Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Qadın Psixologiyası"

Qadınlar kişilərdə ilk nəyə diqqət edər?

“Mənim üçün əsas xasiyyətdir”.-Qadınlar kişilər haqda danışanda çox vaxt bu şablon ifadəni işlədirlər.
Daxili gözəllik məsələsi doğurdan da klişe ifadəyə çevrilib. Amma etiraf etməliyik ki, bizə yoldaşlıq edən insanı seçəndə xarakter önəmlidir. Çünki uzun müddət bir yerdə yaşamaq üçün insanların xarakterlərinin üst-üstə düşməsi vacib məsələdir. Həm vacibdir, həm də ki, çətin.
İlk görüşdə biz qarşı tərəfin xarakterindən xəbərsiz oluruq.

Görünüş, gözlər, geyim bizə ilkin siqnalları verə bilər. Ancaq ilkin təəssüratlar bizi yanılda bilər. Tanışlıqlar çox vaxt eyni yerlərdə olur: iş yeri, qonaqlıq, internet, küçə və s. Bu ortamlarda insanların fikir verdikləri şey qarşı tərəfin görünüşdür. Bəs görəsən, cinslər bir-birlərində ilk nəyə baxır? 

Ayaqqabılar və dişlər
Kişilər üçün bu sualın cavabını tapmaq o qədər də çətin deyil. Əlbəttə ki, kişilər ilk növbədə ümumi gözəlliyə fikir verir. Qalanları isə sonra gəlir. Məsələn, kişi zövqsüz geyinən, amma gözəl olan bir qadını seçə bilər.  Bu toplumdan topluma dəyişə də bilər. Şərq cəmiyyətlərində qadının gözəlliyi ilə yanaşı, namus, ismət məsələsi də vacibdir.
Bəs qadınlarda necədir? Qadınlar kişilərdə ilk növbədə nəyə fikir verir? Bu suala cavab tapmaq üçün Google-da xırda araşdırma apardım.
Qabağıma bir video-sorğu çıxdı. Qadınlara sual olundu: kişilərdə ilk nəyə baxırsınız? 

Cavablar fərqli idi: gözlər, gülüşü, ağlı, boy-buxun, saçları, geyimi... Qadınlar çoxu kişilərin ayaqqabılarına və dişlərinə baxdıqlarını deyirdilər. 

Qadın üçün ideal kişi? 
Başqa bir araşdırmanı alman sosial psixoloqu Ronald Henss aparıb. Araşdırma nəticəsinə görə qadınlar və kişilər özlərinə portnyor seçəndə öncə gözünə xoş gələn adamı seçirlər. 
Qadınlar çox vaxt daxili gözəllik axtardıqlarını desələr də, xarici görünüşü üstün tuturlar. “Qadınlar yaraşıqlı və sağlam bədənli kişiləri öz uşaqlarına ata olaraq görürlər. Bu onlar üçün keyfiyyətin əsas simvoludur”. 
Qadınlar üçün ideal şərtlər: yaraşıqlı, sadiq, sabit xarakterli, ağıllı, cəmiyyətdə yaxşı statusa malik olan kişilər.

Araşdırmanın nəticəsinə görə qadınlar kişilərdə ən birinci fikir verdikləri şeylər belə sıralanır: Gülüş (dişlər) – 40 %, gözlər – 35 %, geyim – 11%, saçlar – 4%, bədən – 4%, ayaqqabılar – 2%, əllər – 1%.
“Qadınlar nə istəyir?”- bu məşhur sualın cavabını tapmaq çox çətindir. Ancaq bu sorğuların nəticələrinə əsaslanıb, həmcinslərimə ayaqqabılarına, dişlərinə, saçlarına fikir vermələrini məsləhət görürəm.

Kayzen.az

Go Back

Kişilərin cavab tapmadığı sual: qadın nə istəyir?

Allah qadını zərif, incə məxluq yaradıb. Eyni zamanda güclü və dözümlü. Bəs nəyə görə kişilər qadınların çətin xaraketli olduğunu və nə istədiklərini bilmədiklərini düşünürlər? Ziqmund Freydin belə bir deyimi var: “30 il insan psixologiyasını öyrənməyə sərf etdim, yeganə suala cavab tapa bilmədim. Qadın nə istəyir?”

Maraqlıdır, kişilər üçün qadınları anlamaq və nə istədiklərini bilmək doğrudanmı bu qədər çətindir?! Qadın həyatda elə bir kişi arzulayır ki, hər bir frekansda onunla bərabər ola bilsin. Bu, bir qayda deyil, amma şüuraltı əsasən gözəl qadınlar məhz bu tip kişiləri arzulayırlar. Bununla belə, qadınlar güvən verməyən kişilərə təəccüblü olsa da, nifrətlə yanaşırlar. «Bir qadının kişiyə qarşı diqqətini nə çəkə bilər?» sualına belə bir cavab verə bilərik. Kişinin özgüvənli olması, özünə hörmət və nəzarət etmək bacarığı qadının diqqətini çəkir. Əksər kişilər qadınlar haqqında «nə istədiklərini bilmirlər» sözünü tez-tez deyirlər. Amma gəlin baxaq. İstənilən qadına bu sual verilsə, “burda çətin nə var ki?!” cavabını almaq olar.

Kişi sərbəst və özünə inamlı olmalıdır. Hətta qürurlu, güclü xanımlar özgüvənli kişinin yanında özlərini sevilən qadın kimi görmək istəyirlər. 

Kişi maraqlı həmsöhbət olmalı, dinləməyi bacarmalı, qadına nə etməyi öyrətməyi yox, öz fikrini bildirməlidir.

Qadınların kişilərdə görmək istədiyi ən əsas xüsusiyyətlərdən biri isə onlarda yumor hissinin olmasıdır.

Onu da qeyd edək ki, qadınlar kişilər haqqında danışarkən çox vaxt şablon sözlərdən istifadə edərək, «daxili gözəl olmalıdır» deyirlər. Amma həqiqətən də həyat yoldaşı seçmək üçün xarakter çox önəmlidir. Bəzən zahiri görünüş bizi aldada bilər, amma görünüş gözlərə ilk siqnal verir.

Qadınlar çox vaxt daxili gözəllik axtardıqlarını desələr də, xarici görünüşü üstün tuturlar. Bu isə əsasən vizual tip xanımlara aiddir. Qadınlar üçün ideal şərtlər yaraşıqlı, sadiq, sabit xarakterli, ağıllı, yaxşı statusa mailk olan kişilərdir. Təbii ki, bütün bunların hamısı bir insanda cəm ola bilməz. İdeal insanlar ideal cəmiyyətin ideal insanıdır.

Qadınların istədiyi əsas 10 xüsusiyyət:
1. Qadın qarşılıqlı sevgi istəyir. Əlbəttə ki, ən əsası böyük, təmiz sevgi istəyir. Qadın sevib sevilmək və hiss etmək istəyir ki, onun qayğısını çəkən insan var. 

2. Qadın ailə istəyir. Əlbəttə ki, qadın bütöv ailə istəyir, uşaq, onu sevən həyat yoldaşı — sözün əsl mənasında möhkəm ailə. 

3. Qadın özünü və ailəsini sağlam görmək istəyir. Belə bir deyim var — can sağlığı olmadan insan xoşbəxt ola bilməz. Bunu boşuna deməyiblər.

4. Qadın firavanlıqda yaşamaq istəyir. Hər bir qadının öz həyatında görmək istədiyi məhz budur. 5. Qadın cazibədar olmaq istəyir. Zahirən cazibədar görünmək istəyir. Çünki qadınlar hər zaman təravətli və gözəl görünməyə can atırlar. 

6. Qadın həyatda özünü təsdiq etmək istəyir. Demək olar ki, qadınlar hər zaman özlərini təsdiq etməyə çalışırlar. Biz sevdiyimiz işi istəyirik və məqsədə çatmaq üçün çalışmalıyıq. 

7. Qadın müstəqil olmaq istəyir. Yəqin ki, son illər qadınların idarəetmə, siyasət, biznes sahəsində uğurlar qazandıqlarını gözdən qaçırmamısınız. Çox qadınlar müstəqil olmağı sevir. 

8. Qadın sabahkı gününə görə inamlı olmağı istəyir. Kim istəməz sabahından arxayın olsun?! Sabahına güvənən qadın öz gücünü qoruyub sağlamlığın qədrini bilir və bütün gücünü gələcək məqsədlərinə sərf edir. 

9. Qadın hədiyyə, çiçək, kompliment eşitmək, zərif, romantik olmaq istəyir. Gül dəstəsi və diqqət qadını həyata daha da bağlı və sevgi dolu edir. 

10. Qadına güclü kişi lazımdır. Çünki qadın gücü, güvəni kişidən almaq istəyir. Sonda isə onu qeyd etmək lazımdır ki, kişi iddialı və fikrində qətiyyətlidirsə, mütləq qadının istəyi hər bir şeyə nail olacaq. 

Vəfa Rəşidova 
«Narınc» Uşaq Psixologiya Mərkəzinin psixoloqu

Kayzen.az

Go Back

Niyə istifadə etmədiyimiz geyimləri alırıq?

Yəqin ki, hər birinizin şkafında mağazadan evə gətirdiyi, lakin bir dəfə belə geymədiyi geyim var. Təəssüflər olsun ki, bir çoxumuz sözün əsl mənasında bizə lazım olmayan əşyaları, yaxud geyimləri almağa meyilliyik. Bu geyimləri geyməməyimizin bir çox səbəbi ola bilər. Ölçüsü artıq sizə uyğun gəlmir, dəbdən düşüb və yaxud sevmədiyiniz rəngdədir. Əslində, səbəb elə də maraqlı deyil. Əsas olan odur ki, o artıq qarderobumuzda lazımsız şəkildə mövcudluğunu davam etdirir. 

Amerikalı psixoloq Kit Yarrou nəyə görə impulsiv, yəni düşünülməmiş alış-veriş etdiyimizi izah edir və bununla necə mübarizə aparmalı olduğumuzu izah edir. 

Çatışmazlıqları görməməzlikdən gəlirik
Alış-veriş prosesinin əksəriyyəti böyük endirimlər səbəbindən edilir. Bu faktdır. Əgər hər hansı bir mağazada endirim varsa, böyük ehtimalla istehlakçılar hətta onlara elə də lazım olmayan əşyaları alacaqlar. Burada bəzi hisslər şüuraltımızdan qaynaqlanır. Aşağı qiymət səbəbindən bu və ya digər geyimin çatışmayan cəhətlərini görməməzlikdən gəlirik. 

Təxəyyül zamanı
Yeniliklər arxasınca mağazalara səfərimiz çox vaxt gələcək haqqında şəxsi fantaziyalarımız ilə müşahidə edilir. Biz geyimləri yoxlayır və özümüzü onlarda müxtəlif tədbirlərdə, hətta qızğın müzakirələrin iştirakçısı kimi təsəvvür edirik. Əgər yaratdığımız obrazı bəyəniriksə, mütləq olaraq həmin geyimi əldə edirik. Promlem ondadır ki, beynimizdə canlandırdığımız vəziyyətlər əslində real həyatımızdan qat-qat uzaq ola bilər. Nəticədə, yeni aldığınız şalvar və yaxud libas heç işinizə yaramaya bilər. Adətən gələn mövsüm ölçüsü bizə dar olan geyimləri bu səbəbdən alırıq. 

Sevimli əşya
Əksər hallarda impulsiv alış-verişlərin əsas səbəbi bu və ya digər əşyanı çox sevməyimiz faktıdır. Məsələn, bir xanım ürəyincə olan bir geyimlə qarşılaşır və onu alır. Daha sonradan isə onu geymir. Çünki ya onun cırılmasından qorxur, ya da heç vaxt baş tutmamaq ehtimalı olan xüsusi bir hal üçün saxlayır. Bundan əlavə, bir çox insanlar etiraf edirlər ki, bəyəndikləri əşyanın iki və yaxud daha çoxunu alırlar. Hər ehtimal üçün… 

Pis əhval
İnsanların pis əhval-ruhiyyəyə sahib olduqda alış-verişə üz tutması nadir hal deyil. Bu zaman şkafınızda normal vəziyyətdə yaxın belə durmayacağınız əşya və geyimlər peyda olmağa başlayır. Əgər bu artıq baş veribsə, gec olmadan onu mağazaya qaytarmağa çalışın. Hər hansı bir əşyanı alarkən qəlbinizin dərinliyində bu əşyaya ehtiyac duymadığınızı hiss edirsinizsə, mütləq olaraq satıcıdan və yaxud satış məsləhətçisindən mağazada məhsulların geri qaytarılması şərtləri ilə maraqlanın.

Kayzen.az

Go Back

40 yaş sindromu

Qəbul etmək istəsələr də, istəməsələr də 35-45 yaş arasında qadınlar “40 yaş sindromu”nu yaşayırlar. Bu yaşlarda indiyə qədər etdikləri və edə bilmədiklərini gözdən keçirib peşmanlıq hissi duyurlar.

Xarici görünüşlərindən narahat olmağa başlayırlar. Bəyənilməmə qorxusu yaşayırlar. Görünüşləriylə bağlı dəyişikliklər etmək istəyirlər. Bu istək həyat yoldaşları tərəfindən razılıqla qarşılanarsa bir müddət rahat ola bilirlər.

Qadınların əksəriyyəti 35 və üzəri yaşlarda çətin bir dövr yaşayırlar. Bu dövrdə qadınlar özlərini heç də xoşbəxt hiss etmir. Sağlamlığında baş verən hər hansı problemi çox ciddi qarşılayır. Bir-birinə zidd olan duyğuların yaşandığı bu “40 yaş sindromu”nda əksər qadın bu mərhələni çox çətin keçirir. Əgər bu yaşa qədər qadın öz məqsədlərini gerçəkləşdirməyibsə, istədiyi kimi xoşbəxt bir həyat sürməyibsə, 35-45 yaşları arasında bu krizə yaxalanmaq ehtimalı böyükdür. 

Mütəxəssislərin fikrincə 40 yaş həyatın durğunlaşdığı, iş və sosial həyatda bir zəifləmə hiss edilən dövrdür. Lakin keçici bir mərhələ olduğu üçün “40 yaş krizi’ adlandırılır. Kişilərə nisbətən qadınlar daha həssas xarakterə sahib olduqları üçün bu dövrdə də olduqca həssas olurlar. Araşdırmaların bir çoxunda göstərilir ki, bu mərhələdə hormonlarda baş verən dəyişikliklər də öz təsirini göstərir. Lakin bu barədə konkret bir fikir söyləmək doğru deyil. Qadın 40 yaşında hələ öz hədəflərinə çatmayıbsa, bunun həyat yoldaşı və ya sevgilisi tərəfindən də bəyənilmədiyini düşünür və bu hiss onu daha çox narahat edir. Həmçinin iş yerində karyera baxımından istədiyi yerdə deyilsə, hələ ailə qurmayıbsa, ana deyilsə, bu sindromu yaşama ehtimalı daha çoxdur. Bu yaşlarda qadının aldadılması onun üçün gənclik dövrünə nisbətən çox ağırdır. Əgər gənc ikən, ”Hələ irəlidə daha gözəl bir həyat var, daha doğru insana rast gələrəm” düşüncəsi ilə yaşayırsa, indi hər şeyin sonu olduğunu düşünür. Əvvəllər fikir vermədikləri qüsurlara indi daha çox diqqət yetirərlər.Övladları olan və xoşbəxt bir ailə həyatı olan bir qadın bu mərhələni rahatlıqla keçirə bilər.

40 yaş sindromunda qadın həyatını gözdən keçirir — arzuları və bu arzulara qarşılıq yaşadığı həyat. Həyata keçirə bilmədikləri şeylər üçün yaşadığı peşmançılıq hissi. yaşayar Həyata keçirmədiyi arzularını bu gün gerçəkləşdirmək istəyər, amma artıq gec olduğunu düşünər, daha gənc olmadığını düşünər və çox istəyindən imtina edər. Bir sözlə, yaşlandığını düşünər. Çəkinin artması, saçların ağarması, tökülməsi, üzdəki qırışlar gözəllik hərisi qadınları məyus edər. Özündən küsər.
Görünüşündən narahat olduğu üçün yaşlanmanı gecikdirən kosmetik vasitələrdən istifadə edər. Plastik əməliyyatlara üstünlük verərlər. Əvvəllər fikir vermədikləri qüsurlara indi daha çox diqqət yetirərlər. Geyimlərinin daha gözəl və yaşlarıdan gənc göstərəcək olmasına diqqət edərlər. Bəzən həyat yoldaşı və uşaqlarından da uzaqlaşmaq, dinamik, əyləncəli bir həyat yaşamaq istəyərlər. 

Bu zaman qarşı tərəfin daha anlayışlı olması lazımdır. Qadın paylaşacağı, ona dəyərli olduğunu hiss etdirəcək bir insanla özünü məmnun hiss edə bilər. Çox zaman qadının özünü yaşlı hiss etməsinə səbəb, elə ən yaxınları olur. Hər şeydə “Bu sənə uyğun deyil, sənin artıq o yaşın deyil” deyərlər. “Gənc olmasan da ruhən gəncsən” deyərək o qadına kompliment dediyinizi zənn edərsiz, amma əksinə bu sözlərlə “artıq yaşın çoxdur ” mesajı verərsiniz.

Hər hansı bir işdə onları önəmsəməyib, gənclərin işinə daha çox qiymət verir və gənclərin həvəsləndirilməyə ehtiyacı olduğunu düşünürsünüzsə, yanılırsınız. Gənclik, elə ilhamlanmaq üçün böyük səbəbdir.

Bir şeyi anlamaq lazımdır. Həyat mərhələlərdən ibarətdir. Uşaq, yeniyetmə, gənc, orta yaş, qoca və ahıl dövrlərini yaşayır, insan. Hər yaşın özünəməxsus gözəllikləri var. Gənc olmaq hələ hər şey demək deyil. Gənclik çox tez ötüb keçir. Vacib olan faydalı olmaqdır. Faydalı insan, hansı yaşda olur-olsun, faydalıdır.

Qadınlara sözüm isə, yaşa görə üzülməyə dəyməz! Hiss etdiyiniz yaşdasınız, özünüzü hər yaşda sevin! 

Psixoloq Rübabə

Kayzen.az

 

Go Back

Qadınlar nə demək istəyir?

Heç bir şey hərəkət və jestləri yaxından müşahidə etməyin yerini tuta bilməz. Bunun səbəbi bədən dilinin gücü və mənasındadır. Normal zəkaya və biliyə malik olan hər insanın özünü inkişaf etdirmək üçün bədən dilini öyrənəsi vacibdir. Qarşınızda olan bütün insanların bədən dilini öyrənmək çox vacibdir, xüsusi olaraqda kişilər qadınlarla münasibətdə bədən dilinin ötürdüyü məlumatları oldğu kimi qəbul edə bilsələr gələcək münasibətlərində daha yaxşı nəticə əldə edə bilərlər. Dilin söyləmək istəmədiyini bəzən bədən dili söyləyir. Birlikdə olduğunuz qadının oturuşundan, duruşundan, hərəkətlərindən, baxışından, gerçək hissləri anlamaq mümkündür. Qadınların nə demək istədiklərini bədən dili vasitəsiylədə öyrənə bilərsiniz.

1. Başını sola əyib sizi dinləyir- Sizi dinləyərkən gözünüzün içinə baxaraq başını ehmalca sola əyməsi söylədiklərinizi sevə-sevə dinlədiyinə işarədir.

2.Sizin etdiyiniz hərəkəti təkrarlayır-Qarşısındakıyla yaxınlaşmaq istəyəndə bəzən “mimetizim”müşahidə olunur. Fərqində olmadan sizin hərəkətləritəkrarlayır. Əgər siz ayağınnızı ayağınızın üstünə atırsanız oda sizə baxıb sizi təkrarlayacaq. Siz gülsəniz oda güləcək. Bunun adı yamsılama kimidə qeyd olunur. Bu davranışla özünü sizə yaxın kimi hiss etməyə başlayır.

3.Qolların birləşdirilməsi-Sizi diqqətlə dinləyir kimi göstərir. Bu öz içinə qapanma hərəkəti müdafiədə olduğunu, rahat olmadığını göstərir. Aranıza bir baryer qoyur. Eyni şəkildə çay fincanı və.s qoyursa da eyni ehtiyacıqarşılayır.Amma aramızdakı fincanı və ya başqa əşyaları kənara qoyursa bu yaxşı əlamətdir.

4.Əlini çənəsinə qoyur-əlini çənəsinə qoyur və zaman-zaman gözlərini sizdən qaçırdaraq başka yerə baxır. Sizi hələ də ölçüb –biçir, sizə nə dəyər verəcəyinə qərar verməyə çalışır. Bu hərəkətlə sizə”məni hələdə fikirimdən daşındıra bilməmisən” mesajını verir.

5. Diqqət yalan danışır-Yalan söyləyirsə, diqqətinizi dağıtmaq üçün etdiyi bəzi hərəkətlər onu ələ verəcək.Danışarkən əliylə ağzını bağlayır, əlini tez –tez ağzına atır, burnunu və saçlarını tez tez oynadır. Yəni üzünə və saçlarına nə qədər çox əl atırsa bu zaman daha çox yalan danışmış olur. Başqa bir şeylədə oynayırsa eyni məna verir. Çünki yalan danışan adamlar əllərini məşğul etməyi istəyirlər.

6. Göz bəbəkləri böyüyür-baxış öz başına bir hərəkət hesab olunmur. Amma hisslərinizi bəlli edə bilər. Göz bəbəyinin böyüməsi əslində işıqla əlaqəli bir məsələdir. İşıq nə qədər çox parıltılı olsa göz bəbəkləri oqədərçox böyüyür. Amma çox parlaq bir işıqda da göz bəbəkləri böyüyə bilər. Bu da böyük bir arzuya işarədir. Əlinə, qoluna nəzarət edə bilirsən, amma göz bəbəklərinə hakim ola bilməzsən.

7. Əgər qadın sizi öpürsə — əgər qadın sizi öpərkən əlini kişinin boynununa sarılırsa,  bu sizdən xoşlanır deməkdir. Qadın kişinin boynundan öpürsə sənə aşiq olmuşdur. Kişi ayağa qalxmadan əgər qadın onu öpürsə qərarsızdır.

8. Saçını arxaya yaxud qulaqlarının arxasına atmaq gözəlliyini önə çıxartmaq mənasını verir.Üzünü açaraq əsasəndə özünü –özünə bəyəndirməyə çalışmaqdır.Saçı təpəsində toppuz yığmaq erotik bir işarədir.Ortadan ayrılmış saçlar da bəyənilmək istəyən amma güvənsiz bir qadın məlumatını ötürür.

9. ”Üzümə yaxşı bax”-Söhbətin bir yerində qarşınızdakı qadın çənəsini birləşdirdiyi iki əlininin üstünə qoyursa bu o deməkdirki qarşınızdakı qadın sizə özünü bəyəndirməyə çalışır.Bu hərəkət üzün xətlərini önə çıxardır və sizə”üzümə yaxşı bax bəyənəcəksən” mesajını verir.Bu qarşındakılar tərəfindən bəyənilmək istəyən insanların tipik duruşudur.

10. Bəzən heç bir şey demədən…Ağız ”bəyənmə” səviyyəsində önəmli bir yerə sahibdir. Sizi dinlərkən ağzını sıx-sıx bağlayırsa, hislərini gizləməyə çalışmaqdır. Amma dodaqları davamlı şəkildə açıq alursa iş tamamdır. Alt dodağını sıxan qadın “görəsən məni bəyənərmi”düşünür. Üst dodağını sıxırsa demekki fikirləri qarışmışdır.

Qadın.net

Go Back

Sevgi hormonları

Sevgi 5 hormonun təsirindən yaranır. Bu hormonları yaratmaqla istənilən insanın sevgisinə nail olmaq olar.

Sevginin və hormonların sirlərini açıqlayan terapevt Hüseyn Mehdiyevin sözlərinə görə, sevgi orqanizmdə gedən hormonal prosesdir. «Sevgidə əsas 5 hormon iştirak edir: dofamin, serotonin, adrenalin, oksitosin, vazopressin. Bunlardan əlavə, hormon və maddələr də sevgi hissi ilə müşayiət olunur».

H.Mehdiyev bildirir ki, insan ilk sevməyə başladığı anlarda onun orqanizmində dofamin əmələ gəlir. «Bu hormon adrenalin və noradrenalinin sələfidir. Bu, müəyyən məqsədə çatmaq hormonudur. Sevərkən insan müəyyən arzulara qovuşmaq istəyir ki, bunun da nəticəsində dofamin hormonu artmağa başlayır. Nail olduqlarının nəticəsindən razı qaldıqda, bu hormonun miqdarı daha da çoxalır». 

Terapevtin dediyinə görə, sevgi yaradan ikinci hormon serotonindir ki, buna zövq almaq hormonu da deyirlər. «Serotonin sevgiyə çatanda daha çox olur. Belə ki, sevdiyin şəxslə təmasda olanda, onunla tez-tez görüşəndə, danışanda bu hormonun miqdarı artır. Eyni zamanda arzulara çatdıqdan sonra sevginin miqdarı aşiq olan tərəflərin heç birindən asılı olmayaraq azalmağa başlayır. Sevgi azaldıqca da insan iztirab, əzab çəkir. Misal üçün, telefon zənginə gec cavab verdikdə narahat olursan. Eləcə də, serotonin hormonu əhvala təsir edir, onu yaxşılaşdırır. Əhvalın yaxşılaşması da öz növbəsində serotoninin sintezinin ifrazına müsbət təsir edir. Bunun azalması isə depressiya yaradır».

Üçüncü hormon — adrenalin haqqında məlumat verən həmsöhbətimizə görə, adrenalinə çox vaxt stress hormonu da deyirlər. Adətən qaçış zamanı, həyəcanlı anlarda onun ifrazı artır.

Həkim endorfin hormonunun rahatlıq, xoşbəxtlik, məmnunluq hisslərini yaratdığını deyir. «Bu maddə kimyəvi quruluşuna görə narkotik analgetik olan morfiyə daha çox bənzəyir. Ona görə deyirlər ki, sevginin gözü kor olur. Endorfinin təsirindən hər şeyi unudursan, heç nə görmürsən, beynində ancaq o sevgidir. Ətrafdan kim nə desə də, sənə təsir etmir. İnsan o dərəcədə sevdiyinə aludə olur ki, düşünə bilmir.
Bəzi qidalar isə sevgi hissini daha da alovlandırır və ya sevməyən insanda məmnunluq hissi yaradır». 
H.Mehdiyevin dediyinə görə, balıq, kartof, banan, bolqar bibəri, şokolad, dondurma, badam, düyü və başqa qidalar var ki, endorfin maddəsi ilə zəngindir. İnsan bu məhsullardan çox istifadə etdikdə həyata baxışı dəyişir. İnsan həyatdan daha razı olur. Bu məhsullar məmnunluq hissini yaradır.

Terapevt qeyd edir ki, oksitosin hormonu isə sevgililər təmasda olanda daha çox yaranır. «Buna sevgi hormonu da deyirlər. Çox təmasda olduqca bu hormon da çox ifraz olur və insanları bir-birinə daha çox bağlayır. Toxunmaqla bu hormon artır. Lakin bir müddətdən sonra, insan öz sevgisinə qovuşandan sonra bu hormon azala bilər. Buna misal olaraq, evliliyin bir ilindən sonra adətən bu hormonun azalmağını göstərmək olar. Oksitosin azalanda insanın əsl üzü meydana çıxır».

Onun sözlərinə görə, beş hormonla yanaşı, beyində feniletamin və amfetamin maddələri də sintez olunur ki, bu maddələrin sintezi bədəndə metabolizmi artırır. «Buna görə də insan sevəndə narahat olmağa başlayır. İştahasızlıq, yuxusuzluq, diqqətsizlik sevəni narahat edir. Bütün fikri ancaq sevgidə olur. Bunlar həmin iki hormonun verdiyi fəsadlardır».

H.Mehdiyev deyir ki, sevənlər arıqlamağa başlayırlar. "Əgər fikir vermisinizsə, adətən arıqlayanlar barədə belə deyirlər ki, kiminsə dərdini çəkir, arıqlayır. Aşiqlər məhz kortizol deyilən hormonun təsirindən arıqlayırlar. Kortizol bədəndəki yağları yandırır. Bu da arıqlamağa gətirib çıxarır".

Həkimin bildirdiyinə görə, ilk hisslər burunla gəlir. "İnsan elə bil ki, burnuyla sevir. Bir insan haqqında müəyyən təəssürat burun vasitəsilə yaranır. Yəni qarşı tərəf haqqında ilk dəfə müsbət emosiya burun vasitəsilə yaranır. Ondan sonra hormonların ifrazı başlayır. Yaranan mənfi emosiya əks hissləri oyadır. Nə qədər gülməli çıxsa da, insan nə gözü ilə sevir, nə də qulağı ilə. İnsan burnu ilə sevir".



Çox vaxt sevgi hormonlarının ifrazı müəyyən müddət olur. Bəziləri deyir ki, sevginin ömrü evlənən günə kimidir. H.Mehdiyev bu deyimin əsassız olmadığını vurğulayır. «Yəni müəyyən hormonlar öz arzusuna çatandan sonra azalmağa başlayanda, artıq əsl sevgi ilə yalançı və ya yalnız ehtirasa əsaslanan sevginin iç üzü açılır. Həqiqi sevgidirsə, hormonların ifrazı bir qədər də davam edir. Yalançı sevgi isə bir ilə təmiz sönür. Bəzən bu, heç bir il də sürmür», — deyən müsahibim hər iki tərəfin iç üzü açılandan sonra problemlərin başladığını bildirir. «Sevən tərəflər anlayırlar ki, ortada heç sevgi yox imiş. Əsl sevgini isə bu hormonlar azaldıqca insan özü yaradır. Yəni o insan haqqında olan müsbət fikirləri, onu bir insan kimi dəyərləndirməyi sevgini uzadır. Artıq qarşındakını ikinci dəfə sevməyə başlayırsan».

Həkimin dediyinə görə, sevginin uzunömürlüyü insanın müsbət aurası, bəxş etdiyi müsbət emosiyalarından asılıdır. «Qırğın və daimi mübahisələr sevginin tədricən sönməyinə gətirib çıxarır. Müsbət auranın, müsbət əhvalın təsirindən isə hormonların ifrazı bərpa olur və sevgi bir qədər də yaşayır».

Terapevtə görə, müəyyən dərmanlar var ki, sevginin ömrünü uzadır. «Amma onların təsiri az və qısamüddətlidir. Bədənin özünü müsbət emosiyalarla tərbiyə etmək lazımdır».

«Ekspress»

Go Back

BOŞANAN QADINLARIN SOSİAL PROBLEMLƏRİ

Boşandıqdan sonra fərdin sosial münasibətlərində ciddi dəyişikliklər olur. Bunlar, ətrafın ,dostların və ailə üzvlərinin davranıslarında hiss olunur. Qadınlar bu vəziyyətdən kişilərə nisbətən daha çox təsirlənir. Digər tərəfdən, boşanmış qadın və kişilər üçün də ailə üzvləri və qohumlar dəstək olduqları qədər stress və gərginlik qaynağı da ola bilər. Xüsusilə bu hal sosial-iqtisadi vəziyyəti aşağı ailələr üçün keçərlidir. Bu yerdə boşanmış qadın, dəstək üçün qohumlarına arxalandıqca asılılıq hissləri güclənir. Ya da ailə üzvləri bu vəziyyəti lazımlı qoruyucu bır prosesi kimi görür. Boşanmış insanların əhəmiyyətli hissəsinin, dostluq tellərinin boşandıqdan sonra qopduğu müəyyən edilmişdir. Evli dostların boşanmanı təsdiq etməmələri və ya boşanmış qadını öz ailələrinə təsir kimi qəbul etmələrindən dolayı onlarla yoldaşlığını kəsirlər. Ya da bəzən boşanmış qadın belə bir səhv qavrama görə özünü evli yoldaşları ilə fərdi olaraq görüşməyi üstün tutur. Boşanmış qadınların yoldaşları daha çox qohumlarından və ya qadının sosial statusundakı şəxslərdən seçdikləri müşahidə olunur. Hazırda inkişaf etmiş qərb cəmiyyətlərində boşanma, cəmiyyət tərəfindən əvvəlki kimi utanılacaq bir vəziyyət olaraq görülmür. Az inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdə boşanmış insanlara qarşı mənfi münasibətlər daha sıx olur. İqtisadi vəziyyəti özünə yetən və özünə güvənən xanımlarda bu proseslər çox daha az baş verir.

Vüsalə Babayeva. Psixoloq  

Go Back

Ən təhlükəli qeybətcil tiplər

Bir araya gəldiklərində onları kimsə tuta bilməz. Ancaq komanda yoldaşları yanında ikən güclüdürlər; ovlarını dərhal müəyyən edir və hədəflərinə doğru ağır-ağır yaxınlaşırlar. 

Qrupun qalanını çəkə bilməyən yapışıq əkiz qrupu
Bu iki qız hər zaman birlikdə gəlir kollektiv dostlar görüşlərinə. Diqqət edin, ümumiyyətlə də birlikdə qalxarlar. Əvvəlcədən kimə necə yüklənəcəklərinin planını edirlər, bir-birlərinə atacaqları pasları hesablayırlar, görüşmə sonrası isə vəziyyət qiymətləndirməsi zamanıdılr! "Dəqiq oğlan tərk etdi, bizə mən ayrıldım deyir" lər, "Ay gördün di'mi? Taxmış divar saatı qədər qol saatını ... "lər havada uçuşur.
Pisliyin son mərhələsi: Toy qrupu
Toy günü gerçək mənada "pis" ola bilmək üçün toy əvvəlində 10 günlük "yaxşılıq" roluna belə girdikləri görülür. Toya pul xərcləsən göstəriş adamı yerinə qoyarlar, sadə toy etsən "Ohh toya də pul ıxərcləməş, qızıl zəngini oldular qızıl!" Deyərlər. Gəlinin ən xoşbəxt anında, "Vallahi sənin qədər komplekssizini görmədim , bəyin köhnə sevgilisini toya çağırmağı filan ... Bravo! "Sonra bir" Aa bilmiridimi? Nəysə canım ... Allah bir yastığda qocaltsin filan… Həmişə eyni!

Işdəki uğurunuza düşmən kəsilən ofis qrupu
Ən təhlükəlisi amma ən təhlükəlisi onlardır! Və əsas qeybətçilər hər zaman kişidir burada, diqqətlə araşdırsanız anlayacaqsınız. Mövzunun əsla özləriylə əlaqədar olduğuna razı olmazlar, hər daim mövzu sizsiniz. Siz göz boyamışsınızdır, siz müdiri aldatmışsınız vs. Onlar əslində mükəmməldir, zərərçəkəndir
"Qardaşım yeni avtomobilin yandırır" qrupu
Kişilər, kişilər ... Deyirik də ən acımasızı onlardır əslində mövzu qeybətdirsə ...
Bir dost qrupunda uzun müddət sonra avtomobil yeniləyən üzv varsa, bir müddət qulaq qızarmasına məhkumdur. Xoş qarşılanmaz; qrupun belə bir dəyişməyə ehtiyacı yoxdur; bir müddət qısqanılmağa və çətinlik çəkməyə məcburdur. Nəticələr "Onu çağırmayaq e, bir hallar oldu ona bu aralar" yə gedə biləcək qədər təhlükəli ola bilər. Öz özlərini 'gaz'a gətirmə mövzusunda xeyli bacarıqlı bir qeybət qrupudur onlar.

Mövzuya görə ittifaq dəyişdirən ailə içi qeybət qrupu
Ofis tamam, qohum tamam, lisey yoldaşı tamam ... Yaxşı, gözləmədiyi zərbə ailədən gəlirsə? Ittifaqlar hər zaman dəyişir; əsla təxmin edə bilməzsən. Ana-ata, uşaqlara qarşı ... Uşaq-ana; digər uşaq-ataya qarşı ... Mövzuya və maraqlara görə hər şey dəyişir; ən gözlənilməz anında ala bilərsən zərbəni; "Amma amma biz bir ailəyik ana !!!" deyə donub qalarsan, xəyal qırıqlıqlarını, heç əhəmiyyətli etməz gözlərinin qarşısında girər atanın qoluna.
Mühiti belə qarışdırıb gedənlərə ehtiyacınız yoxdur dostları ... Çıxarın onları həyatınızdan!

qadinla.com

Go Back

“Bütün işlərini çatdıran” qadınlar

Xəstəliklər, depressiyalar və psixoloji problemlərlə əlaqəli fövqəladə halları nəzərə almasaq, ümumilikdə bütün qadınlar bütün işləri eyni cür çatdırır. Çünki, istəsək də, istəməsək də, sutkada cəmi 24 saat var. Bir insan real olaraq müstəqil şəkildə həm uğurlu karyera qura, pul qazana, təsərrüfat apara, uşaqlarını təlim və tərbiyə edə, yaradıcılıqla məşğul ola və həm də ictima layihələrdə iştirak edə bilməz. 
Əgər bir qadın deyirsə ki: “Mənim 4 uşağım var, mən bu, bu, bu, bu, bu və bu ictimai layihələrlə məşğulam və uşaqlar bağçadan və məktəbsonrası məşğələlərdən qayıdanda biz çox xoşbəxt oluruq” – belə görünür ki, o qadının uğur qazanmasının sirri dəqiq planlaşdırma yox, uşaq bağçası və məktəbsonrası məşğələlərdir. Bu nə pis, nə də yaxşıdır. Sadəcə olaraq, bu qadın ictimai layihələri özünə prioritet olaraq seçib və uşaqlarım təlim-tərbiyəsini isə uğurlu şəkildə başqalarına həvalə edib.
Həyatımın bu mərhələsində mənim prioritetim uşaqlarımdır. Bir çox şeyləri çatdırıram, uşaqlarım bağçaya və ya məktəbə getmir, bu mənim seçimimdir, bu mənim üçün vacibdir, lakin, bununla bərabər evim daim dağınıqdır, heç vaxt tam olaraq özümə vaxt ayıra bilmirəm və karyeram sıfıra bərabərdir. 
Yəni, aydındır ki, hər şeyi çatdırmaq qeyri-mümkündür. Bəs o zaman hər şeyi vaxtında çatdıran qadınlar barədə əfsanələr necə meydana gəlir? Mənim fikrimcə bu sadəcə qadının və onun ətrafının prioritetlərinin üst-üstə düşməsi səbəbilə baş verir. Əgər ailədə bütün qadınlar nəsillər boyunca ideal evdar qadın olub, müntəzəm şəkildə 3 növ yeməklə bəzənmiş nahar süfrələri açıblarsa, paltar tikib, toxuyub və çarpaz tikmə ilə məşğul olublarsa, sənin soyuducun isə yarım-fabrikatlarla doludursa, bu dəhşətdir! Əgər evdə köməkçi tutsan, hamı elə biləcək ki, sən heç nəyi çatdırmırsan və hətta bu il səni Nobel mükafatına layiq görüblərsə də, sən uğursuz bir qadınsan!
Əgər sənin üçün mühüm olan insanlar həyatda əsas şeyin karyera olduğunu düşünürlərsə, sən isə artıq neçə ildir ki, evdə oturmusansa, heç adını da çəkən yoxdursa, o zaman 10 uşağın, malikanən, təsərrüfatın və 2 inəyin də olsa, hamı səni uğursuz hesab edəcək.
Qadının və onun ətrafındakıların priotetləri üst-üstə düşdükdə hər şey mükəmməl gedir. Onda cəmiyyət səni ürəkləndirir, hər cür kömək göstərir və sənin özünüdəyər hissini yüksəldir. Ən pis hal isə, qadının prioritetlərinin ətrafdakı heç kim tərəfindən dəstəklənməməsidir. Xoşbəxtlikdən, bizim diyarlarda xüsusilə indi, internet əsrində bu cür ifrat münasibətə çox rast gəlinmir. Orta hesabla, hər bir qadının ətrafında müxtəlif dəyərlər sisteminə malik çox fərqli insanlar var. Odur ki, fikirlər də müxtəlifdir. Mənim qaynanam üçün də uşaqları daim prioritet olublar. O məni Ceyms Bondun qadın forması, hər şeyi bacaran və hər şeyi çatdıran bir qadın kimi tanıyır. Digər tərəfdən, bəzi tanışlarım məni heç nəyi çatdırmayan, ancaq “süd verməyi və burun silməyi” bacaran korazehin bir qadın hesab edir.
Və əsas məsələ, hansı növ insanların ətrafımda daha çox olmasıdır. Xoşbəxtlikdən, bu msələdə hər şeyi öz istəyimə uyğun nizamlamaq imkanım var.
Bir sözlə, uzun-uzadı yazmağa ehtiyac yoxdur. Demək istədiyim odur ki, uğur məsələsi – əksər hallarda vaxtın düzgün idarə olunması və özünütəşkil yox, daxili prioritetlər, hisslər və cəmiyyətdə münasibət məsələsidir.
Yeri gəlmişkən, cəmiyyət qadına nə qədər sərt çərçivələr qoysa, qadın vaxt azlığını bir o qədər bəhanə edəcək. Dırnaqlarımı boyamağa və pekinsayağı ördək bişirməyə vaxtım yoxdur demək, bu sadalananları etməyə ehtiyacın olmadığını kiməsə izah etməkdən daha asandır. Özü də, bu cür bəhanələr, heç nəyi çatdırmayan qadınlar haqqında dolaşan əfsanələri daha da şişirdir. 

Müəllif: Yelena Zamyatkina
Mənbə: «Про женщин, которые “всё успевают”» 
Tərcümə edən: Xumar Ərşadlı

Go Back

Qadınlar "mən kişiyəm" ilə başlayan bütün cümlələrə nifrət edir

 Qadınlar "mən kişiyəm" ilə başlayan bütün cümlələrə nifrət edirlər. Kişi olmağınız,qadın-kişi münasibətində daha azad və sərbəst olacağınız mənasına gəlmir. Bu həqiqəti bilə-bilə belə davranmağınız, qadınları bu münasibətdən-sizdən soyudacaq.

1. Qadınların xoşuna gəlir ki, kişiləri onlara sahib çıxsın, ancaq həddindən artıq qısqanc rəftar olanda ona inanmadığınızı düşünürlər. Ən yaxşısı o incə xətti təyin edin və həm özünüzü, həm də qarşınızdakını yormayın.
 
2. Qadınlar xarici gözəlliyə verdiyiniz əhəmiyyətin fərqindədirlər. Hər gün sizə daha gözəl görünmək üçün çalışırlar. Ancaq siz kişilər qadınların gözəlliklərini görüb bunu dilə gətirməsəniz, gözəl görünmək həvəslərini itirə bilərlər.
 
3. Qadınlar köhnə sevgililəriylə qarşılaşarkən salamlaşmanın normal olduğunu düşünürlər. Bu, onsuz olmağa alışdıqlarını sübut edir. Salam vermirlərsə, bu,onu hələ də sevdikləri üçün deyil, yanlaıindakı sevgililərinin narahat olmaması üçündür.
 
4. Qadınlar şəxsi baxımına çox əhəmiyyət verən kişilərin homoseksual olduğunu düşünmürlər. Əksinə, baxımlı, vasvası kişilər xoşlarına gəlir.
 
5. Qadınların hər sözünü dinləməyiniz sizə fayda verər. Çünki qadınlar ən kiçik bir hadisədən bəhs edərkən araya özləriylə əlaqədar bir şeylər qatıb deyirlər.Dinləyib anlamadığınız təqdirdə isə həmin an tərk edilərsiniz.
 
6. Qadınlar aşiq olduqlarında dünya o kişinin ətrafında dönməyə başlayır. Bundan sui-istifadə etmək yerinə bu anların dadını çıxarın.
 
7. Qadınların yaşlarından başqa söylədikləri ən böyük yalan sinə ölçüləridir.
 
8. Elə bilməyin ki, kariyera, pul qadınların maraq sahələridir. Belə düşünürsünüzsə, çox yanılırsınız. Şəfqət, maraq və fədakarlıq qadınların ən əhəmiyyət verdiyi mövzulardır.
 
9. Kişilər qadının hüquqlarını, istək və ehtiyaclarını qəbul edib, prioritetləri tanıyan şəkildə davrananda qadınlar özünə hörmət edildiyini hiss edir.
 
10. Kişilər qadının duyğu və istəklərini müzakirə etmək yerinə, onları qəbul edib haqq verəndə belə davranan kişi, heç şübhəsiz, qadının qəhrəmanı-cəngavəri olar.
 
11. Qadınlar sizinlə danişarkən eyni vaxtda birdən çox işlə məşğul olsalar da bu, söylədiklərinizi dinləmədikləri mənasına gəlməz.
 
12. Bir qadına nəzakətli davranmağınız ürəyində açdığınız hətta ən dərin yaranı belə təmir edə bilir.
 
13. Kişilər qadınlardan daha çox danışmamaq mövzusunda çox diqqətli olmalıdırlar. Çünki qadınlar özlərindən çox danışan və hər mövzu haqqında danışan kişiləri heç xoşlamazlar.
 
14. Qadınların əsəbləri gəlib keçicidir. Günün sonunda onları sakitləşdirə biləcək tək şey sevdikləri kişinin qollarıdır.
 
15. Elmi araşdirmalar göstərir ki, sevdikləri kişinin təbii bədən qoxusu qadınları sakitləşdirsə də, heç bir qadın xarici görünüşünə fikir verməyən kişini sevməz və seçməz...
xoshbextqadin.az

Go Back

Hamiləlik psixologiyası

Hamiləlik psixologiyası nədən olur və hamilə bir qadına necə yanaşılmalıdır? Ana olan da, olmayan da bilir ki, hamiləlik müddətində analığa namizəd olmaq ruhən bir çox şeyləri dəyişdirir ki, buna hamiləlik psixologiyası deyilir.
Hamiləlik hər qadının hayatında bir dönüş nöqtəsidir. Hamilə olduğunu öyrənən hər qadın yeni bir dövrə girir. Bu dövrdə yaşanan fiziki dəyişikliklərlə yanaşı bir də psixoloji dəyişikliklər yaranır. Bütün duyğuları eyni anda yaşayan ana namizədi, özünə dəstək axtarır. Bu dövrdə bütün duyğuların bir arada yaşanması son dərəcə normaldır. Çünki, ana həm hamiləliyi, həm də özünü kəşf etməyə başlayır. Özünü fərqli və dəyişkən bir bədəndə gözləyərkən, hamiləliyin gətirdiyi fiziki problemlər yaşanan zaman, bir tərəfdən də uşaqla bağlı ağlında yaranan bir çox suallarla da mübarizə etməyə çalışır. Bu vəziyyətdə ananın etməli olduğu tək şey hamiləlik vəziyyətini qəbul etməsi, bütün yaşanan duyğuların hamiləlik dövrünə xas olduğunu düşünməsidir. Həm də ana, uşağın öz bətnində yaşadığını hiss etməli və bu vəziyyətin keyfini çıxartmalıdır. İnsanlar bilmədikləri müvzudan daha çox narahat olur və tələsik qərarlar qəbul edirlər.  Bu səbəbdən hamiləlikdə əsas məsəslə kifəyət qədər məlumata sahib olmaqdır. Məlumatın düzgün alınması qədər, məlumatın verilməsi tərzi də düzgün olmalıdır.
Özünü itirməmək və daha az problem yaşamaq üçün ananın, mütləq özünü rahat hiss edə biləcəyi həkimlə məsləhətləşməsi ən yaxşı seçimlərdən biridir. Çünki, analığa namizəd olan xanım doqquz ay ərzində, fiziki dəyişikliyin gətirdiyi narahatlıqlarla yanaşı, həyəcan, qorxu, təlaş, qayğılar da keçirir. Həkimdən əlavə, daha çox məlumat ala biləcəyimiz kitablardan, internetdən və hamiləlik kurslarından da faydalana bilərsiniz. Belecə daha çox məlumatın verdiyi güc və biliklə daha az həyəcan yaşanacaq. Ana namizədi hamiləlikdə yaşadığı psixoloji problemlər xaricində, doğum müvzusunda da anlaşılmaz düşüncələrini bu şekildə aydınlığa çıxartmalıdır.
Fiziki olaraq yaşanılan hər cür rahatsızlıqlar və problemlər ananı hamiləlikdən soyutmamalı, doğulacaq uşağın rahatlığını və bu problemlərin qısa vaxtdan sonra bitəcəyini düşünməlidir. Uşağa yaxşı bir ana olub-olamamaq qayğısı, yaxşı  gələcək vermək qorxusu, sağlam doğum keçirməklə yanaşı ananın ağlını daimməşğul edən suallardandır. Ona görə də bu düşüncələrin yuxuları qaçırdacaq qədər büyüdülməsi yersizdir. Çünki, doğumdan sonra uşağı qucağına alan ananın düşüncələri tamamən dəyişəcək, ona toxunmağın verdiyi həyəcanla bu narahatlıq silinəcəkdir.
Ana namizədinin yoldaşı və ailəsi ilə olan münasibəti də bu dövrdə çox büyük rol oynayır. Qısası, yeni ana qorxularını, qayğılarını, problemlərini xüsusən yoldaşı ilə paylaşmalıdır. Ana və ata, valideyin olmaq məsuliyyətini birlikdə üzərlərinə almalıdırlar. Yoldaşın bu dəstəyi ilə ana daha rahat olur və özünə güvən hissi yaranır. Ananın sağlam psixoloji vəziyyəti, uşağı da düzgün istiqamətə yönləndirir. Yoldaşın dəstəyinin yanında ailə və dost dəstəyi də önəmlidir. Bəzi problemləri yoldaş yerinə, bir ananın ya da hamiləlik mövzusunda təcrübəsi olan bir rəfiqənin köməyi ilə həll etmək daha asan ola bilər.
Sağlam uşaq yetişdirmək hamiləlik dövründən başlayan bir duyğudur. Ana namizədi öz duyğularını düzgün tanıdıqca, uşağına daha sağlam  ana modeli yaradacaqdır. Əgər duyğularını tanımaqdan qaçar, və ya dəstək almazsa, gərginlik və stress dolu  dövr yaşaması və bunun da uşağa təsiri qaçılmaz faktdır. Ana biraz daha sakitləşmək üçün, sadə bir idman ya da bir xobbi ilə məşğul ola bilər. Bunlara: üzgüçülük, gəzinti, rəsm çəkmək, muncuq düzmək, tikiş tikmək, yeni yemək hazırlamaq və.s işlərlər mə.ğul ola bilər.
Qısası, ana namizədləri özlərini daha yaxşı hiss etmələri üçün əl-ayaq baxımı, saç düzümlərində dəyişiklik, bir neçə geyim və aksesuar alış-verişi, fərqli rəngdə makyaj etməklə özlərini düzgün istiqamətdə yönləndirə bilərlər. Bu mövzuda diqqət edilməli olan məsələ, edilən qulluğun təmiz və sağlam olmasıdır. Bunların xaricində: düzgün yatmaq, düzgün qidalanmaq, arada ilıq duş almaq və massaj etmək kimi şeylər də hamiləlik dövrünü rahat keçirmək vacib məsələlərdəndir.

 

Hamiləlik psixologiyası nədən olur və hamilə bir qadına necə yanaşılmalıdır? Ana olan da, olmayan da bilir ki, hamiləlik müddətində analığa namizəd olmaq ruhən bir çox şeyləri dəyişdirir ki, buna hamiləlik psixologiyası deyilir.
Hamiləlik hər qadının hayatında bir dönüş nöqtəsidir. Hamilə olduğunu öyrənən hər qadın yeni bir dövrə girir. Bu dövrdə yaşanan fiziki dəyişikliklərlə yanaşı bir də psixoloji dəyişikliklər yaranır. Bütün duyğuları eyni anda yaşayan ana namizədi, özünə dəstək axtarır. Bu dövrdə bütün duyğuların bir arada yaşanması son dərəcə normaldır. Çünki, ana həm hamiləliyi, həm də özünü kəşf etməyə başlayır. Özünü fərqli və dəyişkən bir bədəndə gözləyərkən, hamiləliyin gətirdiyi fiziki problemlər yaşanan zaman, bir tərəfdən də uşaqla bağlı ağlında yaranan bir çox suallarla da mübarizə etməyə çalışır. Bu vəziyyətdə ananın etməli olduğu tək şey hamiləlik vəziyyətini qəbul etməsi, bütün yaşanan duyğuların hamiləlik dövrünə xas olduğunu düşünməsidir. Həm də ana, uşağın öz bətnində yaşadığını hiss etməli və bu vəziyyətin keyfini çıxartmalıdır. İnsanlar bilmədikləri müvzudan daha çox narahat olur və tələsik qərarlar qəbul edirlər.  Bu səbəbdən hamiləlikdə əsas məsəslə kifəyət qədər məlumata sahib olmaqdır. Məlumatın düzgün alınması qədər, məlumatın verilməsi tərzi də düzgün olmalıdır.
Özünü itirməmək və daha az problem yaşamaq üçün ananın, mütləq özünü rahat hiss edə biləcəyi həkimlə məsləhətləşməsi ən yaxşı seçimlərdən biridir. Çünki, analığa namizəd olan xanım doqquz ay ərzində, fiziki dəyişikliyin gətirdiyi narahatlıqlarla yanaşı, həyəcan, qorxu, təlaş, qayğılar da keçirir. Həkimdən əlavə, daha çox məlumat ala biləcəyimiz kitablardan, internetdən və hamiləlik kurslarından da faydalana bilərsiniz. Belecə daha çox məlumatın verdiyi güc və biliklə daha az həyəcan yaşanacaq. Ana namizədi hamiləlikdə yaşadığı psixoloji problemlər xaricində, doğum müvzusunda da anlaşılmaz düşüncələrini bu şekildə aydınlığa çıxartmalıdır.
Fiziki olaraq yaşanılan hər cür rahatsızlıqlar və problemlər ananı hamiləlikdən soyutmamalı, doğulacaq uşağın rahatlığını və bu problemlərin qısa vaxtdan sonra bitəcəyini düşünməlidir. Uşağa yaxşı bir ana olub-olamamaq qayğısı, yaxşı  gələcək vermək qorxusu, sağlam doğum keçirməklə yanaşı ananın ağlını daimməşğul edən suallardandır. Ona görə də bu düşüncələrin yuxuları qaçırdacaq qədər büyüdülməsi yersizdir. Çünki, doğumdan sonra uşağı qucağına alan ananın düşüncələri tamamən dəyişəcək, ona toxunmağın verdiyi həyəcanla bu narahatlıq silinəcəkdir.
Ana namizədinin yoldaşı və ailəsi ilə olan münasibəti də bu dövrdə çox büyük rol oynayır. Qısası, yeni ana qorxularını, qayğılarını, problemlərini xüsusən yoldaşı ilə paylaşmalıdır. Ana və ata, valideyin olmaq məsuliyyətini birlikdə üzərlərinə almalıdırlar. Yoldaşın bu dəstəyi ilə ana daha rahat olur və özünə güvən hissi yaranır. Ananın sağlam psixoloji vəziyyəti, uşağı da düzgün istiqamətə yönləndirir. Yoldaşın dəstəyinin yanında ailə və dost dəstəyi də önəmlidir. Bəzi problemləri yoldaş yerinə, bir ananın ya da hamiləlik mövzusunda təcrübəsi olan bir rəfiqənin köməyi ilə həll etmək daha asan ola bilər.
Sağlam uşaq yetişdirmək hamiləlik dövründən başlayan bir duyğudur. Ana namizədi öz duyğularını düzgün tanıdıqca, uşağına daha sağlam  ana modeli yaradacaqdır. Əgər duyğularını tanımaqdan qaçar, və ya dəstək almazsa, gərginlik və stress dolu  dövr yaşaması və bunun da uşağa təsiri qaçılmaz faktdır. Ana biraz daha sakitləşmək üçün, sadə bir idman ya da bir xobbi ilə məşğul ola bilər. Bunlara: üzgüçülük, gəzinti, rəsm çəkmək, muncuq düzmək, tikiş tikmək, yeni yemək hazırlamaq və.s işlərlər mə.ğul ola bilər.
Qısası, ana namizədləri özlərini daha yaxşı hiss etmələri üçün əl-ayaq baxımı, saç düzümlərində dəyişiklik, bir neçə geyim və aksesuar alış-verişi, fərqli rəngdə makyaj etməklə özlərini düzgün istiqamətdə yönləndirə bilərlər. Bu mövzuda diqqət edilməli olan məsələ, edilən qulluğun təmiz və sağlam olmasıdır. Bunların xaricində: düzgün yatmaq, düzgün qidalanmaq, arada ilıq duş almaq və massaj etmək kimi şeylər də hamiləlik dövrünü rahat keçirmək vacib məsələlərdəndir.

qadinlar.biz

 

 

 

Go Back

Qadınlar niyə bir-birlərini qısqanırlar?

 
Qadın qadının həm ən yaxın dostu, həm də rəqibidir. Qadınların bir-birinə qarşı içdən içə kin bəsləməklə səbəbi hələ də müəmmənalıdır. Sosial əlaqələrimizdə qadınlardan çox kişiləri daha etibarlı tapırıq. Dövlət dairəsində, imtahanlarda həmişə "ümid edirəm qarşıma kişi çıxar" deyə dua edirik. Qadınlarla qarşı-qarşıya gəlməyi eynilə bir boks matçı kimi qəbul edirik...
Qadınlarla yaxşı dolanmaq lazımdır 
Qadın təbiəti əslində bir-birinə güvənməyə meyllidir. Çünki qadını həyata gətirən, baxıb böyüdən də bir qadın. Zaman içində nə olursa olur və qadınlar arası rəqabət başlayır. Buna görə həmcinslərimizlə araya məsafə qoymaq məcburiyyətində qalırıq. Halbuki qadınların həm fiziki həm də ruhi sağlamlıq baxımından bir-birlərinə ehtiyacı var. Mütəxəssislərə görə, həmcinsləri tərəfindən qəbul edilib, təsdiqlənən qadınların stresləri azalır. Sağlam və etibarlı ictimai əlaqələr quran qadınların beyin funksiyaları daha inkişaf etmiş olur və yaddaş itkisi azalır.
Dostluq, ən yaxşı dərmandır 
Qadınların bir-birinə qarşı səbəbsiz kompleksləri zamanla təsəllini kişilərdə axtarışa itələyir. Biz qadınlar, sözsüz olaraq öz aramızda bir dil istifadə edirik. Kişilərə bizlər kimi detalçı və planlı hərəkət etmədikləri üçün bizi anlamaları bir az çətin olsa da kişilərlə qadınlardan daha yaxşı razılaşırıq. Qadınlar bir-birləri ilə ya çox yaxşı razılaşır ya da bir-birinə düşmən kəsilir. Bunun bir ortası yoxdur. Qadınların bir-birlərinə verdikləri zərərin ölçüsünü ifadə etmək lazım olsa; eşq ağrısı belə qadınlara daha az ağrı çəkdirir deyə bilərik...
 
woman.joy.az
 

Go Back

Qadın pula çatanda

 

İndiki cəmiyyətimizdə əsrlər boyu mövcud olan vəziyyətdən tamamilə fərqli bir konsepsiya formalaşıb. Qadınlar bir çox sahələrdə çalışır, yaxşı pul qazanırlar. Bəzi ailələrdə ailə büdcəsinin əsasını qadınların gəliri təşkil edir. Belə vəziyyət əksər kişilərdə bir sıra psixoloji xarakterli problemlərin yaranmasına səbəb olur. Onu da qeyd edək ki, qadınlar da heç də ürək açan vəziyyətdə olmur. Çünki onun öhdəsində olan ev işlərinin üstünə digər məsuliyyətli iş gəlir. Maraqlı bir tendesiya müşahidə olunur. Qadın nisbətən çox qazandıqca, həyat yoldaşı yüksək maaşlı iş axtarışında əvvəlki həvəsi göstərmir. Bütün bunlarda təbii ki, ailə münasibətlərinə heç də yaxşı təsir etmir. Qadının qazancı üstünlük təşkil edən ailələrdə kişilərin əksəriyyətində özünüqiymətləndirmə səviyyəsi enir. Eyni zamanda kişilər bu vəziyyəti psixoloji cəhətdən qəbul edə bilmirlər. Və bu da kişilərin davranış tərzinə müəyyən təsir göstərir. Onlar belə situasiyada özlərini narahat hiss edirlər. Müxtəlif komplekslər yaranır. Və bu da ailədə normal münasibətlərə mənfi təsir göstərir. Qadın da ikili vəziyyətə düşür. Çünki ailə başçısı rolu qadına xas deyil, lakin yaranmış səbəblər üzündən onun üzərinə düşür. 35 yaş və daha yuxarı yaşda olan qadınlar artıq buna köklənirlər. Amma bir qədər gənc yaşda olan qadınlar bu yükü üzərilərinə götürsələr də uzun müddətli olmur. Ailə stereotiplərinin dəyişməsi cütlüyün intim münasibətlərinə də təsir göstərir. Kişi özünü sıxılmış hiss edərək cinsi əlaqələrdən də çəkinir. Qadında isə həyat yoldaşı ilə münasibətdə psixoloji çətinliklər yaranır. Əgər qadın ailədə bütün maliyyə məsələlərinə rəhbərlik edirsə, onda o özünü sevgili yox ailənin anası hiss edir. Çox yaxşı olardı ki, ərlərindən daha çox qazanan qadınlar, heç bir şəraitdə öz üstünlüklərini üzə vurmasınlar (Kişiyə minnət qoymaq, bunu hər gün vurğulamaq). Belə davranış təbii ki, mənfi reaksiya doğuracaq və ailədə problemi dərinləşdirəcək.

Həyat yoldaşınızın sizin üçün nə qədər önəmli olduğunu vurğulayın.Onun köməyinə, dəstəyinə hər zaman ehtiyac olduğunu bildirin. Qazancınızı ümumi ailə gəliri kimi yığın. Ailə üçün ev üçün nə isə əldə etmək qərarı verəndə mütləq məsləhətləşmək lazımdır. Ailədə münasibətləri daha etibarlı etmək üçün maaşınızın məbləğini gizlətmək lazım deyil. Yoldaşınızı günahlandırmayın, təziq göstəməyin. Bu yalnız mübahisələrə gətirib çıxaracaq. Amma həyat yoldaşınız bütün bunlara baxmayaraq yenə kobud diqqətsiz olursa – artıq düşünmək zamanı gəlir….. Hər halda qadın özü qərar verir.Bəzi işləyən yaxşı qazanan qadınları belə yaranmış vəziyyət qane edir.

Amma unutmayaq ailə müqəddəsdir.Evlilik zənciri elə ağırdır ki, onun yükünü ikilikdə daşımaq lazım gəlir. Ancaq qarşılıqlı məhəbbət və qarşılıqlı hörmət ailə həyatındakı anlaşılmazlıqları aradan qaldıra bilər.

Aygün Ağabalayeva

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

pcc.az

Go Back

Gənc qız psixologiyasına ailə dəstəyi

Hər bir fərd var olmaq və özünü ifadə etmək istəyər. Özünü ifadə edə bilməyən fərdlərdə özünə qapanma halları baş verir. Gənc qızın təhsilində edilə biləcək ən böyük səhv duyğularının gizlədilməsi və ailə tərəfindən heç sayılmasıdır. Etdiyi səhvlərə görə ailə tərəfindən alçaldılması ünsiyyət kanallarını bağlanmasına və mənfi mühitə yönəlməsinin sürətlənməsinə səbəb olacaq. Gənc qızların mütəxəssislərlə söhbətlərinin çoxunda valideynləri ilə ünsiyyət qura bilmədiyi üçün yanlış yola düşdükləri müşahidə edilir. Bu yaş dövründə sevgilisi olmaq fərqlilik və üstünlük kimi qəbul olunur. Bir gənc qıza bunun səbəbini soruşduqda bunu "Məni ailəm heç bir zaman anlamayıb, məni anlayan tək insan odur" kimi ifadə edə bilər. Belə olan halda valideynlər gənc qızı mühakimə etmədən, şəxsiyyətinə hörmət edərək danışmalıdır.

Sevgi gənc qızlar üçün vacib duyğudur. Bu dövrdə gənc yeniyetmələr ətrafındakılar tərəfindən sevilmək və qiymətli olduğunu görmək istəyirlər. Atalar "Qəlb insanın sarayıdır" ifadəsini deyərkən, həmin sarayın qapısının açarının sevgi olduğunu vurğulamışlar. Gənc qızın ürəyinin ailə tərəfindən qazanılması onun müsbət şəxsiyyət kimi inkişaf etməsi istiqamətində böyük təsirə malikdir. Əks halda, bu, mənfi vərdişlərin yaranması ilə nəticələnə bilər. Yetkinlik çağındakı gənc qız sevdikləri üçün çox şeydən imtina edə biləcək səviyyədə güclü sevgi hissi daşıyır. Bu vəziyyətdən sui-istifadə etmək istəyən pis niyyətli şəxslər "Səninlə evlənəcəyəm, burdan qaçacağıq, ailən onsuz da səni anlamır, səni tək sevən və anlayan mənəm" kimi gözəl, lakin boş və yalançı vədlərlə gənc qızı səhv addım atmağa yönləndirə bilər. Bu vəziyyətdə ailəsi ilə yaxşı münasibətləri olan və valideynləri ilə sıx ünsiyyəti olan qızlar belə boş vədlərə aldanmırlar. Ancaq ailəsi tərəfindən təzyiq və təhqirlərə məruz qalan gənc qızlar bunun vəziyyətdən çıxış yolu olduğunu düşünərək səhv addım atırlar. Bu vəziyyətin  yaranmaması üçün ailələrə bir neçə üsuldan yararlanmağı məsləhət görürük:

- Onunla duyğularını açıq şəkildə ifadə edə biləcəyi güclü bir ünsiyyət qurun.

- Ona sevgi göstərmək mövzusunda xəsis davranmayın.

- Onunla gözəl zaman keçirin və söhbətlərınızı çoxaldın.

- Gələcəklə əlaqədar ideyaları və karyera hədəfləri mövzusunda onunla söhbət edin.

- Qeyri-adi olsa da fikirlərini dinlədikdən sonra mənfi və müsbət nəticələri haqqında məlumat verin.

- Sosial və idman fəaliyyətlərinə birlikdə qatılmaq aranızdakı əlaqələri gücləndirəcək.

- Hər fərdin özəl olduğunu və onun üçün özəl olan şeylərin sizin üçün də əhəmiyyətli olduğunu ona hiss etdirin.

Bu və bunun kimi məsləhətləri çoxalda bilərik. Bir gənc qız özünə qapanıb ağlayanda "Mən istəyirəm ki, mənim problemlərim və duyğularımla maraqlanasınız. Bu problemlərlə təkbaşıma mübarizə apara bilmirəm, köməyinizə ehtiyacım var" mesajını ​​səssiz bir şəkildə ailəsinə göndərir.

Mövlananın  "Sevgidən bulanıq, çöküntülü sular dumduru bir hala gələr. Sevgidən dərdlər şəfa tapar, sevgidən ölülər dirilər. Sevgidən padşahlar qul olar" sözünü xatırlamalı və sevginin ən təsirli dərman olduğunu unutmamalıyıq.

noteaz.com

Go Back

Mənfi hisslər hansı orqanlara ziyan vurur?

Mənfi hisslər, idarə edə bilmədiyimiz duyğular sadəcə zehnimizi yormur, eyni zamanda daxili orqanlara da ziyan vurur. Türkiyəli professor doktor Birsel Kavaklı mənfi hisslərin orqanlara zərərlərindən danışıb. Əsəb və qaraciyər Həkimin sözlərinə görə, əsəb stress hormonlarının artmasına səbəb olur. Bu da öz növbəsində qaraciyərə təsir edir: “Əsəb xroniki xəstəliklərin əsas səbəblərindəndir. Qaraciyərə ən azı siqaret və spirtli içki qədər mənfi təsir edir. Əsəb keçirən insanın ürəyi bulanır, mədəsi və başı ağrıyır”. Kədər və ağciyərlər Birsel Kavaklının fikrincə, kədər hissi ən çox ağciyərlərə ziyan vurur. “Böyük bir itki ilə üzləşənlər sinədə ağrı hiss edirlər. Ona görə də, depressiyada olanlara və özünü çox kədərli, dərdli hiss edənlərə açıq havada yeriməyi məsləhət görürlər. Ağciyərlərə zərər dəyməməsi üçün açıq havaya çıxın və bir neçə dəfə dərindən nəfəs alın. Bu həm daxili orqanlara, həm də psixologiyanıza yaxşı təsir edəcək”. Həkim qeyd edib ki, dərd və kədər immunitet sisteminə də mənfi təsir edir. Qorxu və böyrəklər Daxili orqanlara pis təsir edən duyğulardan biri də qorxudur. Qorxmaq böyrəklərin büzüşməsinə səbəb olaraq onun fəaliyyətini zəiflədir. Zehni yorğunluq və dalaq Zehni yorğunluğun dalağı sıradan çıxartması bir az qəribə səslənsə və inandırıcı görünməsə də araşdırmalarla təsdiq edilən faktdır. Həddən artıq düşüncəli olmaq, çox fikirləşmək də dalaq üçün ən böyük təhlükədir. Nifrət və ürək Həkim mənfi duyğuların ürəyə də təsir etdiyini vurğulayıb. O qeyd edib ki, ürəyə ən çox ziyan vuran hiss nifrətdir. “Nifrət hissi ürəyin ritmini pozur. Ürək daha sürətlə döyünür. Bu isə həmin orqanın yorulması ilə nəticələnir”. Birsel Kavaklı mənfi hisslərin təsirindən qorunmağın tək yolunun müsbət düşüncələr və pozitiv enerji olduğunu qeyd edib. “Nifrət etmək əvəzinə sevin, gələcəyə ümidlə baxın. Bu həm mənəvi, həm də fiziki baxımdan sizə çox yaxşı təsir edəcək”.

Fb. psixologiya

Go Back

Sevgi, qadın və kişi psixologiyası

 

Əslində sevgi yalnızca baş-başa qalmaq istəyi deyil. Birlikdə olmaq istəyidir. Hər şeyi paylaşmaq istəyidir. Əgər cütlük ikilikdə darıxırsa deməli ilişgidə problem var. Sevgililərin ən böyük səhvi danışmamaqdır. Kimisə anlamaq üçün onunla danışmaq lazımdır. Susaraq anlaşmaq fikri yanlışdır. Və yalnız o zaman keçərlidir ki, susmaq lazımdır. İnsanlar çox vaxt tərsinə edirlər. Danışmaq lazım olanda susurlar. Ortada anlaşılmazlıq varsa onu danışaraq, açıqca hər şeyi söyləyərək çözmək olar. Örtülü bazar dostluğu pozar.

 

 
Cütlüyün ilişgisi əsgərlik arxadaşlarından, iş yoldaşlarından seçilmirsə münasibət dostluğa çevrilir. Sevgililər yalnız dost ola bilməz. Ola bilsəydi anlayışların adları başqa – başqa olmazdı. Birinə dost, birinə sevgili deməzdik. Bütün ilişgilərdə dostluq olmalıdır fikrinin motivi başqadır. Çünki bunun əksini də demək olar. Bütün ilişgilərdə sevgililik olmalıdır. Dostunu sevməlisən. Absurd səslənir. Dostu sevmirsənsə necə dost ola bilərsən. Sevgiliylə dost olmaq doğaldır. Dost deyilsənsə necə sevgilisən?!
 
Öyrəncə. Birgəlikdə öyrəncə amili də var. İnsanlar uzunmüddətli birgəlikdə bir-birinə öyrəşir. Bu da sonradan ilişginin sevgi olub olmamasını ayırd etməkdə zorluq yaradır. Bu gerçəkdir. İlişgilərdə 3 şeyi bir-birindən ayırd eləmək çətindir. Öyrəncə, ehtiras, sevgi. Əslində hər üçündə sevgi var. Yəni hər üçü də sevgidir. Dediyimiz kimi sevgisiz ilişki olmur. Sadəcə "yalnız bumu birləşdirir” məsələsi sual və problem doğura bilər. 
İnasanları yalnız bir şey birləşdirməli deyil. Birgəlik üçün bu çox azdır. Hər şey də birləşdirə bilməz. Bu da çox çoxdur. Çox şey birləşdirirsə bu gözəldir. Türk alimi prof. Mehmet Z.Sungurun dediyi kimi ailə "mən” –i unutmadan "biz” ola bilməkdir. Əgər ailə- birgəlik yalnız "biz” üzərində qurulubsa insanlar cinslərini unudur, ilişki sevgililik donundan çıxır. Şəxs, xarakter, dəyərlər dəyişir. Buddanın fikrincə pis alışqanlıqlar insanın dəyərlərini, dəyərlər xarakterini, xarakter münasibətlərini korlaya bilər. Birgəlikdə özünü unutmaq, məni unutmaq pis alışqanlıqdır. 
 

Ehtiras. Kişilərimiz arasında aparılan sorğuda qadının seksuallığı demək olar ki, səslənmir. Və ya çox az vurğulanır.

 

"Qadınlarda dəyər verdiyiniz nədir" sualının cavabı təxminən belə sıralanır.

 

 

.ağıl
.əxlaq
.şirindillik-pozitivlik 
4. sadiqlik
5. alicənablıq
6.gözəllik-çəkicilik
Bizim ortamda qadın partnyor kimi seçilmir. Kişilər evlilikdən öncə qadının seksual dəyərlərini bilmədikləri üçün "qadın necə olmalıdır” sualına qadınlıq üstünlüklərindən baxaraq deyil, adamlıq üstünlüklərindən baxaraq cavab verirlər. Avropa və Rusiyada kişiləri qadının qadınlığı daha çox maraqlandırır. Bu, ilişgilərin möhkəmliyi üçün önəmli sayılır. Onların fikrincə qadın zərif, mehriban, seksual və zəif olmalıdır. Ağıl xüsusi olaraq vurğulanmır. Çünki bu dəyərləri olan qadın avropa kişisi üçün artıq ağıllıdır. Digər tərəfdən onlar qadınları ağıllı hesab edirlər.
 

Qadınlara psixoloqların bir neçə məsləhəti.  

 

 
1. narkoman və alkoqoliklərdən uzaq olun. (nəinki ailə qurmaq, telefon nömrənizi belə verməyin)
2. xəsis kişilərdən qaçın
3. öz keçmiş ilişgilərindən sizə həvəslə danışan kişiləri seçməyin
4. yaxınları- dostu, valideynləri və s. ilə kobud davranan kişiləri uzaq tutun.
 
Psixoloqların fikrincə narkomanların və alkoqoliklərin eşləri gec ya tez özlərinə oxşayırlar. Belə adamlar maqnit kimi onları öz pis vərdişlərinə çəkir, ortamın ağır aurası partnyorun bütün enerjisini sorub çıxarır. Nəticədə adam gücsüzləşir. Və tabe olur. Gec olmadan canınızı qurtarın. Ona görə dünyada kişi narkomanlar və alkoqoliklər qadınlardan qat-qat çoxdur. 
Yaradıcı adamların içində içkiyə narkotikə qurşananlar daha çox olur. Bunun yeganə səbəbi yaradıcı adamların daxilən zəif olmasındadır.

 

Qadınlar özünə güvənən kişiləri sevirlər. Çox maraqlıdır ki, məşhur seriallar gedərkən statistik göstəricilərə görə qadınlar filmin müsbət kişi obrazını daha çox sevir, nəinki yaraşıqlı cavanı. Deməli əslində qadınlar üçün kişinin gözəlliyi o qədər də önəmli deyil. Onlar boş yerə "kişi meymundan bir az yaraşıqlı olmalıdır” demirlər.
 
Gözəl bir qadının yanında çirkin bir kişi görsək düşünərik: –Fərasətlidir. Bəli! Qadınlar fərasətli kişiləri sevir. Bir önəmli məsələdə qadınlar heç dəyişməzlər. Kişiyə güvənmək. İstər maço olsun, istərarıq. Güvən yarada bilməyən erkəyi qadınlar sevmir. 
Bizim cəmiyyətdə hər şey bir az fərqlidir əslində. Burda qadın kişini öz kurallarına və zövqünə uyğun seçmir. Vaxt çatır və o, sadəcə ailə qurmaq xətrinə ailə qurur. Sonrası artıq şans məsələsidir. Kişilərdə də durum eynidir. Onlar da qadını seçib, götür qoy – edib evlənmirlər. Evlənmək xətrinə evlənirlər. Bizim ailələrdə kişi xəyanətinə sakit münasibətin əsas səbəbi də budur. Ortada əsas faktor yoxdur. Sevgi! Sevdiyin adamın xəyanəti ağır gəlir.
 
Sevgisiz ailə iş yerinə çevrilir. Sevgililik olmur. Sevgililik olmayan halda seks sadəcə bir görəvdir. Seks qadın kişi arasında olduqca önəmli və ciddi bağdır. Ər- arvad bir yataqda görəv başındadırsa ailə sevgidən başqa hər səbəb üzündən qurulub demək. Belə ailələrdə kişilərin kənar macəralarına qadınlar susurlar, göz yumurlar. Çünki ər anlayışı onlar üçün sevdiyi kişi-sevgili anlayışından tam fərqli bir şeydir. Ər öncə uşaqların atasıdır. Ana- atanın kürəkənidir. Bacı –qardaşın yeznəsidir. Ailə başçısıdır. Bütün bunlar ərin başqa qadının sevgilisi olmasına əsas yaradır. Çünki ər sevgili də olmaq istəyir. 

 

Arvadlarını mətbəx kombaynı, qabyuyan maşın, uşaqların anası hesab edən kişilərin qadınları da sevgili olmaq ehtiyacı duyur. Sadəcə dünyanın bütün ölkələrində qadının xəyanəti daha yolverilməz sayıldığı üçün ərinin sevgilisi olmayan qadın çox vaxt özünə kənarda sevgili axtarmır. Və bu onun özünə diqqətsiz münasibəti ilə nəticələnir. Baxımsızlaşır, qadın olduğunu unudur və tədricən tamamilə formadan çıxıb mexaniki arvada çevrilir. Çox vaxt da belə qadınların sinir sistemi sıradan çıxır; aqressivləşirlər.

 

Avropa ailəsində xəyanət dəhşətli qarşılanır. Çünki ailə sevgi üzərində qurulur. Ailə qurana qədər onlar bir-birinin keçmiş ilişgilərini axtarıb aramırlar. Burunlarını sevgililərinin keçmişinə soxmurlar. Onlar üçün önəmli olan ailənin gələcəyidir. "Mənə qədər” o qədər də önəmli deyil. "Məndən sonra” isə çox önəmlidir. Bizim kişi evlənməmişdən qadının özünü deyil, bütün nəsil nəcabətini sorğulayacaq. Onun kimliyindən çox,öncələr kiminlə görüşdüyünü, kimi sevdiyini sorğulayacaq. Qızın ailəsi oğlanın genetik kodunu axtaracaq. Ulu babasının həyatını araşdıracaq. Evlilikdən sonra isə kişinin xəyanəti və çeşid-çeşid qadınlar barədə susulacaq.

 

Kişi ilə qadının anlaşmamasının əsas səbəbi onların bir-biri ilə səmimi olmaqdan qorxmasıdır.Məsələn kişi bəyəndiyi qadını tutaq ki, restorana dəvət edir. Qadın tez razılıq verməyə utanır, yüngülxasiyət görünməkdən qorxur. Kişi isə düşünür: Yəqin məndən xoşlanmır. Əslində belə deyil. Qadınlara səmimi olmaları üçün şərait yaradın. Axı siz lidersiz.
 
Bir gənc qadın masa bəzəyib, süstlənib ərinin işdən gəlməsini gözləyir. Ona sürpriz etmək istəyir. Kişinin də həmin gün tərslikdən işi uzanır. Qadın gecə yarısına kimi gözləyib əsəbləşir və masanı dağıdıb yatır. Qadınlarınıza gec gələcəyiniz zaman xəbər edin. Arabir onlara zəng vurub hal –əhval tutun. Və bunu kontrol üçün deyil, ilgi üçün edin. Qadınların ən böyük çatışmazlığı küsməkdir. Küsməkdənsə kişini arayıb "sevgilim, bu gün evə erkən gəl” demək olar. Durumu öyrənmək olar. Yox, qadın belə deyil. Kişinin onu kosmosdan duymasını istəyir. Qadınların yüzillik davası kişinin onu intuitiv anlamasını istəməsidir. Onlar bircə şeyi unudurlar. Kişilərdə intuisiya çox da inkişaf etməyib. Onlar ağıllarını işlədən, praqmatik varlıqlardır. İntuisiya qadının istedadıdır. Və kişinin səni göydə anlamasını istəmək absurddur. Ona fikrini dolayısı yolla deyil, birbaşa deməlisən. Bu hər şeyi qolaylaşdırar.
 
İnternetdə kişilərin qanunlarını haqda oxumuşdum. Özləri tərtib ediblər. Bir bəndində belə yazılıb.Necə ki, siz bizim kafedə saatlarla pivə içib, maç seyr etməyimizi anlamırsız, eləcə də biz sizin xeyli çanta almanızı anlamırıq.
Kişilər çox nadir hallarda öz qadınlarında sevmədiklərini üzə vururlar. Ancaq qadın kişisinin çatışmayan cəhətini gündə yüz dəfə təkrar etməkdən bezməz. Əgər kişi qüsurunuzu üzünüzə vurmursa bu qüsursuz olmanız anlamına gəlmir. 

 

Statistik göstəricilərə görə qadınlar pulu olmayan kişiyə üstünlük vermirlər. Ən xırda səbəbə görə. Qadın üçün kişi məqsədyönlü, güclü, uğur qazanmağa meyilli bir varlıqdır. Bu cür kişininsə mütləq qazancı olur. Əgər kişinin qazancı yoxdursa deməli işgüzar deyil,məqsədyönlü deyil. Deməli zəifdir, tənbəldir. Qadınların zəif və tənbəl kişilərdən zəhlələri gedir. Onlar güclü, işgüzar kişiyə çox şeyi bağışlayırlar. Yanlış anlaşılmasın. Pulu olduğu üçün deyil, pul qazana bildiyi üçün. 

 

Məşhur "kişilərə ağıllı qadın lazım deyil"  fikri də yanlış qarşılanır. Kişilər ağıllarını gözə soxan qadınları sevmirlər. Kişi naturaca liderdir. Bu təbiətin ona verdiyi üstünlükdür. İlk qəbilələrdə mağarada oturan qadın olub, ova gedən kişi. Qadının fiziki gücü ona ova getməyə imkan verməyib sadəcə. Bu liderliyi kişidən almaq lazım deyil. 
Liderliyi əlindən alınan kişi özünü aşağılanmış hiss edir. Ona ironiya ilə baxacaqsan, üzündə sarkazm olacaq, dodaqaltı güləcəksən və tamam. Kişi özünü pis hiss edəcək. Özünü yaxşı hiss etdiyi yerə gedəcək. Özünüzü kişidən ağıllı göstərməyə çalışmayın. Bunu bacaran qadın elə ağıllı qadındır. 

 

Kişinin əlindən qadını qorumaq instinktini, əgər bu instink onda təbiətən varsa, almaq günahdır. Bu onun ən həssas yeridir. Kişilər qadınlarını qorumaqdan sadəcə ləzzət alırlar. Əgər o sizə elementar "açıq –saçıq geyinmə, tək başına ora- bura getmə” deyirsə, bu qətiyyən onun sizə güvənmədiyi anlamına gəlmir. Bu onun sizə cavabdeh olma instinktinin formalarından biridir. Kişilər hətta qadının namusunu da öz boyunlarına götürməyə hazırdılar. Götürürlər də. Qadın onlar üçün dəyərdir. Qadınlarla kişilərin dəyər anlayışı fərqlidir. Kişilər öz dəyərlərinə daha məsuliyyətli yanaşırlar. Onların kurallarını kimsə poza bilməz. Bu üzdən sadəcə imkan verin sizi qorusun. O zatən başqa bir şey istəmir…

 

"Kişilərə qadından çox şey lazım deyil, qadınlarsa hər şey vermək istəyirlər."

Go Back

Sürətli arıqladıqda bədəndə nələr baş verir? - ZƏRƏRLƏRİ

Səhər-səhər kibrit qutusu ölçüsündə pendir, kilometrlərlə qaçış, günorta yağsız salat, saatlarla idman, axşam heç bir şey yemədən yenidən qaçış... 

Bu cür proqram çox qısa zamanda sizi arıqlada bilər. Bəs sonra? Nəzərə alın ki, arıqlayan zaman ruh və bədən sağlamlığına diqqət etmək lazımdır. Ailə.lent.az qidalanma və pəhriz məsləhətlərini təqdim edir. 

Sağlam arıqlamağın sirri maddələr mübadiləsini sürətləndirən balanslı qidalanma və bunu dəstəkləyən idman proqramı olmalıdır. Əks təqdirdə bədən mənfi təsirlərə məruz qalır, hətta sağlamlıq əldən gedir. 

Sürətli arıqladıqda bədəndə nələr baş verir? 

Şüursuzca edilən aşağı kalorili qeyri-sağlam arıqlama pəhrizi baş ağrısı, diqqət pozğunluğu, yorğunluq, ürək ritmində zəiflik, təzyiqin düşməsi, menstruasiya nizamsızlığı, qəbzlik, qansızlıq, dəridə quruluq, saç tökülməsi kimi bir çox problemlərə səbəb ola bilər. 

Arıqlama və çəkiyə nəzarət ancaq balanslı qidalanma proqramı ilə aparılmalıdır. Qısa zamanda arıqladan qarışımlar sidikqovucu, laksatif (bağırsaq boşaldıcı) xüsusiyyətlərə malikdir.

Bunun nəticəsində çəki aşağı kalori göstərməsinə baxmayaraq, itirilən yağ deyil, su olur. Pəhriz saxlayan insan bədənindəki su ilə birlikdə mineralları da itirir. Misal üçün, itirilən natrium/kalium tarazlığın pozulmasına, ürək əzələlərinin mənfi təsirlənməsinə səbəb olur. Aşağı kalori qəbulunun nəticəsində bədən müqavimətdən düşür, əzələ itkisinə uğrayır, yüksək protein pəhriz ketoz kimi böyrək funksiyalarına zərər verir, ani şəkər və təzyiq düşməsi kimi problemlərin yaranması ölümlə nəticələnəcək riskə yol açır. İnsanların kor-koranə qulaqdan alınan məlumatları və ya dostlarının saxladıqları pəhrizi özlərinə tətbiq etmək nəticəsində dəfələrlə kilo alıb-vermək maddələr mübadiləsini zəiflədir. Bu isə atılan kiloların artıqlaması ilə geri qaytarılmasına səbəb olur. 

Sürətli arıqlama fiziki baxımdan mənfi nəticələr yaradar. Üzdə çöküntü, bədəndə sallanma bunlara misaldır. Gənclərin arıqlamağı vərdiş halına gətirmələri isə qidalanma pozğunluğu yaradaraq, ciddi psixoloji (anoreksiya nevroza və ya bulumiya) problemlərə yol aça bilər. Bundan başqa, həddən çox kilolu insanların yetərincə karbohidrat, protein, yağ, vitamin və minerallardan məhrum olması, aşağı kolorili qidalanması, ağır məşqlər etməsi sağlamlıq baxımından ciddi risklər yaradır. Xüsusən ailəsində ürəklə bağlı problemləri olan insanların bu cür risklərdən uzaq olması məsləhətdir. 

Tez və asan arıqlamağın bir yolu yoxdur. Ancaq hər fərdin özünə uyğun qidalanma proqramı və professional bir köməklə çəkinin qaydaya salınması mümkündür. Bunun üçün də xüsusən çəkinin artmasına səbəb olan səhhətlə bağlı problemi aradan qaldırmaq lazımdır. Bu məqamlar diqqətdə saxlanılmadan bəzi müvəqqəti uğurlar əldə edilsə belə, təsirli və qalıcı nəticələr əldə edilmir. Arıqlamaq müəyyən bir prosesdir, bu proses vaxt, əzm, iradə, səbr, nizam-intizam, dayanıqlılıq tələb edir. Artıq çəkisi olanlar xüsusən bunları nəzərə almalıdırlar. 

Mənbə:Aile.Lent.az 

Go Back

"Təhlükəli" qadınların 10 möhtəşəm özəlliyi

Cəmiyyətdə “təhlükəli qadın” adlandırılan xüsusi qadınlar var. Bəs onların belə adlandırılmasının səbəbi nədir? Təhlükəli olmalarının arxasında hansı səbəblər yatır? Gəlin, bu mükəmməl qadınların ən vacib 10 xüsusiyyətini birlikdə nəzərdən keçirək.

1. Ürəkləri istədiyi kimi geyinirlər

Onların qarderobları müxtəliflik üzərində qurulub. Hiss etdikləri kimi geyinməyi sevirlər və ətrafdakıların fikirlərindən zərrə qədər də narahat olmurlar. Özlərinə olan inamları ətraflarını da sanki sehrə salır və başqalarında xor görüləcək hər şey bu qadınlar üçün adi hal kimi görülür. Çünki onların fikirlərinə və seçimlərinə qarşı çıxmaq hər adamın bacaracağı iş deyil.

2. Hər şeyi böyük həyəcan və ehtirasla edirlər

Hər şeyi böyük həvəs və həyəcanla edirlər. Kişilər bu cür qadınların yanında özlərini rahat deyil, canlı hiss edirlər. Münasibətdə olduqları kişiyə macəra və həyəcan dolu sevgi bəxş edirlər. Əgər rahatlıq axtarırsınızsa, bu qadınlardan uzaq durun. Çünki, yəqin ki münasibətiniz alınmaz və bu qadınlar sizi daha tez tərk edərlər.

3. Xilas gözləyən balaca qızcığaz olmaq onlara uyğun deyil

Kişilər qəhrəman olmağı sevirlər. Bunu yaxşı bilən qadınlar da özlərini xilas olmağa ehtiyacı olan qızcığaz roluna salmağı sevirlər. Lakin, bizim danışdığımız qadın tipi bunu etməyi heç ağlına da gətirməz. O, buna alçalmaq kimi baxır və özü güclü olmağı sevir. Onunla olmağı seçən kişi də bunu bilərək münasibətə başladığı üçün güclü şəxsiyyətə malik bir insan olur. Belə qadınlar heç kimin iradəsiylə hərəkət etmir və seçimlərinə 100 faizlik hörmət tələb edirlər. Onları kiminsə yönləndirməsi mümkün deyil.

4. Diqqət çəkirlər

Qadın nə qədər gözəl olursa olsun, özünə inamı yoxdursa, heç vaxt diqqət çəkməyəcək. Lakin özünə inamı yüksək olan qadınlar hər yerə işıq kimi yayılırlar. Onların gəzişi, davranışları və səslərindəki inam qıvılcımları hər kəsin diqqətini çəkir. Bu qadınlar ilk görüşdən insanda çox böyük təəssürat yaratmağı bacarırlar.

5. Hər şeyi konkret və açıq deməyi bacarırlar

Özlərini ifadə etməklə bağlı problemləri yoxdur və simalarını heç vaxt gizlətmirlər. Onları olduqları kimi qəbul etmədiyiniz halda, həyatlarına daxil ola bilməzsiniz. Bir çox insan yalanı sevmədiyini desə də, qarşılarına açıq sözlü insanlar çıxdıqda qaçmağı üstün tuturlar.

6. Mübarizdirlər

Keçmiş onlar üçün ancaq bir şeyə görə dəyərlidir – bu gün olduqları insanı formalaşdırdığı üçün. Yaşadıqları bütün çətinliklərə baxmayaraq, heç vaxt mübarizə etməkdən əl çəkmirlər. Həyatdakı bir çox şeyin dəyərini bilməyi öyrəniblər. Onları incidən insanlardan da çox şey öyrənməyi bacarıblar və nə qədər yıxılsalar da, mütləq qalxmaq üçün özlərində güc tapırlar.

7. Sevgiləri də güclüdür

Bu qadınlar qarşılarındakı insanı olduğu kimi qəbul edib, sevməyi bacarırlar. Onlar kimisə dəyişdirməyə çalışmır, sevdikləri insanla qarşılıqlı və böyük sevgi yaşayırlar. Özləri qədər sevgiləri də güclüdür.

8. Eqoizmə deyil, fədakarlığa inanırlar

Onlar eqoist deyillər, sevdikləri insanlar üçün planlarını dəyişdirmək gücü tapacaq qədər cəsarətlidirlər. Fədakarlıq etmək onlar üçün alçalmaq deyil. Əgər bir şeyin doğruluğuna ürəkdən inansalar, həmin şey üçün hər şeydən keçməyə hazırdırlar.

9. Sizə bir çox şey öyrədə bilərlər

Əgər eqonuz şişkindirsə və qadının sizə nəsə öyrətməsini qəbul etməyi özünüzə sığışdırmırsınızsa, bu qadınlar sizlik deyil. Hətta siz onlarla bir yerdə olmaq istəsəniz də, bir addımlıqlarına da yaxınlaşa bilməzsiniz. Bu qadınlar özünə inamı olan və hər şeyə açıq olan güclü kişilərin yanında olurlar. Siz onlardan həyata dair mütləq nəsə öyrənə bilirsiniz.

10. Hissləri güclüdür

Nə qədər güclü olsalar da, onlar öz hisslərinə təslim olmağı da bacarırlar. Təhlükəli qadınlar təbii olan heç nəyi ayıb hesab etmirlər. İncidikdə ağlamağı da bacarır, lakin daha sonra mütləq qəti qərarlar qəbul edirlər.

qadin.net

Go Back

XANIMLARIN ƏZİYYƏT ÇƏKDİYİ PSİXOLOJİ SİNDROMLAR

Psixologiyada, məşhur əsərlərdən götürülmüş, əsas qadın qəhrəmanlara aid olan sindromlar.

Hamımız klassiklərin əsərlərini oxumuşuq. Qadınların daha çox üstünlük verdiyi janr, əlbətdəki, romantizm – sevgidir.  Lakin bu əsəri oxuyandan sonra bəzi qadınlar özləri onların həyatını yaşamaq eşqinə düşürlər. Kiminsə həyatını yaşamaq heçdə insana asan başa gəlmir; əksinə, ideal kişi axtarışında olan qadın ona qovuşa bilmədikcə, özünə qapanır, depressiyaya uğrayır.

Psixologiyada bir neçə sindrom varki, onları sizin nəzərinizə çatdırmaq istəyirik.

Anna Karenina sindromu.

Klinik portret: “Məni heç kəs sevmir. İsterik davranış – mən dünyanın mərkəziyəm. Hamı məni sevməlidi, ama niyə belə olmur?! Birdən məndən daha yaxşısını tapar. Mən hiss edirəm, o, mənə xəyanət edir.”

 

Əslində belə qadınlar pataloji qısqanclıqdan əziyyət çəkirlər. Özlərini çıxılmaz vəziyyətə salırlar. Çünki, realda onu atmaq istəyən olmayıb. Nəticədə özündə irrasional düşüncə formalaşdırır.

 

Elizabet Bennet sindromu.

Klinik portret: “Bu sindromdan əziyyət çəkən qadınlar öz intellektini nümayiş eləməyə can atırlar. Hamını ağlına görə qiymətləndirən, dəyər verən bir qadın obrazıdır. Kimi ki, Elizabet sevmir, vay onların halına! İntellektual söhbətlər, atmacalar sizin peşinizi buraxmayacaq.

Skarlett Oxara sindromu.

Klinik porter: Bu qadın üçün həyatda yüngül yol mövcud deyil. Çətinlikləri sevən, problemləri həll edən bir güclü, dəmir ledi. O, problem olmayanda özünü xoşbəxt hiss edə bilməyən bir qadındır. Şəxsi həyatı sakit olsa, o bədbəxt olar. O ehtiras burulğanına düşmək fikirindədir. O kişi ürəklərinin ovçusudur. Onu əldə etmək üçün ona laqeyid olun.

Rebekka Şarp sindromu.

Klinik porter: “Mən kimdən əksiyəm?!” Onun fikrincə, onda bütün qadına lazım olan xüsusiyyətlər vardır. Lakin bəxti gətirməyib ki, kasıb ailədə dünyaya gəlib. Ən böyük arzusu – yüksək vəzifəli insanlar sırasında olmaqdır. Bunun üçün bütün gücünü səfərbər edən Miss Şarpln qarşısında dayanmaq olmaz. Ambisioz olan bu qız, hamını yox etməyə hazırdır.

Nastasya Filipovna sindromu.

Klinik portret: “Kimi bu gün acılayım?! Kimi əsəbləşdirim?! Kim məni özümdən çıxartsın ki, mən ağlayım?!”Onun fikrincə, qadın isterik və nevrotik olmalıdırki, ona fikir versinlər. O ehtiras axtarır, qanı qaynayır, pul xərcləməyi sevir.

Fantaziyası möhkəm olan bu qadınlar özlərindən başqa heçkəsi sevmirlər.

Bu şəxsiyyət növlərinin formalaşması patoloji şəxsiyyət pozuntusuna gətirə bilər. Klinik simptomatikaya fikir verək:

  • İsterik elementlərin mövcudluğu
  • Emosional labillik, davamsızlıq
  • Bədbinlik
  • Konfliklərə meyllilik
  • Aqressivlik
  • Ideallaşma
  • Yüksək qiymətli fikirlərin olması

Belə qadınlara mütləq şəkildə öz həyat tərzlərini dəyişmək, daxili aləmlərini inkişaf etdirmək, dəyərləri yenidən qiymətləndirmə və psixoterapiya lazımdır.

Hazırladılar: Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu – Reyhan Mirzağayeva və Klinik Psixoloq- Aydan Xasməmmədzadə.

pcc.az

Go Back

Ailələrin kabusu - VAGİNİZİM

Günümüzün artmaqda olan psixoloji problemləri arasında vaginizmin xüsusi yeri vardır.  Çox zaman bununla üzləşməyə, bu cür problemimizin olduğunu qəbullanmağa utanırıq. Nəticədə mənəvi gərginlik yaşayaraq depressiv vəziyyətlərin qurbanı oluruq.

Tibbi nöqteyi-nəzərdən problemi araşdırdıqda vaginizm-mm, bulbospongiosus, levator ani, adductores femoris  qarnın ön divarı əzələlərinin qıcolma şəklində yığılmaları nəticəsində cinsi həyat mümkün olmayan nevrogen xəstəlik olduğunu görərik. Cinsi həyat pozulmalarına həmçinin onun inkişaf çatışmazlığı, ağrı, cinsi soyuqluq forması və yaxud təmin edilmə, pozğunluqlar aiddir.

Araşdırmalar göstərir ki,  xəstəliyin çox az hissəsi ginekoloji  səbəblə bağlı olduğu təqdirdə, əksərən əsasında psixoloji amillər dayanır. Toy gecəsi daha çox özünü göstərən bu problemdən sonra artıq xəstələrdə cinsi həyata marağın azalması, qorxu halları artmağa başlayır. Hətta əvvəllər normal cinsi həyatı olan insanlarda belə müyyən psixoloji travmalardan, cərrahi əməliyyatlardan sonra vaginizm əlamətləri yarana bilir.

Vaginizmin simptomları hansılardır?

Ən geniş yayılmış əlamətləri-taxikardiya, tərləmə, geriyə çəkilmə, cinsi əlaqə zamanı yanma, ağrı və bunun nəticəsində cinsi istəksizlik, cinsəl fobiyadır. Bu cür fobiyalar nəticəsində ailədən uzaqlaşma, özünə qapanma, ailədaxili mübahisələr artır.

Vaginizmin müalicəsi varmı?

Vaginizm çarəsi olmayan bir problem deyil. Çox əminliklə qeyd etmək istəyirəm ki, sadəcə bir neçə psixoloji seansla siz bu problemdən çox asanlıqla azad ola bilərsiz. Praktik təcrübəmiz göstərir ki, bu halla üzləşən bir neçə passientimiz sadəcə inanib, cəasrət edib bizə müraciət etməklə heç bir dərman vasitələrindən istifadə etmədən  xoşbəxt bir şəkildə ailə həyatlarına davam etmişlər. Bu problemin sizin həyatınıza mane olmasına izin verməyin.

Gülər Məmmədova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu, Azərbaycan Dövlət Pedoqoji Universitetinin psixologiya kafedrasının müəlliməsi

pcc.az

Go Back

20 nəticə göstərilir