləşdirəcək insanların varlığına ehtiyac duyurlar. Bu insanlar, əsasən valideynlər və ya körpələrə baxan şəxslərdir. Uşaq həmin insana bağlanır və bu bağlanmanın forması, uşağın ona stress verən vəziyyətlərdə bu adamla əlaqəsinə bağlı olur. Körpəlik çağında sağlam yaradılmış bağlılıq, yetkinlikdə duyğusal əlaqələrdə çox zaman problemlə qarşılaşmırlar. Duyğusal əlaqələrdə tərəflərin bir-birləriylə olan əlaqələri, bəzi aspektlərdə valideynlərin uşaqlarıyla olan əlaqələrindən fərqlənir. Lakin bu iki tip əlaqə, ana xətti ilə olduqca br-birinə bənzəyir. Fraley və Shaver’ın araşdırmalarına görə yetkinlərdə bağlanma, bir çox yönü ilə onların valideynləriylə qurduqları bağlanma tərzinə olduqca bənzəyir. Tədqiqatlara əsasən, hər iki cür bağlanma da eyni bioloji sistem tərəfindən idarə olunur. Fərdlərin valideynlərinə bağlanma stilləriylə, partnyorlarına bağlanma stillərinin çox bənzər olduğu müşahidə olunur. Fiziki şəxslər, keçmişdə valideynləriylə bağlanma formalarına görə, özlərindən və əlaqələrindən olan gözləmələrini formalaşdırır. Fərdlərin erkən yaşlarda valideynləriylə və ya çevrələrindəkilərlə yaşadıqları təcrübələr, irəlidə onların münasibətlərində meydana gətirdikləri bağlanma tərzlərinə təsir göstərir. Bununla bağlı günümüzdə çox uğurla çəkilmiş bağlanma qorxusu sindromlu filmlər də vardır: türk rejissorlarının çəkdiyi “ISSIZ ADAM” filmini misal gətirmək olar; Psixoloji baxımdan qiymətləndirildikdə Alper, filmdə “bağlanma” problemi yaşayan 30 yaşlarında olan kişi portreti çəkir. Alper’in “ıssızlığının” ölçüsü yaşadığı gündəlik, yalnız cinsəllik üzərinə söykənən əlaqələrindən müəyyən olur. Alper’in Ada’yla tanış olma,  ona aşiq olma və  əlaqəsi müddətində necə dəyişdiyi, bağlanmayla əlaqədar qorxuları və sonda Adadan ayrılması və çəkdiyi acı, filmdə çox gözəl, dəqiq bir şəkildə işlənir.

Tamaşaçının ağlında filmdən çıxdıqdan sonra qalan suallardan ən qabarığı, şübhəsiz ki, “Madam ki, Alper Ada’yı bu qədər sevir, yaxşı bəs niyə ayrılır?” Bunun ən əsas səbəblərindən biri Alper’in yaşadığı “bağlanma” problemidir. Yaxşı “kimsəsiz” adam və qadınlar uşaqlıq dövründən formlaşdırdıqları bağlanma formalarını ömürlərinin sonuna qədər daşımaq məcburiyyətindədirlərmi? Bu insanlar yetkinlikdə ətrafındakılara ya da partnyorlarına etibarlı bir şəkildə bağlana bilərmi? Şübhəsiz ki, körpəlik çağında valideyinlərlə (xüsusilə anayla) olan əlaqələr və ona bağlanma tərzi, irəlidə onların münasibətlərində necə davranacaqlarını təsir edən faktordur. Lakin fərdlər etibarsız bağlanma tərzlərini yaşadıqları təcrübələrlə dəyişdirib, formalaşdıra bilər. Təhlükəsiz bağlanmağa sahib insanlarla qurduqları əlaqələrdə, münasibət daxilindəki vəziyyəti qiymətləndirib bunu partnyorlarının köməyiylə dəyişdirə bilərlər.

Psixoterapiya vasitəsilə etibarsız bağlanma növünə sahib insanlarda, bunun korreksiyası istiqamətində nəticə almaq mümkündür. Müalicə əsnasında psixoloq və pasiyent arasında qurulan etibarlı bağlanma, bu insanarın etibarsız bağlanma stillərini dəyişdirmələrinin ilk və ən əhəmiyyətli addımlardan biridir. Fiziki şəxslər terapiya ilə paralel şəkildə ailə konsultasiyasına da müraciət edir və seasnlar əsasında münaibətlərdə bağlanmanın düzgün qurulması istiqamətində, insanlara güvən hissi ilə yanaşmaqla bağlı, həm müstəqil həm də yaxın münasibətlər yarada bilmələrinə aid məlumatlar əldə edir.

Validə Abbasova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

pcc.az

 

 

 

 

 

Go Back

Comment