Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "BU GÜN "

Psixologiya Elmi-Tədqiqat İnstitutu və Narınc Psixologiya Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunan ödənişsiz diaqnostika. 02.04.2019

2 aprel tarixində  Ümumdünya Autizm Günü münasibətilə Psixologiya Elmi Tədqiqat İnstitutunda Narınc Psixologiya Mərkəzinin Bakıda fəaliyyət göstərən hər üç filialı üzrə "İnkişaf və Yaş Psixologiyası" şöbəsinin müdirləri tərfindən ÖDƏNİŞSİZ DİAQNOSTİKA təşkil olunacaqdır. Diaqnostika 2-14 yaş arası uşaqlar üçün nəzərdə tutulur.
Həmin gün bütün uşaqlar ödənişsiz psixoloji və loqopedik müayinələrdən keçiriləcəklər. Diaqnostika zamanı müəyyən edilən diaqnoza əsasən psixoloq rəyi alıb, övladınızın problemi barədə məlumatlanacaqsınız.

Unutmayaq ki, öncədən qeydiyyat mütləqdir. 
Bunun üçün isə aşağıda qeyd olunan nömrəylə əlaqə saxlayıb ad soyadınızı yazdırmanız kifayətdir. 

 Əlaqə nömrəsi:
 0702682700

 Tarix : 02.04.2019

 Saat: 10:00-17:00

 Məkan : Psixologiya Elmi-Tədqiqat İnstitutu ( Ziya Bünyadov 38 ) 

Go Back

Psixologiya və Cəmiyyətin İctimai Praktikası

Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Yaş və İnkişaf Psixologiyası şöbəsi sizi "Psixologiya və Cəmiyyətin İctimai Praktikası" mövzusunda MÜZAKİRƏ SAATI-na dəvət edir. Müzakirə saatı Yaş və İnkişaf Psixologiyası şöbəsinin müdiri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Yaş və Pedaqoji Psixologiya kafedrasının müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, dosent Edison Quliyevin təqdimatında baş tutacaq.

MÜZAKİRƏ SAATININ KEÇİRİLƏCƏYİ MƏKAN: Psixologiya Elmi-Tədqiqat İnstitutu ( Ziya Bünyadov 38). MÜZAKİRƏ SAATININ KEÇİRİLƏCƏYİ TARİX: 
3 MART 2019-cu il, saat: 11:00-13:00 
Müzakirə saatında iştirak ÖDƏNİŞSİZDİR.

Öncədən qeydiyyat mütləqdir.
Qeydiyyatdan keçmək üçün əlaqə nömrəsi: 070 268 27 08 ( what's app da aktivdir).

Go Back

Xocalı soyqırımından 27 il keçir...

27 il...
Bir gecənin içərisində qədim Xocalı yerlə yeksan edildi. Xalqımızın yaşadığı bu faciə XX əsrin ən dəhşətli, ən qəddarcasına törədilmiş faciəsidir deyə bilərik. Xocalıda törədilən bu dəhşətli hadisə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermişdir. Və bu gün o soyqırımın, o dəhşətli faciənin üstündən 27 il ötür.

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. 

O gecənin bütün qurbanlarına Allahdan rəhmət diləyirik!

Və bu gün 26 fevral 2019-cu il tarixində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar olaraq Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmov, Narınc Psixologiya Mərkəzinin rəhbəri Narınc Rüstəmova və mərkəzin bir sıra əməkdaşları Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etdilər. 
Bir daha bütün şəhidlərimizə, faciə qurbanlarına Allahdan rəhmət diləyirik!

Go Back

MƏKTƏBDƏ PSİXOLOJİ XİDMƏT: PROBLEMLƏR, PERSPEKTİVLƏR

              

Məktəbdə psixoloji xidmət: problemlər, perspektivlər
20.02.2019-cu il tarixdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin fəaliyyət planına əsasən Azərbaycan Respublikasının Masallı rayonunda Rayon Təhsil şöbəsinin əməkdaşları, məktəb rəhbərləri və psixoloqlarının iştirakı ilə “Məktəbdə psixoloji xidmət: problemlər, perspektivlər” mövzusunda konfrans-seminar keçirildi. 
Tədbiri giriş sözü ilə Masalı RTŞ-nin müdiri Tariyel Əkbərov açdı. O, qonaqları təqdim edərək məktəbdə psixoloji xidmətin keyfiyyətinin yaxşılaşdırılmasının aktuallığından danışaraq, bu tədbirin məram və məqsədi barədə iştirakçılara məlumat verdi. Sonra o, təqdimat üçün sözü Psixologiya Elmi-Tədqiqat İnstitutunun Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru psixologiya elmləri doktoru Elxan Bəylərova verdi. E.B.Bəylərov öz təqdimatını 3 modul üzrə təqdim etdi: 
1-ci modul: “Məktəbdə psixoloji xidmət: problemlər, perspektivlər”;
2-ci modul: “Məktəb psixoloqunun fəaliyyət istiqamətləri”;
3-cü modul: “Uşaqlarda davranış problemləri”  
Təqdimatın 1-ci modulunda Təhsil Qanununa məktəblərdə psixoloji xidmətin təşkili ilə bağlı edilmiş düzəlişlər, Müasir Azərbaycan Psixoloqları İctimai Birliyinin yaradılması, birliyin təsis etdiyi Psixologiya Elmi-Tədqiqat İnstitutunun strukturu və fəaliyyət istiqamətləri, Ümumi Təhsil haqqında Qanun və orada psixoloji xidmətə verilən önəm və s. barədə məsələlər öz əksini tapmışdı. Burada Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, Müasir Azərbaycan Psixoloqları İB və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilmiş “Məktəb Psixoloqlarının I Ümumrespublika Konfransı”nın nəticələri barədə ətraflı məlumat verildi.
Təqdimatın 2-ci modulunda məktəbdə psixoloji xidmətin təşkili, məktəb psixoloqlarının fəaliyyət istiqamətləri və işlərində diqqət yetirilməsi vacib olan məsələlər ehtiva edilmişdi. 
Təqdimatın 3-cü modulunda uşaqlarda tez-tez müşahidə edilən davranış pozuntuları: aqressivlik, oğurluq, yalan, söyüş, tiklər, məktəb qorxusu, barmaq əmmə, inadkarlıq, diqqət defisiti, hiperaktivlik və s. məsələlər, onların təzahür formaları, yaranma səbəbləri və aradan qaldırılma yolları barədə praktik təklif və tövsiyələr verildi. 
Təqdimatdan sonra söz Azərbaycan Respublikası Təhsil İnstitutunun Təhsil nəzəriyyəsi şöbəsinin müdiri prof.  İntiqam Cəbrayılova verildi. O, öz çıxışında qeyd etdi ki, bu günkü təqdimatda məktəbdə təhsil mühitinin yaxşılaşdırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı vacib problemlərdən bəhs edildi. Həqiqətən, ümumtəhsil məktəblərində keyfiyyətin təminatı həm də məktəbdə psixoloji xidmətin düzgün təşkilindən əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan məktəb psixoloqlarının öz fəaliyyətlərində innovativ forma və üsullara üstünlük vermələri olduqca vacibdir. 
Daha sonra söz Masallı Rayon İcra hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Vafik Xəlilova verildi. O, rayon məktəblərində psixoloji xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışdı və psixoloqlara fəaliyyətlərində uğurlar arzuladı. 
Tədbiri RTŞ-nin müdiri Tariyel Əkbərov yekunlaşdırdı.

Go Back

SİMPOZİUM : "QORXU VƏ FOBİYALARIN ARADAN QALDIRILMASINA MÜXTƏLİF PSİXOLOJİ YANAŞMALAR"

Psixologiya Elmi-Tədqiqat İnstitutu sizi institutun nəzdində fəaliyyət göstərən Nəzəri və Eksperimental Psixologiya şöbəsinin layihəsi olan "QORXU VƏ FOBİYALARIN ARADAN QALDIRILMASINA MÜXTƏLİF PSİXOLOJİ YANAŞMALAR" mövzusunda simpoziuma dəvət edir.
Simpoziumda hər biri öz sahəsinin peşəkarı olan 5 şəxsin mövzu ilə bağlı məruzəsini dinləyəcək, həmçinin workshoplarda iştirak edəcəksiniz.

1. Kənan Rəhimov - psixoterapevt.
Mövzu: Qorxu və fobiyaların aradan qaldırılmasına psixoanalitik yanaşma ( workshop ).

2. Hüseyn Xəlilov - Bakı Mühəndislik Universitetinin baş müəllimi.
Mövzu: Uşaq və yeniyetmələrin sosiallaşmasına təsir edən qorxu və fobiyalarla mübarizə yolları.

3. Nərmin Quliyeva - Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq.
Mövzu: Koqnitiv-davranışçı terapiyada qorxu və fobiyaların aradan qaldırılması.

4. Asəf Kərimov - psixoloq, rəssam.
Mövzu: Qorxu və fobiyaların aradan qaldırılmasında art-terapiya ( workshop ).

5. Məhərrəm Əliyev - Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Nəzəri və Eksperimental Psixologiya şöbəsinin müdiri, psixologiya üzrə fəlsəfə doktoru.
Mövzu: Neyrolinqvistik proqramlaşdırmada qorxu və fobiyalar: tərifi və aradan qaldırılması yolları ( workshop ).

Simpoziumun proqramını sizə təqdim edirik:
09:00-09:45 - Qeydiyyat.
09:45-10:00 - Açılış.
10:00-10:55 - 1-ci çıxış.
11:00 - 11:55 - 2-ci çıxış.
12:00 - 12:55 - 3-cü çıxış.
13:00 - 13:55 - Nahar fasiləsi.
14:00 - 14:55 - 4-cü çıxış.
15:00 - 15:55 - 5-ci çıxış.
16:00 - 16:30 - Sertifikatların təqdimatı;
Qapanış.

SİMPOZİUMUN KEÇİRİLƏCƏYİ MƏKAN:
Psixologiya Elmi-Tədqiqat İnstitutu ( Konfrans zalı)
Ünvan: 38 Ziya Bünyadov.

SİMPOZİUMUN KEÇİRİLƏCƏYİ TARİX:
23.02.2019, saat: 10:00 - 16:00

Simpoziumda iştirak ÖDƏNİŞLİDİR.
Ödəniş: 35 AZN
Tələbələr üçün ( tələbə biletini təqdim etmək mütləqdir) xüsusi güzəştlə 25 AZN

Simpoziumda iştirak etmək üçün öncədən qeydiyyat mütləqdir.
Qeydiyyat üçün link: https://goo.gl/forms/KKPsMMnikvRocJRB3

Əlaqə nömrəsi: 070 268 27 08 ( what's app da aktivdir)

Go Back

Bu gün cənab prezident İlham Əliyevin doğum günüdür.

Bu gün - 24 dekabr Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin doğum günüdür. 

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində orta məktəbdə oxuyub. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olub. MDBƏİ-ni bitirdikdən sonra 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi dərəcəsi alıb. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. “Heydər Əliyevin neft strategiyası”nın həyata keçirilməsində fəal iştirak edib. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur. İki dəfə, 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib. 1999-cu ildə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. Həmin tarixdən indiyədək YAP-ın sədridir.

 

2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub.

2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilib. Baş nazir vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verib. 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verib. O, 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb.

2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilib.

2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73% səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 2008-ci il oktyabrın 24-də vəzifəsinin icrasına başlayıb.

2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə seçicilərin 84,54% səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 2013-cü il oktyabrın 19-da vəzifəsinin icrasına başlayıb.

2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

Prezident İlham Əliyevin təltif olunduğu orden, mükafat və fəxri adlar aşağıdakıları əhatə edir:

Ordenlər

Rumıniyanın “Rumıniya Ulduzu” ordeni (11 oktyabr 2004-cü il)

Səudiyyə Ərəbistanı Krallığının “Kral Əbdüləziz” ordeni (8 mart 2005-ci il)

Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının I dərəcəli Aleksandr Nevski ordeni (11 aprel 2005-ci il)

Azərbaycan Respublikasının “Heydər Əliyev” ordeni (28 aprel 2005-ci il)

Rus Pravoslav Kilsəsinin I dərəcəli Müqəddəs Serqi Radonejski ordeni (14 sentyabr 2005-ci il)

Qafqaz Müsəlmanları İdarəsinin “Şeyxülislam” ordeni (22 dekabr 2005-ci il)

Fransa Respublikasının “Fəxri Legionun Böyük Xaç Komandoru” ordeni (29 yanvar 2007-ci il)

Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Xaç ordeni (26 fevral 2008-ci il)

Ukraynanın 1 dərəcəli “Knyaz Yaroslav Mudrı” ordeni (22 may 2008-ci il)

Küveyt Dövlətinin “Mübarək əl-Kəbir” ordeni (10 fevral 2009-cu il)

Latviya Respublikasının “Üç Ulduz” ordeninin “Böyük Xaç Kavaleri” dərəcəsi (10 avqust 2009-cu il)

Rus Pravoslav Kilsəsinin “I dərəcəli Şöhrət və Şərəf” ordeni (24 aprel 2010-cu il)

Rumıniyanın “Sadiq Xidmət” milli ordeninin Böyük Xaç ranqı (18 aprel 2011-ci il)

Rumıniyanın “Sadiq Xidmət” milli ordeni (18 aprel 2011-ci il)

Bolqarıstan Respublikasının “Stara Planina” ordeni (14 noyabr 2011-ci il)

Tacikistan Respublikasının “İsmoili Somoni” ordeni (12 iyul 2012-ci il)

Belarusun “Xalqlar dostluğu” ordeni (28 avqust 2012-ci il)

Türkiyə Respublikasının “Dövlət nişanı” ordeni (12 noyabr 2013-cü il)

Ukraynanın “Azadlıq” ordeni (18 noyabr 2013-cü il)

Fəxri elmi adlar

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktoru (7 fevral 2004-cü il)

Lev Qumilyov adına Qazaxıstan Dövlət Avrasiya Universitetinin fəxri professoru və “Qızıl döyüşçü” medalı (1 mart 2004-cü il)

Türkiyənin Qırıqqala Universitetinin fəxri doktoru (25 mart 2004-cü il)

Türkiyənin Bilkənd Universitetinin fəxri doktoru və İhsan Doğramacı adına Dünya Sülh Mükafatı (14 aprel 2004-cü il)

Rumıniyanın Ployeşti Neft-Qaz Universitetinin fəxri doktoru (12 oktyabr 2004-cü il)

Bolqarıstan Milli və Dünya Təsərrüfatı Universitetinin fəxri professoru (23 sentyabr 2005-ci il)

Koreya Respublikasının Kyunq He Universitetinin fəxri doktoru (24 aprel 2007-ci il)

İordaniya Universitetinin fəxri doktoru (29 iyul 2007-ci il)

Macarıstanın Korvinus Universitetinin fəxri doktoru (18 fevral 2008-ci il)

Moskva Dövlət Universitetinin fəxri professoru (21 fevral 2008-ci il)

Taras Şevçenko adına Kiyev Milli Universitetinin fəxri doktoru (22 may 2008-ci il)

Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin fəxri professoru (28 noyabr 2008-ci il)

Bakı Dövlət Universitetinin fəxri doktoru (2 noyabr 2009-cu il)

Belarus Dövlət Universitetinin fəxri professoru (12 noyabr 2009-cu il)

Tacikistan Milli Universitetinin fəxri doktoru (16 oktyabr 2014-cü il)

Çinin Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomu (11 dekabr 2015-ci il)

İdman təşkilatlarının mükafatları

Dünya Taekvondo Federasiyasının 6-cı Dan Qara kəməri və sertifikatı (10 oktyabr 2003-cü il)

Beynəlxalq Güləş Federasiyasının (FİLA) xüsusi mükafatı (3 aprel 2004-cü il)

Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya” ordeni (19 aprel 2004-cü il)

Avropa Həvəskar Boks Assosiasiyasının xüsusi mükafatı (1 may 2004-cü il)

Beynəlxalq Hərbi İdman Şurasının “Böyük Kordon” Şərəf ordeni (27 may 2005-ci il)

MDB Ölkələri İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının Fərqlənmə nişanı (26 sentyabr 2005-ci il)

Beynəlxalq Güləş Federasiyasının (FİLA) “İdman əfsanəsi” medalı (17 sentyabr 2007-ci il)

Belarus Milli Olimpiya Komitəsinin ali mükafatı (26 oktyabr 2007-ci il)

Azərbaycan Milli Olimpiya Komitəsinin “Olimpiya” ordeni (27 dekabr 2007-ci il)

Ümumdünya Karate Federasiyasının Fəxri 9-cu Dan dərəcəsinin diplomu (20 mart 2008-ci il)

Avropa Ədalətli Oyunlar Hərəkatının “Şərəf” nişanı (15 may 2009-cu il)

Beynəlxalq Paralimpiya Komitəsinin ali paralimpiya mükafatı (26 iyun 2015-ci il)

Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir.

İlham Əliyev 1983-cü ildə Mehriban Əliyeva ilə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı və beş nəvəsi var.

Ölkə başçısını doğum günü münasibətilə təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq!

report.az

 

Go Back

"UŞAQLAR NİYƏ DANIŞMIR" - PRAKTİK ƏSASLI TƏLİM.

Hörmətli izləyicilərimiz, sizlərə yeni təlim təqdim edirik. 
Belə ki, Narınc Psixologiya Mərkəzinin 9-cu mkr. filialının "İnkişaf və Yaş Psixologiyası" şöbəsinin müdiri, psixoloq Türkan Mikayıllının təqdimatında "Uşaqlar niyə danışmır?" mövzusunda təlim keçiriləcək. 

Sonda iştirakçılara sertifikat təqdim olunacaq.

Təlim ödənişlidir. Ödəniş 10azn. (tələbələr üçün 5azn.) təşkil edir.

Go Back

“DİSLALİYA VƏ ONUN KORREKSİYASİ” adlı təlim

Qeydiyyat üçün son 5 gün! Psixologiya Elmi-Tədqiqat İnstitutu, İnkişaf və Yaş Psixologiyası Şöbəsi “DİSLALİYA VƏ ONUN KORREKSİYASİ” adlı təlimi təqdim edir. Təlim defektoloq-loqoped Qönçə Ağayevanın təqdimatında keçiriləcəkdir. 
Tarix: 25.11.2018
Saat: 11:00-18:00 ( 6 saat)
13:00-14:00 coffee break
Təlimin sonunda SERTİFİKAT verilir!
Ödəniş: 70 azn ( Tələbələr üçün: 50 azn)
Öncədən qeydiyyat mütləqdir!
Qeydiyyat üçün əlaqə nömrələri: (+994 12) 563 00 44 ; (+994 70) 268 27 08
psixologiya.pi@gmail.com

Defektoloq-loqoped Qönçə Ağayeva haqqında ətraflı məlumat:
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Defektologiya fakültəsini bitirmişdir.
11 saylı xüsusi məktəbdə defektoloq-loqoped kimi fəaliyyət göstərir. 
Eyni zamanda Narınc Psixologiya Mərkəzində baş defektoloq-loqoped vəzifəsində çalışır.
İştirak etdiyi təlimlər:
9-10 .10.2015 - Участие в международной науцно-практической конференции, Россия, Саратов;
14 .02. 2015 - Səlist Danışıq Nitq İnkişaf Mərkəzinin direktoru Xavər Abdullayeva ilə Nitq İnkişaf Mərkəzinin rəhbəri Esmira Kazımovanın “Autizim xəstəlik deyil” seminarı;
16-17.03. 2015 - Tibb Universiteti Psixiatriya kafedrası və Harvard Universitetinin Boston Uşaq Xəstəxanasının birgə əməkdaşlığı ilə təşkil olunan “Qlobal psixi sağlamlıq və inkişaf xəstəlikləri” adlı simpozium;
30-31.05. 2015 - İstanbul Aydın Universitetində təşkil olunan “Beynəlxalq Disleksiya Konfransı”;
12.12. 2015 - Narınc Uşaq Psixologiya mərkəzində tədris olunan “Uşaq Psixologiyası” kursu;
12-13.11. 2016 - Kekemer Azərbaycan və Psixologiya Nitq İnkişaf mərkəzinin təşkilatçılığı ilə keçirilən “Özəl eğitim öğrencilerinin gelişiminde güncel teknikler” seminarı;
30.12.2016 - Nur Korreksiyaedici İnkişaf Mərkəzinin təşkiltçılığı ilə “Autizmdən Əziyyət Çəkən uşaqların reabilitasiyasında yanaşma metodları”seminarı;
16.01.2016 - İstanbulda keçirilən “Kekemelik Konferansi”;
17-18.06. 2016 - Предприятие «Альма» Санкт-Петербург Астраханский Филиал “Технологии Работы С Детьми В Полифункциональной Интерактивной Среде Сенсорных Комнат”;
22.01. 2017 - Has Attended The Dyslexia Seminary;
02.04.2017 - Müasir Psixologiya Mərkəzi Və Nitq İnkişaf Mərkəzi Tərəfindən keçirilən “Autizm dünyası” seminarı;
07-08.10.2017 - E.N.M Psixologiya və Konsultasiya Mərkəzi tərəfindən keçirilən “Psixi Sağlamlıq Simpoziumu”;
11.03. 2018 - Nitq İnkişaf Mərkəzi tərəfindən keçirilən “Kəkələmə, Afaziya və Nəfəs Texnikaları” seminarı; 
9-10 .06.2018 - II İnternational Family And Child Psychology Conference

Go Back

“Somatoform və Diaqnostikasında Çətinlik Yaradan Digər Psixi Pozuntular”

Psixologiya Elmi-Tədqiqat İnstitutu "Nəzəri və Eksperimental Psixologiya" şöbəsi həkim-psixiatr Orxan Fərəclinin təqdimatında “Somatoform və Diaqnostikada Çətinlik Yaradan Digər Psixi Pozuntular” mövzusunda təlimi təqdim edir.
Təlimin proqramı:
• Somatizasiya pozuntusu
• Konversion pozuntu
• Ağrı pozuntusu
• Hipoxondriya
• Bədən dismorfobik pozuntusu
• Bipolyar depressiyanın major depressiyadan fərqi
• Böyüklərdə Diqqət Əksikliyi Hiperaktivlik Sindromu, Bipolyar affektiv pozuntudan ayırıcı diaqnostikasi
• Böyüklərdə DƏHP nun Borderline şəxsiyyət pozuntusundan ayırıcı diaqnostikası 
Tarix: 25.11.2018
Saat: 10:00-16:00 
Coffee break : 13:00-14:00 
Təlimin sonunda iştirakçılara Sertifikat verilir!
Ödəniş: 50 azn ( Tələbələr üçün 30 azn) 
Öncədən qeydiyyat mütləqdir!
Qeydiyyat üçün: 012 563 00 44; 070 268 27 08
Psixologiya.pi@gmail.com
Orxan Fərəcli haqqında daha ətraflı məlumat:
Aldığı təhsil və Kurslar:
• Ankara Nümunə Eğitim və Araştırma Hastenesi , İnternship
• 1 saylı Respublika Psixiatriya Xəstəxanası, Ordinatura
• Azərbaycan Tibb Universiteti, Dissertantura
• Azərbaycan Beynəlxalq Universiteti, Müalicə işi
İş təcrübəsi:
• Medistyle Hospital 2014
• Xəzər Universiteti 2013
• 1 saylı Respublika Psixiatriya Xəstəxanası 2010
• Psixologiya və Konsultasiya Mərkəzi 2010
• Mərkəzi Neftçilər Xəstəxanası İnsan Orqan və Toxumalarının Transplantasiyası Mərkəzi, psixiatr- konsultant 2012
• Bakı Dövlət Universiteti, Ümumi Psixologiya Kafedrası 2014
Sertifikatlar, Nailiyyətlər:
• XVI Dünya Psixiatriya Konqressi 2014, Madrid, İspaniya
• 23-cü Avropa Psixiatriya Konqressi 2015, Viyana, Avstriya
• Avropa Psixiatriya Assosiasiyasının fərdi üzvü
• 51 Ulusal Psikiyatri Kongresi 2015, Antalya, Turkey
• 25 Avropa Psixiatriya Konqressi 2017, Florensiya, Italiya
• XVII Dünya Psixiatriya Konqressi 2017, Berlin, Almaniya
• WORLD TRENDS IN MENTAL HEALTH SERVICE 2018, Almata, Qazaxıstan
• 54 Ulusal Psikiyatri Kongressi 2018,İzmir,Türkiye

Go Back

1 Noyabr Ümumdünya Veqan Günüdür

 

Ümumdünya Veqan Günü Veqan Cəmiyyətinin 50-ci ildönümündə - 1994-cü noyabrın 1-də təsis olunmuşdur. 

“Veqan” sözü Donald Uotson tərəfindən ingilis mənşəli “vegetarian” sözünün ilk 3 və 2 son hərfindən yaradılmışdır. Bu termin əsası Uotson tərəfindən 1944-cü il noyabrın 1-də Londonda qoyulmuş Veqan Cəmiyyətində istifadə olunmağa başlanmışdır.

Veqanizm sərt vegetarianlığı nəzərdə tutan həyat tərzidir. Veqanizmin ardıcılları - veqanlar yalnız və yalnız bitki mənşəli, yəni tərkibində heyvan mənşəli komponentləri tamamilə istisna edən məhsullarla qidalanırlar. Onlar təkcə ət və balıq məhsullarından deyil, həm də heyvan mənşəli hər bir məhsuldan, o cümlədən yumurta, süd və baldan imtina edirlər. Veqanlar dəri, xəz, yun və ipək paltarlardan, habelə heyvanlar üzərində sınaqdan keçirilmiş məhsullardan istifadə etmirlər.

İmtinanın səbəbləri müxtəlif ola bilər, lakin əsas səbəbi veqanların heyvanların öldürülməsi və onlarla amansız rəftar edilməsi kimi hallardan uzaq olmaq istəmələridir.

https://azertag.az

 

Go Back

"Sağlam Övlad, Xoşbəxt Ailə" rəsm və əl işləri sərgisi

l

20 Oktyabr 2018-ci il  tarixində Xətai Sənət Mərkəzində Məsud Rüstəmlinin təqdimatında "Sağlam Övlad, Xoşbəxt Ailə" rəsm vəəl işləri sərgisi keçirildi. Kiçik yaşlarından uşaqlara incəsənəti sevdirmək, onları bu sahədə yetişdirmək olduqca faydalıdır. Həm sənət dünyamız üçün, həm uşaqların dünyası üçün. Balaca rəssamımızın əl işlərindən ibarət sərgini sizlərə təqdim edirik. Qeyd edək ki, bu balaca rəssamın ilk fərdi sərgisi idi. Baş tutan tədbirdəəvvəlcə açılış nitqi üçün söz Azərbaycanın xalq rəssamı Arif Hüseynova verildi. Ardınca Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzovun və qrafik rəssam Aydan Vəliəhdin çıxışı baş tutdu. Rəsmi hissənin sonunda rəssam balamızın valideynləri, ölkənin tanınmış psixoloqları Elnur Rüstəmov və Narınc Rüstəmova nitq səsləndirərək öz sevinc hisslərini bölüşdülər, gələn qonaqlara təşəkkür etdilər. Sonra isə qeyri-rəsmi hissəyə keçid edildi. Balaca qonaqların da iştirakı ilə keçirilən sərgidə rəsmlərin təqdimatından sonra əyləncəli oyunlar keçirildi.

Son olaraq isə biz də öz növbəmizdə günün səbəbkarını və valideynlərini ürəkdən təbrik edirik. 

 ​

 

 

 

Go Back

18 Oktyabr Dövlət Müstəqillik Günüdür.

  

Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. 
Gərək sınaqlara hazır olasan, hər bir  əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. 
Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı.  İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. 
1991-ci il... Meydanlar  kükrəyirdi. Azadlığın yaxınlaşdığını duyan xalq öz  əzəli və  əbədi arzusuna qovuşmaq, həmin tarixi anı tezləşdirməküçün hər  şeyə hazır idi. Bu xalq artıq meydan hərəkatında bərkimiş, Yanvar qırğınını görmüşdü.  İmperiyanın tankları da artıq azadlığa gedən yolun qarşısını kəsməyə qadir deyildi. Özünün istiqlal mübarizəsində neçə-neçə  şəhid və qurbanlar vermiş Azərbaycan addım-addım, inadla müstəqilliyə doğru gedirdi. 1991-ci ilin bir payız günü uzun-uzadı qızğın müzakirələrdən sonra "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu. 
Bir tərəfdən imperiyanın dağılmağa başlaması, digər tərəfdən xalqın artmaqda olan təzyiqi respublikanın hakim dairələrini manevr etmək məcburiyyətində qoymuşdu. Yuxarılarda belə hesab edirdilər ki, bu sənədin qəbul edilməsi xalqı sakitləşdirəcək, hakimiyyətin ömrünü uzatmağa imkan verəcəkdir. Ona görə də təsadüfi deyildi ki, "Konstitusiya Aktı" ilkin mərhələdə yalnız quru kağız olaraq 
qalır, Azərbaycan yenə də Moskvadan idarə edilir, rejim Kremlin dediyi ilə oturub dururdu. Lakin indi bunlar arxada qalmışdır. 
Azərbaycan Respublikasında 1991-ci il dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. 
Referendum bülleteninə bir söz yazılmışdı: "Siz "Azərbaycanın dövlət müstəqilliyi haqqında Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktı"na tərəfdarsınızmı?" Səsvermə hüququ olanların 95%-i dən çoxu referendumda iştirak etdi. Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı. 
Müstəqilliyi elan edilmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi  şəraitdə fəaliyyət göstərməyə başlamışdı. Onun müstəqilliyini dünya dövlətləri tanıdı. Azərbaycan Respublikasını ilk olaraq 
1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991),  İsveçrə (23 dekabr 1991),  İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və b. dövlətlər tanıdılar. 
Azərbaycanın BMT-yə üzv qəbul olunması ilə (2 mart 1992) onun beynəlxalq aləmdə de-fakto tanınmasına başlandı. 
Lakin müstəqilliyini qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. 
Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Birinci Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səbatsız, səriştəsiz adamların yeritdikləri səhv siyasət 
və daxildə gedən siyasi çəkişmələr, separatçılıq hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırırdı. Lakin böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu. 
İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Xalqın öz dövlətçiliyi sarıdan heç bir narahatçılığı yoxdur. Müstəqilliyin taleyini müəyyənləşdirən  əsas amillər qorunub saxlanır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir. 
Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib.  İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. 
Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir. "Əsrin müqaviləsi" çərçivəsində reallaşan "Bakı-Tbilisi-Ceyhan" Əsas  İxrac Boru Kəməri artıq neftimizi dünya bazarına çıxarmaq əzmindədir. Bu kəmər həm Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında, həm də xalqımızın daha firavan yaşamasında mühüm rol oynayacaqdır.
mənbə: Bayramlar və tarixi günlər 
müəllif: Əkbər Qocayev
 

Go Back

ÖDƏNİŞSİZ PSİXOLOJİ MÜAYİNƏ - 01.04.2016

 

 

01.04.2016 tarixində saat 10:00-16:00 arasında Psixologiya və Konsultasiya Mərkəzində (PCC), psixoloq Sevda XəlilovanıÖDƏNİŞSİZ psixoloji müayinəsi olacaq.

Qeydiyyat üçün

Əlaqə telefonu: (012) 480-36-29

                            (055) 257-27-00

email: www.pccmerkez@gmail.com

Ünvan: Həsən Əliyev küç. 4\189,

              Falez Plaza 3-cü mərtəbə

 

Go Back

Psixologiya və Konsultasiya Mərkəzində ÖDƏNİŞSİZ psixoloji müayinə - 24.03.2016

24.03.2016 tarixində saat 10:00-18:00 arasında Psixologiya və Konsultasiya Mərkəzində (PCC), psixoloq Lalə Əhmədovanın ÖDƏNİŞSİZ psixoloji müayinəsi olacaq.

Qeydiyyat üçün

Əlaqə telefonu: (012) 480-36-29

                            (055) 257-27-00

email: www.pccmerkez@gmail.com

Ünvan: Həsən Əliyev küç. 4\189,

              Falez Plaza 3-cü mərtəbə

 

Go Back

Psixologiya və Konsultasiya Mərkəzində xanımlara özəl gün- 08.03.2016

08 mart tarixində Psixologiya və Konsultasiya Mərkəzində mərkəzin rəhbəri, psixoloq Elnur Rüstəmovun təqdimatında xanımlar üçün nəzərdə tutulmuş " Səndən yar,sənə yara,Şikayətim var" adlı seminar keçirildi!

Seminarda xanımların psixologiyasının incəliklərindən, xanımların ən ümdə istəklərindən danışıldı. 8 Mart Beynəlxalq Qadınlar gününə təsadüf edən seminarımızda Psixoloq Elnur Rüstəmov bütün xanım iştirakçılara çiçək hədiyyə edərək,onları bu özəl gün münasibətilə təbrik etdi!

Qeyd edək ki, bu tədbirdə  iştirak etmək istəyənlər həddindən çox olduğu üçün seminar iki müxtəlif saatda ( saat 12:00 və 15:00) baş tutdu!!!

  

 

  

     

Go Back

Narınc Uşaq Psixologiya Mərkəzində "ƏN YAXŞI ANA" layihəsi - 08.03.2016

8 Mart Beynəlxalq Qadınlar Günündə Narınc Uşaq Psixologiya Mərkəzində  Valideynlərə yönəlmiş tədbirimiz baş tutdu! Mərkəzin bir qism valideynlərinin rəhbərliyi təmsilən Narınc Uşaq Psixologiya Mərkəzinin İcraçı direktoru Təranə xanım Kazımlı və layihənin təşkilatıçısı və ideya müəllifi Fəridə Nadirqızı ilə görüşü baş tutdu! Görüşdə Analar Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edildi və müxtəlif hədiyyələrlə təltif edildi!!!!

Analar " Övladlarının psixi sağlamlığına və inkişafına yüksək həssaslıq və məsuliyyət hissi ilə yanaşdığı, sevgi, səbr və qayğı ilə hər zaman övladının yanında olduğu üçün" "ƏN YAXŞI ANA"adı ilə təltif olundular! Eyni zamanda xanımlarımızı düşünərək onlara Narınc Uşaq Psixologiya Mərkəzi tərəfindən ÖDƏNİŞSİZ konsultasiya kuponu hədiyyə edildi ! 


Sonda şirin tortumuz Analarımızla birlikdə kəsilərək, xatirə fotosu çəkildi!!!!

Layihənin ideya müəllifi Fəridə Nadırqızının sözlərinə görə, bu onların ilk pilot layihəsi idi və zamanla mərkəzin bütün dəyərli validyen komandasini bu kimi layihələrə cəlb etməyi hədəfləyirlər!!

"Biz mütəmadi olaraq vaideynlərimiz üçün uşaqların psixi və fiziki inkişafı, ailə münasibətləri və s. kimi müxtəlif mövzularda seminarlar, treninqlər, layihələr təşkil edirik! Elə yaxın günlərdə ikinci dərsi baş tutmuş "VALİDEYNLİK MƏKTƏBİ" layihəmizdə buna əyani sübutdur!

Mərkəzin icraçı direktoru Təranə Kazımlı   qeyd etdi ki, Mərkəz olaraq amalımız sadəcə maddiyatı göz önündə tutmayaraq , Övladlarımıza əsl sevgi, diqqəti və qayğını öz peşəkar işimiz və uğurlu nəticələrimizlə təqdim etməkdir!!!

 

  

 

      

 

Go Back

"AUTİZMƏ ELMİ-BƏDİİ YANAŞMA" müsabiqəsinin yekun mərasimi keçirildi

 Bakı Qızlar Universitetində Narınc Uşaq Psixologiya Mərkəzi,Psixologiya və Konsultasiya Mərkəzi, Bakı Qızlar Universiteti və "Düşüncə" psixologiya jurnalının ortaq layihəsi olan "AUTİZMƏ ELMİ-BƏDİİ YANAŞMA" müsabiqəsinin yekun mükafatlandırma mərasimi keçirildi!

Tədbirdə Narınc Uşaq Psixologiya Mərkəzinin rəhbəri,psixoloq Narınc Rüstəmova, Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri , psixoloq Elnur Rüstəmov, Bakı Qızlar Universiteti,Sosial psixoloji fakultəsinin dekanı Sevinc Rəhimova və tədris şöbəsinin müdiri Ulduz Qəzvini iştirak edirdilər! Müsabiqənin bütün iştirakçıları Təşəkkürnamələrlə, Qaliblər isə Sertifikat, Qalibiyyət diplomu və digər hədiyyələr ilə təltif olundular! 
Elmi istiqamət üzrə qalibimiz Bakı Qızlar Universitetinin psixologiya fkaultəsinin tələbəsi Nuranə Səfdərova, Bədii istiqamət üzrə qalibimiz isə Bakı Slavyan Universitetinin Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin tələbəsi Azadə Bayramova oldu!!!!

Bütün qaliblərimizi və iştirakçılarımızı təbrik edirik!!!!

     

 

     

 

      

 

 

Go Back

"DÜŞÜNƏN QƏLƏM" müsabiqəsinin yekun mərasimi keçirildi

22.12.2014 tariixində Bakı Dövlət Universitetində BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi, Psixologiya və Konsultasiya Mərkəzi və Azərbaycanda ilk elmi-publisistik Jurnal olan " Düşüncə" Jurnalının təşkılatçılığı ilə ərsəyə gələn "DÜŞÜNƏN QƏLƏM" müsabiqəsinin yekun mərasimi baş tutdu! Tədbirdə BDU THİK -in Sədri Daşqın Qənbərov, PCC-nin rəhbəri, psixoloq Elnur Rüstəmov və Azərbaycanda ilk elmi-publisistik jurnal olan "Düşüncə" Jurnalının baş redaktoru Vusalə Ələkbərova iştirak etdilər.

Tədbir BDU Tələbə Həmkarlar İttifaqı komitəsinin sədri Daşqın Qənbərovun açılış nitqi ilə başladı. Daşqın Qənbərov "Düşünən Qələm " müsabiqəsinin mahiyyətindən və bu cür müsabiqələrin vacibliyindən bəhs edərək, sözü Psixologiya və Konsulatiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmova verdi. Elnur Rüstəmov bugün cəmiyyətdə psixologiyanın aktuallığından, sürətli inkişafından və bunda gənclərin rolundan bəhs edərək, iştirakçıları təbrik etdi, gələcək fəaliyyətində uğurlar arzuladı. Daha sonra söz  "Düşüncə" Jurnalının baş redaktoru Vüsalə Ələkbərovaya verildi. Vüsalə xanım "Düşünən Qələm" müabiqəsində iştirak etmiş olan gəncləri təbrik etdi və onları "Düşüncə" Jurnalı ilə sıx əməkdaşlığa səslədi. Bu kimi müsabiqələrin jurnal tərəfindən davamlı olaraq keçiriləcəyini vurğuladı.

Qeyd edək ki, bir ay davam edən müsabiqədə qəbul edilən 60-yaxın məqalələr münsiflər heyəti tərəfindən incələnərək, ən yaxşı 17 iştirakçı və müxtəlif istiqamətlər üzrə 3 qalib müəyyən edilib.

Daha sonra iştirakçılar "Təşəkkürnamə" və müxtəlif nominasiyalar üzrə sertifikatlarla, qaliblər isə qalibiyyət sertifikatı, birincilik hədiyyələri ilə təltif edildi,  eyni zamanda, qaliblərə  Psixologiya və Konsultasiya mərkəzində tədris edilən kurslarda iştirak üçün 200 aznlik hədiyyə kuponları təqdim olundu. Sonda xatirə foto çəkildi.

 

     

 

 

 

Go Back

Qadağan olunmuş kitablar

Bu, senzuradırmı? 

Amerikadakı orta məktəblərin haqqı var ki, valideynlərin şikayəti əsasında kitabxanalarındakı bəzi bədii əsərlərin şagirdlərə verilməsini qadağan etsin.
Amerika Kitabxanaları Assosiasiyası isə bunu senzura adlandıraraq bildirir ki, məktəb senzorları əsasən narkotiklər və intiharlar barədə açıq yazan kitabları hədəfləyir, bunu yeniyetmə oxucuları zərərli təsirlərdən qorumaq zərurəti ilə izah edirlər.

Assosiasiya qadağan edilmiş bu cür kitablar haqda məlumatları ölkə boyu toplayıb onların adlarını bir qayda olaraq Amerikada “Qadağan Olunmuş Kitablar Həftəsi” – 22-28 sentyabr arasında elan edir.

Hərçənd assosiasiyanı bu "həftə" boyu "yalan yaymaqda" ittiham edənlər də var. Məsələn, mühafizəkar "Focus on the Family" (Ailəyə diqqət) təşkilatı həmin kitabların heç də qadağan edilmədiyini, sadəcə, bəzi yaş qrupları üçün məqsədəmüvafiq bilinmədiyini iddia edir.

“Qadağan Olunmuş Kitablar Həftəsi”ni keçirən Amerika Kitabxanalar Assosiasiyasının prezidenti Barbara Stripling bildirir ki, qadağa, barəsində valideynlərdən çoxlu şikayət daxil olmuş bədii kitablara şamil edilir.

Bu ilin qadağan olunmuş kitabları siyahısında ikinci yeri Sherman Alexie-nin “Yarımştat hindunun tamamilə həqiqi gündəliyi” (The Absolutely True Diary of a Part-Time Indian) kitabı tutur.

Birinci yerdə Dav Pilkey-nin “Kapitan Alt paltarı” (Captain Underpants) kitabıdır. Nyu York şəhər məktəbi bu kitabı 11 yaşlılar üçün qadağan siyahısına daxil edib, halbuki roman gənclər üçün əsərlər kateqoriyasında Amerika Milli Kitab Mükafatına layiq görülüb. On dörd yaşlı yeniyetmə haqqında olan bu kitabda alkoqol, yoxsulluq, zorakılıq, masturbasiya və özünəhəzz vermə səhnələrinin təsvirləri var.

Kitablar yox, kompüter oyunları təhlükəlidir

Harry Potter haqda kitab Britaniyada dükanda, 2005

Naşirlər adətən belə qadağanlarda məntiq görmürlər. Məsələn, sözügedən kitabı Britaniyada çap etmiş Andersen Press nəşriyyatının redaktoru Charlie Sheppard deyir ki, o, bu əsərin 11 yaşlı oğlu tərəfindən oxunmasını istərdi.

Andersen Press gənclər üçün ziddiyyətli kitabların nəşri ilə məşhurdur. Yeniyetmə yazıçı Melvin Burgess-in “Narkoman” (Junk) romanını da bu nəşriyyat buraxıb.
Cənab Sheppard deyir ki, bu cür kitabların nəşrini davam etdirəcək.

Onun fikrincə, kitablar oxucuya təcrübə və emosiya verir. O deyir ki, yeniyetmələrin tərbiyəsindən narahat olanlar kitablara yox, kompüter oyunlarına diqqət yetirsinlər.
Yazıçı Jay Asher-in yeniyetmələr üçün “Niyənin 13 Niyəsi” (Thirteen Reasons Why) əsəri intihar barədədir və “New York Times” qəzetinin bestsellerlər siyahısında birincidir. Di gəl ki, bu kitab 2012-ci ildə qadağan edilmiş kitabların onluğuna düşüb.
Xanım Stripling bu əsərin məhz yeniyetmə intiharına aid olduğu üçün qadağan edildiyini bildirir, lakin əlavə edir ki, kitabların kimisə intihara təşviq etdiyi barədə dəlillər ortada deyil.

Qiraət azadlığı

O bildirir ki, yeniyetmə oxucuların özləri belə qadağaların əleyhinədirlər. Onlar deyirlər ki, “əgər bu kitabları oxumasaq, həyatın keşməkeşlərinə necə hazır ola bilərik?”
Amerika Kitabxanalar Assosiasiyası təkcə 2012-ci ildə 464 şikayət alıb. Təşkilat monitorinqə başladığı 1982-ci ildən bəri ona 11300 kitab barədə şikayətlər göndərilib. Xanım Stripling deyir ki, adətən barəsində şikayətlər edilən hər beş kitabdan biri qara siyahıya düşür.

Qadağan olunmuş kitablar siyahısında müntəzəm qaydada yer alan yazıçılar arasında JK Rowling, Mark Twain, Judy Blume, Stephen King, Maya Angelou və John Steinbeck kimi adlar var.

Qadağan Olunmuş Kitablar həftəsi Twitter müzakirəsi ilə  #bannedbooksweek, #bannedbookparty and #heroes ünvanında başlanıb.

Amerika Kitabxanalar Assosiasiyası özünün illik “Mənim qəhrəmanım” mükafatını qiraət hüququnu fədakarlıqla müdafiə edənlərə verəcək.

YouTube saytındakı xüsusi kanalda isə müəlliflər, kitabxanaçılar və oxucular özlərinin sevimli qadağan olunmuş kitabları barədə bəhs edəcəklər.

Ötən onilliklərdə qadağan olunmuş kitablar:

2000-2009

1. Harry Potter (silsilə) - JK Rowling
2. Alice (silsilə), müəllif Phyllis Reynolds Naylor
3. “Şokolad Müharibəsi” (The Chocolate War), müəllif Robert Cormier
4. “Və Tango doğuldu” (And Tango Makes Three), müəlliflər Justin Richardson və Peter Parnell
5. “Siçanlar və Adamlar” (Of Mice and Men), John Steinbeck
6. “Qəfəslənmiş quşlar niyə oxuyur?” (I Know Why the Caged Bird Sings) müəllif Maya Angelou
7. “Qorxulu hekayələr” silsiləsi (Scary Stories), müəllif Alvin Schwartz
8. “Allahın Qaranlığı” (His Dark Materials) fantastika silsiləsi, Philip Pullman
9. “ttyl, ttfn və l8r g8r” - Lauren Myracle
10. “Qarabəxtli qızın qüruru” (The Perks of Being a Wallflower) – müəllif Stephen Chbosky

1990-1999

“Qorxulu hekayələr” (Scary Stories) Alvin Schwartz
“Atamın otaq yoldaşı” (Daddy's Roommate) - Michael Willhoite
“Qəfəslənmiş quşlar niyə oxuyur?” (I Know Why the Caged Bird Sings) müəllif Maya Angelou
“Şokalad Müharibəsi” (The Chocolate War), müəllif Robert Cormier
“Heklberri Finnin Macəraları” (The Adventures of Huckleberry Finn) - Mark Twain
“Siçanlar və Adamlar” (Of Mice and Men), John Steinbeck
“Əbədi” (Forever) - Judy Blume
“Terrabitiya körpüsü” (Bridge to Terabithia) - Katherine Paterson
“Heather-in iki anası” (Heather Has Two Mommies)- Leslea Newman
“Çovdarlıqda uçurumdan qoruyan” (The Catcher in the Rye) - JD Salinger

Tam siyahını Amerika Kitabxanalar Assosiasiyasının (American Library Association) internet saytında görə bilərsiniz.

azadliq.org

Go Back

Azərbaycanın Ailə Strategiyası hazırdır

 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideyn məsuliyyəti ilə bağlı da qanun layihəsi hazırlayıb

 Ailə Strategiyasının layihəsi artıq hazırdır, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ilin sonunadək hökumətə təqdim olunacaq.

 Bu barədə APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva bildirib.

 A. Sofiyeva deyib ki, Ailə Strategiyasının hazırlanması ilə əlaqədar Dövlət Komitəsi müvafiq qurumlarla əməkdaşlıq edib, təkliflər öyrənilib, bunun əsasında sənəd hazırlanıb.

 Sədr müavini qeyd dib ki, Ailə Strategiyasında ailə məsələlərinə strateji baxış, dərin təhlil və gələcək fəaliyyətin istiqamətləri əksini tapıb: “Ailə Strategiyasında aztəminatlı, çoxuşaqlı ailələrlə bağlı məsələlər nəzərdə tutulub. Ümumiyyətlə, ailələrin sosial rifahının yaxşılaşdırılması ilə əlaqədar məsələlər sənəddə əksini tapacaq”.

 A. Sofiyeva Dövlət Komitəsinin valideyn məsuliyyəti ilə bağlı qanun layihəsi də hazırladığını, hazırda müvafiq qurumlarla razılaşdırma mərhələsində olduğunu nəzərə çatdırıb: “Sənəddə Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və digər qanunvericilik aktlarına dəyişikliklər nəzərdə tutulur”.

ailem.az

Go Back

20 nəticə göstərilir