Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Hamiləlik Dövrü"

9 ayın 9 qanunu

1.Düzgün qidalanma və çəkiyə nəzarət.
Hamilə qadının qidalanmasının bəzi özəllikləri var kı, bu barədə saytımızdakı xüsusi məqalədə geniş məlumat verilib. Çəki artımına da nəzarət vacibdir. Həftə ərzində hamilə qadının cəkisi 200-450q arta bilər. Bütün hamilılik dövründə isə artım 12 kq-dan artıq olmamalıdır.

2. Təmiz hava.
Hamilə qadın hər gün 1saatdan az olmayaraq təmiz havada gəzintilər keçirməlidir. Təmiz havada hərəkət qan dövranını gücləndirir ki, bu da həm anaya, həm də gələcək körpəyə xeyirlidir.

3. Vitaminlər.
Hamiləliyin ilk 3 ayında sutkada 400 mikroqram Fol turşusu qəbul olunmalıdır. Bu vitamin döldə mərkəzi sinir sistemi qüsurlarının yaranma ehtimalını 70% azaldır. Hamiləliyin 3 ayından sonra isə sutkalıq təlabata uyğun tərtib olunmuş xüsusi vitamin kompleksləri məsləhət görülür.

4. Kalsium və Dəmir preparatları.
Hamiləliyin 22-24-cü həftəsində döldə sümük toxumasının inkişafı başlayır. Hamilənin orqanizmində kalsium kifayət qədər olmadıqda, döl özünə lazım olan kalsiumu ananın sümük və dişlərindən alır. Bunun qarşısını almaq üçün bu həftələrdə müxtəlif kalsium preparatları və bu maddə ilə zəngin qida qəbulu məsləhətdir. Anada yaranan dəmir defisitli anemiyanın (qanazlığının) müalicəsi və profilaktikası üçün isə dəmir preparatları qəbul olunmalıdır. 

5. Allergenlər
Dölün immun sisteminin normal formalaşması üçün hamilə qadın rasionunda allergen məhsulları ( şokolad, apelsin, mandarin vəs.) azaltmalıdır. 

6. Fiziki iş və gimnastika.
Fiziki iş hamilə üçün vacibdir. Lakin hamilə qadın yorulmamalı, gecə növbəsindən və ağır işdən azad olmalı, uzun müddət ayaq üstə durmamalı və yaxud oturaq vəziyyətdə olmamalıdır. Hamiləlik zamanı uzaq yol getmək də məsləhət deyil. 
Doğuşa hazırlıq məqsədilə xüsusi gimnastika ilə məşğul olunmalıdır. Buraya doğuşda iştirak edən əzələləri möhkəmləndirən və tənəffüsü tənzimləyən idman hərəkətləri daxildir.

7. Ehtiyat tədbirləri. 
Hamiləliyin ilk və son aylarında cinsi əlaqə məsləhət görülmür. Bu düşük və vaxtından əvvəl doğuş təhlükəsi yarada bilər.
Hamilə yuxu rejiminə riayyət etməlidir. Gecə yuxusu 8 saatdan az olmamalı, günorta vaxtı isə 1-2 saat istirahətə yer verilməlidir.
Onurğa sütununa yükü azaltmaq və qarın əzələlərini qorumaq üçün hamiləliyin 20 həftəsindən sonra xüsusi bandajlardan istifadə olunmalıdır. 

8. Daimi həkim nəzarəti.
Hamilə özünün və gələcək uşağının sağlamlığını qorumaq üçün vaxtlı-vaxtında həkim qəbulunda olmalı, lazımi laborator və ultrasəs müayinələrindən keçməlidir. Hamilə üçün optimal pəhriz, idman hərəkətləri və dərman preparatları individual olaraq yalnız həkim tərəfindən təyin oluna bilər.

9. və ən əsası - hamilənin emosional durumu. 
Hamiləlikdə stress və əsəb gərginliyi yolverilməzdir. Hamilənin sinir sistemi cox kövrəkdir və bunu həm gələcək ana özü, həm də ailə üzvləri nəzərə almalıdırlar. 

ranuel.org

Go Back

Doğuşdan sonrakı dövrün gigiyenası

Doğuşdan sonrakı dövr ciftin bütün qişaları, göbək ciyəsinin qalıqları ilə birlikdə uşaq doğulandan sonra uşaqlıqdan ayrılması ilə başlayır və doğuşun üçüncü dövrü sayılır və bu dövr 6-8 həftə davam edir.

Bu dövrdə yeni şəraitə uyğunlaşma, orqanizmin yenidən qurulması baş verir ki, bu da ilk 1-2-ci həftələrə təsadüf edir.

Uşaqlıq tədricən qan və seliklə birlikdə ifraz olunan nekrozlaşmış toxumalardan azad olaraq həcmcə kiçilir. Bu ifrazatlara “loxiyalar” deyilir. 1-ci gündən 5-ci günə qədər seroz-qanlı ifrazatın miqdarı çox olur, sonra azalaraq 10-cu günə rəngi açıqlaşır.

Uşaqlığın normal vəziyyətinin daha tez bərpa olunmasına səbəb olan əsas amillərdən biri körpənin ana südü ilə qidalandırılmasıdır.Körpənin fəal şəkildə süd əmdiyi zaman oksitosin hormonu ifraz olunur ki, bu da uşaqlığın yığılmasına səbəb olur. Uşaqlığın normal vəziyyətə qayıtması doğuşdan sonra 10-12-ci günə təsadüf edir.

Uşaqlıq boynu yalnız doğuşdan sonra 3-4-cü həftələrdə bağlanır. Bu səbəbdən də uşaqlıq daxilinə infeksiya keçməməsi üçün həmin dövrdə gigiyenik qaydalara xüsusi dəqiqliklə riayət etmək lazımdır.

Doğuş zamanı aralıq sahəsi zədələnməsə də belə, xeyli genişlənmə və sıxılmaya məruz qalır. Buna görə də doğuşdan sonrakı dövrdə aralıq nahiyəsində ağrıların olması təbiidir. Xüsusilə də doğuş zamanı dölün başının maneəsiz irəliləməsi üçün kəsiklər aparılmışdırsa, bu ağrılar qaçılmazdır. Hər bir yeni tikilmiş yara kimi aralıq kəsikləri və çatların sağalması 7-10 gün tələb edir.

Qadın doğum evində olarkən tibb bacısı aralığın infeksiyalaşmamasına nəzarət edir. Tək kəsik yarası yox, eləcə də bütün doğuş yollarına infeksiyanın düşməməsi üçün doğuşdan sonra gigiyena qaydalarına əməl etmək zəruridir:

- gigiyenik qadın paketlərinin təmizliyinə fikir verin, onları hər 4-6 saatdan bir dəyişin;

- gigiyenik paketləri öndən arxaya doğru hərəkət etdirərək dəyişdirin ki, arxa dəlikdən uşaqlıq yoluna mikroorqanizmlər düşməsin;

- hər bir təbii ifrazatdan sonra aralığı ilıq su və ya antiseptik maye (kalium permanqanatın zəif məhlulu) ilə yaxalayın;

- çalışın ki, yaralar sağalmamış aralığa əlinizlə toxunmayasınız.

Evə qayıtdıqdan sonra çalışın ki, 10 gün və mümkünsə, daha artıq müddətdə istirahət edəsiniz. Təbiətin qanunlarına zidd getməyə çalışmayın; orqanizm yalnız 6 həftədən sonra əvvəlki vəziyyətinə qayıdır və ən azı 2 aydan sonra gücünü tamamilə bərpa edir. Bu dövr ərzində həddən artıq yorulmaq, ağır əşyalar daşımaq qadağandır. Nahardan sonra istirahət edin, gün ərzində 7 saatdan az yatmayın!

Doğuşun səhərisi artıq duş qəbul edə bilərsiz. Doğuşdan 10-12 gün sonra vanna qəbul etmək olar. Ancaq aralıqda kəsik yaraları varsa, bunu ehtiyatla etmək lazımdır.

Saglamolun.Az

Go Back

Hamiləlikdə qrip və soyuqdəymə

Havaların soyuması hamilə qadınları onların qripə yoluxacağı və körpələrinə bir zərər dəyəcəyi təhlükəsi ilə qarşılaşdırır.  

Qrip və soyuqdəymə nədir?
Qrip (elmi adı influenza) və soyuqdəymə bir-biriylə çox qarışdırılır və hətta eyni xəstəlik kimi qəbul edilir. Ancaq bunlar bir-birindən çox fərqlənən iki vəziyyəti ifadə edirlər. Hər iki xəstəlikdə oxşar əlamətlər yaşansa da həm xəstəliklərin səbəbləri, həm də yaratdıqları nəticələr çox fərqlənirlər. Hər iki halda viruslar törədici rolunu oynayır və yuxarı tənəffüs yollarını tuturlar. Qrip Influenza A, B, və C adı verilən 3 növ virusa bağlı bir xəstəlik olduğu halda, soyuqdəyməyə 200 növ virus səbəb ola bilər.

Soyuqdəymə
Soyuqdəymə ümumiyyətlə burun yollarını tutan bir xəstəlikdir və bu xəstəliyə səbəb olan mikrobların əsas bir qismi “rhinovirus” adı verilən qrupa daxildir. Rhino yunanca burun mənasını daşıyır. 
Xəstəlik virusa yoluxduqdan 2 gün sonra ortaya çıxır. Ən çox rast gəlinən şikayətlər soyuqdəymə, burun tutulması və asqırmadır. Hərarətin yüksəlməsinə rast gəlinmir, ancaq boğaz ağrısı ola bilər. Lakin müayinə zamanı boğazda qızartıya rast gəlinmir. Virusun növündən asılı olaraq gözlərdə sulanma, öskürək, burun axması, iştahsızlıq, halsızlıq kimi şikayətlər də yarana bilər. Burun axma əvvəlcə duru, sonralar isə sarı-yaşıl rəngdə bərkləşmiş olur. Bütün bu əlamətlər 7-10 gün ərzində azalaraq öz-özünə itir.

Qrip
Influenza viruslarının törətdiyi qrip xəstəliyi isə hər il məşhur epidemiyalara səbəb ola bilən ciddi bir xəstəlikdir. Bütün dünyanı düşündürən qrip epidemiyası günümüzə qədər 20 milyondan çox insanın ölümünə səbəb olmuşdur. 
Amerika Xəstəliklərin İdarə olunması Mərkəzinin məlumatlarına görə hər il əhalinin 10-20% i qripə tutulur və orta olaraq 114min adam qrip xəstəliyi ilə xəstəxanada müalicə edilmək məcburiyyətində qalır. 20mindən çox adam həyatını itirir. Həyatını itirən xəstələrin əsas bir qismi ya ciddi sağlamlıq problemləri olan xroniki xəstələr, ya da yaşlı və zəif xəstələrdir. Buna görə də qrip çox ciddi bir xəstəlik hesab olunur. 
Xəstəliyə səbəb olan virus çox tez-tez öz formasını dəyişdirdiyi üçün geniş epidemiyalara səbəb olur. 
Xəstəlik ümumi bədən hərarətində yüksəlmə, yəni temperatur ilə başlayır. Üzdə qızarma və halsızlıq meydana çıxır. Bəzi insanlarda başgicəllənmə, ürək bulantısı və qusma baş verə bilir. Hərarətin yüksəlməsi adətən 2-3 gün davam edir, lakin bəzən 5 gün də çəkə bilir. Hərarətdən sonra ümumi tənəffüs pozğunluqları meydana çıxır. Ən geniş rast gəlinəni quru öskürəkdir. Bununla yanaşı boğaz ağrısı, boğazda qızartı, soyuqdəymə əlamətləri, oynaq ağrılarına da tez-tez təsədüf olunur. 

Qrip virusu tənəffüs sistemində burun, boğaz, nəfəs borusu hətta ağciyərlərə belə keçərək tənəffüs yollarının epitel təbəqəsini zədələyir. Öskürəkdən savayı digər əlamətlər 1 həftə içində itir, lakin öskürək bir neçə həftə davam edə bilir. 

Hamiləlik, qrip və qrip peyvəndi
Hamiləlik qripə tutulmaq üçün bir risk meydana gətirmir. Ancaq hamilə qadın qripə tutularsa xəstəliyin və hamiləliyin ağırlaşma riski artmış olur. Eyni yaş qrupundan olan qadınlar müqayisə edildiyində hamilə olanların qrip səbəbi ilə xəstəxanaya yerləşdirilməsi hamilə olmayanlara nisbətən daha çox rast gəlinir. Hamiləlik insanın immun sisteminin zəifləməsi ilə yanaşı qan dövranı və tənəffüs sistemində də dəyişiklərə səbəb olaraq daha yüksək risk altına almış olur.  
Qrip peyvəndi canlı virusdan ibarət olmayan və hamiləlikdə istifadə edilə bilən etibarlı bir peyvənddir. Amerika Ginekolog və Mamalar birliyi (ACOG) epidemiya mövsümündə hamiləliyinin ikinci ya da 3cü trimestrində (üçaylıq) olan qadınlara qrip peyvəndi edilməsini təklif edir. 
Bundan əlavə şəkər xəstəliyi, bronxial astma, yüksək təzyiq kimi yüksək risk vəziyyətlərinin varlığı zamanı hamiləliyin müddətinə baxılmadan qrip peyvəndi edilməsi təklif edilir. Sadalanan risk faktorları olmayan qadınlara isə 1ci trimestrin (üçaylıq) sonunda qrip peyvəndi edilməsinə icazə verilir. 
Bununla yanaşı peyvənddən sonra anada inkişaf edən antitellər müəyyən miqdarda körpəyə də keçərək həyatının ilk aylarında onu da qripə qarşı qoruyacaqdır. 
Qrip mövsümü ümumiyyətlə noyabr-aprel aylarını əhatə edir. Xəstəlik ən çox dekabr ilə martın əvvəlinə qədər olan dövrdə rast gəlinir. Epidemiya başlayarkən ilk 3 həftə daha geniş yayılır, sonrakı aylarda getdikcə azalmağa başlayır. Peyvənd üçün ən ideal dövr oktyabr ayı ilə noyabr ayının ortasına qədər olan dövrdür. Peyvənddən sonra antitellərin yaranması və qoruyucu funksiyanın başlaması üçün 1-2 həftə vaxt lazım gəlir. Qrip peyvəndinin qoruyuculuğu 70-90% arasında dəyişir. 
Qrip peyvəndi hamiləlikdə və əmizdirmə dövründə etibarlı olaraq qəbul edilir. 
Qrip peyvəndinin ola biləcək əlavə təsirləri bunlardır: 
o    İnyeksiya sahəsində (iynə vurulan nöqtədə) lokal həssaslıq və şişkinlik (10-64% hallarda)
o    Yüngül hərarət və halsızlıq
o    Nadir olaraq allergik reaksiya

ana.az

Go Back

Hamiləlik zamanı saçları kəsmək və boyamaq olarmı?

Bu sual hamilə qadınların əksəriyyətini maraqlandırır. Tanışlardan, rəfiqələrdən qadınlar tez-tez eşidir ki, hamiləlik zamanı saçları kəsmək və boyamaq olmaz ki, bu uşağın sağlamlığına ziyan vura bilər.

Həqiqətdə saçların kəsilməsi hamiləliyə heç bir mənfi təsir etmir. Bu səbəbdən hamilə qadın özünə istədiyi saç kəsimi seçə bilər.

Saçların boyanmasına gəldikdə isə həkimlərin əksəriyyəti bunu hamiləliyin ilk 3 ayı ərzində etmək məsləhət etmirlər. Məsələ burasındadır ki, saç boyaların tərkibində müxtəlif orqanizmə zərər verə bilər maddələr var.  İlk növbədə bu ammonyak, hidrogen peroksidi, rezorsin və s. maddələrdir. Saç boyası saçlarda 30 dəqiqə və hətta daha artıq müddət ərzində qalır. Bu müddət ərzində bu maddələr baş dərisinə düşərək kiçik miqdarlarda olsa da qadının qanına sorulur. İlk 3 ay ərzində ciftin formalaşması prosesi gedir və bu müddət ərzində döl hələ ki ciftlə tam müdafiə olunmur. Bu səbəbdən bu və digər ziyanlı maddələr nisbətən asan ana qanından dölün qanına düşə bilər.

Hamiləliyin təxminən 16-cı həftəsində cift tam formalaşır və bundan sonra qadın saçlarını boyaya bilər. Lakin bu halda müəyyən qaydalara riayət etmək lazımdır:

- ammonyak tərkibli davamlı boyalardan imtima edin. Hal hazırda satışda müxtəlif tərkibində ammonyak olmayan saç boyaları var (boyanın qutusunun üzərində "без аммиака" qeydi var). Orqanik boyalar, xüsusi köpüklər və şampunlar davamlı effekt verməsələr də, orqanizm üçün, demək olar, tam ziyansızdır. Ən ziyansız boyalar isə təbii boyalardır - xına və basma. Bu təbii boyalar həm də saçların keyfiyyətini yaxşılaşdırır, onları daha möhkəm edir. Bildiyimiz kimi, hamiləlik zamanı saçlar nazilir və tökülür.

- salona səhər saatlarında gedin ki, orada olan hava daha təmiz olsun.

- hamiləlik zamanı qadının immuniteti zəifləyir və bunun nəticəsində hətta allergiyaya meyilli olmamayan qadınlarda saç boyası allergik reaksiya verə bilər. Bu səbəbdən saçları boyadıqdan əvvəl belə bir test edin. Axşamdan  boyanın kiçik hissəsini qulaqın axrasına çəkin və səhər nəticəni qiymətləndirin. Əgər dəridə qızarma, qaşınma və s. olarsa, saç boyasını dəyişin.

Qadında allergiyaya meyillik olarsa, hamiləlik zamanı saçları boyamaq məsləhət deyil.

- hamiləlik zamanı qadının hormonal fonu kəskin dəyişilir və bu səbəbdən istədiyiniz rəng alınmaya bilər (daha tünd və ya daha açıq, qeyri-bərabər rəng, "ləkəli" saçlar). Bu səbəbdən əvvəl boyanı saçın kiçik dəstəsində yoxlayın. Nəticə sizi qane edərsə, bütün saçlarınızı boyaya bilərsiniz.

- hamiləlik zamanı "melirovaniye" və "kolorirovaniye" kimi müasir üsullara üstünlük verin. Bu zaman saç boyası dəri ilə təmasda olmur və bu səbəbdən onun tərkibində olan maddələr ananın qanına düşmür.

Beləliklə, hamiləlik zamanı müəyyən qaydalara riayət etməklə saçları boyamaq olar.

saglamolun.az

Go Back

Hamilə qadının psixikasında baş verən dəyişikliklər

Söhbətimiz uşağının doğulmasını istəyib-istəməməsindən asılı olmayaraq, bütün hamilə qadınlarda baş verən psixoloji dəyişikliklərdən gedəcək. Bu psixoloji dəyişikliklər hamiləlik dövründə baş verən fizioloji dəyişikliklər qədər qaçılmazdır. Həmçinin hamiləlik prosesinə uyğunlaşmaq və uşağı dünyaya gətirməyə hazır olmaq üçün əhəmiyyətlidir. 

Doğumaqədərki prosesdə qadın müəyyən psixoloji inkişaf yolunu keçir. Bu yol qadının öz hamiləliyini dərk etməsindən başlayaraq onunla əlaqədar dəyişiklikləri qabul etməsindən, sonda uşağı dünyaya gətirməklə onu bir daha bətnində daşımamayacağı həqiqəti ilə barışmasında və ömrünün qalan hissəsini onunla paylaşacağı ilə qərarlaşması ilə bitir. Şərti olaraq bu dövrü üç mərhələyə bölürük.

Birinci mərhələdə qadın öz hamiləliyini, yəni yeni vəziyyətini və onunla əlaqədar baş verəcək dəyişiklikləri qəbul etmək ərəfəsində olur. O, ana olmaq statusu ilə baş verən fizioloji dəyişikliklərə uyğunlaşmağa çalışır. Həm orqanizmdə, həm də psixikada tamlığı qoruma mexanizmi fəallaşır. Bədəndə baş verən oyanıqlığa psixi struktur uyğunlaşmağa başlayır. “Mən” və uşaq arasında tamlaşma baş verir. 

Adətən hamilə xanımlar deyir: “Mən alma istəyirəm, biz meyvə istəyirik.”, “Biz acmışıq, amma hər şeyi də yemirik.” Yəni ana nə edirsə uşaq üçün edir, onun üçün daha düzgün yeyir, lazımınca yatır, dincəlir və s. Uşaq onun içindəki bir “Mən”ə çevrilir. Ana müsiqiyə qulaq asır, idmanla məşğul olur, dualar oxuyur, quran oxuyur. Qorxulu filmlərə baxmır, gözəl mənzərəli yerlərdə olmağa çalışır. Eyni zamanda bu dövrdə anada reqressiya (uşaqlıq dövrünə qayıtma) baş verir. Ouşaqıq illərini, anası ilə keçirtdiyi vaxtları xatırlayır, onları təkrarən yaşayır. 

Psixoloji dəyişikliklərin ikinci dövründə uşağın tərpənişi dövrünə düşür. Qadın uşağı hiss etməyə, onunla əlaqələr qurmağa başlayır. Artıq analıq hissi daha da artır, qadın real olaraq bətnində canlı bir varlığın olmasını hiss edir. Bu zaman birinci mərhələdə bütövləşən “Mən”də “Qeyri-Mən” formalaşmağa başlayır və “Mən” differensialaşmağa (mürəkkəbləşməyə) başlayır. Psixika bu halı rahat qəbul edir və baş verənlərə yanaşma da sabit olur. Qorxular çəkilir, qadın özündə böyük güc-qüvvə hiss edir. Uşağın cinsi müəyyən edilincə isə uşağa cinsinə görə müraciət, ad qoyulubsa adının çəkilməsi, ona alınan paltarların əzizlənməsi və s. davranışlarla uşağın istəkli olunması müsbət enerji kimi doğulacaq körpəyə ötürülür.

Sonuncu mərhələ dogum anaından başlayır. Uşaq ana bətnindən xaric olunur, doqquz ay bətndə gəzdirilən körpəni görmək istəyi artır. Bu mərhələdə əksər qadınlar yorğunluq hiss edir və bu ərəfədə prosesin tezləşməsini qeyri-ixtiyari istəyirlər. Yeni münasibətlər fonu yaranır və doğum prosesinin müvəffəqiyyətliliyindən asılı olaraq qadınlar müəyyən komplekslər yaşamağa məcbur olurlar: məsələn, uşağı yedizdirmə ərəfəsində uşağı qəbul etməmə, tanımamaq və s. bu kimi hallar da baş verə bilər. Zamanla düzgün müdaxilə və nəzarət bu neqativ halı zəiflədir. Adətən bu hal uzun sürmür və tezliklə ana uşağı qəbul edir, onun qayğısına qalmağa başlayır.

Beləliklə, bəzən çətin, bəzən də adi qəbul etdiyimiz hamiləlik prosesi fərqli və mürəkkəb bir psixoloji dəyişikliklər fonundan baxıldı.

Go Back

Ana bətnində uşağın tərbiyəsi

Ümumiyyətlə ilk anda qəribə gələn bu anlamı gəlin sizə sadələşdirək. İstəyərdim söhbətimizə Məhəmməd Peyğəmbərin hədislərindən biriylə başlayım. “Bir gün ailə 40 günlük uşağı S.Ə.S. Məhəmməd Peyğəmbərin yanına gətirib onun vətənə, xalqa, ailəsinə xeyirli övlad olması üçün tərbiyəsi ilə bağlı məsləhət almaq istəyirlər. Peyğəmbərimiz isə “aparın bu uşağı artıq onun üçün gecdi” demişdi. Çox vaxt biz bu hekayəni eşidəndə düşünürük ki, uşağı ilk doğulduğu andan etibarən tərbiyə etməliyik. Əslində dövrünün filosofu olan M.P burda hətdə uşağın ana bətnində olan tərbiyəsin nəzərdə tutmuşdu. Hətda dində də Allah Uşağa ana bətnində 2ay yarımında ruh verir. Tibbi olaraq artıq uşağın 3 ayında əsas struktur orqanları tam yaranır. Deməli artıq uşağı tərbiyə eləmək vaxtı başlayır. Düşünün doğulanda belə dilsiz-ağızsız körpəyə nəsə öyrətmək çətin olur. Dili olmasa belə öz münasibətin ən azı ağlamaqla göstərir. Amma ana bətnində isə tam rahat və ən uğurlu tərbiyə etmək mümkündür. Körpə tam sizin istədiklərinizi qəbul edir və bu cür inkişaf edir.

ABŞda “baby shine” adı altında maraqlı bir terapevtik üsul var ki, uşağın embrional inkişafına birbaşa təsir edir və Psixoloji Mərkəzlərdə, Klinikalarda belə uğurla istifadə olunur. Bu ananın körpəylə danışması adlanır. Ana gün ərzində nələr edirsə, özünü necə hiss edirsə bu barədə körpəsinə raport verir: “Ana indi ataya yemək verməyə mətbəxə gedir”, “ bir az darıxdıq gəl gedək bir az televizora baxaq”, “Ata əsəbidi gəl onu güldürək”. Bu metod uşaqlarda intelektual səviyyəni artırır, buna görə də uşaq daha tez dil açır, səlist və aydın ünsiyyət qurur. 
Çox yaxşı olardı Anamız özünə hamiləlik boyu bir qeyd edə biləcəyi dəftər ayırsın. Ora övladından nələr görmək istədiyini qeyd etsin: “1.Sarışın, göy göz olsun. 2. Hamıyla ünsiyyətə girən, ağlamayan uşaq olsun, 3. Burnu balaca olsun. 4. Saçları buruq olsun və s.”mümkün olsa göz qabağında ola biləcəyi yerə yapışdırsın və üstündə ayın tarixini qeyd etsin. Məsələn, soyuducunun, yataq otağında şfanerinin üstünə və hər dəfə yanından keçəndə oxusun yadına əlavə etmək istədiyi şeyləri yazsın. Ayın sonunda yeni boş vərəqə əvvəlki vərəqdəki istəklərdən ən çox istədiyi 5 punktu əlavə edərək yapışdırsın. Bu hamiləliyin sonuna qədər belə davam eləsin. Övladı dünyaya gələndə ana özünü rəssam kimi hiss edəcək.

Ümumiyyətlə ananın hamiləlik boyu dinlədiyi musiqilər çox önəmlidir. Bəzən biz shopen, mozart kimi dünya klassiklərinin musiqisini dinləyirək uşağımızı daha “mədəni” olmasını istəyirik. Əslində isə bu tam belə deyil. Psixologiyada Etnopsixologiya deyilən bir elm varki, burada hər bir millətin fərqli zövlərə, iqlimə,yaşayış tərzinə bir sözlə bütün ekoloji və sosial faktorların təsiri ilə insanların psixologiyası öyrənilir. Yəni Azərbaycanlı ananın və körpənin öz etnosundan olmayan musiqiyi dinləməsi elədə effekt vermir. Ana çalışmalıdı dinlədiyi musiqilər Azərbaycan mənşəli musiqi( Sözsüz mahnı) qulaq assınlar. Bu övladlarını vətənpərvər və anaya bağlı, özgüvəni yüksək, komunikativ uşaq edəcək. Məsələn elə bizim əksəriyyətimiz himnimiz və ya sarı gəlinimiz və ya başqası bunları dinləyəndə çox həssaslaşır, qəribə hisslər keçiririk, el dili ilə desək “tüklərimiz biz-biz olur” bu da bizim genetik yaddaşımızı göstərir.

Sonda isə onu qeyd etmək istəyirəm ki, əziz analar, bəzən övladlarımızı hansısa formada görmək istəyirik bəzən buna zorlayırıq sonda isə çox vaxt məyus olur, daxili istəyimizə görə göstərdiyimiz təzyiqlər bəzən uşaqlarımız tərəfindən üsyanla qarşılanır. Ondansa bunu zamanında sizin tam nəzarətiniz altında etsəz nə siz incimərsiniz nə də övladınız.

"NARINC" Uşaq Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Narınc Rüstəmova

Go Back

Hamiləlik dövründə yaranan stress və onunla mübarizə üsulları

Stress bizim gündəlik həyatımızda artıq adi hal olaraq qarşıladığımız bir haldır. Lakin əlimizdən gələni edirik ki,bu hallarla qarşılaşmayaq. Təbii ki, müasir zamanda bu bir az çətindir. Özümüz bu hallardan uzaqlaşa bilməsək də, əlimizdən gəldiyi qədər çalışırıq ki ,uşaqlarımız stresdən uzaq olsunlar. Bunun üçün ilk olaraq hamiləlik dövründən öz psixikamızı stress yaradan faktorlardan uzaq tutmağa çalışmalıyıq.

Hamiləlik müddəti həm qadın, həm də ətrafı üçün xüsusi və fərqli bir dövrdür və bu dövrdə hamilə qadının bədənində, duyğularında və həyat tərzində bir çox dəyişiklik meydana gəlir. Xüsusilə hamiləliyin ilk 3cü ayında. Tez-tez səbəbsiz ağlayır, arzu edilən hamiləlik olsa belə ilk aylarda hamiləliyi qəbul edə bilməmə hissi yaranır, içə dönüklük və passivlik meydana gələ bilər. Qarşıdakı aylarda da bədəndəki dəyişiklikləri mənimsəyə bilməmə vəziyyəti yarana bilər. Son aylarda isə ümumiyyətlə doğum qorxusu, sağlam körpə dünyaya gətirmə narahatlığı, “Yaxşı ana ola biləcəyəcəyəm?” qayğısı yaşana bilər.

Stresi yaradan səbəblər

Hamiləliklə bağlı ortaya çıxan ürək bulanma, qusma, tez-tez sidiyə getmə, bel ağrısı, əllərdə və ayaqlarda şişliklər, çəkinin artması kimi dəyişikliklər hamilə qadın üçün stress qaynağı ola bilir. Hamiləlik müddətində ortaya çıxan hormonal dəyişmələr də qadının psixoloji vəziyyətində dəyişikliklərə səbəb ola bilir.Körpənin sağlam olub olmadığı az qala bütün qadınları narahat edir. Xüsusilə ilk hamiləliyini yaşayanlar analar daha çox narahat olur. Qadınların bir çoxu doğum sancılarına dözə bilməyəcəklərini, doğumda səhv bir şey edərək körpəsinə zərər verə biləcəyini düşünürlər. İqtisadi səbəblər də stresə səbəb olur. Körpənin doğumu və sonrasındakı xərclərin çətinlik qorxusu həm ananı,həm atanı narahat edir.Əsasən də riskli hamiləlik səbəbiylə işindən ayrılıb evində hamiləliyini keçirmək məcburiyyətində qalan bir qadın üçün hamiləlik müddəti çox daha stressli və narahatverici olur.Bütün bu düşüncələr hamiləlikdə stres yaradan faktorlardi.

Hamiləlik dövründə yaşanan stress körpəyə necə təsir edir?

Hamiləlik dövründəki stress həm anaya, həm körpəyə mənfi təsir edir. İlk olaraq onu qeyd edim ki, stress erkən doğuma səbəb olur. Bəzi stress hormonları plasentaya gedən damarlarda daralmağa səbəb olur, körpəyə daha az oksigen və qida maddəsi getməsinə səbəb olur. Bu vəziyyət körpələrdəki inkişaf geriliyinə səbəb olur. Stress nəticəsində dünyaya gələn uşaqlarda diabetə,beyindaxili təzyiqə,alergiyaya tutulma ehtimali 2 qat daha çoxdur. Həmçinin onlarda davranış pozuntuları da müşahidə olunur.

Bəs nə etməli?

Hamiləlik fizioloji bir hadisədir və insan bədəni bu möcüzəvi hadisəni reallaşdıra bilmək üçün olduqca yaxşı inkişaf etmiş bir adaptasiya mexanizminə malikdir. Ana namizədinin özünü gözləyən dəyişikliklər mövzusunda yaxşı məlumatlandırılması çox əhəmiyyətlidir. Həmçinin hamiləlik müddətində ana nələrin normal, nələrin anormal olduğunu bilməlidir ki, özünü rahat hiss etsin.

Hər hamilə qadın şəxsi və iş həyatındakı stress qaynaqlarını təyin etməli və bunlarla mübarizə üsulları tapmalıdır. Buna görə hamilə bir qadın sağlam qİalanmalı, kifayət qədər yatmalı, spirt və siqaretdən uzaq dayanmalı və fiziki fəaliyyətdə olmalıdır. Fiziki fəaliyyət-yorğunluq, halsızlıq və bel ağrıları kimi hamiləlik ilə əlaqədar narahatlıqlarını azaldır.

Ən vacib nöqtə də qadının həyat yoldaşı, ailəsi və dostları tərəfindən dəstək görməsidir. Yaxın ətraf hamilə qadına mənəvi dəstək olmalı və işlərində köməkçi olaraq da ana namizədinin yaşadığı stressin azalmasına köməkçi olmalıdır. Bütün bunlardan əlavə hamilələr mütləq mütəxəssis dəstəyi almalıdırla. Çünki bu hamiləlikdən sonrakı dönəmdə qadınların depresiyaya düşməsinin qarşısını alır.

narinc.az

Go Back

7 nəticə göstərilir