Düşüncə Jurnalı

header photo

Terroristin psixologiyası

Şəxsiyyətin psixoloji xüsusiyyətləri anlayışı çox mürəkkəb struktura malik olub müxtəlif amillərin təsirilə formalaşır və dinamik səciyyə daşıyır. Təsaadüfi deyildir ki, şəxsiyyət psixologiyası psixologiya elminin ən mürəkkəb və çox cəhətli sahələrindən birini təşkil edir. Buna görə də terroristin şəxsiyyətinin psixoloji xüsusiyyətləri dedikde, bir tərəfdən onun şəxsiyyətinin formalaşmasının ümumi psixoloji cəhətləri, digər tərəfdən onun fərqli xüsusiyyətləri nəzərdə tutulur. Hər hansı terroristin müəyyən temperament tipinə və ya xarakter əlamətinə, hansısa qabiliyyətə malik olması tamamilə təbii hal hesab edilə bilər. Onda qarşıya sual çıxır: terroristin şəsxiyyətinin hansı psixoloji xüsusiyyətləri onu başqa adamlardan tamamilə fərqləndirir və bu, hansı amillərin təsirindən asılıdır?                                

İlk nəzərdə belə fərqləndirici cəhətləri terroristin iradi keyfiyyətlərində, xarakter əlamətlərində, emosional sferasında, bəzən, hətta temperament tiplərində axtarmaq olar.                                                                                                         

Ümumi psixiloji xüsusiyyətlər və onların normal təbii axarda inkişafı və formalaşması nəzərə alındıqda terroristin şəxsiyyətinin spesifik psixoloji xüsusiyyətlərini müəyyən etmək məsələsi çətinləşir, çünki heç kəs anadan olarkən terrorçuluq üçün yarayan neqativ psixoloji xüsusiyyətləri özü ilə hazır şəkildə gətirmir. Bu, əsasən, sosial həyat şəraitinin təsirilə hər hansı bir şəxsdə formalaşan psixoloji keyfiyyələrin məzmun və istiqaməti ilə, başqa sözlə,  hansı sosial mühitə düşməsi ilə əlaqədar olur. Bununla əlaqədar olaraq şəxsiyyətin hansı mənəvi və əxlaqi keyfiyyətlərə, eləcə də, hansı xarakter əlamətlərinə və iradi keyfiyyətlərə malik olması məsələsi şəxsiyyətin psixoloji xüsusiyyətləri içərisində önəmli yer tutur və bir çox hallarda, adətən, bu və ya digər fəaliyyət sahəsinə nə dərəcədə yararlı olub-olmaması sualına cavab axtararkən məhz həmin keyfiyyətlərə nəzər salınır. Başqa sözlə, həmin psixioloji keyfiyyətlər şəxsiyyətin fəaliyyət istiqamətinə ciddi təsir göstərir.  Çətin işə çətin tapşırıqları yerinə yetirməyə qabil olan, bu sahədə zəruri iradi keyfiyyətlərə və xarakter əlamətlərinə malik olan şəxslər cəlb edilir. Belə keyfiyyələrə malik olmayan şəxs və ya şəxslər həmin tapşırığı müvəffəqiyyətlə yerinə yetirə bilməz. Lakin bir cəhəti nəzərdən qaçırmaq olmaz ki, terror əməllərinə cəlb olunan qruplarda iştirak edən şəxslərin psixoloji xüsusiyyətləri içərisində bir-birini tamamlamaq və bir-birinə kömək etmek üçün zəruri olan psixoloji keyfiyyətlər də fəaliyyətin səmərəliliyi üçün xüsusi əhəmiyyət kəsb edir. Bu cəhət bir tərəfdən də qrup uyuşmasının zəruri olması məsələsini də ön plana çəkir. Yəni terroristin psixoloji xüsusiyyətləri nəzərdən keçirilərkən bir sıra mühüm psixoloji amillərin olması zərurəti də nəzərdən qaçırıla bilməz. Belə xüsusiyyətlər içərisində yüksək  adaptasiya qabiliyyətinə malik olmaq, yüksək iradi əzimkarlıq, dözümlülük, dəyişən situasiyanı düzgün qiymətləndirmək üçün analitik təfəkkür, eləcə də, ağılın çevikliyinə malik olmaq, qavrayışın tamlığı və hafizənin dəqiqliyi, dəyişən situasiyaya uyğun olaraq, çevik hərəkət tərzi seçmək qabiliyyəti və s. xüsusi yer tutur.                                                                                    

Belə psixoloji xüsusiyyətləri qeyd edərkən, əlbəttə nzərdə tutulmur ki, onlar ya mütləq mənada müsbət və ya  mütləq mənada mənfi psixoloji xüsusiyyətlərdir. Əsl məsələ həmin psixi xüsusiyyətlərdən necə və hansı istiqamətlərdə istifadə edilməsindədir. Bu isə hər şeydən əvvəl, şəxsiyyətin mənəvi keyfiyyətlərindən, psixoloji yönümündən, amal və məqsədlərinin məzmun və istiqamətlərindən və s. asılıdır. Bu cəhətdən məsələyə yanaşdıqda özünün yüksək əxlaqi dəyərləri ilə seçilən, yüksək mənəviyyata malik olan şəxslər həmin psixoloji xüsusiyyətlərdə, əsasən, xeyixah əməllərə, müsbət və ictimai cəhətdən əhəmiyyətli olan fəaliyyətinin səmərəli sürətdə təşkilinə istifadə edər. Lakin bunun əksinə olaraq, mənfi əxlaqi keyfiyyətlərə, psixoloji yönümə malik şəxslər isə belə psixiloji xüsusiyyətlərdən bəd əməllər, ictimai cəhətdən təhlükəli olan fəaliyyətini təşkil etmək, istədiyi alçaq məqsədlərə nail olmaq üçün istifədə edir. Bu halda terroristin yalnız şəxsi keyfiyyətləri, şəxsiyyətinin yönümü, həyata, insanlara münasibətlər sistemi, həyat idealı və amalı xüsusi əhəmiyyət kəsb edir.                            

Terror törədən şəxsin dünyabaxışında, həyat hadisələrinə münasibətində köklü dəyişiklik baş verir. Belə bir dəyişikliyin nəticəsində onda real gerçəkliyin modeli ilə onun real gerçəklikdə mövcudluğu haqqında təsəvvürlərində, fikir və düşüncələrində tam uyğunsuzluq yaranır. Belə uyğunsuzluq xüsusən də real gerçəklikdə özünü reallaşdırma imkanlarında  nəzərə çarpır. Yəni beyində yaratdığı idealla gerçəklik  arasındakı ziddiyyət, sosial uyğunsuzluq hiss və duyğusuna transformasiya edir, nəticədə terrorçunun şəxsiyyəti üçün belə bir mövqe formalaşır: mən yaxşıyam, ailəm pisdir. Belə bir mövqeyin, təsəvvürün yaranması onda özünün destruktiv hərəkətlərinə, ağır cinayi davranışlarına mənəvi cəhətdən bəraət qazandırmaq vasitəsinə çevrilir.                                                             

Beləliklə də terroristin fəaliyyəti, əməl və hərəkətləri desruktiv səciyyəli özünü reallaşdırma forması kəsb edir. Yəni mövcud həyat prinsiplərini, əxlaq normalarını inkar etməklə özünə bəraət qazandırma mövqeyinə keçmək ona müsbət təsir etməyə də imkan vermir. Çünki onu beynini məşğul edən niyyət və fikirlərdən uzaqlaşdırmaq çox çətin olur. Terror əməlləri ilə bağlı fikirlər onun qəlbinə hakim kəsildikdə onda baş qaldıran emosiya və hisslər, bir qayda olaraq, stenik və aqressiv olur, lakin onda depressiv halətin yaranması təhlükəsi nəzərə çarpmır.   Rus mətbutından götürülmüş çox maraqlı bir fakta nəzər salaq: Anatoliy adlı bir şəxs özünü “Terminator” (heç bir şeydən qorxmayan, istənilən cinayəti törətməyə qabil olan bir şəxs) hesab edir. O, gecəyarısı kəndin kənarında olan daxmalara soxulur, kənd adamlarını atəşə tutur, sonra isə biçaqla, belle uşaqları döyməyə başalayır, nişan üzükləri və olan pulları götürür və evi yandırıb oradan çıxır. Onun 37 yaşı olmuş, yetim evində böyümüş, peşə texnikumunda oxumuş, sonra “Dənizçilik”  məktəbini bitirmiş, iki il gəmidə işləmişdir. Almaniyaya keçərək orda siyasi sığınacaq  istəmiş, lakin ala bilməmişdir və burada da bir neçə xırda cinayətlər törətmiş və elə buna görə də həbs olunmuşdur.  Ölkədən xaric olunmuş, SSRİ-yə qayıtdıqdan sonra isə işdən azad olunmuşdur.  Almaniyada yaşıyarkən mormorlar dini sektasına qoşulmuş, onlarin göstərişilə bir sıra qanlı cinayətlər törətmişdir. Rusiyanın Vasilyev rayonunda yanğından mühafizə xidəmətində çalışımışdır. Üç ay Kiyevin nevroloji xəstəxanasında şizofreniya dioqnozu ilə xəstə yatmışdır. Xəstəxanada çıxdıqdan sonra həmin şəxs xüsusi qəddarlıqla insanları öldürməyə başlayır. Özünün bu hərəkətini, yəni cani olmasını, insanları qətlə yetirməsini belə izah edir: “Mən insanları ondan ötrü öldürürəm ki, özümü dərk edirəm. İnsan oyuncaqdan başqa bir şey deyildir”. Mətbuatla çox həvəslə əlaqə saxlayır, etdiyi əməllərin hər kəs tərəfindən bilinməsini istəyirdi. O, qeyd edirdi ki, öz ailəsini belə tələf etmişdir. İşlədiyi yerdə ona pislik etmiş birini yol gedərkən öldürür. Belə manyak bir terrorçunun tərcümüyi-ahlı və əməlləri barədə təslifatı ilə məlumat vermək, ilk baxışdan yersiz kimi görünə bilər. Lakin, həmin terrorçunun həyatının müəyyən epizodları- onun yetim olması, uşaq evində böyüməsi, iş uğursuzluqları, şizofreniya dioqnozu ilə uzun müddət xəstəxanada yatması və s. onun terrorist kimi formalaşmasının psixoloji xüsusiyyətlərini açmağa və həyat şəraitinin təsirilə onun şəxsiyyətində baş verən deformasiyanın, davarnışında özünü göstərən neqativ cəhətlərin psixiloji mexanizmini açamağa yaxından kömək edir.    

Terrorçu şəxsin psixi sağlamlıq dərəcəsi, yəni onun bu və ya digər psixopatik tiplərə aid olması, eləcə də həyatının müəyyən dövrlərində keçirmiş olduğu psixi xəstəliklər, başqa sözlə, bu və ya digər psixi pozğunluqların onun davranış və rəftarında təzahür etməsi də onun terror fəaliyyətinə qoşulmasını şərtləndirir. Həmçinin, hər hansi bir şəxs idealında yaratdığı mövqeye çatmaq, maddi ehtiyac və təlabatlarını ödəyə  bilmək imkanına sahib olmaq üçün də terror fəaliyyəti ilə məşğul ola, başqa sözlə, həqiqi terroristə çevrilə bilər.                                  

   Bütün hallarda terrorçuların davranış və rəftarında neqativ yönümlər üstünlük təşkil edir, psixoloji cəhətdən mənfi emosiyaların əsiri olmaq, insana nifrət, qəzəb və kin, real şəraiti və hadisələri adekvat qiymətləndirməmək, öz neqativ davranış və hərərkətlərinin mənfi  nəticələrini aydın dərk etməmək, fanatk düşüncə və stereotiplərə aludəçilik, bir tərəfdən müəyyən təsirlərdən- xarici və daxili təsirlərdən tam asılılıq, yəni müstəqil qərar qəbul etməyi bacarmamaq, digər tərəfdən kəskin neqativizm və inkar mövqeyində durmaq, yəni kənar təsirlərə məhəl qoymamaq, eləcə də mövcud əxlaqi və mənəvi sərvətlərdən uzaqlaşmaq, öz əməllərində onlara əsla riayət etməmək və s. cəhətlər terrorçunun şəxsiyyətini xarakterizə edən psixoloji xüsusiyyətlərin başlıca mənfi təzahürləridir.

Səmədova Sərfin

Bakı Qızlar Universiteti,Sosial Psixologiya fakultəsi

Go Back

Sorğu göndər