Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Sağlamlıq"

HƏM DƏ MƏDƏNİYYƏT OLAN İSTİRAHƏT: ONU NECƏ QURMALI?

Təbiət qoynunda, telefondan, internetdən uzaq…

“İstirahətə vaxt tapa bilməyən insanlar, gec-tez xəstəliyə vaxt tapmağa məcbur olacaqlar”. Bu fikir Con Vanameykerə məxsusdur. Xüsusilə yay aylarında hər kəs mütləq istirahətə vaxt ayırmağa çalışır, etməlidir də. Çünki isti yay günlərini bütünlüklə iş başında olan, istirahət etməyən şəxsdən yeni mövsümdə fərqli ideya, iş gözləmək də olmaz.

İstirahət deyəndə isə hər kəs fərqli fikir səsləndirir. Kiminə görə istirahət ailəsinin yanında olmaq, kiminə görə fərqli yerlər gəzməkdir, digərinə görə isə işə aid hər şeydən uzaqlaşmaq… Bu siyahını kifayət qədər uzatmaq da olar. Amma bizdə istirahət dedikdə çox insanın düşüncəsinə “yemək-içmək” məsələsi hakim olur.  Bir sözlə, istirahət həm də mədəniyyətdir. Biz istirahət mədəniyyətini necə qurmalıyıq?

Mineral sulardan istifadə etmək, şehli çəmənlikdə gəzmək…

“Luna Travel” turizm agentliyinin direktoru Rəhman Quliyev “Kaspi”yə açıqlamasında bildirdi ki, tibbi cəhətdən dünya təcrübəsində həkimlər səyahət etməyi, gəzməyi xəstələrə dərman kimi məsləhət görürlər: “Gəzmək, səyahət etmək bir nömrəli müalicə deməkdir. İnsan psixologiyasına ən müsbət təsir edən amillərdən biri səyahətdir. Bu elmi cəhətdən də sübut olunub. Bizdə həkimlər adətən dərmanlara üstünlük verirlər. Amma Avropada müayinəyə gedəndə, həkimin məsləhətindən biri də səyahət, istirahət olur. Avropada bəzi həkimlər Naftalana gəlməyi tövsiyə edirlər. Səhər, yaxud axşamlar dəniz qırağında gəzinti, mineral sulardan istifadə etmək, şehli çəmənlikdə gəzmək. Bunlar hamısı turistin özünün müalicəsinə birbaşa təsir edən amillərdəndir. İstirahət etmək üçün böyük maliyyənin olması şərt deyil. Hər kəs cibinə uyğun nəsə edə bilər”.

“Yemək üstünlük təşkil edəndə…”

R.Quliyev deyir ki, bizdə istirahət deyəndə, yerli turistlərin önəm verdiyi əsas məsələlərdən biri, hətta bəzən birincisi “yemək-içmək məclisi” olur: “İstirahət anlayışı azərbaycanlıların psixologiyasında əcnəbilərdən bir az fərqlidir. Bizdə istirahət deyəndə yemək məclisi ən vacib amil olaraq nəzərdə tutulur. Antalyada otel sifariş verəndə ilk suallardan biri yeməklə bağlı olur. Müalicə məqsədli istirahətlərdə belə birinci yeməklə maraqlanırlar. Amma əcnəbi turistlərdə yemək diqqət mərkəzində olmur. Avropalıları, rusiyalıları, yaxud körfəz ölkələrindən olanları Azərbaycana, əsasən çimərlik turizmi ilə cəlb edə bilərik. Onlar oteli, yeməyi deyil, dənizi, dənizdəki mineralları fikirləşirlər. Bizim yeməklə maraqlanmağımıza pis baxmıram, qınamaq olmaz. Bu, illərdən formalaşmış bir yanaşmadır. Yaxşı yeməyə, geyinməyə adət etmişik. Rusiyadan gələn turistə otel, xidmətlər haqda məlumat verəndə deyir ki, yeməyi yox, təbiəti, dənizi de, gəzməli, sakit istirahət etməli yer olsun. Yemək üstünlük təşkil edəndə, ağırlıq olur, istirahət yox”.

“Önəmlisi odur ki, istirahəti nə üçün etdiyini biləsən”

Psixoloq Elnur Rüstəmov deyir ki, istirahət anlayışı insandan-insana dəyişir. Yəni kimə necə xoşdursa, o cür edə bilər: “Kimisi gərgin işdən sonra ailəsi ilə vaxt keçirməyi, kimisi valideynlərinin yanında olmağı, kimisi də dostlarla vaxt keçirməyi istirahət bilir, kimisi də yarımçıq qalan işləri tamamlamağı. Yaradıcı insanlar, elm adamları yay istirahətindən yarımçıq işlərini görmək cəhətdən də yararlanırlar. Yazıçıların, şairlərin əsərlərinə baxsaq, görərik ki, onların bir qismi yay aylarında yazılıb. Həm dincəliblər, həm də əsərlərini tamamlayıblar. Bu, fərdidir. Önəmlisi odur ki, istirahəti nə üçün etdiyini biləsən. Onsuz da çalışan insanlar uzunmüddətli istirahət etmirlər. Qısamüddətli istirahətə üstünük verirlər. Çox yaxşı olar ki, doğmalara, yaxınlara vaxt ayrılsın. Çünki bu gün biz çox dinamik bir həyat yaşayırıq, doğmalara az vaxt ayırırıq. Ona görə ailəyə, uşaqlara vaxt ayırmaq yaxşıdır”.

Ailə ilə birlikdə

E.Rüstəmov deyir ki, istirahət zamanı telefondan, internetdən mümkün qədər uzaq durmaq yaxşı olar: “Bu gün istirahət bir az fərqli anlam daşıyır. Yeyib-içmək, yaxud şəkil çəkdirib sosial şəbəkədə paylaşmaq… Bəzən üç gün istirahətdə olurlar, bir ay şəkil paylaşırlar. Bunun pis olduğunu demirəm, təki xoş şeylər çox olsun. Yəni istirahət fərdi xarakter daşıyır. Bu da informasiya əsrinin yaratmış olduğu nüanslardan biridir. Amma insan da var ki, istirahət zamanı sosial şəbəkədən, işdən uzaq durmaq istəyir. Biz də tövsiyə edirik ki, istirahət edərkən telefondan, internetdən mümkün qədər uzaq dayansınlar. Alınmırsa, az istifadə etsinlər. İstirahətdə olarkən bütün günü əldə telefon olması doğru bir şey deyil. İstirahətin effektli olması üçün işdən, gərginlikdən uzaq durmaq lazımdır”.

İstirahətə nə qədər vaxt ayrılmasına gəlincə, psixoloq bunun da fərdlərə görə dəyişdiyini dedi: “Şəxsən mənim özümə 4-5 günlük istirahət tam bəs edir. 15 gün gedib istirahət etmək mənə çatmır. Amma adam var ki, gərək istirahəti üçün xeyli vaxt ayırsın. Vaxt və istirahətin növündən, məkanından asılı olmayaraq, çalışmaq lazımdır ki, ailə ilə bir yerdə plan qurulsun, bir yerdə xoş anlar keçirilsin, can deyib, can eşitsinlər. Amma bəzən istirahətə gedərkən də dalaşırlar, qayıdarkən də. Bu cür istirahətə getməyin nə mənası oldu?”

“Tibbi cəhətdən yanaşsaq, gəzmək daha məsləhətlidir”

Həkim-terapevt İbrahim Əfəndiyevin sözlərinə görə, təbiət qoynunda istirahət sağlamlıq üçün ən gözəlidir: “Adətən, biz ili sentyabr ayından qururuq. Çünki işlər, dərslər bu ayda başlayır. O vaxtdan da insanların beyninin bir qismində növbəti yayın istirahət planı durur. Hər kəs öz maddi durumuna görə təbii ki istirahət edəcəyi yeri də seçir. Ölkə xaricinə gedənlər də var, regionlarımızı seçənlər də. Elə insanlar var ki, Bakı daxilində şəhərdə əyləncə yerlərinə, dəniz kənarına, çimərliklərə getməklə  istirahət müddətlərini bitirirlər. Amma bir qisim adamlar gəzməyi, təbiət qoynunda olmağı sevirlər. Tibbi cəhətdən yanaşsaq, gəzmək daha məsləhətlidir. Həm sağlamlıq üçün yaxşıdır, həm də “çox gəzən çox bilər” misalının təsdiqi üçün. İstirahət deyərkən, yaşadığımız şəhərdən mümkün qədər uzaqda olmaq lazımdır. Çünki Bakının ekoloji xüsusiyyəti kənd yerlərindəkindən qat-qat aşağıdır. Ona görə bir ay, ay yarım Bakının kəndlərinə, respublikamızın digər yerlərinə getmək gözəl olar. Təbiət qoynunda olan istirahət zamanı orqanizm bol oksigen qəbul edir. Yaxud kənd yerlərindəki təbii suyun yerini heç nə vermir. O sulardan istifadə etmək çox xeyirlidir”.

Qidalanmaya diqqət…

Həkim deyir ki, istirahət zamanı qidalanmaya da diqqət etmək vacibdir: “İnsanlar istirahət zamanı yeməyə çox diqqət ayırırlar. Çünki psixoloji olaraq düşünürlər ki, artıq heç yerə tələsmirlər. İşə çağıran yoxdur, tezdən durub harasa getməyəcəklər. Tam arxayınlıqla  süfrənin üstünə xeyli qida düzürlər və uzun müddət də yeyirlər. İstirahət olduğu üçün bunu tam qadağan etmək də olmaz. Amma bu, davamlı olaraq təkrarlanarsa, gələcəkdə onlar üçün istirahət olmayacaq. İstər-istəməz çox yemək orqanizmə mənfi təsirini göstərəcək. Təmiz hava olan yerdə iştaha da artır. Ona görə həm də çox yeyilir. İstirahət zamanı bir az çox yeməkdən, çəki almaqdan qorxmaq olmaz. Bunun üçün özünü gərginliyə salmağa ehtiyac yoxdur. Əgər bu il bir-iki kilo çəki alıbsınızsa, gələn il istirahətə gedərkən sizi kökəltməyəcək bir qida rejimi seçə bilərsiniz. Rayonda bişirilən yeməklərin tərkibindəkilər ekoloji cəhətdən təmizdir. Ona görə rayonlara gedənlər o qidalardan vaz keçə bilmirlər”.

“Uşaqları istirahətə öyrəşdirmək lazımdır”

Bir çox hallarda, azyaşlı uşaqla istirahətə getməkdən valideynlər çəkinirlər. Bunu onların tez xəstələnməyi ilə əlaqələndirirlər. Həkim deyir ki, uşaqları öyrəşdirmək lazımdır: “Uşaqları nəinki rayonlara, eyni zamanda Bakı şəhəri daxilində də istirahətə tez-tez aparmaq lazımdır. Çox zaman hava bir az soyuq olan kimi uşağı “xəstələnər” deyib, çölə çıxarmırlar. Amma Bakının havası daha sərtdir, uşaq bu havaya öyrəşməlidir. Həyətə çıxmayan, hər yerə maşınla gedib-gələn uşaqlar, əlbəttə ki, çölə çıxdıqda hətta isti hava olsa da, xəstələnəcəklər, mədə-bağırsaq infeksiyaları baş qaldıracaq. Bir də səyahət zamanı uşağı soyuqdan gözləmək lazımdır. Xarici ölkəyə gedirsinizsə, uşaqlar üçün bir günlük yemək aparılsın. Onların mətbəxi ilə tanış olmadığımız üçün bunu nəzərə almaq lazımdır”.

Aygün Asimqızı

pcc.az

 

Go Back

DİZARTİRİYA NƏDİR?

         Dizartiriya danışığın pozulmasına səbəb olan bir haldır.Dizartiriyanın səbəbi,danışarkən istifadə edilən üz əzələlərinə nəzarət edilməsində cətinlik yaranması ya da əzələlərin zəif olmasıdır.Dizartiriyanın sıx görülən səbəbləri enmə,beyin ziyanı,beyin şişi,üz iflicinə səbəb olan vəziyyətlərdir.Bundan başqa dizartiriyanın yaranmasına səbəb başın zədələnməsi,narkotiklər və sakitləşdiricilərdə də dizartiriyanın yaranmasına daxildir.

      Dizartiriyanın əlamətləri:

  Danışığın sürətinin yavaş olması;

  Pıçıltıdan daha yüksək səslə danışmaq;

  Başa düşülməsi çətin olan sürətdə danışmaq;

  Davamsız və ya anormal danışıq tərzi ;

  Dil və ya üz əzələlərini hərəkət etdirməkdə çətinlik;

          Anlaşılan bir tərzdə danışma istedadınızda dəyişikliklər olduğunda,danışığınızdakı  düzgün sözlərdə problemlər yarandıqda həkimə müraciət edin.

          Əgər dizartiriyası olan bir ailə fərdi ya da dostunuz,tanışınız varsa ,aşağıdakı ipucları həmin adamla daha yaxşı münasibət qurmağınızı təmin edə bilər.

  Adama danışması üçün zaman ayırın;

  Cümlələri tamamlamayın ya da səfləri düzətməyin;

  Adam danışarkən ona baxın;

  Mühitdəki diqqət dağıdan səsləri azaldın;

  Əgər onu başa düşməkdə çətinlik çəkirsinizsə,bunu bilməsinə çalışın;

 

 

                                          Tərcümə etdi:

         Narınc uşaq psixologiya mərkəzinin könüllüsü: Salamzadə Afaq

Go Back

Akvaterapiya

Akvaterapiya psixoterapevtik və bilavasitə bədən xəstəliklərinin müalicəsi ilə əlaqədar olaraq iki yerə bölünür. Təcrübə göstərir ki, su mühitinə uyğunlaşma və ona qarşı qorxunun dəf edilməsi psixoloji problemlərin asan həll olmasına səbəb olur. 
Xüsusilə psixoloji qiymətləndirmə əhəmiyyətli dərəcədə yaxşılaşır, ətrafdakılarla münasibətlərdə yaxşılığa doğru dəyişikliklər müşahidə edilir, əhval-ruhiyyə, yaradıcı potensial və işgüzarlıq yaxşılaşır, xəstə müxtəlif “fobiya”, izah olunmayan həyəcan və başqa mənfi psixofizioloji hallardan azad olur. Akvaterapiyanın köməyi ilə bir sıra xəstəlikləri müalicə etmək olar: 
— Dayaq-hərəkət aparatının problemləri; 
— Kəllə-beyin travmaları; 
— Ürək-damar sisteminin xəstəlikləri; 
— Uşaqlarda Uşaq Serebral İflici xəstəlikləri; 
— Hamilələrdə uşaqsalma təhlükəsi və s.
Üzgüçülük xüsusilə uşaqlara müsbət təsir edir. Su ilə ünsiyyət uşaqlara yeni duyğu, emosiyalar aləmini dərk etməyə kömək edir, onların qarşısında inkişaf və təkmilləşmənin geniş perspektivləri açılır. Su ilə ünsiyyət nəinki uşaqlara, həmçinin hamilə qadınlara, doğuş zamanı travma alan və bununla əlaqədar beynin oksigenlə təmin olunması problemləri olanlara böyük fayda verir. Onlar nəinki suyun altına dalmağa, həmçinin nəfəsin saxlanmasına mənfi münasibət bəsləyirlər. Su dərini təmizləyir, qan dövranı və tənəffüsün yaxşılaşmasına, əzələlərin inkişafına səbəb olur. Suya daxil olan bədən çəkisizliyə oxşar vəziyyətə düşür. Bu skelet-əzələ sistemini (xüsusilə gün ərzində daimi qravitasiya yükü daşıyan əzələlər qrupunu) yüngülləşdirməyə və ürək-damar və dayaq-hərəkət sistemlərini əlavə olaraq yükləmədən terapevtik təsir üsullarından istifadə etməyə imkan verir.
Su çox gözəl yüngülləşdirici vasitədir və onun köməyi ilə insanın həyat tonusu və enerjisi yüksəlir. Akvaterapiya stresə və depressiyaya qarşı da əvəzsiz müsbət təsir göstərir. Hər gün maye qəbul edilməsinin zəruriliyi hamıya məlumdur. Lakin qaynadılmamış, distillə edilməmiş su içmək daha yaxşıdır. Gündə heç olmasa bir dəfə bir stəkan suyun qəbulu qida sisteminin fəaliyyətini yaxşılaşdırır, orqanizmə cavanlıq və gözəllik bəxş edir. Hovuz reabilitasiyası bir sıra xəstəliklər zamanı tövsiyə edilir:

 

  • Travmalar (sınıqlar, bağ və əzələ zədələri) və onların nəticələri. Su məşğələləri zamanı əzələlər boşalır və oynağın hərəkətliyinin atmasına səbəb olur.
  • Dayaq və hərəkət xəstəlikləri. Onurğa sütununun və iri oynaqların üzərinə düşən yükləməni azaldaraq xəstə xüsusi gərginliksiz oynaqların hərəkətlərini artırmaq imkanı əldə edir.
  • Nevroloji xəstəliklər, insult və kəllə-beyin travmalarının nəticələri.
  • Vegeto-damar distoniyası, miqren kimi damar pozğunluqları. Üzgüçülük sayəsində ağciyərlərdə tənəffüsün yaxşılaşması, qanın oksigenlə zənginləşməsi, qan dövranı stimullaşması.
  • Zalda məşğul olmağa mane olan artıq çəki kütləsi ilə müşahidə edilən endokrin pozğunluqları.
  • Nevroz, xroniki yorğunluq sindromu, depressiv və həyəcan halları kimi müxtəlif emosional pozğunluqlar.

«Herba flora» jurnalı 

Go Back

Smartfonlar uşaqlarda nitq gecikmələrinə səbəb olur

Ailələrin uşağın inkişafı ilə bağlı gözlədikləri ən əsas mərhələ dil açması, danışmasıdır. Nitq uşaqların ümumi, eyni zamanda əqli inkişafının da əsas göstəricisidir.

Bu asan olmayan möcüzəvi hadisə uşaqların əksəriyyətində öz-özünə baş versə də bir anda olmur.

Azertag.az bildirir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin qulaq, burun, boğaz xəstəlikləri kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Afaq Abbasova bildirib.

A.Abbasova deyib: "Körpələr əslində anadan olandan ünsiyyətə başlayırlar və bir yaşlarında artıq ilk sözlərini söyləyirlər. Uşaqlar adətən 18 aylığında 20, 24 aylığında ən az 50 söz deməli, iki yaşında isə iki sözlü cümlələr qura bilməlidirlər. Amma bu hər zaman belə olmaya bilər, yəni nitqin inkişafı gecikə bilər. Bundan əlavə bəzi körpələr vaxtında danışmağa başlasalar da səsləri düzgün tələffüz etməz və ya düzgün sırayla deməyə bilərlər. Nitq problemləri sadə görünsə də bəzən daha ağır halların ilk əlaməti ola bilər. Bu cür nitq problemləri müşahidə olunan uşaqların gələcəkdə oxuma-yazmasında da çətinliklər görülə bilər.

Nitq qüsurları ilə bağlı problemlərin səbəbləri çox fərqlidir. Bunlardan anadangəlmə xromosom anomaliyaları, genetik xəstəliklər, zəka geriliyi, eşitmə azlığı, dodaq-damaq yarığı, ailədə nitq gecikməsi halları, autizm, uşağın böyüdüyü mühit, nitqin inkişafını dəstəkləyən ətraf qıcıqların azlığı tək-tək və ya birlikdə nitq qüsurlarına səbəb ola bilər. Günümüzün ən böyük problemlərindən biri də telefon, televizor, smartfonlardır. Artıq bu vasitələrin uşaqlar tərəfindən çox istifadəsinin də nitq gecikmələrinə səbəb olduğu təsdiqlənib. Uşaqlarda rast gəlinən nitq problemləri əsasən dil gecikməsi, dili anlama və ya ifadə etmədə olan problemlər, artikulyasiya, yəni tələffüz və fenoloji, yəni səslərin doğru ardıcıllıqla deyə bilməmək, axıcı danışıq, yəni kəkəməlikdir. Sadalanan bu problemlər müşahidə edildikdə həkimə müraciət etmək lazımdır".


 

Go Back

İşdə diqqətsizlik sindromu ilə necə mübarizə aparmalı

Hamını başına diqqətsizlik və tələskənlik səbəbindən səhvə yol vermək və buna görə də danlanmaq kimi hadisələr gəlir. Bəzən bizim qeyri-iradi diqqətsizliyimiz digərləri tərəfindən səhlənkarlıq və məsuliyyətsizlik kimi qiymətləndirilir. Halbuki, hamıdan daha tez və düzgün yerinə yetirmək istəyirik və buna görə də tələsirik. Amma başımıza gələn əsas bəlaları tələskənlik üzündən olur.

Əslində tələskənlik və diqqətsizlik hissləri müəyyən simptomlar, əlamətlərdir. Onlar daha dərin bir problemin təzahürləridir. Bu ya işdə, ya da sizin daxilinizdə olan bir nüansla bağlıdır, ya da hər ikisinin kombinasiyasıdır. Elə ki, siz problemin mənbəyini anlayırsınız, çıxış yolu istiqamətində addım atmaq sizə daha asan olur.

Amma tələskənlik və diqqətsizliyin səbəbini anlamaq üçün özünüzdə aşağıdakı suallar cavab tapmalısınız.

•   Məsələ iş yerinin özündə ola bilərmi?
•   Sizin iş mühitiniz çox hərəkətli və xaotikdirmi?
•  Sizin işlərin son icra və  təhvil müddəti qeyri realdırmı, yəni həmin vaxtda işləri çatdırmaq mümkünsüzdür, bəlkə sizin menecerlər çox tələbkar və səhvləri cəzalandırmağa meyllidir və daima işi təzyiqdə saxlamağa çalışırlar?
•  İşdəki digər yoldaşlar da eyni əlamətlərdən əziyyət çəkir və narahatlığı yaşayırmı?
• Siz düşünürsünüz ki, tələskənlik və diqqətsizlik hissi təkcə sizdə baş qaldırıb və yalnız sizə xasdır?

Əgər siz iş yerinin həmin simptomların əlaməti kimi istisna edirsiniz və bu səbəbi kənara qoyursunuzsa, onda məsələnin mənbəyini üzə çıxarmaq üçün bir neçə başqa sual da vermək olar.

Yeniyetməlik və uşaqlıq dövründə siz başqa oxşar simptomlarla mübarizə aparmışınız?

romanceOffice4Məsələn: daima hər yerə gecikmək, qeyri mütəşəkkillik, plansızlıq, unutqanlıq, öhdəliklərin öhdəsindən gələ bilməmək hissi və s. Sizin diqqətiniz asanlıqla yayılırmı, bəzən balaca bir tapşırığın üzərində saatlarla vaxt keçirirsiniz, baxmayaraq ki, daha vacib və təcili işləriniz var. Sizdə belə hisslər olurmu ki, vaxtında çatdırmaq və digərlərindən geri qalmamaq üçün əksər yoldaşlarınızdan daha çox və daha gərgin işləməlisiniz.

Bu simptomlar sizin şəxsi həyatınıza da sirayət edirmi? Tələskənlik, səhvlərə yol vermək və diqqətin asanlıqla yayılması əksər hallarda, amma heç də həmişə deyil, daha böyük bir əlamətlər yığınının bir hissəsi olur və bu əlamətlər birlikdə formal olaraq, diqqət defisiti adlanan sindromu təşkil edir.

Xroniki tələskənlik və diqqət defisiti

Xroniki tələskənlik və diqqətsizlik ilə mübarizə üçün birinci strategiya – dəyişə biləcəyinizlə bağlı ümid yaratmaqdır. Hələ ki, sizin özünü tələsməyəcəyiniz və diqqətli olacağınız barədə verdiyiniz vədlər bir işə yaramayıb – bu fakt olduqca təəssüf doğurur. Davamlı diqqət defisiti sindromundan əziyyət çəkən insanların çoxu həyatında böyük ağrılar yaşayıb. Onlar hər şeyi öz həmyaşıdları ilə müqayisədə daha çox çətinliklə əldə etdiklərini düşünürlər. Onların davranışı bəzən nəinki kənar şəxslər, hətta onların özləri tərəfindən belə düzgün anlanılmır, bəzən diqqətsiz, məsuliyyətsiz, nizamsız, hətta tənbəllik kimi xüsusiyyətlərə yozulur. Həqiqət isə odur ki, diqqət çatışmazlığı genetika ilə ötürülür və neyrobioloji şərtlərlə əsaslanır.

Diqqətsizlik sindromu iradə  və ya xarakter zəifliyi deyilsadəcə bioloji xüsusiyyətdir.

Como-controlar-los-ruidos-en-la-oficinaGüclü iradə gücünə sahib olmaq problemin həll etmir. Problemin həlli özünü dərk etmək və sizin müvəffəqiyyət əldə etməyiniz üzün müvafiq strategiyalar tətbiq etməkdir.

Tələskənlik və diqqətsizlik ilə mübarizə aparmaq üçün bəzi effektiv strategiyalar isə bunlardır:

•  Proyekti vaxtından əvvəl başa vurmağa çalışmayın, hətta işi bitirmək üçün daxilinizdə olduqca güclü bir tələbat hiss etsəniz də.
•   Böyük layihələri – xırda hissələrə parçalayın ki, onları idarə etmək daha asan olsun.
• Saatdan istifadə edin. Fikri asanlıqla yayınan insanlar zamanın necə keçməsini fərqli cür qavrayırlar. Hər tapşırığa başlamaq üçün vaxt müəyyən edin və tapşırığın həlli üçün özünüzə vaxt limiti təyin edin. Taymerdən istifadə edin ki, bir tapşırığı və ya işi sizə bir dəfəyə başa vurmağa kömək etsin. Özünü bu işin icrası üçün lazım olduğunu düşündüyünüzdən daha çox vaxt verin (çünki arada fikir yayınmasına yol verəcəksiniz).  Hər 30 dəqiqədən bir isə özünüzə 10 dəqiqəlik istirahət verin.

*    Mümkün olduğu qədər çalışın ki, öz iş mühitinizi özünüz qurasınız. Stolunuzu üzü divara çevirin ki, əlavə fikir yayındırıcı amillər sizi narahat etməsin. Hansı vəziyyətdə daha yaxşı çalışdığınızı və işlərin daha yaxşı getdiyini müəyyən edin. Əksər insanlar sakit, kənar səs-küysüz və çaxnaşma olmayan mühitdə daha yaxşı fəaliyyət göstərə bilir. Qoy, sizin iş yoldaşlarınız bilsin ki, nə vaxt sizi narahat etmək olmaz.
*    Görmə dairəsinin xüsusiyyətləri. Masa üzərində və ya görmə dairənizdə yalnız üzərində çalışdığınız əşyaları saxlayın.
*    Kənar fikirlərin sizin konsentrasiyanızı dağıtmağa başladığı məqamları tanımağı öyrənin. Diqqətsiz olduğunuz məqamlarda buna görə özünüzü həddin artıq danlamağı və üzməməyi də öyrənin. Yenidən özünüzü tapşırıq üzərinə kökləyin. Sözün əsl mənasında diqqətinizi konsentrasiyada saxlamaq üçün özünüzə məlumat yollayın. Məsələn “diqqətini yayındırma” adlı bir qeyd yaza və onu göz önündə yerləşdirə bilərsiniz. Sizi fikrinizdən yayındıra biləcək, diqqətinizi narahat edəcək ideya və fikirləri bir yerə yazın ki, sonra onları nəzərdən keçirə biləsiniz.
*    Sağlam həyat tərzi sürün, yaxşı pəhriz və yuxu vərdişlərinə əməl edin. Energetik idman hərəkətləri edin, mütəmadi olaraq məşq edin. İdman hərəkətləri, beynin fəaliyyətini optimallaşdırır və beynin müəyyən hormon və fermentlərini stimullaşdırır, bununla da diqqətliliyə və konsentrasiya olunmağa öz təsirini göstərir. Əksər günlərdə, xoşaldığınız hərəkətlərlə məşq etməyə çalışın, yəni sevdiyiniz üslubda məşq edin. Təmiz havada dolaşın.

Dəyişikliklər bir gündə və bir saatda baş verməyəcək, amma təmkinlik, praktika və müsbət münasibətin ahəngi sizə tələskənlik və diqqətsizlik hissinin öhdəsindən gəlməyə köməklik edəcək.

banker.az

 

Go Back

Uşaqlarda xroniki öskürək. SƏBƏBLƏR və MÜALİCƏSİ

Öskürək tənəffüs yollarının xəstəlikləri zamanı önəmli və ən sıx rast gəlinən simptomlarından biridir.

Bu valideynləri çox narahat edən və ən çox xəstəxanaya baş vurma səbəbidir.

Davametmə müddətinə görə öskürək kəskin və xroniki olmaqla iki yerə bölünür. Əgər öskürək 3 həftəyə qədər sürərsə bu kəskin öskürək, 3 həftədən uzun sürərsə onda xroniki öskürəkdir.

Öskürək tənəffüs orqanlarının sekresiya və yad maddələrdən təmizlənməsində önəmli rolu olan qoruyucu bir refleksdir. Öskürək reseptorları qırtrlaqdan bronxiollara qədər olan məsafədə yerləşir.

Lakin bilmək lazımdır ki, bu reseptorlar həmçinin udlaqda, burun ətrafı ciblərdə, xarici qulaq keçəcəyində, timpanik membranlarda, plevra, perikard, diafraqma və mədədə tapılır.

Öskürək refleksi xəstəliklər və dərmanlarla bağlı olaraq dəyişə bilər.

Keçirilmiş hər hansı bir virus infeksiyasından sonra 2-3 həftəlik dövrdə öskürək refleksi hiperreaktiv olur və iy, aerozol, istilik dəyişikliklərinə qarşı öskürək asanlıqla dəyişə bilər. Bu dövrdə xəstə simptomatikdir. Bəzən uşaqlarda bronxların hiperreaktivliyi uşaqlarda uzunmüddətli öskürəklərə səbəb olur. Atopiya, gastroezofoqal refleks, astma, sinusitlər, xroniki infeksiyalar, otoimmun xəstəliklər, angeotenzin – çevirici ingibitor müalicəsi, siqaret çəkmə kimi faktorlar uzunmüddətli öskürəyi yaradan səbəblər kimi qeyd olunur.

Öskürək bir çox xəstəliklərlə bağlı yarana bilər. Birinci növbədə uşaqdan diqqətli anamnez toplanmalı və öskürəyin səbəbi araşdırılmalıdır. Kəskin öskürəyin ən sıx səbəbi virus infeksiyasıdır. Xronik öskürəyin ən sıx səbəbləri arasında astma, postnazal axıntı sindromu, qastroezofaqal reflüdur. Bu üçlüyü hətta "patogenik triada" adlandırırlar.

Uşaqlarda öskürək ən çox virus infeksiyası ilə əlaqədar olaraq keçirilmiş yuxarı tənəffüs yollarının iltihabı ilə bağlıdır, adətən çox zaman özü-özünə düzələ bilən bir prosesdir. Keçirilmiş hər hansı bir virus infeksiyasından sonra öskürək uşaqlarda 10 günə qədər, tənəffüs yolu infeksiyasından sonra isə bir aya qədər uzana bilər.

İnfeksiyalara bağlı xronik öskürək tənəffüs orqanlarının iltihabı zamanı yaranır. Əgər uşaqda ağciyərlərin rentgen şəkli normaldırsa və xroniki öskürəyin digər səbəbləri yoxdursa, onda bunu keçirilmiş virus  infeksiyası ilə bağlı olduğunu fikirləşmək olar.

Göy öskürək və mikoplazma infeksiyaları xroniki öskürəyin ən sıx görülən etioloji səbəbi kimi qeyd olunur. Bundan başqa isə havanın kirliliyi, rütubəti, siqaret çəkmə, ailənin sosial vəziyyəti, yaşayış şəraiti bu prosesi daha da uzada bilər. Bu zaman öskürəyin yaranma səbəbi virus olduğuna görə antibiotik təyininə ehtiyac yoxdur.

Postnazal axıntı sindromu: Sinusit, allergik və allergik olmayan rinit, vazomotor rinit, postenfeksiyoz rinit postnazal axıntının ən sıx səbəbləridir. Xəstələrdə boğazda axıntı, tez-tez boğazını təmizləmə hərəkətləri, burundan olan axıntılar kimi şikayələr ola bilər. Uşaqlarda müalicə postnazal axıntının yaranma səbəbini  bildikdən sonra təyin oluna bilər. Müalicə postnazal axıntı sindromunu yaradan etioloji faktora yönəlməlidir. Məsələn, sinusit zamanı 3 həftə ərzində H.influenza və S.pneumoniae üçün uyğun antibiotik, 5 gün ərzində nazal dekonjestan, 3 həftə ərzində isə oral antihistamin vermək olar.

Astma xronik öskürəyin ən sıx səbəblərindən biridir. Xəstələr ən çox keçirilmiş infeksiyadan sonra artmış və daha çox gecələr, qaçan zaman meydana gələn öskürəkdən əziyyət çəkirlər. Müalicə astmanın dövrünə uyğun olaraq verilməlidir. İnqalyasiyon kortokosteroidlər, salbutamol,leykotrien reseptor antaqonistləri müalicədə istifadə oluna bilər.

Qastraezofoqal reflü: Bu xronik öskürəyi yaradan 3 səbəbindən biridir. Mikro və makroaspirasyalar zamanı qida borusunun distal hissəsində yerləşmiş reseptorların qıcıqlanması baş verir,bunun nəticəsində uşaqda xronik öskürək baş verir. Başlıca səbəbləri mədədə yanma hissinin olması, gəyirmə və requrgitasiya olsa da 50-75% hallarda reflü simptomları olmur. Əgər xronik öskürəyi olan uşaq ACE inqibitoru və siqaret istifadə etmirsə, bu xəstədə astma, postnazal axıntı sindromu yoxdursa onda qastroezofaqal sindromun müalicəsinə başlamaq olar. Qastroezofoqal reflünün müalicəsində H2 reseptor antoqonisti və praton pompası ingibitorlarından istifadə oluna bilər.

Eozonofil bronxit: Eozinofillik bronxit, xronik öskürəyin digər səbəblərindən biri olub, bəlğəmdə eozinofillə zəngindir və steroid müalicəsinə yaxşı cavab verir.

Çox az hallarda xronik öskürəyin yaranma səbəblərindən həmçinin xronik bronxit, bronxektaziya, sarkoidoz, vərəm, ağciyər xərçəngi, infeksiyon  səbəblər, interstiyel ağciyər xəstəliyi sayıla bilər.

Xroniki öskürəklə müraciət etmiş uşaqdan ana vasitəsi ilə dəqiq anamnez toplanmalı, lazım olan müayinələr aparılmalı və buna uyğun müalicə başlanılmalıdır.

Dr. Gülnar Abdullayeva

Pediatr

sağlamolun.az

 

Go Back

ƏZƏLƏLƏR VƏ QİDALANMA

Əgər əzələlər çips, kola, dondurma, tort, kartof qızartması, şokolad və çaydan əmələ gəlsəydi, çoxumuz nəhəng, hər əzələsi gözlə görünən insanlar ola bilərdik. Ancaq “təəssüf ki” belə deyil və əzələ yaradan qidalar bu saydıqlarımdan tamamilə fərqlidir. Əzələ yaratmaq və ya mövcud əzələləri inkişaf etdirmək və yağ yandırmaq üçün bir çox fərqli protein qaynağına, tərəvəzə, meyvəyə, karbohidrata və sağlam yağlara ehtiyacımız var. Protein, əzələ əmələ gətirən qidalar arasında ilk sıradadır amma karbohidrat və yağların tamamilə gözardı edilməməsi və nizamlı bir şəkildə qəbul edilməsi gərəklidir. Məsələn, heç yağ ehtiva etməyən bir qidalanma proqramı tətbiq etsəniz, bədəniniz mövcud yağı saxlamağa çalışcaq. Bu da yağın daha uzun müddətdə bədəndən atılmasına səbəb ola bilər.

Əzələ yaradan qidalar nələrdir?

Yumurta: Mütəxəssislər, nizamlı olaraq yumurta yeməyin əzələ inkişafında önəmli bir rolu olduğunu qeyd edirlər. 1 ədəd orta ölçülü yumurta, tərkibində 7 qram “keyfiyyətli” protein daşıyır.

Balıq: Qızıl balıq, tuna balığı kimi yağlı, soyuq dəniz balıqları zəngin protein dəyərləri və sağlam omega-3 yağ turşuları ilə əzələ yaradan qidalar arsında önəmli bir yerə sahibdir. 100 qram qızıl balıq, tərkibində təxminən 25 qram protein daşıyır.

Toyuq: Protein və yağ qəbulunu tarazlaşdırmaq üçün ən ideal qidalardan biri toyuqdur. 100 qram toyuq, tərkibində təxminən 30 qram protein daşıyır və yağ nisbəti sadəcə 4 qramdır.

Soya: Bizim mətbəxdə çox məşhur bir qida olmamaqla yanaşı əzələ yaradan qidalar arasında tez tez qeyd edilən soya, “tam” protein təmin edən nadir bitki mənşəli qidalardan biridir. Sadəcə bir qab bişmiş soya, tərkibində, 20 qram amin turşusu daşıyır.

Qırmızı ət: Yağsız qıyma kimi qırmızı ətlər mükəmməl bir protein qaynaqlarıdır. 100 qram yağsız qıyma, tərkibində, 27 qram protein daşıyır. Mal ətini digər ətlərdən ayıran xüsusiyyət, əzələ inkişafında vacib rolu olan B12 vitamini ilə sink və dəmir baxımından zəngin olmasıdır.

Süzmə pendir: Az yağlı və ya yağzız süzmə pendir protein baxımından zəngindir.

Əzələ yaradan digər qidalar:

Aşağıdakı siyahıda tərkibində daşıdıqları vitamin, mineral və digər qida elementləri ilə əzələlərin inkişafında qatqısı olan və mütəxəssislər tərəfindən tövsiyyə edilən digər qidalar yer alır:

Badam
Lobya
Paxla
Ananas
Günəbaxan tumu
Zeytun yağı
Brokoli
İspanaq
Yulaf
Pomidor
Portağal
Alma
Kök
Su
Yaşil çay
Çuğundur
Süd
Kivi
Xiyar
Qırmızı bibər
Böyürtkən
Kefir

Mənbə: iyigelenyiyecekler.com
Hazırladı: Fidan Aslanova

fitret.az

Go Back

Düzgün qidalanma necə olmalıdır?

Sağlam həyat tərzi dedikdə nəzərdə tutulan əsas nüanslardan birincisi səmərəli qidalanmadır. Müxtəlif yaş dövrlərində heyvan və bitki məhsulları arasındakı nisbət dəyişə bilər. Ancaq bütün yaşlarda, xüsusən yeniyetmənin qida rasionunu maksimum meyvə və tərəvəz təşkil etməlidir. Bunlar yeməyi mineral maddələr və vitaminlərlə zəngin etməklə bərabər, asan həzmə də kömək edir. Qidalanma mütəmadi olmalıdır. Yaxşı olar ki, gün ərzində 3 dəfədən az olmasın. Orqanizmə ən çox ziyan verən, xüsusən təşəkkül dövründə, tərkibində çoxlu kimyəvi maddələr olan süni gübrələrlə yetişdirilən məhsullardır. Təbii qida qaydasına riayət etmək və məhsulu düzgün seçmək lazımdır. Tam və mükəmməl qidanı heç bir vitamin və "həyat həbləri" əvəz edə bilməz. Gündə 4-5 dəfə yemək yemək daha məqsədəuyğundur. Qidada lazımi elementlər yoxdursa və ferment balansı pozulubsa, hüceyrə və toxumalar aclıq hiss edəcək. Yalnız tərəvəz və şirələrdən ibarət olan qidalanma rasionunda lazım olan vitamin və maddələr tam miqdarda olur. Düzgün qidalanma zamanı inkişaf edən orqanizm böyük həcmdə həm fiziki, həm də psixi enerji işlədir.

Rəqsanə Məmmədova – həkim: “Bağırsaqlarda qidanın həzmi pozulduqda, o qida zəhərə çevrilir. Hətta filosofların belə bir deyimi var ki, “qidanı artıq yedikdə, o zəhərə çevrilir.” Bu prosesin baş verməməsi üçün, həm az yemək, həm vaxtında yemək, həm də artıq yediyimiz qidanı zəhərə çevirməmək üçün, keyfiyyətli qidalanmaq lazımdır”.

Fiziki işlə məşğul olan insanların, yarış zamanı idmançıların, imtahanlar vaxtı şagirdlərin də xüsusi qidalanmaya ehtiyacları var. Bu qida asan həzm olunmalı, vitaminlərlə zəngin olmalıdır. Yağlı, istiotlu yeməklər məsləhət görülmür, çoxlu çiy meyvə və tərəvəzdən istifadə etmək tövsiyə olunur. Hər bir insan üçün lazım olan gündəlik kalorinin miqdarı orqanizmin "daşıdığı yükdən" asılıdır. Əqli işlə məşğul olan insanlara gündə 3000, mexaniki fiziki işlə məşğul olanlara 3500, ağır fiziki əməklə məşğul olanlara 5000, idmançılara isə 6500-7000 kalori lazımdır. Ailə üçün nəzərdə tutulan menyuda bu maddələrin hər birinin zəruri miqdarda olmasına diqqət yetirmək lazımdır. İstifadə etdiyimiz bütün qablaşdırılmış məhsulların üzərində onların kalori dəyəri və tərkibi qeyd olunur. Həmin qeydə diqqət yetirmək lazımdır.

Belə bir deyim var “Göz gördüyünü, ürək istəyər”. Çalışaq ki, hər şeydən yerində və qədərində istifadə etməyi bacaraq. Belə olan halda sağlam gələcək, uzun ömür bizim olar.

Fidan Muradlı

kepeztv.az

 

 
 

Go Back

Yeməkdən sonra gələn yuxu...

Yemək sonrasında bəzi insanlar özünü yorğun hiss edir və yatmaq istəyir. Yuxunun yaranma səbəblərindən biri çoxlu qidalanmadır. 
Türkiyəli mütəxəssisin sözlərinə görə bu proses həzm prosesi ilə əlaqəlidir. Belə ki,  həzm metobalizmi yemək yedikdən sonra həzm üçün bol miqdarda enerjiyə ehtiyac duyur. Başqa sözlə nə qədər çoxlu qida qəbul edilərsə bir o qədər enerjiyə ehtiyac yaranır. Xərclənən enerji sonrasında yaranan yorğunluq yuxulamalara səbəb olur.
Bu baxımdan qida qəbulunda böyük boşqabları kiçiltmək, başqa sözlə düzgün qidalanmaq lazımdır. Çünki, yemək sonrası qan şəkərində görülən artımın sürəti və miqdarı yeyilən qidalara görə dəyişik olur. Az qidalanmaq həmin prosesə kömək edərək yemək sonrası yorğunluğu və yuxu gəlməsini azaldır. 
Karbohidratlı qidalar da yuxu yaradır. Bu cür qidalanmadan sonra qanda şəkər artır. Qanda olan şəkərin bütün hüceyrələrə girməsi «pankreas» adlı  vəzidən ifraz olunur. İnsulin daha sonra triptofan aminoazidi çıxarmağa kömək edir. Triptofan, serotonin hormonunun istehsalında  aktivdir. Serotonin hormonu da yuxudan məsul olan hormondur. Çox  karbohidratlı qidalar istifadə etdikdə serotonin istehsalı artır və buda yuxulamalara səbəb olur.

İnsulin miqdarını artırmaq da bu prosesə yaxşı təsir edir.  Çünki, insulinin təsiri ilə triptofan salınır. Nə qədər karbonhidrat ağırlıqlı qidalansanız qan şəkəri o qədər sürətli olaraq yüksələr. Ani insulin yüksəlməsi eyni zamanda daha tez acımağımızı  təmin edir. Bu da heç istəmədiyimiz başqa təsirlərə səbəb olur. Bu baxımdan qidalanmaya diqqət göstərmək vacibdir.

Yemək yedikdən sonra yuxunuzun gəlməsini istəmirsinizsə bol karbohidratlı qidaların yerinə tərəvəz, çərəz, balıq və toyuq kimi qan şəkərinə təsir etməyən qidalar qəbul edə bilərsiniz. Çünki, düzgün qidalanmaq insanı həm ac olmaqdan, həm də yemək sonrası yaranan yuxulamalardan qoruyur.

 

Go Back

Arıqlama dərmanları psixi xəstəliklər yaradır - ARAŞDIRMA

 

 Azərbaycanda son vaxtlar yaranan tendensiyalardan biri də arıqlamaq üçün nəzərdə tutulan preparatlara olan marağın artmasıdır. Piylənmədən və artıq çəkidən əziyyət çəkən insanların müəyyən hissəsi bu problemlərinin aradan qaldırılması üçün bəzi hallarda sağlam üsullara deyil, məhz arıqlama dərmanlarından istifadəyə üstünlük verməyə başlayıb.

Azərbaycanda əmək qabiliyyətli insanların orta hesabla 40%-də piylənmə var

Hazırda piylənmədən dünya əhalisinin 7%-i əziyyət çəkir. Qərbi Avropa ölkələrinin əksəriyyətində yaşlı əhalinin 9%-dən 20%-ə qədərində piylənmə (BÇİ>30), 25%-dən çoxunda artıq bədən çəkisi var. ABŞ-da isə bu, müvafiq olaraq 25% və 50%-dir. Azərbaycada yaşı 65-dək olan insanlar arasında aparılan tədqiqatlara görə, ölkədə əmək qabiliyyətli insanların orta hesabla 30-40%-də piylənmə, 25-30%-də isə artıq çəki var. Son illər əksər ölkələrdə piylənmənin yayılmasının həm böyüklərdə, həm də uşaqlarda əhəmiyyətli artımı müşahidə olunur. Bunun əsas səbəblərindən biri də fəst-fud yeməklərinə olan marağın artmasıdır.

ÜST ekspertlərinin proqnozuna görə, xəstəliyin hazırkı inkişaf tempi saxlanılarsa, 2025-ci ildə dünyada piylənmədən əziyyət çəkənlərin sayı 300 milyondan artıq olacaq.

Piylənmənin ən təhlükəli növü

  Həkim-konsultant Yazgül Abdiyeva  bildirib ki, piylənmə insan bədənində ürək-damar, tənəffüs, hormonal, həzm sisteminə təsir edən və bir çox narahatlığa zəmin hazırlayan bir xəstəlikdir. Ürək xəstəlikləri, yüksək təzyiq, şəkərli diabet (2-ci tip), yüksək xolesterin, tənəffüslə bağlı narahatlıqlar, oynaq xəstəlikləri, nevrozlar, sonsuzluq, öd kisəsi xəstəlikləri, böyrək və öd kisəsində daş meydana gəlmə, bəzi xərçəng növləri piylənmə nəticəsində yaranır. Mərkəzi piylənmə qarın nahiyəsində piy yığıntılarının əmələ gəlməsi deməkdir ki, bu da piylənmənin ən təhlükəli növüdür. Bu növ piylənmə əsasən ürək xəstəlikləri, arterial təzyiq və şəkərli diabetin yaranma riskini artırır. Belə növ piylənmə qadınlarda belin ölçüsü budların ölçüsündən 0,9 dəfə, kişilərdə isə 1 dəfə artıq olduqda müşahidə olunur.

Y.Abdiyeva bildirib ki, arıqlamaq üçün mütləq ilk növbədə piylənmənin səbəbləri araşdırılmalıdır. Hormonal xəstəliklər nəticəsində baş verən piylənmə zamanı pəhriz saxlamaq səmərə vermir. Belə insanlar mütləq endokrinoloqlar tərəfindən müalicə edilməklə arıqlaya bilərlər.

Y.Abdiyeva qeyd edib ki, artıq çəki və piylənmənin müalicə üsullarından biri olan pəhrizin saxlanılması üsulunun əsas prinsipi tərkibi sellüloza, vitaminlər və digər bioloji fəal maddələrlə zəngin olan (taxıl bitkiləri, tərəvəzlər, meyvələr və s.), asan mənimsənilən karbohidratlardan azad olan qidaların qəbulu və fiziki hərəkətlərdən ibarətdir: "Ancaq pəhrizin saxlanılması bəzi hallarda piylənməni artırır. Bu onunla bağlıdır ki, pəhrizdən sonra iştahanın sürətli artması və çəkinin sürətli yığılması müşahidə olunur. Bununla əlaqədar pəhrizi yenidən saxlamaq çətin olur. Bəzi alimlərin tədqiqatlarına əsasən, artıq çəki ilə mübarizədə pəhriz effektsiz üsuldur. Ümumdünya Səhiyyə Təşkilatının məsləhətinə əsasən, piylənməyə qarşı mübarizə üçün insan qəbul etdiyi qidanın kalorisini hesablamalı və hər ay 500 kkal miqdarında azaltmalıdır".

Y.Abdiyeva qeyd edib ki, arıqlamaq üçün istifadə edilən digər üsul - liposaksiya piy hüceyrələrinin aradan götürülməsinə yönəlmiş cərrahi əməliyyatdır. Ancaq bu əməliyyat artıq çəkiyə qarşı mübarizə kimi yox, piy yığıntılarının kosmetik aradan qaldırılmasına yönəlib.
Həkim konsultant Britaniya alimlərinin bu əməliyyatı faydasız hesab etdiklərini söyləyib.

Bəzi arıqlama dərmanları jizofreniyaya meyillilik yaradır

Artıq çəki və piylənmənin müalicəsi üçün istifadə edilən digər üsula gəldikdə, Y.Abdiyeva bəzi qrup arıqlama dərmanlarından istifadənin insanda gələcəkdə jizofreniyaya və digər psixi xəstəliklərə meyillilik yaradır.

Y.Abdiyevanın sözlərinə görə, arıqlamaq üçün olan dərman vasitələrinə sintetik, təbii mənşəli müxtəlif dərman vasitələri və bioloji fəal əlavələr daxildir. Bu vasitələr öz təsir mexanizmləri ilə fərqlənirlər. Onlar təsnifatlarına görə, iştahanı yatırdan vasitələr (katexolaminlər və onların törəmələri), orqanizmdə maddələr mübadiləsini sürətləndirən və müəyyən qida maddələrinin sorulmasına təsir göstərən vasitələr, mərkəzi təsirə malik vasitələr (bu vasitələr (sibutramin, deksedrin) iştahanı azaldırlar) olurlar.

Y.Abdiyeva sonra qeyd edib ki, bu vasitələrin bəziləri oyandırıcı təsirə malikdirlər. Buna görə də onları uzun müddət ərzində istifadə etmək olmaz. Belə vasitələrin xoşagəlməz yan təsirləri də yaranır.

Belə təsirə malik bəzi preparatların artıq bır sıra ölkələrdə qadağan edildiyini deyən Y.Abdiyeva qeyd edib ki, 2008-ci ildən güclü təsir göstərən preparatlar siyahısına daxil edilən "Sibutramin"dən istifadə Amerika və bir sıra Avropa ölkələrində qadağan edilib.

Həkim-konsultantın sözlərinə görə, "Sibutramin" preparatının yan təsirləri nəbzin tezləşməsi, ürəkdöyünmə, arterial təzyiqin yüksəlməsi, yuxu, görmə və həzm sistemi pozğunluğu, ağızda quruluq, baş ağrısı və narahatlıq yaradır. Tədqiqatların nəticələrinə əsasən, "Sibutramin"dən uzun müddətli istifadə arterial təzyiqin davamlı artmasına imkan yaradaraq miokard infarkta və işemik insulta səbəb ola bilər.

Arıqlama dərmanlarını qəbul etdikdən sonra yaranan narahatlıqlara görə xəstəxanaya müraciət edənlər olub

Səhiyyə Nazirliyinin Klinik Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Trend-ə bildirib ki, arıqlama dərmanları bədənin müqavimətini zəiflədə, insanın qaraciyərində, böyrəyində, qanın tərkibində dəyişikliklər əmələ gətirə bilər.

A.Maqsudovun sözlərinə görə, arıqlama preparatlarının insan orqanizminə necə təsir göstərməsi onların tərkibindən asılıdır. Bu dərmanlar bitki tərkibli və kimyəvi tərkibli olur ki, onlardan kimyəvi mənşəli preparatlar insan orqanizminə daha pis təsir göstərir: "Amma orqanizmlər bir-birindən fərqləndiyindən onların təsiri də müxtəlif cür olur. Bu preparatlar yalnız həkimin təyinatı ilə qəbul olunmalıdır".

A.Maqsudov deyib ki, indiyədək toksikologiya şöbəsinə arıqlama preparatlarının qəbulu nəticəsində yaranan zəhərlənmə ilə əlaqədar müraciət edilməyib. Yalnız bir necə nəfər həmin preparatları qəbul etdikdən sonra daxili orqanlarında yaranan narahatlıqla əlaqədar şöbəyə müraciət edib: "Müraciət edənlərin bəzilərində qanın müayinəsi aparılıb, bəzilərində isə qaraciyər, böyrək müayinəsi həyata keçirilib. Biz həmin halları zəhərlənmə kimi qiymətləndirməmişik. Xəstələrə yalnız məsləhət verib evə buraxmışıq".

A.Maqsudov əlavə edib ki, mərkəzə müraciət edən az sayda insanlar əsasən, qadınlar olub.

Azərbaycanda "Sibutramin" tərkibli arıqlama dərmanlarından istifadə qadağan edilib

Arıqlamaq üçün dərman vasitələri Azərbaycanda istehsal edilmədiyindən onlar ölkəmizə əsasən, Avropa ölkələrindən idxal edilir.

Arıqlamaq üçün qida əlavələri dərman hesab edilmədiyindən onların ölkəyə idxalı üçün lisenziya tələb edilmir.

Səhiyyə Nazirliyindən  verilən məlumata görə, Azərbaycanda arıqlamaq üçün 2 dərman rəsmi olaraq, dövlət qeydiyyatından keçib. Bu dərmanlar eyni, yəni orlistat tərkiblidir. İngiltərə və İsveçrə istehsalı olan bu dərmanlar Azərbaycanda iki ticari adla - "Elay" və "Ksenikal" adı ilə satılır. Bu dərmanlar oyadıcı təsirə malik deyillər. Onlar orqanizmdə müəyyən qida maddələrinin sorulmasına təsir göstərərək, yağların parçalanması və sorulmasını inqibə edir, kalorilərin mənimsənilməsini aşağı salır.

Bu dərmanlar həkimin təyinatı üzrə istifadə edildikdə orqanizm üçün zərərsiz hesab edilir.

Nazirlikdən verilən məlumata görə, artıq bir necə ildir ki, "Sibutramin" tərkibli arıqlama dərmanlarından Azərbaycanda da istifadə etmək qadağan edilib. Buna görə də bu tərkibli dərmanların qeydiyyatı üçün müraciət edildikdə də müsbət cavab verilmir.

aktual.az

 

Go Back

Disfoniya-afoniya

Səs pozğuntusu uşaqların və yeniyetmələrin ümumi və nitq inkişafına ciddi təsir göstərir. Ümumilikdə səs pozğunluğu iki növə ayrılır: orqanik və funksional. Səs pozğunluqlarından biridə disfoniya və afoiniyadır. Disfaniya (afoniya) səs aparatının pozğunluğu zamanı yaranır. Disfaniya zamanı uşağın səs aparatında dəyişikliklər olur, hansıkı səsdə xırıltı, zəiflik olur. Disfoniya zamanı mahnı oxumağa, deklamasiya söyləməyə və başqa səsi gərginləşdirən hallara qadağa qoymaq profilaktik tədbirlər sırasına daxildir. Xəstəliyin kəskin dövründə səsə 10-14 gün sakitlik vermək lazımdır. Disfaniya bu problmlərə də yol aça bilər.

  1. Boğaz xəstəlikləri
  2. Dil və ağız xəstəlikləri
  3. Udma aparatı xəstəlikləri və s

Bunlardan əlavə səs aparatının pozulması səsin yüksəlməsinə səbəb olur. Uşaqlıq zamanı yüksəkdən danışmaq, qışqırmaqda buna təsir edə bilər. Hündürdən danışmaq və qışqırıq disfaniyanın həmişə yol yoldaşıdır. Həmçinin səs aparatına mənfi təsir edən əsas təsirlərdən biridə siqaret tüstüsü havanın çirklənməsi və ya reaksiyasıdır. Afoniya zaman bütünlüukdə səs itir amma pıçıltılı nitq qalır. Amma öskürək zamanı bu hiss olunur.

Afoniya səbəb ola bilər

  1. Boğazın kəskin infeksiyası
  2. Boğazın xroniki infeksiyası və.s

Xüsusi ilədə mutasiya dövrü zamanı uşaqları qorumaq lazımdlr. Mutasiya qırtlağın sürətli inkişafı ilə əlaqədardır. Oğlanlarda qırtlaq təxminən iki dəfə,qızlarda isə üçdə bir dəfə böyüyür. Səs telləridə buna uyğun olaraq dəyişir. Hər iki problem zamanı mütləq otolorinqoloq və loqoped nəzarətində olmaq lazımdır. Məktəbəqədər yaşlı uşaqlarda səs aparatı tam formalaşmadığı üçün onları müəyyən mənfi təsirlərdən qorumaq məsləhət görülür.

loqoped.az

 

Go Back

Altsaymer xəstəliyi

Altsaymer xəstəliyi — demensiyanın geniş yayılmış müalicəsi mümkün olmayan neyrodegenerativ xəstəlik. Xəstəlik ilk dəfə 1905-ci ildə alman psixiatoru Alois Altsaymer tərəfindən qeydə alındığı üçün onun adı ilə adlandırılmışdır. Xəstəlik adətən 65 yaşdan yuxarı şəxslərdə müşahidə olunsa da, ona erkən yaşlarda da rast gəlmək mümkündür. Dünyada bu xəstəlikdən əziyyət çəkənlərin sayı 2006-cı il statistikasına görə 26,6 milyon, 2050-ci ildə isə bu rəqəmin dörd dəfə artacağı gözlənilir.

Mahiyyəti

Altsaymer xəstəliyi bəzi beyin hüceyrələrinin məhv olması ilə nəticələnən, dəqiq səbəbləri bilinməyən nevroloji bir xəstəlikdir. Xəstəlik klinik olaraq incələnən zaman yaddaş və digər intelektual qabiliyyətlərin nəzərə çarpacaq dərəcədə pozulması ilə qarşımıza çıxır. Xəstəlik ilk dəfə 1907-ci ildə Alois Altsaymer tərəfindən xəstə Auguste D. adlı bir qadında müəyyən edilmişdir. Onu da qeyd edə bilərik ki, xəstəlik kişilərlə müqayisədə qadınlarda daha çox rast gəlinir. Xəstəliyə tutulanların sayı günü-gündən belə demək mümkündürsə, logorifmik olaraq artmaqdadır. Aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, 85 yaşdan yuxarı insanların təxminən 50%-i bu xəstəlikdən əziyyət çəkir.

Hesablamalara görə 2015-ci ildə Böyük Britaniyada Altsaymer xəstəliyindən əziyyət çəkən insanların sayı 520.000-dən çox olacaq. Altsaymer xəstəliyi beyinə təsir edən fiziki xəstəlikdir. Altsaymer xəstələrinin beyinlərində bəzi kimyəvi maddələr çatışmır. Bu kimyəvi maddələr isə beyinə məlumatların ötürülməsinə xidmət edirlər. Altsaymer irəliləyən/proqressiv bir xəstəlikdir. Bu da tədricən, zamanla beynin daha çox hissəsinin zədələnməsi deməkdir. Bu baş verdiyi zaman isə simptomlar daha da ciddiləşir. Altsaymer xəstəliyinin ilkin mərhələsində insanlarda yaddaş pozğunluğu müşahidə edilə və danışarkən düzgün kəlmə tapmaqda da çətinlik çəkə bilərlər. Xəstəlik irəlilədikcə isə onlar;

  • Çaşa bilər və tez-tez insanların adlarını, yerləri, yaşayış yerlərini və son zamanlar baş vermiş hadisələri unuda bilərlər,
  • Ya özünə inamın itməsinə ya da ünsiyyət problemlərinə görə daha çox özlərinə qapana bilərlər,
  • Gündəlik fəaliyyətləri yerinə yetirməkdə çətinlik çəkirlər.

Altsaymer xəstəliyi irəlilədikcə xəstələrin onların qayğısına qalan insanların dəstəyinə daha çox ehtiyacları olur. Ən sonda isə adi hərəkətləri belə barcara bilməmə mərhələsinə çatırlar. Altsaymer xəstəliyinin bəzi ümumi simptomları olsa da onu da yadda saxlamaq vacibdir ki hər kəs fərqlidir. İki insan altsaymer xəstəliyini eyni üsulla keçirtməyə bilər.

Səbəbləri

Altsaymer xəstəliyinin risk faktorlarına misal olaraq yaş, cinsiyyət, ailə üzvlərində xəstəliyin olması, yaddaşın itirilməsi ilə nəticələnən kəllə - beyin travmaları, Daun sindromu, hipotiroidizm və s. göstərmək olar. Lakin hələlik Altsaymer xəstəliyinin səbəbi kimi heç bir dəqiq faktor müəyyən edilməmişdir. Yaş, irsilik, ekoloji amillər, həyat tərzi və ümumi sağlamlıq da daxil olmaqla bir sıra faktorların buna səbəb olduğu ehtimal olunur. Bəzi insanlarda bu xəstəlik simptomları büruzə vermədən uzun illər gizli inkişaf edə bilər. Yaş Altsaymerin ən böyük səbəbidir. Bu, 65 yaşdan sonra hər 14 insandan biridə 80-dən sonra isə hər 6 nəfərdən birində müşahidə olunur. Buna baxmayaraq Altsaymer yalnız yaşla məhdudlaşmır. Belə ki, Böyük Britaniyada 65 yaşdan aşağı Altsaymer olan 40.000 dən çox insan var. Bir çox insan irsi olaraq Altsaymer xəstəliyinə tutulmaqdan qorxurlar. Hal-hazırda alimlər Altsaymer xəstəliyinin irsilik dərəcəsini araşdırırlar. Altsaymer xəstəliyinə tutulmağa səbəb ola biləcək ekoloji faktorlar artıq müəyyənləşdirilmişdir. Bir neçə il əvvəl almüminium təsirlərinin Altsaymerə səbəb ola biləcəyi haqqında narahatlıqlar var idi. Buna baxmayaraq artıq bu qorxular elə də nəzərə çarpmır. Xromosomlarının tərkibindəki fərqlərə görə 50-60 yaşlı Daun xəstələrinin Altsaymer xəstəliyinə tutulma riskləri yüksəkdir. Başlarında və boyunlarında ciddi yaralanmalar olan insanlaın da həmçinin ağıllarını itirmə riskləri yüksəkdir. Başlarına davamlı zərbələr alan boksçular da risk altındadırlar. Həmçinin tədqiqatlar göstərir ki, siqaret çəkən, yüksək qan təzyiqi, xolestreni və şəkəriolan insanlar da yüksək risk daşıyıcısıdırlar. Siqaret çəkməməklə, sağlam pəhrizlər saxlamaqla və orta yaşdan etibarən daima qan təzyiqinizi və xolestreninizi yoxlatmaqla bu riskləri azalda bilərsiniz. Sağlam çəkiyə malik olmaq və fiziki, sosial və əqli fəaliyyətlərin daxil olduğu aktiv bir həyat sürmək də həmçinin riskləri azaldır.

Neyropatologiya və patogenez

Altsaymer xəstəliyinin kliniki diaqnozunda olduğu kimi patoloji diaqnostikasında da dəqiq bir kriteriyaya əsaslanmaq mümkün deyildir. Məsələn, Pik xəstəliyində Pik cisimciklərinin aşkar olunması həmin xəstəliyin diaqnozunu qoymaq üçün kifayətdir. Altsaymer xəstəliyində isə NFY-nin (neyrofibrilyar yumaqcıqların) və AM-nin (amiloid maddənin) aşkar olunması olduqca vacibdir, lakin xəstəliyin diaqnostikasında yetərli deyildir. Hər iki lezyon normal yaşlanmada olduğu kimi bir sıra başqa degenerativ xəstəliklərdə də özünü büruzə verə bilir. Yalnız təcrübəli patoloq anatomlar vasitəsilə aparılan klinik-anatomik müayinələr nəticəsində NFY-lərin daha çox neokorteksdə, AM-lərin isə ən çox limbik sistemdə müəyyən edilməsi Altsaymer xəstəliyi diaqnozunu qoymağa kömək edir.

Altsaymer xəstəliyinin neyropatologiyasının əsasını aşağıdakılar təşkil edir :

  • Neyrofibrilyar yumaqcıqlar (NFY);
  • Amiloid maddəsi (AM);
  • Neyron itkisi;
  • Dendritik və aksonal dəyişikliklər;
  • Sinaps itkisi və s.

Neyrofibrilyar yumaqcıqlar

NFY-ın əsas tərkib hissəsini t (tau) proteini təşkil edir. Tau zülalı 17-ci xromosom tərəfindən kodlanan Microtubule Assosiaced Protein (MAP) ailəsinin bir üzvüdür. Mikrotubullar, xüsusən, aksonlarda yerləşirlər. Onlar aksonlarda vezikulların (mediator və s.) nəql olunması və sitoskeletin təşkil olunması kimi bir çox vacib funksiyaları yerinə yetirirlər. Belə ki, mikrotubullar tau–tubulin zülal kompleksi ilə stabilizə oluna bilən labil quruluşa malikdirlər. Alfa və betta tubulin zülalları birləşərək dimerləri, onlar da öz aralarında zəncirvari birləşərək mikrotubulları formalaşdırırlar. Tau zülalları isə mikrotubulların parçalanmasının qarşısını almaq məqsədilə onlarla birləşərək bu şəkildə onları stabilləşdirirlər. İkincili xəbərçilərin köməkliyi ilə postsinaptik neyrondakı bütün intrasellulyar proteinlər kimi tau proteini də protein kinazalar vasitəsilə fosforilləşərək mikrotubuldan ayrılır. Funksiyalarını yerinə yetirmək üçün fosforilləşmiş tau zülalları yenidən defosforilləşərək mirokrotubul ilə birləşməlidir. Taunun fosforilləşməsi üçün lazım olan kinaza qlikogen sintetaza kinaza 3b (GSK3b), defosforilləşməsi üçün lazım olan fosfataza isə protein fosfatza 2A-dır ( PP2A). Altsaymer xəstəliyinin patogenezində hiperaktiv kinazaların və ya hipoaktiv fosfatazaların fəaliyyəti nəticəsində tau zülallar hiperfosforilləşmiş şəkildə qalırlar, mikrotubullarla birləşə bilmirlər və üst-üstə yığılaraq NFY-ın əmələ gəlməsinə səbəb olurlar. Bu prosses mikrotubulların stabilliyinin pozulması nəticəsində hüceyrədaxili nəqliyyatın (asetilxolin və s. mediatorlar) pozulmasına, daha sonra isə sitoskeletin pozulması nəticəsində hüceyrələrin məhvinə səbəb olur.

Onu da qeyd etmək məqsədəuyğun olardı ki, bu prosses uzun illər ərzində baş verir və nəticədə Altsaymer xəstəliyinin simptomlarının üzə çıxmasına səbəb olur.

Amiloid maddəsi

Bir qədər öncə də qeyd etdiyimiz kimi Altsaymer xəstəliyinin neyroptoloji diaqnostikasının əsasını təşkil edən əsas və vacib kriteriyalardan biri də sinir sistemində amiloid maddəsinin (AM) müəyyən edilməsidir.

AX-nə dair aparılan tədqiqatlar nəticəsində neyronlarda AM-i ilk dəfə 1984-cü ildə Qlenner və Uong tərəfindən Konqo qırmızısının köməyilə aşkalanmışdır. Xəstəlik zamanı neyronlarda toplanan amiloid maddəsinin əsasını amiloid betta peptidi (Ab) təşkil edir. Amiloid betta peptidi, APP (amiloid prekursor proteini) adlandırılan və 21-ci xromosomda kodlanan bir proteinin metobolozima məhsuludur. APP-nin funksiyaları hələ dəqiq müəyyənləşdirilməmişdir. Onun sinaptik adheziya proteini olduğu düşünülür. Amiloid betta proteinin sinir sistemində toplanmasına dair müxtəlif nəzəriyyələr vardır. Bunlardan ən çox dəstəklənəni genetik mutasiya nəzəriyyəsidir.

Amiloid betta peptidinin sintezinin qarşısının alınması gələcəkdə Altsaymer xəstəliyinin əsas müalicə strategiyasını müəyyən edəcəkdir.

Xolinergik itki

Bütün korteksin xolinergik innervasiyası demək olar ki, əsas limbik quruluşlardan biri olan və ön beyində yerləşən Meynert nüvəsinə aiddir. Bu nüvə orqanizmin yaddaş və diqqət funksiyalarını optimal olaraq həyata keçirməklə görəvlidir. Bir qədər əvvəl qeyd etdiyimiz kimi tau zülalının hiperfosforilasiyasının ən çox rast gəlindiyi yerlərdən biri də Meynert nüvəsidir.

Xolinergik buton da adlandırılan presinaptik xolinergik terminalda rast gəlinən xolin asetil tranferaza enzimi (ChAT) həm mitoxondrilərdə əmələ gələn xolindən, həm də asetilxolinin sinaptik yarıqda parçalanması zamanı əmələ gələn xolindən asetilxolin (Ach) sintez edir. Asetilxolin vezikullarda toplanaraq sinaptik yarığa ifraz olunur. Beləliklə, həmin molekullar postsinaptik membranda olan nikotinik reseptorlara bağlanaraq birbaşa, muskarinik reseptorlara bağlanaraq isə dolayı təsirlərini göstərirlər. Alimlər nikotinik təsirlərin diqqətin tonusunun tənzimlənməsi, muskarinik təsirlərin isə yeni informasiyaların depolanması (yaddaş) prossesində mühüm rol oynadıqlarını qeyd edirlər.

Beyindaxili sinapslarda presinaptik membranda a7 nikotinik reseptorlar (a7nAChR) mövcuddur. Bu reseptorların oyadılması Ach sekresiyasını artırdığı kimi, yenə də presinaptik membranda yerləşən muskarinik 2 Ach reseptorlarının (M2AchR) oyadılması Ach-nin sekresiyasını azaldır. AX-nin erkən dönəmində kompensator olaraq a7nAchR-nın miqdarının artmasına baxmayaraq, zaman keçdikcə tarazlığın nikotinik əleyhinə və muskarinik leyhinə dəyişməsi xəstəliyin daha da ağırlaşmasına səbəb olur. Belə ki, Altsaymer xəstəliyində həm nikotinik, həm də muskarinik reseptorların sıradan çıxmasının səbəbi kimi Ab amiloid maddəsinin və NFY-ın sinir sistemində artması qeyd edilir. Digər tərəfdən Ab amiloid maddəsinin a7nAchR-ı üzərindəki inhibəedici təsiri danılmaz faktdır.

Xolinergirk innervasiyanın itməsinin bir başqa səbəbi də Ache (asetilxolinesteraza) fermentinin fəaliyyətinin artmasıdır. Müasir dövrdə asetilxolinesteraza fermentinin inhibitorlarından AX-nin müalicəsində geniş istifadə olunur.

Xəstəliyin klinikası

Xəstəlik insanda nitqməntiq və yaddaş kimi əhmiyyətli əqli göstəricilərin zamanla itməsi ilə nəticələnir. Bu səbəbdəndir ki, xəstə insanlar əqli zəiflik və gerilikdən və ya şüurun aşağı səviyyədə olmasından əziyyət çəkirlər, onlar əqli gerilik səbəbindən bunu hiss etməsələr də, ailə üzvləri üçün əsl çəkilməz bir “əzab” kimi yaşayırlar. Əmələgəlmə və inkişaf səbəbi kimi hipotiroez, toksiki maddələr, xüsusilə, metal ilə zəhərlənmə, kəllə-beyin travmaları, beyin şişləri, neyronlar arası sinaptik əlaqələrin itməsi ilə nəticələnən faydalı element çatışmazılığı, neyronların hər hansı səbəbdən kütləvi məhvi və ya itirilməsi və ən sonda genetika hesab olunur.

Xəstəliyin ən tipik əlamətləri yaddaş pozğunluqları ilə əlaqədar meydana çıxır. Bəzən gecə ilə gündüzü qarışdırır, hamıya yaxşı məlum olan tarixi günləri (20 yanvar28 may və s.), ad günlərini və s. unudur. Bəzi xəstələr danışarkən düzgün kəlmə tapmaqda da çətinlik çəkirlər. Xəstəlik ilərlədikcə xəstələrdə aqnoziyaafaziya və s. inkişaf edir. Get-gedə xəstələr özlərini idarə edə bilməyəcək vəziyyətə çatırlar. Ən sonda isə adi hərəkətləri belə (qapını açmaq, çay içmək və s.) bacara bilməmə mərhələsinə çatırlar. Bu mərhələdə xəstələr 24 saat kontrol altında saxlanılmalıdırlar.

Xəstəliyin klinikasına nəzər saldıqda görürük ki, bəzi əlamətlər normal yaşlanmalarda da özünü büruzə verir. AX-nin diaqnostikasındakı çətinlikərdən biri də budur. Yuxarıda da qeyd etdiyimiz kimi xəstəliyin diaqnozu yalnız dəqiq kliniki-patoloji müayinələrdən sonra qoyula bilir.

Simptomlar:

İlkin mərhələ:

  • Yaddaşsızlıq və zamanla daha da proqressivləşən yaxın keçmişi belə xatırlamamaq,
  • Tanış əşyaları tanımamaq,
  • Emosional pozğunluq, depressiya, narahatlıq, ümumi gərginlik,
  • Dezorientasiya,
  • Apatiya (ətraf mühitə qarşı anlaqsızlıq).

Son mərhələ:

  • Hallüsinasiyalar, fantastik ideyalar,
  • Yaxın şəxsləri hətta qohumları tanımamaq,
  • Hərəki pozğunluq,
  • Öz hərəkət və fikirlərinə qarşı məsuliyyətsizlik,
  • Bəzi hallarda qıcolmalar.

Ağırlaşmalar:

  • Yanaşı infeksion xəstəliklər (pnevmoniya və s.),
  • Qida çatışmazlığı,
  • Müxtəlif travmalar və bədbəxt hadisələr.

Müalicə

Hal-hazırda Altsaymer xəstəliyinin heç bir müalicəsi yoxdur. Buna baxmayaraq, bəzi simptomlar müvəqqəti yüngülləşdirən və bəzi insanlarda onların inkişafını yavaşladan dərman müalicəsi mövcuddur. Altsaymer xəstələrinin beyinlərində kimyəvi maddə asetilxolin çatışmır. Beyni mövcud asetilxolinlə təmin edən dərmanlar vardır. 2002-ci ildə Böyük Britaniyada Eksiba adlı (ticarətdə adı memantinedir) dərman buraxıldı. Eksiba digər dərmanlardan fəqli təsir göstərir və həm orta və ciddi Altsaymer xəstələri üçün tövsiyyə olunan yeganə dərmandır. Əks təsirləri isə baş gicəllənməsi, baş ağrıları və yorğunluq, nadir hallarda isə hallüsinasiya və ya özünü itirmə ola bilər. Bu dərmanlar çarə deyildir. Sacədə müəyyən vaxt çərçivəsində, xüsusilə də 6-12 ay ərzində xəstəliyin simptomlarını sabitləşdirə bilərlər.

AX-nin müalicəsində xoloinesteraza inhibitorlarından (ChEi) və memantindən bu gün də geniş istifadə olunur. Belə inhibitorlardan donepezil (Aricept), rivastiqmin (Exelon), qalantamin (Remynil) indiyə qədər sənədləşdirilmiş dərmanlardandır. Bunlardan donepezil gündə bir doza olmaqla 5 və 10 mq tabletlər şəklində istifadə olunur. Başda qastrointestinal sistem olmaqla dərmanın əlavə təsirlərinin qarşısını almaq üçün 4 həftə ərzində dozanı qaldırmaq məsləhət görülür. Rivastiqmin 1,5, 3, 4,5, və 6 mg-lıq kapsullarşəklində buraxılır. Gün ərzində 2 dəfə istifadə olunan rivastiqminin dozası 4 həftə ərzində 12 mg/gün-ə qaldırılır. Qalantamin preparatı isə 8, 16, 24 mg dozalarda istifadə olunur və pesinaptik membranda allosterik nikotinik reseptor modulyasiyası təsiri olan xolinesteraza inhibitorudur. Bu dərmanın əvvəlcə maye şəkli, daha sonra isə kapsulu dövriyyəyə buraxılmışdır. Maye forması gündə 2 doza olmaqla 4 həftə ərzində 8 mg dozadan 16 mg/gün-ə qədər qaldırılır. Kapsul forması isə eyni qayda ilə gündə bir doza ilə qəbul edilir.

AX-nin müalicəsində asetilxolinesteraza inhibitorları ilə yanaşı memantindən də geniş istifadə olunur. Memantinin təsir mexanizmi AchEi-dan fərqlənir. Onun əsas təsiri sinir sistemindəki qlutamatergik sistem üzərindədir. Memantin 10 mg-lıq tabletlər şəklində qəbul olunur və dozası həftədə 5 mg-lıq artış ilə 20 mg/gün-ə qədər artırılır. Son zamanlarda memantinin də maye forması buraxılmağa başlamışdır (10 damcı = 5 mg).

Siz nə edə bilərsiniz:

Erkən mərhələdə diaqnozun qoyulması olduqca əhəmiyyətlidir. Ailə üzvləriniz arasında yaşlı hesab olunan insanların öz sağlamlıqlarına biganə olmasının əksinə onların zamanında lazımi həkim müayinəsindən keçməsi üçün çalışın. Ailə üzvlərinizdən hər hansı birində Altsaymer xəstəliyinin simptomlarından hər-hansı biri və ya bir neçəsinə rastlasanız, mütləq həkimə müraciət edin və yaxınınıza bunu anlaşıqlı bir şəkildə izah edin.

Həkim nə etməlidir:

Ümumi baxış və lazımi müayinələr keçirməli, xəstə ilə necə davranmalı olduğunuzu sizə izah etməlidir. Mütəxəssisdirsə, özü lazımi müalicə tədbirləri təyin etməli, əks halda sizi professional-psixiator, nervopatoloq və herontoloqa lazımi müayinə və müalicə tədbirləri təyin etmək üçün istiqamətləndirməlidir. Hal-hazırda xəstəliyin tam müalicəsi tapılmasa da, onun inkişaf tempini əhəmiyyətli dərəcədə azaldan medikamentoz üsullar işlənib hazırlanmışdır.

 

az.wikipedia.org

 

Go Back

Soyuğa Qarşı Allergiya

Bir çox insanlar qışı, soyuq havanı, qarı xoşlayır. Lakin digərlərinə soyuq hava heç bir sevinc gətirmir.
Söhbət soyuğa qarşı allergiyası olan insanlardan gedir. Bu insanların bir çox hissəsi öz vəziyyətlərində olan dəyişiklikləri allergiya ilə əlaqələndirmir və bu dəyişiklikləri digər pozulmalarla izah edir. Nəticədə onlar uzun müddət ərzində həkimləri "gəzir", lazım olmayan müalicələr alırlar.
Soyuq tibbi elmində yalnız bu yaxınlarda allergen kimi qəbul olunmağa başladı. Soyuğa qarşı olan allergiyanı həkimlər daha tez-tez hallarda allergiya yox, "psevdoallergiya" adlandırırlar. Adətən "allergen" dedikdə biz müxtəlif maddələri (toz, yun, heyvanların tükü, bitkilərin tozcuqları, bəzi qidalar və s.) nəzərdə tuturuq. Lakin soyuq "maddə" deyil. Onda niyə soyuq allergik reaksiyalara səbəb olur? Həkimlərin fikirinə görə, soyuq insan orqanizmində müəyyən prosesləri "qoşur" ki, nəticədə allergiyaya bənzər reaksiya inkişaf edir.
Soyuğa qarşı allergiyası olan insanlarda zökəm, burunun tutulması, asqırma baş verir. Lakin isti yərdə bu simptomlar birdən itir və insan sanki "sağalır". Əgər Siz özünüzdə bu kimi simptomları müşahidə etmisinizsə, bu soyuğa qarşı allergiya ola bilər.
Bu allergiya növünün digər simptomu insanın dərisində inkişaf edən müxtəlif pozulmalardır - dəri səpir, qaşınır, quruyur, qabıq verir, onun üzərində açıq və ya tünd qırmızı ləkələr, çatlar əmələ gəlir. Ağır vəziyətlərdə dəri ödemləşə bilər. Bu adətən dərinin açıq hissələrində (əllər, üz, qulaqlar) baş verir. Bəzən isə dizlərin və budların iç hissəsinin dərisi də zədələnir. Bu soyuğun təsirindən inkişaf edən dermatitdir.
Belə dermatit kompleks şəkildə müalicə olunmalıdır. Müalicə zamanı periferik qan dövranını yaxşılaşdıran preparatlar, vitamınlər, antihistamin preparatlar və s. istifadə olunur. Agır vəziyyətlərdə həkim müəyyən hormon preparatları təyin edə bilər.
Qış aylarında çölə çıxdıqdan əvvəl dərinin açıq hissələrinə xüsusi kriokremlər (apteklərdə satılır) çəkmək, havaya uyğun geyinmək lazımdır.
Bəzi insanlarda soyuq havada dodaqların dərisi qızarır, dodaqlar çatlayır, qabıq verir, dodaqların qıraqlarında yaralar əmələ gəlir. Bu da soyuğa qarşı allergiyanın əlamətidir. Əgər Sizdə belə simptomlar inkişaf edirsə, profilaktik olaraq evdən çıxdıqdan əvvəl dodaqlara gigiyenik dodaq boyasını və ya kriokrem çəkin. Vəziyyət ağırlaşdıqda həkimə müraciət edin. Lazım olduqda həkim xüsusi müalicə təyin edə bilər - vitamin preparatları, antihistamin preparatlar və s.
Nadir hallarda olsa da soyuq hətta ən ağır allergik reaksiyası sayılan anafilaktik şokun səbəbi ola bilər. Bu güclü soyuqlama nəticəsində baş verə bilər. İnsanın arterial təzyigi kəskin düşür, nəfəsalma çətinləşir, bayılma ola bilər. Bu halda lazım olan tibbi yardım göstərilməzsə, insan məhv ola bilər.
Soyuğa qarşı alleryiyası olan insanlara kriosaunadan (arıqlamaq və digər müalicəvi məqsədlərlə istifadə olunan prosedura) istifadə etmək olmaz. Əks halda insanda hətta anafilaktik şok inkişaf edə bilər.
Bütün digər allergiya növləri kimi soyuğa qarşı allergiya insanlarda daha tez-tez hallarda immunitetin zəifləməsi zamanı inkişaf edir. Bu səbəbdən profilaktik məqsədi ilə daim immunitetinizi möhkəmləndirin. Bunun üçün düzgün qidalanın, kifayət qədər yatın və dincəlin, stres vəziyyətlərindən uzaq olun, idmanla məşğul olun, tez-tez havada olun, orqanizminizdə olan xroniki infeksiya ocaqlarını (karies, haymorit və s.) vaxtında və düzgün müalicə edin.

feat.az

Go Back

Soyuq havada idman

Əgər qış aylarında da açıq havada idman etməyə üstünlük verirsinizsə, bu tövsiyələrə əməl etməlisiniz.  Soyuq havada idman edərkən diqqət etməli olduğunuz məqamları təqdim edirik:

 İsinmə hərəkətləri: İdmandan əvvəl isinmək vacib qaydadır. Soyuq havada idman edərkən uzun müddət etdiyiniz isinmə və əsnəmə hərəkətləri ilə əzilmələrdən xilas ola bilərsiniz. Soyuq havada edilən idmanın 45 dəqiqədən çox davam etməməyi lazımdı.

 Termal geyimlər geyinin: Yunlu və pambıq geyimlər geyinməyin. Çünki bunlar tərlə birgə isinir və bədəninizi nəmli saxlayır. Təri bayıra atan və bədən istiliyini qoruyan termal geyimlər geyinin.

 İncə və qat-qat: Qalın geyimlər bədəndə yüksək miqdarda bədən istiliyinin itkisinə səbəb olur. Buna görə qalın yox nazik qat-qat geyinmək daha uyğundur. Papaq və əlcək də taxmaq lazımdır.

 Bol su için: Sadəcə çox tərlədiyiniz isti havalarda deyil, soyuq havalarda da bol su için.  15-20  dəqiqədən bir su için. Soyuq havada nəfəs yoluyla maye itkisi daha çox yaşandığından ağız və burnu qoruyacaq maska taxın.

 İlıq duş qəbul edin : Buz kimi havada idman etdikdən sonra isinmək üçün özünüzü isti suyun altına atmayın. Bədəninizi ani şəkildə deyil, yavaş-yavaş isitməlisiniz. İdmandan gəldiyiniz nəmli geyimlərlə uzun müddət qalmayın. Dərhal duş alıb dəyişin. Uzunmüddətli idmandan sonra qəbul edilən duşun ardından bədən isinib bir az tərlədiyindən geyiminizi geyinmədən əvvəl 5 dəqiqə  isti bir yerdə oturub dincəlin. 

 Karbohidrat yeyin: Soyuq havada idman edərkən bədən daha çox isinməyə ehtiyac duyar və əzələlərdə titrəmə baş verər. Düzgün şəkildə qidalanmasanız və qlikojen qaynaqlarınızı boşaltsanız tez yorularsınız. İdmandan yarım saat əvvəl karbohidratla bol yemək lazımdır.

kayzen.az

Go Back

Qorxu nədir? Fobiya nədir? Fobik kimdir?

Qorxu hissi hər birimizə yaxşı tanışdır. Yenicə doğulmuş körpənin təhlükəylə bağlı keçirdiyi ilk hiss qorxudur. Hər bir canlı varlığını təhdid edən və ya təhdid riski daşıyan varlıq və ya hadisə qarşısında bu hissi keçirir. Qorxu başqa hisslər kimi idarəedici və siqnalverici funksiya daşıyır. Sevinc hissi kimi qorxu hissi də insana lazımdır. Qorxu bəzən insanı ağılsız və məsuliyyətsiz hərəkətlərdən saxlayır. Ancaq qorxu müəyyən bir dozada olmalıdır. Qorxu hissinin davamlı olması və kəskinləşməsi işlərin yolunda getmədiyini göstərir. Qorxu bir təhlükə və ya təhdid anında hiss edilən bir gərilim, bu vəziyyətdən qaçma, yaxud da mübarizə aparma ilə əlaqəli, ürək döyüntüsü, əzələlərdə gərginlik və s. hisslərlə özünü biruzə verən bir həyəcan halıdır. Qorxu insanın gündəlik həyatında rahatlığını əlindən alırsa, bir özəllik qazanır. Qorxunun dayanıqlı şəkildə yaranması artıq Fobiyadır.
Fobiya sözünün kök anlamı “phobos”-latınca “dəhşət” deməkdir. Yunan mifalogiyasında “phobos” “dəhşət tanrısı” anlamındadır.
Fobiya müxtəlif vegetativ hallarla müşayiət olunan, geniş yayılmış əsəb pozuntusudur. Uzun müddət davam edərsə nevrozlara səbəb ola bilər. Fobiyası olan insanlara fobik deyilir. Fobiyalar müxtəlif yaş dövrlərində özünü göstərə bilər. Hələ körpə uşaqların qəfil səslərdən diksinməsi, kiçik yaşlı uşaqlarda ən çox görülən qaranlıq qorxusu buna misaldır. Kiçik yaşlı uşaqların qaranlıqla qorxudulması, qaranlıqda qorxulu varlıqların olmasına inandırılması onlarda dayanıqlı qorxuların yaranmasına səbəb olur. Ümumiyyətlə mütəxəssislərin fikrincə,  fobiyaların yaranmasına əsas səbəb insanların uşaqlıqda keçirdikləri qorxu, sarsıntı kimi hisslər ola bilər.
Hər insana fobik demək olarmı?

Sosial fobiyanı ortaya çıxaran səbəblər:Fobik insan özündə qorxu yaradan obyektlə qarşılaşdığında ürək döyüntüsü, gücsüzlük, nəfəs darlığı, ağız boşluğunda quruma, titrəmə, əl-ayaq keyiməsi hiss edir. Bu bəzən ürəkkeçmə ilə müşahidə olunur. Fobiyalar qadınlarda kişilərə nisbətən üstünlük təşkil edir. Çox zaman fobiyaların bir pozuntu yox, sadəcə insanın xarakterik xüsusiyyəti kimi anlaşılması fobiklərin mütəxəssisə müraciət etməsinin qarşısını alir. Elə bu səbəbdəndir ki, fobiklərin sayı tam müəyyən deyil. Ancaq  elmi araşdırmalar 20-30% -dən aşağı olduğunu göstərir. Psixoloqlar fobiyaları bəsit və qarışıq olmaqla iki yerə ayirirlar.
BƏSİT FOBİYALAR -tam bəlli olan obyektdən qorxmadır.İlandan qorxma,yüksəklikdən qorxma və s.
QARIŞIQ FOBİYALAR-çox tərəflidir. İnsanlar arasında,yad adamlarla ünsiyyət zamanı və s. Qarışıq fobiyalardan ən geniş yayılanı sosial fobiyadır.
SOSİAL FOBİYA
Sosial fobiya insanın başqaları ilə münasibətlər zamanı alçalacağı, utanacağı ilə bağlı davranış qorxusudur. Bu tip insan  başqaları ilə münasibətləri zamanı etməli olduqları hərəkətlərdən çəkinirlər və bacardıqca bu vəziyyətə düşməkdən qaçırlar. Ümumi yerlərdə yemək yeməkdən, telefonla danışmaqdan, fikirlərini bildirməkdən qorxurlar. Ən böyük çətinliklər başqalarının qarşısında danışmaq, görüşlərdə iştirak etməkdir. Bu insanlar qarşı tərəfin onların keçirdiyi hissi anlayacağından qorxurlar. Sosial fobiya insanın həm şəxsi,həm də iş həyatında böyük çətinliklər yaradır. Sosial fobiyanın təməlində “Başqası nə deyər?” sualı durur. Başqaları tərəfindən günahlandırılmaq qorxusu həyatı iflic halına salır. Hər on nəfərdən birində həyatın müxtəlif dövrlərində sosial fobiyaya rast gəlmək mümkündür. Bu vəziyyət şəxsiyyət xüsusiyyəti kimi qiymətləndirilir. Amma şəxsə böyük narahatlıq gətirirsə mütəxəssisə müraciət etmək lazımdır.
Sosial fobiyanın əlamətləri:
-Üz qızarması
-Ürək döyünməsi
-Əzələlərdə gərginlik
-Əl titrəməsi
-Sinədə sıxıntı hissi
-Həddən artıq tərləmə
-Mədədə rahatsızlıq hissi
-Baş ağrısı

-Əks cinslə dialoqda olmaq;
-Bir an üçün diqqət mərkəzində olmaq;
-Bir iş görərkən başqaları tərəfindən izlənmək;
-Qonaq qarşılamaq;
-Kiməsə zəng etmək;
-Tanımadığı insanla tanış olmaq;
-Çoxluq içində yemək yemək;
-İnsanlar qarşısında çıxış etmək;

Beləliklə, gerçəkdə qorxu yaratmayacaq obyektə qarşı qorxunun yaranması insanın yaşamında böyük çətinliklər yaradır. Əsas çətinlik insanın qorxunudan qaçmasıdır. Vacıb olan qorxunun üzərinə getməkdir. Vaxtında mütəxəssisə müraciət etmək lazımdır. Fobiyanın müalicəsində dərman və psixoterapiyadan istifadə olunur. Dərmanlar sakitləşdirici və antidepressant təsirli dərmanlar ola bilər. Müalicə zamanı psixoterapevt həmin şəxsin qorxu ilə üzləşməsinə şərait yaratmalıdır. Şəxsin qorxu yaradan obyekt üzərinə getməsi, həmin an nələr yaşadığı, onunla necə başa çıxa biləcəyi istənilir.

Hazırladı: Psixoloq Rübabə

fitret.az

 

 
 
 

Go Back

Əllərin və ayaqların soyumasına çarə

İnsanların 70 faizi barmaqlarının buz kimi olmasından şikayətlənir. Bunun səbəbi barmaqlara kifayət qədər qan çatmamasıdır. 

Axşam.az xarici mətbuata istinadən barmaqların soyuq olmasından qurtulmaq üçün məlhəm təqdim edir:

Xiyar, alma və pomidor şirəsinin hərəsindən 50 ml. götürüb, qarışdırın. Alınan məhlulun ¼ hissəsi ilə əl və ayaq barmaqlarını ovuşdurun. Qalan şirəyə 2 xörək qaşığı qaynanmış su və əzilmiş sarımsaq tökün. Hər gecə yatmazdan əvvəl bu qarışıqdan 4 xörək qaşığı için. 

Bu məlhəm qan dövranını yaxşılaşdırıb, barmaqlara qanın getməsinə kömək edəcək.

metbuat.az

 

Go Back

BU ÇAYLARI İÇƏN QRİP OLMAZ!

Bu sadə çayların reseptini yadda saxlayın, gərəyiniz olacaq. Qrip olan kimi, soyuq dəyən kimi dəmləyin için, faydasını görün.

Nanəli çay

2-3 nanə yarpağını 1 fincan qaynar çaya tökün, üzərini örtün və bir neçə dəqiqə sonra için. Çay seçimi zövqdən asılı olaraq, adi qara və ya yaşıl da ola bilər.

Zəncəfilli çay

Düzdür, bu çay bir o qədər dadlı olmasa da, amma sağlamlığa faydası sonsuzdur və elə ona görə də bu çayı içməyə dəyər! Xüsusilə də qrip olmusuzsa, qaynar suyun içinə bir kiçik hissə zəncəfil atın və 10 dəqiqə sonra için. Zövqdən asılı olaraq, bura limon dilimi və ya limon şirəsi də əlavə edə bilərsiz.

İtburnu çayı

C vitamini ilə zəngin olan itburnunun çayı da çox faydalıdır. O immuniteti gücləndirir, xəstəliklərdən qoruyur, avitaminozdan əziyyət çəkənlərə də xeyirlidir. Hazırlanması da sadədir: 2 x.q. üyüdülmüş itburnunu 1 çaydan qaynar suya tökün və 15 dəqiqə saxlayıb, için.

İstiot çayı

Bəli, istiot çayı… Yəqin ki, belə bir çayın olduğuna inanmazsız, amma qrip kimi xəstəliklərdə əla kömək edir. Bunun üçün toz halında olan qara istiotun üzərinə bir fincan qaynar su tökün və 10 dəqiqə saxladıqdan sonra için.

sufrem.az

Go Back

Bu çay çox faydalıdır

Çaytikanı C və E vitamini ilə zəngin bir nemətdir.

Çaytikanın tərkibindəki C vitamini sitrus meyvlərindən, E vitamini isə buğda yağından daha zəngindir. Çaytikanın tərkibində başqa vitaminlər, antioksidentlər dərinin gözəlliyini qoruyur.

Milli.Az atv.az-a istinadən bildirir ki, ballı çaytikanı çayı orqanizmə antidepressant kimi təsir edir. Bunu artıq alimlər öz araşdırmalarında təsdiq etmişlər. Həmçinin çaytikanı güclü iltihab əleyhinə təsir edir.

-     150qr çaytikanı

-     2x.q qara çay

-     2x.q bal

-     500ml su

Çaytikanı giləmeyvələri yuyulur, 2/3 qaşıq əzilir, üzərinə qara çay əlavə edilib dəmlənilir. Bunu həmçinin qara çay atmadan dəmləmək olar. Stəkanlara süzüldükdən sonra ilıq halında bal əlavə edilir. Çünki balı qaynar çaya qatdıqda tərkibi məhv olur.

Milli.Az

Go Back

Qamətin sağlamlığa təəccübləndirici təsiri

Gözəl qamət insanın xarici görünüşündə böyük rol oynayır. Bunu hamı bilir. Lakin bu ən əsası deyil.
Gözəl, düzgün qamət insanın sağlamlığında olduqca mühüm rol oynayır.
İnsanın qaməti düzgün olanda, bütün daxili orqanlar öz fizioloji yerlərində yerləşir, əyilmir, sıxılmır, heç yerdə durğunluq yaranmır və nəticədə bütün orqanizm tam normal fəaliyyət göstərir.
Düzgün qamət qanın orqanizm boyu normal dövr etməsində böyük rol oynayır. Qan orqanizm boyu normal dövr edirsə, bütün orqanlar kifayət qədər oksigen və qidalı maddələri alır.
Düzgün olmayan qamət onurğanın sağlamlığına olduqca çox mənfi təsir edir. Onurğanın sağlamlığı isə bütün orqan və sistemlərinin sağlamlığı üçün vacibdir. Ortoped həkimlərin sevimli ifadəsi - "Sağlam onurğa - sağlam insan" bunu təsdiq edir.
Onurğa sütununun içərisində onurğa beyini keçir. Onurğa beynindən sinir kökləri çıxır ki, bu sinir kökləri daxili orqanları idarə edir - ürəyin fəaliyyəti, sidik, nəcis ifrazı, kişilərdə ereksiya və s. İnsanın qaməti düzgün olmayanda onurğa sütunu artıq yükləməyə məruz qalır ki, bu yükləmənin nəticəsində onurğa sütünu fəqarələrində dəyişikliklər baş verir - fəqərələr arasında olan disklər nazilir, dağılır. Bu bir çox müasir insanların qənimi olan osteoxondroz xəstəliyidir. Osteoxondrozun nəticəsində fəqərələr arasında keçən onurğa beyini sinir kökləri və həmçinin buradan keçən qan damarları sıxılır. Damarların sıxılması daxili orqanların qanla təmin olunmasını pozur. Sinir köklərinin sıxılması isə bu köklər tərəfindən idarə olunan orqanlarda müxtəlif pozulmalar yaranır.
Düzgün olmayan qamət nəfəsalma sisteminin fəaliyyətinə də çox mənfi təsir edir. Məsələ burasındadır ki, insanın onurğası əyri olduqda döş qəfəsi sona kimi açılmır və nəticədə ağ ciyərlər də tam açılmır ki, orqanizm oksigeni daha az alır. Nəfəsalma sistemi ürək-damar sistemi ilə çox sıx bağlıdır və bu səbəbdən nəfəsalma sisteminin fəaliyyətində olan pozulmalar ürək-damar sisteminə "vurur".
Yaxşı qamət həzm proseslərinə də böyük təsir edir - bağırsaqlar daha tez və asan boşalır.
Düzgün qamət əzələ və bel ağrılarıınn ən yaxşı profilaktikasıdır. Bu xüsusilə oturaq işlə məşğul olan insanlar (ofis işçiləri, mühasiblər və s.) üçün vacibdir.
Düzgün qamət həmçinin oynaqların normal fəaliyyətinə kömək edir və onları qoruyur.
Beləliklə, belə nəticəyə gəlmək olur ki, qamətin gözəl olması xarici görünüşdən çox sağlamlığımız üçün vacibdir. Bu səbəbdən qamətinizə daim (ayaq üstə dayananda, oturanda, yeriyəndə) nəzarət edin.

sun.az

Go Back

Uşağa ayaqqabı seçərkən diqqətli olun - Ortopedin məsləhətləri

Uşağa ayaqqabı seçdikdə diqqətli olmaq lazımdır. Ortopedlərin valideynlərə məsləhətləri:

1. Bəzən eşidirik ki, bütün uşaqlar ortopedik ayaqqabı geyinməlidir. Lakin bu belə deyil. Sağlam uşağa ortopedik ayaqqabı lazım deyil. Uşağa keyfiyyətli və həkimlərin tövsiyələrinə uyğun seçilmiş ayaqqabı seçmək lazımdır. Bu çox vacibdir. Düzgün seçilməmiş ayaqqabıların nəticəsi - uşaqda pəncə və qamət problemləridir.

Altlığı yumşaq olan ayaqqabılar (ked, şap-şap) yaxşı seçim deyil. Belə ayaqqabıda uşaq 2 saatdan artıq gəzməməlidir.

2. Uşaq ayaqqabıların müəyyən standartları mövcuddur.

Ayaqqabı dəridən olmalıdır (həm ayaqqabının üstü, həm də içi). Bu çox vacibdir. Uşaqlar çox hərəkət edir - qaçır, tullanır. Süni materiallardan hazırlanmış ayaqqabıda uşağın ayaqları çox güclü tərləyəcək. Bu isə ziyandır.

Ayaqqabının altlığı bərk olmalıdır və eyni zamanda asanlıqla əyilməlidir (bax şəkil 1). Altlığın elastik olması çox vacibdir. Altlıq dəridən, rezindən və digər müasir materiallardan ola bilər.

Ayaqqabının arxası bağlı və bərk olmalıdır. Dabanın hündürlüyü 1/2-1 sm olmalıdır. Qeyri-adi dabanı olan və ya dabansız ayaqqabılar tövsiyə edilmir.

Ayaqqabının içərisində supinator olmalıdır.

Ayaqqabının burnu bərk və yumru olmalıdır ki, uşağın barmaqları üçün kifayət qədər yer olsun.

3. Uşağa ayaqqabı alarkən diqqətli olun və müəyyən qaydalara əməl edin:

- Ayaqqabını axşam almaq məsləhətlidir. Bu həm uşaqlara, həm də böyüklərə aid olan qaydadır. Axşam səhərlə müqayisədə pəncənin ölçüsü 5-8% böyük olur.

- Ayaqqabı uşağın ayağını sıxmamalıdır və həmçinin çox böyük olmamalıdır (ayaqqabı ayaqda yaxşı oturmalıdır).

- Barmaqlardan ayaqqabının burnuna kimi təxminən 1-1,5 sm məsafə qalmalıdır. Uşağa ayaqqabı geyindirdikdən sonra ayaqqabının arxasına çəçələ barmağınızı salın (çəçələ barmağının ucu girməlidir). (bax şəkil 2)

- Uşağın dabanı ayaqqabıda sağa-sola "oynamalıdır". (bax şəkil 3)

- Uşağa təzə ayaqqabı geyindirdikdən sonra onu 5 dəqiqə ərzində gəzdirin. Daha sonra ayaqqabını çıxardın və uşağın ayaqlarında sürtülmüş, qızarmış yerlərin olub-olmamasına fikir verin.

- Əgər müəyyən müddətdən sonra uşağın ayaqqabısı öz formasını dəyişibsə (bax şəkil 4), ayaqqabını təzələyin. Əgər bu hal təkrarlanırsa, ortopedə müraciət edin.

Mənbə: medicinform.net

Go Back

20 nəticə göstərilir