Düşüncə Jurnalı

header photo

Blog posts : "Kliniki psixologiya"

Pareydolia

Buludlara, ağac gövdəsinin naxşılarına, divarda boya ləkələrinə və sair qarşıq təsvirlərə baxarkən bəzən orda insan üzü, heyvan başı, nəsə bir yazı, yaxud başqa bir konkret nəsnənin təsvir olunduğu illüziyası yaranır. Bu fenomen pareydolia adlanır. Belə hallarda başqalarından soruşsaz ki, onlar siz görəni görürlərmi, “hə” yaxud “yox” cavabı ala bilərsiz. 

Bəzi adamlar bu cəhətdən çox unikaldılar, onlar heç kimin görə bilmədyini görürlər. Belə adamlar başqa şeylərdə də unikallıq göstərirlər, məsələn, mətndən müəllifin nəzərdə tutmadığı mənalar çıxarmağa, yaxud həqiqətlə əlaqəsi olmayan hadisələr arasında əlaqə görməyə, mistifikasiyaya, bayağı konspirologiyaya inanmağa meyl edirlər. 

İndi biz belə hadisələrin psixoloji səbəblərini bilirik, ancaq 20-30 min əvvəlin insanları buludlar arasında bir sifət görəndə bunu hansısa mistik varlığın təzahürü kimi yozmaqdan qeyri nə edə bilərdilər? 

Qədim mistik inanclarıın kökünə getdikdə, onları təbiət hadisələrini anlamamaq, yaxud yanlış anladıqlarına görə yarandığı aşkar olunur. Mistifikasiya üçün səbəblər süni şəkildə də yaradıla bilər. Uçan boşqablar, bəzi su hövzələrində yaşayan naməlum böyük məxluqlar, qorxulu səslər və sair. Peşəkar şəkildə bir video yaxud foto montaj edib İnternetə buraxmaq kifayətdir.

Kayzen.az

Go Back

Sosial fobiya və əlamətləri

Fobiya — təşviş və qorxu hissləri, həmçinin müxtəlif vegetativ əlamətlərlə müşayiət olunan haldır. Tez-tez müşahidə edilirsə təşviş pozuntuları adlanan müxtəlif növ nevrozlar təzahürü kimi təyin edilir.

Sosial fobiya nədir? Əlamətləri nələrdir?
Mütəxəssislər soaial fobiya nədir və sosial fobiyaya səbəb ola biləcək hallar haqqında bunları deyirlər:
Sosial fobiya insanın başqalarının yanında kiçilməsi, çətinlik ya da utanmasına səbəb ola biləcək əlamətlərlə üzləşməsi,davranışının qorxusudur. Bu cür  şəxslər başqaları ilə qarşılıqlı münasibətdə olmağı tələb edən ya da hər hansı bir hərəkəti başqalarının yanında etmələrini tələb edən vəziyyətlərdən qorxurlar. Və bunlardan bacardıqları qədər qaçırmağa çalışırlar. Məsələn, ümumi yerlərdə yemək yeməkdən, telefonla danışmaqdan, başqalarının yanında adlarını yazmaqdan, ya da hansısa sənədi imzalamaqdan utanırlar, alçaldılmış duyğusu və qorxu hiss edirlər. 

Ən çox müşahidə olunan digər ictimai qorxular; başqalarının qarşısında danışmaq, yemək yemək, görüşlərdə və yığıncaqlarda iştirak etmək. Bu cür insanlar eyni zamanda keçirdikləri hissi digər insanların anlayacağından və gülünc vəziyyətə düşəcəklərindən qorxurlar. Həmçinin mənfi qiymətləndirilməyə və rədd cavabı almağa qarşı həddindən artıq həssas olurlar. Haqqlarını müdafiə etməkdə çətinlik çəkirlər, mənliklərində hörmətində aşağılıq ya da alçaq duyğular hiss edirlər.

Hər on nəfərdən birində həyatının hər hansı bir dövründə sosial fobiya müşahidə oluna bilər. Ümumiyyətlə bu vəziyyət şəxsiyyət xüsusiyyəti olaraq qiymətləndirilir və müalicə edilə bilən problemdir. Ancaq insana çox-çox narahatlıq verməyə başlasa mütəxəssislərə müraciət olunamlıdır. Bu da təxminən 30 yaş arasında artır. Sosial fobiya xas olaraq üz qızarması ilə bərabər ürək döyünməsi, həyəcanlanma, baş gicəllənməsi, tərləmə, titrəmə, tənginəfəslik, ürək bulanması, əzələlərdə gərginlik, əllərin və ayaqların keyiməsi baş verir.

Fobiyalar müxtəlif yaşlarda başlaya bilər. Geniş yayılmış forması isə əsəb pozuntularıdır. Fobiyalardan əhalinin 15-18%-i əziyyət çəkir. Fobiyaların aşkar edilməsində Zanqın özünüqiymətləndirmə təşviş cədvəlindən istifadə edilir.  ((Zanqın özünüqiymətləndirmə təşviş cədvəli (ing. Zung Anxiety Rating Scale – ZARS) Dyuk Universitetində (ABŞ) Vilyam Zanq (William W.K. Zung) tərəfindən 1971-ci ildə yaradılmışdır. Bu cədvəl təşviş pozuntularının diaqnostikası və təşvişin kliniki hal kimi qiymətləndirilməsi üçün istifadə olunan vəsaitdir. Cədvəl 20 bənddən ibarətdir. Müayinə edilən şəxs hər bir bəndin suallarına cavab verərkən “nadir hallarda”, “arabir”, “tez-tez” və ya “əksər hallarda” cavablardan birini seçir. Cədvəlin 5 bəndi təşviş pozuntusunun affektiv simptomlarını, qalan 15 bəndi isə somatik simptomlarını qiymətləndirir. Təşviş pozuntunun kliniki diaqnostikası, skrininqi və kliniki dinamikasının müşahidəsi ilə yanaşı Zanqın təşviş cədvəli həmçinin epidemioloji tədqiqatlarda və dərmanların kliniki sınaqlarında istifadə edilir.))

Müalicə olunmaq üçün qorxu ya da davranışın insanın adi gündəlik işlərini, iş ya da məktəb həyatını, ictimai fəaliyyətlərini pozacaq dərəcədə olmalıdır. Bu halda olan insanların müalicəsində, ictimai bacarıq təhsili, boşalma məşqləri və laqeydləşdirmə texnikaları,  fərdi və ictimai fəaliyyət müalicəsi, qrup psixoterapiyası kimi üsullar ilə bəzən də dərman preparatlarının köməyi ilə də müalicəsi mümkündür.

SOSİAL FOBİYASI OLAN KƏSLƏRİN BAŞLICA XÜSUSİYYƏTLƏRİ:

Ümumiyyətlə utancaq və içə qapalı, ictimai deyillər.
Normal göz təmasından qaçar, az danışırlar.
Onlardan bir şey soruşmadıqca çox danışmazlar.
Onlara çox diqqət ayrılmasından xoşları gəlməz.
Qrup içində çox nadir danışarlar, iltifatları da çox səssizcə ötürərlər.
Tez-tez xəstələndiklərini söyləyərlər və tez-tez görsənməzlər.

İCTİMAİ FOBİYAYA SƏBƏB OLA BİLƏCƏK BAŞLICA HALLAR BUNLARDIR:
 
Bir qrup insan qarşısında danışmaq
Bir qrup insan içində olmaq
Tanış olmayan biri ilə danışmağı davam etdirmək
Başqalarının qarşısında yazı yazmaq
Başqalarının qarşısında düşüncələrini ifadə etmək
Cəmiyyət içində yemək və ya içmək
Tanış olmayan biri ilə tək yemək yemək
Tanış olmayan biri ilə telefonla danışmaq
Bir şənliyə və ya yoldaş yığıncağında iştirak etmək

FOBİYALAR

-Akluofobiya — qaranlıqdan qorxmaq.
-Antropofobiya — insanlardan qorxmaq.
-Batofobiya — dərinlik qorxusu.
-Bibliofobiya — kitablardan qorxmaq.
-Fotofobiya — işıqdan qorxmaq.
-Qolossofobiya — ictimai yerlərdə danışmaqdan qorxmaq.
-Monofobiya — təklikdən qorxmaq.
-Xlostorofobiya — qapalı yerlərdən qorxmaq.
-Agirofobiya — küçədən qorxmaq
-Agorafobiya – açıq yerdən və ya kütlədən qorxmaq
-Ailurofobiya – pişikdən qorxmaq
-Akluofobiya – qaranlıqdan qorxmaq
-Akrofobiya – hündür yerdən qorxmaq
-Algofobiya – ağrıdan qorxmaq 
-Amaksofobiya – maşından (və ya nəqliyyatdan) qorxmaq
-Amatofobiya – toz qorxusu
-Amnezifobiya – hafizəsini itirməkdən qorxmaq
-Amofobiya – iti cisimlərdən qorxmaq
-Anemofobiya – fırtına qorxusu
-Antlofobiya – sel qorxusu
-Apifobiya – arılardan qorxmaq
-Araknofobiya – hörümçəkdən qorxmaq
-Astenofobiya – gücsüz olmaqdan qorxmaq
-Astrafobiya – şimşək qorxusu
-Atelofobiya – mükəmməl olmamaq və ya ola bilməmək qorxusu
-Aviofobiya – uçuş qorxusu
-Ballistofobiya — silahdan ya da mərmidən qorxma
-Batofobiya- dərinlik qorxusu, yüksək binaların yanından keçməkdən qorxma
-Batrakofobiya- qurbağa, salamandr kimi heyvanlardan qorxma
-Belonefobiya- iynədən qorxma
-Bibliyofobiya- kitablardan qorxma
-Bromidrosifobiya- vücud qoxusundan qorxma
-Brontofobiya- göy gurultusundan qorxma
-Dentofobiya- diş həkimindən qorxma
-Dekatriaparaskevifobiya- ayın 13'ünün Cümə gününə təsadüf etməsi qorxusu
-Elektrofobiya- elektrikdən qorxma
-Emetofobiya- qusmaqdan qorxma
-Entomofobiya- böcəklərdən qorxma
-Endofobiya- Geyim qorxusu
-Epistaksiyofobiya- burun qanamasından qorxma
-Eritrofobiya- üz qızarmasından qorxma
-Farmakofobiya- dərmanlardan qorxmaq
-Fazmofobiya- ruhdan qorxmaq
-Febrifobiya- qızdırmadan qorxmaq
-Filemafobiya- öpməkdən və ya öpüşməkdən qorxmaq
-Filofobiya- sevməkdən, aşiq olmaqdan qorxmaq
-Fobofobiya-qorxmaqdan qorxmaq
-Fotofobiya- işıqdan qorxmaq
-Gametofobiya- evlənməkdən qorxmaq
-Gefirofobiya- körpüdən keçməkdən qorxmaq
-Gerontofobiya- yaşlı insanlardan və ya qocalmaqdan qorxmaq
-Glossofobiya-cəmiyyət qarşısında çıxış etməkdən qorxmaq
-Haptofobiya- toxunulmaqdan qorxmaq
-Harpaksofobiya- oğrulardan və ya hər hansı bir cinayətin qurbanı olmaqdan qorxmaq
-Helyofobiya- günəşdən qorxmaq
-Hematofobiya- qan qorxusu
-Herpetofobiya-sürünənlərdən qorxmaq
-Hidrofobiya-sudan, üzməkdən və ya boğulmaqdan qorxmaq
-Higrofobiya-nəmdən və ya yağışdan qorxmaq
-Hipegiyafobiya- məsuliyyətdən (cavabdehlikdən) qorxmaq
-Hipnofobiya- yatmaqdan qorxmaq
-Hipofobiya- atlardan qorxmaq
-Homiklofobiya- sisdən qorxmaq
-Homofobiya- homoseksuallardan qorxmaq
-İhtiyofobiya- balıqlardan qorxma
-İslamofobiya — müsəlmandan qorxma

Kayzen.az

Go Back

Emosional aclıq

Emosional aclıq nədir? 
Emosional aclıq bulimiya kimi bir yemək xəstəliyidir. Bəzən olur ki, mədəmiz üçün deyil, hissləriniz üçün yemək yeyirik. Aclıq hissi fiziki olaraq başlamalıdır, amma çox vaxt emosional olaraq başlayır. Əgər darıxmaq, stress, yorğunluq, əsəb, depressiyaya cavab olaraq yemək yeyirsinizsə, emosional boşluq hissini doldurmaq üçün yediyinizi unutmayın. 

Bəs emosional aclıq ilə fiziki aclıq hissini necə fərqləndirmək olar? 
Fiziki aclıq birdən-birə başlamaz, yavaş-yavaş yaranır, amma emosional aclıqda aclıq hissi birdən-birə yaranır. Emosional aclıq hissi yarandığı anda mütləq nəsə yeyərək o hissi yox etmək istəyirsiniz, amma fiziki aclıq gözləyə bilir. Əgər emosional boşluq hissinizi doldurmaq üçün yeyirsinizsə, mədəniz dolsa belə yeməyə davam edəcəksiniz. Amma, əgər həqiqətən acmısınızsa, mədəniz dolduğu anda yeməyi dayandıracaqsınız. 

Heç yemək yedikdən sonra hisslərinizi analiz etmisinizmi? Əgər yedikdən sonra özünüzü günahkar hiss edirsinizsə, deməli emosional aclıq hissiniz üçün yemisiniz. 

Emosional aclıq ilə necə mübarizə aparmaq olar?
Emosional aclıq hissini dayandırmaq üçün ilk addım həqiqətən ac olub, olmadığınızı özünüzdən soruşmaqdır. Bu sualın cavabı “yox” olarsa, onda 1 stəkan su için. Əgər sualın cavabı “hə” olarsa, onda gözləyin və nə qədər ac olduğunuzu düşünün.

Aclıq səviyyənizi 1 – 10 arası rəqəmlərlə qiymətləndirə bilərsiniz. 10 dəhşətli dərəcədə ac olduğunuzu göstərir. Növbəti addım isə axırıncı dəfə nə vaxt yemək yediyinizi müəyyənləşdirməkdir. Əgər müddət 3 – 4 saatdan çoxdursa, fiziki olaraq ac ola bilərsiniz. 

Çox vaxt fikrinizi yayındırmaq emosional aclıq hissinin qarşısını almağa kömək edir. Bu hiss yarandıqda sevdiyiniz bir işlə məğul olaraq və ya təmiz havada gəzərək emosional aclıq hissini unuda bilərsiniz. Təbii ki, partlamış qarğıdalı olmadan bir film izləyə bilər və ya musiqi dinləyə bilərsiniz. 

Həmişə sağlam və balanslı şəkildə qidalanmağa çalışın. Gün ərzidə 4 – 5 dəfə yemək yeyin. Ən vacibi isə, səbəbi nə olursa, olsun səhər yeməyini yeməyi unutmayın. Qida rasionunuzda kəpəkli taxıllar, tərəvəz, meyvə, yağsız zülal və az yağlı süd məhsullarının olmasına diqqət yetirin. Nizamlı şəkildə idmanla məşğul olmağı da unutmayın. 

Çox yorulmaq da emosional aclıq hissinin yaranmasına səbəb ola bilər. Bu səbəbdən, bədəninizin gündəlik stress və yorğunluqdan azad olması üçün keyfiyyətli bir yuxu da çox əhəmiyyətlidir. Əgər emosional aclıq hissinizə məğlub olub yemək yemisinizsə, səhəri gün yeni bir səhifə aça biləcəyinizi unutmayın. Özünüzü günahlandırmaq bu problemin həlli ola bilməz, sizdə daha çox stress yaradaraq daha çox yemək yeməyinizə səbəb ola bilər.

 

Kayzen.az

 

Go Back

Akrofobiya

 
 

Akrofobiya yüksəklikdən qorxmaqdır. Bu, məkan və hərəkətlə bağlı xüsusi fobiyalar qrupuna daxildir və oxşar müalicə üsulları vardır. İnsanların əksəriyyəti hündürlüyə qalxdıqda, xüsusilə məkan kiçik və mühafizə olunmayan yer olduqda butəbii qorxunu müəyyən dərəcədə hiss edirlər.

Akrofobiyadan əziyyət çəkənlər hündür yerdə olduğu zaman həyəcanlanır və aşağı sağ-salamatdüşə bilmək üçün özlərini təşvişə salmağa başlayırlar. Dünya əhalisinin 2-5faizi akrofobiyadan əziyyət çəkir.
Yüksəklik qorxusunu təsvir etmək üçün əksər vaxtlarda “başgicəllənmə” sözü istifadə olunur (lakin səhvolaraq), lakin bu, əsasən fırlanma zamanı baş verən əlamətdir. Bu, yüksək yerdənbaxanda və ya hündür yerdən yaxud yüksək obyektdən dik baxanda baş verə bilər,lakin bunlar başgicəllənməsini təsvir etmək üçün yetərli deyil. 

Başgicəllənməhalı hansısa hərəkət olduqda (məsələn, ayağa qalxdıqda, oturduqda, gəzdikdə) vəya vizual perspektivdə dəyişiklik olduqda (məsələn, aşağı çömbəlmək, pilləkanlayuxarı qalxdıqda və ya aşağı düşdükdə, pəncərədən hərəkət edən avtomobil və yaqatara baxdıqda) baş verir.

Adətən, digərfobiyalar kimi akrofobiya da yüksəklikdə baş verən hadisə və ya travma iləbağlı yaranır. Lakin, hazırkı tədqiqatlar bu izaha şübhə ilə yanaşır. Məsələn,yıxılmaq və ya səs-küydən qorxmaq fobiyaları nəyləsə əlaqədar yox, anadangəlməqorxulardır.

Yeni qeyri-əlaqədar nəzəriyyə irəli sürür ki, yüksəklik qorxusudünyaya adaptasiya olunmaq inkişafıdır. Qorxunun dərəcəsi müxtəlifidr və fobiyatermini spektorun ən sonunda olanlara aid edilməlidir. Tədqiqatçılar isbatediblər ki, yüksəklik qorxusu əksər məməlilərdə rast gəlinir və bu evheyvanları və insanlar üçün xarakterikdir. 

Akrofobiya zamanı bunlar yaşanır: 
— baş gicəllənməsi 
— tərləmə 
— ürək döyüntüsü 
— panik kilidlənmə 
— əsəbilik halı 
— narahatlıq
— titrəmə 
— ağlama 
— qərar verə bilməmək. 

Dr. Aygün Cəfərova

Kayzen.az

Go Back

Həyata şizoidlərin gözləri ilə baxış

Şizoid tiplər yeni tanış olduqları insalara qarşı olduqca ehtiyatlı davranan və eyni zamanda münasibətləri dərinləşdikcə belə bu davranışlarını heç vaxt dəyişdirməyən şəxsiyyət pozğunluğudur. Hisslərini ifadə etməkdə olduqca çətinlik çəkən şizoidlər daha çox öz daxili dünyasında olmağa üstünlük verirlər. Onların dost ətrafları olduqca az saydadır.

Şizoidləri başa düşmək heç də asan iş deyil, çünki onlar özləridə özlərini başa düşməkdən qaçırlar. Belə olduqda biz onların susqun, qayğısız, öz daxili aləmlərinə bağlanmış vəziyyətini izləyərkən,onların özləri və həmçinin başqaları haqqında nə düşündüyünü necə bilə bilərik? 

Psixoloqların fikrincə onlar münasibət qurmağın olduqca yorucu olduğunu düşündüyü və səhv adama bağlanmaqlarından qorxduqları üçün, münasibət qurmamağın ən yaxşısı olduğunu fikirləşirlər.

Hamımızın bir çox insanı başa düşməkdə çətinlik çəkdiyimiz və bu münasibəti qurmağın yorucu olduğunu bildiyimiz məqamlar vardır. Lakin bu o anlama gəlmir ki, hər birimiz şizoid adlandırılmalıyıq. Başqalarıyla qurulan əlaqə niyə məhz şizoidlər üçün bir yorğunluq abidəsinə çevrilir? — deyə düşünərkən belə bir qənaətə gələ bilərik ki, onlar sıradan insanlar kimi münasibət qurmaq üçün başqalarının reaksiyalarını başa düşmək üçün səy göstərmirlər. Belə fikirləşək kifayət qədər yaxşı bilmədiyimiz dildə danışmaq məcburiyyətindəyik. Bu situasiyanın bizi necə yorduğu hissi ilə şizoidlərin başqalarıyla münasibət qurmağı hissi bəlkədə eynidir.

Onların münasibət qurmaqdan qaçdığına dair bir başqa səbəb isə başqalarının onlar haqqında fikirləri onlar üçün daha az ,demək olar ki yox səviyyəsində maraqlıdır. Heç vaxt kimlərinsə onları tərifləməyini sevməzlər, çünki bir çox insanlardan fərqli olaraq tərif şizoidlərdə həyəcanlan yaratmaz.

Şizoid tiplər böyük qismini tək olaraq həyata keçirəcəyi peşələrə daha meyilli olurlar. Çox zaman dərinliklərinə qədər araşdirmağı sevdikləri peşənin bir mütəxəssisinə çevrilirlər. 

 

Sevinc Əlizadə 
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

Go Back

STRESSLƏ DİABETİN (ŞƏKƏR XƏSTƏLİYİNİN) ƏLAQƏSİ

 

Qanda şəkərin miqdarında yaranan disbalans orqanik problemlərə və psixoloji narahatlıqlara səbəb olur. Bir çox hallarda isə bu vəziyyətin əksi ilə qarşılaşırıq. Müəyyən qrup orqanik və psixoloji narahatlıqlar qanda şəkərin miqdarının dəyişməsinə səbəb olur. Tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, bir çox fiziki problemlərin yaranmasına səbəb nevrotik pozuntulardır. Psixiatrik və psixoloji problemlər zamanı yorğunluq, halsızlıq, baş ağrıları, əzələ ağrıları, mədə-bağırsaq problemləri, yuxu və qidalanma problemləri kimi orqanik şikayətlər müşahidə olunur.

Psixiatrik simptomlar bilavasitə xəstəliklə əlaqədar bioloji dəyişikliklərə səbəb olur. Serebrovaskulyar (beyin-damar) xəstəliklər, Parkinson, Multiple Skleroz kimi bəzi xəstəliklər depressiya və təşviş əlamətlərinə səbəb olan fizioloji dəyişiklərə gətirib çıxarır. Və ya xroniki xəstəliyin psixoloji stress faktoru olaraq təsir etdiyi psixoloji simptomlara səbəb olduğu düşünülür. Fiziki xəstəliyin ağırlığı, həyati təhlükəsi və funksionallığı psixoloji simptomların yaranmasına təsir göstərir.

Şəkərli diabet zamanı xəstəliyin yaranması və ya ağırlıq dərəcəsinin artması, genetik və fiziki faktorlardan başqa psixoloji narahatlıqlardan və həyati proseslərdən də asılıdır.

Şəkərli diabetdə xəstəliyə adaptasiya və emosional reaksiyalar

Yetkin yaşlı şəkərli diabetli insanların 20%-də psixiatrik narahatlıqların rast gəlindiyinə dair tədqiqatlar vardır. Həmin tədqiqatlara əsasən bu psixiatrik pozuntular bir çox hallarda müəyənləşdirilmir. Şəkərli diabeti olan insanlarda daha çox adaptasiya problemlərinə və emosional reaksiyalara rast gəlinir. Xəstəlik yarandıqdan sonra ortaya çıxan bu problemlər xəstəliyin ağırlıq dərəcəsinə, xəstənin şəxsiyyət tipinə əsasən dəyişir və müvafiq təşviş problemləri ilə birlikdə müşahidə olunur. Bu insanlarda tez-tez müşahidə olunan reaksiyalar:

Özgüvənini və azadlığını itirmə qorxusu

Özünənəzarəti itirmə qorxusu

Orqanlarının zədələnəcəyindən qorxma

Ətrafının maraq və dəstəyini itirmə qorxusu

Cinsi istəksizliyin yaranma qorxusu

Keçmişdə etdiklərinə və ya edə bilmədiklərinə bağlı cəzalanma qorxusu

Xroniki xəstəliklə qarşılaşdığı üçün özgüvən probleminin yaranması

Xəstəliyə qarşı yas reaksiyası, üsyan etmə, inkar, təşviş, depressiya və aqressiya.

Diabet zamanı psixiatrik sindromlar və psixososial problemlər

Diabetli pasiyentdə davranış, duyğu, düşüncə və insanlararası münasibətlərdə ortaya çıxan reaksiyalar pasiyent, ailə və müalicə komandası üçün müalicə müddətində çətinliklərə səbəb ola bilər. Psixoloji problemlər diabetin klinik tablosuna, yayılmasına və müalicənin gedişatına təsir göstərir.

Depressiya

Depressiyanın fiziki xəstəliyin nəticəsində ortaya çıxdığı və xüsusilə də yaşlı insanlarda depressiya riskinin daha çox olduğu müəyyənləşdirilmişdir. Araşdırmalara əsasən depressiyanın hipertoniya, ürək-damar xəstəlikləri, onkoloji xəstəliklər və diabet kimi xəstəliklər üçün başlanğıc faktor olduğu təsbit olunmuşdur. Diabet zamanı paralel şəkildə müşahidə olunan depressiyada motivasiyanın azalmasına bağlı olaraq pasiyentdə çəki artımının yaranmasının qarşısını almaq üçün istifadə olunan pəhriz və arıqlama texnikaları heç bir nəticə vermir. Depressiyaya bağlı neyrohormonal və ya neyrotransmitter səviyyəsindəki dəyişikliklər diabetin ağırlaşmasına səbəb olur. Diabetli qadınlarda kişilərə nisbətdə depressiyanın yaranma faizi 2 dəfə çoxdur.

Əlamətləri:

Heç bir şeydən zövq almama, maraqsızlıq və istəksizlik

Dəyərsizlik duyğusu, günahkarlıq hissi və cəzalandırılma düşüncəsi

Uğursuzluq və çarəsizlik düşüncələri

Təkrarlanan ölüm düşüncələri

Qərarsızlıq

Tez-tez ağlama

Təşviş pozuntuları

Təşviş, qorxu, narahatlıqla yanaşı fizioloji, koqnitiv və bihevioral əlamətləri özündə birləşdirən psixoloji pozuntudur. Eqonun təhlükədə olduğu hissi ilə ifadə olunan gərginlikdir. Diabetli xəstələrin 40%-də təşviş pozuntularına rast gəlinir. Depressiyada olduğu kimi təşviş pozuntuları da qadınlarda kişilərə nisbətdə daha çox müşahidə olunur. Xəstənin sosial həyatına təsir göstərməklə yanaşı xəstəliyin ağırlıq dərəsinin artmasına və müalicənin mənfi istiqamətdə inkişafına təsir göstərir.

Əlamətləri:

Hədsiz dərəcədə narahatlıq və təşviş

Tez yorulma

Diqqətini toplama çətinliyi

Əzələ gərginliyi

Yuxu pozuntusu

Diabetli xəstə və ailəsi

Xroniki xəstəlik diaqnozunun qoyulması pasiyentdə olduğu kimi ailəsində də müxtəlif narahatlıqların ortaya çıxmasına səbəb olur. Bu mərhələdə pasiyentlə ailəsi arasında müəyyən problemlər yarana bilər, ailədaxili konfliktlər müşahidə olunar. Ailənin hədsiz dərəcə himayədar olması və ya hədsiz təzyiq göstərməsi xəstəliyin gedişatına və terapiya dövrünə mənfi təsir göstərə bilər. Buna görə də ailə üzvləri xəstəliklə bağlı məlumatlandırılmalı və müalicə müddətində bütün ailə üzvləri iştirak etməlidir. Xəstəliyin terapiyasına bu səbəbdən də tibbi yardımla yanaşı psixoloji yardım da mütləqdir. Psixoloji məsləhət prosesi xəstəliyin gedişatına və terapiya prosesinə müsbət təsir göstərər.

Dərman terapiyası və psixoterapiya

Diabetli xəstələrdə müşahidə olunan psixoloji problemlər səbəbindən psixoterapevtik yardımın alınması mütləqdir. Bu zaman psixoterapevtik müdaxilələrdən, xüsusilə də, koqnitiv-bihevioral terapiyadan istifadə olunur. Psixoloji narahatlığın ağırlıq dərəcəsindən asılı olaraq psixoterapiya ilə yanaşı dərman terapiyası da tətbiq olunur. Həmçinin terapiya müddətində psixoloq, endokrinoloq komanda şəklində birlikdə fəaliyyət göstərməli, intensiv şəkildə xəstəliklə bağlı konsilium aparmalıdır.

Nərmin Quliyeva

pcc.az

Go Back

Emosional yanma sindromu

Çox tez-tez belə vəziyyətlə rastlaşırıq: insan həvəslə hansısa bir işə başlayır, tam fədakarlıqla çalışır, sonra birdən-birə ruhdan düşür. Ətraf onun üçün əhəmiyyətsiz olur və passivlik, laqeydlik yaranır. İnsan daxilində bir boşluq hiss edir. Qarşısına qoyduğu məqsədlər belə maraqsız olur. Mütəxəssislər bu prosesi “emosional yanma sindromu” adlandırırlar. Yanma sindromu deyəndə insanda emosional, zehni və fiziki yorğunluqla müşahidə olunan psixi proses nəzərdə tutulur. 

Yanma sindromu hansı hallarda baş verə bilər: 
1: İş statusunda heç bir dəyişikliyin olmaması (işin monoton olması, əmək haqqının azlığı). 
2: Müsbət nəticələri dəyərləndirməmək. İşə çoxlu enerji sərf etmək.
3: Gərək olmayan tənqid. İş yerindəki həmkarlar tərəfindən yetərincə dəstəyin olmaması və yaşanan konflikt, narahatlıqlar, pozulmuş münasibətlər. 
4: İşdə özünü ifadə üçün kifayət qədər şəraitin olmaması. Həvəsləndirmə yerinə təzyiqin göstərilməsi. 
5: Qarşıda qoyulan məqsədə çatmaq üçün həddindən artıq yüklənmə.
6: Gələcəyə aid perspektivlərin görünməməsi. 
7: İş və şəxsi həyat arasında tarazlığın pozulması və s.

Beləliklə, emosional yanma sindromunun yaranma səbəbləri 2 qrupa bölünür: subyektiv (fərdi xüsusiyyətlər), obyektiv ( situativ faktor). Subyektiv faktor: insanın şəxsi xüsusiyyətləri, həyatı dəyərlər sistemi, fərdi psixoloji müdafiə mexanizmləri, əqidə, yaş, ailə üzvləri və həmkarları ilə qarşılıqlı münasibətlər və s… Adətən cavan kadrlar emosional yanma sindromuna daha çox məruz qalırlar. Obyektiv faktor birbaşa xidməti vəzifələrlə bağlıdır: peşəkar yüklənmənin artımı, vəzifə borclarının aydın dərk edilməməsi.

Uzun sürən və həddindən artıq funksional yüklənmə nəticəsində şəxsiyyətlər arasında münasibətlərin gərginləşməsi emosional yanma sindromunun formalaşmasına təkan verir. Emosional yanma sindromu kommunikativ peşələrin nümayəndələri üçün xarakterikdir, “insan-insan” – peşə tipinə aiddir. Bu sindromun formalaşması tədricən baş verir. 

Əsas üç mərhələdən ibarətdir:
1: Emosional tükənmə – peşəkar yanmanın birinci mərhələsidir. Gərginlik, ümümi emosional fonun zəifləməsi. Qeyri iradi davranış, boşluq hissi, ətrafdakılara laqeyd münasibət ilk növbədə peşəkar fəaliyyətinə təsir göstərir. İnsan bu dəyişiklərə çox vaxt diqqət yetirmir.
2: İkinci mərhələdə insanda qıcıqlanma, acıq hissləri yaranmağa başlayır. Ünsiyyətə olan təlabat aşağı düşür, insanlar arasında münasibətlərin deformasiyası yaranır. Neqativ fikirlər artır, gündəlik ünsiyyətdə nəinki əməkdaşlara, həm də müştərilərə qarşı sünilik müşahidə olunur. 
3: Üçüncü mərhələdə peşəkar motivasiyanin enməsi, məsuliyyətin öz üzərindən atılması müşahidə olunur. İnsan tənhalığa can atır, həyata qarşı marağı azalır. Daim gücsüzlük hiss edir. 

Yanma sindromuyla onun birinci əlamətləri aşkar edilən kimi dərhal mübarizə aparmaq lazımdır. Mübarizə aparmadıqda vəziyyət ağırlaşır və onda psixoloqun köməyi olmadan keçinmək çətin olur. Sizə kiçik bir çalışmanı etməyi təklif edirəm: bir vərəq götürüb iki hissəyə bölün. Birinci hissədə sizə sevinc gətirən amilləri, ikincidə isə bununla bağlı keçirdiyiniz müsbət emosiyaları qeyd edin. Əgər birinci hissədə siz cəmi 3 sevinc gətirən amili yazdınızsa, onda bu sizin həyata münasibətinizin dəyişdirilməsinə işarədir.

Ümidinizi itirməyin, sadəcə monoton həyat tərzinizi dəyişin: kinoya gedin, səyahət edin, öz həvəslərinizə vaxt ayırın. İş prosesinə isə rəngarənglik qatın. Bundan başqa, neqativ emosiyaların öhdəsindən gəlməyi öyrənmək əhəmiyyətlidir. Vərəq götürüb eninə və uzununa (hər tərəfdən) şəkil çəkin, bütün neqativ enerjini tökün, sonra vərəqi cırıb zibil səbətinə atın. Bu niyə lazımdır? Emosiyalar heç yerə yox olmur. Biz onları ya dərində gizlədirik, ya da bizi əhatə edənlərə sıçradırıq. Yığdığınız neqativ emosiyaları kağızda əks etdirin. 

Yanma sindromunu aradan qaldırmaq üçün başqa metodlardan da istifadə etmək olar:
1: Fiziki yüklənmə – autotreninq, gündəlik gimnastika, kimə isə qaçış və ya müasir rəqslər çox gözəl təsir göstərir. 
2: İstirahət. İstirahətsiz effektiv iş mümkün deyil. 
3: Sağlamlığı qorumaq: yuxu rejimi, düzgün qidalanma və s. bu kimi hallara riayət etmək.
4: Bütün situasiyalarda qalib gəlməyin mümkün olmamağını qəbul etmək. Bu aqressivliyi və özünə güvən hissinin aşağı düşməsinin qarşısını alır. 
5: Özünü qiymətlənməndirməli yalnız ətrafın diqqətinə görə aparmamaq. İşdə müsbət nəticələr əldə etmək üçün yetərincə vaxt ayırmağı bacarmaq. 
6: Unutmayın ki, sizin işiniz — bütün həyatınız deyil. Onu sizin həyat kinolentinizin kiçik bir fraqmentinə aid edin.

Mən sizə bütün çətinliklərə baxmayaraq, daxili harmoniyanızı qorumağı arzulayıram. İş həyatımız hər halda müvəqqəti olur. Sinir sistemimiz isə həmişəlik bizimlədir. Onu qorumağa çalışın.

 

tebib.az 

Go Back

Halo effekti

İlk təəssürat hər vaxt əhəmiyyətlidir. İş görüşmələrində də. Bəlkə də qapıdan girdiyimiz ilk anda, o bir neçə saniyədə insan qaynaqları mütəxəssisləri bizimlə əlaqədar qərarlarını verir. Jestlər, mimikalar, bədən hərəkəti, əli necə sıxdığınız ilk təəssüratların meydana gəlməsinə köməkçi olur.
Bir adamı ilk gördüyünüzdə əldə etdiyiniz anlıq təəssüratın, o adamı qiymətləndirməmizdə daha sonrakı mühakimə təməlini meydana gətirməsinə də «halo təsiri» deyilir. Yəni qarşınızda bu təsirin altında qalan birisi varsa ən başda təsir etdiniz, etdiniz. Yoxsa işiniz çətindir.  
Bir insanın sahib olduğu müsbət ya da mənfi xüsusiyyətlərinin, onunla əlaqədar ümumi bir mühakimənin meydana gəlməsinə və digər xüsusiyyətlərinin də bu çərçivədə qiymətləndirilməsinə halo təsiri deyilir.
Jest, mimika, bədən hərəkəti və ya bədənə əks olunan psixoloji vəziyyətlər insanlarda ilk təəssüratların meydana gəlməsinə köməkçi olur. Başqa sözlə, halo təsiri ilk təəssüratların digərini qəbul etmədə əhəmiyyətli bir istinad nöqtəsi meydana gətirməsi mənasını verir. Əgər birisini ilk dəfə çox məlumatlı bir insan hesab etmiş isək, bu ön mühakiməmiz o adamın digər bütün əlaqələrində də qiymətləndirmədə ölçü olur. Yeni məlumatlar əldə etmədikcə, o insanı həmişə məlumatlı olaraq görməyin davamlı olması ehtimalı yüksək olur.

kayzen.az

 
 
 

Go Back

Koqnitiv davranışçı terapiya ilə vəsvəsədən azad olun

 

Obsessiv -kompulsiv pozuntu(OKP) daha çox vəsvəsə adı ilə tanınan  narahatlığın məntiqsiz  olduğu bildindiyi halda istənilmədən təkrar-təkrar ağıla gələn və zehindən uzaqlaşdırıla bilməyən düşüncələr(obsessiyalar) və bu düşüncələri zehindən uzaqlaşdırmaq ya da düşüncələrin verdiyi sıxıntını azaltmaq üçün təkrarlamaq məcburiyyətində hiss edilən hərəkətlərdir(kompulsivlər) .Demək olar ki, bir çox insanda hərdən  məntiqsiz olan və onu narahat edən düşüncələr yaranır. Bununla belə obsessiv-kompulsiv pozuntuya səbəb olan həmin şəxsin bu düşüncələrlə əlaqəli rəyidir. OKP-də fərd bunu zehində lazım olan bir düşüncə olaraq görür,bu düşüncənin ortaya çıxmasından özünü məsuliyyətli hiss edir və bu düşüncənin ortaya çıxmasının özü ilə əlaqəli bir mənası olduğunu düşünür.Məsələn namaz qılarkən ağlından bir söyüş keçdikdə “Bunu ağlımdan keçirtdiyimə görə mən imansız biriyəm” deyə düşünür.Burada düşüncə və hərəkət bir-birinə qarışır və aradakı sərhəd yox olur.Bu andan sonra şəxs bu düşüncələrinə qarşı bir tədbir görməyə çalışır.Beləliklə qaçış davranışları(düşünməməyə çalışmaq) ya da təkraredici davranışlar(tövbə etmək) başlayır.Bu vəziyyət isə tam tərsinə həm obsessiyaların çoxalmasına səbəb olur,həm də  obsessiyalara dair görülən tədbirlərin sıxlığı və sayı artır.Məsələn çirklənmək və xəstəliyə tutulmağa qarşı  obsessiyası olan bir şəxs ilkin vaxtlarda sifon və unitaza toxunduqdan sonra əllərini 2 dəfə yuyarkən, bu say  hamamda keçirtdiyi müddətdə get-gedə artır.Bir müddət sonra krana toxunduqdan sonra  ən az 3 dəfə  əlini yumağa və qapıları yaş dəsmal vasitəsi ilə açmağa başlayar.

    Obsessiv -kompulsiv pozuntunun psixiatrik dərman müalicəsindən  əlavə  ən təsirli şəkildə müalicə olunduğu üsul KDT,yəni Konqnitiv Davranışcı Terapiyadır.Bunun səbəbi KDT-nin şəxsə funksional olmayan düşüncə,hiss və davranışları barəsində müəyyən bir fərqindəlik qazandırmaq və  təkrarlanan , qaçmağa əsaslanan davranışları istiqamətlənmək əvəzinə obsessiv düşüncənin yaratdığı sıxıntıya dözməyə “öyrəşdirməkdir”dir.

  Konqnitiv Davranışcı Terapiya da ilk addım psixoloji savaddır,yəni xəstəliyin konqnitiv modelinin problemini  pasiyentə öyrətməkdir. “Bu düşüncə sizi narahat edir,çünki onun təhlükəli və zehninizə yer almamalı olan bir düşüncə olduğunu düşünürsüz.Amma əslində isə bu bir obsessiyadır  və hər hansı bir mənası yoxdur.”Danışan şəxsin bu düşüncələrlə əlaqəli inancları,fərziyyələri ələ alınaraq fərqli ehtimallar danışılır. Bu düşüncələrin hər insanda müşahidə edildiyi, onları düşünməməyə çalışmaqla  əksinə beyinə sıx gəlməsinə səbəb olduğu izah edilir. Düşüncə və davranışların fərqli şeylər olduğunun üstündə dayanılır.Hər hansı bir adama nəsə  deyib,sonra “bunu düşünməməyə çalış” desəz həmin insan bu düşüncəni zehnindən uzaqlaşdırmağa çalışacaq, nəticədə o düşüncənin gəlməsi ehtimalı artacaqdır.Obsessiyaları  təcrübə edən şəxs də o düşüncələri zehnindən uzaqlaşdırmağa çalışır,bununla belə düşüncələr təkrar-təkrar ağlına gəlməyə davam edir.KDT-də obsessiv-kompulsiv pozuntusu olan  şəxsə düşüncələri sərbəst buraxmasını,gəlməsinin qarşısını almaq üçün heç nə etməməsini deyirik. İlk əvvəl sıxıntının olmasına baxmayaraq  ,müəyyən müddət ərzində bu sıxıntıya “öyrəşəcək” və “öyrəşdikcə də sıxıntı azalacaq”dır. Yoxsa qaçma davranışları etdiyi  müddətdə sıxıntısı davam edəcək.

  Daha sonra həmin şəxsdən seanslarda,həm də seans aralıqlarında  obsessiyaları və kompulsiyaları müşahidə edərək  siyahıya qeyd etməsi istənilir.Bu siyahıdan hər bir hərəkətlə  obsessiya və kompulsiyanın yaratdığı sıxıntı  müəyyənləşdirilir.Eyni zamanda bu təkrarlayıcı düşüncələrin üstündə işləyərək onların reallıqda ortaya çıxma ehtimalları və alternativ ehtimalları ələ alınır.

  Danışan şəxs obsessiyalar və kompulsiyalarla əlaqəli funksional dəyərləndirmələr etməyə başladıqda öyrəşdirilmə və reaksiya verməyin qarşısını almağı  əks etdirən davranışcı tapşırıqlar planlanır və tətbiq edilir.Öyrəşdirmə   pasiyentin qorxuduğu vəziyyət və ya obyektlərə sistematik,nəzarətli  şəkildə  real həyati situasiyalarda və ya xəyalən məruz qalmasıdır.Reaksiyanın qarşısının alınması isə düşüncəyə  məruz qalan zamanı  qaçmaq davranışları və ya  kompulsiv hərəkətlər edilməsinin qarşısının alınmasıdır.Məsələn evdən çıxmazdan əvvəl elektrik cərəyanını  15 dəfə yoxlayan bir şəxsə ilk əvvəl  15  dəfə əvəzinə 10 dəfə və get-gedə daha az yoxlaması deyilir. Planlanan şəkildə elektrik cərəyanını  10 dəfə yoxlayıb evdən çıxmağı tədricən 5 dəfə yoxlayıb çıxmağı sonra 2 dəfə yoxlayıb çıxmağı və 1 dəfə yoxlayıb çıxmaqla azaltmağına  dair  addımlar atılır.Burdakı məqsəd şəxsin vərdişinin qarşısı alanda aktivləşən obsessiyalarının yaratdığı  sıxıntıya dözməsini təmin etməkdir.Hər atılan addımda sıxıntı səviyyəsi azaldıqca, növbəti addıma keçilir.

  Müalicə müddətində ilk olaraq  daha yüngül fərizyyə və inanclar(məsələn:Bu düşüncələr ağlıma gəldiyi üçün mən çox pis biriyəm),  sonra isə daha dərinlərdəki xətalı inanclar(məsələn:Təmiz olmasam  bəyənilməyəcəm ,Mükəmməl olmasam müvəffəqiyyətli ola bilməyəcəm.) və üst konqnitiv (metakonqnitiv) inanclar  (məsələn:Vərdiş etdiyim davranışları etməsəm hər şey pisləşəcək, Ağlımda duaları təkrarlamasam imanımı və ağlımı itirəcəm) uyğun hala salınmaq üçün psixoterapevtin pasiyentlə birlikdə fəaliyyət göstərməsi lazımdır. Obsessiv -kompulsiv pozuntu təkrarlanan və fərqli obsessiv və kompulsiv əlamətlərlə yenidən ortaya çıxan  psixiatrik narahatlıqdır.Bu əlamətlər şəxsin hissi dəyişkənliyi və stressi ilə yenidən aktivləşə bilər.Bu səbəbdən sağalma müddəti və qazanılanların qorunması üçün narahatlığın yenilənməsinin qarşısını alan metodların müalicəyə əlavə edilməsi lazımdır.Bu müddətin psixoterapevt və pasiyentin birlikdə müəyyənləşdirə biləcəkləri fasilələrlə davam edən, terapiya seanslarında planlaşdırılması  və seanslar arasında da metodların tətbiq edilməsi vacibdir.

Tərcümə etdi: Nərmin Şahmarzadə. Bakı Dövlət Universiteti. "Sosial elmlər və Psixologiya" fakultəsi tələbəsi.

Redaktə etdi: Taleh Hüseynov. Bakı Dövlət Universiteti. "Hüquq" fakultəsi məzunu. 

 

 

Go Back

“SPİNNER”LƏR uşaqlara ziyandırmı ?

 

Stress çarxları, əslində, insanlarda aqressiyanı gücləndirir, gələcəkdə ağır fəsadlara yol açır. “Bir müddətdən sonra əl öyrəşəcək, onun olmamağının özü bir stressə səbəb olacaq. Bu da yeni bir gərginlik olacaq”

Hər il yeni bir "oyuncaq” çıxır və bütün millətin başını necə qatırsa, bir müddət hamı həmin oyuncağı əlindən yerə qoya bilmir. Bu il də stressi azaldan oyuncaqlar dəb halını alıb. Stressi azaltdığı deyilən bu kiçik əşya insanları öz əsirinə çevirib. Hara gedirsən, kimin evinə daxil olursan, hərənin əlində bir stress çarxı var. Böyüklərdən tutmuş azyaşlı uşaqlara qədər hər kəs bu oyuncaqlardan istifadə edir. Məktəbli uşaqlar da bu oyuncaqla stress atdıqlarını iddia edirlər. Elə hey fırladıb, stress çıxardırlar. Elə maraq doğuran sual da uşaqların niyə stressli olmasıdır. Axı 10-12 yaşlı uşaqda haradan oldu bu qədər stress? Həm uşaq nə bilir stress nədir? Biz görmüşük ki, o yaşda uşaqlar tay-tuşları ilə futbol, dava-dava oynamaqla öz "azar”larını öldürərlər. Uzaqbaşı, kompüterdə, telefonda iqra oynamaqla vaxtını keçirərlər. İndiki uşaqlar isə hərəsi bir tində dayanıb, "spinner” fırladır. Sanki dünyanın bütün xəta-bəlasını bunun çiyinlərinə yükləyiblər. Onu da deyək ki, artıq stress çarxı üçün qadağalar başlayıb. Amerika Birləşmiş Ştatlarındakı bəzi ştatlar, Böyük Britaniya və Birləşmiş Ərəb Əmirliklərində qəbul edilən qərarlarda bildirilir ki, stress çarxı uşaqların diqqətinin dağılmasına səbəb olur. Bəzilərinin "müasir zikr” adlandırdığı stress çarxı, hər gün daha çox yayılır. Ancaq mütəxəssislər uşaqların bu oyunları məktəblərə apardığı üçün həyəcan təbili çalırlar. Sosial şəbəkələrdə bu barədə müzakirə aparanlar, "Ehtiyac yoxdur istifadəyə. Stress çarxlarından istifadə edənlər daha da stressə düşür. Çevirir, "niyə istədiyim kimi olmadı”, - deyib, yenidən qeyri-adi stressə qapılır. Həvəsdən başqa bir şey olmadığını düşünürəm. Bir nəfər istifadə edir və insanlar həvəsə düşüb almağa başlayırlar. Bir faydası olduğunu düşünmürəm”, - deyə yazırlar. Stress çarxından asılılığın aktual problemə çevrildiyini vurğulayan "Narınc” Uşaq Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Narınc Rüstəmova "Şərq”ə açıqlamasında bundan sinir sistemi sakitləşdirici adı altında alıb istifadə edildiyini deyib:  "Həyatımız, hər addımımız gərginlik, stress içərisindədir. Bəzi insanlar hesab edir ki, avtobusda, metroda, küçədə keçirdikləri stressi bu vasitənin köməyi ilə çıxara bilərlər. Halbuki problemin kökü qaldıqca sinir sistemi heç bir vasitə ilə tənzimlənə bilməz. Belə vasitələr insanlarda aqressiyanı gücləndirir, gələcəkdə ağır fəsadlara yol açır. Bu sadəcə problemin üstünü örtmək deməkdir. Problem isə içəridə böyüyür. Problemi ucuzvari vasitələrlə aradan qaldırmaq olmaz”. Uşaqların niyə əsəbi olmasına gəldikdə isə psixoloq deyib ki, onların da özlərinə görə, öz yaşlarına uyğun problemləri, məsuliyyətləri var. Körpə uşaqlar belə aldıqları travma səbəbindən stressli ola bilir:  "Ancaq məsələnin problemli tərəfi odur ki, "spinner”lər uşaqların stressini azaltmaq əvəzinə, daha da onların psixologiyalarını korlaya bilər. Valideyn öz övladına stress çarxı almaq əvəzinə onun problemləri ilə maraqlanmalı və gərginliyini aradan qaldırmağa çalışmalıdır. Əgər problem daha ciddidirsə, peşəkar psixoloqların dəstəyini alsınlar”. "Spinner”lərin uşaqların öz güvənlərinə mənfi təsir etdiyini vurğulayan N.Rüstəmovanın sözlərinə görə, bu, bir növ mənfi alışqanlıq yaradır: "Bir müddətdən sonra əl öyrəşəcək, onun olmamağının özü bir stressə səbəb olacaq. Bu da yeni bir gərginlik olacaq. Həmçinin də uşaqlar böyüdükcə, hansısa bir əşyaya bağlı olacaq, həyatlarını onsuz təsəvvür edə bilməyəcəklər”.


reaksiya.az 

Go Back

Внутринни агрессия у детей и причины

Латинское слово “агрессия” означает “нападение”, “приступ”.“Агрессия – деструктивное поведение, противоречащее нормам и правилам существования людей в обществе, приносящее физический или моральный ущерб людям, или вызывающее у них психологический дискомфорт”.Исследования доказали, что в тех случаях, когда ребёнка резко отлучают от груди, и общение с матерью сводят к минимуму, у детей формируются такие качества, как тревожность, подозрительность, жестокость, эгоизм.

И наоборот, когда в общении с ребёнком присутствуют мягкость, ребёнок окружён заботой и вниманием, эти качества не вырабатываются.

На становление агрессивного поведения большое влияние оказывает характер наказаний, которые обычно применяют родители в ответ на проявление гнева у своего чада.

Как ни парадоксально, агрессивные дети одинаково часто встречаются и у слишком мягких родителей, и у чрезмерно строгих.

Дети, когда испытывают злость, не понимают, что с ними происходит, как это называется и что с этим делать. Они могут сказать: «Уйди отсюда», «Ты дурак», «Плохая мама», «Ненавижу тебя», «Я не буду с тобой дружить». И очень редко ребёнок может сказать: «Я на тебя злюсь», если вы его никогда этому не учили.

Дети переживают жизнь «тотально», они всем своим существом находятся в настоящем моменте, они спонтанны и искренни в проявлении своих чувств, живут «здесь и сейчас» и часто находятся во власти эмоций.

   У детей в возрасте до 3 лет агрессивное поведение чаще всего возникает по поводу игрушек. Дети могут кусаться, плеваться, толкаться, бить других, кидаться различными предметами, устраивать истерики. В этом возрасте они обучаются адекватным способам коммуникации с другими детьми: как предлагать играть, успокаиваться, переключаться. Попытка со стороны родителей воздействовать на ребенка силой может привести только к тому, что он будет действовать более агрессивно в следующий раз или это приведет к желанию нанести ответный удар. В этом возрасте ребенка лучше переключать, давать отдохнуть от деятельности, которая провоцирует агрессию.

С 3 до 5 лет у детей обычно физическая агрессия снижается, они начинают использовать слова, чтобы общаться со сверстниками, в то же время они еще достаточно эгоцентричны и чужую точку зрения еще с трудом могут принять. Для них все или плохое или хорошее, нет нюансов. Дети не способны обдумывать, планировать, им нужны четкие руководства, инструкции, как и что делать. В этом возрасте они не могут разобраться, что фантазия, а что реальность в фильме или телевизионном шоу. Они могут неправильно понять желание другого ребенка присоединиться к его играм и увидеть в этом враждебность, вторжение на их территорию. Соответственно, будут стремиться защититься и, скорее, с применением агрессии. Объяснения, что другой ребенок миролюбив, часто не воспринимаются.

В 6-10 лет дети уже обладают достаточным самоконтролем, чтобы не выражать обиду, неудовольствие или страх через агрессию по отношению к другим детям. Но в то же время они еще могут защищать свои интересы с помощью агрессии.

 Мальчики обычно действуют открыто через физическую агрессию. Девочки склонны к косвенной, скрытой – без прямой конфронтации. Например, через вербальное нападение – насмешки, прозвища или, наоборот, через игнорирование, молчание. И мальчики, и девочки, склонные к агрессии, часто имеют низкую самооценку и скрытую депрессию.

В более старшем и подростковом возрасте агрессивное поведение может провоцироваться средой, в которой ребенок формируется (асоциальная среда, стрессовая, напряженная – недостаток любви, заботы, заброшенность ребенка). Это может приводить к стремлению нанести ответный удар, отомстить. При этом сверстники могут закреплять агрессивные проявления ребенка, поощрять их.

Часто дети могут действовать агрессивно просто потому, что чувствуют себя расстроенными или беспомощными и не могут выразить это словами. Дети не обладают столь развитыми коммуникативными навыками, бытовыми психологическими знаниями, понятиями, как взрослые. Однако они понимают больше, чем могут сказать. Поэтому важно поощрять ребенка, когда он пытается выразить свои чувства. Здесь бывают очень полезны ролевые игры, вам подойдут игручки, куклы, различные герои, которые популярны сейчас у ребенка. Вы можете вместе с малышом разыграть противостояние, конфликт, противоречие интересов. Создайте провокацию, во время которой можно на примере игрушек продемонстрировать ребенку, как можно разрешать конфликты, не проявляя агрессию, физическую силу, без унижений и обид: находя общие интересы, компромиссы с помощью переговоров.

Если в семье ребенок не получает необходимых знаний о приемлемом и неприемлемом поведении со сверстниками, например, если он часто дерется с братом/сестрой, и его никто не учит справляться с конфликтами, ему сложно понять, когда он ведет себя агрессивно.

Бранные, злобные слова, и, конечно, физическая агрессия со стороны родителей передают детям образцы агрессивного поведения.

Фильмы, онлайн-игры тоже моделируют поведение ребенка и допустимый уровень агрессии. Телевизионные передачи, шоу бывают достаточно жестокими, и если дети видят это, они просто не понимают разницы между игрой и реальностью, тем более, что часто насилие может выглядеть очень естественно. Если у ребенка есть проблемы с агрессивным поведением, вам обязательно надо ограничить или исключить просмотр ТВ и агрессивных фильмов.

Если ребенок не чувствует себя в безопасности, он может сигнализировать о помощи, становясь агрессивным.

Иногда у детей могут быть вспышки агрессии из-за событий в семье, например, при разводе родителей. Кроме того, у детей есть потребность в контроле. Иногда ребенок может действовать агрессивно, чтобы получить реакцию или восстановить контроль над ситуацией, над другим ребенком. Это нормально для детей 2-6 лет. Маленькие дети еще не умеют регулировать свои реакции, чувства не отделяются от поведения.

Если не управлять агрессивностью ребенка, он не узнает, где находится граница дозволенного, и будет продолжать провоцировать и проявлять себя подобным образом, не понимая, когда он может остановиться. Если не принимать мер, ребенок остается в замешательстве, не зная, ни когда он должен остановиться, ни какие могут быть последствия. Важно указывать детям на последствия своего поведения – это помогает им чувствовать себя эмоционально в безопасности.

 Не обвиняйте, не стыдите ине наказывайте. Эти действия только еще больше испугают детей и оттолкнут их. Они добавляют боли ребенку и делают его еще агрессивнее. Осуждать можно поведение, а не самого ребенка, его личность. Соблюдение равновесия между обвинениями и здоровым чувством вины – это то, что родителям очень важно понять. В любом случае дети чувствуют себя виноватыми, даже если они показывают, что им все равно. Это чувство вины мешает сказать о тех емощиах которые и вызвали агрессию.

Вместо обвинений поощряйте ситуацию близости с вами. Пусть ребенок сразу идет к вам за помощью, когда он расстроен. Это позволит избежать агрессивного поведения из-за того, что он не чувствует с вами связи.

Главное помнить, что агрессивный ребенок – это испуганный ребенок. Агрессия становится способом управления страхами, ребенок находит то решение, которое может. Ваша задача как родителей помочь ему найти другие способы совладания со страхом или с ситуацией – более адекватные и спокойные.

РЗАЕВА ТУРАНА

НУПМ ПСИХО-ПЕДАГОГ

Go Back

Hamiləlik testləri ilə bağlı 10 qeyd

1. Ev şəraitində istifadə olunan bütün hamiləlik testlərinin iş prinsipi eynidir — onlar sidikdə “hamiləlik hormonu” olan xorionik qonadotropin (XQ) hormonunu təyin edir. Hamilə olmayan qadının orqanizmində bu hormon olmur. XQ hormonu embrion (döl) uşaqlıq boşluğu divarına implantasiya etdikdən (yapışdıqdan) sonra döl yumurtası tərəfindən ifraz olunmağa başlayır. Daha sonra hormon qadının qanına düşür. Məhz bu səbəbdən qanda XQ daha tez təyin olunur. Laboratoriyalarda hamiləliyi təyin etmək üçün xüsusi qan testləri aparılır. Bu test hamiləliyi daha erkən təyin edir. Orqanizmdə olan bütün qan böyrəklərdən keçir və burada təmizlənir. Nəticədə XQ qandan böyrəklərə, böyrəklərdən isə sidiyə düşür və burada testin köməyi ilə təyin olunur. 
2. Bahalı və ucuz hamiləlik testləri eyni işləyir və testin qiyməti onun dəqiq olub-olmadığına təsir etmir. 
3. Testi günün istənilən vaxtı etmək olar. Lakin həkimlər bunu sübh tezdən etməyi tövsiyə edir. Gecə yuxusundan sonra sidik daha “qatı” olur ki, XQ də sidikdə daha çox olur. Əgər qadın test etdikdən əvvəl çoxlu maye qəbul edibsə, test yanlış mənfi nəticə göstərə bilər.
4. Sidik testə düşdükdən sonra 1 zolaq mütləq görünməlidir. Bu, kontrol zolaqdır. Əgər kontrol zolaq çıxmırsa və ya solğun çıxırsa, deməli, hamiləlik testi xarabdır və ya onun yararlılıq müddəti bitib. Bu halda aptekdən təzə test almaq lazımdır. 
5. Testin nəticəsi əksər hallarda 5 dəqiqə ərzində qiymətləndirilir. Əgər bu müddət ərzində testdə 2-ci zolaq çıxmayıbsa, nəticə mənfi sayılır (yəni hamiləlik yoxdur). 10 dəqiqədən artıq nəticə gözləməyin. Vaxt keçdikcə, hava və s. xarici təsirlər nəticəsində test yanlış nəticə göstərə bilər. 
6. Farmaseptlərin sözlərinə görə, hamiləlik varsa, test bunu mütləq göstərəcək. Yəni yanlış nəticənin ehtimalı, demək olar, sıfıra bərabərdir. Lakin bəzən qadınlar tələsir və testi lazım olandan daha tez edir. XQ yalnız mayalanmış yumurta hüceyrəsi uşaqlığın divarına implantasiya etdikdən sonra ifraz olunmağa başlayır. Bundan tez yox.
7. Əgər testdə 5 dəqiqə ərzində nazik da olsa, ikinci xətt görünübsə, test müsbət sayılır. Növbəti gün testi təkrar etmək lazımdır — zolaq tündləşəcək. Bu, hamilə qadının qanında XQ hormonunun sürətlə artması ilə bağlıdır. 
8. Bəzən hamiləlik testi yanlış müsbət nəticə verə bilər. Bu, hormonal müalicə alan (inyeksiya şəklində XQ hormonu alan) qadınlarda mümkündür. Testin digər yanlış müsbət nəticəsinin səbəbi qadında yumurtalıq şişinin olmasıdır. Məhz bu səbəbdən hamiləliyin əvvəlində (təxminən 5-6-cı həftələrində) qadın USM-dən keçməlidir. USM zamanı dölün uşaqlıq boşluğu daxilində olması müəyyən edilirsə, hamiləlik təsdiq olunmuş sayılır. 
9. Uşaqlıqdan kənar hamiləlik zamanı da test müsbət nəticə göstərir. Lakin uşaqlıqdankənar hamiləlik zamanı XQ daha yavaş artır ki, testdə 2-ci xətt uzun müddət ərzində solğun çıxa bilər. Belə solğun ikinci xətt çıxan zaman uşaqlıqdankənar hamiləlikdən şübhələnmək olar. 
10. Kişilərdə hamiləlik testi… müsbət nəticə verə bilər. Xaya xərçəngi zamanı kişinin orqanizmində XQ hormonu ifraz olunmağa başlayır ki, hamiləlik testi də müsbət nəticə göstərir.

 

Cəlil Bağırov
həkim-onkoginekoloq 

Go Back

Mükəmməlliyyətçi insanlar

Mükəmməlliyyətçi insanlar ən yüksək mərtəbəyə çatmalı və heç vaxt səhv etməməli olduqlarına inanan insanlardır. Bu ilk baxışda müsbət bir xüsusiyyət kimi görünsə, də əslində çox narahatlıq yaradan bir xüsusiyyətdir. Mükəmməlliyətçi insanlar davranışları ilə özlərinə zərər verdiklərinin fərqində olmurlar. Mükəmməlliyətçi insanlar yüksək gözləntilərinə görə şəxslərarası münasibətlərində də çətinliklər yaşayırlar. 
Bəs əslində mükəmməlliyətçilik nədir?
Mükəmməlliyətçilik çox vaxt əlindən gələnin ən yaxşısını etməklə qarışdırılır. Lakin sağlam bir formada bir işi görmək üçün əlindən gələni etməklə mükəmməlliyətçilik arasında fərq vardır. Ən yaxşısını etmək üçün çalışan insanlar hədəflərinə çatmaq üçün qarşılaşdıqları əziyyətdən zövq alırlar. Mükəmməlliyətçi insanlar isə heç vaxt səhv etməməli olduqlarına inandıqları üçün öz işlərindən həmişə şübhə duyar, narahatlıq içində yaşayarlar. Gordon H. və Paul L. 3 cür mükəmməlliyətçilik ayırmışdır. 
1. Özünə yönəlik. Bu vaxt insan öz qarşısına yüksək məqsədlər qoyur və heç bir səhv etməsinə imkan vermir. Hər problemdə özündə səhv axtarır. 
2. Başqalarına yönəlik mükəmməlliyyətçilik. Qoyulan yüksək qaydalara başqalarının mütləq əməl etməli və bacarmalı olduğunu düşünmə. Çoxluqda əsəb və rahat münasibət qura bilməmə. 
3. Sosial gözləntilər. Başqalarının ondan çatılması çətin olan yerlərə çatmasını gözlədiyini düşünmək. Bəs mükəmməlliyətçilik niyə yaranır və insan nəyə görə mükəmməl olmaq istəyir. Bunun səbəbini aşağıdakı düşüncə xətaları ilə izah edə bilərik. Bacarıqsız olma qorxusu, səhv etmə qorxusu, təsdiqlənməmə qorxusu, -malı, -məli cümlələr- etməliyəm,bacarmalıyam və s. 
Bu mənfi xüsusiyyəti özümüzdən uzaqlaşdırmaq üçün nə etmək olar?
İlk növbədə mükəmməl olmanın müsbət və mənfi tərəflərini aydınlaşdırmaq lazımdır. Ya həmişə, ya heç vaxt düşüncəsini özümüzdən uzaqlaşdırmalıyıq. Sonra isə bacara biləcəklərimiz barəsində real düşünmək və buna uyğun hədəflər qoymaq. Ən əsası isə qarşı tərəfdən gələn tənqidləri qəbul etməyi öyrənməliyik. 

 

Elvira Kərimova
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

Go Back

Özümlə birgə 8 saat

Sankt-Peterburqlu psixololoq Yekaterina Muraşova yeniyetmələr arasında bir təcrübə həyata keçirib. Təcrübənin şərtlərinə əsasən 12-18 yaşlar arasındakı gənclər 8 saat ərzində kompüterdən, telefondan, televizordan və planşetdən istifadə edə bilməzdilər. Eyni zamanda onlar 8 saat ərzində heç kimlə ünsiyyətdə olmamalı və təcrüb zamanı gündəliyə qeydlər etməli idilər.
Təcrübəyə 68 yeniyetmə – 31 oğlan və 37 qız cəlb olunur. Psixoloq düşünürdü ki, bu təcrübə tamamilə təhlükəsizdir. Lakin, o, yanılıb. Təcrübənin sonunadək yalnız 2 oğlan və 1 qız tab gətirə bilir. Yeddi yeniyetmə 5 saatdan bir az artıq, qalanları isə daha az dözə bildilər. 20 qız və 7 oğlanda vegetativ simptomlar müşahidə olunurdu: qızdırma, baş gicəllənməsi, tərləmə, ağız quruluğu, qarında və sinədə ağrılar, başın tüklərinin “biz-biz durması” hissi. Demək olar ki, bütün yeniyetmələr narahatlıq və qorxu hissi keçirirdilər. 5 yeniyetmədə “vahimə tutmaları”, 3 nəfərdə isə intihara meyllilik müşahidə olunmuşdur. 
Təcrübəni başa çatdıran qəhrəman qız gündəliyə öz hisslərini yazır. Psixoloq bu yazıları oxusa da, etik düşüncələrdən dolayı onları ictimaiyyətə açıqlamamaq qərarına gəlir.
Yeniyetmələr təcrübə zamanı aşağıdakı fəaliyyətlərlə məşğul olurdular:
– yemək bişirir və yeyirdilər 
– kitab oxuyur və ya oxumağa çalışırdılar 
– ev tapşırıqlarını yerinə yetirirdilər 
– pəncərədən baxır və ya otaqda gəzişirdilər 
– “Leqo” oyuncaqları ilə oynayırdılar 
– rəsm çəkirdilər
– yuyunurdular
– otaqda və evdə yır-yığış edirdilər 
– trenajorda idman edirdilər
– it və ya pişiklə oynayırdılar
– öz hisslərini gündəliyə yazırdılar 
– gitara və ya pianino çalırdılar 
– üç nəfər şeir yazırdı 
– bir oğlan beş saat ərzində metro və avtobuslardan istifadə edərək şəhəri gəzib 
– bir qız tikişlə məşğul olub
– bir oğlan əyləncə parkına gedərək üç saat ərzində attraksionlara minib 
– bir yeniyetmə Peterburqun bir başından o biri başına qədər, təxminən 25 km boyunca gəzib 
– bir qız siyasi tarix muzeyinə gedib 
– bir oğlan heyvanxanaya baş çəkib
– bir qız dua edib 
Demək olar ki, bütün iştirakçılar yuxuya getmək arzusunda olub. Lakin, heç kim yata bilməyib. Təcrübənin sonuna qədər tab gətirən 2 oğlandan biri yelkənli qayıq modeli hazırlamaqla məşğul olub. İkinci oğlan isə öz kolleksiyalarını səliqəyə salıb, evindəki bitkilərlə məşğul olub. Bu iki iştirakçıdan heç bir narahatlıq hissi keçirməyiblər. Bu nəticələri əldə edən psixoloq çox təəcüblənib. Yeniyetmələrin demək olar ki, hamısı öz gündəliklərində “asılılıq”, “bu cür yaşaya bilmirəm”, “beynim partlayacaq” və s. kimi sözlər yazmışdılar.
Bütün bu deyilənləri nəzərə alaraq bu qənaətə gəlmək olar ki, biz valideynlər uşaqları erkən yaşlarından televizora, kompüter oyunlarına elə alışdırırıq ki, onlar artıq özləri ilə təklikdə qalmaqdan qorxurlar. 
 

Müəllif: Sevil Amil

Go Back

“Patoloji qısqanclıq” və ya “Otello sindromu”

Qısqanclıq insanlıq tarixi qədər çox qədim məsələdir və bir çox insanların münasibətlərinə dərindən təsir edərək, ciddi problemlərə yol açır.Birinin sevdiyi insana qarşı bu hissi yaşaması və həddini aşması “patoloji qısqanclıq” və ya “Otello sindromu” adlanır.Bir çox qadın və kişilər qısqanclığı sevginin ifadəsi kimi qəbul edirlər. Əslində, bu, yalnış düşüncədir. Sevdiyinə sevgini ifadə etmənin başqa normal yolları da var.Özünə güvənən insanlar qarşısındakı insanı xəstəlikli formada qısqanmırlar. İnsanlardan niyə qısqandıqlarını soruşanda “çünki onu itirməkdən qorxuram” cavabıyla tez-tez rastlaşırıq. Qadınların əksəriyyəti çox qısqanılmaqdan sıxıldığı halda, bəziləri bunu sevir. Onlar düşünür ki, əgər kişi qısqanırsa, deməli sevir. Ən çox qısqanılan tərəf də hər zaman qadın olub.Başqasına güvənə bilmək üçün öncə özünə güvənmək lazımdır.Güvənsiz yaşanan bir sevgi içindən çıxmaq mümkün olmayan bir çuxurdur. “Qısqanmağım mənim sevgilimə, həyat yoldaşıma, ərimə güvənmirəm demək deyil, mən ona güvənirəm, ancaq ətrafdakı qadın və kişilərə güvənmirəm". Yəqin ki, qısqanc adamlardan ən çox eşitdiyiniz cavab məhz budu.Həddən çox qısqanan insanların sədaqətsizlik göstərmə ehtimalı çox yüksəkdir. Bir insanı sevmək üçün ilk öncə özünüzə güvənməlisiniz. O sizin uşağınız, ata-ananız deyil ki, ona güvənmədən onu sevirsiniz.Qısqanc insanlar yenə də bu deyilənlərlə razı olmayıb, qısqanmalarını sevgilərinin ifadəsi kimi qəbul edib, özlərinə haqq qazandırmağa çalışırlar.  

Yazar: Fərizə Əhmədova

Go Back

Fiziki qüsurlu insanların psixologiyası

Fiziki qüsurlu insanların cəmiyyət içərisində həyatlarını istədikləri kimi yaşaya bilməmələri, bu cür insanların cəmiyyətdən uzaqlaşmasına, özlərində var olan qabiliyyətlərə, bacarıqlara adaptasiya ola bilməmələrinə, özgüvənlərinin aşağı düşməsinə səbəb olan ən güclü faktordur.
Fiziki qüsurlu insanlara köməklik edə bilmək üçün hər şeydən əvvəl qüsurlu insanların psixologiyasını bilmək lazımdır. Onların hansı hərəkətdən, davranışdan xoşları gəlib-gəlmədiyini bilmədən yəni, onların dünyasını tanımadan fiziki qüsurlu insanlara köməklik etmək çox çətindir. Aşağıdakı sualları araşdıraq. 
Fiziki qüsurlu insanlar özlərini cəmiyyət içində necə hiss edirlər? 
Özlərini fərqli bir psixologiya içində, yoxsa normal insan kimi hiss edirlər? 
Fiziki qüsurlu – bu sözə diqqət yetirdikdə normal bir insanın şəxsi və sosial həyatında özünün görməli işləri, doğuşdan və yaxud sonradan qazanılan fiziki narahatçılıq səbəbindən edə bilməməsidir. İnsanın yaşadığı bu əksiklik fiziki və psixoloji çətinlik yaşamasına səbəb olur. Normal insanların fiziki qüsurlu birinə baxış tərzi əsasən yazığı gəlmək və yaxud onu fərqli qəbul etməkdir.
İnsanların fiziki qüsurlu insanlara yazığı gəlməsi yaxşı niyyətli duyğudur. Ancaq yaddan çıxarmamaq lazımdır ki, yazığı gəlmək fiziki qüsurlu insanlara köməkdən çox ziyan verir. Bəs cəmiyyətdəki insanlar qüsurlu insanlarla necə davranmalıdırlar? Onlara qüsurlu kimi mi yoxsa normal insanlara davrandıqları kimi mi davranmalıdırlar? 
Məsələn: Bəzi insanlar fiziki qüsurlu insan gördükdə baxmadan keçmirlər. Bəzən dönüb təkrar-təkrar baxır və bəzən “Allah uzaq etsin”, “Allah heç kimin başına gətirməsin” kimi cümlələr qururlar. İnsanların fiziki qüsurlu insanlara belə yanaşması onların təkrar-təkrar qüsurları ilə üzləşmələrinə və təkcə qüsurlarını düşünmələrinə səbəb olur və bu vəziyyət fiziki qüsurlu insanların cəmiyyətdən soyumasına, uzaqlaşmasına səbəb olur. 
Bəs cəmiyyət olaraq qüsurlu insanlarla necə davranmalıyıq? İlk olaraq onların da rahatlıqla istifadə edə biləcəyi yollar, binalar, xəstəxanalar, nəqliyyat vasitələri və s. yaradılmalıdır. Onları olduqları kimi qəbul etmək və bizdən biriymiş kimi davranmaq lazımdır. Gərək duyulmadıqca onlara xüsusi diqqət göstərməmək və normal insanlara davrandığımız kimi davranmalıyıq. Onlara xüsüsi olaraq davranmaq, onlara lazımsız diqqət göstərmək qüsurlu insanlara xeyirdən çox ziyan verir bunu unutmamalıyıq. 

Elvira Kərimova
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

 

Go Back

Nevroz və səbələri

Nevrotik qrupuna aid xəstəlikləri yaxın keçmişdə nevroz adlandırırdılar.

Bu xəstəlik qrupunun müalicəsinə böyük əmək sərf etmiş alimlərdən biri hamımıza tanış Ziqmund Freydin bəzi əsas fərziyyələrinə (hansılarki mütləq təasdiqini tapıb) diqqət yetirmək istərdim.

Beləliklə, nevroz iki ayağa söykənir: uşaqlıq travması + aktual travma, və bu travmanın tədqiqatı Freydi travma nəzəriyyəsinin yaradılmasına gətirir və ya, necə başqa adı – erkən yoldan çıxardılmanın (cəzb etmə) (erkən seksual yoldan çıxartma (cəzb etmə)) nəzəriyyəsi.

Ona əsasən, uşaqlıqda uşaq seksual xarakterli travmasını alır.

Əlbətki, onun uşaq Məni daha çox zəifdir və travmanı adekvat emal etməyə qadir deyil, sıxışdırıb çıxarma baş verir, affekt şüursuzluqda inkişaf etməyə başlayır və nevroz simptomatikası şəklində çıxış etməyə başlayır.

Freydin fikrinə görə, psixoanaliz psixonevrozlarla çox gözəl işləyir. Uşaqlıq travmasını aşkar edən insan özünü dərk edərək nevrotik əlamətlərdən azad edir.

İsterik simptom dərin simvolikaya malikdir: nitqin isterik fonda itirilməsi: “mən kimləsə daha danışmaq istəmirəm”, isterik korluq: “mən bunu görmək istəmirəm”.

Freydin birinci dualist modelinin əsasına Şopenqauerin tezisi qoyuldu: “Dünyanı aclıq və sevgi idarə edirlər”. Yəni bu meyllərin iki qrupudur: Mən-dən gələn və libidonun meylləri. Mən-in ən tutumlu  meyl ifadəsi– özünü qoruma instinktidir, libidonun meylləri isə – seksual meyllərdir.

Belədir dualizm!

Nevroz simptomu necə formalaşır? Libidoz enerji boşalmaya cəhd edir – subyekt həzzə cəhd edir, amma əgər yol, hansını ki, o seçir, Mənə əks təsirlə qarşılaşırsa – sıxışdırıb çıxarma baş verir. Meyl sıxışdırılıb çıxardılır və başqa çıxış yolu axtarmağa məcbur edilir, dolama yollara əl atılır. Və o onları tapır – nevroz simptomu şəklində. Nevroz simptomu insan Məninə lazımdır – o əvəzetmə kimi axtarılan təmin olunma formasında yaranır.

Əslində nevrozlar özü böyük bir müdafiədir. Nədən? İnsanın özündən. O özündən ki, insan onu hələ heç tanımır…

Aydan Xasməmmədzadə

Psixologiya və konsultasiya mərkəzinin klinik psixoloqu və psixoanalitiki 

pcc.az

Go Back

Hedonizm

Bir çox motivasiya fikirlərinin təməlində Hedonizm prinsipi durur. Hedonizm – həzzin mütləq mənada yaxşı olduğunu, insan davranışlarının həzzi təmin edəcək şəkildə planlaşdırılması gərəkdiyini, davamlı olaraq zövqə yönəlik fəaliyyətə istiqamətlənmənin ən uyğun davranış olduğunu əks etdirir. Bu prinsipin izləri qədim yunan filosoflarına qədər gedib çıxır. Hedonizmin təməlində, davranışın zövqə yönələcəyi və ağrıdan qaçacağı anlamı durur. Insanların alternativ seçimlər etdiyi hər vəziyyətdə, hərəkətin yönü zövqü maksimal etməyə və ağrı hissini minimuma endirməyə yönələcəkdir. (Vroom, 1964) 
Hedonizm anlayışında insanların müəyyən nəticələri artırmağa (mükafatlar, təqdir olunma və s.) bəzi nəticələri isə (cəzalar, bəyənilməmə, qəbul edilməmə və s.) bacardıqları qədər azaltmağa meyilli davranış nümayiş etdirdikləri əks olunub. (Vroom, 1964) Hər hansı bir motivasiya nəzəriyyəsi şəxslərin sərgilədiyi davranışların səbəbləri ilə bu davranışa səbəb olan prosesləri açıqlamağa çalışmaqdadır. Bir çox nəzəriyyə əksərən hər ikisi ilə yanaşı, birinin üzərində daha güclü durmağa meyillidir. Motivasiya teoriyaları təlabat sferası və proses nəzəriyyəsi olmaq üzrə bu iki hissəni araşdırır. 
Təlabat sferası, insanların ehtiyaclarının yaranması və təbii olaraq da bu ehtiyacları təmin etmək üçün göstərdiyi səyi ifadə edir. Yəni təlabat sferası ehtiyacların təbiətinə və insanların nəyi istədiyinə önəm verməkdədir. 
Proses teoriyalarına görə təlabatlar şəxsi davranışa sövq edən faktorlardan sadəcə biridir. (digər faktor enerji ilə bağlıdır, hansıki onların üzərində çox da durulmadan var olaraq qəbul edilir.) Bundan başqa ehtiyaclar olduqca fərdiləşmişdir və hər bir şəxs üçün zamanla dəyişir. Proses teoriyaları davranışın daha çox necə başlandığı, idarə olunduğu və davam etdirilməsi ilə əlaqəlidir. Proses teoriyası real motivasiya müddətinə (prosesinə) önəm verməkdədir. Onu da qeyd edək ki, təlabat və proses teoriyaları bir – birindən fərqlənsələr də müəyyən bir yerə çatmaq üçün bir – birini tamamlamaqdadırlar. 
Ümumiyyətlə demək olar ki, bütün motivasiya nəzəriyyələri insanların davranışlarını zövqlü hesab etdiyi nəticələrə yönəltdiyini və xoş olmayanlardan uzaq tutduğunu əsas götürür. Motivasiyanın təməlində də məhz bu durur: insanları fəaliyyətə təhrik etmək üçün onların sevdiyi, həzz aldığı istiqamətə yönəldirlər. Həzz duyğusunu yaşamaq istəyi və buna uyğun olaraq ağrı duyğusundan qaçmaq insanları motivə edir.

kayzen.az

Go Back

İşdə diqqətsizlik sindromu

Hamını başına diqqətsizlik və tələskənlik səbəbindən səhvə yol vermək və buna görə də danlanmaq kimi hadisələr gəlir. Bəzən bizim qeyri-iradi diqqətsizliyimiz digərləri tərəfindən səhlənkarlıq və məsuliyyətsizlik kimi qiymətləndirilir. Halbuki, hamıdan daha tez və düzgün yerinə yetirmək istəyirik və buna görə də tələsirik. Amma başımıza gələn əsas bəlaları tələskənlik üzündən olur.

Əslində tələskənlik və diqqətsizlik hissləri müəyyən simptomlar, əlamətlərdir. Onlar daha dərin bir problemin təzahürləridir. Bu ya işdə, ya da sizin daxilinizdə olan bir nüansla bağlıdır, ya da hər ikisinin kombinasiyasıdır. Elə ki, siz problemin mənbəyini anlayırsınız, çıxış yolu istiqamətində addım atmaq sizə daha asan olur. 

Amma tələskənlik və diqqətsizliyin səbəbini anlamaq üçün özünüzdə aşağıdakı suallar cavab tapmalısınız. 
• Məsələ iş yerinin özündə ola bilərmi? 
• Sizin iş mühitiniz çox hərəkətli və xaotikdirmi? 
• Sizin işlərin son icra və təhvil müddəti qeyri realdırmı, yəni həmin vaxtda işləri çatdırmaq mümkünsüzdür, bəlkə sizin menecerlər çox tələbkar və səhvləri cəzalandırmağa meyllidir və daima işi təzyiqdə saxlamağa çalışırlar?
• İşdəki digər yoldaşlar da eyni əlamətlərdən əziyyət çəkir və narahatlığı yaşayırmı? 
• Siz düşünürsünüz ki, tələskənlik və diqqətsizlik hissi təkcə sizdə baş qaldırıb və yalnız sizə xasdır? 

Əgər siz iş yerinin həmin simptomların əlaməti kimi istisna edirsiniz və bu səbəbi kənara qoyursunuzsa, onda məsələnin mənbəyini üzə çıxarmaq üçün bir neçə başqa sual da vermək olar. Yeniyetməlik və uşaqlıq dövründə siz başqa oxşar simptomlarla mübarizə aparmısınız?

Məsələn: daima hər yerə gecikmək, qeyri mütəşəkkillik, plansızlıq, unutqanlıq, öhdəliklərin öhdəsindən gələ bilməmək hissi və s. Sizin diqqətiniz asanlıqla yayılırmı, bəzən balaca bir tapşırığın üzərində saatlarla vaxt keçirirsiniz, baxmayaraq ki, daha vacib və təcili işləriniz var. Sizdə belə hisslər olurmu ki, vaxtında çatdırmaq və digərlərindən geri qalmamaq üçün əksər yoldaşlarınızdan daha çox və daha gərgin işləməlisiniz.

Bu simptomlar sizin şəxsi həyatınıza da sirayət edirmi? Tələskənlik, səhvlərə yol vermək və diqqətin asanlıqla yayılması əksər hallarda, amma heç də həmişə deyil, daha böyük bir əlamətlər yığınının bir hissəsi olur və bu əlamətlər birlikdə formal olaraq, diqqət defisiti adlanan sindromu təşkil edir. 

Xroniki tələskənlik və diqqət defisiti
Xroniki tələskənlik və diqqətsizlik ilə mübarizə üçün birinci strategiya – dəyişə biləcəyinizlə bağlı ümid yaratmaqdır. Hələ ki, sizin özünü tələsməyəcəyiniz və diqqətli olacağınız barədə verdiyiniz vədlər bir işə yaramayıb – bu fakt olduqca təəssüf doğurur. Davamlı diqqət defisiti sindromundan əziyyət çəkən insanların çoxu həyatında böyük ağrılar yaşayıb. Onlar hər şeyi öz həmyaşıdları ilə müqayisədə daha çox çətinliklə əldə etdiklərini düşünürlər. Onların davranışı bəzən nəinki kənar şəxslər, hətta onların özləri tərəfindən belə düzgün anlanılmır, bəzən diqqətsiz, məsuliyyətsiz, nizamsız, hətta tənbəllik kimi xüsusiyyətlərə yozulur. Həqiqət isə odur ki, diqqət çatışmazlığı genetika ilə ötürülür və neyrobioloji şərtlərlə əsaslanır.

Diqqətsizlik sindromu iradə və ya xarakter zəifliyi deyil, sadəcə bioloji xüsusiyyətdir. Güclü iradə gücünə sahib olmaq problemin həll etmir. Problemin həlli özünü dərk etmək və sizin müvəffəqiyyət əldə etməyiniz üzün müvafiq strategiyalar tətbiq etməkdir. Tələskənlik və diqqətsizlik ilə mübarizə aparmaq üçün bəzi effektiv strategiyalar isə bunlardır: 

  • Proyekti vaxtından əvvəl başa vurmağa çalışmayın, hətta işi bitirmək üçün daxilinizdə olduqca güclü bir tələbat hiss etsəniz də.
  • Böyük layihələri – xırda hissələrə parçalayın ki, onları idarə etmək daha asan olsun.
  • Saatdan istifadə edin. Fikri asanlıqla yayınan insanlar zamanın necə keçməsini fərqli cür qavrayırlar. Hər tapşırığa başlamaq üçün vaxt müəyyən edin və tapşırığın həlli üçün özünüzə vaxt limiti təyin edin. Taymerdən istifadə edin ki, bir tapşırığı və ya işi sizə bir dəfəyə başa vurmağa kömək etsin. Özünü bu işin icrası üçün lazım olduğunu düşündüyünüzdən daha çox vaxt verin (çünki arada fikir yayınmasına yol verəcəksiniz). Hər 30 dəqiqədən bir isə özünüzə 10 dəqiqəlik istirahət verin.
  • Mümkün olduğu qədər çalışın ki, öz iş mühitinizi özünüz qurasınız. Stolunuzu üzü divara çevirin ki, əlavə fikir yayındırıcı amillər sizi narahat etməsin. Hansı vəziyyətdə daha yaxşı çalışdığınızı və işlərin daha yaxşı getdiyini müəyyən edin. Əksər insanlar sakit, kənar səs-küysüz və çaxnaşma olmayan mühitdə daha yaxşı fəaliyyət göstərə bilir. Qoy, sizin iş yoldaşlarınız bilsin ki, nə vaxt sizi narahat etmək olmaz.
  • Görmə dairəsinin xüsusiyyətləri. Masa üzərində və ya görmə dairənizdə yalnız üzərində çalışdığınız əşyaları saxlayın.
  •  Kənar fikirlərin sizin konsentrasiyanızı dağıtmağa başladığı məqamları tanımağı öyrənin. Diqqətsiz olduğunuz məqamlarda buna görə özünüzü həddin artıq danlamağı və üzməməyi də öyrənin. Yenidən özünüzü tapşırıq üzərinə kökləyin. Sözün əsl mənasında diqqətinizi konsentrasiyada saxlamaq üçün özünüzə məlumat yollayın. Məsələn “diqqətini yayındırma” adlı bir qeyd yaza və onu göz önündə yerləşdirə bilərsiniz. Sizi fikrinizdən yayındıra biləcək, diqqətinizi narahat edəcək ideya və fikirləri bir yerə yazın ki, sonra onları nəzərdən keçirə biləsiniz.
  • Sağlam həyat tərzi sürün, yaxşı pəhriz və yuxu vərdişlərinə əməl edin. Energetik idman hərəkətləri edin, mütəmadi olaraq məşq edin. İdman hərəkətləri, beynin fəaliyyətini optimallaşdırır və beynin müəyyən hormon və fermentlərini stimullaşdırır, bununla da diqqətliliyə və konsentrasiya olunmağa öz təsirini göstərir. Əksər günlərdə, xoşaldığınız hərəkətlərlə məşq etməyə çalışın, yəni sevdiyiniz üslubda məşq edin. Təmiz havada dolaşın. Dəyişikliklər bir gündə və bir saatda baş verməyəcək, amma təmkinlik, praktika və müsbət münasibətin ahəngi sizə tələskənlik və diqqətsizlik hissinin öhdəsindən gəlməyə köməklik edəcək.
  •  
  • banker.az

Go Back

Xəbərlər İntihar etmək istəyən şəxsə necə kömək edək? – PSİXİATR YAZIR

Ölkədəki mövcud qanunvericiliyə görə, intihara cəhd edib sağ qalsa, psixiatrik xəstəxanaya, dinə görə isə, ölsə, cəhənnəmə yerləşdiriləcək bu insan.

Özünü dindirsəniz, “bütün qapılar üzümə bağlıdır, heç kim məni anlamır, heç kim istəmir məni... Yaşamağa dəyməz...”, - deyəcək.

Həkimləri, psixoloqları da hər dəfə təəccübləndirən, bioloji, sosioloji, psixoloji səbəbləri olan qarmaqarışıq bir vəziyyətdir intihar. Çətin sosial şəraitdə yaşayan və ya əksinə, normal dolanışığı olan insandan tutmuş, orta məktəb şagirdinə, uzun illərin həkiminə, şöbə müdirinə, ağır ruhi xəstələrə qədər geniş bir çevrəni əhatə edir. Statistikası belə qəribədir, dəqiq rəqəmlər təqdim edə bilmir. Cəhd edənlər və tamamlanmış intiharlar olaraq 2 yerə ayırıb sayırlar intiharları. Cəhd edənlər ölənlərdən 8-25 dəfə daha çoxdur. Ümumdünya Səhiyyə Təşkilatı ildə 800 min nəfərin özünə qəsd etdiyini vurğulayır. Dünyadakı intihar sürəti 100 min nəfərə 12 nəfərdir.

İntiharı ən çox kim edir?

Tamamlanmış intiharların sayına görə, kişilər qadınlardan 2 dəfə çox ölürlər və məqsədlərinə çatmaq üçün daha qəddar üsullara əl atırlar. İntihar etmə cəhdi isə qadınlarda daha yüksəkdir. İstər digər ölkələrin statistikasında, istərsə də Azərbaycanda həm qadınlar, həm də kişilər arasında ən çox intihar edən yaş qrupu 45-dən yuxarı şəxslərdir.
Amma təəssüf ki, son vaxtlar gənclər və uşaqlar arasında da intihar halları artmaqdadır. Uşaqlarda intiharların səbəblərini yaş səviyyəsinə görə iki qrupa bölmək olar. İlk qrup ölüm anlayışını başa düşməyənlər, ikinci qrup isə başa düşənlərdir. Hər iki qrupun özünəməxsus səbəbləri var. Məsələn, ölümü başa düşməyən qrupdakı səbəblər içərisində ən genişi budur: elə bilirlər ki, insan ölmür, o, geri qayıda bilər. Yaxud cizgi filmlərində gördükləri hansısa səhnələr, detallar onlara təsir edir. Bu yaş qrupuna adətən 7-8 yaşından aşağı olan uşaqlar daxildir və intiharlara çox da rast gəlinmir. Əsas çoxluq 2-ci qrupun üstünə düşür. Bu qrupa daxil olan uşaqların intihar səbəbləri arasında valideyn təzyiqi, ailə daxil söhbətlər, alkoqolizm, dərs keyfiyyətinin aşağı olması və sair yer alır.

Tamamlanmış intiharların 90%-də baş vermə səbəbi kimi hər hansı bir psixiatrik problemin olması düşünülür ki, bunun da başında depressiya gəlir. Xüsusən bir şəxsdə depressiya varsa, müalicədən imtina edirsə və əvvəllər nə vaxtsa intihara cəhd edibsə, həmin adam ən yüksək risk qrupuna daxildir.
Maddi vəziyyətin aşağı olması, borca düşmək, yalnız yaşamaq, boşanmaq, işsizlik, iri şəhərlərdə yaşamaq intihara bir başa səbəb olmasa da, bu riski artıran amillərdəndir.
İşin maraqlı tərəfi odur ki, intihar riskini artıran amillərlə yanaşı bu riski azaldan amillər də var. Belə ki, şəxsin yaxşı dost çevrəsinin olması, dünyagörüşünün yüksək olması, müntəzəm idmanla məşğul olmaq, hobbilərin olması, intiharı yasaqlayan dinlərə mənsubluq, ailədə 2 yaşından balaca uşaqların olması intihar riskini azaldan vəziyyətlərdir.

İntihar etmək istəyən şəxsə necə kömək edə bilərik?

İntihar edənlərin 80%-i bu istəklərini əvvəldən hər hansı bir şəkildə dilə gətirirlər. Bu düşüncəni dilə gətirənlərin 20%-i isə intihara cəhd edir. Həmin 20%-dən yetişkinlərdə hər 10 intihardan 1-i, yeniyetmələrdə isə hər 200-300 cəhddən 1-i ölümlə nəticələnir. Bu rəqəmlər “intihar edən deməz, deyirsə, deməli etməyəcək” inancının yanlış olduğunu göstərir.
Sosial şəbəkələrdə yayılmış intihar videosunun birində intihar etmək istəyən şəxs körpüyə çıxmış və özünü aşağı atmaq istəyirdi. Həmin videoda aşağıda onu “seyr edən” şəxslərdən biri “atmayan kişi deyil, at qurtar gedək, iş-gücümüz var” deyirdi.

Əgər sizin qohumlarınızdan, tanışlarınızdan kiminsə belə bir planının olduğunu duyursunuzsa, mütləq yaxından təmas qurmağa, onu narahat edən problemini araşdırmağa cəhd edin. Ona “öldürmək pis şeydir, ayıbdır, çıxar başından belə şeyləri”  kimi klassik məzmunlu məsləhət vermək əvəzinə, onu bu davranışa vadar edən məsələni müzakirə edin, mümkündürsə, həllinə yönəlik konkret addımlar atın. Həmin şəxsdə ciddi real cəhdlərin ola biləcəyinə ehtiyat edirsinizsə, mütləq digər ailə üzvlərini xəbərdar edərək, mütəxəssis yardımı almağa çalışın.

Orxan Fərəcli, həkim-psixiatr

Aile.lent.az

Go Back

20 blog posts