Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Psixologiya"

Ünsiyyət- bacarıq, yoxsa qabiliyyətdir?

İnsanı sosiallaşdıran başlıca amil ünsiyyətdir. İlk baxışdan sadə görünən bu qavram əslində incəliklərlə dolu çox çətin bir bacarıqdır. Ünsiyyət təlabatı bütün canlılarda – heyvan, bitki və insanlarda mövcuddur. Amma bizi digər canlılardan fəqləndirən ən mühüm xüsusiyyət ünsiyyəti şüurumuzla mükəmməl şəkildə ifadə etməyimizdir.
Sual olunur; Ümumiyyətlə ünsiyyət deyəndə nə başa düşürük? Gəlin bu məsələyə birlikdə aydınlıq gətirək. İnsan bir fikri başqasına çatdırmaq, hər hansı bir fikrə münasibət bildirmək və ya münasibəti öyrənmək üçün ünsiyyətə girir. Dolayısı ilə özünü ifadə etməyə, aktuallaşdırmağa çalışır. Bu səbəbdən də ünsiyyət bizim cəmiyyətdə mövqemizi təyin edən ən mühüm faktordur. İnsan ifadə edilə bildiyi qədər insandır. Çünki bu keyffiyəti ilə o, gözəl valideyn və dost, yaxşı işçi və ya heç kim tərəfindən sevilməyən bir şəxs ola bilər.
Psixologiyada ünsiyyət hər zaman aktual olan bir problem olmuşdur. Bütün psixoloji məktəblər zaman-zaman problemə diqqət ayırmışlar. Bu məktəblərdən biri də keçən əsrin 70-ci illərində yaranmış NLP (Neyro Linqvistik Proqramlama)-dir. Bu istiqamətin nümayəndələri ünsiyyət prosesini geniş şəkildə izah edirdilər. Onlar ünsiyyəti sözlü (nitq) və sözsüz (bədən dili – jest və mimikalar) deyə 2 növə ayırırdılar. 
Biz fikrimizi təkcə sözlə deyil, onunla paralel bədən dilimizlə də ifadə edirik. Bunlar üst-üstə düşməyəndə ünsiyyət əksər hallarda uğursuz hesab edilir. Çünki, müasir psixologiya müəyyən etmişdir ki, ünsiyyət prosesində söz 7%, səs tonu 38%, bödn dilimiz isə 55% iştirak edir. Ona görə də ünsiyyət prosesinə kompleks yanaşma tələb olunur. Qarşınızdakının yalan söyləməyini də biz çox zaman onun bədən dilinə nəzərən aşkar edirik. Çünki bədən dilini idarə etmək böyük təcrübə tələb edir. 
Ünsiyyət prosesində eyni zamanda alıcı (qəbul edən) və ötürücü (mənbə) tərəflər mövcuddur. Ötürücü tərəf, mövzu haqda məlumatlı, alıcı ilə ünsiyyətdə maraqlı, lazım gəldikdə həm də alıcı olmalıdır. Alıcı tərəf isə almağa həvəsli, seçici olmamalı, qaynaq olmağa istəkli olmalıdır ki, onların ünsiyyəti uğurlu alınsın. Yəni biz həm dinləməyi həm də fikrimizi düzgün şəkildə çatdırmağı bacarmalıyıq. Deyəcəksiniz ki, bəzən qarşımızdakı elə boş danışır ki, nəinki onu dinləmək istəyi hətta kəskin münasibət bildirməyimiz gəlir. Amerika siyasətçisi E. Marks yaxşı deyir – boş danışanın danışdıqlarında belə özünə götürəcəyin çox şey var. Ən azı danışdıqlarının insanlara nə zaman boş gələcəyini bilmək nöqteyi-nəzərindən. 
Psixologiyanın ayrı bir qolu – transakt analiz deyilən nəzəriyyədə insanın rolları və bunların uzlaşması məfhumu irəli sürülür ki, burada da əsas məqam bizə doğru ünsiyyət qurmağa kömək etməkdir. Bu nəzəriyyəyə əsasən hər bir insan 3 başlıca rolu həyata keçirir: yaşlı, valideyn, uşaq. Məsələn, bəzən özümüzdən kiçiklərə və ya dostlarımıza bir sözlə nəyin doğru nəyin yalnış olduğunu başa salırıq (valideyn rolu), bəzən isə məsləhət verir (yaşlı rolu), bəzən isə özümüzü dəcəl və şıltaq aparırıq (uşaq rolu). Bunların hamısı bir insanda mövcuddur. Sadəcə bunlardan biri hər insanda üstünlük təşkil etdiyindən, insan onda hansı rolun aparıcı olduğunun fərqinə varmalıdır. Bu insana digərləri ilə ünsiyyətdə mühüm fayda verə bilər. Biz rolları doğru zamanda doğru yerdə istifadə etsək ünsiyyətimiz də uğurlu alınar. Bu istiqamət əsasən ailə münasətlərində korreksiya aparılmasına çox böyük yardımçı olur. 
Əgər qarşımızdakı ilə ünsiyyət prosesində eyni roldan çıxış etsəniz ünsiyyət uğurlu alınacaqdır. Məsələn, sevdiyiniz insan sizinlə uşaq kimi danışır və ya oynayırsa, çalışın sizdə onunla bu şəkildə rəfdar edin. Və ya sizi danlayırsa sizdə ona “çalışaram olmasın” və ya “səni nə narahat edir? Nədən narazısan?” və s. kimi stiuasiyaya uyğun cavab vermək gərəkir. Əgər siz uşaq rolundan çıxış edərək cavab versəniz münasibətləri daha da gərginləşdirə bilərsiniz. Tolstoyun yaxşı sözü var: “Xoşbəxt o insandır ki, özü başa düşdüyü kimi başqasını da başa salır”. Xüsusən cütlüklər arasında yaranan problemlərin kökündə özünü düzgün ifadə edə bilməmək durur. Biz əgər qarşımızdakının başa düşəcəyi dildə danışsaq fikrimiz aydın, münasibətlərimiz arzuolunan səviyyədə olar. Bunun üçün yuxarıda qeyd edilənlərdən faydalanmaq heç də pis olmazdı.
Beləliklə “qısa” misallarla da olsa ünsiyyətinizdə çətinlik çəkdiyiniz məqamlara yardımçı olmağa çalışdıq. Ümid edirəm ki, toxunduğumuz məqamlardan düzgün istifadə etsəniz sizə çox faydalı olacaq. Bunları həyata keçirmək üçün sabahı gözləməyin. Məqaləni oxuyub bitirdiyiniz ilk andan sonra həyatınıza tətbiq etməyə başlayın. Sonda onu qeyd etmək lazımdır ki, hər cür ünsiyyətdə qarşılıqlı hörmət, dinləməyi bacarmaq və səbirli olmaq ən əsasdır. Bunların hamısı öz yerində olsa, ünsiyyətin uğurlu olacağına əmin ola bilərsiniz.

Mənbə: PCC jurnalı
Narınc Rüstəmova

 

Go Back

Hafizə

İnsanın duyub və qavradıqlarının, psixikasında baş verənlərin hamısı izsiz ötüşmür, müəyyən mənada orada hifz olunur. Bəziləri isə ömürlük qalır. Keçmişdə baş verənlərin psixikada "izi", işarələri, kodu, sürəti qalır. Bizlərdən hər birimiz təsdiq edə bilərik ki, təkrarən duyduğumuz və qavradıqlarımızı tanıyır və onu əvvəllərdə məhz o şəkildə yaşadığımızı söyləyərik.
Psixikanın mühüm universal xüsusiyyətlərindən biri də informasiyanın fasiləsiz olaraq toplanması qabiliyyətidir. Bu proses psixi fəaliyyətin bütün dövr və sahələrini əhatə etməklə bir çox hallarda avtomatlaşır, hətta az qala qeyri-şüuri mahiyyət kəsb edir. Nümunə olaraq psixologiyada iki mötəbər tarixi fakt kimi göstərilən hadisəni vermək istərdik.
Tamamilə savadsız qadın xəstələnir və həyəcanlı, yüksək tonla mənasını özünun də başa düşmədiyi yunan və latın dillərində danışmağa başlayır. Məlum olur ki, uşaqlıqda o, keşişin yanında qulluqçu işləmişdir. Keşiş adətən antik klassiklərin əsərlərindən pafosla parçalar oxuyarmış. Qadın isə qeyri-ixtiyari olaraq onları yadda saxlamış, lakin xəstələnənə qədər bunu heç özü də bilməmişdir. 
Aptekdə gipnoz edilmiş şəxs dərmanların üzərindəki yüzlərlə yazını, dərman adlarını əzbərdən söyləmişdir. Halbuki onun tibblə heç vaxt bağlılığı olmamışdır.
Hafizə bütün canlılarda vardır. Hətta, bitkilərin də yaddaşının olması ilə bağlı elmi fikirlər söylənilir. Geniş mənada, hafizəni canlı orqanizmin informasiyanı təsbit edən anadangəlmə və həyatda qazanılan mexanizm kimi də xarakterizə etmək olar. 
Hafizə keçmiş təcrübənin beyində nəqşləndirilməsi, yadda saxlanması sayəsində sonralar onun tanınma və yada salınmasından ibarət mürəkkəb psixi fəaliyyətdir.

Hafizənin insan həyatında və fəaliyyətində əhəmiyyəti olduqca böyükdür. Əgər hafizə olmasaydı hər şey insana həmişə yeni görünərdi. Hafizə olmasaydı insan «əbədi olaraq yeni doğulmuş uşaq vəziyyətində qalardı» (İ.Seçenov). Bütün psixi proseslərin ən mühüm xarakteristikası olan hafizə insan şəxsiyyətinin vahidliyini və tamlığını təmin edir. 
Hafizə və onun mexanizmləri ta qədim zamanlardan mütəfəkkirlərin diqqətini cəlb edən bir problem olmuşdur. Bu baxımdan hafizənin psixolojifizioloji, biokimyəvi və s. nəzəriyyələri meydana çıxmışdır. Hafizənin psixoloji nəzəriyyəsində hələ vaxtilə Aristotelin irəli sürdüyü assosiasiya anlayışı xüsusilə diqqəti cəlb edir. Bu anlayış bütün psixi törəmələrdə məcburi prinsip kimi irəli sürülmüşdür. Bu prinsipə görə əgər müəyyən psixi törəmələr şüurda eyni vaxtda və ya bir-birinin ardınca meydana gəlirsə, onların arasında assosiativ əlaqə yaranır və bu əlaqələrin hər hansı bir ünsürü yenidən canlandıqda şüurda mütləq onun bütün ünsürlərinin təsəvvürünü yaradır. Assosionistlər obyektlərin məkan-za­man yaxınlığından, oxşarlığından və fərqindən asılı olaraq üç assosiasiya tipini ayırmışlar: qonşuluq üzrə, oxşarlıq üzrə, əkslik üzrə. Bunların yaddasaxlama və yadasalmada əsas rol oynadığını göstərmişlər. 
Hafizə haqqında fizioloji nəzəriyyənin əsasını akademik İ.P.Pavlov qoymuşdur. Bu İ.P.Pavlovun ali sinir fəaliyyətinin qanunauyğunluqları haqqında təliminin əsas müd­dəaları ilə sıx bağlıdır. Başqa sözlə, fizioloji nəzəriyyə hafizənin fizioloji əsasını beyin qabığında müvəqqəti əlaqələrin yaranması, möhkəmlənməsi və canlanması ilə bağlayır.
Hafizə haqqında biokimyəvi nəzəriyyə tərəfdarları belə hesab edirlər ki, beyində müəyyən üzvlərin möhkəmlənməsi, hifz edilməsi və yada salınması proseslərinin mexanizmləri əsasında xarici qıcıqlandırıcıların təsiri altında sinir hüceyrələrində baş verən spesifik kimyəvi dəyişmələr durur.

Hafizə mərkəzi harada yerləşir? Son illərdə aparılan psixolo;i tədqiqatlar təsdiq edir ki, yadasalma və xatırlama emosiya və motivasiya ilə sıx bağlıdır. Məlum olur ki, informasiyanın möhkəmləndirilməsində psixikanın affektiv və motivasiya fəallığını təmin edən qabıqaltı sahə əhəmiyyətli rol oynayır. Bütövlükdə beynin psixi funksiyasının lokalizasiyası hələ də tamamilə öyrənilməmişdir. Hələ də informasiyaların beyində necə kodlaşdırılması, deyək ki, görmə reseptorlarının məlumatlarının necə və beynin hansı sahəsində qorunduğunu tamamilə öyrənmək mümkün olmamışdır. 
Beyində psixi funksiyanın necə lokallaşdırılması haqqında ilkin məlumatlar beyin travmaları almış xəstələri mü­şahidə etməklə toplanmışdır. Müəyyənləşdirilmişdir ki, beynin arxa nahiyəsinin zədələnməsi görmənin, alın nahiyəsinin zədələnməsi emosiyanın, sol yarımkürənin zədələnməsi nitqin pozulmasına səbəb olur. 
Lakin son zamanlara qədər çoxluğun təəccübünə səbəb olan fakt ondan ibarət idi ki, yalnız heyvanlarda deyil, həm də insanlarda da beynin böyük bir sahəsinin zədələnməsinə baxmayaraq, hafizə pozulmur. 
Qəbul edilən yeganə qanunauyğunluq ondan ibarət idi ki, beynin daha çox zədələnməsi ilə hafizənin pozulması arasında asılılıq mövcuddur. Bu kütlənin təsiri qanunu adlanır. Yəni beyin toxumalarının pozulması nisbəti ilə hafizənin pozulması nisbəti düz mütənasibdir. Hətta, beynin cərrahiyyə yolu ilə 20 faizi götürüldükdə belə, hafizə itmir. Elə bu səbəbdən də hafizə mərkəzinin lokalizasiyasının olmasına şübhə yarandı. Bəzi psixoloqlar isə hesab edirdilər ki, hafizə orqanı bütövlükdə beyindir. 
Son vaxtlar baş verən iki elmi yenilik psixikanın informasiya mərkəzinin dəqiq öyrənilməsinə ümidləri artırmışdır. Birinci, müəyyənləşdirilmişdir ki, beynin bir sıra sahələrinə təsir göstərilməsi nəticəsində şüurda mürəkkəb zəncirvari yadasalma baş verir. Yəni insan çoxdan unutduqlarını xatırlayır. Cərrahiyyə əməliyyatından sonra unutduqlarını asanlıqla yada sala bilir. İkinci, müəyyənləşdirilmişdir ki, hafizə mərkəzi və ya hər halda məlumatların qısamüddətli hafizədən uzunmüddətli hafizəyə ötürülməsini tənzim edən sahəsinin fəaliyyəti yeni informasiya daxil olanadək mümkün olmur. Bu mərkəz «qippokamp» adlanır və beynin gicgah sahəsində yerləşir. Qippokampın iki tərəfli götü­rülməsindən sonra xəstələr cərrahiyyə əməliyyatına qədər baş verənləri yada salır, lakin əməliyyatdan sonra baş verənləri isə yada sala bilmirlər. Əvvəllər toplanmış informasiyaların harada qorunduğu sualı hələ də öyrənilməmiş qalır. 
Hafizə probleminin yekun həlli uzun illər boyu psixologiya və fiziologiyanın mübahisə obyekti olmuşdur. Onun həlli beyində informasiya daşıyıcısı olan fiziki təbiətinin (molekullar, zülallar və s.) öyrənilməsi nəticəsində mümkün olacaqdır.

Hafizənin prosesləri

Yuxarıda qeyd olunduğu kimi, hafizənin yaddasaxlama, yadasalma, tanıma və unutma kimi prosesləri vardır.
Hafizə psixikanın funksional bütövlüyünün, üç mühüm prosesin nəticəsində yaranır. Onlardan birincisi yaddasaxlamadır. Bu prosesdə beynə daxil olan müxtəlif informasiyaların təhlili, identifikasiyası və kodlaşdırılması aparılır. Hafizə prosesinin ikinci mərhələsi informasiyanın hifz olunmasıdır. Prosesin üçüncü mərhələsi ixtiyari və ya qeyri-ixtiyari yadasalmadır. İnformasiyanın yada salınmasını haqlı olaraq hafizənin əsas funksiyası, insanın öz təcrübəsindən istifadə edə bilməsinin əsası hesab edirlər.

Yaddasaxlama duyub qavradıqlarımızın beyində hifz olunması prosesidir. Bu zaman yeni qavranılanların əvvəllər əldə etdiklərimizlə əlaqələndirilməsi yolu ilə möhkəmləndirilməsi baş verir. 
Anlamadan asılı olaraq yaddasaxlamanın məntiqi və mexaniki növləri mövcuddur. Məntiqi yaddasaxlamanın əsasında anlama dayanır. Bu zaman insan öyrəndiklərini öz sözləri ilə ifadə edə bilir. Mexaniki yaddasaxlama isə quru əzbərləmə, bəzən mənaya əhəmiyyət vermədən yaddasaxlamadır. Adətən mexaniki olaraq yadda saxlayan şagird və ya tələbə materialın ayrı-ayrı hissələrini ayrılıqda yada sala bilmir.
Ən fərdiləşdirilmiş psixi hadisələrdən hesab olunan hafizə çoxsaylı amillərdən: beynin xüsusiyyətlərindən, mərkəzi sinir sistemindən, mühitdən, fəaliyyətin xarakterindən və şəxsiyyətin növündən asılıdır. Məhz bu səbəbdən yadda saxlamanın ən ümumi qanunauyğunluqlarını müəyyənləşdirmək xeyli çətindir və daha çətini isə onun səmərəli şəkildə idarə edilməsini öyrənməkdən ibarətdir. Baxmayaraq ki, hafizənin təkmilləşdirilməsi ilə bağlı çoxsaylı metodikalar işlənmiş, tövsiyələr hazırlanmışdır. 
Alman psixoloqu Q.Ebbinhauz materiala məna və emosional münasibətlərdən asılı olaraq mexaniki yaddasaxlamanın 16 qanunauyğunluqlarını özündə birləşdirən vahid sistem təklif etmişdir. Onlardan bir neçəsini nəzərdən keçirək.
1. İnsana ilk dəfə təsir göstərən xarici təzyiqi o daha güclü və uzunmüddətli yadda saxlayır. 
2. Güclü emosional reaksiya doğurmayan, lakin kifayət qədər mürəkkəb olan informasiya hafizədə hifz olunmur.
3. Diqqətin mərkəzləşdirilməsi nə qədər güclü olarsa, yaddasaxlama da o qədər sürətli baş verir.
4. Çoxsaylı fakt və təəssüratların əvvəli və sonu daha yaxşı yadda saxlanılır. 
5. Təkrar yaddasaxlamanın daha səmərəli yoludur.
6. Məntiqi əlaqəsi və bir-birilə sıx bağlı olan fakt və hadisələr daha asan yadda saxlanılır. Çünki bu zaman assosiativ təəssürat daha asan və sistemli olur. Burada sanki əşya və hadisənin elementlərinin yadda saxlanması bir-biri ilə sıx bağlanır.
Qarşıya qoyulan məqsəddən asılı olaraq yaddasaxlamanın qeyri-ixtiyari və ixtiyari növlərini qeyd edirlər. Qeyri-ixtiyari yaddasaxlama qarşıya məqsəd qoymadan duyub-qavradıqlarımızın yadda saxlanmasıdır. Çox vaxt bizə emosional təsir bağışlayan material qeyri ixtiyari olaraq yadımızda qalır. İxtiyari yaddasaxlama isə qarşıya qoyduğumuz məqsədlə bağlı olur. Ona görə də ixtiyari yaddasaxlamanı xüsusi mnemik iş kimi xarakterizə edirlər. İxtiyari yaddasaxlamanın müvəffəqiyyəti, məhsuldarlığı mnemik məqsədin xüsusiyyətindən asılı olur. İxtiyari yaddasaxlamanın məhsuldarlığı üçün mühüm şərt kimi yadda saxlanılacaq materialın planını tutmaq, qarşıya yaddasaxlama, uzun müddətdə yaddasaxlama məqsədi qoymaq, materialı təsnif etmək, sistemləşdirmək, öyrəndiklərini təxəyyüldə canlandırmaq və s. zəruridir.
Prinsipcə hər bir insanın hafizəsi, xüsusilə, qeyri-ixtiyari yaddasaxlamanın seçiciliyi baxımından fərqlənir. İxtiyari yaddasaxlamanın müvəffəqiyyəti isə qavranılan informasiyanın xarakteri ilə bağlıdır. Məsələn, tanışları və ya qohumlarında keçirilən qonaqlığın yada salınmasına diqqət  yetirək. Bəziləri (xüsusilə qadınlar) kimin və necə geyindiyini, digərləri kimin nə və necə yediyini, üçüncülər isə (yeri gəlmişkən çox az qismi) məclisin ümumi təsvirini və söhbətlərin məzmununu xatırlayacaqdır.
Yaddasaxlamanın davamlılığından asılı olaraq qısamüddətli və uzunmüddətli növləri də vardır. Qısamüddətli yad­dasaxlama saniyə və dəqiqələrlə, uzunmüddətli yaddasaxlama isə saatlarla, günlər, aylar, illərlə ölçülür.
Yaddasaxlamanın bir növü kimi süni yolla assosiasiya yaradaraq yaddasaxlamanı da qeyd edirlər. Bu cür yaddasaxlama mnemonik yaddasaxlama adlanır. Məsələn, 20.07 rəqəmini yaddasaxlamaq üçün 2007-ci ili yada salmaq kifayətdir. Yaxud yeni tanış olduğumuz adamın adını həmin adda olan yaxın adamımızın adı ilə eyni olduğuna görə yadda saxlayırıq.
Yadasalma əvvəllər psixikada möhkəmlənmiş məzmunun uzunmüddətli hafizədən operativ hafizəyə gətirilməsi nəticəsində aktuallaşdırılması, xatırlanmasından ibarət olan hafizə prosesidir. Yadasalma da ixtiyari və qeyri-ixtiyari olur.
Beyində hifz olunanların qısa müddətdən sonra yenidən yada salınması xeyli çətin baş verir, əsasən, 2-4 gündən sonra daha aydın və əhatəli yada salınır. 
Yadasalmada hadisələrin hansı konteksdə baş verdiyi mühüm əhəmiyyət kəsb edir. Məsələn, köhnə əşyalar, kitablar, ev, uşaqlığın keçdiyi yerlər və onlarla bağlı olanlar daha güclü təsir edir. Bu mənada Zeyqarnik effekti maraq kəsb edir. Təbii sonluğu olmayan vəziyyətləri, tamamlanmayan hərəkətləri insanlar daha yaxşı yadda saxlayır. Əgər biz yeməyi, içməyi sona çatdıra bilmir, arzu etdiyinə çata bilməyə az qalmış, amma çatmadıqda bu daha uzun müddət yadda saxlanılır, nəinki asanlıqla əldə edilən. Hafizənin bu xüsusiyyəti onunla bağlıdır ki, tamamlanmamış hərəkətlər mənfi emosiyaların mənbəyi olduğundan müsbət emosiyalara nisbətən daha güclü təsirə malikdir. Məhz buna görə də adamlar uğursuz sevgini, bədbəxt hadisələri, xəstəliyi, əzablarını, həyəcanlarını daha dəqiq və aydın yadda saxlayırlar. 
Tanımaya gəldikdə o, hər hansı bir obyekti yenidən qavrama zamanı yada salmaqdan ibarətdir. Tanıma olmasaydı biz cisimləri artıq bizə tanış olan kimi deyil, yeni cisim kimi qavrayardıq.

Unutma. Hafizə ilə bağlı çətinliklər yadasalmadan daha çox xatırlama ilə əlaqədardır. Müasir psixologiyanın bir çox tədqiqatları sübut edir ki, sağlam beyində informasiyalar uzun müddət hifz olunsa da onların çox hissəsi istifadə olunmamış qalır. Praktiki olaraq böyük əksəriyyəti «əlçatmaz» olur, «unudulur», amma deyirlər ki, onlar bunu bilirdi, oxumuşdu, eşitmişdi və s. Psixoloqlar bunu unutma adlandırırlar. Yəni psixikada olan informasiyalar dəqiqliyini, aydınlığını itirir və ya azalır. Q.Ebbinhauzun təcrübəsi bu baxımdan maraqlıdır. O, sübut edir ki, öyrənilən materialın 40 faizi yarım saat sonra, 66 faizi bir gündən sonra, 75 faizi üç gündən sonra, 79 faizi bir aydan sonra unudulur. Əlbəttə, burada fərdi xüsusiyyətlər, materialın mənalılığı, əhəmiyyətliliyi də böyük rol oynayır. 
Göründüyü kimi, unutmada başlıca yeri vaxt tutur. Lakin psixika üçün paradoksal hallar da xasdır. Məsələn, yaşlı adamlar indicə, az müddət əvvəl eşitdiklərini asanlıqla unutduqları halda, uzaq keçmişdə baş verənləri çox da çətinlik çəkmədən və aydın xatırlayırlar. Bu fonomen «Ribo qanunu» adlanır. Unutmanın ikinci mühüm amili adətən mövcud informasiyadan aktiv istifadə olunmasıdır. O şeylər daha tez unudulur ki, ona az tələbat olur və ya ehtiyac olmur. Yaşlı adamlarda verbal hafizə daha tez unutqanlıqla əvəz olunur. Uşaqlığın təəssüratı, xatirələri, hərəkət vərdişləri (velosiped sürmək, gitara çalmaq, üzgüçülük, futbol oynamaq və s.) hafizədə daha davamlı, bəzən on illərlə heç də çox iradi səy göstərmədən yada salınır. Belə faktlar da məlumdur ki, üç il həbsxanada «oturmuş» adam nəinki qalstuk bağlamağı, hətta ayaqqabı bağlamağı belə unudur. 
Unutma eyni zamanda, psixikanın özünümüdafiə mexanizmidir. Unutma şüur və  şüuraltı sahələri sarsıntı və pozul­malardan qoruyur. İnsana xüsusilə kəskin təsir etmiş hadisələrin uzun müddət həmin şiddətlə davam etməsinə təbii ki, orqanizm davam gətirməz. Vaxt keçdikcə onun təsiri azalır, tədricən unudulur. Ümumiyyətlə, o şeylər "unudulur" ki, psixoloji tarazlığı pozur, davamlı neqativ gərginlik yaradır.
Hafizə insanın daha asan pozulan qabiliyyətlərindəndir. Onun çoxsaylı pozuntuları geniş yayılmışdır. Baxmayaraq ki, insanların çoxu onun pozulduğunu hətta bilmirlər və yaxud da çox sonralar bilirlər. Hafizənin pozulması insanın fərdi xüsusiyyətləri ilə də bağlıdır. Onların təhlili hafizənin bir daha psixoloji fonomen olduğunu təsdiq edir.

Hafizənin növləri və tipləri

Yadda saxlanılan materialların növlərinə görə müvafiq olaraq hafizənin aşağıdakı dörd növü müəyyənləşdirilmişdir. Müxtəlif hərəkətlərin və onların yadda saxlanılması, hifz olunması hərəkət hafizəsi adlanır. Maşın sürmək, musiqi alətlərində ifa etmək, kompyuterdə yazmaq və s. Hərəki hafizə peşə fəaliyyətini icra etmək üçün vacibdir. Sonra gerçəkliyin cisim və hadisələrinin keçmişdə qavramış olduğumuz surətlərinin yadda saxlanılması, hifz edilməsi və yada salınmasından ibarət surət hafizəsi formalaşır. Surət hafizəsində hansı analizatorun daha aktiv iştirak etməsindən asılı olaraq onun beş növünü: görmə, eşitmə, toxunma, iy bilmə və dadı ayırırlar. İnsan psixikası üçün görmə və eşitmə hafizəsi daha əhəmiyyətli rol oynayır. 
Praktiki olaraq hərəkət hafizəsi ilə eyni vaxtda emosional hafizə formalaşır. Emosional hafizə yaranmış hisslərin, şəxsi emosional vəziyyətin və affektlərin yada salınmasıdır. Həyətdən qəflətən çıxan itdən qorxan şəxs uzun müddət oradan keçərkən həmin hissləri təkrar yaşayır. Hafizənin ən yüksək, ali növü verbal (sözlü-məntiqli və ya semantik) hafizə hesab olunur. Onun köməyilə insanın intellektual bazası yaranır və fikri fəaliyyətinin (oxumaq, yazmaq, hesablamaq və s.) böyük əksəriyyəti həyata keçirilir. 
Verbal hafizə təfəkkürün xüsusi formasının məhsulu kimi özündə ana dilinin qrammatik qaydalarının əsasını, təhlili və dərk olunmasını ehtiva edir. Yəni materialın mənasının yadda saxlanılması və yada salınması təfəkkür prosesi ilə bağlıdır. 
Yaddasaxlama və yadasalmanın iradi proseslərinin dərəcələrinə görə hafizənin qeyri-ixtiyari(bəzən özü də istəmədən nəyisə xatırlayır) və ixtiyari hafizələrə ayırırlar. İxtiyari hafizədə insan sanki qarşısına məqsəd qoyur. «Yada sal». Lakin iradi səy həmişə uğurla tamamlanmır və maraqlıdır ki, insan həmişə unudacağından qorxduğu şeyi unudur. 
Genetik hafizənin mexanizminin bir çox sahələri hələ də sirr olaraq qalır. İnsanın hərəkət və psixi reaksiyasının tənzim olunmasında irsi amillərin rolu, çoxalma və özünümühafizə instinktinin bu prosesdə yeri tamamilə elmi həllini tapmamışdır.
Müxtəlif növ məlumatların yadda saxlanılması qabiliyyəti insanın hansı - sol və sağ yarımkürələrinin dominant olmasından asılıdır. Birinci halda verbal hafizənin (sxemlər, məntiqi sübut, terminlər və s.), ikinci halda isə görmə və hərəkət hafizələrinin mexanizmləri daha səmərəlidir. 
Hafizə yadda saxlanan informasiyalar dinamikliyinə görə fərqlənir və sanki psixikada müstəqil «yaşayır». O, bəzən qeyri-ixtiyari olaraq fəallaşır, digər hallarda heç bir səbəb olmadan yox olur. Dinamikanın məlum olan belə silsilələri reminisensiya adlanır.
Yadda saxlama müddətindən asılı olaraq hafizə­­nin qısamüddətli və uzunmüddətli növləri də vardır. Qısamüddətli hafizə qısamüddətli yaddasaxlamaya əsaslanır. Uzun­müddətli hafizəyə gəldikdə isə bu zaman öyrənilən material uzun müddət, bəzən bütün həyat boyu beyində hifz olunan və istənilən vaxt yada salına bilir.
Uzunmüddətli hafizə ilə bağlı toplanmış materiallar, keçirilən təcrübələr göstərir ki, onun həcmi və müddəti demək olar hüdudsuzdur. İndi baş vermiş və uzaq keçmişdə olmuş hadisələrin hafizədə hifz olunması baxımından fərqli cəhətləri çoxdur. Birincinin xatırlanması asan, ikincininki isə xeyli çətin və nisbətən uzun vaxt tələb edən prosesdir. 
Qısamüddətli hafizə ilə uzunmüddətli hafizənin fərqi təxminən belədir: «Əvvəlki sözünüz necə oldu?» – qısa­müd­dətli hafizə. «Keçən həftənin bazar günü naharda nə yemişdiniz?» – uzunmüddətli hafizə. Yeni materialın uzun­müddətli hafizəyə daxil olması və sonra yada salınması xeyli iradi səy tələb edir. Psixikamızın operativ və analitik mərkəzi özünün informasiya mərkəzinə qismən nəzarət edir. Məhz bu səbəbdən hifz olunan informasiyaların içərisindən lazım olanını həminki anda seçmək xeyli çətindir. Eyni zamanda, bir sıra mürəkkəb əməliyyatlar, məsələn, qrammatik qaydalardan istifadə olunması, mətnin oxunması uzunmüddətli hafizənin nəticəsində asan və praktik olaraq avtomatlaşdırılmış şəkildə icra olunur. 
Beyində hifz olunanların qısa müddətdən sonra yenidən yada salınması xeyli çətin baş verir, əsasən, 2-4 gündən sonra daha aydın və əhatəli yada salınır. 
Nəhayət hafizənin operativ növü də vardır. Adətən, insan müəyyən məsələni həll edərkən ona lazım olan məlumatları xatırlayır və ondan istifadə edir. Əməliyyat qurtardıqdan sonra həmin məlumat yenidən beyində hifz olunur. Bu proses operativ hafizə ilə əlaqədardır.
Hafizənin tipləriİnsanlar öz hafizələrinin bir sıra xüsusiyyətləri ilə bir-birlərindən fərqlənirlər. Bu cür fərdi fərqlər hafizənin tiplərində özünü daha aydın göstərir. Adətən psixologiyada əyani obrazlı, sözlü-mücərrəd və aralıq hafizə tipləri qeyd olunur.  
Hafizənin əyani-obrazlı tipi müxtəlif  təəssüratı yadda saxlamaqda analizatorlardan hansının daha çox məhsuldar olmasında özünü göstərir. 
Görmə tipinə malik olan adamlar ən çox gördüklərini, eşitmə tipinə  malik olan adamlar eşitdiklərini, hərəki tipə mənsub olanlar isə bilavasitə əməliyyat apardıqları, hərəki analizatorların iştirak etdiyi materialları daha yaxşı yadda saxlayıb yada sala bilirlər. Həyatı faktlardan göründüyü kimi bu tiplərə təmiz halda çox az rast gəlmək mümkündür. Həyatda ən çox qarışıq tipə: görmə-eşitmə, görmə-hərəki, eşitmə-hərəki tiplərə rast gəlmək mümkündür. Məhz buna görə də təlim prosesində hafizənin tipologiyasının nəzərə alınması zəruridir. Təlim fəaliyyəti elə təşkil edilməlidir ki, ayrı-ayrı tiplərə mənsub olan şagirdlərin hamısının mənimsəməsi üçün səmərəli şərait yaranmış olsun.

Hafizə pozuntuları

Hafizənin fərdi parametrləri çox geniş diapazonda fərqlidir. Elə bu səbəbdən də «normal hafizə» anlayışı qeyri-müəyyəndir. Məsələn, bir də görürsən ki, yadasalma adi hallarda olduğundan xeyli canlı, aydın, konkretdir və ən xırda detallar belə yada salınır. Bu vəziyyət hafizənin qiperfunksiyası adlanır. O, adətən güclü təsir, kəskin həyəcanlanma və bəzən də gipnoz halında, narkotik maddə qəbul etdikdə təzahür edir. Emosional tarazlığın pozulması, inamsızlıq hissi, həyəcanlanma hafizənin qiperfunksiyasını istiqamətləndirir və yadasalmaya təhrik edir. İnsan xoşagəlməz və biabırçı hərəkətləri demək olar ki, unutmaqda gücsüzdür. Belə yadasalmanı beyindən çıxarmaq praktik olaraq mümkün deyil. O, təkrar-təkrar xatırlanır, peşimançılıq və təəssüf hissi (vicdan hafizəsi) yaradır.

Daha tez-tez rastlaşılan hal hafizə funksiyasının zəifləməsi ilə əlaqədardır. Mövcud informasiyanın yada salınması qabiliyyəti nisbətən itir. Onun ilkin təzahürü həminki anda lazım olan materialın (tarix, ad, termin və s.) yada salınmasının nisbətən zəifləməsi – reproduktiv seçiciliyinazalmasında özünü göstərir. Hafizənin zəifləməsinin sonrakı mərhələsi onun daha da güclənərək amneziyaya keçməsidir. Onun səbəbləri sərxoşluq, zədələr, huşsuzluq, yaşlanma, şəxsiyyətin neqativ yönümdə dəyişməsi və bəzi xəstəliklər ola bilər.
Amneziya zamanı əvvəlcə informasiyanın yada salınması, sonra isə hafizənin informasiya ehtiyatı toplamaq qabiliyyəti itir. İlk növbədə yaxın zamanlarda öyrənilənlər unudulur. Başqa sözlə, yeni məlumat və yeni assosiasiyalar, daha sonra isə həyatın son illərində baş verənlər unudulur. Uşaq və gənclik illərində baş verənlər isə hafizədə daha uzun müddət qorunur və xatırlanır. Mürəkkəb fikri əməliyyatlar, kompleks qiymətləndirmə, yeriş və s. ilə əlaqədar hafizə daha tez pozulur.
Təhrif olunmuş hafizə, səhv yadasalma (konfibulyasiya), yalnız bir istiqamətli yadasalma hafizə aldanmaları adlanır. Onlar adətən güclü istək, meyl və ödənilməmiş tələbat zamanı meydana çıxır. Məsələn, uşaq ona verilən konfeti tez yeyir və sonra tam səmimi olaraq bildirir ki, o konfet yeməyib. Onu inandırmaq (bir çox hallarda böyükləri də) praktiki olaraq mümkün olmur. Hafizə asanlıqla ehtirasın, inam və meylin quluna çevrilir. Məhz buna görə keçmişin qərəzsiz, obyektiv xatırlanmasına az-az rast gəlinir. Hafizə aldanmaları əsasən özününkü və özgəninkini, həqiqətdə olanlarla eşitdikləri, oxuduqlarını fərqləndirmək qabiliyyətini itirdikdə baş verir. Belə yadasalmaların dəfələrlə təkrarı nəticəsində tamamilə personifikasiya (özününküləşdirmə) yaranır. Yəni insan tədricən və təbii olaraq başqasının fikrini özününküləşdirir. Halbuki, vaxtilə özü onları inkar edirdi. Bu bir daha göstərir ki, hafizə təxəyyüllə, fantaziya ilə sıx əlaqədardır və psixoloji reallıq adlanır.

kayzen.az

Go Back

BƏDƏNİMİZDƏKİ MÖCÜZƏVİ TƏMİRÇİLƏR

Dərinizin üzərində kiçik yara olanda, qısa müddət sonra qanamanın öz-özündən dayandığı mütləq diqqətinizi çəkmişdir. Bu, çox qeyri-adi vəziyyətdir. Çünki normal şərtlərdə açılan dəlikdən mayenin axması öz-özünə dayanmır. Bunu daha yaxşı başa düşmək üçün bir örnək verək: Əlinizdə içi su ilə dolu olan şar olduğunu düşünün. Şarı iynə ilə deşib kiçik dəlik açdıqda, içindəki su dərhal sızmağa başlayacaq. Sizcə, suyun axışı bir müddət sonra siz heç bir şey etməsəniz, öz-özlüyündən dayana bilər? Əlbəttə ki, bu mümkün deyil. Şarın içindəki su, qurtarana qədər dəlikdən axmağa davam edər. Bu vəziyyət qapalı yerdəki bütün mayelərə aid edilir.

Qan da damarların içində qapalı yerdədir və ən kiçik zədə ilə dərhal damarlardan çölə axmağa başlayır. Lakin bu axışın dayandırılması bədənizimin təhlükəsizliyi üçün çox vacibdir. Çünki axan qan dayanmasa, insan ölə də bilər. Demək olar ki, hər gün böyük qəzalarda və ya əməliyyatlarda aşırı qan itirməklə ölən insanların xəbərini eşidirik.  

Bəs dəridəki yara qanamağa başladıqdan bir müddət sonra qan necə olur ki, dayanır? Bunu təmin edən bədənimizdəki avtomatik təhlükəsizlik sistemlərindən biri olan qan laxtalanmasıdır. Qanın içindəki bəzi maddələr açılan yaranı tıxayıb qapamaq xüsusiyyətinə sahibdirlər. Beləliklə, aşırı qan itkisinin qarşısı alınır.  Damarın zədələndiyini öyrənən bəzi qan hüceyrələri dərhal həmin bölgəyə hücum edirlər. İlk olaraq da, yaranın olduğu dəliyə düzülməyə başlayırlar. Buraya şəbəkə hörür və qanın axışını çətinləşdirirlər. Daha sonra bu şəbəkə yavaş-yavaş sərtləşməyə başlayır və beləliklə, bizim yara qabığı adlandırdığımız hala çevrilir.

İndi bir məqama diqqət edək: Bütün bu planlanmış işlər təsadüfən görülür? Qanın içindəki hüceyrələr öz ölçülərinə görə nəhəng dünya olan qan damarlarının bir yerində zədə olduğundan necə xəbər tuturlar? Niyə qanın axışını dayandırmaq üçün cəhd edirlər? Qan itkisinin dayandırılması üçün yaranın örtülməsinin vacib olduğunun hardan bilirlər? Hüceyrələrə yaranı örtmələrinin vacib olduğunu kim öyrədir?

Bunları hüceyrələrin təsadüfən öyrənmələri və ya öz gücləri ilə etmələri qətiyyən mümkün ola bilməz. Ağıl sahibi olan insanların da belə mürəkkəb sistemi yaratması, nələr edəcəklərini hüceyrələrə öyrətməsi mümkün deyil. Hüceyrələrdəki bu ağıl əlbəttə ki, onların özlərinə aid deyil. Onların şüuru yoxdur ki, öz-özlərinə belə mükəmmməl iş ortaya çıxara bilsinlər. Allah onlara ilham edir və beləcə hüceyrələr qüsursuz planla hərəkət edirlər. Allahın yaratmasındakı qüsursuzluq müqəddəs kitabımız Qurani- Kərimin də bəzi ayələrində xəbər verilir. Bunlardan birini örnək olaraq vermək istəyirəm:

“Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli (Allahın) yaratdığında qətiyyən bir uyuşmazlıqlıq tapmazsan. Bir başını qaldırıb göyə diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir.” (Mülk surəsi, 3-4)

Bəhs etdiyim təmirçilər bədəminizdəki möcüzələrdən sadəcə biridir. Ağıllı insan mütləq bu möcüzələri araşdırmalıdır. Üzərində təfəkkür etməlidir. Çünki bunlar həm bədənimizi daha yaxından tanımağımıza kömək edəcək, həm düşüncə üfüqlərimizin sərhədlərini genişləndirəcək, həm də Allahın yaratma sənətinin nə qədər qüsursuz və mükəmməl olduğunu bizə göstərəcək.

Nuridə Nuriyeva

kayzen.az

Go Back

Bədən Duyğuların Lideridir!

 

Həyatımız boyunca fərq etməsək də, ətrafımızda bir çox şeylər baş verir. Daxilimizdə, xaricimizdə birbaşa bizimlə bağlı olan nələrsə baş verir. Bəzən bunları görürük, bəzən görə bilmirik, bəzən də görməzdən gəlirik. Onlardan biri də, hərəkətlərin duyğuları yaratması gerçəyidir. Nə hiss ediriksə, bu, vücudumuzu necə istifadə etdiyimizin nəticəsidir. Üz ifadəmizdə və hərəkətlərimizdəki ən xırda bir dəyişiklik belə, o anda necə hiss etdiyimizi dəyişdirir. Bu səbəblə, üz ifadəmizdə və hərəkətlərimizdəki dəyişiklik həyatlarımızı necə dəyərləndirdiyimizə, düşüncə və davranışlarımıza da təsir edə bilir. 

Bir anlıq gülməli bir təcrübə üçün bizə qoşulmağa nə deyirsiniz? Özünüzü olduqca sıxıcı və kefsiz bir simfoniya orkestrasının rəhbəri olaraq düşünün. Bu anda qollarınızı içəri və çölə doğru sallayın. Bunu çox asta edin. Heç həyəcanlanmayın. Normal, sıradan bir iş kimi edin və üzünüzdə kefsiz bir ifadə yaradın. İndi iki əlinizi bir araya gətirib, ovuclarınızı bir birinə "sanki nəyisə, partladırmış kimi" möhkəmcə vurun. Sonra, əllərinizi bir birindən ayırarkən üzünüzə böyük, axmaqca bir gülümsəmə yerləşdirin! Bunu daha güclü etmək üçün də, səs faktoru da əlavə edib, yüksək səslə, sinənizdən hava verərək bir səs çıxarın. Hava axını sinədən boğaza, oradan da ağıza gəlsin. Bu hava axını sizin özünüzü necə hiss etməyinizi də təəccüblü şəkildə təsir edəcək. Bədəninizdə və səs tellərinizdə yaratdığınız hərəkət və sürət sizin duyğusal vəziyyətinizi bir anda dəyişdirəcək.

Hiss etdiyiniz hər duyğunun özünəxas bir fiziologiyası vardır. Bədənin duruşu, nəfəs alması, hərəkət şəkli, üz ifadələri. 
Məsələn, mənəvi sarsılan bir insan sizə necə baxar? Bəs siz mənəvi sarsıntı yaşasanız, bədəniniz necə görünərdi? Sarsılma hiss etmək üçün, bədəninizi müəyyən bir şəkildə istifadə etmək məcburiyyətindəsiniz, elə deyil? Çiyinləriniz aşağı çökərək onları önə ya da geriyə çəkmək kimi, hansı hərəkətləri etmək məcburiyyətindəsiniz? Cavabı bilirsiniz, elə deyil? Başınız haradadır? Aşağıda yoxsa yuxarıda? Gözləriniz bəs? Nəfəsiniz daralırmı? Sarsıntı vəziyyətinə daxil olmaq üçün müəyyən bir səy göstərməlisiniz. O vəziyyətə daxil olduğunuz zaman nəyə bənzədiyini bilirsiniz, çünki keçmişdə bunu yaşamısınız, elə deyil? Hər birimiz yaşadıq.
Müəyyən bir duyğusal vəziyyətdə ikən bədəninizi necə tutduğunuzu öyrəndikdən sonra, yalnız fiziologiyanızı dəyişdirərək belə o duyğu vəziyyətinə yenidən dönə bilərsiniz. 
Hər birimizin üzündə 80-dən çox əzələ mövcuddur. Əgər bu əzələlər depresiyanı, kefsizliyi ya da çarəsizliyi ifadə etməyə vərdiş edərlərsə, o zaman bu vərdiş etdiyimiz əzələ modeli bizim də vəziyyətimizi diktə edər - fiziki xarakterimizi belə. İnsanlardan son bir həftə ərzində hansı duyğuları yaşadıqları soruşulduğu zaman, cavablar adətən standart olar. Niyə? Çünki əksəriyyət insanlar fizioloji modellərini məhdudlaşdırdığından ifadə modelləri də məhdud olur.
İnsanın bir həftə ərzində yaşaya biləcəyi duyğular:

Gərginlik        Qorxunc
Çarəsizlik       Xoşbəxt
Hirsli              Rahatlamış
Etibarsızlıq     Sevilən
Yalnızlıq         Həyəcanlı
Pis əhval         Şən
Mümkün olan minlərlə maraqlı durumu düşünsəniz, bu menyu sizə o qədər qısa görünər ki! Özünüzü bu qədər qısa bir menyu ilə məhdudlaşdırmamağa diqqət edin! Çalışın, bütün mümkün ola biləcək durumlardan yararlanın. Hər gün yeni nələrsə sınayıb, özünüzə nəfis bir damaq zövqü yaradın. Daha çox həvəs, heyranlıq, sevinc, aktyorluq, maraq, həssaslıq, arzu, minnət, coşqu, maraq, yaradıcılıq, bacarıq, güvən, mərhəmət, anlayış, yumor - kimi şeylər hiss etməyə nə deyərsiniz? Niyə özünüzə daha uzun bir siyahı hazırlamırsınız???
Bunların hamısını, sırf bədəninizin istifadə şəklini dəyişdirərək yaşaya bilərsiniz! Özünüzü güclü hiss edə bilər, gülümsəyə bilər, bir gülüşlə hər şeyi bir dəqiqədə dəyişdirə bilərsiniz. Nə deyiblər, bilirsiniz. "Bir gün bunu xatırlayınca güləcəksən." Əgər bu doğrudursa, niyə indi baxıb gülmürsünüz? Niyə gözləyirsiniz? Bədəninizi oyandırın. Onu zövqlü vəziyyətlərə salın. Nə olursa olsun. Necə? Bir şeyi təkrar təkrar düşünərək özünüzə enerji yaradın, o zaman irəlidə bu vəziyyətlə bağlayacağınız duyğuları dəyişdirmiş olarsınız.
Əgər bədəninizi davamlı olaraq zəif şəkildə istifadə etsəniz, həmişə çiyinləriniz aşağı əyilmiş kimi durar, yorğunmuş kimi gəzsəniz həqiqətən özünüzü yorğun hiss etməyə başlayarsınız. Başqa necə ola bilər ki? Duyğularınızın lideri bədəninizdir. 
Hal-hazırda belə necə oturduğunuza baxın. Dərhal dik oturun, oxumağı davam edərkən və bu qanunları öyrənərkən bədəninizə daha çox enerji ötürün.
Durumunuzu və bu səbəbdən də hiss etdiyiniz duyğunu dəyişdirmək üçün dərhal nələr edə bilərsiniz? Burnunuzla dərin nəfəslər alıb, ağzınızdan qüvvətlə verin. Üzünüzdə böyük bir gülümsəmə ifadəsi yaradın, ətrafınıza gülümsəyin. Həyatınızı dəyişdirməyi həqiqətən istəyirsinizsə, bu yeddi gün içində, hər gün beş dəfə aynada özünüzə gülümsəyin. Bu sizə çox axmaq görünə bilər. Amma unutmayın ki, bir fiziki hərəkətlə davamlı olaraq, beyninizdə zövqə gedən bir nevroloji yol yaradacaqsınız və bu vərdiş halına gələcək. Edin və bunu əyləncəli bir hala gətirin!
Daha da yaxşısı, məşq üçün çölə çıxdığınız zaman qaçmaq yerinə sıçrayın. İp atlamaq kimi. Sıçramaq vəziyyətinizi dəyişdirməyin daha güclü bir yoludur, çünki dörd şeyi birdən edər: 
1) Möcüzəvi bir məşqdir. 
2) Bədəninizdə qaçdığınız zamandan daha az stress yaradır. 
3) Üzünüzdə ciddi bir ifadəylə bu işi edə bilməzsiniz. 
4) Avtomobil ilə yanınızdan keçənləri də əyləndirmiş olacaqsınız! Demək ki, başqa insanlara da təsir edə bilərsiniz, çünki onları güldürə bilirsiniz!
Gülmək necə də güclü şeydir! Daha yaxşı həyat istəyirsinizsə, gülməyi öyrənin. Hər gün beş dəfə gülümsəyin, heç bir səbəb yoxkən də özünüzü güldürməyə çalışın. Gündə üç dəfə və yeddi gün boyunca bunu edin.
Gülən birini tapıb onu təqlid edin! Bir az əylənin. Qarşınızdakına, "Möhtəşəm bir gülüşünüz var, mən də eynisini etmək istəyirəm. Mənə də öyrədin." deyin. İnanın mənə, bu müddət ərzində ikiniz də gülməkdən uğunacaqsınız! Onun kimi nəfəs alıb verin, onun kimi durun, oturun, bir sözlə, onun bədən mövqeyini özünüzə köçürün, eyni üz ifadələrinə bürünün, eyni səsləri çıxarın. Başlanğıcda özünüzü axmaq kimi hiss edəcəksiniz. Lakin bir müddət sonra, işin havasına girəcək, qarşılıqlı güləcəksiniz, çünki halınız çox gülməli olacaq. Bunu təkrar təkrar etdiyiniz zaman artıq gülmək sizə çox asan görünəcək, çox da əylənəcəksiniz.
Şəxs özünü yaxşı hiss edirsə, onun yaxşı hiss etməyə davam etməsi çox asandır. Amma həyatda əsas kilid - insan özünü yaxşı hiss etmədiyi zaman yaxşı hiss etməyə başlamaq, hətta yaxşı hiss etmək istəmədiyi zaman, yaxşı hiss etməyə başlamaqdır.
Bədəninizi vəziyyəti dəyişdirmə vasitəsi olaraq istifadə etməklə bunu edə biləcəyinizi bilin. Müəyyən bir vəziyyətlə əlaqədar fiziologiyanı bildikdən sonra, ürəyiniz istədiyi zaman istədiyiniz vəziyyəti yarada bilərsiniz.
Siz də, mən də, ümumiyyətlə hər birimiz belə bir dəyişikliyi etmə bacarığına hər zaman sahibik. Sırf fiziologiyamızı dəyişdirməklə, performans səviyyəmizi də dəyişdirə bilərik. Qabiliyyətimiz həmişə var. 
Müvəffəqiyyətin açarı güvən, güclülük duyğusu, fərdi güc və əyləncə modeli yaradacaq hərəkətlərdir. Unutmayın ki, sabitliyiniz hərəkət etməməkdən irəli gəlir. Yaşlanmış, çox da bir yerlərə getməyən birini düşünə bilirsinizmi? Yaşlanmağın yaşla əlaqəsi yoxdur. Yaşlanmaq hərəkətsizlikdir. Ən son hərəkətsizlik də ölümdür.
Uşaqların yağış sonrası küçədə qaçışlarına, gəzişlərinə baxın. Qarşılarına su yığını çıxdığı zaman ona çatmaq üçün nə edərlər? İçinə sıçrayarlar. Gülərlər, suları sıçradarlar, yaxşı vaxt keçirərlər. Yaşlı birisi nə edər? Kənarından keçər? Bəli, yalnız kənarından keçməklə qalmaz, bu haldan şikayət edər!
Fərqli yaşamaq istəyirsiniz. Addımlarınızda bir sıçrama ilə, üzünüzdə bir gülümsəmə ilə yaşamaq istəyirsiniz. Elə isə, niyə sevinci, aktyorluğu özünüzə yeni bir prioritet halına gətirmirsiniz? Özünüzü yaxşı hiss etmək sizin gözləntiniz olsun. Yaxşı hiss etmək üçün bir səbəbə ehtiyac yoxdur - həyatdasınız, yaşayırsınız, özünüzü heç səbəbsiz yerə də yaxşı hiss edə bilərsiniz!
cazibe.info
 

Go Back

Eqoizm

Avropada tanışı olmayan insanlarla ovqatını bölüşmək, salamlaşmaq ənənəsi var. Orda elə bir kompleksiz cəmiyyət var ki, tanımadığın insana salam vеrə, xoş əhvalla “gözəl havadır” dеyib ötə bilirsən. Avropa cəmiyyətinə “qonaq olanda” adamın ilk diqqətini çəkən məhz münasibətlərdəki bu sərbəstlik olur. Bizim cəmiyyətin nümayəndələrinə bir az qəribə gələn hadisədir… 
 Mən Avropada bu ənənənin hardan qaynaqlandığını bilmirəm. Ancaq bir insanın gün çırtlayanda tanımadığı şəxsdən müsbət еnеrji almasından yaxşı nə ola bilər ki! Təəssüf ki, biz yaşadığımız cəmiyyətdəki “tərəfdaşlarımızdan” bu enerjini ala bilmirik. Bunun səbəbi məni həmişə düşündürür. 
 Aldığımız еnеrji işdə, ailədə, qarşılaşdığımız insanlarla münasibətdə özünü büruzə vеrir. Fiziklərə inansaq, еnеrji yox olmur, bir şəkildən başqa şəklə düşür. Dеməli, biz qəbul еtdiyimiz impulsu mütləq ya ətrafımıza ötürürük, ya da iş əmsalına çеviririk. Nəticə еtibarilə bizdəki mənfi еnеrjinin dağıdıcı xüsusiyyəti işimizə, ətrafımıza hakim kəsilir.

 Nеqativ yük daşıyıcısı olmağımızın bir səbəbi milli komplеksimizdir. Birinin küçədə qarşılaşdığı şəxsin üzünə gülümsəməsini dəlilik əlaməti hesab edirlər. Nə qədər qaşqabaqlı olsaq, bir o qədər tənədən uzaq olacağımızı düşünürük və əslində olmadığımız şəkildə görünürük, özümüzü təcrid еdirik.
 Özünü qılaflamaq, təcrid еtmək yalnız özünəinamsızlığın nəticəsidir. Özünə inanan şəxs kimsədən çəkinmir, özünü rahat ifadə еdir, daha səmimi olur. Ətrafdan özünü qoruma instikti isə nəticədə özünəvurğunluq xaraktеrini gücləndirir ki, bu da sözün tam mənasında xəstəlikdir.
 Özünə vurğunluq, özünü ətrafından bir baş üstün tutmaq cəhdi, еqoizm insanı içindən yеyir. Allah kimsəni kimsədən üstün və ya əskik yaratmayıb, hamının yеri, məqamı Haqq tərəzisində еynidir — yəqin bu tərəzinin çəki еtalonuna şübhəniz olmaz. 
 Özündənrazılığın Tanrı dərgahındakı əcrini mömünlər daha yaxşı bilər, amma maddi aləmdəki əvəzi də var.

Еqoistlər – hеç vaxt öz istеdadını, qabiliyyətini qorumaq imkanında dеyillər, heç vaxt sona qədər xeyirxah da ola bilmirlər: onları ya imkanlarından üstün iddiaları, ya da qеyri-səmimilikləri gеc-tеz məhv еtməlidir. Еqoizm daxilə düşən qurddur – xərçəng kimi nə vaxtsa sənin axırına çıxacaq!
 Bunlar görünən komplеkslərimizdir. Qəribəlik bilirsiz nədədir? Biz özünəvurğunları, еqoistləri daha çox diqqətdə saxlayırıq. Çünki еqoizm maddiyyatın, özünəinam mənəviyyatın təzahürüdür. Biz madiyyatı və еqoizmi daha yüksəkdə tuturuq. «Dəryaca ağlı olub, yoxsul olana gülürük», imkanlının ağzından çıxan sözlərin dürr, inci olacağını düşünürük və еlə hеsab еdirik ki, yеrə tökülən bu «dürr» və «inci»ni ona daha yaxın olmaqla dənləyə, ciblərimizə doldura bilirik. Həzrəti Əli(ə)  dеyirdi ki, «baxma kim danışır, bax, gör, nə danışır»!  Bizsə baxırıq kim danışır, onun nə danışdığını bizim üçün еlə də əhəmiyyəti yoxdur…
 Əslində, bu komplеksin arxasında böyük bir faciə dayanır. Biz еqoistə diqqətimiz, marağımızla onu daha çox еqoistləşdiririk, onun «mənəmlik» xəstəliyinin dərinləşməsinə səbəb oluruq. Nəticədə həmin insanın məhvini sürətləndiririk! 
 Yaxşı hal dеyil – bir insanın tədricən ölməsini bu qədər diqqətlə, bu qədər yaxından sеyr еtməzlər!
 Bir insanın özünəvurğunluqla özünəqəsdinə bu qədər şərait yaratmazlar.
Bəlkə, özümüzü özümüzdən qorumağımız yеtər, bir az da özümüz özümüzü qoruyaq, hə?  

kayzen.az 

Go Back

Ünsiyyət problemlərinin səbəbləri - Elmi izah

Şəxslər arası münasibətlərdə ünsiyyətin rolu

İnsan cəmiyyəti yarandığı gündən ünsiyyət, inkişafın və tərəqqinin aparıcı qüvvəsi kimi çıxış etmişdir. Hələ ilk insanlar arasında sözlü ünsiyyət mövcud olmadığı dövrlərdə insanlar öz istək və arzularını, bildirmək istədikləri fikirləri müxtəlif bədən hərəkətləri vasitəsilə və ya daş qaya üzərində rəsmlər çəkərək ifadə etməyə çalışmışlar. Zaman keçdikcə və insan şüurunun təkamül etməsi ilə birlikdə ünsiyyət vasitələri genişlənməyə və dil məfhumu ortaya çıxmağa başlamışdır. Yazılı və sözlü ünsiyyətin inkişaf etməsi bəşər övladının şüür səviyyəsinə təsir edərək, onun daha da püxtələşməsinə və yetişməsinə şərait yaratmışdır. Hətta bir araşdırma nəticəsində aşkarlanmışdır ki, afaziya (nitq qüsuru) xəstəliyinə tutulmuş uşaqların davranışları, şimpanze davranışlarına bənzəyir və bu da nitqin insan şüurunun inkişafında və insanın heyvandan fərqlənərəq daha üstün bir varlığa çevrilməsində nə dərəcədə əhəmiyyətli rola malik olduğunu bir daha sübut edir.

         Ünsiyyət sadəcə danışmaq, fikir bildirmək deyildir, bu həm də bizim başqalarını anlayıb, başa düşməyimizə kömək edən və eyni zamanda bizi də başqalarının anlamasına kömək olan prosesdir. Ünsiyyət çox tərəfli prosess kimi meydana çıxaraq, üç hissədən ibarət olur. Burada mesajı göndərən tərəf, mesajın özü, yəni söz və ya fikir və göndəriləni qəbul edən tərəf olur. Bu prosesdə məlumatı göndərənin nə demək istədiyi və nə dediyi həmin məlumatın qarşı tərəfə göndərilmə üslubu və qarşı tərəfin onu qəbul etməsi, analiz etməsi, öz beyin süzgəcindən keçirməsi və öz baxış bucağına görə dəyərləndirmə prosesləri gedir. Mesajı göndərənlə mesajı qəbul edən arasında əgər sosial - mədəni  - elmi fərqlər çox böyükdürsə və tamam ayrı baxış bucaqlarına sahibdirlərsə, bu zaman yanlış anlaşılma və komunikasiya problemlərinin ortaya çıxma ehtimalı artır.

         Ünsiyyət həyatımızın bir parçası kimi bizə hər yerdə, işdə, evdə, ailədə, , dostlarla olan münasibətdə və s. kimi yaşam izi görünən hər yerdə lazım olur. Bəs ünsiyyət problemləri dedikdə nə başa düşülür? Kommunikasiya zamanı problemin ortaya çıxmasına, insanların bir birini düzgün anlamaması, istədikləri fikri doğru formada qarşı tərəfə çatdıra bilməmələri, sosial mədəni fərqlərin olması, mesajı göndərən və qəbul edən tərəfin həmin andakı emosional – psixoloji vəziyyətinin sabit olmaması və s kimi faktorlar səbəb olur. Ünsiyyət problemlərinə nümunə kimi duyğu, düşüncə və hisslərini açıq və rahat şəkildə ifadə edə bilməmək, özündən böyüklərlə və hətta bəzən öz yaşıdları ilə belə rahat şəkildə danışa bilməmək, dost və yaxın qohumların çevrəsində olarkən sıxılmaq və ya özünə dost tapmaqda çətinlik çəkmək, sevgi münasibətlərində girməkdə uğursuz olmaq və s kimi nümünələri göstərə bilərik.

         Ünsiyyət problemlərindən azad olmağın yeganə yolu doğru ünsiyyət qurmaq yollarını öyrənməkdən keçir. Ünsiyyət texnikalarını inkişaf etdirmək üçün kitab və məqalələr oxumaq çox faydalıdır, hansı ki, psixolinqvistika elminə görə insanın söz ehtiyatı artdıqca və zənginləşdikcə onun şüur səviyyəsi və düşüncə gücü də artır.Ünsiyyətə maneə yaradan bir digər vasitə qərarsızlıqlardır. İnsan qərarsızlıq göstərdikdə, qarşı tərəfdə müəyyən dərəcədə aqressivlik yaradır və nəticədə ünsiyyət problemi yaranmış olur. Bundan başqa hiss və emosiyaları açıq ifadə etməyi öyrənmək lazımdır ki, qarşı tərəfə nəzarətin sizdə olduğunu hiss etdirib, fikirlərinizi rahat ifadə edə biləsiniz.  İnsanlar arasındakı mədəni fərqlər və təhsil səviyyələri arasındakı uçurumun olması ünsiyyət problemlərinə səbəb olur. Bundan başqa qapalı mühitdə böyüyən uşaqlar, daha sərbəst böyüyən uşaqlara nisbətən içinə qapanıq olub, ünsiyyət qurmaqda çətinlik çəkirlər. Ünsiyyətin başladığı əsas yer ailədir, əgər ailədə düzgün daxili mühit mövcuddursa o zaman həmin ailə üzvləri bir biri ilə daha rahat və səmimi münasibət qura bilir və fikirlərini bir birlərinə ötürə bilirlər. İnsanlarla normal və səmimi münasibət qurmağın vacib şərti empatiya bacarığının olmasıdır. Demək olar ki, bütün sosial konfliktlərin əsasında empatiya qabiliyyətinin olmaması və ya aşağı olması dayanır. Empatiya – insanın özünü qarşısındakının yerinə qoyaraq, onun duyğularını və hisslərini anlaması prosesidir. Ama bu simpatiya ilə qarışdırılmamalı və empatiya ilə simpatiya arasındakı fərq düzgün araşdırılmalıdır. Həm qarşı cinslə olan münasibətlərimizdə, həm də ictimai münasibətlər zamanı effektli kommunikasiya bacarıqlarına sahib olmaq istəyiriksə, empatiya qurmağı öyrənməliyik. Düzgün empatiya qurmaq üçün ilk öncə bildirilən fikrə və ya onu söyləyən insana qarşı neytral olmaq, ön mühakimə ilə yanaşmamaq lazımdır. 

         Keyfiyyətli sosial əlaqələr qurmaq üçün bəzən yalnız qalmaq, düşünmək və əksiklikləri aradan qaldırmaq çox önəmlidir. Yalnızlıq şəxsin özünü daha yaxından tanımasına, çatışmazlıqlarını görməsinə gətirib çıxarır. Adi vaxtlarda yalnızlıq terminologiyada mənfi nümunə kimi göstərilsədə, hər insanın özünə aid olan şəxsi zonası və vaxtı olmalıdır. İngilis dilində privacy kimi istifadə olunan bu sözün, dilimizdə demək olar ki, tam uyğun analoji qarşılığı yoxdur.  Özəl həyat kimi istifadə edilə bilən bu söz, insanın təkliyə olan ehtiyacını və bəzən ünsiyyətdən uzaqlaşaraq, öz daxili dünyasını kəşf etməsini və düşünməsini təmin edir.

          

Rövşən Hümbətov

Psixoloq, Gənc Psixoloqlar Birliyinin (GPB) baş katibi

Go Back

İPOXONDRİYA - Əsrin Bəlası

Xəstəliklərin bu qədər artdığı bir dövrdə xəstə olmaq qorxusu demək olar ki, heç kimdən yan keçmir. İnsanlar bəzən qorxularının əsirinə çevrilirlər. Bu cür insanlar tez-tez müayinə üçün həkimlərə, xəstəxanaya baş vururlar.

Problemin onların orqanlarında yox, aldıqları qorxu və travmalar nəticəsində beyinlərində yaranan psixoloji bir böhran olduğunu bilmədikləri üçün illərlə səhv insanlara müraciət edirlər.

Qorxu beyində elə bir hasara yol açır ki, insanlar illərlə öz üzərlərində müayinələr aparır, guya hansısa bir xəstəlik başlasa öncədən xəbərdar olub, tədbir gösərəcəklər.

Adətən ipoxondrik qorxu onkoloji xəsəlikdən əziyət çəkən insanların yaxınlarında daha tez-tez rastlanılır. Bu cür insanlar bu xəstəliklə mübarizə apardıqları sürəcə yaxınının nə qədər əziyət çəkdiyini görür və hədsiz şəkildə özü də fərqində olmadan qorxur. Qorxu nəticəsində impulsiv reaksiyalar bir neçə il sonra belə qalxa bilir. Eyni və ya bənzər narahatlıqla üzləşmə beyində yatan ocağı yenidən aktivləşdirir.

Və nəticə etibarilə insanın həyatı zəhərə çevrilir. Qorxu onu idarə etməyə, hərəkətləini kontrol altında tutmağa çalışır. Əksəriyyət halda ipoxondrik xəstələrdə iştah düşür, heç nə yemək istəmirlər, bəzən qidalanmaqdan belə qorxurlar. Həyəcan-təşviş hormonları yüksəldiyinə görə yuxu, qida, çölə çıxmaqda zorlanma kimi problemlər yaşayırlar. İnsanlarla ünsiyyətdən, əsasən hansısa xəstəlikdən əziyət çəkən insanlardan qaçınma, hətta onun yanında belə danışılmasını qadağan edəcək dərəcədə narahatlıq keçirirlər.

Hansısa qohumda, tanışda, qonşuda olan narahatlığın əalmətlərini həmən özününküləşdirdiklərinə görə hadisəni uzaqdan-uzağa eşitmək belə onların əhval-ruhiyyəsini korlayır.

Bu cür insanlarla işləyən psixoloq daha çox psixoanalizlə qorxunun mənbəyini tapıb birmənalı olaraq müəyyən texnikalarla hadisələrin unudulmasına yardım etməli, heç bir hadisə və ya xəstəliyin eynilə təkrarlanmayacağına pasiyentini inandırmalıdır.

Bu cür insanlara əsasən özünü sevən, özünə daha çox diqqət göstərən və göstərilən diqqət, qayğıdan zövq alan insanlar aiddir.

Əgər hər hansı bir şəkildə travma alan insan psixoloji dəstək almasa illərlə sürəcək narahat bir vəziyyətdə qalacağını bilməlidir.

Bəzən hadisələr beyində başlayır və beyində bitir, ona görə də gəlin ara-sıra beynimizin içini də bizi yoran narahat edən qorxulardan azad olaq.

Lalə Əhmədova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

pcc.az

Go Back

HƏYATA YENİDƏN BAĞLANMALIYAM

“Keçmişdə yaşadığım hadisələri unuda bilmirəm. “Ən xoşbəxt olduğum zamanlarda ağlıma keçmişim gəlir, əhvalım pozulur” “Keçmişdə ilişib qaldım, olanları bağışlaya bilmirəm” deyenlərdənsinizsə, bu yazı tam sizə görə.

Keçmişdə yaşadığımız pis hadisələr asanlıqla ağlımızdan silinib getməz. Hətta bu hadisələri “unutmağa çalışmaq” onları daha çox xatırlamamıza səbəb olur. Bu hadisələr gecələr yuxumuzu qaçırır, gündəlik fəaliyyətimizə təsir göstərir və ya həyatımızı çətinləşdirirsə, bu bir “takıntı xəstəliyi”dir.Keçmişdə yaşanılan pis hadisələri xatırlamaq eyni zamanda hirs, kin, günahkarlıq, peşmanlıq, kədər kimi bir çox mənfi duyğuların bizi ziyarət etməsinə səbəb olur. Qəbul etmək lazımdır ki, həyatın hər anında şübhəsiz ki, bizdə mənfi duyğular meydana gətirəcək pis sürprizlər və hadisələrlə qarşılaşırıq. Səhv vəziyyətlərin olmasının qarşısını ala bilmiriksə nə edə bilərik? Əvvəlcə deməliyəm ki əhəmiyyətli olan hadisənin “özü” deyil, onu necə “qəbul etdiyimiz”dir. Nəticədə hər cür pis yaşanmışlık bizdə dərin və acı izlər buraxdığı kimi eyni zamanda bizi gücləndirir də. Zəlzələdə yıxılan bir binanın yerinə, yıxılmış evdən çox daha möhkəm bir ev tikilər. İnşa edilmiş bu yeni ev, artıq gələcəkdə olan zəlzələlərə qarşı hazırdır. Həyat da belədir, yaşadığımız ağrılar bizə dərs verir, eyni səhvləri təkrar etməməyimizi təmin edər. Daha yetkin, daha dik və təcrübəli olmağımıza zəmin hazırlayır.

Bu ağrılara ilişmədən necə atlayıbda da gündəlik həyatımıza davam edək?

-İlk mərhələ – yaşadığımız hadisəni qəbul etmək ilə başlayaq. Qəbul etmək, təsdiq etmək mənasını verməz. Qəbul etmək; eyni zamanda səhvlər üçün məsuliyyət daşımaq, həyatla barışmaq, yetkinləşmək, xoşagəlməz sürprizlərə hazırlıqlı olmaqdır. Geriyə dönmək, hadisəni təkrar dəyişdirmək mümkün olamdığından; qəbul etmək özümüzü daha yaxşı hiss etdirər və həqiqətlə üzləşdirər bizi.

-İkinci mərhələdə edəcəyimiz şey hadisəylə baglı hisslərimizi tənzimlənməsi. Hadisəni, hadisənin olduğu zamandakı halımız, yaşımız, ortamımız, yaşadıqlarımız ilə qiymətləndirməmiz lazımdır.

-Bir Sonrakı addım “nəzarət” anlayışı üzərinə düşünməkdir. Əgər nəzarət edə bilmədiyiniz bir vəziyyətdən ötəri əzab çəkirsinizsə, məsuliyyətin və səhvin sizdə olmadığı, həyat üzərində nəzarətin çətin olduğu hətta mümkünsüz oldugu üzərinə düşünə bilərsiniz. Bütün bu addımları etməkdə çətinlik çəkir və ya özünüz edə bilməyəcək gücdə hiss edirsinizsə, dərhal bir mütəxəssisdən kömək alın və keçmişdəki acılarınızla üzləşin.

Sevinc Əlizadə

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

pcc.az

Go Back

Utancaqlıq yoxsa sosial fobiya?

               

 Utancaqlıq və sosial fobiya günümüzün ən aktual prablemlərindən biridir.Bəs yaxşı utancaqlıq nədir sosial fobiya nədir? Əslində bunlar tamam fərqli şeylərdir.Ayrı-ayrılıqda utancaqlıq ve sosial fobiyanı araşdıraq.

     Normalda bütün insanlarda utancaqlıq hissi olmalıdır.Bu olmasa yaşamaq biraz çətinləşər.Lakin var norma var patalogiya.Hər bir şeyin olduğu kimi utancaqlığında normadan çox olması  problem yaradır.Pataloji utancaqlıqda şəxs hər şeydən utanır.Adi qonaq getdiyi bir yerdə çay içməyə belə utanır.Bu sonradan özünü reallaşdırmaqda, özünü aktuallaşdırmaqda problem yaradır.Bunun da kökü uşaqlığa gedib çıxır.Ümumi statistikaya baxsaq həmişə evin böyük uşaqları daha çox utancaq olarlar,ikinci uşaqlar daha az ve beləliklə utancaqlıqda yavaş yavaş azalmağa başlayır.Bundan başqa aile daxili konfiliktdə böyüyən uşaqlar ve ya valideynlərindən hər hansı birini itirmiş ve yaxud da boşanmış ailelerin övladları daha çox utanırlar.Bu uşaqlar çölə çıxarkən elə düşünürlər ki, çöldə hamı bizim problemi bilir.Bu səbəbdən valideynlər diqqətli olmalıdırlar.Əgər uşaq özünü ifadə edə bilmirsə,öz hüquqlarını qoruya bilmirsə ən azından ona sabah yaşamaq çətin olacaq.Çünki həmin uşağın böyüyüb cəmiyyətdə yer tutmağı var.Həddən artıq utancaq insanlar zərərli vərdişlərə meylli olurlar.Bunun səbəbi utancaqlığı aradan qaldırmaq üçün kənar təsirlərdən enerji almaq istəməsidir.Bütün yuxarıda vurğuladığımız məlumatlara baxmayaraq utancaqlıq özü xüsusi bir normada psixoloji problem kimi dəyərləndirilmir.Bu sadəcə olaraq insanın xarakter xüsusiyyətlərindəndir.

Ancaq sosial  fobiya konkret olaraq psixoloji problemdir.Onun özünün simptomları var.Sosial fobiyalı insanlar cəmiyyət arasına çıxanda ürək döyüntüləri artır,əllər tərləyir,bir qisim insanlar telefonla oynayırmış kimi edirlər.Harda insan çoxdursa orda olmaq istəmirlər.Sosial fobiyası olan insanlar daim hamı tərəfindən izlənirmiş kimi hiss edirlər və buna görə də rahat hərəkət edə bilmirlər.Heç vaxt xeyir deyə bilmirlər.Xeyir deyərək  qarşısındakını geri çevirmək psixolji olaraq güvənsiz hissetmələrinə səbəb olur.Sosial fobiya ilk dəfə 1966 cı-ildə İsaac Marks tərəfindən adlandırılmışdır.Psixiatr olan İsaac Marks sosial fobiyanı təməlində başqa insanların olduğu mühitdə xəta,səhv etmək və günahlandırma qorxusu olaraq adlandırır.Sosial fobiyalıların ən çox qorxduğu digər bir şey isə ünsiyyət zamanı göz kontaktı qurmaqdır.Çox vaxt qarşısındakının gözüne baxmadan danışırlar,hətta bəzən sadəcə sabit bir nöqtəyə baxaraq danışırlar.Sosial fobiya hər yaşda ortaya çıxabilər.Ancaq çox vaxt yuxarı yaşlarda olan sosial fobiyanın səbəbi uşaqlıq illərinə bağlıdır.Orta yaşda görünən sosial fobiya əsasən iş həyatında ortaya çıxır.İş görüşməsindən etibarən başlayan bu problem  daha sonra şəxsin kariyerasında yüksəlməsinə mane olur.Sosial fobiyanın müalicəsi mümkündür.Terapiya müddətində konkret tətbiq olunan terapiya üsulları var.Hətta lazım gələrsə medikamentoz(dərman müdaxiləsi) də təyin edilir.Lakin unutmayaq ki,hər şey insanın öz beynində özünü dəyişmə qərarına və əzminə bağlıdır.Beyin insanların ən önəmli orqanıdır,bəzən dünyanı dəyişdirəcək fikirlərin ortaya çıxmasına səbəb olur,bəzən də şəxsin həyata baxışını dəyişdirəcək qədər əhəmiyyətlidir.Qeyd etdiyimiz kimi psixoloji problemlərin müalicəsi şəxsin istəyinə və düşüncə olaraq özünü yaxşılaşmağa,hazırlamasına bağlıdır.Bununla belə xəstəliyi qebul etmək və inkar etməkdən qaçmaq müalicədə ən əhəmiyyətli pilləni əhatə edir.

Və sonda məqaləmi yekunlaşdıraraq demək istəyirəm ki, əziz valideynlər hər birimiz cəmiyyət üçün şəxsiyyət yetişdiririk,gəlin gələcək üçün sağlam şəxsiyyət böyüdək.Uşaqlara birinci növbədə özünü ifadə etmək bacarığı aşılayaq.Övladlarımızı daim sosiallaşmağa sövq edək,lazımi diqqət qayğı göstərərək yaxşı işlər gördükdə daim sözlü olaraq ona inandığımızı,güvəndiyimizi bildirərək mükafatlandıraq.Özgüvənini aşağı salaraq aşırı utancaq ve sosial fobiyalı şəxs kimi böyütməyək.Gələcəyə sağlam nəsil yetişdirmək çətin və məsuliyyətli işdir.Bu işdə hər birimizə uğurlar!   

  Mehdiyeva Aynur                                                                                                                                   

 Narınc Uşaq Psixologiya Mərkəzinin psixo-pedaqoqu

                                                

Go Back

Uşaqlarda məktəb qorxusu

Məlumdur ki, məktəblərdə ibtidai sinif şagirdləri 6-10 yaş arasında olan uşaqlardır. İbtidai təhsil məktəbdə uşaqların gələcək təhsillərinin formalaşmasında əsas baza rolunu oynayır ki, bu təhsil zamanı hər bir valideyinin, müəllimin, psixoloqun qarşısında duran əsas vəzifə bu prosesin uşağın psixi inkişafı üçün maksimum məhsuldar və təhlükəsiz həyata keçirilməsindən ibarətdir. Yəni məkətəbəqədər uşaqların bağçadan məktəbə keçməsilə onların sosial statusları dəyişir, onlar uçun yeni bir dövr başlayır, bağça ilə münasibətdə daha çox tələblərin və tapşırıqlarn olması onların əksər halda məktəbə adaptasiya olunmasında müəyyən çətinliklər yaradır.

Belə ki, əksər uşaqlarda bu prosesə adaptasiya olunan zaman müəyyən qorxular, fobiyalar, çaşqınlıqlar olur ki, bunların da, vaxtında aşkarlanaraq aradan qaldırılması vacibdir.

Məktəb qorxusu olan uşaqlar sosial ünsiyyət qurmaqda çətinlik çəkirlər, özünəqapanma və utancaqlıq hissləri yüksək olur. Bu cür uşaqlar valideynin iştirakı olmadan tək başına harasa getmək, hər hansı bir işi görmək istəmirlər. Uşağı məktəb qorxusuna görə tənbeh etmək, qorxunu qorxu ilə aradan qaldırmağa cəhd etmək, qorxunu tez-tez müzakirə etmək olmaz.

Məktəb qorxusu olan uşaqlar məktəbə getmək istəmirlər, aglayır, əsəbi davranışlı olur, qarın ağrısı, baş ağrısı, qusma və halsızlıq kimi əlamətlərə tez-tez rast gəlinir. Bu əlamətlər məktəbin başlanılamasına az qalmış maksimum səviyyəyə qalxır. Uşaqlar məktəbə getməzdən əvvəl, onlar bu barədə məlumatlandırılmalı, məktəblə tanış olmalıdırlar.  

Məktəb qorxusu formaşına və yaranma mənbələrinə görə aşağıdakı qayda da, qruplaşdırla bilər.

  1. Məktəbdə “dərs prosesi” zamanı yaranan qorxular -  tapşırığın quymətləndirilməsi, gündəliklə bağlı müəllimin iradları, verilən tapşırıqların yerinə yetirilməməsi, səhv etmə qorxusu;
  2. Məktəbdə qoyulan “rejim qorxusu” – məktəbə vaxtında çatmamaq, dərsə geckimək, xəstələnib məktəbə getməmək,  tətlidən sonra ilk dərs günü, dərsin başlanılması qurtarmasını bildirən zəgin çalınması, sinifdə tək qalmaq qorxusu;
  3. Məktəbdə mövcud  olan əşyalara qarşı qorxu – pilləkən, zirzəmi, həkim otağı, idman zalı, yeməkxana, direktorun otağı, stamatoloji kaçinet və s.;
  4. Dərs prossesi zamanı “səhv etmək” qorxusu – lövənin qarşısında dayanmaq, müəllimin dərs izahını başa düşməmək, müəllimin irad bildirməsi, müəllim və valideyn tərəfindən danlanılmaq, cəzalar, yeni müəllim;
  5. Uşaqlarda yaranan “subyektiv” səbəblərdən yaran qorxular, yəni uşağın ətrafında olan və birbaşa qorxu mənbəyi hesab olunan insanlar – müəllim, valideyn, direktor, həkim, böyük siniflərin uşaqları, xadimə, qarovulçu və s.

Bu problemlər vaxtında aşkarlanaraq aradan qaldılmalıdır, əks halda bu hallar ölüm qorxusunun yaranmasına səbəb olur.

 Səyalı Hüseynova

Narınc Uşaq Psixologiya Mərkəzinin psixoloqu

Go Back

Kleptomaniya - OĞURLUQ XƏSTƏLİYİ

                                 

Bizim çoxumuz həyatımızda bir dəfə də olsun kleptomaniya sözü ilə rastlaşmışıq.Bəs bu həqiqətdə nədir?-Psixi xəstəlik yaxud oğurlamağa meyilli insanlar üçün bəhanə?

Kleptomaniya-qarşısı alına bilinməyən əşyaların oğurlanması ehtirasıdır.Oğurlanmış əşyalar bir mənalı olaraq ,yüksək dəyərə malik deyillərdir.Bu oğurlamaq arzusu özünü kompulsiv(anlaşılmaz,spontan) nəbz kimi biruzə verir ,hansı ki nəzarət altına alına bilməsi mümkün deildir.İnsanlar hansı ki kleptomaniyadan əziyyət çəkirlər,onlar edəcəyi cinayətin cəzasını bildiyi halda özlərini oğurlamaq məcburiyyətində hiss edirlər .

Kleptomaniyanın yaranma səbəbləri:

Alimlər hələ də ,kliptomaniyanın yaranmasına təsir edən səbəbləri dəqiq müəyyən etməyiblər.İndi həkimlər beyində baş verən bir sıra dəyişikliklərin kleptomaniya yarada biləcəyini güman edirlər ki,bura da serotonin hormonunun balansının pozulması nəticəsində yarana biləcəyi düşünülür.Serotonin hormonu-neyro hüceyrələr üçün məsuliyyət daşıyır ki,onlar da psixi sağlamlığın komponentidir.Bu əhval-ruhiyyədir,hisslər,emosiyalardır.Beyində serotonin hormonunun çatışmazlığı depressiv vəziiyət doğurur.Beləliklə,kleptomaniya özünü serotonin hormonunun hasilatının aşağı düşməsi nəticəsində meydana gələn depressiv əlamət kimi müşahidə olunur və impulsiv davranış ,təhriki oğurluq şəkildə özünü göstərir.Eyni zamanda digər hasil olunan neyro hüceyrə-dofamin,əyləncə həmçinin xoş hisslərin yaranmasına cavabdehdir,hansı ki kleptoman müəyyən sabitliyi axtarır.

Bir sıra dəyişən amillər də ,kleptomaniyanın oyanmasına səbəb olur ki,bunlara da:

Manik-depressiv psixoz, başa alınmış travmalar, obsessiya, psixotrop maddələrdən istifadə, bulimiya, hamiləlik.

Kleptomaniyanın simptomları

Kleptomanda oğurluq arzusu kortəbii olaraq yaranır,bu səbəbdən o özünü  oğurluq etməkdən saxlaya bilmir.Xəstənin məqsədi oğurluq deyildir və o hərəkəti qarşısında diskomfort hiss edir,lakin zamanla xəstə oğurluq anında xoşagəlməz hissləri tərk edir və bundan zövq alır.Məhz bu proses kleptomana ləzzət verir.Sonra xəstə etdiyi hərəkətinə görə günahkarlıq hiss edir və vicdan ona sakitlik vermir.Rast gəlinən hallarda kleptomanlar oğurladıqları əşyaları sahibinə qaytarırlar,lakin bu onlara doğma kimdənsə yaxud nədənsə ayrılmaq qədər pis təsir göstərir. Kliptomanlar dostlar və tanışlardan,mağazalar və ticarət mərkəzlərindən,supermarketlərdən oğurluq edirlər.Kleptomaniyanın əlamətlərində ilk olaraq həyəcan,narahatlıq,sonra isə oğurluq müşahidə edilir.Əgər özünüzdə bu əlamətləri hiss edirsinizsə və keçmirsə mütəxəssisə müraciət etməyiniz məqsədəuyğundur.Tez-tez kleptomanlar mütəxəssislərə müraciət etmək istəmirlər,çünki etdiklərinə görə cəza almaqdan çəkinirlər.Əgər yaxınlarınızdan birində belə bir xəstəlik mövcuddursa onlarla nəzakətlə ,mehribanlıqla,səmimiyyətlə danışın.Bunu etmək lazımdır ki,çünki heç bir halda kleptomanı günahlandırmaq,tənqid etmək olmaz.Çünki kleptomaniya-xəstəlikdir,xarakterik xüsusiyyət deyildir.

Kleptomanların  oğurladığı əşyalar:

-kosmetika (pomada,ətir,lak)

-şəxsi gigiyenik əşyalar (Sabun,tualet kağızı)

-yeyəcək şeylər (məsələn ,şokalad)

Kleptomaniyadan əsasən qadınlar əziyyət çəkir,hansıki onlarda xəstəliyin əlamətləri hələ yeniyetmə yaşında özünü göstərir.

Hesablamalara görə 5% insan kleptomaniyadan əziyyət çəkir.Bu xəstəliklər əsasən özünü yeniyetməlik yaşlarında göstərir,lakin bu o demək deyildir ki,yuxarı yaşlarda bu hala rast gəlinə bilməz.

Kleptomaniyanın müalicəsi

Kleptomanların çoxu həkimə müraciət etməkdən qorxurlar və özləri də bu problemi həll edə bilməzlər.Çünki peşəkar psixiloji yardım zəruridir.Kleptomanların müalicə kursu psixoterapiya və tibbi dərman müalicəsindən ibarətdir. Kleptomaniyada bir sıra antidepressantlar qəbul edilə edilər:

Paroksetin,fluoksetin,fluvoksamin və digərləri.

Kliptomaniyanın müalicəsində davranış psixoterapiyasından istifadə yaxşı nəticələr verir.Bu terapiyada şəxsdə mənfi düşüncələr təmizlənir və yerinə xoş ,pozitiv düşüncələr əldə edilir.

 

Soltanova Bənövşə

Narınc Uşaq Psixologiya Mərkəzinin psixo-pedaqoqu

 

Go Back

CAPGRAS SİNDROMU - Onları tanıyaq

           

 Bu günə qədər bir çox psixloji narahatlıqlara rast gəlinib. Lakin etiraf edək ki, psixoloji pozuntular adı altında ağlımıza gələn sindromlar;  şizofreniya, depressiya və psixoz kimi məhşur sindromlardan önə keçməyib. Lakin adı çəkilən bu sindroma az rast gəlinir. Copgras sindromu elmə 1923-cü ildən Fransız həkim Copgras tərəfindən gətirilmişdir.Copgras mirasını əlindən almaq üçün həyat yoldaşı və qizının yerinə keçmiş şəxslərdən danışan qadının dediklərini qeydə almışdır. Bu qadında psixoloji və əqli pozuntunun olmaması daha çox maraq yaratmışdır.Sindromun əsasi bundan ibarətdir; şəxs ətrafinda olan tanıdığı insanların dəyişdiyini, onların real olmadığını, eyni zamanda ona zərər yetirmək üçün yaxınlarının yerinə başqalarının keçdiyini deyir. Bu əlamətlər şizofreniya ilə eyniləşdirilir.Lakin Copgras sindromu adlandırmaq üçün reallığı dəyərləndirmə və analiz etmə bacarığı tamamilə itmiş olur.

 Bu sindromun müəyyən edilməsindən 93 il keçsə də aparılan araşdırmalar az saydadır. Bu sindrom paralic yaxud  beyin qanamasından sonra yarana bilər.Sonu dəli olmağa qədər gətirib çıxara bilər. Belə şəxslərin öz yaxınlarına zərər yetirdiyi  hətta öldürdüyü məlumdur.                                                                                                     

Sindromla bağlı real faktlar; Bir qadın gecenin bir aləmi yuxudan oyanıb qulağında qəribə səslər eşidir. Həyat yoldaşının yanına qayıdaraq bu sözləri deyir; Dünyaya gətirdiyim və süd verdiyim bu uşaq insanlığın düşməni şeytanin özüdür. Ona analıq etdiyim üçün mən də günahkarlardan olacam və Allah məni bağışlamayacaq. Lakin qadın həyat yoldaşının da artıq başqa adam olduğunu düşünür və ağlını itirir.                                                                                              

Başqa bir fakt; Bir şəxsin atası öldükdən sonar anası  başqa biri ilə ailə qurur. Bu şəxs ögey atasının robot olduğu qənaətinə gəlir və onun başındakı mikroçipi tapmaq üçün başini kəsir.                                                                         

Başqa birində isə şəxs atasının başqa biri olduğunu iddia edərək onu məhkəməyə vermişdir.                                                                                        

Məhşur hindli nevroloq Vilayanur S.Ramchandram belə iddia edir ki, bu sindromun səbəbi insan uzunu tanımağa səbəb olan mərkəzlə tanıdığımız üzlərə duyğularımızla bağlı cavab verməyi təmin edən limbik sistem arasında bağlantının xəsarət alması yaxud düzgün işləməməsidir.

 

Turanə Rzayeva

Bakı Qızlar Universiteti

Təhsildə sosial –psixoloji xidmət 

Go Back

QƏRARSIZLIQ - Həyatımızdakı xaos

Alışverişə çıxdığım zaman seçim etməkdə çətinlik çəkirəm, həyatımla bağlı önəmli qərarları qəbul edərkən mütləq birinə ehtiyac duyuram, hətta sosial paylaşımlarımı edərkən belə tərəddüt içində qalıram. Bu düşüncələrə sahibsiniz və həyatınızın getdikcə çətinləşdiyini  düşünürsüz?

Bəli, insanın seçimlər arasında qərarsız  qalması çox çətin bir vəziyyətdir. Əlbətdəki, qərarsızlıq sərhəddi keçmədiyi təqdirdə  iş həyatımızda, insanlarla münasibətimizdə, eləcə də digər sahələrdə  düzgün  istiqamətlənməyimiz üçün vacibdir. Ancaq, bu artıq bizə stress və narahatcılıq yaradacaq  vəziyyətdədirsə, mütləq bir mütəxəssis fikri almaq lazımdır.

Daim seçimlər arasında qalmaq,  doğru olanı tapmaq və alınan qərarı son nöqtədə bir rahatlıq içərisində yerinə yetirmək, əslində böyük bir məsuliyyət duyğusu tələb edir.Bütün bunlar hal-hazırda  günümüzün əsas problemlərindən biridir, deyə bilərəm. İnsanlar seçim etməyə çalışarkən özlərini böyük bir qarışıqlığın içində tapırlar. Yanlış qərar almaqdan, daha sonra bunun  gətirəcəyi peşmanlıqdan, əlindən qaçan fürsətlərdən  irəli gələn mənfi duyğulardan qorxurlar. Daima a,b,c,d  variantları arasında qalırlar.

Əlbətdə ki, bunun bir çox səbəbləri var. Ən əsas səbəblərdən  biri isə, uşaqlıqdan gəlir. Valideynlər daim övladlarının həyatını  istədikləri kimi planlayır və bu zaman övladlarına düşünüb, qərar verməsi üçün şans yaratmırlar. Bu həyat qəlibinə öyrəşən uşaqlar böyüdükcə çətinlik çəkməyə başlayır və hər problemdə valideynlərinə  yönələrək,  onların qərarları  ilə həyatlarını davam etdirməyə çalışırlar.

Gələcəkdə övladınızın tək başına, bir fərd olaraq  öz seçimləri ilə həyata tutunmasını istəyirsizsə,bunlara  mütləq diqqət yetirin;

  • oyuncaq alarkən onun da fikrini soruşun və birlikdə qərar verin.
  • yemək verərkən doyduğu zaman seçimi ona buraxın, təkidlə daha çox yemək yeməsini istəməyin.
  • dostlarını özünün seçməsinə icazə verin.
  • birlikdə vaxt keçirmək istədiyiniz zaman onun da hara gemək istədiyi haqqda düşüncəsini alın.
  • paltarlarını  özünün bəyənib, almasına  imkan yaradın

Qərar qəbuletmə davranışı uşaqlıqdan başlayır və bu yolda valideynlər övladlarına düzgün yanaşmalıdırlar. Yuxarda qeyd etdiyim, zamanında  heç də önəmsənilməyən davranışlar  uşağın gələcək həyatını düzgün formalaşdırması üçün çox vacibdir.

Niyə qərarsız qalırıq və  bu niyə son zamanların əsas problemlərindən birinə çevrilib ?

İngiltərədəki Bristol Universitetinin Sosiologiya professoru Harriet Bradley’e görə bu vəziyyətin tək səbəbi , günümüzdəki çeşid çoxluğudur. Bu qədər variantın qarşısında hərkəsin başı qarışır. Biz, insan olaraq daim  yeniliyin və mükəmməlliyin arxasınca qaçırıq.  Bütün bunlar isə, öz növbəsində, stress və narahatcılıq yaradır, getdikcə qərar qəbul etmək bizim üçün daha da faciəvi bir vəziyyət halına gəlir.

Əgər bu vəziyyət sizi narahat edəcək bir səviyyəyə çatıbsa, bunun üzərində işləməyə çalışın, tək başına öhdəsindən gələ bilmədiyiniz təqdirdə isə, bir psixoloqa müraciət edə bilərsiniz.

İlk öncə bu problemin səbəblərini tapmağa çalışın.

Mən nə üçün qərar qəbul etməkdə çətinlik çəkirəm ?  Və, mənim qorxduğum şey nədir?

 Qərarsız qalmanın səbəbləri:      
Özünə inam əskikliyi
“Xeyr” deyə bilməmə
“Başqaları nə deyər?” qorxusu
Böyüdülmə tərzi
Gələcək qayğısı
Bədəl ödəməkdən qorxma
Məsuliyyətdən qaçma

Daha sonra, səbəbi tapdığınız təqdirdə,başverəcəkləri analiz edin; qərar qəbul etdiyiniz zaman keçirəcəyiniz hisslər, ətrafınızdakı insanların reaksiyası, bütün bunlara qarşı sizin hansı duyğuları keçirə biləcəyiniz. Və son nöqtədə, aldığınız qərarın nəticələri doğru və ya yanlış olmasına baxmayaraq, bütün məsuliyyəti öz öhdənizə götürə bilmə potensialınızın nə dərəcədə olduğunu aydınlaşdırın.

Unutmayın ki, heç bir insanın həyatı düz, problemsiz və sıxıntısız keçmir. Həyat bəzən bizim önümüzə seçimlər qoyur. Biz isə, saatlar,günlər bəlkə həftələrcə düşünüb doğru qərarı verməyə çalışırıq.Nəticələr necə olursa olsun, ən əsası  etdiyimiz seçimlərlə yaşamağı bacara bilməyimizdir.

Psixoloq İsmayılova Qədəmli

pcc.az

Go Back

AFFEKT - ruhi təlatüm

Affekt- ruhi təlatüm, həyəcanlanma deməkdir. Coşğun surətdə əmələ gəlib, kəskin xarici ifadəyə malik olan az müddətli, lakin qüvvətlə cərəyan edən hisslərdir.

Həddən artıq qəzəb, kədər, şadlıq və s. affektə misal ola bilər.
Affekt halları bəzi adamların fəaliyyətinə pozucu təsir göstərir, hətta onların belə hallarda öz hərəkətləri, danışığı üzərindəki şüurlu nəzarəti də zəifləyir. Affekt anında bəzi adamlar qışqırır, kəskin hərəkətlər edir, aydın danışığı itirir, bəzi hallarda çox tutularaq bir şöz belə deyə bilmir, “donub qalır”, daşa dönür”, bayılır və s. Həmin vəziyyətlər beyində baş verən sinir prosesləri ilə əlaqədardır. Bu zaman beyində kəskin oyanma ocağı əmələ gəlir və ətrafdakı oyanmış sahələrə ləngidici təsir göstərir. Mənfi induksiyanın təsirilə başqa sahələrdəki oyanma ocaqları ləngimə halına keçdiyinə görə adam ətrafda baş verən hadisələri aydın dərk etmir. O öz hərəkətləri və onun nəticələri barədə sanki düşünmür. Qabıqaltı sahələr beyin qabığının ləngidici təsirindən azad olduğundan öz fəaliyyətlərini gücləndirir və nəticədə affekt halında insanda bir sıra artıq, lüzumsuz, məqsədsiz hərəkətlər büruzə verir.

Bəzən, affekt qəflətən müəyyən partlayış kimi baş verir və tezliklə son həddə çatır, adam tez özündən çıxır. Başqa halda affekti törədən obyekt diqqətimizi cəlb edir, şüurumuz onun üzərində mərkəzləşir, beyində həmin obyektlə əlaqədar olan oyanma sahəsi yaranır, ətrafdakı oyanmalar ləngimə halına keçir, qabıqaltı mərkəzlər getdikcə fəallaşır və beyin qabığına təsir göstərməyə başlayır, nəticədə insan özünü ələ ala bilmir, hisslərinin əsiri olur. Bundan sonra affekt özünün son həddinə qədər inkişaf edir, bu zaman orqanizmin bütün normal vəziyyəti, fəaliyyəti pozulur, beyin qabığındakı bir sıra mərkəzlərdə dərin ləngimə əmələ gəlir, bununla əlaqədar olaraq bəzən təfəkkür və nitqin də fəaliyyəti pozulur, ixtiyari diqqət zəifləyir, əlin, bədənin ayrı- ayrı üzvlərinin əsməsinə təsadüf olunur. Daxili vəzlərin fəaliyyəti güclənir, tənəffüs ahəngi pozulur, qan dövranında dəyişiklik baş verir. Adam tərləyir, əlləri və bədəni əsməyə başlayır. Bütün bu dəyişiklik affektin tam şiddətləndiyi vaxt baş verir.
Affekt soyumağa başladıqda onun xarici təzahürləri və daxili təsiri yavaş- yavaş sönüb getməyə başlayır. Bu zaman adam əzgin, yorğun vəziyyətə düşür, ətrafdakı hadisələrə etinasız yanaşır, yuxulu kimi olur.

affektAffekt halından yaxa qurtarmaq üçün onun nəticəsini göz önünə gətirmək, onu dərk etmək zəruridir. Ən əsası affekti yaradan obyektdən diqqəti yayındırmaq lazımdır.
Qeyd: Əgər bir insanda bu halları müşahidə edirsinizsə və onunla ünsiyyətdəsinizsə söhbəti başqa yöndə dəyişin. Müsahibinizin diqqətini qicıqlandırıcı obyektdən yayındırın. Onun sizə qeyri-adi gələn hərəkətlərinə sakit reaksiya verin. Əgər “bu nə hərəkətdir?”, “artistlik edirsən” və s. buna bənzər cümlələrdən istifadə edərsinizsə, affektin gedişatını daha da qabarda bilərsiniz.

Mənbə: Ə.Əlizadə, Ə.Bayramov Psixologiya
Hazırladı: Psixoloq Rübabə

fitret.az

 

 

 

 

 
 
 

Go Back

Qısqanclıq hissindən necə qurtulmalı?! - TÖVSİYYƏLƏR

Aşağıda qeyd olunmuş siyahımızda qısqanclığın әn geniş yayılmış sәbәblәrini vә onlardan qurtulmaq yollarını sizә tәqdim edirik:
1. Özünü aşağı qiymәtlәndirmә. İnsan özünü, şәxsi keyfiyyәtlәrini düzgün qiymәtlәndirmәyәndә, özünü başqaları ilә müqayisә etmәyә başlayır. Müqayisә zamanı insan avtomatik olaraqbaşqalarında ancaq müsbәt keyfiyyәtlәri görür vә özündә olan mәnfi cәhәtlәrlә müqayisә etmәyә başlayır.
2. Başqası üzәrindә sahibkarlıq hissi. İnsanlar münasibәtlәrә başlayanda partnyoru üzәrindә müstәsna hüquqlara malik olduğunu düşünürlәr vә parntyorun istәnilәn tәkbaşına atılmış addımı, qәrarı, şәxsi maraq vә şәxsi sirrlәri qәbul olunmaz olmağa başlayır. Bu hal düzgün deyil. Çünki istәnilәn insanın daxili "mәn”­nә hörmәt etmәk lazımdır.
3.Tәnhalıq qorxusu.
4. Valideynlәrimizdәn aldığımız mәnfi örnәk. Uşaqlıqda tez­tez valideynlәrimizin qısqanclıq münasibәtlәrinin şahidi olduqda, bizdә dә bu hiss tәrbiyyә olunur, xarakterimizә aşılanır.
 
Qısqanclıqdan azad olma üsulları:
1. Sevdiyiniz şәxsi qısqandığınızı etiraf edin vә bu hissdәn uzaqlaşmaq qәrarına gәlin.
2. Etiraf edin ki, sevdiyiniz şәxs sizin şәxsi mülkiyyәtiniz deyil vә onun azad seçim etmәk hüququ vardır.
3. Özünüzün unikallığınızı qәbul edin vә özünüzü başqa insanlarla müqayisә etmәyi dayandırın.
4. Özünüzün güclü keyfiyyәtlәrinizi inkişaf etdirәrәk özünüzdә әminlik hissini güclәndirin. 
 joy.az

Go Back

Terroristin psixologiyası

Şəxsiyyətin psixoloji xüsusiyyətləri anlayışı çox mürəkkəb struktura malik olub müxtəlif amillərin təsirilə formalaşır və dinamik səciyyə daşıyır. Təsaadüfi deyildir ki, şəxsiyyət psixologiyası psixologiya elminin ən mürəkkəb və çox cəhətli sahələrindən birini təşkil edir. Buna görə də terroristin şəxsiyyətinin psixoloji xüsusiyyətləri dedikde, bir tərəfdən onun şəxsiyyətinin formalaşmasının ümumi psixoloji cəhətləri, digər tərəfdən onun fərqli xüsusiyyətləri nəzərdə tutulur. Hər hansı terroristin müəyyən temperament tipinə və ya xarakter əlamətinə, hansısa qabiliyyətə malik olması tamamilə təbii hal hesab edilə bilər. Onda qarşıya sual çıxır: terroristin şəsxiyyətinin hansı psixoloji xüsusiyyətləri onu başqa adamlardan tamamilə fərqləndirir və bu, hansı amillərin təsirindən asılıdır?                                

İlk nəzərdə belə fərqləndirici cəhətləri terroristin iradi keyfiyyətlərində, xarakter əlamətlərində, emosional sferasında, bəzən, hətta temperament tiplərində axtarmaq olar.                                                                                                         

Ümumi psixiloji xüsusiyyətlər və onların normal təbii axarda inkişafı və formalaşması nəzərə alındıqda terroristin şəxsiyyətinin spesifik psixoloji xüsusiyyətlərini müəyyən etmək məsələsi çətinləşir, çünki heç kəs anadan olarkən terrorçuluq üçün yarayan neqativ psixoloji xüsusiyyətləri özü ilə hazır şəkildə gətirmir. Bu, əsasən, sosial həyat şəraitinin təsirilə hər hansı bir şəxsdə formalaşan psixoloji keyfiyyələrin məzmun və istiqaməti ilə, başqa sözlə,  hansı sosial mühitə düşməsi ilə əlaqədar olur. Bununla əlaqədar olaraq şəxsiyyətin hansı mənəvi və əxlaqi keyfiyyətlərə, eləcə də, hansı xarakter əlamətlərinə və iradi keyfiyyətlərə malik olması məsələsi şəxsiyyətin psixoloji xüsusiyyətləri içərisində önəmli yer tutur və bir çox hallarda, adətən, bu və ya digər fəaliyyət sahəsinə nə dərəcədə yararlı olub-olmaması sualına cavab axtararkən məhz həmin keyfiyyətlərə nəzər salınır. Başqa sözlə, həmin psixioloji keyfiyyətlər şəxsiyyətin fəaliyyət istiqamətinə ciddi təsir göstərir.  Çətin işə çətin tapşırıqları yerinə yetirməyə qabil olan, bu sahədə zəruri iradi keyfiyyətlərə və xarakter əlamətlərinə malik olan şəxslər cəlb edilir. Belə keyfiyyələrə malik olmayan şəxs və ya şəxslər həmin tapşırığı müvəffəqiyyətlə yerinə yetirə bilməz. Lakin bir cəhəti nəzərdən qaçırmaq olmaz ki, terror əməllərinə cəlb olunan qruplarda iştirak edən şəxslərin psixoloji xüsusiyyətləri içərisində bir-birini tamamlamaq və bir-birinə kömək etmek üçün zəruri olan psixoloji keyfiyyətlər də fəaliyyətin səmərəliliyi üçün xüsusi əhəmiyyət kəsb edir. Bu cəhət bir tərəfdən də qrup uyuşmasının zəruri olması məsələsini də ön plana çəkir. Yəni terroristin psixoloji xüsusiyyətləri nəzərdən keçirilərkən bir sıra mühüm psixoloji amillərin olması zərurəti də nəzərdən qaçırıla bilməz. Belə xüsusiyyətlər içərisində yüksək  adaptasiya qabiliyyətinə malik olmaq, yüksək iradi əzimkarlıq, dözümlülük, dəyişən situasiyanı düzgün qiymətləndirmək üçün analitik təfəkkür, eləcə də, ağılın çevikliyinə malik olmaq, qavrayışın tamlığı və hafizənin dəqiqliyi, dəyişən situasiyaya uyğun olaraq, çevik hərəkət tərzi seçmək qabiliyyəti və s. xüsusi yer tutur.                                                                                    

Belə psixoloji xüsusiyyətləri qeyd edərkən, əlbəttə nzərdə tutulmur ki, onlar ya mütləq mənada müsbət və ya  mütləq mənada mənfi psixoloji xüsusiyyətlərdir. Əsl məsələ həmin psixi xüsusiyyətlərdən necə və hansı istiqamətlərdə istifadə edilməsindədir. Bu isə hər şeydən əvvəl, şəxsiyyətin mənəvi keyfiyyətlərindən, psixoloji yönümündən, amal və məqsədlərinin məzmun və istiqamətlərindən və s. asılıdır. Bu cəhətdən məsələyə yanaşdıqda özünün yüksək əxlaqi dəyərləri ilə seçilən, yüksək mənəviyyata malik olan şəxslər həmin psixoloji xüsusiyyətlərdə, əsasən, xeyixah əməllərə, müsbət və ictimai cəhətdən əhəmiyyətli olan fəaliyyətinin səmərəli sürətdə təşkilinə istifadə edər. Lakin bunun əksinə olaraq, mənfi əxlaqi keyfiyyətlərə, psixoloji yönümə malik şəxslər isə belə psixiloji xüsusiyyətlərdən bəd əməllər, ictimai cəhətdən təhlükəli olan fəaliyyətini təşkil etmək, istədiyi alçaq məqsədlərə nail olmaq üçün istifədə edir. Bu halda terroristin yalnız şəxsi keyfiyyətləri, şəxsiyyətinin yönümü, həyata, insanlara münasibətlər sistemi, həyat idealı və amalı xüsusi əhəmiyyət kəsb edir.                            

Terror törədən şəxsin dünyabaxışında, həyat hadisələrinə münasibətində köklü dəyişiklik baş verir. Belə bir dəyişikliyin nəticəsində onda real gerçəkliyin modeli ilə onun real gerçəklikdə mövcudluğu haqqında təsəvvürlərində, fikir və düşüncələrində tam uyğunsuzluq yaranır. Belə uyğunsuzluq xüsusən də real gerçəklikdə özünü reallaşdırma imkanlarında  nəzərə çarpır. Yəni beyində yaratdığı idealla gerçəklik  arasındakı ziddiyyət, sosial uyğunsuzluq hiss və duyğusuna transformasiya edir, nəticədə terrorçunun şəxsiyyəti üçün belə bir mövqe formalaşır: mən yaxşıyam, ailəm pisdir. Belə bir mövqeyin, təsəvvürün yaranması onda özünün destruktiv hərəkətlərinə, ağır cinayi davranışlarına mənəvi cəhətdən bəraət qazandırmaq vasitəsinə çevrilir.                                                             

Beləliklə də terroristin fəaliyyəti, əməl və hərəkətləri desruktiv səciyyəli özünü reallaşdırma forması kəsb edir. Yəni mövcud həyat prinsiplərini, əxlaq normalarını inkar etməklə özünə bəraət qazandırma mövqeyinə keçmək ona müsbət təsir etməyə də imkan vermir. Çünki onu beynini məşğul edən niyyət və fikirlərdən uzaqlaşdırmaq çox çətin olur. Terror əməlləri ilə bağlı fikirlər onun qəlbinə hakim kəsildikdə onda baş qaldıran emosiya və hisslər, bir qayda olaraq, stenik və aqressiv olur, lakin onda depressiv halətin yaranması təhlükəsi nəzərə çarpmır.   Rus mətbutından götürülmüş çox maraqlı bir fakta nəzər salaq: Anatoliy adlı bir şəxs özünü “Terminator” (heç bir şeydən qorxmayan, istənilən cinayəti törətməyə qabil olan bir şəxs) hesab edir. O, gecəyarısı kəndin kənarında olan daxmalara soxulur, kənd adamlarını atəşə tutur, sonra isə biçaqla, belle uşaqları döyməyə başalayır, nişan üzükləri və olan pulları götürür və evi yandırıb oradan çıxır. Onun 37 yaşı olmuş, yetim evində böyümüş, peşə texnikumunda oxumuş, sonra “Dənizçilik”  məktəbini bitirmiş, iki il gəmidə işləmişdir. Almaniyaya keçərək orda siyasi sığınacaq  istəmiş, lakin ala bilməmişdir və burada da bir neçə xırda cinayətlər törətmiş və elə buna görə də həbs olunmuşdur.  Ölkədən xaric olunmuş, SSRİ-yə qayıtdıqdan sonra isə işdən azad olunmuşdur.  Almaniyada yaşıyarkən mormorlar dini sektasına qoşulmuş, onlarin göstərişilə bir sıra qanlı cinayətlər törətmişdir. Rusiyanın Vasilyev rayonunda yanğından mühafizə xidəmətində çalışımışdır. Üç ay Kiyevin nevroloji xəstəxanasında şizofreniya dioqnozu ilə xəstə yatmışdır. Xəstəxanada çıxdıqdan sonra həmin şəxs xüsusi qəddarlıqla insanları öldürməyə başlayır. Özünün bu hərəkətini, yəni cani olmasını, insanları qətlə yetirməsini belə izah edir: “Mən insanları ondan ötrü öldürürəm ki, özümü dərk edirəm. İnsan oyuncaqdan başqa bir şey deyildir”. Mətbuatla çox həvəslə əlaqə saxlayır, etdiyi əməllərin hər kəs tərəfindən bilinməsini istəyirdi. O, qeyd edirdi ki, öz ailəsini belə tələf etmişdir. İşlədiyi yerdə ona pislik etmiş birini yol gedərkən öldürür. Belə manyak bir terrorçunun tərcümüyi-ahlı və əməlləri barədə təslifatı ilə məlumat vermək, ilk baxışdan yersiz kimi görünə bilər. Lakin, həmin terrorçunun həyatının müəyyən epizodları- onun yetim olması, uşaq evində böyüməsi, iş uğursuzluqları, şizofreniya dioqnozu ilə uzun müddət xəstəxanada yatması və s. onun terrorist kimi formalaşmasının psixoloji xüsusiyyətlərini açmağa və həyat şəraitinin təsirilə onun şəxsiyyətində baş verən deformasiyanın, davarnışında özünü göstərən neqativ cəhətlərin psixiloji mexanizmini açamağa yaxından kömək edir.    

Terrorçu şəxsin psixi sağlamlıq dərəcəsi, yəni onun bu və ya digər psixopatik tiplərə aid olması, eləcə də həyatının müəyyən dövrlərində keçirmiş olduğu psixi xəstəliklər, başqa sözlə, bu və ya digər psixi pozğunluqların onun davranış və rəftarında təzahür etməsi də onun terror fəaliyyətinə qoşulmasını şərtləndirir. Həmçinin, hər hansi bir şəxs idealında yaratdığı mövqeye çatmaq, maddi ehtiyac və təlabatlarını ödəyə  bilmək imkanına sahib olmaq üçün də terror fəaliyyəti ilə məşğul ola, başqa sözlə, həqiqi terroristə çevrilə bilər.                                  

   Bütün hallarda terrorçuların davranış və rəftarında neqativ yönümlər üstünlük təşkil edir, psixoloji cəhətdən mənfi emosiyaların əsiri olmaq, insana nifrət, qəzəb və kin, real şəraiti və hadisələri adekvat qiymətləndirməmək, öz neqativ davranış və hərərkətlərinin mənfi  nəticələrini aydın dərk etməmək, fanatk düşüncə və stereotiplərə aludəçilik, bir tərəfdən müəyyən təsirlərdən- xarici və daxili təsirlərdən tam asılılıq, yəni müstəqil qərar qəbul etməyi bacarmamaq, digər tərəfdən kəskin neqativizm və inkar mövqeyində durmaq, yəni kənar təsirlərə məhəl qoymamaq, eləcə də mövcud əxlaqi və mənəvi sərvətlərdən uzaqlaşmaq, öz əməllərində onlara əsla riayət etməmək və s. cəhətlər terrorçunun şəxsiyyətini xarakterizə edən psixoloji xüsusiyyətlərin başlıca mənfi təzahürləridir.

Səmədova Sərfin

Bakı Qızlar Universiteti,Sosial Psixologiya fakultəsi

Go Back

Fobiya haqqında - DƏRİN ELMİ ARAŞDIRMA

Reallıqda qorxu yaratmayan obyekt, fəaliyyət və ya situasiyaya qarşı qorxu hissi və qaçma davranışına fobiya deyilir. Fobik insanlar müəyyən vəziyyət, obyekt və ya fəaliyyətlə qarşılaşdıqda hədsiz təşviş hissi keçirirlər. Fobik insanlar qorxularının mənasız olduğunun fərqindədirlər, lakin onlara məntiqi yolla mane ola bilmirlər. Bu qorxular fobik insanların həyat keyfiyyətlərində problemlərin yaranmasına gətirib çıxarır.

Fobiya cəmiyyətdə tez-tez müşahidə olunur. Tədqiqatlara əsasən cəmiyyətin 10%də bu problemlərə rast gəlinir. Faiz göstəricilərinin aşağı olma səbəbi isə bir çox insanın xəstəliyinin fərqində olmaması və psixooji dəstək üçün müraciət etməməsidir. Qadınlarda kişilərlə nisbətdə daha çox müşahidə olunur. Fobiyanın bir növü də günümüzdə geniş yayılmış sosial fobiyadır. Sosial fobiya əsasən yeniyetməlik dövründə, xüsusilə də qarşı cinsə marağın formalaşdığı dönəmdə ortaya çıxır.

Səbəbləri:

Fobiyanın real səbəbləri tam olaraq müəyyənləşdirilməmişdir. Aşkarlanmış səbəblər fobiyanın növlərinə əsasən dəyişməklə yanaşı, eyni fobyia növü fərqli insanlarda fərqli cür təzahür edir. Mental narahatlıqların bir çoxunda olduğu kimi fobiyada da səbəblər bioloji, genetik və sosial olmaqla 3 qismə bölünür.

Genetik faktor - bəzi spesifik fobiyalarda genetik faktorlar üstünlük təşkil edir. Məsələn: qan analizi və ya inyeksiya fobiyası olan insanlarda ailədə bənzər xəstəliyin olması digər ailələrə nisbətən daha çoxdur. Lakin bunun genetik və ya sosial faktorlara bağlı olması tədqiqatlarda hələ də öz əsasını tapmamışdır.

Neurokimyəvi faktorlar - bəzi insanlarda adrenalin və noradrenalin ifrazının normadan artıq olmasının və ya təsir göstərdiyi orqanların bu maddələrə normal insanlara görə daha həssas olmasının bu xəstəliyə səbəb olduğu irəli sürülür. Verilən dərman terapiyaları da bu maddələrin ifrazını və ya orqanizmin həssaslığını azaltmaya istiqamətlənmişdir. Klinik psixologiyada fobiaların keçmişdə yaşanmış hadisələrə bağlı olaraq inkişaf etdiyi ilə bağlı sübut olunmamış müxtəlif nəzəriyyələt mövcuddur. John Brodaus Watson öyrənmə nəzəriyyəsində fobiyaların şərti refleksin nəticəsində yarandığı irəi sürülür. Bu nəzəriyyəyə əsasən daha əvvəl təşviş yaratmayan stimul təşviş yaradanla birlikdə olduqda öyrənmə yolu ilə stimulatora çevrilir. Məsələn: lift qorxusu olmayan biri işıq söndüyü üçün liftdə qalsa, nəticədə onda lift qorxusu yarana bilər. Bu hadisədən əvvəl rahatlıqla liftə mindiyi halda hadisənin nəticəsində liftə mindiyi anda təşviş yaranır. Freydə görə fobiyalar şüuraltı konfliktlərlə bağlıdır və edip kompleksi ilə bilavasitə əlaqəlidir. Basdırılmış, şüuraltına yönəldilmiş bəzi qorxular yer dəyişdirərək normalda təşviş yaratmayacaq obyekt və ya situasiyaya sublimasiya olunur və bu yolla fobiya yaranır. Mütəmadi stressə məruz qalan uşaqlarda həyatın irəli mərhələlərində generalizə olunmuş fobik davranışların sərgiləndiyi tədqiqatlar nəticəsində müəyyən olunmuşdur. Mütəmadi stress yaradan səbəblər arasında erkən yaşda valideynlərdən birinin və ya hər ikisinin itkisi, boşanma, şiddətə məruz qalma hadisələri əsas səbəb hesab olunur. Bəzi orqanik xəstəliklər, nevroloji və psixiatrik xəstəliklərdə fobik simptomlar görülə bilər. Bu narahatlıqların differensial (fərqləndirici) diaqnostikası diqqətə alınmalıdır.

Simtomları:

Nevrotik pozuntularda müşahidə olunan simptomların bir çoxu fobiya zamanı da qeydə alınır.

  • Ürək döyüntüsünün artması
  • Üzün qızarması
  • Titrəmə
  • Tərləmə
  • Bulanıq görmə
  • Nəfəs darlığı
  • Ağız quruluğu
  • Udma problemi…

Sosial fobiyanın panik pozuntudan yeganə fərqi simptomların müəyyən situasiyalarda ortaya çıxmasıdır. Panik pozuntu olan insanlar nə vaxt panik atak keçirəcəklərini bilirlər və atak keçirməmək üçün fobik vəziyyətdən qaçırlar. Məsələn: lift qorxusu olan insanlar liftə minərkən panik atak keçirə bilərlər və bundan qorunmaq üçün üst mərtəbələrə pilləkənlə çıxıb-düşməyə üstünlük verirlər, beləliklə də atak keçirməyin qarsşını alırlar. Təyyarə qorxusu olan insanlar təyyarənin əvəzinə digər vasitələrdən istifadə edərək səyahət etməyə üstünlük verirlər. Fobiyası olan insanlar bu cür qaçma davranışını istifadə edərək atakın artmasının qarşısını alırlar.

Panik pozuntu olan insanlarda fobiyalardan fərqli olaraq panik atakların nə vaxt, harada olacağı bəlli deyil və adətən atakın qarşısını almaq qeyri-mümkündür.

Aqorafobiya

İnsanın rahatlıqla qaça bilməyəcəyi mühitə daxil olduğu anda ortaya çıxan generalizə olunmuş təşviş duyğusudur. Tək küçəyə çıxmaq, izdihamlı sahədə olmaq və ya maşın, avtobus, təyyarə kimi vasitələrlə səyahət etmək bu yerlərə aid oluna bilər.

Mütəmadi rastlanılan fobiyadır. Küçədə narahatlıq yaşayacağını düşünən bu insanlar evdən çıxmaq istəmir. Panik atak keçirən insanlarda aqorafobiya tez-tez rastlanılır.

Spesifik fobiya

Müəyyən obyekt və situasiyaya qarşı hədsiz qorxu hissi keçirmək spesifik fobiya adlandırılır. Qorxu yaşanılan obyekt və durumla real həyatda qarşılaşma, televizor və qəzet kimi informativ yolla qarşılaşma eyni şəkildə qorxu yarada bilər. Spesifik fobiya adətən uşaqlıq dövründə başlayır, lakin 20 yaş dönəmində daha çox müşahidə olunur.

Daha çox görünən spesifik fobiyalar bunlardır: heyvanlar (ilan, it, quş), böcəklər (hörümçək, arı), yüksəklik qorxusu, lift qorxusu, təyyarəyə minmək və ya maşın istifadə etmək, qan görmək və ya inyeksiya…

Terapiyası

Fobiyalar terapiya olunmadığı təqdirdə uzun müddət davam edə bilir, əslində müalicə olmadan düzələn pasiyentlərin sayı azdır. Fobiyanın müalicəsində məqsəd insanın qaçma davranışının qarşısını almaq və müəyyən vəziyyətlərdə ortaya çıxan təşvişi azaltmaqdır. Farmakoterapiya ilə psixoterapiya mütləq şəkildə paralel aparılmalıdır. Təşvişi aradan qaldırma istiqamətində rahatlama texnikaları və koqnitiv-bihevioral terapiyadan istifadə olunur. Terapiya qrupları, ailə terapiyası və fərdi psixoterapiya tətbiq olunan digər terapiyalara aiddir.

Müalicənin müddəti xəstəliyin şiddəti, yayılması və pasiyentin xüsusiyyətlərindən asılı olaraq dəyişir. Farmakoterapevtik təsir ilk bir neçə həftə ərzində əldə olunur. Lakin tam korreksiya üçün daha uzun zaman lazımdır.

Fobiya ilə əlaqəli alkoqol asılılığı varsa, fobiyanın aradan qaldırılması ilə asılılığın terapiyası asanlaşır. Lakin əgər fobiya simptomları aradan qaldırılmazsa asılılığın korreksiyası çətindir.

Elnur Rüstəmov

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq

 Nərmin Quliyeva

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

pcc.az

Go Back

İŞLƏYƏN ANALAR VƏ UŞAQLARI

 

Qadınların bir qismi istər iqtisadi səbəbdən, istər karyera hədəfləri baximindan doğuşdan qısa müddət sonra  işləmək məcburiyyətində qalır. Buna görədə  uşagını qısa müddətə də olsa, başqa birinə  əmanət  etməli  olur.  Ana ilə  körpə arasında saglam baglanma    olduqda uşaq üçün   bu ayrılıqlar dözümlü bir hal alır.Nənəyə,dayəyə, bağçaya əmanət edilən uşaqların problem   yaşamaması olduqca  əhəmiyyətlidir. Hər şeyə rəğmən, bu cür hallarda   analar vicdan əzabı çəkirlər.Balaca körpədən ayrı qalmaq ananı kədərləndirir. Bəzi analar  yaşadığı bu günahkarlıq hissi səbəbiylə işdən evə qayıdanda uşaqlarının hər istədiklərini yerinə yetirir və onları ərkəsöyünləşdirirlər.Əslində analardan gözlənilən uşağına “mən dəyərliyəm”,”güvəndəyəm”, “xoşbəxtəm” duyğusunu  aşılamaqdır. Bütün bunlarin olması üçün 24 saata ehtiyac  yoxdur.  Vacib  olan ananın uşağı ilə keçirdiyi vaxtın səmərəliliyi ,qurduğu ünsiyyətin  normal olmasıdır.

İşləyən analar və uşaqları üzərində aparılan araşdırmalar  nəticəsində məlum olub ki, anaların işləməsi uşaqlara heç də   mənfi təsir etmir.

           İşləyən  və ya hər hansısa bir  səbəbdən   uşağından bir müddət ayrı qalan analara bəzi tövsiyyələr:

-Əyər işləmirsizsə uşağınızı bir müddət bağçaya qoyun.Bu üsul onun  sizinlə ayrı qalmağa öyrəşməsinə kömək edəcək.

-Evdən çıxarkən gələcəyiniz saatı ona söyləyin.

-Gələcəyiniz  saatla bağlı uşağa yalan söyləməyin

-Evə eyni saatda gəlin və çıxın .Bu zaman uşaq sizinlə əlaqədar narahat olmayacaq.

-Evə qayıtdıqda  mütləq ona diqqət yetirin, onunla zaman keçirin.

-Sakit dursan səninlə oynayaram deyərək ona olan sevginizə şərt qoymayın.

-Evdən ayrı qaldığınız üçün hər dəfə ona hədiyyə (rüşvət) almayın.

- Vicdan əzabından xilas olmaq üçün  uşaqları  həddindən artıq əzizləyib ərkəsöyünləşdirməyin.

-Ailə məsələləri ilə bağlı məsələlərə və tədbirlərə(məs:birgə nahar,yatmazdan əvvəl nağıl danışmaq və s.)

-Uşağınıza onu nəqədər çox sevdiyinizi  xatırladın və “mən səni çox istəyirəm” cümləsini tez-tez işlədin.

-Uşağınızla bərabər olarkən onun sevdiyi fəaliyyətləri göstərin.Məs: şəkil çəkmək, kinoya getmək və s.

            Unutmayın:  Az zaman   ayırmaq,az sevgi  vermək deyil.Vacib olanbərabər keçirdiyiniz vaxtı necə dəyərləndirdiyinizdi.

    Mehriban Quliyeva

Narınc Uşaq Psixologiya Mərkəzinin psixoloqu                                                                                                            

Go Back

Asperger sindromu

                                   

Psixi  pozğunluq  olub,  bəzən onu  Autizmin  bir  formasıda  hesab edirlər.  Bu sindromlu  insanlar  normal  və  yüksək  intelektə  malik  olsalar  da,  lakin  onların  sosial  qabiliyyətləri  və  vərdişləri  zəif  inkişaf  etmiş  olur.  Onların  emosional  və  sosial  inkişafı  ləngidiyindən  onların  inteqrasiyası  da  gecikmiş  olur.

Autistik  psixopatiya  halı  ilk  dəfə  ingilis  psixiatrı  Lorno Uinq  tərəfindən  Avstriya  psixiatır  və  pediatrı  Hans Aspergerin  şərəfinə  Asperger sindromu  adlandırılmışdır.

Autizmli  əksər  insanlarda,  xüsusən  uşaqlarda  inkişafdan  qalmanı  asanlıqla  müşahidə  etmək  mümkündür.  Lakin  onlar  autistlərə  bənzəsələr  də  əqli  cəhətdən  heç  də  geri  qalmırlar.  Bəzən  onlar  sosial  kommunukasiya  defisitinə  malik  olsalar  da  mürəkkəb  bir  elmi  sahə  üzrə  daha  dərrakəli  olurlar.  Məhz  inkişafın  bu  tip  geriləməsinin  təhlilini  ilk  dəfə  Hans Asperger  vermişdir.

                                                  Asperger sindromu nədi ?

Asperger sindromu  autizm  qrupunun  bir növüdür.  Bu sindrom  hər şeyə  təsir  göstərən  inkişaf  pozuntusu  hesab  olunur.    

Asperger sindromu  olan  insanlarda  nə  kimi  problemlər  müşahidə  olunur.

Asperger sindromu  naməlum  bir  sindrom  olduğu  üçün  bəziləri  tərəfindən  yanlış  anlaşılır.  Təyin  olunmasıda  çətindir,  üçlü  bir  pozuntu olaraq  adlandırılır.  Aşağıdakı  pozğunluqlar  müşahidə  olunur.

  1. İctimai  münasibətlərdə  çətinliklər
  2. Ünsiyyətdə  çətinliklər
  3. Təxəyyüldə  çətinliklər

İctimai  münasibətlərdə  çətinliklər – Təşkilatçılıq  qabiliyyətləri  çox  zəifdir.  Nəsə  bir  plan  ağıllarına  gələndə  onu  necə  təşkil  edəcəklərini  bilməzlər.  Dostlar  tapmaqda  çətinlik  çəkirlər.  İnsanlarla  münasibət  yarada  bilmirlər.  Bəzən  hər  şeyi  səhf  anlayırlar.  Sanki  görünməz  bir  divarın  arxasındadırlar.  Bir  söhbəti  sona qədər  davam  etdirməkdə  çətinlik  çəkirlər.

Ünsiyyətdə  çətinliklər – Başqalarının  dediyi  sözləri  anlaya  bilmirlər.  Göz təması  qurmaqda  çətinlik  çəkirlər  və  hətta  göz təması qurmaq  onlara  ağrı  verir.  Asperger sindromu  olan  şəxslərin  dıgərlərini  anlamasında  problemlər yaşanır.  Səbrsiz  olurlar.

Təxəyyüldə  çətinliklər – Digərlərinin  nə  hiss etdiyini  anlamaqda  çətinlik  çəkirlər.  Duyğuların,  mimikaların  nə  ifadə  etdiyini  başa  düşməzlər.  Hekayələrin,  nağılların  mənasını  anlamaqda  problemləri  var.

Asperger sindromunun  səbəbləri  olaraq  ekoloji  faktorlar,  beyin  zədələnməsi,  çətin  doğuş  göstərilir.  Lakin  insanların  genetik  quruluşunun  asperger sindromunda  böyük  rolu  olduğu  müəyyən  edilmişdir. Asperger sindromu  uşaqlarda 3 – 4 yaş  arası müşahidə  edilir,  daha  çox  oğlanlarda  bu  sindroma  rast  gelinir.  Bu  uşaqlarda  təhsil  çox  önəmlidir  həmçinin  onların  davranışlarında  yaranan problemlər  üçün  dəstəyə  ehtiyacları  vardır.  Asperger sindromunda  təkrar  olunan  davranışlar  edilir,  onlar  özlərinə  qapanırlar.  Suallara  uyğun  cavab  verməkdə  çətinlik  çəkirlər.  Bu  sindromlu  uşaqlara  psixoterapiya,  özəl  təhsil,  davranışı  dəyişdirmək  üçün  müalicə  lazımdır.                     

Çinarə  Muradova       

Narınc  uşaq  psixologiya  mərkəzinin  psixopedaqoqu 

Go Back

Utancaqlıq probleminin öhdəsindən necə gəlinə bilər

Tanımadığınız ya da yeni tanış olduğunuz insanlara qarşı utancaqsınızmı? Bu suala cavabınız “bəli” isə, narahatçılığa əsas yoxdur. Çünki siz təmamən normal birisiniz.

Araşdırmalara görə hər il xüsusilə qadınlar daha çox utancaqlıq problemi yaşayırlar.

Üzünüzmü qızarır?

əgər yeni iş yerinizdə ayağa qalxıb özünüzü təqdim etməyiniz istəndiyində üzünüz qızarır,səsiniz titriyirsə, çoxluq içərisində danışmağınız lazım olduğu məqamlarda uzaq olmağa çalışırsınızsa, təəssüf ki, utancaqsınız. Ancaq “hər kəs ünsiyyətcil, danışqan olmaq məcburiyyətində deyil” gerçəyini də ağlınızdan çıxarmağınız lazımdır.

Özünüzü kontrol edin

Amma utancaqlığınız səbəbindən bəzi fürsətləri qaçırtdığınızı düşünürsünüzsə, davranışlarınızı kontrol  altında tutmağınızın zamanı gəlmiş deməkdir. “daimi xoşbəxtlik” adındakı layihə sayəsində qadınların bir çox problemi həll edərək, sevinc dolu bir həyat sürməsini təmin edən ABŞ-lı psixoloq Artest Battler, utancaqlığın həll olunmayacaq bir problem olmadığını bildirmişdir.

Səbəbini araşdırmaq lazımdır

ABŞ-da bir çox qadın xəstənin utancaqlıq problem yaşadığını bildirən Battler “ birlikdə bu mövzuya dayanaraq hər 100 utancaq xəstəmdən 85-inin bu problemini həll etməyi bacardıq. əgər siz də tövsiyyələrimə əməl etsəniz, utancaqlığınızdan böyük bir bölümünü attığınızı görəcəksiniz” dedi. Bu da sizə Battlerin tövsiyyələri:

Lazımsız bəzi düşüncələrinizdən xilas olmalısınız

Utancaqlıqla iç içə yaşamaq çətin bir duyğudur. ətrafdakı insanların gözündə utanılacaq vəziyyətə, axmaq vəziyyətinə düşmə, onlar tərəfindən rəddedilmə ya da yetərsiz görülmə qorxusu sizi çaşdırmasın. Utancaq qadın daim pis düşüncələrlə özünü daha çətin vəziyyətdə buraxır. Aşağıdakı düşüncələrdən xilas olmağa diqqət yetirin. Çünki bunlar sizə uyğun deyil:

-biraz daha danışsam,özümü axmaq vəziyyətinə salacağam

-ya burda olan insanlar mənim üçün “deli” deyərsə?

-söyləməyə bir şey tapmasam nə edəcəyəm?

-qızaracağam,titrəyəcəyəm..

-indi danışsam mütləq səsim qəribə çıxacaq

-ürəyim möhkəm çırpınmaya başladı,ya anidən infakt olarsam?

-bu əhatədən bir qaçabilsəm...

- hamı məni izləyir

- nə qədər sıxıcı olduğumu düşünürlər görəsən?

Problemlərinizi bol bol danışın

Psixoloq Battler,utancaqlıqdan qurtulmanın ilk yolunun utancaqlıq haqqında bol bol danışmaqdan keçdiyini bildirir. Yoldaşlarınızla,dostunuzla utancaq olduğunuz mövzuları bol bol danışın, ancaq bunların təməldə bu qədər böyüdüləcək problemlər olmadığını unutmadan. Məsələn,yeni bir sahədə olmaq sizi utancaqlığa salırsa,qorxmayın. Dostunuzla və sevdiklərinizlə yeni işlərə, sahələrə girməyə çalışın. Həqiqətən istəyərsəniz, utancaqlığı məğlub etməyə başladınız deməkdir.

Dostlarınızdan kömək istəyin

əgər özünüzü insanlarla tanış ola bilməyəcək qədər utancaq hiss edirsinizsə, daha ünsiyyətcil və sosial bir dostunuzdan bu mövzuda kömək istəməyiniz çox ağıllıca olacaqdır. Dostunuzun sizi yeni insanlarla tanış etməsini təmin etməlisiniz. Ancaq sizin haqqınızda qabarıq şeylər deməsini deyil,tam tərsinə sizin ifadə edə bilmədiyiniz bəzi vacib və gözəl xüsusiyyətlərinizi deyərək işinizi birazca asanlaşdırmasını söyləyin. Bunu dostlarınızdan asanlıqla istəyə biləcəyinizi unutmayın

Fərqinizi ortaya çıxardın

Utancaq qadının ilk mərhələdə qarşı cinsin diqqətini çəkməsi üçün biraz fərqli olması lazımdır. Cəmiyyət içində nəzərə çarpacaq bir xüsusiyyətinizi önə çıxardın. Fərqli olduğunuzu hiss etdirdiyinizdə utancaqlığınızı bir sirr pərdəsi arxasına belə gizlətməyiniz mümkündür. Bu ilk baxışda biraz çətin görünə bilər, ancaq siz artıq utancaqlıq probleminizdən xilas olmaq istəyirsiniz. Qarşınıza çıxan heçbir şey sizi qorxutmasın.

Doğru hərəkətlər edin

Özünüzü biriylə söhbət etmə ilə utancaqlığınız arasında sıxışmış vəziyyətdə tapdığınızda qarşınızdakı adama bir sual verin. Ancaq diqqət edin sual absurd olmasın. Heç danışmadan üzünə baxmaqdansa, verdiyiniz sual onun danışmasını təmin edəcək,beləcə söhbət kəsilməmiş olacaqdır. Onun verdiyi cavabın arxasından eyni suala siz də öz cavabınızı verərək, söhbəti ağıllı bir şəkildə uzada bilərsiniz. Bunu asanlıqla bacara bilərsiniz. Çünki bu imkansız deyil...

Xəzər Universitəsinin, psixologiya fakültəsinin 2-ci kurs tələbəsi

Günay Babazadə 

psixotest.az

Go Back

20 nəticə göstərilir